Məhkəmə qərarları › İş №2-1(3-9)-37/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-37/2026

30.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-37/2026 30.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri əsasında iddiaçı İddiaçı cavabdeh üçüncü şəxs1 Cavabdeh qarşı qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh üçüncü şəxs1 Cavabdeh * saylı Cəlilabad Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən 56,4 kv.m torpaq sahəsinin üzərində inşa olunmuş qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin müvafiq qərardadları ilə Masallı bələdiyyəsi və üçüncü şəxs1 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Şirvan Inzibati Məhkəməsinin (hakim F.Abbasov) ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən 56,4 kv.m torpaq sahəsinin üzərində inşa olunmuş qeyriyaşayış binasına dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh üçüncü şəxs1 Cavabdeh * saylı Cəlilabad Ərazi Idarəsinin üzərinə qoyulması, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaitinin iddiaçı İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, 1700326621 X10, KOD 210005, VÖEN ***********, Müxbir hesab AZ 41 NABZ01360100000000003944, SWIFT BIK CTREAZ 22) hesabına köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən, Masallı bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı iclas protokolunun qərarına əsasən alqı-satqı qaydasında İddiaçı qeyriyaşayış (obyekt) binasının tikintisi üçün satılmış 56,4 kv.m torpaq sahəsi üçüncü şəxslərin mülkiyyətinə aid torpaq sahələri ilə üst-üstə düşmür və qeyri-yaşayış binası Masallı rayonu Masallı bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı iclas protokolunun qərarına əsasən qeyri-yaşayış binasının tikintisi üçün satılmış 56.4 kv.m torpaq sahəsinin ərazi hüdudları daxilində, yəni sözügedən 56.4 kv.m torpaq sahəsi iddiaçı İddiaçı tikdirdiyi qeyriyaşayış binasının altında yerləşir, eskiz layihəsi Masallı RIHB Memarlıq və tikinti şöbəsi tərəfindən mart 2006-cı il tarixdə razılaşdırılmış Masallı şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş qeyri-yaşayış binası tikinti və şəhərsalma normalarına uyğun inşa edilməklə giriş-çıxışı, divarları ətrafdakı digər tikililərdən ayrıdır və həmin tikili iddiaçının istifadəsindədir. Cavabdehin imtina aktında yeganə dəlil kimi tikilinin təyinatı məsələsidir ki, Masallı bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı iclas protokolunun qərarı əsasında satılmış 56.4 kv.m torpaq sahəsinin təyinatının məhz sahibkarlıq məqsədilə qeyri-yaşayış (obyekt) binasının tikintisi üçün nəzərdə tutulduğu iş materiallarında olan DT və XK Masallı rayon şöbəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli rəyi, Masallı RIH Memarlıq və Tikinti şöbəsinin rəyi, Masallı RIH Memarlıq və Tikinti şöbəsinin, DT və XK Masallı rayon şöbəsinin, Masallı Bələdiyyəsinin məsul şəxslərinin iştirakı ilə tərtib olunmuş ## #### 2006-cı il tarixli seçim aktı, Masallı Bələdiyyəsinin ## #### 2006-cı il tarixli, ** nömrəli iclas protokolunun qərarı və tikiləcək obyektin eskiz layihəsi ilə təsdiq olunur. Qərardan cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən apellyasiya şikayətləri verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən tikiliyə mülkiyyət hüququnun tanınması ilə bağlı bir sıra orqanlara müraciət etsə də, heç bir nəticəyə nail ola bilməmişdir. Belə ki, hazırda tikili onun istifadəsindədir. Tikili ilə bağlı kənar şəxslərlə heç bir mübahisə yoxdur. Tikili və onun altında olan torpaq sahəsində faktiki olaraq sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Tikili ilə bağlı müvafiq sənədləri də vardır. Lakin cavabdeh orqan tikilinin qeydə alınması ilə bağlı müvafiq sənədlərin verilməsindən imtina etmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, mövcud elektron kadastr məlumat bazasına əsasən araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı müraciətində inşa edilmiş tikilinin hansı təyinatlı olması barədə qeyd olmadığından ərizəsinin icrasından imtina edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, “Masallı rayonu Masallı bələdiyyəsinin ## #### 2006-cı il tarixli, ** saylı iclas protokolunun qərarı əsasında ona qeyri-yaşayış binası tikmək üçün Masallı şəhəri, Heydər Əliyev prospektində 56,4 kv.m torpaq sahəsi ayrılsa da, həmin torpaq sahəsinin 5,5 kv.metr hissəsi X4 və 1 kv.metr hissəsi X1 mülkiyyətində olan torpaq sahələri ilə üstüstə düşür. Eyni zamanda X1 icarə kimi mülkiyyətində olan torpaq sahəsi dövlət mülkiyyətidir. Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətinin dəlilləri və məzmunu cavabdehin apellyasiya şikayəti ilə eynilik təşkil edir. Prosessual məsələlər Məhkəmə kollegiyasının ## ###### 2026-cı il tarixli qərardadı ilə cavabdeh üçüncü şəxs1 Cavabdeh * saylı Cəlilabad Ərazi Idarəsi əsl cavabdeh üçüncü şəxs1 Cavabdeh ilə əvəz edilmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdi. Iddiaçıya və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlməmiş, üçüncü şəxs isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Masallı bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı iclas protokolunun qərarının surətindən görünür ki, bələdiyyənin mülkiyyətinə aid olan torpaq sahəsində obyekt tikmək məqsədi ilə 56,4 kv.m torpaq sahəsinin Masallı rayon Təzə Alvadı kənd sakini İddiaçı alqı-satqı qaydasında satılması qərara alınmışdır. -Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Masallı rayon şöbəsinin ## #### 2006-cı il tarixli rəyində bildirilir ki, İddiaçı bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində sahibkarlıq – ofis məqsədi ilə bina tikmək üçün satılacaq 56,4 kv.m torpaq sahəsi Masallı şəhəri, H.Sultanov küçəsində yerləşir. Masallı bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olduğuna görə Azərbaycan Respublikası Prezidentinin ##.##.1997-ci il tarixli *** saylı Fərmanı ilə təsdiq olunmuş “Torpaqların alqı-satqı qaydaları”na əsasən bələdiyyə tərəfindən İddiaçı satıla bilər. -Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Cəlilabad Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyində bildirilir ki, Masallı bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı iclas protokolunun qərarına əsasən İddiaçı qeyri-yaşayış (obyekt) binasının tikintisi üçün ayrılmış 56,4 kv.m torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmamasına baxmayaraq, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə İddiaçı iddia etdiyi ərazi kimi faktiki istifadəsində olan qeyri-yaşayış binasının tikilialtı 56,4 kv.m torpaq sahəsinin dövlət mülkiyyəti kimi plana alınmış ərazinin hüdudları daxilində yerləşdiyi müəyyənləşdirildi. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyində bildirilir ki, Cavabdeh * saylı Cəlilabad Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*- ****/**** saylı mütəxəssis rəyinə əsasən, Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən, Masallı bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı iclas protokolunun qərarına əsasən İddiaçı qeyri-yaşayış (obyekt) binasının tikintisi üçün ayrılmış 56,4 kv.m torpaq sahəsinin məkan göstəricilərini əks etdirən "Torpaq sahəsinin planı və ölçüsü" sənədi olmadığından bu torpaq sahəsinin sənəd üzrə yerini müəyyən etmək mümkün olmadı. Baxış zamanı təqdim edilən iddiaçı İddiaçı qeyri-yaşayış (obyekt) binasının tikintisi üçün ayrılmış 56,4 kv.m torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir (mütəxəssis rəyinə əlavə, ölçülmüş yerquruluşu planında göstərilmişdir). 56,4 kv.m torpaq sahəsinin üçüncü şəxslərin mülkiyyətinə aid torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən olundu. Baxış zamanı qeyri-yaşayış binasının Masallı rayonu Masallı bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı iclas protokolunun qərarına əsasən İddiaçı qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 56,4 kv.m torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən Masallı şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş qeyriyaşayış binasının eskiz layihəsinin Masallı RIHB Memarlıq və tikinti şöbəsi tərəfindən mart 2006-cı il tarixdə razılaşdırıldığını nəzərə alaraq, tikinti və şəhərsalma normalarına uyğun olduğu müəyyən edilmişdir. Qeyri-yaşayış binasının eskiz layihəsinə uyğun inşa edildiyi müəyyən edilmişdir. Qeyri-yaşayış binasının giriş-çıxışının, divarlarının ətrafdakı digər tikililərdən ayrı olduğu və həmin tikilinin iddiaçının istifadəsində olduğu müəyyən edilmişdir. Qeyri-yaşayış binasının başqa şəxslərin hüquqlarını pozub-pozmamasının və başqa şəxslərin mülkiyyətindən maneəsiz istifadəyə məhdudiyyət yaradıbyaratmamasının müəyyən edilməsi məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının predmetinə aid deyil. -Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq verilmiş Cavabdeh * saylı Cəlilabad ərazi idarəsinin ## #### 2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Masallı rayon bələdiyyəsinin ## #### 2006-cı il tarixli, ** saylı qərarına əsasən satılmış torpaq sahəsi Masallı şəhərinin kompleks yerquruluşu xəritəsində Dövlət mülkiyyəti torpağı kimi saxlanılmışdır. -Iddiaçı İddiaçı tərəfindən məhkəmə kollegiyasına ünvanlanmış ## ######## 2026-cı il tarixli ərizədə qeyd edilmişdir ki, inşa etdiyi qeyri-yaşayış obyektinin başqa mülkiyyətçilərlə üst-üstə düşən 6 kv.m hissəsini sökmüşdür. -Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq, Cavabdeh * saylı Cəlilabad ərazi idarəsinin ## ######## 2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubunda bildirilir ki, tədqiqat obyektinə təkrar baxış keçirilmiş və araşdırma zamanı * saylı Cəlilabad Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ************ nömrəli mütəxəssis rəyində qeyd edilən İddiaçı məxsus 56.4 kv.m qeyri-yaşayış obyektinin X4 805013006403- ***** reyestr nömrəli çıxarışla mülkiyyətində olan qeyri-yaşayış obyektinə texniki səhv nəticəsində üst-üstə düşən 5.5 kv.m hissəsinin A.Əsgərovun ##.##.2026-cı il tarixli ********** qeydiyyat nömrəli ərizəsinə əsasən texniki pasportuna düzəliş edilərək aradan qaldırılması, X1 məxsus qeyri-yaşayış obyekti ilə üst-üstə düşən 1 kv.metr hissəsinin isə iddiaçı tərəfindən sökülməsi müəyyən olunmuşdur. Hal-hazırda İddiaçı məxsus 56.4 kv.m qeyri-yaşayış obyekti başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Qeyd edilməlidir ki, cavabdeh sözügedən torpaq sahəsinin dövlət mülkiyyətində olduğuna, həmçinin həmin torpaq sahəsinin bir hissəsinin digər mülkiyyətçilərə məxsus torpaq sahələri ilə üst-üstə düşdüyünə istinad edərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Həmin əsaslar hər iki apellyasiya şikayətində təkrarlanmışdır. Bu baxımdan, ilk növbədə, məhkəmə kollegiyası cavabdehin torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə dəlilinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Iş materiallarında mövcud olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş rəy ilə müəyyən olunur ki, mübahisələndirilən torpaq sahəsi satılan zaman bələdiyyənin mülkiyyətində olmuşdur. Bundan başqa mübahisələndirilən torpaq sahəsi Masallı bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı qərarı ilə iddiaçıya satılmış, həmin alqı-satqı aktı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsi tərəfindən ## #### 2006-cı il tarixli, ** nömrəli rəy ilə təsdiq edilmişdir. Başqa sözlə, iddiaçı mübahisələndirilən torpaq sahəsini qanuni əsaslarla əldə etmiş, bu əsaslar həmin dövrdə fəaliyyətdə olan səlahiyyətli dövlət qurumu tərəfindən təsdiq edilmişdir. Sözügedən bələdiyyə qərarı nə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, nə də onun hüquqi varisi olan Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mübahisələndirilməmişdir. Göründüyü kimi, iddiaçı mübahisəli torpaq sahəsini qanunamüvafiq qaydada əldə etmişdir və həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər hal-hazırda qüvvədədir və iş üzrə məsələ etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun: -6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. -6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il ## #### tarixli, ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin:- -1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. -17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. -18-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. -19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -4.1. 2006-cı il ####un #-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. -4.3. 2006-cı il ####un #-dək daşınmaz əmlak üzərində hüquqların dövlətqeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. -8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; -12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinə başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. -13.11. Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarı hətta qanunla ayrılması məhdudlaşdırılan torpaq sahəsinə münasibətdə qəbul olunduğu təqdirdə belə, “Inzibati icraat haqqında” Qanunun 65-ci maddəsi, o cümlədən 65.1.2-ci maddəsi anlamında etibarsız sayıla bilməz. Belə ki, inzibati orqanın qərarının qəbulunun qanunvericiliyin müəyyən tələblərinin pozulması ilə müşayiət olunması, həmin qərarın qəbulunun onun səlahiyyəti ilə ehtiva olunduğu hallarda həmin qərarın etibarsızlığına deyil, qanunsuzluğuna səbəb ola bilər. Nəzərə alınmalıdır ki, bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyənin səlahiyyəti ümumi xarakterli səlahiyyətdir və hətta qanunla ayrılması məhdudlaşdırılan torpaq sahələrinə belə şamil olunur. Belə ki, həmin torpaq sahələrinin ayrılması da bələdiyyənin torpaqayırma səlahiyyəti ilə ehtiva olunur və burada söhbət bələdiyyənin səlahiyyətsizliyindən deyil, müvafiq səlahiyyətin həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasından gedir. Qanunsuz inzibati aktlar isə yalnız qanunla müəyyən olunmuş qaydada və şərtlər daxilində buna subyektiv hüququ olan şəxslər tərəfindən mübahisələndirilə bilər və ya buna səlahiyyəti olan orqan tərəfindən “Inzibati icraat haqqında” Qanunun müvafiq prinsipləri və normaları nəzərə alınmaqla ləğv edilə bilər. Bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrinin ayrılmasının onların səlahiyyətinə aid olduğu mübahisə predmeti deyil və təkzib olunmur. Bu baxımdan hazırki mübahisəyə münasibətdə iddiaçıya torpaq sahəsinin satılması barədə bələdiyyənin qərarı etibarsız inzibati akt sayıla bilməz. “Inzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Cavabdehin imtinasının digər bir əsası isə iddiaçıya ayrılmış 56,4 kv.m torpaq sahəsinin 5,5 kv.m olan hissəsinin X4 və 1 kv.m hissəsinin isə X1 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi olmuşdur. Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş məktubla həmin halların aradan qalxdığı bildirilmişdir. Belə ki, texniki səhv nəticəsində üst-üstə düşən 5.5 kv.metr hissəyə münasibətdə A.Əsgərovun texniki pasportunda düzəliş edilmiş, eləcə də X1 məxsus torpaq sahəsi ilə üst-üstə düşən 1 kv.metr hissə iddiaçı tərəfindən sökülmüşdür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının X1 məxsus torpaq sahəsi ilə üst-üstə düşən 1 kv.metr hissəsini sökməsi səbəbindən birinci instansiya məhkəməsinin qərarı qeydə alınması tələb olunan tikilinin həcmi hissəsində dəyişdirilməli, hazırki tələbə 55,4 kv.m qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi kimi baxılmalıdır. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, bununla yanaşı birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətləri təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. Iddiaçı İddiaçı Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən 56,4 kv.m torpaq sahəsinin üzərində inşa olunmuş 55,4 kv.m qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh üçüncü şəxs1 Cavabdeh üzərinə qoyulsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar