Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1669/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Cavabdeh1 MMC-nin vəkili Məmmədov Pərviz Yaşar oğlunun, Cavabdeh2 ASC-nin vəkili Məmmədov Amid Əbülfəz oğlunun iştirakları ilə, Cavabdeh1 MMC və İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 MMC və İddiaçı Bakı Apelyasiya Məhk əməsinin Mülki Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı və Cavabdeh1 MMC Cavabdeh2 ASC-yə qarşı “ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi və zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 05 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən S.Mustafayeva, iş 2(006)-4085/2019) iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış 18.11.2014-cü il tarixli, 1240006-7-8171 saylı “Zaminlik müqaviləsi”nə xitam verilməsi, Cavabdeh2 ASC ilə “X7” MMC arasında bağlanmış 18 noyabr 2014-cü il tarixli, 100183-1-12776 sa ylı “xxxx”na əsasən öhdəliklərin icrasının təyin edilməsi barədə Cavabdeh1 MMC ilə Cavabdeh2 ASC ilə arasında bağlanmış 18.11.2014-cü il tarixli, 100183-NEDVİJ-179 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi” bağlanmamış hesab edilməsi, ipoteka ilə yüklü edilmiş iddiaçı Cavabdeh1 MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 3166-cı məhəllə, Həsənbəy ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının yüklülüyünün ləğv edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev, iş № 2(103)-13199/2019) Cavabdeh2 ASC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4085/2019 saylı iş üzrə 05 avqust 2019-cu il tarixl i qətnaməsi ləğv olunmuş, İddiaçı və Cavabdeh1 MMC-nin Cavabdeh2 ASC-yə qarşı “ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi və zaminlik müqaviləsinə xitam verilməsi” tələblərinin təmin edilməməsi, iddia ərizəsinin, həmçinin apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid olunması qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 MMC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Cavabdeh 2 ASC kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh1 MMC-nin vəkili Məmmədov Pərviz Yaşar oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi ba rədə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh2 ASC-nin vəkili Məmmədov Amid Əbülfəz oğlu izahatında göstərmişdir ki, kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətlərinin təmin edilməməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnı z maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Ap elyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, bankla “X7” MMC arasında 18 noyabr 2014-cü il tarixdə “xxxx” bağlanaraq adı çəkilən MMC-yə 120 ay müddətinə 15 000 000 ABŞ dolları və ya manat ekvivalenti olan məbləğdə kredit xətti açılmış, həmin müqavilənin 2.1-ci bəndində kredit(lər)in “kredit müqaviləsi” və “bank qarantiyasının verilməsinə dair razılaşma”, o cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanacaq müqavilələr və razılaşmalar əsasında veriləcəyi, 2.3-cü bəndində verilən hər bir kreditin məbləğinin, faiz dərəcəsinin, müddətinin, məqsədinin və digər şərtlərinin hər dəfə tərəflər arasında bağlanan və bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan Kredit müqaviləsi(ləri) ilə müəyyən ediləcəyi təsbit olunmuş, bankla Cavabdeh1 MMC arasında eyni tarixdə bağla nmış “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nə əsasən “xxxx” üzrə “X7” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 mülkiyyətində olan Yasamal rayonu, 3166-cı məhəllə, Həsənbəy ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası bank qarşısında ipoteka ilə yüklü edilmiş, bankla İddiaçı arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə görə isə sonuncu, “xxxx” üzrə “X7” MMC-nin öhdəliklərinin yerinə yetirilməsinə görə zamnin qismində üzərinə öhdəlik götürmüşdür. Bankla “X7” MMC arasında bağlanmış 14.10.2015-ci il tarixli 100183-112776/6 saylı “xxxx”nə əsasən həmin MMC-yə illik 15,5 faiz hesablanması şərti ilə 12 ay müddətinə 5 000 000 manat, 14.10.2015-ci il tarixli 100183-112776/7 saylı “xxxx”nə əsasən isə illik 15,5 faiz hesablanması şərtilə 24 ay müddətinə 2 791 804 mana t məbləğində kredit verilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərhedilməsinə dair” 2018-ci il 31 may tarixli qərarına istinad etmişdir. Cavabdeh1 MMC və İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə iddia tələbinin təmini barədə yeni qərar qəbul edilməsi ilə əlaqədar aşağıdakılara istinad etmişdir: “Bankla “xxxx” barədə müqavilə bağlayan “X7” MMC-nin, eyni zamanda ipoteka müqaviləsi bağlayan Cavabdeh1 MMC-nin yeganə təsisçisi İddiaçı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. ”Cavabdeh1” MMC ilə cavabdeh Bank arasında bağlanmış və mübahisələndirilən ipoteka müqaviləsi də Cavabdeh1 MMC-nin icra orqanını təmsil edən şəxs tərəfindən imzalanmışdır. Hər hansı bir hüquqi şəxsin təsisçisi olaraq İddia çı həmin hüquqi şəxsin cari fəaliyyətinə müdaxilə etməsi və ya hüquqi şəxs tərəfindən bağlanmış hər hansı bir akt barədə məlumatı olması zərurəti yoxdur. İpoteka və zaminlik müqavilələri də Konstitusiya Məhkəməsinin 31.05.2018-ci il tarixli Plenum qərarında qeyd edilmiş normalar tətbiq edilmədən bağlandığı üçün əsassız hesab edilməlidir. Çünki həmin plenum qərarda qeyd edilmişdir ki, xxxxndə faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalı və xxxxnin mühüm şərtlərinə dəyişiklik edildikdə ipoteka müqaviləsində də müvafiq düzəlişlər edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 14-cü maddəsində qeyd olunur ki, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Yəni həmin dəyişikliklər barədə ipoteka qoyan şəxsin məlumatı və razılığı olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1-ci maddəsinin tələblərinə əsasən, bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır.” Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar Məhkəmə kollegiyası aşağıdakılaı qeyd etməyi zəruri hesab edir: ““Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarında həmin Məhkəmə belə nəticəyə gəlmişdir ki, “zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün xxxxndə mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. xxxxndə faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası xxxxndə nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur”. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Mülki Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulu r. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Mə hkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühümşərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Za minin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi xxxx ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. xxxxndə faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir”. Bundan başqa “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 iyul 2019-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 v ə 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, “Mülki Məcəllənin 470.1-ci maddəsinə görə,zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün m əsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin zaminin məsuliyyətini müəyyən edən 472.1 və 472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddələrin məzmunundan göründüyü kimi, müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, zamin borclunun kreditoru qarşısında öz öhdəliyini icra etməsi üçün məsuliyyəti üzərinə götürürvə borclu ilə eyni həcmdə (əsas borc, faiz, məhkəmə xərcləri, zərərin əvəzinin ödənilməsi və s.) məsuliyyət daşıyır.Bu baxımdan və Mülki Məcəllənin zaminliyə xitam verilməsi hallarını tənzimləyən 477-ci maddəsində zaminliyə qismən xitam verilməsi nəzərdə tutulmadığından, müqavilələrdə zaminin məsuliyyətinin artmasına və ya digər əlverişsiz nəticələrə səbəb olan (məbləğ, müddət, faiz dərəcəsi, valyutaya və s.) dəyişiklik edildiyi halda zaminliyə bütövlükdə xitam verilir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, zaminlik müqaviləsi qanunvericiliyin tələbinə uyğun olaraq bütün zəruri şərtlər barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə yanaşı kreditor qarş ısında borcun məhz bütün həcminə (əsas borc, faiz, cərimə və s.) müştərək qaydada öhdəlik daşıyır və zaminin məsuliyyətinin artmasına səbəb olan hallar baş verdikdə zaminliyə bütövlükdə xitam verilir.” Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini belə əsaslandırmışdır: “zamin İddiaçı həm kredit borclusu olan “X7” MMC-nin, həm də ipoteka qoyan “xxxx” MMC-nin təsisçilərindən biridir və 18.11.2014-cü il tarixli xxxx çərçivəsində bankdan 5 000 000 manat və 2 791 804 manat məbləğində kreditlərin alınması barədə müraciəti də məhz o özü imzalamışdır. Başqa sözlə, iddiaçıların irəli sürdükləri halın, yəni 14.10.2015-ci il tarixli kredit müqavilələrinin zaminin və ipoteka qoyanın razılığı alınmadan bağlanmış müqavilələr kimi qiymətləndirilməsi ağlabatan mühakimə əsasında mümkün deyildir.” Məhkə mə kollegiyası qeyd edir ki, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanunun 75-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarı qətidir və heç bir orqan və ya şəxs tərəfindən ləğv edilib və ya dəyişdirilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında müəyyən edilmiş hüquqi mövqe ondan ibarətdir ki, xxxxndə mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. xxxxndə həmin şərtlər göstərilmədikdə və ya dəyişdirildikdə bununla bağlı ipoteka qoyan və zaminin razılığı alınmalıdır. Zaminin vəziyyətinin pisləşməsinə səbəb olan hallarla bağlı onun razılığının alınmaması məsuliyyətinin artması kimi qiymətləndirilir və belə hallarda zaminlik və ipoteka müqaviləsinə xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Ümumən həmin Məcəllənin 52.2-ci maddəsində deyilir: “Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.” Hazırki işdə İddiaçı həm kredit borclusu olan “X7” MMC-nin, həm də ipoteka qoyan Cavabdeh1 MMC-nin təsisçilərindən biri olması onun kredit müqaviləsinin şərtləri barədə, o cümlədən öhdəliyin miqdarı, müddəti, valyutası və faizləri barədə məlumatları olması kimi başa düşülə bilməz, eyn i zamanda zaminlik və ipoteka müqavilələrində qeyd olunanlar barədə razılıq verməsini ifadə edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarındakı müddəaları tətbiq edərkən onları düzgün şərh və tətbiq etməmişdir. Ona görə də kassasiya şikayəti qismən təmin olunaraq iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsi nəzərdə tutur ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldı qda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2019-cu tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Məhkəmə kollegiyası iş üzrə yeni qərar qəbul edilməsini məqsədəmüvafiq hesab etmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan
Məhkəmə qərarları › İş №2(102)-1669/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1669/2020
12.03.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver