Məhkəmə qərarları › İş №2(3-6)-3652/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-3652/2026

02.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3652/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı (Daxili Işlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Işin halları

1. Saatlı rayon prokuroru, R X3 tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli "cinayət işi üzrə icraata hissəvi xitam vermək haqqında" qərardan görünür ki, Saatlı RPŞ-nin Istintaq bölməsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə sabiq müstəntiq Eldost Ələkbərov tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli qərar ləğv edilmiş, istintaq bölməsinin rəisi, R Xəyal Abasov tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli qərarla İddiaçı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Saatlı RPŞ-nin Istintaq bölməsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə icraata İddiaçı barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyi və əməlində başqa cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hissəvi xitam verilmişdir.

2. Həmin qərardan görünür ki, İddiaçı ##.##.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq ## ###### 2025-cü il tarixdə ittiham aktı təsdiq edilərək baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, həmin Məhkəmənin ## ###### 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CPM-nin tələbləri pozulduğundan İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və ## #### 2025-ci tarixdə cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Saatlı rayon prokuroruna qaytarılmış, oradan isə ## #### 2025-ci il tarixdə Saatlı RPŞ-nin Istintaq bölməsinə göndərilərək cinayət işi Saatlı RPŞ-nin Istintaq bölməsinin rəisi, R Xəyal Abasovun icraatına qəbul edilmiş və sonuncu tərəfindən əlavə ibtidai istintaq aparılaraq İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış və iş üzrə ## #### 2025-ci il tarixdə ittiham aktı tərtib edilərək cinayət işi Saatlı rayon prokurorluğuna göndərilmişdir.

3. Saatlı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı qərarından görünür ki, vəsatət təmin edilmiş, İddiaçı barəsində əvvəli ##.##.2024-cü il tarixdən, saat 20:00dan hesablanmaqla, 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ##.##.2024-cü il tarixli 4(106)- **/**** saylı qərarından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz olunmasından imtina edilməsinə dair Saatlı Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Saatlı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı qərarından görünür ki, vəsatət təmin edilməmiş, İddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz olunmasından imtina edilmişdir.

6. Saatlı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qərarından görünür ki, vəsatət təmin edilmiş, İddiaçı barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə ## #### 2025-ci il tarixədək seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, təqsirləndirilən şəxs İddiaçı dərhal həbsdən azad edilmiş, təqsirləndirilən şəxs İddiaçı üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş, qərarın icrası Saatlı rayon Polis Şöbəsinə həvalə edilmişdir.

7. Ibtidai istintaq zamanı İddiaçı hüquqlarını müdafiəçi Bakı şəhəri ** saylı Vəkil bürosunun vəkili Nümayəndə müdafiə etmişdir.

8. Saatlı RPŞ tərəfindən İddiaçı ünvanlanmış 22 may, 23 may, 24 may, ## ### 2025-ci il tarixli məktublardan görünür ki, sonuncu, şöbəyə dəvət edilmiş, gəlmədiyi təqdirdə məcburi gətirilməyə məruz qala biləcəyi barədə ona xəbərdarlıq edilmişdir.

9. Məhkəmə bildirişindən görünür ki, arvadı X1 İddiaçı qarşı nikahın pozulması və uşaqların ananın yanında qalması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir (iş nömrəsi e-2(006)-5089/2024).

10. Hüquqi yardımın göstərilməsi haqqında ##.##.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı Saatlı RPŞ-də hüquqlarının müdafiəsi üçün Bakı şəhəri ** saylı Vəkil bürosunun vəkili Nümayəndə ilə müqavilə bağlanmış və hüquqi xidmətə görə haqq 500 manat müəyyən edilmişdir.

11. Hüquqi yardımın göstərilməsi haqqında ##.##.2025-ci il tarixli müqavilədən görünür ki, İddiaçı Lənkəran Ağır Cinayətlər Məhkəməsində hüquqlarının müdafiəsi üçün Bakı şəhəri ** saylı Vəkil bürosunun vəkili Nümayəndə ilə müqavilə bağlanmış və hüquqi xidmətə görə haqq 330 manat müəyyən edilmişdir.

12. Hüquqi yardımın göstərilməsi haqqında ##.##.2025-ci il tarixli müqavilədən görünür ki, İddiaçı Saatlı RPŞ-də ********* saylı cinayət işi üzrə hüquqlarının müdafiəsi üçün Bakı şəhəri ** saylı Vəkil bürosunun vəkili Nümayəndə ilə müqavilə bağlanmış və hüquqi xidmətə görə haqq 330 manat müəyyən edilmişdir.

13. Hüquqi yardımın göstərilməsi haqqında ##.##.2025-ci il tarixli müqavilədən görünür ki, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində hüquqlarının müdafiəsi üçün Bakı şəhəri ** saylı Vəkil bürosunun vəkili Nümayəndə ilə müqavilə bağlanmış və hüquqi xidmətə görə haqq 150 manat müəyyən edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

14. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Saatlı rayon prokuroru, R X3 tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli "cinayət işi üzrə icraata hissəvi xitam vermək haqqında" qərara əsasən, iddiaçı İddiaçı barəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsində nəzərdə tutulmuş bəraətverici əsaslarla xitam verildiyindən fiziki ziyana görə 57.500 (əlli yeddi min beş yüz) manat, 500 (beş yüz) manat və 8.750 (səkkiz min yeddi yüz əlli) manat olmaqla, cəmi 66.750 (altmış altı min yeddi yüz əlli) manat, maddi ziyana görə 137.543 (bir yüz otuz yeddi min beş yüz qırx üç) manat, mənəvi ziyana görə 115.000 (yüz on beş min) manat, 1.000 (bir min) manat və 17.500 (on yeddi min beş yüz) manat olmaqla, cəmi 133.500 (yüz otuz üç min beş yüz) manat, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 1.310 (bir min üç yüz on) manat məbləğində, ümumilikdə 339.103 (üç yüz otuz doqquz min bir yüz üç) manat pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulub iddiaçı İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Iddiaçı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı Saatlı rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, R X5 tərəfindən ## #### 2024-cü il tarixdə qanunsuz və əsassız olaraq şübhəli şəxs qismində tutulmuş, ## #### 2024-cü il tarixdə onun barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlamışdır. İddiaçı ## #### 2024-cü il tarixdə cinayət işi üzrə Saatlı rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, R X6 tərəfindən qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Saatlı rayon Məhkəməsinin hakimi X13 ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı qərarı ilə İddiaçı barəsində qanunsuz və əsassız olaraq 04 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Saatlı rayon Məhkəməsinin hakimi X7 ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı qərarı ilə İddiaçı həbsdə saxlanılma müddəti qanunsuz və əsassız olaraq 03 (üç) ay müddətə, yəni ## ####### 2024-cü il tarixədək uzadılmışdır. Saatlı rayon Məhkəməsinin hakimi X13 ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı qərarı ilə İddiaçı həbsdə saxlanılma müddəti qanunsuz və əsassız olaraq 02 (iki) ay müddətə, yəni ## ###### 2024-cü il tarixədək uzadılmışdır. Saatlı rayon Məhkəməsinin hakimi X13 ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı qərarı ilə İddiaçı həbsdə saxlanılma müddəti qanunsuz və əsassız olaraq 01 (bir) ay müddətə, yəni ## ###### 2025-ci il tarixədək uzadılmışdır. İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi ilə bağlı istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə Saatlı rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, R X6 tərəfindən ## ###### 2025-ci il tarixdə ittiham aktı yazılmış, həmin ittiham aktı həmin gün Saatlı rayon prokuroru, R Adil Vəliyev tərəfindən təsdiq edilmiş, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)- ***/**** saylı qərarı ilə İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri 01 (bir) ay müddətinə, yəni ## #### 2025-ci il tarixədək uzadılmışdır. Saatlı rayon Məhkəməsinin hakimi X13 ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qərarı ilə İddiaçı barəsində 01 (bir) ay müddətinə, yəni ## #### 2025-ci il tarixədək uzadılmış "həbs" qətimkan tədbiri "ev dustaqlığı" qətimkan tədbiri ilə əvəz edilərək o, dərhal həbsdən azad edilmişdir. Saatlı rayon polis şöbəsinin istintaq bölməsinin rəisi, R Xəyal Abasov tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli qərarla İddiaçı barəsində "Polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir. Saatlı rayon prokuroru, R X3 tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli "cinayət işi üzrə icraata hissəvi xitam vermək haqqında" qərarla Saatlı rayon polis şöbəsinin istintaq bölməsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə sabiq müstəntiq Eldost Ələkbərov tərəfindən qəbul edilmiş ## #### 2024-cü il tarixli qərar ləğv edilmişdir. Həmin qərarla Saatlı rayon polis şöbəsinin istintaq bölməsinin rəisi, R Xəyal Abasov tərəfindən qəbul edilmiş ##.##.2025- ci il tarixli qərarla İddiaçı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Eyni zamanda həmin qərarla ********* nömrəli cinayət işi üzrə icraata İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyi və əməlində başqa cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPMnin 39.2-ci maddəsinə əsasən hissəvi xitam verilmişdir. Göründüyü kimi, iddiaçı İddiaçı Saatlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən ## #### 2024-cü il tarixdə qanunsuz və əsassız olaraq tutulmuş, o, ## #### 2024-cü il tarixdə qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş. İddiaçı qanunsuz və əsassız olaraq ## #### 2024-cü il tarixdən ## ###### 2025-ci il tarixədək, 11 (on bir) ay 13 (on üç) gün müddətində həbsdə saxlanılmış, ## ###### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək 7 (yeddi) gün müddətində "ev dustaqlığı növündə qətimkan tədbirində, ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək isə 3 (üç) ay 13 (on üç) gün müddətində "Polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri altında saxlanılmışdır. Iddiaçı İddiaçı qanunsuz olaraq 11 (on bir) ay 13 (on üç) gün müddətində həbsdə, 7 (yeddi) gün müddətində "ev dustaqlığı" növündə qətimkan tədbirində və 3 (üç) ay 13 (on üç) gün müddətində "Polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri altında saxlanılmaqla ona külli miqdarda fiziki, maddi və mənəvi zərər vurulmuşdur. Belə ki, İddiaçı uzun müddət, yəni 11 (on bir) ay 13 (on üç) gün müddətində həbsdə saxlanıldığından azadlıq hüququndan məhrum olmuş, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı və * saylı Istintaq Təcridxanalarında qapalı rejimdə saxlanılmışdır. Qeyd olunan müddət ərzində saxlanılarkən İddiaçı işləyə, pul qazana bilməmiş, ailəsinin dolanışığını təmin edə bilməmiş, aylıq qazancından, gəlirlərindən məhrum olmuşdur. İddiaçı 11 (on bir) ay 13 (on üç) gün müddətində Istintaq Təcridxanalarında qapalı rejimdə həbsdə saxlanılması onun səhhətində müəyyən xəstəliklərə səbəb olmuş, ailə-uşaqlarından ayrı yaşaması, övladlarına qayğı göstərə bilməməsi, valideyinlərinə, yaxın qohumlarına, tanışlarına, dostlarına baş çəkə bilməməsi onun mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. İddiaçı haqqında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı qanunsuz və əsassız olaraq ittiham irəli sürülməsi ailəsinin, yaxın qohumlarının, dostlarının, tanışlarının, iş yoldaşlarının və onu tanıyan digər şəxslər arasında nüfuzunun, hörmətinin azalmasına, ona simpatiya bəsləyən insanlarda mənfi fikirin formalaşmasına və digər mənfi, neqativ nəticələrə səbəb olmuşdur. Bu psixoloji basqı altında hətta İddiaçı rəsmi nikahda olduğu arvadı X1 iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, onunla İddiaçı arasında bağlanmış ## ###### 2014-cü il tarixli ** nömrəli nikahın pozulmasını, ##.##.2015-ci il təvəllüdlü X21 və ##.##.2023-cü il təvəllüdlü X4 onun himayəsində saxlanılması barədə qətnamə qət etməsini xahiş etmişdir. Həmin iddia ərizəsində Yetər Əliyeva İddiaçı narkotik satışına görə cinayət məsuliyyətinə cəlb olunduğunu, onun uzun müddət ərzində azadlıqdan məhrum ediləcəyi səbəbindən nikahın pozulmasının zəruriliyini vurğulamışdır. Yetər Əliyevanın iddia ərizəsi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Günay Abidova tərəfindən icraata götürülmüşdür. Həmin iddia ərizəsi ilə bağlı e-2(006)- ****/**** saylı iş üzrə məhkəmənin hazırlıq iclası ##.##.2024-cü il tarixə saat 10:00-a təyin edilmişdir. Bununla bağlı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ##.##.2024cü il tarixli e-2(006)- ****/**** nömrəli Məhkəmə bildirişi * saylı Istintaq Təcridxanasına göndərilmiş və həmin vaxt orada qanunsuz saxlanılan İddiaçı təhvil verilmişdır. Həmin Məhkəmə bildirişı barədə İddiaçılə eyni kamerada saxlanılan digər həbsdə saxlanılan şəxslərin də məlumatı olduğundan, həmçinin, həbsdə saxlanılması arvadı Yetər Əliyevada düzgün olmayan fikir formalaşdırması, onun bu çətin günündə ailəsinin onunla həmrəy olmaq əvəzinə ona qarşı iddia ilə məhkəməyə müraciət etməsi, bununla bağlı Məhkəmə bildirişinin təqdim edilməsi İddiaçı ağır mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuş, bununla bağlı o, özünə xəsarət etmək, həyatına qəsd edib son qoymaq kimi həyati təhlükəli vəziyyətlə üz-üzə qalmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli e-*(***)-****/**** nömrəli və ##.##.2025-ci il tarixli e-*(***)-****/**** nömrəli Məhkəmə bildirişləri və qərardadı da * saylı Istintaq Təcridxanasına göndərilmiş və İddiaçı təqdim edilmişdir. Göründüyü kimi, istintaq orqanının İddiaçı qarşı etdiyi qanunsuz hərəkət nəticəsində onun "ailəsinin dağılması" təhlükəsi ilə də üz-üzə qoymuşdur. Hesab edir ki, İddiaçı 11 (on bir) ay 13 (on üç) gün müddətində həbsdə saxlanılması nəticəsində ona hər ay 5000 (beş min) manat olmaqla cəmi 57500 (əlli yeddi min beş yüz) manat məbləğində fiziki ziyan, hər ay 10000 (on min) manat olmaqla cəmi 115000 (yüz on beş min) manat məbləğində mənəvi ziyan vurulmuşdur. Bundan başqa İddiaçı 7 (yeddi) gün müddətində "ev dustaqlığı" növündə qətimkan tədbirində saxlanılması nəticəsində ona 500 (beş yüz) manat maddi ziyan, 1000 (bir min) manat mənəvi ziyan vurulmuşdur. Belə ki, həmin qətimkan tədbirinin təsiri altında olarkən İddiaçı Saatlı rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 4(055)- **/**** saylı qərarı ilə o, dərhal həbsdən azad edilsə də, onun üzərinə yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. Həmin məhrumiyyətlər İddiaçı azadlıq hüququnu məhdudlaşdırmış, polis orqanının nəzarəti altında olmaqla məhrumiyyətlərlə, tez-tez yoxlanılmalara, polis orqanına çağırılmalara məruz qalmışdır. İddiaçı həbsdən azad edilməsi istintaq orqanında qıcıq yaratdığından istintaq bölməsinin rəisi Xəyal Abasov onun istifadə etdiyi mobil telefona zəng edərək onu tez-tez Saatlı rayon polis şöbəsinə çağırıb gəlməsini tələb etmiş, gəlməyəcəyi halda barəsində axtarış elan etməklə, yenidən həbs etməklə hədələmiş, yuxarıda qeyd etdiyim mənəvi sarsıntı və iztirab keçirməsini davam etdirmişdir. Bundan başqa İddiaçı 3 (üç) ay 13 (on üç) gün müddətində "Polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri altında saxlanılması nəticəsində ona hər ay 2500 (iki min beş) manat olmaqla cəmi 8750 (səkkiz min yeddi yüz əlli) manat məbləğində maddi ziyan, hər ay 5000 (beş min) manat olmaqla cəmi 17500 (on yeddi min beş yüz) manat məbləğində mənəvi ziyan vurulmuşdur. Belə ki, həmin qətimkan tədbirinin şərtlərinə əsasən İddiaçı aşağıdakılar tətbiq edilmişdir: O, müstəntiqin, prokurorun və ya məhkəmənin icazəsi olmadan başqa yerə gedə, habelə müvafiq yaşayış məntəqəsi hüdudlarında daimi yaşayış yerini və ya müvəqqəti olduğu yeri dəyişə bilməz. O, polisin müəyyən etdiyi cədvəl üzrə polis orqanına gəlməli və gəlişini qeyd etdirməlidir. Şübhəli və ya təqsirləndirilən şəxs davranışına nəzarəti həyata keçirmək üçün istənilən anda polis orqanına çağırıla bilər. Bu məqsədlə polisin müvafiq əməkdaşları şübhəli və ya təqsirləndirilən şəxsin iradəsinin əksinə olduqda da onun mənzilinə gəlməyə haqlıdırlar. Həmin qərar icra olunması üçün əvvəlcə Bakı şəhəri Nəsimi rayon polis idarəsinə, oradan isə Ağdam rayon polis şöbəsinə göndərilmişdir. İddiaçı 3 (üç) ay 13 (on üç) gün müddətində "Polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri altında saxlanılarkən istintaqı aparan istintaq bölməsinin rəisi, R Xəyal Abasov tərəfindən əsassız olaraq o, dəfələrlə Saatlı rayon polis şöbəsinə çağırılmışdır. İddiaçı çağırış üzrə hər dəfə yaşadığı Ağdam rayonu Quzanlı qəsəbəsindən Saatlı rayon polis şöbəsinə gedərkən və geri qayıdarkən cəmi 340 km məsafə qət etmiş, o, hər dəfə Saatlı şəhərinə gedib qayıtmağa 90 manat pul sərf etmişdir. 3 (üç) ay 13 (on üç) gün müddətində "Polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri altında saxlanılarkən İddiaçı istintaqı aparan istintaq bölməsinin rəisi Xəyal Abasov tərəfindən cəmi 10 dəfə Saatlı rayon polis şöbəsinə çağırılmış, o, hər çağırış üzrə Saatlı rayon polis şöbəsinə getmiş, nəticədə ona yol xərci olaraq cəmi 900 manat maddi ziyan vurulmuşdur. Eyni zamanda İddiaçı barəsində aparılan cinayət işi üzrə tez-tez Saatlı rayon polis şöbəsinə çağırıldığından hər hansı bir işlə məşğul ola bilməmiş, günlük və aylıq qazancından məhrum olmuşdur. Bununla bağlı İddiaçı əlavə olaraq 7850 manat maddi ziyan vurulmuşdur. Qeyd etdiyi kimi "Polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri altında saxlanılarkən İddiaçı istintaqı aparan istintaq bölməsinin rəisi Xəyal Abasov tərəfindən hədə-qorxu gəlinmiş, o, tez-tez həbs olunmaqla hədələnmiş. nəticədə müstəntiq tərəfindən təzyiq altında saxlanılmış, ona mənəvi iztirab verilmişdir. Beləliklə, İddiaçı 3 (üç) ay 13 (on üç) gün müddətində "Polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri altında saxlanılarkən ona hər ay 5000 (beş min) manat olmaqla cəmi 17500 (on yeddi min beş yüz) manat məbləğində mənəvi ziyan vurulmuşdur. Bundan başqa İddiaçı 2015-ci il tarixdən Rusiya Federasiyasının Yekaterinburq şəhərində yaşamış və fərdi sahibkarlıqla məşğul olmuşdur. İddiaçı 2018-ci il tarixdən hüquqi şəxs kimi fəaliyyət göstərmiş və ## ### 2021-ci il tarixdə fəaliyyət göstərdiyi dörd sayda mağazaya post terminal qoydurmuşdur. Birinci mağaza Rusiya Federasiyası Yekaterinburq şəhəri Studentçskaya küçəsi 19-da yerləşmişdir. Həmin mağazada 16000 manat (800000 rus rublu) dəyərində müxtəlif çeşidli məhsullar, mallar olmuşdur. Həmin mağazadan İddiaçı aylıq qazancı 1500 manat (80000 rus rublu) təşkil etmişdir. Ikinci mağaza Rusiya Federasiyası Yekaterinburq şəhəri Sovetskaya küçəsi 49-da yerləşmişdir. Həmin mağazada 10000 manat (500000 rus rublu) dəyərində müxtəlif çeşidli məhsullar, mallar olmuşdur. Həmin mağazadan İddiaçı aylıq qazancı 1000 manat (50000 rus rublu) təşkil etmişdir. Üçüncü mağaza Rusiya Federasiyası Yekaterinburq şəhəri Mendeleva küçəsi 16-da yerləşmişdir. Həmin mağazada 18000 manat (900000 rus rublu) dəyərində müxtəlif çeşidli məhsullar, mallar olmuşdur. Həmin mağazadan İddiaçı aylıq qazancı 2000 manat (100000 rus rublu) təşkil etmişdir. Dördüncü mağaza Rusiya Federasiyası Yekaterinburq şəhəri Kamçatskaya küçəsi 49-da yerləşmişdir. Həmin mağazada 8000 manat (400000 rus rublu) dəyərində müxtəlif çeşidli məhsullar, mallar olmuşdur. Həmin mağazadan İddiaçı aylıq qazancı 1000 manat (50000 rus rublu) təşkil etmişdir. İddiaçı qanunsuz olaraq 11 (on bir) ay 13 (on üç) gün müddətində həbsdə, 7 (yeddi) gün müddətində ev dustaqlığında və 3 (üç) ay 13 (on üç) gün müddətində "Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri altında saxlanılması (cəmi 15 ay 3 gün) nəticəsində o, cəmi 52000 manat dəyərində olan əmlakından, həmin müddət ərzində birinci mağaza üzrə 22950 manat, ikinci mağaza üzrə 15300 manat, üçüncü mağaza üzrə 30600 manat və dördüncü mağaza üzrə 15300 manat olmaqla cəmi 84150 manat qazancından məhrum olmuşdur. Belə ki, qeyd olunan 15 ay 3 gün müddətində İddiaçı dörd sayda mağaza üzərində nəzarəti itirmiş, bu səbəbdən də cəmi 52000 manat dəyərində məhsullar və mallar məhv olmuş, mağaza fəaliyyət göstərmədiyindən isə cəmi 84150 manat qazancından məhrum olmuşdur. Bundan başqa İddiaçılə "Kalso Urala" adlı bank arasında ## ### 2021-ci il tarixdə bağlanmış müqavilə əsasında ona məxsus dörd sayda mağazaya dörd ədəd post terminal qoyulmuş, İddiaçı tərəfindən üç ədəd post terminalının hər birinə 352 manat (17662 rus rublu), bir ədəd post terminala isə 337 manat (16859 rus rublu) olmaqla, cəmi 1393 manat ödəniş edilmişdir. Bu da onu təsdiq edir ki, İddiaçı uğurlu və stabil gəlir gətirən biznesi olmuşdur. Göründüyü kimi, İddiaçı qanunsuz olaraq 11 (on bir) ay 13 (on üç) gün müddətində həbsdə, 7 (yeddi) gün müddətində ev dustaqlığında və 3 (üç) ay 13 (on üç) gün müddətində "Polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri altında saxlanılması (cəmi 15 ay 3 gün) nəticəsində ona ümumilikdə 137543 manat məbləğində maddi ziyan vurulmuşdur. Bundan başqa Saatlı rayon polis şöbəsinin istintaq bölməsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə İddiaçı hüquqlarını müdafiə etmək üçün onun yaxın qohumu X8 vəkillə ## ### 2024-cü il tarixdə "Hüquqi yardımın göstərilməsi haqqında" *** nömrəli müqavilə bağlanmış, Vüqar Əliyev həmin müqaviləyə əsasən Bakı şəhəri "A.İ.M" Vəkil Bürosuna 500 manat pul ödənilmişdir. Həmin müqavilə əsasında *** nömrəli vəkil orderi əsasında ## ### 2024-cü il tarixdən ## ###### 2025-ci il tarixədək İddiaçı hüquqi yardım göstərilmişdir. ********* nömrəli cinayət işi ## ###### 2025-ci il tarixdə baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərildikdən sonra İddiaçı hüquqlarını müdafiə etmək üçün onun yaxın qohumu X8 vəkillə ## ###### 2025-ci il tarixdə "Hüquqi yardımın göstərilməsi haqqında" EM-****VK-****/** nömrəli müqavilə bağlanmış, Vüqar Əliyev həmin müqaviləyə əsasən Bakı şəhəri ** saylı Vəkil Bürosuna 330 manat pul ödənilmişdir. Həmin müqavilə əsasında EO-2634VK- ****/** nömrəli elektron vəkil orderi əsasında ## ###### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək İddiaçı hüquqi yardım göstərilmişdir. ********* nömrəli cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)- ***/**** nömrəli qərarı ilə Saatlı rayon polis şöbəsinə qaytarıldıqdan sonra İddiaçı hüquqlarını müdafiə etmək üçün o, vəkillə ## #### 2025-ci il tarixdə "Hüquqi yardımın göstərilməsi haqqında" EM-****VK-*****/** nömrəli müqavilə bağlanmış, İddiaçı həmin müqaviləyə əsasən Bakı şəhəri ** saylı Vəkil Bürosuna 330 manat pul ödənilmişdir. Həmin müqavilə əsasında EO-****VK-****/** nömrəli elektron vəkil orderi əsasında ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək İddiaçı hüquqi yardım göstərilmişdir Cinayət işi üzrə xitam verildikdən sonra İddiaçı vurulmuş ziyana görə kompensasiya ödənilməsinə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək, həmin Məhkəmədə ona hüquqi yardım göstərmək və hüquqlarını müdafiə etmək üçün o, vəkillə ## ####### 2025-ci il tarixdə "Hüquqi yardımın göstərilməsi haqqında" EM-****VK-*****/** nömrəli müqavilə bağlamış, İddiaçı həmin müqaviləyə əsasən Bakı şəhəri ** saylı Vəkıl Bürosuna 150 manat pul ödənilmişdir. Həmin müqavilə əsasında EO-****VK-*****/** nömrəli elektron vəkil orderi hazırda İddiaçı hüquqi yardım göstərilir. Görundüyü kimi, İddiaçı hüquqlarının müdafiə etməsi üçün vəkilə ümumilikdə 1310 (bir min üç yüz on) manat pul sərf etmiş, vəkilə ödənilən məbləğlə bağlı İddiaçı 1310 manat maddi ziyan vurulmuşdur.

16. Daxili Işlər Nazirliyi iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ##.##.2026-cı il qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçı İddiaçı vurulmuş mənəvi zərərə görə 13.000 (on üç min) manat və hüquqi yardıma görə ödənilmiş 1.310 (bir min üç yüz on) manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1100, 1101.1, 1101.2-ci maddələrinə, Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1, 5, 6, 7, 12-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il ## ##### tarixli Qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ##.##.2025-ci il tarixli ** №-li qərarına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1, 58.1, 58.2-ci maddələrinə, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətiimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası(konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Bununla bağlı olaraq, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan RespublikasıMilli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquqmühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuşdur və vəsaitin hansı xərclərdən ödənilməli olmasıməsələsi isə mübahisə doğurmaqdadır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası(qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Dəymiş mənəvi zərər isə fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və ümumiyyətlə qeyd olunanlarla bağlıməhkəmə tərəfindən hər hansı bir sübut tədqiq olunmadan iddiaçıya 13.000 manat məbləğində vəsaitin ödənilməsi qət edilmişdir. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. Eyni zamanda hesab edir ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Cinayət Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya 13.000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Qətnamədən də göründüyü kimi, məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, maddi zərərlə bağlı nə də ki mənəvi zərərlə bağlı hər hansı sübut tədqiq olunmamışdır. Şəxsin fiziki və mənəvi iztirabları barədə, habelə maddi zərəri (əmək haqqı və ya digər gəlirləri) barədə sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli və həmin sübutlara əsasən ödənilməli zərəri müəyyən etməli idi. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Göründüyü kimi, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən əsaslı və iş üçün əhəmiyyət kəsb edən sübutlara və müvafiq normativ hüquqi aktlara istinad olunmamış, işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə qətnaməsinin nəticə hissəsi Mülki Məcəllə, Mülki Prosessaul Məcəlləsi, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanun və digər qanunvericilik aktları ilə ziddiyyət təşkil etməkdədir.

21. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” AR Qanununun 5 və 6-cı maddələrinin tələbləri pozulmuşdur. Qanunun 5-ci maddəsinə görə, bəraət almış şəxsə vurulmuş fiziki, maddi və mənəvi ziyan mütləq ödənilməlidir. 6-cı maddədə isə ödənilməli olan ziyanın konret növləri (məhrum olduğu gəlirlər, qaçırılmış mənfəət, hüquqi yardım/vəkil xərcləri və mənəvi ziyan) imperativ olaraq sadalanır. Iddiaçının cinayət işinə AR CPM-nin 39.2-ci maddəsi ilə (əməldə cinayət tərkibi olmadığına görə, yəni bəraətverici əsasla) xitam verilmişdir. Bu fakt tam təsdiq olunduğu halda, məhkəmə xüsusi Qanunun tələbini pozaraq iddiaçının məhrum olduğu gəlirləri (Rusiyadakı ticarət obyektlərinin iflasını) əsassız rədd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi səhv tətbiq edilmişdir. Məhkəmə iddiaçının Rusiyanın Yekaterinburgşəhərindəki 4 fərdi mağazası üzrə itirdiyi qazancları (84.150 manat) "vergi qeydiyyatı sənədlərinin yetərsizliyi" bəhanəsi ilə tamamilə rədd etmişdir. Halbuki, iddiaçının 15 ay 3 gün müddətində tam qanunsuz olaraq azadlıqdan və hərəkətdən məhrum edilməsi (istintaq təcridxanasında saxlanılması, ev dustaqlığı və polisin nəzarəti tədbirləri) onun başqa ölkədə yerləşən leqal biznesinə nəzarəti tamamilə itirməsinə səbəb olmuşdur. Iş materiallarında mövcud olan ticarət obyekti müqavilələri, POS-terminal icarələri və bank kreditləri biznes dövriyyəsinin real sübutu olduğu halda, məhkəmə MM-nin 21-ci maddəsini pozaraq qaçırılmış mənfəəti sıfıra bərabər tutmuşdur. Məhkəmə iddiaçının 11 ay 13 gün həbsdə, 7 gün ev dustaqlığında və 3 ay 13 gün polisin nəzarəti altında qanunsuz saxlanılaraq ümumilikdə 450 gündən çox azadlığının məhdudlaşdırılması faktını formal olaraq qəbul etmiş, lakin mənəvi ziyan üzrə cəmi 13.000 manat kompensasiya kəsmişdir. Bu, CPM-nin tələb etdiyi "ədalətli və adekvat kompensasiya" prinsipinə tamamilə ziddir. Çünki 15 aylıq qanunsuz həbs və təqib nəticəsində şəxsin ailəsi dağılmış (həyat yoldaşı boşanma davası açmış) və şəxsiyyəti ləkələnmişdir. Məhkəmə çəkilən ağır sarsıntıları CPM-nin prinsiplərinə uyğun olaraq obyektiv qiymətləndirməmişdir. AR Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ##.##.2025-ci il tarixli ** №-li Qərarının 4.46 və 4.47-ci bəndlərinə əməl olunmamışdır. Plenum qərarının bu bəndlərində açıq şəkildə yazılır ki, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz əməlləri nəticəsində vurulmuş mənəvi və maddi zərərə görə Azərbaycan Respublikası birbaşa və vəzifəli şəxslərin təqsirindən asılı olmayaraq məsuliyyət daşıyır. Məhkəmə öz qətnaməsində bu ən son Plenum Qərarına istinad etsə də, ziddiyyətli şəkildə iddiaçının tələblərini rədd etmiş və ya simvolik səviyyəyə endirmişdir. Plenum qərarı aşağı instansiya məhkəmələri üçün məcburi xarakter daşıdığı halda, Nəsimi Rayon Məhkəməsi bu hüquqi göstərişi faktiki olaraq kağız üzərində qoymuşdur. Məhkəmə qətnamənin "Məhkəmənin mövqeyi" hissəsində iddiaçı İddiaçı qanunsuz və əsassız yerə kifayət qədər müddət ərzində təcrid edildiyini, vəkillərə ödənişlər etdiyini rəsmi sənədlərlə təsdiqləyir. Lakin ziddiyyətli şəkildə eyni səhifədə iddiaların böyük hissəsini rədd edir. Bir tərəfdən qanunsuzluğu və sübutları qəbul edib, digər tərəfdən iddiaya imtina vermək MPM-nin prinsiplərinin birbaşa pozulması və qətnamənin daxili strukturunun əsassız olmasının sübutudur. Məhkəmə ev dustaqlığı (7 gün) və polisin nəzarəti altına vermə (3 ay 13 gün) müddətlərini həbsdən daha yüngül rejim kimi qəbul edərək, bu dövrlər üçün vurulmuş mənəvi ziyanı tamamilə kiçiltmişdir. Məhkəmə qətnamədə Saatlı Rayon Məhkəməsinin ##.##.2025-ci iltarixli qərarını sadəcə qeyd etmiş, lakin həmin qərarla mənim üzərinə qoyulan fərdi məhdudiyyətlərin (elektron qandal (bilərzik) daşımaq, gecə saatlarında evdən çıxmamaq, inzibati ərazini tərk etməmək, kütləvi tədbirlərə qatılmamaq) şəxsin azadlıq hüququnu faktiki olaraq necə tam məhdudlaşdırdığını və mənəvi əzaba səbəb olduğunu detallı tədqiq etməmişdir. Polisin nəzarəti dövründə istintaq qrupununrəhbəri Xəyal Abasovun qanunsuz və əsassız çağırışları nəticəsində iddiaçının çəkdiyi real maddi zərərlər (900 manat yol xərci) məhkəmə tərəfindən araşdırılmamışdır. Iddiaçı hər dəfə Ağdam rayonunun Quzanlı qəsəbəsindən Saatlırayonuna (gediş-dönüş cəmi 340 km məsafə) istintaqın hədə-qorxuları altında 10 dəfədən çox məcburi gediş-gəliş etmişdir. Məhkəmə bu faktiki səfərlərin istintaq materialları ilə üst-üstə düşən tarixlərini və bu səfərlərin birbaşa qanunsuz cinayət təqibinin gedişatında şəxsə vurulan məcburi maddi yük (real zərər) olduğunu tamamilə nəzərdən qaçırmış, bu xərcləri qətnamədə əsassız olaraq heçə saymışdır. Birinci instansiya məhkəməsi qətnamədə iddia etmişdir ki, Rusiya Federasiyasının Yekaterinburg şəhərində real sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı və mağazalar işlətməyi faktı təsdiqini tapmamışdır. Məhkəmə bu nəticəyə gələrkən iş materiallarında olan rəsmi sübutları görməzdən gəlmişdir. Belə ki, iş materiallarına Rusiya Federasiyasında fəaliyyət göstərən mağazalar üzrə bağlanan müqavilələr, xüsusilə "Kalso Urala" ticarət şəbəkəsi ilə ## ### 2021-ci il tarixdə bağlanan rəsmi müqavilə və mağazalara qoyulmuş POS-terminalların icarə sənədləri əlavə edilmişdir. Bu sənədlər mülki dövriyyədə biznes fəaliyyətinin mövcudluğunu birbaşa sübut edən rəsmi sərəncamlardır. Məhkəmə bu sənədlərin saxta olmasını və ya biznesin mövcud olmadığını sübut edən hər hansı əks-sübut ortaya qoymadan, mənim sahibkarlıq fəaliyyətini sübutsuz elan etmişdir. Məhkəmə təqdim etdiyi bank kredit müqavilələrini rədd edərək, bu kreditlərin sahibkarlıq fəaliyyəti və mağazaların dövriyyəsi ilə bağlı olmadığını, sırf fərdi (istehlak) xarakter daşıdığınımüəyyən etmişdir. Iş materiallarında iddiaçının fərdi sahibkarkimi çıxış etdiyi və fiziki şəxs qismində kredit götürərək bunu birbaşa Yekaterinburgdakı ticarət nöqtələrinin (Studentçeskaya, Sovetskaya, Mendeleyeva və Kamçatskaya küçələrindəki mağazaların) mal dövriyyəsinə yönəltdiyi qeyd olunub. Cavabdeh tərəf (Maliyyə Nazirliyi) bu kreditlərinbiznesə deyil, başqa fərdi məqsədlərə xərcləndiyini sübut edən heç bir maliyyə ekspertizası rəyi və ya bank çıxarışı təqdim etməmişdir. MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz etirazlarının əsasını subut etməlidir. Məhkəmə cavabdehin heç bir sübutla dəstəklənməyən quru etirazını əsas götürərək, kreditlərin bizneslə bağlı olmadığını subutsuz şəkildə qəbul etmişdir. Qətnamənin əsaslandırma hissəsində qeyd olunur ki, iddiaçının mənəvi zərərə məruz qaldığını, mənəvi sarsıntı keçirdiyini sübut edən heç bir faktiki hal müəyyən edilməmişdir. Məhkəmə bu nəticəyə gələrkən özü-özünü təkzib edir və tamamiləsübutsuz fərziyyə irəli sürür. Iş materiallarında tam qanunsuz olaraq 11 ay 13 gün həbsdə (istintaq təcridxanasında qapalı rejimdə) saxlanılmağı, barəsində Saatlı Rayon Məhkəməsinin ardıcıl uzatma qərarları (##.##.2024,##.##.2024, ##.##.2024, ##.##.2024-cü il tarixli qərarlar) rəsmi sənədlərlə sübut olunub. Bir insanın cinayət törətmədiyi halda (AR CPM 39.2 ilə xitam verilib) 1 ilədək həbsdə saxlanılması faktının özü mənəvi zərərin varlığının qanuni və obyektiv sübutudur. Məhkəmə mənəvi sarsıntının "olmadığını" hansı sübuta əsasən müəyyən etdiyini göstərə bilməmişdir. Məhkəmə qətnamədə vurğulayır ki, dörd dövr üçün (həbs, ev dustaqlığı, polisin nəzarəti) ümumilikdə 13.000 manat mənəvi kompensasiya məbləği "ədalətli, ağlabatan və adekvatdır". Məhkəmə bu 13.000 manat rəqəminin hansı meyarlarla, hansı riyazi və ya hüquqi hesablama ilə "ədalətli" mütənasibliyə gəldiyini qətnamədə sübut edə bilməmişdir. Qanunsuz həbsi fonunda Nəsimi Rayon Məhkəməsində barəsində açılmış rəsmi nikahın pozulması iddiası (Iş №*(006)-5089/2024) - yəni ailənin dağılması faktı ortada olduğu halda, məhkəmə bu dərəcədə ağır sosial fəsadın qarşılığında 13.000 manatın adekvat olduğunu heç bir obyektiv meyarla əsaslandırmamış, havadan götürülmüş rəqəmi sübut olunmuş fakt kimi təqdim etmişdir. Məhkəmə işin faktiki hallarında tam şəkildə təsdiq edir ki, o ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək (ümumilikdə 15 ay 3 gün) tam qanunsuz və əsassız olaraq istintaq təcridxanasında həbsdə saxlanılmış, ev dustaqlığına buraxılmış və barəsində polisin nəzarəti tədbiri tətbiq olunmuşdur. Bu ağır faktı qəbul edən məhkəmə, yekunda mənim137.543 manatlıq maddi ziyan (biznesin iflası, malların məhv olması) tələbini tamamilə rədd edərək belə bir nəticəyə gəlir ki, guya bu zərərin qanunsuz həbslə birbaşa əlaqəsi yoxdur. Bu nəticə işin hallarına kökündən ziddir. 15 ay 3 gün ərzində fiziki olaraq cəmiyyətdən, dövlət sərhədlərindən və daxili mühitindən tam təcrid edilən, üzərinə elektron qandal vurulan fərdi sahibkarın Rusiya Federasiyasının Yekaterinburg şəhərində yerləşən 4 böyük mağazasını (Studentçeskaya, Sovetskaya,Mendeleyeva və Kamçatskaya küçələrindəki obyektlərini) idarə edə bilməməsi, malların xarab olması və müqavilələrin ləğv edilməsi həbs faktının birbaşa və qaçılmaz nəticəsidir. Azadlığı əlindən alınan şəxsin biznesinin batmasını həbslə əlaqələndirməmək məhkəmə nəticələrinin işin real hallarına uyğun gəlmədiyini açıq sübut edir. Məhkəmə qətnamənin təsviri hissəsində mənim qanunsuz cinayət təqibinə (AR CM 234.4.3-cü maddəsi) məruz qalmağı fonunda mənim rəsmi nikahda olduğu həyat yoldaşı X2 Nəsimi Rayon Məhkəməsinə müraciət edərək rəsmi nikahın pozulması və azyaşlı övladının himayəsinə verilməsi barədə iddia qaldırdığını (Iş № *(006)-5089/2024) və ailənin faktiki dağıldığını rəsmən müəyyən edir. Işin bu dərəcədə acınacaqlı sosial və şəxsi fəsadını qəbuledən məhkəmə, yekunda çəkdiyi mənəvi əzabların əvəzi olmaqla ilkin tələb edilən 115.000 manat əvəzinə cəmi 13.000 manat kompensasiya ödənilməsi nəticəsinə gəlir. Bir insanın dövlət orqanlarının səhvi ucbatından günahsız yerə 1 ildən çox həbsdə yatması, adının narkotik vasitələrin qanunsuz dövriyyəsi kimi ağır cinayətdə hallandırılması və nəticədə müqəddəs ailə ocağının tamamilə dağılması faktı mövcud olduğu halda, bu iztirabları cəmi 13.000 manatla ölçmək işin miqyasına və fəsadlarının ağırlığına tamamilə uyğun gəlmir. Məhkəmənin gəldiyi nəticə çəkilən mənəvi sarsıntıların real ölçüsü ilə kəskin təzad təşkil edir. Məhkəmə qətnamədə məni fərdi biznes fəaliyyəti çərçivəsində ## ### 2021-ci il tarixdə bağlanan rəsmi müqaviləyə əsasən mağazalarına dörd ədəd POS-terminal quraşdırıldığını və bu terminallara görə müvafiq olaraq 352 manat və 337 manat (ümumilikdə 1393 manat / 17662 rus rublu) icarə haqqı ödənildiyini faktiki hal kimi müəyyən edir. Bu maliyyə öhdəliyinin mövcudluğunu sənədlərlə təsdiq edən məhkəmə, yekun qərarda bu xərcləri real maddi zərər qismində cavabdehdən tutmaqdan imtina edir. Əgər şəxs qanunsuz olaraq Azərbaycanda həbsdə saxlanılırsa və bu müddətdə onun Rusiyadakı mağazalarında fəaliyyət dayanırsa, lakin müqavilə öhdəliyinə görə bank terminallarının icarə haqları avtomatik tutulmağa davam edirsə, bu, birbaşa qanunsuz həbsin yaratdığı real maddi zərərdir. Məhkəmə sənədi qəbul edib, xərci real zərər saymamaqla özüözü ilə daxili ziddiyyətə düşmüşdür.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

24. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və üçüncü şəxs isə məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

26. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.

28. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi

29. Maddə 57.1 cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.

30. Maddə 58.1 cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.

31. Maddə 58.2 fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu

32. Maddə 1 Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir.

33. Maddə 5 Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

34. Maddə 6.1 bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

35. Maddə 7 təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.

36. Maddə 12 fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Istintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.

37. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il ## ##### tarixli Qərarlarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ##.##.2025-ci il tarixli ** №-li qərarı

39. 4.43. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri, habelə təhqiqat orqanı hesab olunmayan dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxslərinin inzibati xətalara dair işlər üzrə icraat çərçivəsində yol verdikləri qanunsuz hərəkətləri ilə vurulmuş zərərin ödənilməsinə dair işlərə baxılarkən pozuntunun növü və pozuntuya yol vermiş subyektlərin dairəsindən asılı olaraq tələbin maddi hüquqi əsasının fərqli olduğu nəzərə alınmalıdır.

40. 4.44. Belə ki, təhqiqat orqanı hesab olunmayan dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxslərinin başladığı inzibati xətalara dair işlər üzrə icraata şəxsin əməlində inzibati xəta hadisəsinin (tərkibin) olmaması və ya müvafiq qərar qəbul edildiyi zaman əsas götürülmüş halların sübuta yetirilməməsi əsası ilə xitam verildiyi halda, zərərin ödənilməsi tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 1100-cü maddəsi təşkil edəcəkdir.

41. 4.45. Bundan fərqli olaraq, təhqiqat, prokurorluq və məhkəmə orqanlarının inzibati xətalara dair işlər üzrə eyni xarakterli və dairəsi qanunla nəzərdə tutulmuş digər qanunsuz əməlləri nəticəsində vurulmuş zərərin kompensasiyası tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 1101- ci maddəsi, habelə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - bu paraqrafda istinad edilən Qanun) təşkil edəcəkdir. Bu zaman nəzərə alınmalıdır ki, mənəvi zərərə səbəb olan hüquqazidd əməl dedikdə, orqanların səhvi və ya sui-istifadəsi başa düşülməlidir.

42. 4.46. Ilk növbədə qeyd edilməlidir ki, qeyd edilən orqanların bütün növ qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərərə görə Azərbaycan Respublikası birbaşa məsuliyyət daşıyır (təqsirsiz məsuliyyət).

43. 4.47. Dairəsi Mülki Məcəllənin 1101.1-ci və bu paraqrafda istinad edilən Qanunun 1-ci maddələrində nəzərdə tutulmuş qanunsuz hərəkətlərə görə Azərbaycan Respublikası həmin orqanların vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq məsuliyyət daşıyır.

44. 4.50. Azərbaycan Respublikasının cavabdehlik daşıdığı bu iddialar üzrə ibtidai araşdırma orqanının və ya məhkəmənin qanuni qüvvədə olan qərarları ilə təsbit edilmiş pozuntunun zərərçəkənə vurduğu mənəvi zərərin həddinin müəyyənləşdirilməsi və onun dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı məsələ həll edildiyindən, cavabdeh qismində məhz dövlət büdcəsi vəsaitindən istifadə və digər aidiyyəti məsələlər üzrə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, mərkəzi icra hakimiyyəti orqanı olan Maliyyə Nazirliyi cəlb edilməlidir.

45. 4.51. Bu halda qəbul edilən qətnamənin nəticə hissəsində mənəvi zərərin əvəzinin Maliyyə Nazirliyindən tutulması deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyi vasitəsilə ödənilməsi göstərilməlidir.

46. 4.52. Məhkəmələr nəzərə almalıdırlar ki, Mülki Məcəllənin 1100 və 1101-ci maddələri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 57-ci maddəsinin tələbləri baxımından qanunsuz cinayət təqibinə görə mənəvi zərərin ödənilməsini tələb etmək hüququ bəraət hökmünün, yaxud cinayət işinə bəraətverici əsaslara xitam verilməsi və ya şəxsin tam reabilitasiya olunması barədə qərarın qəbul edilməsindən sonra yaranır. Bundan fərqli olaraq, qanunsuz əməliyyat-axtarış tədbirləri nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsini tələb etmək hüququ isə belə tədbirlərin həyata keçirilməsindən dərhal sonra yaranır.

47. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

51. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

55. Iddiaçı və cavabdeh hər biri apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Kollegiya ilk növbədə işin halları ilə bağlı qeyd edir ki, iddiaçı İddiaçı qanunsuz və əsassız yerə kifayət qədər uzun müddət ərzində törətmədiyi cinayət əməli ilə bağlı istintaqa cəlb edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməklə uzun müddət ərzində azadlığının əlindən alınması işin mübahisəsiz halıdır.

58. Belə ki, ## #### 2024-cü il tarixdə İddiaçı şübhəli şəxs qismində tutulmuş, ## #### 2024-cü il tarixdə onun barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlamışdır. İddiaçı ## #### 2024-cü il tarixdə Saatlı rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, R X6 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Saatlı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı qərarı ilə İddiaçı barəsində 04 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Saatlı rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı qərarı ilə İddiaçı həbsdə saxlanılma müddəti 03 (üç) ay müddətə, yəni ## ####### 2024-cü il tarixədək uzadılmışdır. Saatlı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı qərarı ilə İddiaçı həbsdə saxlanılma müddəti 02 (iki) ay müddətə, yəni ## ###### 2024-cü il tarixədək uzadılmışdır. Saatlı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı qərarı ilə İddiaçı həbsdə saxlanılma müddəti 01 (bir) ay müddətə, yəni ## ###### 2025-ci il tarixədək uzadılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı qərarı ilə İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri 01 (bir) ay müddətinə, yəni ## #### 2025-ci il tarixədək uzadılmışdır. Saatlı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qərarı ilə İddiaçı barəsində 01 (bir) ay müddətinə, yəni ## #### 2025-ci il tarixədək uzadılmış "həbs" qətimkan tədbiri "ev dustaqlığı" qətimkan tədbiri ilə əvəz edilərək o, dərhal həbsdən azad edilmişdir. ##.##.2025-ci il tarixli qərarla İddiaçı barəsində "Polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir. Saatlı rayon prokuroru, R X3 tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli "cinayət işi üzrə icraata hissəvi xitam vermək haqqında" qərarla ********* nömrəli cinayət işi üzrə İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə sabiq müstəntiq Eldost Ələkbərov tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli qərar ləğv edilmiş və iş üzrə icraata İddiaçı barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyi və əməlində başqa cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPMin 39.2-ci maddəsinə əsasən hissəvi xitam verilmişdir.

59. Göründüyü kimi, iddiaçı əsassız yerə törətmədiyi əməldə təqsirləndirilərək, həbs olunmuş, rahatlığı əlindən alınmış, uzun müddət mənəvi iztirab çəkmiş, təqsiri olmadan çətin dönəmdən keçmişdir.

60. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.

61. Insan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «Insan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz».

62. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır.

63. Zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.

64. Kollegiya qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.

65. Kollegiya cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi ona qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin # ###### 2009-cu il tarixli ** nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biridir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məhz hazırki cavabdehə qarşı məhkəməyə müraciət etməkdə və birinci instansiya məhkəməsi Maliyyə Nazirliyini cavabdeh qismində qəbul etməklə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009- cu il tаrixli, ** nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Belə ki, zərərin ödənilmə mənbəyi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyekt isə “Azərbaycan Respublikası” kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir.

66. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, İddiaçı şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddətin 11 ay 13 gün (## #### 2024-cü il tarixdən ## ###### 2025-ci il tarixədək), ev dustaqlığında olduğu müddətin 7 gün (## ###### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək), barəsində "Polisin nəzarəti altına vermə" növündə qətimkan tədbirinin tətbiq edildiyi müddətin 03 ay 13 gün (## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək) olmasını nəzərə alaraq məhkəmə bu dövr üçün iddiaçının xeyrinə 13.000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulmasını müəyyən edərkən diqqətəlayiq məqamları nəzərə almaqla qanuni və ədalətli nəticəyə gəlmişdir.

67. Kollegiya iddiaçının apellyasiya şikayətinin maddi zərərin ödənilməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı ona dəyən maddi ziyanı qiymətləndirərkən özünün Rusiya Federasiyasında bizneslə məşğul olmasına, barəsində cinayət işi gedən zaman və həbsdə olduğu müddətdə mağazalar üzərində nəzarəti itirdiyinə, bu səbəbdən də məhsullarının və mallarının məhv olmasına, mağaza fəaliyyət göstərmədiyindən isə qazancından məhrum olmasına istinad etsə də, barəsində icraat aparılan cinayət işinin istintaqı nəticəsində onun biznesinə ziyan dəyməsi və gəlirindən məhrum olması ilə bağlı iddiaçı hər hansı mötəbər dəlili məhkəməyə təqdim edə bilməmişdir. Iddiaçının məhkəməyə təqdim etdiyi sübutlar onun Rusiya Federasiyasında fəaliyyət göstərən banklardan kredit götürməsi ilə bağlıdır ki, kredit müqavilələri şəxsin sahibkarlıq fəaliyyətini və gəlirini təsbit edən sənəd hesab edilə bilməz. Maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutların iddiaçı tərəfindən təqdim edilməməsi məhkəmələrin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

68. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, fiziki ziyana görə 57.500 (əlli yeddi min beş yüz) manat, 500 (beş yüz) manat və 8.750 (səkkiz min yeddi yüz əlli) manat olmaqla, cəmi 66.750 (altmış altı min yeddi yüz əlli) manat vəsaitin tutulmasına münasibətdə də məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur. Belə ki, qanunvericilikdə fiziki ziyan şəxsin səhhəti, sağlamlığı ilə bağlı ziyanı ehtiva etdiyi halda iddiaçı tərəfindən qeyd edilən hallara dair mötəbər sübutlar təqdim edilməmiş, iddiaçı səhhətində problemlərin yaranmasını ümumi sözlərlə əsaslandırmışdır.

69. Qeyd edilənlərə əsasən kollegiya iddiaçı və cavabdehin apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir.

70. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən iddiaçı rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar