Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1712/2026 26.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ilk, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə qanuni və mütənasib müdaxilə; ədalətli kompensasiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “fərdi yaşayış evinin qanunsuz sökülməsi nəticəsində iddiaçının paylı mülkiyyətində olan evin bərpa edilməsi, həmin evə dair yaradılan maneələrin qadağan edilməsi, mənəvi zərərin tutulması” tələbinə dair ilk, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı qarşı “tikiləcək yeni mənzilin təhvil verilməsi və evə dair mülkiyyət hüquqlarına xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il ## ###### tarixli 2(103)- ****/**** nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Bakı şəhər Icra Hakimiyyətinin Başçısının ##.##.2020-ci il tarixli ** saylı sərəncamı ilə, Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı, Ibrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad Ibrahimbəyov və Sübhi Salayev küçələrinin əhatə etdiyi ərazini Cavabdeh MMC-yə ayrılmasını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X18 Agentliyi «Azərdövlətsənayelayihə» DLI tərəfindən təsdiq olunmuş ##.##.2020-ci il tarixli rəyini əsas tutaraq bu ərazidə yerləşən, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli və istismar müddəti keçmiş, əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək, həmin ərazidə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə uyğun yeni çoxmərtəbəli, çoxmənzilli yaşayış və qeyri-yaşayış binaların tikilməsi nəzərdə tutulmuşdur.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışa əsasən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət üzrə İddiaçı və digər 11 nəfərin mülkiyyətindədir. Fərdi yaşayış evinin ümumi sahəsi 494,9 kv.m. təşkil edir. X2 payı 1/16 hissədir (494.9 : 16 = 30,93 kv.m.).
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, ümumi sahəsi 505.2 kv.m. olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/16 hissəsi İddiaçı mülkiyyətindədir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. Ilkin iddia üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh MMC tərəfindən qanunsuz sökülməsi nəticəsində iddiaçının paylı mülkiyyətində olan evin bərpa edilməsi, həmin evə dair yaradılan maneələrin qadağan edilməsi, evin yaşayışa yararlı vəziyyətə alınmaqla iddiaçıya təhvil verilməsi, 150.000 manat mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
5. Ilkin iddia üzrə iddiaçı İddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmiş, ərizə icraata qəbul edilmişdir.
6. Ilkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən mənzilin müəyyən hissəsi ( 1/16 hissəsi, 100 kv.m.) mülkiyyət hüququ ilə iddiaçı İddiaçı məxsusdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ******* №-li çıxarışına əsasən ümumi sahəsi 400 kv.m. olan qeyd olunan mənzil sahəsinin 100 kv.m. hissəsi tam mülkiyyət hüququ ilə iddiaçının qeydiyyatdadır. Belə ki, iddiaçının atası X9 vəfatından sonra qeyd edilən mübahisəli mənzil sahəsi 4 vərəsə - X5, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, X1 və iddiaçı İddiaçı arasında miras olaraq pay bölgüsü aparılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ******* №-li çıxarışına əsasən 4 vərəsə üçün pay miqdarı hər biri üçün çıxarışda qeyd olunan mənzil sahəsinin 1/16 hissəsi, yəni 100 kv.m. nəzərdə tutulmuşdur. Yasamal rayon Icra Hakimiyyətinin başçısının *** №-li ##.##.2002-ci il sərəncamına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi Idarəsinin texniki-inventarlaşdırma sənədinə uyğun olaraq iddiaçı İddiaçı adına 100 kv.m. torpaq sahəsi qeyd edilən mənzil sahəsindən ayrılmışdır. Bununla bağlı lazımi sənəd də iş materiallarına əlavə edilmişdir. Belə ki, cavabdeh Cavabdeh MMC tərəfindən iddiaçıya hər hansı söküntü-qazıntı işlərinin aparılacağı barədə icra hakimiyyəti tərəfindən qəbul edilən sərəncam təqdim edilmədən və ya hər hansı xəbərdarlıq edilmədən mübahisəli mənzilin pəncərəsi dağıdılaraq iç hissəsində söküntü işləri aparılmışdır. Mənzilin hazırkı vəziyyətini göstərəcək fotoşəkillər də işə əlavə olunur. Baş vermiş halla bağlı cavabdehlə əlaqə saxlanıldıqda tərəf zənglərə cavab verməmiş, məsələyə biganə yanaşmışdır. Hal-hazırda da iddiaçıya nə sərəncam, nə də digər aidiyyəti sənəd təqdim edilməmişdir. Söküntü işlərinin aparılacağı barədə Icra Hakimiyyəti tərəfindən müvafiq sərəncam verilmədən bu əməliyyatların aparılması qanuna ziddir. Hazırda həmin mənzil söküntü-qazıntı işləri üçün Cavabdeh MMC tərəfindən hasara alınıb və iddiaçı mənzilə daxil ola bilmir. Bu hal fotoşəkillərdə də öz əksini tapıb. Lakin, iddiaçıya sökülmüş mənzil payı üçün heç bir kompensasiya və ya yaşayış yeri verilməmişdir. Bu isə iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Sözügedən mənzil sahəsinin hər kv.m. hissəsi üçün Yasamal rayonu ərazisində (Nizami metrosuna yaxın) ortalama bazar qiyməti 3000 (üç min ) manat müəyyən edilir. Iddiaçı tərəfindən zəbt edilən torpaq sahəsi isə 100 kv.m. təşkil edir. Odur ki, ünvan 3 ünvanında yerləşən mənzilin iddiaçıya düşən hissəsinə mülkiyyət hüquqlarının bərpa edilməsinə, cavabdeh Cavabdeh MMC tərəfindən iddiaçının mənzilə daxil olmağına yaradılmış maneələrin aradan qaldırılmasına, cavabdeh tərəfindən aparılan söküntü-qazıntı işlərinin dərhal dayandırılması və aradan qaldırılmasına, mübahisəli mənzil üçün iddiaçının payına düşən 100 kv.m. hissəyə görə hər kv.m. üçün bazar qiyməti 3.000 (üç min ) manatdan hesablanmaqla, ümumilikdə, kompensasiya qismində 150.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə zərurət vardır.
7. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı “******* saylı çıxarışa əsasən İddiaçı paylı mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən evin sökülməsi üçün Cavabdeh MMC-yə təhvil verilməsinə; - Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İ.Vəliyev, M.F.Axundov və F. Ibrahimbəyov küçələrinin kəsişməsində yeni tikiləcək G binasının, 3-cü mərtəbəsinədə 40 m² sahəsi olan 1 otaqlı * saylı mənzilin İddiaçı təhvil verilməsi ilə İddiaçı ******* saylı çıxarış ilə paylı mülkiyyətində olan evə mülkiyyət hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən ##.##.2025-ci il tarixdə iddia tələbi dəqiqləşdirilmiş, texniki nöqsanlar (mənzilin nömrəsi və s.) aradan qaldırılmışdır.
9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Icra Hakimiyyətinin Başçısının ##.##.2020-ci il tarixli ** saylı sərəncamı ilə Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı, Ibrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad Ibrahimbəyov və Sübhi Salayev küçələrinin əhatə etdiyi ərazini Cavabdeh MMC-yə ayrılmasını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X18 Agentliyi «Azərdövlətsənayelayihə» DLI tərəfindən təsdiq olunmuş ##.##.2020-ci il tarixli rəyini əsas tutaraq bu ərazidə yerləşən, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli və istismar müddəti keçmiş, əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək, həmin ərazidə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə uyğun yeni çoxmərtəbəli, çoxmənzilli yaşayış və qeyri-yaşayış binaların tikilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdı oğlu 59 ünvanında yerləşən yaşayış sahəsi üzrə 16/1 pay hüququ olmaqla cavabdehin paylı mülkiyyətindədir. Lakin cavabdehin orda heç bir mənzili mövcud deyildir və bu məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı da müəyyən edilmişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Fariz Əlizadə) ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, ******* saylı çıxarışa əsasən cavabdeh İddiaçı paylı mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən evin sökülməsi üçün qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMCyə təhvil verilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İ.Vəliyev, M.F.Axundov və F. Ibrahimbəyov küçələrinin kəsişməsində yeni tikiləcək G binasının, 3-cü mərtəbəsində 40 m² sahəsi olan 1 otaqlı * saylı mənzilin cavabdeh İddiaçı təhvil verilməsi, qarşılıqlı iddia tələbinin “İddiaçı ******* saylı çıxarış ilə paylı mülkiyyətində olan evə mülkiyyət hüquqlarına xitam verilməsi” hissəsində təmin edilməməsi, həm ilkin iddia üzrə, həm qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumlarının müvafiq olaraq iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir.
11. Məhkəmə müəyyən etmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət üzrə İddiaçı və digər 11 nəfərin mülkiyyətindədir. Fərdi yaşayış evinin ümumi sahəsi 494,9 kv.m. təşkil edir. X2 payı 1/16 hissədir (494.9 : 16 = 30,93 kv.m.). Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli məktubuna əsasən, ümumi sahəsi 505.2 kv.m. olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/16 hissəsi İddiaçı mülkiyyətindədir, mülkiyyət hüququ ##.##.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı özünün və vəkillərinin izahatlarına əsasən, o, 40 ildən uzun müddətdir ki, özü və ya ailə üzvləri həmin mənzildə faktiki olaraq yaşamır, özünə məxsus olan digər mənzildə yaşayır. Həmçinin, fərdi yaşayış evinin digər bütün paylı mülkiyyətçiləri ilə MMC arasında razılaşmalar əldə edilmişdir. Bundan əlavə, fərdi yaşayış evinə keçirilmiş yerli baxış prosessual hərəkətləri zamanı müəyyən edilmişdir ki, ev sökülməmişdir, lakin, evdə yaşamış şəxslər tərəfindən evin MMC-yə tam təhvil verilməsi səbəbindən bir sıra xırda kənar müdaxilələr halları mövcuddur.
12. Məhkəmə mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, hazırkı mübahisənin əsasını təşkil edən məsələ mülkiyyətin əvəzində veriləcək kompensasiya ilə (mənzilin sahəsi) bağlıdır. Belə ki, X2 tərəfindən 100 kv.m. sahəsi olan mənzil tələb edilir. X2 arqumenti odur ki, həmin fərdi yaşayış evində yaşayan şəxslərə verilən mənzillərin ölçüsü daha yüksək həddədir. Cavabdeh MMC isə əks arqument olaraq bildirir ki, həmin evdə yaşayan şəxslərə verilmiş mənzillərin sahələri onları faktiki yaşayış sahələri nəzərə alınmaqla verilmiş, bu barədə mövcud məhkəmə təcrübəsi əsas götürülmüşdür. X2 həmin fərdi yaşayış evində uzun illərdir ki, faktiki olaraq yaşamadığından, dolayı yolla onun mülkiyyət sahəsi faktiki olaraq müəyyən edilmədiyindən ona verilən mənzilin sahəsi hüquqi baxımdan məhz çıxarış üzrə hesablanır.
13. Məhkəmə Cavabdeh MMC-nin arqumenti ilə razılaşaraq, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər üzrə mübahisəni həll etməyi qanuni hesab etmişdir.
14. İddiaçı digər arqumenti odur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2010-cu il tarixli *(***)-****/** nömrəli qərarı preyudisial hesab edilməli və həmin qərara əsasən sözügedən əmlakın 4 nəfər arasında bölünməsi xüsusatı nəzərə alınmalıdır. Həmin arqumentə münasibətdə məhkəmə bildirmişdir ki, əvvəla preyudisiallıq institutunun mahiyyətinə uyğun olaraq həmin qərarda Cavabdeh MMC tərəf olmadığından sözügedən qərarın hazırki mülki iş üzrə preyudisiallığı istisna edilir. Bundan əlavə, həmin qərar üzrə də X2 əmlaka dair 1/16 hissədə mülkiyyət payı müəyyən edilmiş və həmin qərar əsasında sonuncu mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Yekun olaraq, mübahisə çıxarış üzrə qeyd edilən məlumatlar kontekstindən həll edilməlidir. Mübahisə predmeti olan əmlak üzrə digər paylı mülkiyyətçilərin, həmçinin ərazi üzrə razılaşma əldə edilmiş digər şəxslərin hüquqları qorunmalıdır.
15. Məhkəmə bildirmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı söküləcək fərdi yaşayış evlərinin sakinlərinə yeni tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillər təmin ediləcəyi barədə öhdəlik götürmüşdür. Sökülən evlər üzrə razılığa gəlmiş sakinlər alacaqları yeni mənzillər ilə bağlı gözlənti hüquqları yaranmış lakin cavabdeh ilə razılıq əldə edilməməsi, cavabdehin öz mülkiyyət hüququndan sui-istifadə etməsi onların bu gözlənti hüquqlarını məhdudlaşdırır. Qarşılıqlı iddia üzrə iddiaçı cavabdehin mülkiyyət hüquqlarını pozmur, əksinə, onun mülkiyyətlərini ədalətli şəkildə qoruyur və mütənasib şəkildə kompensasiya edir. Cavabdehə, onların mövcud mənzilinin sahəsindən daha geniş olmaqla, müasir tələblərə cavab verən yeni tikilən binada mənzil verilir. Bu, onların mülkiyyətinin daha yaxşı və daha dəyərli bir şəkildə yenilənməsini təmin edir, həmçinin cavabdehin yaşayış şəraitinin yaxşılaşmasına imkan verir. Qarşılıqlı iddia üzrə iddiaçı, cavabdehə məxsus, şəhərin müasir tələblərinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırılması və yaşıllaşdırılması ilə əlaqədar münasib təklif irəli sürmüşdür. Bu təklif, müasir şəhər planlaşdırması çərçivəsində mülkiyyət dəyərlərinin artırılması və yaşayış standartlarının yüksəldilməsi məqsədinə xidmət edir. Lakin, cavabdehlə razılıq əldə edilə bilməməsi nəticəsində, həmin şəxsin yaşayış sahəsini tərk etməməsi yeni və standartlara uyğun yaşayış binasının tikintisini gecikdirir və bu prosesi maneə törədir. Qəzalı vəziyyətdə olan evlərin sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəxslərin mənafeyinə və ümumi maraqlara xidmət edir. Bu, həmçinin yaşayış şəraitinin təhlükəsiz və sağlam bir mühitə çevrilməsini təmin edir. Belə bir yanaşma, mülkiyyət hüquqlarının əsassız və ədalətsiz şəkildə məhdudlaşdırılması kimi dəyərləndirilməməlidir, çünki burada məqsəd mülkiyyət hüquqlarını pozmaq deyil, əksinə, yaşayış standartlarını qaldırmaq və mənzil şəraitini daha yaxşı, müasir və təhlükəsiz hala gətirməkdir. Bu proses, mülkiyyətçilərin mənafelərinin qorunması və ictimai maraqların təmin edilməsi prinsipləri ilə uyğunlaşdırılaraq həyata keçirilməlidir.
16. Məhkəmə qeyd etmişdir ki, müqavilə azadlığının tələbləri və mülkiyyətçinin öz mülkiyyəti barədə sərbəst sərəncam vermək hüququ nəzərə alınmaqla sözügedən ərazidə mütləq əksəriyyət mülkiyyətçilərlə MMC arasında razılıq əldə edilmiş, ərazidə kütləvi şəkildə tikinti işləri həyata keçirilir. Razılaşma əldə edilməyən sakinlərin həmin ərazidə yaşamağa davam etməsi faktiki olaraq mümkün deyildir. Məhkəmə mülkiyyətçilərin mülkiyyət hüquqlarının dövlət təminatını nəzərə alsa da, faktiki durumu operativ və effektiv şəkildə tənzimləməyi, razılaşma əldə edilməyən sakinlərin təhlükəsiz və sağlam yaşam şəraitlərinin təmin edilməsi zəruri hesab edir. Bu isə yalnız münasibətlərə ümumi maraqların qorunması üçün qanuni əsaslarla məhkəmə müdaxiləsi ilə mümkündür. Qarşılıqlı iddia üzrə cavabdehə yeni tikiləcək binada 40 kv.m. sahəsi olan mənzilin verilməsi onun mülkiyyət payının həcminin (30.93 kv.m.) 20%-dən artıq hissədə kompensasiyasını əhatə edir. Lakin, mövcud məhkəmə təcrübəsi əsas götürülməklə qarşılıqlı iddia tələbi “mülkiyyət hüququna xitam verilməsi” hissəsində təmin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh mülkiyyət hüququndan sui-istifadə edir.
17. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi əsası ilə ilkin iddia tələbi əsassızdır və təmin edilməməlidir. Eyni zamanda ilkin iddia üzrə iddiaçıya mənəvi zərərin vurulması xüsusatı mövcud deyildir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 140, 157.2, 390.1, 390.5, 560.1, 560.2, 752.1, 21, 23, 1096.1, 1096.2-ci; Avropa Insan Hüquqları Məhkəməsinin “X12 və X11rşı” ##.##.2019-cu il tarixli qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Fortis-Bayıl» Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ##.##.2020-ci il tarixli Qərarı; “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Ilkin iddia üzrə iddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh ”xxxx” MMC mübahisənin predmeti olan evin ilkin iddiaçı İddiaçı paylı mülkiyyətində olduğunu bildiyi halda onun razılığı olmadan, ona məlumat vermədən, onunla qarşılıqlı razılaşma əldə etmədən sökmüş, yaşayışa tamamilə yararsız vəziyyətə salaraq dəmir hasara almışdır. Əsassız olaraq da bildirmişdir ki, ilkin iddiaçı paylı mülkiyyətçi olmuş olsa da, həmin evdə yaşamamış, faktiki istifadə etməmişdir. Məlum məsələdir ki, qüvvədə olan heç bir maddi hüquq norması cavabdehə mülkiyyətində olan yaşayış sahəsində yaşamayan mülkiyyətçinin mülkiyyət hüquqlarından məhrum etmək, məhdudlaşdırmaq, onun razılığı olmadan əmlakını sökmək, əmlakına qanunsuz sahiblənmək hüququ verməmiş və heç bir maddi hüquq normasında mülkiyyətdə olan əmlakdan faktiki istifadə edən şəxslərin yaşayış sahələri ilə təmin etmək, istifadə etməyən mülkiyyətçini bu hüquqlarını məhdudlaşdırmaq hüququ verməmişdir. Çox təəssüf ki, qarşılıqlı iddianın təmin edilməsində maraqlı olan hakim qanunvericiliyin bu tələbini pozmuşdur. Azərbaycan Respublikasının Ali maddi hüquq normalarından göründüyü kimi, yalnız Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilməsi nəzərdə tutulmuş, lakin istinad edilmiş maddi hüquq normalarında qeyri-dövlət ehtiyacları üçün vətəndaşdan əmlakın məcburi alınması nəzərdə tutulmamışdır. Bu hal onu deməyə əsas verir ki, məhkəmə qeyri-dövlət ehtiyacları üçün məcburi satın alınması nəzərdə tutulmamış, qarşılıqlı iddiaçının tələbi əsasında öz kommersiya maraqlarını həyata keçirmək məqsədilə mülkiyyətdə olan yaşayış sahəsini mülkiyyətçinin razılığı olmadan söküb, onu əmlakından məhrum etmək kimi hərəkətləri qeyd edilmiş Qanunlara zidd olması müəyyən edildiyi halda ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi haqda nəticəyə gələrkən istinad edilmiş maddi hüquq normaların tələblərini kobud surətdə pozmuşdur. Hesab edir ki, məhkəmə məlum nəticəyə gələrkən qarşılıqlı iddiaçının məhkəməyə iddianın əsası olaraq təqdim etdiyi Bakı şəhər IHB-nın ##.##.2020-ci il tarixli ** saylı sərəncamı ilə də müəyyən edilmiş hallara diqqət yetirməmişdir. Həmin sərəncamın 1-ci bəndinə görə qarşılıqlı iddiaçıya, mübahisə edilən mülkiyyətin yerləşdiyi ərazidə yerləşən tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq ,qarşılıqlı razılaşma əsasında “xxxx” MMC tərəfindən tənzimləməsi şərti ilə müasir tipli yeni yaşayış binaların və qeyri-yaşayış sahələrin inşası üçün icazə verilmişdir. Göründüyü kimi qeyd edilmiş sərəncamda da qarşılıqlı iddiaçıya, mülkiyyətçinin razılığı olmadan mülkiyyətini sökmək onun öz maraqlarına uyğun olaraq yaşayış sahəsi ilə təmin etmək hüququ, nəzərdə tutulmamışdır. Məhkəməyə təqdim edilmiş ilkin iddiaçının adına DƏDRX-nin * saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş ##.##.2011-ci il tarixli,********* qeydiyyat nömrəli reyestrdən çıxarışla müəyyən edilmişdir ki, iddiaçının paylı mülkiyyətində olan evin “A”, ”B”, ”D” ”Q” və “V” tikililərdən ibarət olmuş, hər tikilinin də küçədən ayrı-giriş çıxışı olmuşdur. Həmin evə məhkəmə tərəfindən də yerində baxış keçirilərkən müəyyən olunmuşdur ki, ilkin iddiaçının və onun yaxın qohumları digər paylı mülkiyyətçilər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, X5 və X1 sahibliyində və sərəncamında hazırda yaşayışa yararsız vəziyyətə salınmış evin ”A” tikilisi olmuşdur. Məhkəməyə ilkin iddianın əsası olaraq təqdim edilmiş vərəsəlik işi üzrə qəbul edilmiş AR Ali Məhkəməsi Mülki Işlər Üzrə Məhkəmə Kollegiyasının ##.##.2010-cu il tarixli,(***)-****/** saylı qərarı ilə mübahisənin predmeti olan ünvan * saylı ünvanda yerləşən fərdi yaşayış evin “A” tikilinin paylı mülkiyyətçilər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, X6, X1 ilə ilkin iddiaçı İddiaçı aid olması müəyyən edilmiş, həmin iş üzrə Ali Məhkəmənin qərarında istinad edilmiş AR ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2008-ci il tarixli **** saylı rəyi ilə evin ”A” tikilisinin ümümi sahəsi 209,3 kv.m, yaşayış sahəsi 148,0 kv.m., yardımçı sahələrin sahəsi 67,15 kv.m, zirzəminin sahəsi 16,4 kv.m,tikinti altı sahə 281 kv.m. təşkil etməsi müəyyən edilmişdir. Hazırkı mübahisə ilə bağlı məhkəmə sorğusu əsasında DƏDRX-nin * saylı Bakı ərazi idarəsindən tələb edilmiş mübahisə edilən evə dair ##.##.2021-ci il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, evin ”A” tikilisinin ümümi sahəsi 231,55 kv.m., yaşayış sahəsi 148, yardımçı 67,15, zirzəmi 16,4 kv.m.dən ibarət olmuşdur. Məlum məsələdir ki, 4 paylı mülkiyyətçinin arasında “A” tikilinin 231,55 kv.m. bölündükdə hər birinin payına düşən (231,55x4=57,88) pay 57,88 kv.m. onun da üstünə həmin kv.m. 20 faizi gəldikdə İddiaçı paylı mülkiyyətdə olan hissəsinin sahəsi cəmi 75,76 kv.m. olması müəyyən olunur. Bu əsasla da cavabdeh “A” tikilinin digər paylı mülkiyyətçiləri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, X5, X1 hər birini eyni ərazidə yeni inşa edilmiş yaşayış binasında 3 otaqlı 120-150 kv.m. sahəli mənzillərlə təmin etmiş, nədənsə onlara münasibətdə evin ümümi çıxarışına görə paylarına 1/16 pay düşməsi nəzərə alınmamış, ilkin iddiaçıya gəldikdə isə sökülən evdə yaşayış sahəsinin olmadığını iddia edərək yeni inşa edilməsi nəzərdə tutulmuş evdə ona sahəsi 40 kv.m. olan mənzillə təmin edilmək şərtilə mülkiyyət hüquqlarına xitam verilməsinə dair əsassız tələb irəli sürür. Məhkəmə AR MM-nin 82.3-cü maddəsinin tələblərini pozaraq AR Ali Məhkəməsi Mülki Işlər Üzrə Məhkəmə Kollegiyasının ##.##.2010-cu il tarixli qərarına əsasən sözügedən əmlakın 4 nəfər paylı mülkiyyətçi arasında bölünməsi xüsusiyyatını, həmin qərarda xxxx” MMC tərəf olmadığından sözügedən qərarın hazırki mülki iş üzrə preyudisiallığı istisna edildiyi əsas götürməklə məntiqsiz və qanunsuz bir nəticəyə gəlmişdir. Bununla da AR MM-nin 82.3-cü maddənin tələblərini pozmuşdir. Beləliklə hesab edir ki, qarşılıqlı iddianın təmin edilməsində maraqlı olan birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara əhəmiyyət və düzgün hüquqi qiymət verməmiş birbaşa ilkin iddiaçının mülkiyyət hüquqların pozulması ilə nəticələnmiş qətnamə çıxartmaqda haqlı olmamışdır. Birinci instansiya məhkəməsi qeyridövlət ehtiyacları üçün məcburi satın alınması nəzərdə tutulmamış, qarşılıqlı iddiaçının tələbi əsasında mülkiyyətdə olan yaşayış sahəsinin mülkiyyətçinin razılığı olmadan söküb, onu əmlakından məhrum etmək kimi hərəkətləri qeyd edilmiş Qanunlara zidd olması müəyyən edildiyi halda ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair nəticə istinad edilmiş maddi hüquq normalarının tələblərinə zidd hesab edilməlidir. Məhkəmə ilkin iddianın təmin edilməməsinə dair nəticəyə gələrkən cavabdeh ”xxxx” MMC mübahisənin predmeti olan evin İddiaçı paylı mülkiyyətində olduğunu bildiyi halda onun razılığı olmadan, ona məlumat vermədən, onunla qarşılıqlı razılaşma əldə etmədən sökməsi, yaşayışa tamamilə yararsız vəziyyətə salaraq dəmir hasara almaqla ilkin iddiaçının mülkiyyətinə sərəncam vermək sahiblik etmək və istifadə etmək kimi hüquqların pozulmasına düzgün hüquqi qiymət verməmiş, bununla da AR MM-nin 17.2 və 157.5-ci maddələrinin tələblərinə zidd olan qətnamə qəbul etmişdir. Mülki iş üzrə çıxarılmış qətnamədən görünür ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv araşdırmamış, iddiaçının məhkəməyə təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə də işin həqiqi hallarına və qanunun tələblərinə zidd olan qətnamə qəbul etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Günay Axundova (sədrlik edən və məruzəçi), Fərrux Qasımov və Məhəmməd Rüstəmli ) 2026-cı il ## ###### tarixli, 2(103)- ****/**** nömrəli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)- ****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhər Icra Hakimiyyətinin Başçısının ##.##.2020-ci il tarixli ** saylı sərəncamı ilə, Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı, Ibrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad Ibrahimbəyov və Sübhi Salayev küçələrinin əhatə etdiyi ərazini Cavabdeh MMC-yə ayrılmasını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X18 Agentliyi «Azərdövlətsənayelayihə» DLI tərəfindən təsdiq olunmuş ##.##.2020ci il tarixli rəyini əsas tutaraq bu ərazidə yerləşən, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli və istismar müddəti keçmiş, əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək, həmin ərazidə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə uyğun yeni çoxmərtəbəli, çoxmənzilli yaşayış və qeyri-yaşayış binaların tikilməsi nəzərdə tutulmuşdur.
23. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət üzrə İddiaçı və digər 11 nəfərin mülkiyyətindədir. Fərdi yaşayış evinin ümumi sahəsi 494,9 kv.m. təşkil edir. X2 payı 1/16 hissədir (494.9 : 16 = 30,93 kv.m.). Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli məktubuna əsasən, ümumi sahəsi 505.2 kv.m. olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/16 hissəsi İddiaçı mülkiyyətindədir, mülkiyyət hüququ ##.##.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı özünün və vəkillərinin izahatlarına əsasən, o, 40 ildən uzun müddətdir ki, özü və ya ailə üzvləri həmin mənzildə faktiki olaraq yaşamır, özünə məxsus olan digər mənzildə yaşayır. Həmçinin, fərdi yaşayış evinin digər bütün paylı mülkiyyətçiləri ilə MMC arasında razılaşmalar əldə edilmişdir.
24. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən fərdi yaşayış evinə keçirilmiş yerli baxış prosessual hərəkətləri zamanı müəyyən edilmişdir ki, ev sökülməmişdir, lakin, evdə yaşamış şəxslər tərəfindən evin MMC-yə tam təhvil verilməsi səbəbindən bir sıra xırda kənar müdaxilələr halları mövcuddur.
25. Hazırda apellyasiya baxışının predmetində qalan hissədə mübahisənin mahiyyəti iddiaçıya mülkiyyətin əvəzində veriləcək kompensasiya ilə (mənzilin sahəsi) bağlıdır.
26. Belə ki, ilkin iddia üzrə iddiaçı iddia tələbində iddiaçının paylı mülkiyyətində olan evin bərpa edilməsini, maneələrin aradan qaldırılmasını, evin yaşayışa yararlı vəziyyətə alınmaqla iddiaçıya təhvil verilməsi və 150.000 manat mənəvi zərərin tutulmasını tələb etsə də, hazırda apellyasiya şikayətinin dəlillərindən və iddiaçı tərəfin izahatlarından müəyyən edilir ki, onun birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmadığı hallar digər paylı mülkiyyətçilərin 3 otaqlı 120-150 kv.m sahəli mənzillərlə təmin edildiyi halda, ona daha az, 40 kv.m sahəli mənzilin verilməsi ilə bağlıdır.
27. Ilkin iddia üzrə iddiaçı DƏDRX-nin * saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş ##.##.2011-ci il tarixli,********* qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən ki, mübahisə predmeti olan əmlakın “A”, ”B”, ”D” ”Q” və “V” tikililərdən ibarət olmasına, onun mülkiyyət payı olan ümümi sahəsi 231,55 kv.m “A” tikilisinin 4 nəfər arasında bölünməsinə istinad etmişdir.
28. Onun iddiasına görə AR Ali Məhkəməsi Mülki Işlər Üzrə Məhkəmə Kollegiyasının ##.##.2010-cu il tarixli,(***)-****/** saylı qərarı ilə mübahisənin predmeti olan ünvan * saylı ünvanda yerləşən fərdi yaşayış evin “A” tikilinin paylı mülkiyyətçilər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, X6, X1 ilə ilkin iddiaçı İddiaçı aid olması müəyyən edilmişdir.
29. Iddiaçı qeyd edir ki, DƏDRX-nin * saylı Bakı ərazi idarəsindən tələb edilmiş mübahisə edilən evə dair ##.##.2021-ci il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, evin ”A” tikilisinin ümümi sahəsi 231,55 kv.m, yaşayış sahəsi 148, yardımçı 67,15, zirzəmi 16,4 kv.mdən ibarət olmuşdur. Məlum məsələdir ki, 4 paylı mülkiyyətçinin arasında “A” tikilinin 231,55 kv.m bölündükdə hər birinin payına düşən (231,55x4=57,88) pay 57,88 kv.m.onun da üstünə həmin kv.m 20 faizi gəldikdə İddiaçı paylı mülkiyyətdə olan hissəsinin sahəsi cəmi 75,76 kv.m olması müəyyən olunur.
30. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd etmişdir ki, iş materiallarında olan AR Ali Məhkəməsi Mülki Işlər Üzrə Məhkəmə Kollegiyasının ##.##.2010-cu il tarixli,(102)- ****/** saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin MIÜK-nın ##.##.2010-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2009cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı iddiası təmin edilmiş, Bakı şəhəri * saylı Notariat Kontoru tərəfindən İddiaçı miras qalmış mülk evinin 5/24 hissəsinə X5 və X17 vərəsəlik hüququ əldə etməsinə dair verilmiş şəhadətnamə və onun əsasında verilmiş ##.##.1992-ci il tarixli, 30/1137 sayla qeydə alınmış qeydiyyat vəsiqəsi və X1 adına verilmiş şəhadətnamə və onun əsasında verilmiş ##.##.1992-ci il tarixli, 30/3595 sayla qeydə alınmış qeydiyyat vəsiqəsi miras mülkə dair paylar düzgün müəyyən edilmədiyindən qismən ləğv edilmiş, Bakı şəhəri, Sereteli küçəsi, ** saylı mülk evinin 1/16 hissəsinə İddiaçı, 1/16 hissəsinə X5, 1/16 hissəsinə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, 1/16 hissəsinə X1 mülkiyyət hüququ tanınmış və bu barədə hüquqların qeydə alınmasına dair reyestrdən çıxarışın verilməsi DƏDRX-nin Bakı şəhər Ərazi Idarəsinə tapşırılmışdır.
31. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ##.##.2010-cu il tarixli,(***)-****/** saylı qərarı Bakı Apellyasiya Məhkəməsinin MIÜK-nın ##.##.2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
32. Göründüyü kimi ilkin iddia üzrə iddiaçının istinad etdiyi məhkəmə aktlarında mübahisəli ev üzərində iddiaçının iddia etdiyi kimi 1/4 hissədə deyil, 1/16 hissədə paylar müəyyən edilmişdir.
33. O cümlədən iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışın surətindən göründüyü kimi ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 494,9 kv.m. təşkil edən fərdi yaşayış evi paylı mülkiyyət üzrə İddiaçı və digər 11 nəfərin mülkiyyətində olmaqla X2 payı 1/16 hissədir (494.9 : 16 = 30,93 kv.m.).
34. Göründüyü kimi ##.##.2011-ci il tarixli reyestr çıxarışı birmənalı olaraq təsdiq edir ki, iddiaçının mülkiyyət hüququ ümumi sahəsi 494.9 kv.m. olan bütün daşınmaz əmlak kompleksində 1/16 paydan ibarətdir.
35. Belə olan halda kollegiya hesab etmişdir ki, X2 mülkiyyətində olan sahənin 30,93 kv. m olması, iddiaçının 40 ildən çoxdur ki, həmin mənzildə yaşamaması ilə bağlı işin fakikti halları nəzərə alınmaqla, cavabdeh Cavabdeh MMC tərəfindən təklif edilən Bakı şəhəri, Yasamal rayonu, İ.Vəliyev, M.F.Axundov və F. Ibrahimbəyov küçələrinin kəsişməsində yeni tikiləcək G binasının, 3-cü mərtəbəsinədə 40 m² sahəsi olan 1 otaqlı * saylı mənzilin verilməsi işin halları və qanunvericilyin müddəaları bağımından ədalətli və məqsədəmüvafiqdir.
36. Belə ki, qarşılıqlı iddia üzrə cavabdehə yeni tikiləcək binada 40 kv.m. sahəsi olan mənzilin verilməsi onun mülkiyyət payının həcminin (30.93 kv.m.) 20%-dən artıq hissədə kompensasiyasını əhatə edir.
37. Iş materiallarından görünür ki, digər paylı mülkiyyətçilərlə onların orada yaşaması və artırmalar etməsi nəzərə alınmaqla faktiki sahəyə uyğun olaraq kompensasiyanın verilməsi barədə razılığa gəlinmişdir.
38. Ilkin iddia üzrə iddiaçının isə qeyd edilən evdə son 40 ildə yaşamaması işin mübahsisəsiz halıdır.
39. “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli qərarında qeyd edilir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il ## #### tarixli ***IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012- ci il 4 sentyabr tarixli *** nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
40. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı söküləcək fərdi yaşayış evlərinin sakinlərinə yeni tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillər təmin ediləcəyi barədə öhdəlik götürmüşdür. Sökülən evlər üzrə razılığa gəlmiş sakinlər alacaqları yeni mənzillər ilə bağlı gözlənti hüquqları yaranmış lakin cavabdeh ilə razılıq əldə edilməməsi, cavabdehin öz mülkiyyət hüququndan sui-istifadə etməsi onların bu gözlənti hüquqlarını məhdudlaşdırır. Qarşılıqlı iddia üzrə iddiaçı cavabdehin mülkiyyət hüquqlarını pozmur, əksinə, onun mülkiyyətlərini ədalətli şəkildə qoruyur və mütənasib şəkildə kompensasiya edir. Cavabdehə, onların mövcud mənzilinin sahəsindən daha geniş olmaqla, müasir tələblərə cavab verən yeni tikilən binada mənzil verilir. Bu, onların mülkiyyətinin daha yaxşı və daha dəyərli bir şəkildə yenilənməsini təmin edir, həmçinin cavabdehin yaşayış şəraitinin yaxşılaşmasına imkan verir. Qarşılıqlı iddia üzrə iddiaçı, cavabdehə məxsus, şəhərin müasir tələblərinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırılması və yaşıllaşdırılması ilə əlaqədar münasib təklif irəli sürmüşdür. Bu təklif, müasir şəhər planlaşdırması çərçivəsində mülkiyyət dəyərlərinin artırılması və yaşayış standartlarının yüksəldilməsi məqsədinə xidmət edir. Lakin, cavabdehlə razılıq əldə edilə bilməməsi nəticəsində, həmin şəxsin yaşayış sahəsini tərk etməməsi yeni və standartlara uyğun yaşayış binasının tikintisini gecikdirir və bu prosesi maneə törədir. Qəzalı vəziyyətdə olan evlərin sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin məzil-məişət şəraitinin yaxşılaşdırılması, şəxslərin mənafeyinə və ümumi maraqlara xidmət edir. Bu, həmçinin yaşayış şəraitinin təhlükəsiz və sağlam bir mühitə çevrilməsini təmin edir. Belə bir yanaşma, mülkiyyət hüquqlarının əsassız və ədalətsiz şəkildə məhdudlaşdırılması kimi dəyərləndirilməməlidir, çünki burada məqsəd mülkiyyət hüquqlarını pozmaq deyil, əksinə, yaşayış standartlarını qaldırmaq və mənzil şəraitini daha yaxşı, müasir və təhlükəsiz hala gətirməkdir. Bu proses, mülkiyyətçilərin mənafelərinin qorunması və ictimai maraqların təmin edilməsi prinsipləri ilə uyğunlaşdırılaraq həyata keçirilməlidir.
41. Kollegiya həmçinin qeyd etmişdir ki, qarşılıqlı iddianın qanuniliyini və əsaslılığını şərtləndirən işin fakitki və hüquqi xüsusatları ilkin iddianın əsassızlığı ilə bağlı hüquqi nəticəyə səbəb olduğundan məhkəmə ilkin iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
42. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 140, 152.1, 152.6, 560.1, 560.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2. 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
43. Ilkin iddia üzrə iddiaçı İddiaçı (vəkil vəkil3) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi,mülki işin yeni apellyasiya baxışına qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası məlum nəticəyə gələrkən qarşılıqlı iddiaçının məhkəməyə iddianın əsası olaraq təqdim etdiyi Bakı şəhər IHB-nın ##.##.2020-ci il tarixli ** saylı sərəncamı ilə də müəyyən edilmiş hallara diqqət yetirməmişdir. Həmin sərəncamın 1-ci bəndinə görə qarşılıqlı iddiaçıya, mübahisə edilən mülkiyyətin yerləşdiyi ərazidə yerləşən tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, qarşılıqlı razılaşma əsasında “xxxx” MMC tərəfindən tənzimləməsi şərti ilə müasir tipli yeni yaşayış binaların və qeyri-yaşayış sahələrin inşası üçün icazə verilmişdir. Göründüyü kimi qeyd edilmiş sərəncamda da qarşılıqlı iddiaçıya, mülkiyyətçinin razılığı olmadan mülkiyyətini sökmək onun öz maraqlarına uyğun olaraq yaşayış sahəsi ilə təmin etmək hüququ nəzərdə tutulmamışdır.
45. Cavabdeh paylı mülkiyyətçilərin heç birinə paylı mülkiyyətdə olan paylara uyğun mənzillə təmin etməmiş və ya kompensasiya ödənilməmiş, hər biri ilə faktiki istifadə etdikləri sahələrə görə müqavilələr bağlanmış, nəticədə də yalnız İddiaçı ona aid olan “A” tikilidə faktiki yaşamamasını əsas götürməklə əmlakdakı həqiqi payını digər paylı mülkiyyətçilərə faktiki istifadə etdikləri sahə kimi qiymətləndirərək ödənilməsi birbaşa İddiaçı qanunla qorunan mülkiyyət hüquqlarını pozmasına səbəb olmuşdur. Çox təəssüf ki, məhkəmə kollegiyası iş üzrə mühüm əhəmiyyət kəsb edən bu hallara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyasına paylı mülkiyyətçilərin heç biri tərəfindən mübahisə edilən ünvanda faktiki əlavə tikililər inşa etməmələri, həmin tikililərin 1965-ci ildə tərtib edilmiş evin texniki pasportunda göstərilmiş göstəricilərlə eynilik təşkil etməsi, bununla əlaqədar iş üzrə məhkəmə-tikinti ekspertizasının təyin edilməsinə dair vəsatətləri təmin edilməmişdir.
46. Məhkəmə ilkin iddianın təmin edilməməsinə dair nəticəyə gələrkən cavabdeh ”xxxx” MMC mübahisənin predmeti olan evin İddiaçı paylı mülkiyyətində olduğunu bildiyi halda onun razılığı olmadan, ona məlumat vermədən, onunla qarşılıqlı razılaşma əldə etmədən sökməsi, yaşayışa tamamilə yararsız vəziyyətə salaraq dəmir hasara almaqla ilkin iddiaçının mülkiyyətinə sərəncam vermək sahiblik etmək və istifadə etmək kimi hüquqların pozulmasına düzgün hüquqi qiymət verməmiş, bununla da Azərbaycan Respublikası MM-nin 157.2 və 157.5ci maddələrinin tələblərinə zidd olan qətnamə qəbul etmişdir.
47. Mübahisəyə baxan apellyasiya instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən birinci instansiya məhkəməsi tərəfindən mübahisənin predmeti olan evin 11 paylı mülkiyyətçidən yalnız İddiaçı münasibətdə qərəzli olmasına, onun mülkiyyətində olan evində yaşamamasını bəhanə edərək paylı mülkiyyətində olan hissəsini digər paylı mülkiyyətçilərin faktiki istifadələrində olan sahə kimi qiymətləndirərək onların hər birini paylarından 2-3 dəfə artıq mənzil sahəsi ilə təmin edilməsi və ya kompenssasiya ödənilməsi kimi hallarına düzgün hüquqi qiymət verməməsinə diqqət yetirməmişdir.
48. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin II və IV hissələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1. 152.5, 157.2, 157.9, 246.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1. 77.1, 82.3, 88, 376.1-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. Ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC kassasiya şikayətinə qarşı etiraz verərək kassasiya şikayətinin təmin olunmaması və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasioya şikayətinə etiraza münasibət
50. Ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili vəkil3 elektron kabinet vasitəsilə kassasiya kollegiyasına müraciət ünvanlayaraq iş üzrə kassasiya şikayətinə verilmiş etiraz ərizəsinin əsassız olmasını nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsi haqda qərar qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
51. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
52. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
53. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
54. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
55. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
56. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
57. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
65. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
66. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
67. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
68. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
69. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
71. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
73. Yuxarıda qeyd edilənlərə görə də ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il ## ###### tarixli 2(103)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı: Ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il ## ###### tarixli 2(103)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.