Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-422/2026 30.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X3 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı əmrlərin ləğvi və işə bərpa tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 və Lənkəran şəhər-rayon Polis Şöbəsinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, şiddətli töhmətin verilməsi ilə əlaqədar əmrin, eləcə də işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərаr qəbul edilməsini хаhiş еtmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim P.Qurbanova) ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə iddianın şiddətli töhmətin verilməsi ilə əlaqədar əmrin ləğv edilməsi hissəsində iddianın mümkün sayılmaması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025ci il tarixli qərardadının ləğv edilərək inzibati işin baxılması üçün Şirvan Inzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Inzibati Məhkəməsinin (hakim P.Qurbanova) ## ##### 2026-cı il tarixli, 2- 1(120)-3959/2025 qərardadı ilə müddətin bərpası ilə bağlı ərizə təmin edilməməsi və iddia tələbinin şiddətli töhmətin verilməsi ilə əlaqədar əmrin ləğv edilməsi hissəsində mümkün sayılmaması, həmin tarixli qərarla iddia tələbinin xidmətdən xaric olma barədə əmrin ləğv edilməsi və işə bərpa hissəsində təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Lənkəran şəhər rayon Polis Şöbəsinin *-**-**/Ə***/**** nömrəli, ##.##.2024-cü il tarixli əmrinə əsasən, Azərbaycan Respublikası DIN-in ##.##.2005-ci il tarixli, *** nömrəli əmri ilə təsdiq edilmiş “DIO X8 kodeksi’’nin 1, 2, 3, 9, 14, 17 və 19-cu bəndlərinin, “DIO əməkdaşlarının Intizam Nizamnaməsi”nin 3.1, 3.2, 3.7 və 3.8-ci bəndlərinin tələblərini pozaraq ##.##.2024-cü il tarixdə xidməti geyim daşıma qaydalarını kobud şəkildə pozaraq ona tutulan iradları qeyri-səmimi qəbul edərək intizamsızlıq hərəkətlərinə yol verdiyinə, ##.##.2024-cü il tarixdə subardinasiya qaydalarını pozaraq özündən vəzifə və rütbəcə yuxarı olan rəis heyətinin ünvanına qeyri-etik ifadələr işlətdiyinə, ## #### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək heç bir üzrsüz səbəb olmadan uzun müddət xidmətdən yayınaraq xidmətə çıxmadığına görə ŞRPŞ-nin Liman PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili R İddiaçı “Şiddətli töhmət” intizam tənbehi tətbiq edilmişdir. Bundan sonra iddiaçı Daxili Işlər Nazirliyinin *-**/Ə***/**** nömrəli. ##.##.2025-ci il tarixli əmri əsasında “Polis haqqında” Qanunun 3 və 29-cu, “Daxili işlər orqanları X8 Kodeksi”nin 2, 4, 5, 9.6 və 42-ci maddələrinin, “Intizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozduğuna, ailəli və himayəsində övladları olduğu halda başqa qadınla yaxın münasibət qurduğuna, həyat yoldaşı ilə onun arasında münaqişə baş verməsinə şərait yaratdığına, xidməti fəaliyyəti qeyri-qənaətbəxş olduğuna, mənfi xarakterizə edildiyinə, hərəkətləri ilə daxili işlər orqanları əməkdaşı adına ləkə gətirdiyinə görə Lənkəran ŞRPŞ Liman PB-nin CA üzrə əməliyyat müvəkkili, R İddiaçı qüvvədə olan “şiddətli töhmət” intizam tənbehi nəzərə alınmaqla “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. Işin araşdırılması zamanı Daxili Işlər Nazirliyi Daxili Təhqiqatlar Idarəsinin məhkəməyə təqdim etdiyi ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Lənkəran ŞRPŞ Liman PB-nin CA üzrə əməliyyat müvəkkili İddiaçı qanunsuz hərəkətləri barədə vətəndaş X4 Işlər Nazirliyinin rəhbərliyinə ünvanladığı müraciəti əsasında cari ilin may ayında Daxili Təhqiqatlar Idarəsində xidməti təhqiqat aparılmış, müəyyən edilmişdir ki, R İddiaçı ailəli və himayəsində iki azyaşlı övladı olduğu halda 2019-cu ildə xidməti zərurətlə əlaqədar tanıdığı vətəndaş J.Səlimova ilə yaxın münasibət qurmuşdur. Polis əməkdaşına yaraşmayan bu cür hərəkətinə görə ##.##.2025-ci il tarixdə İddiaçı həyat yoldaşı ilə J.Səlimovanın arasında münaqişə baş vermişdir. Rəhbərlik tərəfindən mənfi xarakterizə edilən əməliyyat müvəkkili İddiaçı xidməti fəaliyyəti də qeyri-qənaətbəxş olmuşdur. Yol verdiyi qəbahətlərə görə R İddiaçı qüvvədə olan intizam tənbehi nəzərə alınmaqla DIN-in ##.##.2025-ci il tarixli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. Iddiaçı tərəfindən həmin qərardan apellyasiya şikayətləri verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, şiddətli töhmətin verilməsi ilə əlaqədar bir sıra qanunsuzluqlara yol verilmişdir. Belə ki, ## ###### 2024-cü il tarixli yoldaşlıq məhkəməsindən (yığıncaqdan) əvvəl ondan izahat alınmamışdır. Halbuki ondan xidməti araşdırmanı aparmış Daxili Işlər Nazirliyinin əməkdaşı tərəfindən izahat alınmalı idi. Həmçinin araşdırma materialı üzrə yığıncaqdan əvvəl materialla tanış edilməmişdir. Yığıncaqdan 3 gün əvvəl yığıncağın yeri və vaxtı ilə bağlı rəsmi elan polis şöbəsinin növbətçi hissəsində yerləşdirilməli olduğu halda bu edilməmişdir. Eləcə də yığıncaq iş vaxtından kənar saatda, yəni 21 radələrində keçirilmişdir. Eyni vaxtda eyni məsələ ilə bağlı barəsində iki xidməti araşdırmanın aparılması da növbəti qanunsuzluqdur. Bütün bunlar qərəzin bariz nümunəsidir. Bundan əlavə, işdən azad edilməyi ilə əlaqədar bir sıra qanunsuzluqlara yol verilmişdir. Belə ki, X1 ilkin olaraq onun mobil telefonuna zəng etməsi, onu dəfələrlə narahat etməsi və ondan qanunsuz xahişlər etməsi araşdırma obyekti olmamışdır. O, həmin qanunsuz xahişləri rədd etmişdir. Araşdırma isə tamamilə fərqli və qərəzli formada olmuşdur. X1 iddia etmişdir ki, guya o, 2019-cu ildə özünü subay kimi təqdim edib onunla evlənəcəyini vəd edib anasıyla tanış etmiş, halbuki anası 2013cü ildə dünyasını dəyişmişdir. Bütün bu yalanlara isə xidməti araşdırma tərəfindən düzgün qiymət verilməmişdir. Əgər həqiqətən də bu kimi nöqsanlar var idisə, onda onun özünün xidmətdən azad olunmağı ilə bağlı ərizəsini dəfələrlə Daxili Işlər Nazirinə ünvanlamışdır. Yəni ərizəsi əsasında onu xidmətdən azad etmək mümkün idi. Özünün ərizəsi olduğu təqdirdə, ona şiddətli töhmətin verilməsi və sonradan qanunsuz şəkildə işdən çıxarılmağı onu deməyə əsas verir ki, bu tamamilə qanunsuz şəkildə işdən azad etmədir və ona qarşı göstərilmiş qərəzdir. Növbəti qərəz ondan ibarətdir ki, hazırkı dövrə kimi barəsində verilmiş əmr ona təqdim edilməmişdir. Işdən azad edilmə barədə əmr ona təqdim edilməli idi, indiyə kimi sözügedən əmr ona verilmir. Əmək kitabçası da ona verilmir. Dəfələrlə rəsmi və şifahi qaydada müraciətlər etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Qanunvericiliyin tələbinə əsasən bu kimi mübahisələrə görə iddia müddəti 1 ay olduğundan, o, əmri almadan məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Belə ki, etdiyi müraciətlərə nazirlik tərəfindən ya ümumiyyətlə cavab verilmir, ya da ki, süründürməçilik xarakterli cavablar verilir. Işə bərpa olunmaqdan ötrü Azərbaycan Respublikası Daxili Işlər Nazirinə ##.##.2025-ci il tarixdə müraciət etmiş, lakin indiyə kimi ona heç bir cavab verilməmişdir. ##.##.2025-ci il tarixdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisinə intizam tənbehi qismində verilmiş şiddətli töhmətlə əlaqədar əmrin surətini ona təqdim etməsini xahiş etmiş, lakin həmin müraciətinə də cavab verilməmişdir. ##.##.2025-ci il tarixdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisinə xidmətdən xaric olunmağı ilə bağlı barəsində qəbul edilmiş əmrin surətini ona təqdim etməsini xahiş etmiş, lakin həmin müraciətinə də cavab verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi pozulmuş normaları əsas götürməməklə işin obyektiv həllinə düzgün yanaşmamış və ədalətli qərar qəbul etməmişdir. Məhkəmə sübutlara əhəmiyyət vermədən, cavabdeh tərəfin heç bir faktı sübuta yetirməməsinə baxmayaraq, cavabdehin mövqeyini üstün götürərək qərar qəbul etməsi bərabərlik prinsipini kobud şəkildə pozmuşdur. Məhkəmə işin düzgün həlli üçün zəruri sübutları toplamamış və sübutlara əsaslanmayan qanunsuz qərar çıxarmışdır və iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qanunsuzluğa yol vermişdir. Prosessual məsələlər Iddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etdi, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə, şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi şikayətin dəlillərini qəbul etmədi və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarında olan: -Daxili Işlər Nazirliyinin *-**/Ə***/**** nömrəli, ##.##.2025-ci il tarixli əmrində qeyd edilmişdir ki, “Polis haqqında” Qanunun 3 və 29-cu, “Daxili işlər orqanları X8 Kodeksi”nin 2, 4, 5, 9.6 və 42-ci maddələrinin, “Intizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozduğuna, ailəli və himayəsində övladları olduğu halda başqa qadınla yaxın münasibət qurduğuna, həyat yoldaşı ilə onun arasında münaqişə baş verməsinə şərait yaratdığına, xidməti fəaliyyəti qeyri-qənaətbəxş olduğuna, mənfi xarakterizə edildiyinə, hərəkətləri ilə daxili işlər orqanları əməkdaşı adına ləkə gətirdiyinə görə Lənkəran ŞRPŞ Liman PB-nin CA üzrə əməliyyat müvəkkili, R İddiaçı qüvvədə olan “şiddətli töhmət” intizam tənbehi nəzərə alınmaqla “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric olunsun. Lənkəran ŞRPŞ-nin rəhbərliyindən (A.Cahangirov) tabelikdəki əməkdaşların intizam qaydalarına əməl etməsi, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərinin qarşısının vaxtında alınması üçün əlavə tədbirlərin görülməsi tələb olunsun. Əmr daxili işlər orqanlarında elan edilsin. Əsas: Daxili Təhqiqatlar Idarəsinin rəyi. -Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Daxili Təhqiqatlar Idarəsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Lənkəran ŞRPŞ Liman PB-nin CA üzrə əməliyyat müvəkkili İddiaçı qanunsuz hərəkətləri barədə vətəndaş X4 Işlər Nazirliyinin rəhbərliyinə ünvanladığı müraciəti əsasında cari ilin may ayında Daxili Təhqiqatlar Idarəsində xidməti təhqiqat aparılmış, müəyyən edilmişdir ki, R İddiaçı ailəli və himayəsində iki azyaşlı övladı olduğu halda 2019-cu ildə xidməti zərurətlə əlaqədar tanıdığı vətəndaş J.Səlimova ilə yaxın münasibət qurmuşdur. Polis əməkdaşına yaraşmayan bu cür hərəkətinə görə ##.##.2025-ci il tarixdə İddiaçı həyat yoldaşı ilə vətəndaş J.Səlimovanın arasında münaqişə baş vermişdir. Rəhbərlik tərəfindən mənfi xarakterizə edilən əməliyyat müvəkkili İddiaçı xidməti fəaliyyəti də qeyri-qənaətbəxş olmuşdur. Yol verdiyi qəbahətlərə görə R İddiaçı qüvvədə olan intizam tənbehi nəzərə alınmaqla DIN-in ##.##.2025-ci il tarixli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. -cavabdeh2 Daxili Təhqiqatlar Idarəsinin ##.##.2026-cı il tarixli məktubunda bildirilir ki, Lənkəran ŞRPŞ Liman PB-nin CA üzrə əməliyyat müvəkkili İddiaçı qanunsuz hərəkətləri barədə vətəndaş X4 Işlər Nazirliyinin rəhbərliyinə ünvanladığı müraciəti əsasında ötən ilin may ayında xidməti təhqiqat aparılmış, müəyyən edilmişdir ki, R P. Şükürov ailəli və himayəsində iki azyaşlı övladı olduğu halda 2019-cu ildə xidməti zərurətlə əlaqədar tanıdığı J. Səlimova ilə yaxın münasibət qurmuşdur. Araşdırma zamanı vətəndaş J. Səlimova izahatında özünü subay kimi təqdim edərək onunla ailə həyatı qurmaq niyyətində olduğunu dediyi üçün mütəmadi olaraq P. Şükürovla görüşdüyünü, ailəli olduğunu öyrəndikdə münasibətlərinə son qoymaq istəsə də, P. Şükürovun telefon vasitəsilə, eləcə də iş yerinə və yaşadığı ünvanın qarşısına gələrək onu narahat etdiyini, ##.##.2025-ci il tarixdə sonuncunun yaşadığı evə daxil olmağa cəhd göstərdiyini bildirmişdir. J. Səlimovanın rəfiqəsi Nurana Əliyeva qeyd olunanları təsdiqləmişdir. Məsələdən xəbər tutan İddiaçı həyat yoldaşı ilə J. Səlimovanın arasında ##.##.2025-ci il tarixdə münaqişə baş vermişdir. Bununla yanaşı, təqdim edilmiş foto və videogörüntülərə, "WhatsApp" yazışmalarına baxış keçirilərkən yuxarıda göstərilən xüsusatlar təsdiqini tapmışdır. Qəbahətləri, qüvvədə intizam tənbehinin olması, rəhbərlik tərəfindən mənfi xarakterizə edilməsi, eləcə də xidməti fəaliyyətinin qeyri-qənaətbəxş olması nəzərə alınaraq əməliyyat müvəkkili İddiaçı DIN-in ##.##.2025-ci il tarixli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Daxili Işlər Nazirliyi Daxili Təhqiqatlar Idarəsinin ##.##.2026-cı il tarixli məktubu ilə təqdim edilmiş sənədlərin surəti (X1 DIN-ə elektron müraciəti, izahatı, şahid X2 izahatı, iddiaçının adına qeydə alınmış mobil nömrənin “WhatsApp” tətbiqindən çıxarışlar) ilə iddiaçının Jalə Səlimova ilə münasibətdə olması, “WhatsApp” mobil tətbiqi üzərindən şəxsiyyəti təhqir edən mesajların yazılması və evinə getməklə (bu hal şahid X2 izahatında da öz təsdiqini tapır) Jalə Səlimovanın narahatlığına səbəb olması öz təsdiqini tapır. Iddiaçı öz adına qeydə alınmış mobil nömrənin “WhatsApp” tətbiqinin arvadının istifadəsində olmasını və yazışmaların arvadı ilə X1 arasında olmasını, həmçinin X1 ilə aralarında münasibətin adi məişət səviyyəsində olmasına baxmayaraq, barəsində aparılmış araşdırmanın qərəzli olmasını bildirsə də, təqdim edilmiş araşdırma materiallarından görünür ki, X1 DIN-ə müraciətində qeyd edilmiş hallar qonşuluqda yaşayan X2 izahatı ilə üst-üstə düşür. Bununla yanaşı, X1 ilə münasibətin adi məişət səviyyəsində olduğu halda iddiaçının arvadının məsələyə qarışması və J.Səlimova ilə etik normalara uyğun olmayan yazışmalar aparılması, habelə J.Səlimovanın iddiaçının hərəkətlərindən onun çalışdığı yuxarı orqana şikayət etməsi münasibətlərin adi səviyyətə olması ilə bağlı iddiaçının dəlillərinin həqiqətə uyğun olmaması qənaətini formalaşdırır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hallar daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan davranış olmaqla, polis əməkdaşının nüfuzuna xələl gətirən hərəkətlər hesab edilir. Odur ki, həmin əməlin törədilməsi mübahisələndirilən əmrin məzmununda qeyd edilmiş əsasla şəxsin xidmətdən xaric edilməsinə əsas verir. Belə ki, “Polis haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır, polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. -13-cü maddəsinə görə səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək polis əməkdaşının ümumi vəzifələrindən biridir. -33-cü maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə, polis əməkdaşı intizam məsuliyyətinə cəlb edilir. -33-cü maddəsinin II hissəsinə görə polis əməkdaşına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: .......... 7) xidmətdən xaric edilmə. Azərbaycan Respublikasının ## #### 2001-ci il tarixli ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin: -108-ci maddəsinə görə daxili işlər orqanlarında xidməti intizam – əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. -114-cü maddəsinə görə xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət, töhmət, şiddətli töhmət, xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq, tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə, xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə. -135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarının əməkdaşı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Azərbaycan Respublikası Daxili Işlər nazirinin ##.##.2005-ci il tarixli *** №-li əmri ilə təsdiq edilmiş Daxili Işlər Orqanları X8 Kodeksinin 22-ci maddəsində də göstərilir ki, davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına xələl gətirən ləyaqətsiz hərəkət kimi qiymətləndirilir və «Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi»ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Intizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. Həmin sənəddə Daxili Işlər Orqanları əməkdaşları ilə bağlı aşağıdakı tələblər nəzərdə tutulmuşdur: -Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır; -Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər; -(maddə 6-1)Xidməti vəzifələrin icrası ilə bir araya sığmayan və polis əməkdaşı adına xələl gətirə biləcək, habelə xidmət keçdiyi və başqa dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir; -(maddə 17) Müxtəlif məsələlərlə bağlı keçirilən xidməti təhqiqat və ya yoxlama zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir; -(maddə 21) Xidmətdə və həyatda təvazökar olmalı, vəzifə üzrə irəli çəkilməsi, mükafatlandırılması, imtiyazların əldə edilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamalı, kənar vasitəçilərin bu məsələyə müdaxiləsini qətiyyətlə rədd etməlidir; -(maddə 22) Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1. inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən əmr verilərkən qanun pozuntusuna yol verilməmiş, əmr qanuni və əsaslıdır. Mübahisələndirilən əmr qanuni olduğundan tələbin digər hissələri də əsassız hesab edilir. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-422/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-422/2026
30.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver