Məhkəmə qərarları › İş №2-2(3-10)-94/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-10)-94/2026

29.09.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2-2(3-10)-94/2026 29.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından QƏTNAMƏ Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, borcun ödənilməsi” tələbinə dair iddiası ilə bağlı kommersiya işi üzrə (Açar sözlər: müqavilənin ləğvi, borcun ödənilməsi) Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi, cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili nümayəndə1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. İddiaçı MMC (transfer edən) ilə Cavabdeh (transfer edilən) arasında 2023-cü il ## ######## tarixli **/**-** nömrəli Gözəllik salonunda xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. 2023-cü il ## ######## tarixdə İddiaçı MMC tərəfindən Cavabdeh transfer olaraq xidmətlərin göstərilməsi müqabilində 20.000 manat ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli, **/**-** saylı müqavilənin ləğv edilməsi, cavabdehdən 20 000 manat pul vəsaiti və ödənilmiş 151 manat rüsum olmaqla, ümumilikdə 20 151 manat pul vəsaitinin tutularaq iddiaçıya verilməsi” tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "Labella" gözəllik salonuna bir neçə gün müştəri kimi gəlmiş, daha sonra aralarında dostluq yaranmış və bir neçə gündən sonra cavabdeh başqa gözəllik salonunda çalışdığını bildirmişdir. Bundan sonra cavabdehlə bir neçə ay aralarında mehribançılıq, ailəvi gediş-gəlişləri olmuş və ailəvi dost olmuşlar. Bundan bir neçə ay sonra, yəni 2023-cü il tarixdə cavabdeh yaxşı və bol müştərilərinin olduğunu bildirmişdir. Cavabdeh qeyd etmişdir ki, qanuni müqavilə bağlasınlar, o da salonda işləsin. Hər iki tərəfin razılaşması ilə müqavilə bağlasınlar, müqaviləyə əsasən ona 20 000 manat müqavilə ilə pul vəsaiti verilməklə, o da salona yaxşı xeyir verəcəyini bildirmişdir. Bir neçə gün sonra cavabdeh yenidən salona gələrək, bildirmişdir ki, başqa yerdən də təkliflər var, amma ailəvi gediş-gəlişləri olduğundan onunla işləmək istəyir. Bununla o razılaşdı. Bundan sonra 2023-cü ilin sentyabr ayının əvvəllərində İddiaçı MMC ilə cavabdeh arasında gözəllik salonunda vizajist kimi işləmək üçün müqavilə bağlanmışdır. Müqavilə şərtinə görə S.Rəsulovanın fəaliyyəti üçün 20 000 manat pul verməklə 3 il ərzində cavabdeh 40 000 manat "Labella" gözəllik salonuna xeyir gətirmədiyi təqdirdə 20 000 manatı geri qaytarmasını öhdəsinə götürmüşdür. Lakin cavabdeh 20 000 manat pul vəsaitini aldıqdan sonra bir neçə gün salonda işləmiş, salona aid olan və özünə aid olan avadanlıqları onun xəbəri olmadan aparmışdır. Cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, iddiaçı MMC-dən alınan 20 000 manatla yanaşı, xəbərləri olmadan gözəllik salonundan əşyalarını da, özü ilə birlikdə aparmışdır. Hesab edir ki, müqaviIə ləğv edilərək, iddiaçıya olan 20000 manat borcu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, cavabdehə dəfələrlə zəng olunsa da, cavabdeh mobil nömrəsini söndürmüş və əlaqə saxlamaq mümkün olmamışdır. Bundan sonra məcbur qalaraq DIN-ə şikayət edilmişdir. Şikayət ərizəsində göstərilən tələblər mübahisəli mülki xarakter olduğundan məhkəməyə müraciət olunması qərara alınmışdır. Iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərardadı ilə mülki iş məhkəmə aidiyyatı üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.

5. Cavabdehin nümayəndəsi və vəkili nümayəndə2 tərəfindən ##.##.2025-ci il tarixdə məhkəməyə etiraz daxil olaraq iddiaçının tələbinin əsassız olduğu və iddia tələbinin rədd edilməli olduğu bildirilmişdir. Belə ki, iddiaçı tərəfindən müqavilənin 3.1.1-ci bəndi pozulmuşdur. Iddiaçı bu şərtə bir müddət əməl etsə də, sonradan cavabdeh üçün qeyd olunan şəraiti yaratmamaqla yanaşı, onun öz fəaliyyətini həyata keçirməsinə çətinlik törədəcək hərəkətlər etmişdir. ##.##.2024-cü il tarixinə qədər digər işçilərin fəaliyyətinə son qoyulmuş, bunun nəticəsində cavabdeh işləri təkbaşına görmək məcburiyyətində qalmış, eyni zamanda iddiaçı tərəfindən qərəzli şəkildə obyektin işıqları söndürülmüşdür. Bundan başqa transfer haqqı əsassız olaraq tələb olunur, belə ki, gözəllik salonu iddiaçının öz məsuliyyətsizliyinə görə bağlanmışdır. O, cavabdehin müqavilənin 6.1-ci bəndinə əməl etməsini və Mülki Məcəllənin 556.2-ci maddəsini qeyd edərək cavabdehin öhdəliklərinin icrasından imtina etmədiyini, gözəllik salonunun birbaşa iddiaçı tərəfindən bağlanmasını bildirmişdir. Eyni zamanda cavabdehə ödənilən 20 000 manat ödəniş iddiaçı hüquqi şəxsə deyil, nümayəndə3 tərəfindən olunmuşdur. Hüquqi şəxs tərəfindən olunsaydı, bununla bağlı hər hansısa bir mədaxil və ya məxaric sənədi olardı. Mülki Məcəllənin 420.3.6-cı və 420.3.7-ci maddələrini göstərərək müqavilənin məzmununda sadəcə cavabdehin məsuliyyətini nəzərdə tutan bəndlərin olduğunu, digər tərəfin məsuliyyətini nəzərdə tutan bəndlərin olmadığını, nəticədə Mülki Məcəllənin sözügedən normasına zidd müqavilə bağlandığını qeyd etmişdir. Eyni zamanda cavabdeh müqavilənin şərtlərinə əməl edərək iddiaçıya 10 000 manatdan artıq pul qazandırmışdır. Iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

6. Şəki Kommersiya Məhkəməsi tərəfindən iddiaçı İddiaçı və cavabdeh Cavabdeh məktub ünvanlanaraq cavabdehin iddiaçıya məxsus qeyri-yaşayış sahəsində müvafiq vizajist xidmətləri göstərilməsi dövründə əldə edilmiş və cavabdehə ödənilmiş müvafiq xidmətlərin dəyəri olan məbləğləri əks etdirən qaimə, akt, qeydiyyat kitabı və digər formada olan sənədlərin məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Lakin qeyd edilən məktuba münasibət bildirilməmişdir.

7. Iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, əvvəlki məhkəmə iclaslarında bildirdiyi kimi cavabdehlə iddiaçı şirkət arasında müqavilə bağlanmış və müqavilə şərtlərinə əsasən iddiaçı tərəf cavabdehə 20 000 manat pul vəsaiti və içində avadanlıqla gözəllik salonunu icarəyə vermişdir. Cavabdeh tərəf bunun müqabilində salonu işlədərək iddiaçıya əldə etdiyi qazancdan əlavə 40 000 manat xeyir verəcəyini bildirmişdir. Lakin cavabdeh tərəf ona verilmiş pul vəsaitini öz şəxsi ehtiyacları üçün xərcləmiş, keçən məhkəmə iclaslarının birində bunu özü də demişdir. Cavabdeh tərəf iddiaçını aldatmışdır. Belə ki, iddiaçı tərəfə çoxlu müştəriləri olduğunu, işləyəcəyi təqdirdə çoxlu gəlir əldə edəcəyini və iddiaçıya xeyir verəcəyini bildirərək inandırmış və 20 000 manat pul alaraq öz şəxsi ehtiyaclarına xərcləmişdir. Iddiaçı tərəf artıq cavabdehin dediyi kimi müştəri bazasının olmadığını görmüş, cavabdehi bu barədə xəbərdar etmiş, cavabdeh də artıq münasibətlərin pisləşdiyini görmüş və beləcə hər iki tərəf də müqavilə münasibətlərinin artıq davam etdirə bilməyəcəklərini anlamışlar. Cavabdeh obyektdə çox az müddət işləmişdir, onun obyektdə son iş günü 2024-cü ilin ## ####u olmuşdur. Keçən məhkəmə iclasında cavabdeh qəbzlərin olduğunu bildirsə də, həmin qəbzləri məhkəməyə təqdim etməmişdir. Çünki, cavabdehdə belə sübutlar yoxdur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxmışdır.

9. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, işin mübahisələndirilməyən halı iddiaçı İddiaçı MMC və cavabdeh Cavabdeh arasında ## ######## 2023-cü il tarixli **/**-** nömrəli Gözəllik salonunda xidmətlərin göstərilməsi haqqında müqavilənin bağlanmasından, həmin müqavilə əsasında cavabdehə 20 000 manat məbləğində pul vəsaitinin verilməsindən, bundan sonra cavabdehin bir müddət iddiaçıya məxsus gözəllik salonunda fəaliyyət göstərməsindən ibarətdir. Işin mübahisələndirilən hallarına isə müqavilənin ləğv edilməsi, bu halda cavabdehə verilmiş 20 000 manat pulun iddiaçıya geri qaytarılmalı olub-olmaması, eyni zamanda cavabdehin gözəllik salonunda hansı dövr ərzində işləməsi halları aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hallara aydınlıq gətirmişdir.

10. Belə ki, məhkəməyə təqdim edilmiş tərəflər arasında bağlanmış ## ######## 2023- cü il tarixli **/**-** nömrəli Gözəllik salonunda xidmətlərin göstərilməsi haqqında müqavilədən göründüyü kimi İddiaçı MMC (transfer edən) müqavilə imzalanan tarixdə Cavabdeh (transfer edilənə) razılaşdırılmış transfer haqqını (20 000 manat) ödəməyi, transfer olunan isə ödəməni aldıqdan sonra müqavilənin müddəti və şərtləri əsasında xidmətləri göstərməyi öhdəsinə götürmüş, bundan sonra eyni tarixli ödəniş qəbulu aktından göründüyü kimi 20 000 manat məbləğində ödəniş cavabdehə ödənilmişdir.

11. Məhkəmə ilkin olaraq iddia tələbinin birinci hissəsinə, yəni ##.##.2023-cü il tarixli, **/**-** saylı müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, iş materiallarından və tərəflərin izahatından müəyyənləşdirmək mümkündür ki, cavabdeh tərəf gözəllik salonunda müəyyən müddət işlədikdən sonra tərəflər arasında müəyyən anlaşılmazlıqlar olmuş, cavabdeh salonda müəyyən müddət işlədikdən sonra tərəflər arasında yaranmış narazılıqlara əsasən işləməmiş, eyni zamanda cavabdeh tərəf son iş gününün ## #### 2024-cü il tarixi, iddiaçı isə ## #### 2024-cü il tarixi olduğunu iddia etmişdir. Iddiaçı tərəf müqavilənin ləğv edilməsinə əsas olaraq, cavabdehin öhdəliklərini lazımi qaydada yerinə yetirməməsini göstərmiş, cavabdeh tərəf isə müqavilənin ləğv edilməsi ilə bağlı tələbin əsassız olduğunu, iddiaçının müqavilənin 3.1-ci bəndində qeyd olunan şəraiti yaratmamaqla yanaşı, cavabdehin fəaliyyətini həyata keçirməsinə çətinlik törədəcək hərəkətlər etdiyini qeyd etmişdir. Məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş iddiaçı tərəflə olan ## ###### 2024-cü il tarixli whatsapp yazışmalarından göründüyü kimi (şəxsi yazışmalar tərəflərin və nümayəndələrin razılığı ilə məhkəmə iclasında dinlənilmiş və yazılar oxunmuş) müştərinin az olması, iş saatları və bu səbəbdən aralarındakı razılaşmanın sonlandırılması ilə bağlı tərəflər arasında mübahisə olmuş, bundan sonra 07 mart və ##.##.2024-cü il tarixli whatsapp yazışmalarından göründüyü kimi həmin müddətə kimi tərəflər arasında müvafiq münasibətlər davam etdirilmiş, bundan başqa cavabdeh tərəfindən təqdim edilmiş ## #### 2024-cü il və ## #### 2024-cü il tarixli whatsapp yazışmalarının məzmunundan göründüyü kimi iyul ayı ilə əlaqəli yazışmalar iddiaçı tərəflə deyil, başqa şəxslə olan yazışmalardır. Məhkəməyə təqdim edilmiş iş materiallarından göründüyü kimi tərəflər arasında münasibətlər hər iki tərəfin anlaşmazlığı səbəbindən pozulmuş və cavabdeh tərəfindən ## #### 2024-cü il tarixinin son iş günü olduğu iddia edilsə də, bu təqdim edilən sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, tərəflər arasında olan whatsapp yazışmaları ilə ən son ##.##.2024-cü il tarixdə onlar arasında münasibətin mövcudluğu öz təsdiqini tapır, iddiaçı tərəf isə cavabdehin son iş gününün ##.##.2024-cü il tarixi olduğunu qəbul edir. Məhkəmə yekun olaraq hər iki tərəf arasında müqavilənin yerinə yetirilməsi ilə əlaqəli mübahisə olduğundan ##.##.2024-cü il tarixində cavabdehin son iş günü olduğunu nəzərə alaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış ## ######## 2023-cü il tarixli **/**-** nömrəli müqavilə ##.##.2024-cü il tarixindən ləğv edilmiş hesab olunmalıdır.

12. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında müqavilənin sonlandırılması ilə bağlı 2024-cü ilin fevral ayından başlayaraq danışıqlar getsə də, cavabdeh qeyd edilən salonda fəaliyyətini 2024-cü ilin ## #### tarixinədək davam etdirmişdir. Yəni müqaviləni vaxtından əvvəl ləğv etmək barədə ilkin olaraq iddiaçı tərəfin təklifi olmuş, buna baxmayaraq cavabdeh qeyd edilən salonda fəaliyyətini davam etdirmiş, nəhayət ##.##.2024-cü il tarixdən sonra həmin salona gəlməmişdir. Ona görə də tərəflərin təşəbbüsü ilə aralarında bağlanmış müqavilənin ləğv edilmə tarixini məhkəmə ##.##.2024-cü il tarix qəbul edir.

13. Bundan başqa iddia tələbinin ikinci hissəsinə, yəni cavabdehdən 20 000 manat pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsinə münasibətdə o qənaətə gəlmişdir ki, iddiaçı bu hissədə qismən haqlıdır. Belə ki, iddiaçı tərəf bu hissəyə münasibətdə bildirmişdir ki, cavabdeh çoxlu müştəriləri olduğunu, işləyəcəyi təqdirdə çoxlu gəlir əldə edəcəyini və iddiaçıya xeyir verəcəyini bildirərək iddiaçını inandırmış, 20 000 manat pul alaraq öz şəxsi ehtiyaclarına xərcləmiş, daha sonra iddiaçı artıq cavabdehin dediyi kimi müştəri bazasının olmadığını görmüş, cavabdehi bu barədə xəbərdar etmiş, cavabdeh də artıq münasibətlərin pisləşdiyini görmüş və beləcə hər iki tərəf də müqavilə münasibətlərinin artıq davam etdirə bilməyəcəklərini anlamışlar.

14. Məhkəmə bu hala münasibətdə bildirmişdir ki, müqavilənin şərtlərindən göründüyü kimi cavabdehə verilmiş 20 000 manatın gözəllik salonunun fəaliyyətinin yaxşılaşdırılması məqsədilə verilməsi halı öz təsdiqini tapmamış, müqavilənin 1.2-ci bəndində 20 000 manatın transfer olaraq xidmətlərin göstərilməsi müqabilində razılaşdırılmış məbləğ olduğu qeyd edilmişdir ki, burdan həmin məbləğin cavabdehə 3 il ərzində göstəriləcək xidmətə görə verildiyi nəticəsinə gəlinir. Bundan başqa müqavilənin 6.3-cü bəndinin tələbindən görünür ki, cavabdeh (transfer edilən) tərəfin müqavilənin müddəti bitmədən xidmətlərin göstərilməsindən imtina etməsi və ya müqaviləni dayandırmaq istəməsi halında ödənilmiş məbləğin tam şəkildə qaytarılması barədə tərəflər razılaşmışlar, lakin hazırkı vəziyyətdə müqavilənin ləğv edilməsinin səbəbi birbaşa cavabdeh tərəfindən deyil, hər iki tərəfin anlaşmazlığı səbəbindən olduğundan qeyd edilən halda ödənilmiş məbləğin cavabdeh tərəfindən tam şəkildə qaytarılmasının tələb edilməsi əsaslı deyil.

15. Cavabdeh tərəf isə cavabdehin öhdəliklərinin icrasından imtina etmədiyini, gözəllik salonunun birbaşa iddiaçı tərəfindən bağlanmasını, eyni zamanda cavabdehə ödənilən 20 000 manat ödənişin iddiaçı hüquqi şəxs deyil, nümayəndə3 tərəfindən edildiyini, hüquqi şəxs tərəfindən edilsəydi, bununla bağlı hər hansısa bir mədaxil və ya məxaric sənədi verilməli olduğunu, bundan başqa cavabdehin müqavilənin şərtlərinə əməl edərək iddiaçıya 10 000 manatdan artıq pul qazandırdığını qeyd edərək, həmin məbləğin tələb edilməsinin əsassız olduğunu bildirmişdir.

16. Məhkəmə cavabdeh tərəfin mövqeyinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş whatsapp yazışmalarından göründüyü kimi tərəflər arasında münasibətlər hər iki tərəfin narazılığı ilə davam etdirilə bilməmiş, eyni zamanda cavabdeh tərəf 10 000 manatdan artıq salona gəlir qazandırdığını bildirsə də, bunu təsdiq edəcək qəbzləri məhkəməyə təqdim etməmiş, eyni zamanda ödəniş qəbulu aktından göründüyü kimi 20 000 manat ödəniş İddiaçı MMC, nümayəndə3” tərəfindən **/**-** nömrəli müqavilənin şərtlərinə əsasən cavabdehə ödənilmişdir.

17. Cavabdehin ilkin olaraq 20 000 manat məbləği əldə etməsinin müqavilə əsası olmuş, belə ki, iddiaçının cavabdehə razılaşdırılmış transfer haqqını (20 000 manat) ödəməsi, bundan sonra cavabdehin gözəllik salonunda 3 il müddətinə xidmət göstərməsi, 3 ilin sonunda (müqavilənin vaxtı transfer edənin müəyyən etdiyi vaxta qədər uzadıla bilər) iddiaçının xeyrinə 40 000 manat qazandırması barədə razılaşmışlar. Lakin bundan sonra tərəflər arasında olan narazılıq səbəbindən müqavilə münasibətləri davam etməmiş, buna baxmayaraq iş materialları və tərəflərin izahatları qarşılıqlı təhlil edildikdə aydın olur ki, cavabdeh tərəf ##.##.2023-cü il tarixindən ##.##.2024-cü il tarixinədək, yəni 9 ay 9 gün müddətində müqavilə əsasında gözəllik salonunda fəaliyyət göstərmişdir. Eyni zamanda cavabdehin bu müddət ərzində tam olaraq nə qədər qazanc əldə etdiyini hər iki tərəf sübut edə bilməsə də, onların izahatından müəyyən olunduğu kimi cavabdeh həmin dövr ərzində müəyyən məbləğ qazanc əldə etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, transfer haqqı olan 20 000 manat pul 3 illik xidmət üçün nəzərdə tutulduğu halda, cavabdeh tərəf 9 ay 9 gün müddətində işləmiş, razılaşdırılmış şərt tamamlanmamışdır, bu səbəbdən həmin məbləğin tam şəkildə cavabdehdə qalması onun əsassız varlanmasına səbəb olur. Eyni zamanda əks halda, yəni həmin məbləğin cavabdehdən tam şəkildə tutularaq iddiaçıya verilməsi də, cavabdehin faktiki olaraq həmin salonda müəyyən müddət işləməsi, müəyyən məbləğdə qazanc gətirməsi, müqavilənin hər iki tərəfin narazılığı səbəbindən davam etməməsi hallarını nəzərə aldıqda cavabdehin hüquqlarını pozur ki, qeyd edilən tələb əsaslı və ədalətli deyil.

18. Qeyd edilən hallara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, 3 il ərzində göstəriləcək xidmət üçün cavabdehə ödənilmiş 20 000 manat pul cavabdehin gözəllik salonunda fəaliyyət göstərdiyi müddətə (9 ay 9 gün) mütənasib hesablanaraq, tərəflər arasında bölünməlidir. Belə ki, məhkəmə nəticədə hesab etmişdir ki, cavabdeh Cavabdeh 14833,3 manat məbləğində pul vəsaiti (20 000 manat / 36 ay (3 il) = 555.6 manat – 1 ay; 555.6 manat / 30 gün = 18.52 manat- 1 gün; 555.6x9 ay=5000, 18.52x9 gün =166.7; 20 000 manat - 5166.7 manat = 14833.3 manat) tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməlidir.

19. Şəki Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Mübariz Hüseynov) iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ######## 2023-cü il tarixli **/**-** nömrəli Gözəllik salonunda xidmətlərin göstərilməsi haqqında müqavilənin ## #### 2024-cü il tarixdən ləğv olunmuş hesab edilməsi, cavabdeh Cavabdeh 14833,3 manat məbləğində pul vəsaitinin və 111.25 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

20. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 60, 125 və 127-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 423.2, 424.2, 424.3, 424.4, 447.1, 447.2, 447.3, 447.7, 1091.1 və 1091.2-ci maddələrinə istinad etmişdir.

21. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İddiaçı (transfer edən) ilə cavabdeh Cavabdeh (transfer edilən) arasında ## ######## 2023-cü il tarixli **/**-** nömrəli Gözəllik salonunda xidmətlərin göstərilməsi haqqında müqavilə; ## ######## 2023-cü il tarixli ödənişin qəbulu aktı; ## ###### 2024-cü il, ## #### 2024-cü il və ## #### 2024-cü il tarixli whatsapp yazışmaları, 07 mart və ##.##.2024-cü il tarixli whatsapp yazışmalarını, video görüntüləri özündə əks etdirən disk; ƏMDX DƏDKR-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 007011004888-05301-****** reyestr nömrəli çıxarış.

22. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat:

23. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Z.Sadiqovun sədrliyi və məruzəsi ilə, hakimlər E.Hüseynov və Ə.Kərimovdan ibarət tərkibdə) cavabdeh Cavabdeh (VÖEN: **********) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tаrixli, *-*(***)-***/**** nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun apellyatora aid edilməsi qət edilmişdir.

24. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı ilə, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarlarında ifadə olunmuş hüquqi mövqe ondan ibarətdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli Qərarı). Işə baxan aşağı instansiya məhkəmələri isə qeyd olunan tələblərə riayət etməmişdir. Belə ki, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilən hallarına görə, tərəflər arasında 2023-cü il ## ######## tarixli **/**-** nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 20.000 manat məbləğində transfer haqqı ödəmiş, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş müddət ərzində gözəllik salonunda fəaliyyət göstərməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 6.3cü bəndində razılaşdırılmışdır ki, transfer edilən tərəf müqavilənin müddəti bitmədən xidmətlərin göstərilməsindən imtina etdikdə və ya müqaviləni dayandırmaq istədikdə ona ödənilmiş məbləği tam həcmdə geri qaytarmalıdır. Göründüyü kimi, müqavilə üzrə 20.000 manat məbləğin geri qaytarılması hər hansı səbəbdən müqavilənin başa çatması ilə deyil, konkret olaraq transfer edilən tərəfin müqavilə münasibətlərinə vaxtından əvvəl xitam verməsi və ya xidmətlərin göstərilməsindən imtina etməsi halı ilə şərtləndirilmişdir. Bu baxımdan mübahisənin düzgün həlli üçün ilk növbədə müqavilə münasibətlərinə hansı tərəfin təşəbbüsü ilə və hansı səbəbdən xitam verilməsinin müəyyən edilməsi zəruri olmuşdur. Çünki həmin hal müəyyən edilmədən müqavilənin 6.3-cü bəndinin tətbiqi mümkün deyildir.

27. Lakin aşağı instansiyası məhkəmələri bir tərəfdən müqavilə münasibətlərinin tərəflər arasında yaranmış qarşılıqlı narazılıq səbəbindən dayandığını göstərmiş, digər tərəfdən isə cavabdehdən 20.000 manatın bir hissəsinin tutulması barədə nəticəyə gəlmişdir. Halbuki məhkəmə həmin nəticəyə gəlməzdən əvvəl müqavilə münasibətlərinə faktiki olaraq kimin təşəbbüsü ilə xitam verilməsi, cavabdehin müqavilə üzrə xidmət göstərməkdən imtina edibetməməsi, yaxud əksinə, iddiaçının davranışları nəticəsində müqavilənin icrasının mümkünsüz hala gəlib-gəlməməsi məsələlərinə hüquqi qiymət verməli idi.

28. Cavabdeh müqavilənin icrasından imtina etmədiyini, fəaliyyətini davam etdirmək niyyətində olduğunu, salonun bağlanmasının və fəaliyyətinin dayandırılmasının iddiaçıdan asılı səbəblərlə baş verdiyini bildirmiş, bunun təsdiqi kimi tərəflər arasında baş tutan “WhatsApp” vasitəsilə aparılmış yazışmalarına və s. sübutlara istinad etmişdir. Etirazının hüquqi əsası kimi isə müqavilənin 6.1-ci bəndi və MM-in 5.3, 420.3.6, 420.3.7, 556.2-ci maddələri göstərilmişdir. Məhkəmələr isə həmin dəlilləri və sübutları müqavilə münasibətlərinə xitam verilməsinin təşəbbüskarının müəyyən edilməsi baxımından qiymətləndirməmiş və hüquqi dəyərləndirmə aparmamış, yalnız tərəflər arasında narazılığın mövcudluğunu qeyd etməklə kifayətlənmişlər və cavabdehin işlədiyi müddəti nəzərə alaraq 20.000 manat məbləğin xidmət müddətinə proporsional qaydada bölüşdürülməsi nəticəsinə gəlmişlər. Halbuki, tərəflər arasında bağlanmış müqavilədə belə hesablamanın aparılmasını nəzərdə tutan hər hansı müddəa mövcud deyildir. Müqavilə şərtlərindən görünür ki, tərəflər transfer haqqının geri qaytarılmasını yalnız müqavilənin 6.3-cü bəndində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər.

29. Kollegiya qeyd etmişdir ki, məhkəmə müqavilə tərəflərinin razılaşdırdığı şərtləri dəyişdirə və ya onların iradəsi ilə nəzərdə tutulmayan yeni öhdəlik yarada bilməz. Çünki MMin 390.1-ci maddəsində təsbit olunmuş müqavilə azadlığı prinsipi tərəflərin hüquq və vəzifələrinin ilk növbədə onların iradə ifadəsi əsasında müəyyən edilməsini tələb edir. Buna görə də cavabdehdən 14.833,3 manat məbləğin tutulmasına dair nəticə müqavilənin şərtlərindən və ya qanunun tələblərindən deyil, məhkəmənin öz mülahizəsinə əsaslanan hesablamadan irəli gəlmişdir.

30. Digər tərəfdən, aşağı instansiya məhkəmələri MM-in 1091-ci maddəsinə istinad etsələr də, əsassız varlanma institutunun tətbiqi üçün zəruri olan əsasların mövcudluğuna lazımi hüquqi qiymət verməmişlər. Belə ki, cavabdehin 20.000 manat məbləği əldə etməsinin hüquqi əsası tərəflər arasında bağlanmış müqavilə olmuşdur. Həmin müqavilə münasibətlərinə xitam verilməsi nəticəsində MM-in 443.1-ci maddəsində göstərilən əsasların deyil, məhz əsassız varlanma qaydalarının tətbiq edilməsi barədə nəticə isə əsaslandırılmamışdır.

31. Beləliklə, aşağı instansiya məhkəmələri mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları tam müəyyən etməmiş, iddia və etirazın əsasında duran hallara və tərəflərin təqdim etdikləri sübutlara lazımi hüquqi qiymət verməmiş, nəticədə istinad etdikləri maddi hüquq normalarını düzgün tətbiq etməmişlər. Bundan əlavə, cavabdehin apellyasiya şikayətində müqavilənin şərtlərinə və MM-nin 405.2, 556.2, 1091.2-ci maddələrinin pozulması ilə bağlı əsaslandırılmış dəlillər göstərilmiş, apellyasiya instansiyası məhkəməsi isə həmin dəlillərə qiymət verməmiş və ümumi şəkildə qeyd etmişdir ki, şikayətin dəlilləri formal mülahizə xarakteri daşıyır. Halbuki, MPM-in 392.2-ci maddəsində təsbit edilmişdir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

32. Qeyd olunanlara əsasən kollegiya hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuni və əsaslı hesab edilə bilməz. Bu səbəbdən, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyinə görə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Işə yenidən baxılarkən hazırkı qərarda əks olunan hüquqi mövqe nəzərə alınmaqla qanuni və əsaslı, habelə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

a) Apellyasiya şikayətinin dəlilləri

33. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyinin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Tərəflər arasında bağlanmış **/**-** nömrəli ##.##.2023-cü il tarixli müqavilənin 5.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan xidmətlər 3 il müddətində salonun fəaliyyətdə olduğu müddətdə həyata keçirilməlidir. Göründüyü kimi, xidmət müqaviləsində müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Belə olan halda transfer edən müqaviləyə vaxtından əvvəl xitam verə bilməzdi, əgər bunu birtərəfli qaydada özü icra etmişdirsə, o zaman transfer məbləğini cavabdehdən tələb edə bilməzdi, çünki iddiaçı cavabdehi işsiz qoymaqla ona əsaslı ziyan vurmuşdur. Belə ki, cavabdehi salondan zorla çıxararaq, iddiaçı özü salonu bağlamış və hal-hazıradək salonun icarəyə verilməsi üçün sosial şəbəkələrdə elanlar yerləşdirilməkdədir. Cavabdehin transfer edənə qazandıracağı məbləğlə bağlı hissəyə gəlincə, tərəflər arasında bağlanılmış müqavilənin 3.2.3-cü bəndinə əsasən müqavilənin vaxtı bitən tarixdə transfer məbləğinin 200%-ni, yəni 40.000 manatı transfer edənin xeyrinə qazandırmaq öhdəliyi qarşılıqlı olaraq qəbul edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, o, öz öhdəliyini davam etdirmək niyyətində olduğunu iddaçıya hər zaman bildirmiş və o, bu öhdəlikdən yayınmamışdır. Bundan əlavə, tərəflər arasında bağlanılmış müqavilənin vaxtı ## ######## 2026-cı il tarixdə bitəcəyindən, bu tarixədək ondan transfer məbləğinin tutulması əsassızdır. Mülki Məcəllənin 556.2-ci maddəsinə əsasən, borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edə bilməz. Cavabdehdən qeyd olunan məbləğin tələb olunması o halda əsaslı olardı ki, Cavabdeh 6.1-ci bənddə nəzərdə tutulan hallardan hər hansı birini icra etsin. Lakin, qeyd olunduğu kimi belə bir hal baş verməmiş, cavabdeh öhdəliklərin icrasından imtina etməmiş, həmçinin sözügedən obyekt (gözəllik salonu) birbaşa İddiaçı MMC tərəfindən bağlanılmışdır. Aparılan polis araşdırması zamanı da Cavabdeh bu halları təsdiq edən faktları təqdim etmiş və öz izahatında bunları qeyd etmişdir. Cavabdeh ilə İddiaçı MMC-nin nümayəndəsi arasında olan "WhatsApp" yazışmaları, səs yazıları və videogörüntüləri də göstərir ki, bu imtina birmənalı şəkildə İddiaçı MMC tərəfindən olunmuşdur. Bütün bunlardan əlavə İddiaçı MMC tərəfindən tərəflər arasında bağlanan "Gözəllik salonunda xidmətlərin göstərilməsi haqqında" **/**-** nömrəli, ##.##.2023-cü il tarixli müqavilənin 3.1.1-ci bəndi pozulmuşdur. Həmin bəndə əsasən, transfer edən, yəni İddiaçı MMC xidmətin icra olunması üçün tələb olunan şəraiti yaratmaq və bununla bağlı digər məsələlərdə dəstək olmaq vəzifəsi daşıyır. Tərəflər arasında müqavilənin bağlanmasından sonra bir müddət iddiaçı bu şərtə əməl etsə də, sonradan Cavabdeh üçün qeyd olunan şəraiti yaratmamaqla yanaşı, həmçinin onun öz fəaliyyətini həyata keçirməsinə çətinlik törədəcək hərəkətlər etmişdir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi ##.##.2024-cü il tarixinə qədər gözəllik salonunda fəaliyyət göstərən digər işçilər işdən çıxarılmış, bunun nəticəsində də Cavabdeh bütün işləri təkbaşına görmək məcburiyyətində qalmışdır. Bu kimi hallar iddiaçı İddiaçı MMC tərəfindən müqavilənin sözügedən bəndinə əməl olunmadığına əsas verir.

34. Ona görə də Şəki Kommersiya Məhkəməsinin *-*(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

36. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdilər.

37. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı İddiaçı nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 424.4.-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. 447.3-cü maddəsinə əsasən aşağıdakı hallarda müqavilədən imtina yolverilməzdir: 447.3.1. öhdəliyin pozuntusu cüzi olduqda; 447.3.2. öhdəliyin pozulması üçün tamamilə və ya əsasən kreditorun özü məsuliyyət daşıdıqda; 447.3.3. öhdəliyin qarşısında borclu tərəfindən artıq irəli sürülmüş və ya müqavilədən imtina edildikdən dərhal sonra irəli sürüləcək qarşılıqlı tələb olduqda. 447.7-ci maddəsinə əsasən müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

39. Qərarlar: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarı; Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli Qərarı.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

41. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Cavabdeh Şəki Kommersiya Məhkəməsinin *-*(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğvini xahiş etdiyindən və tələn bölünməz olduğundan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam həcmdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hazırki qətnamənin 33-cü bəndində sadalanmış apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, nəticədə səhv və əsaslı olmayan qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.

45. Işin hallarından görünür ki, İddiaçı MMC (transfer edən) ilə Cavabdeh (transfer edilən) arasında 2023-cü il ## ######## tarixli **/**-** nömrəli Gözəllik salonunda xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən: - 1.1. Transfer edən müqavilə imzalanan tarixdə qarşı tərəfə razılaşdırılmış transfer haqqını ödəməyi, transfer olunan isə ödəməni aldıqdan sonra müqavilənin müddəti və şərtləri əsasında xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. - 1.2. Transfer olaraq xidmətlərin göstərilməsi müqabilində razılaşdırılmış məbləğ 20.000 manat olaraq qəbul edilmişdir. - 2.1. Transfer edilən tərəf Ülvi Bünyadzadə 2 ünvanında qeydiyyatda olan X2 adlı gözəllik salonunda vizajist olaraq fəaliyyətə başlayır, vizaj və buna aid digər xidmətlərin göstərilməsini həyata keçirir. - 2.2. Hər iki tərəf razılıq əsasında bundan sonra xidmətlərin göstərilməsindən əldə olunan gəlirin 60% transfer edilən, 40% transfer edən nisbətində bölüşdürülməsinə qərar vermişdir. - 3.1.1. Xidmətin icra olunması üçün tələb olunan şəraiti yaratmaq və bununla bağlı digər məsələlərdə dəstək olmaq transfer edənin vəzifələrinə aid edilmişdir. - 3.2. Müqavilədə nəzərdə tutulan qaydada xidmətləri tam həyata keçirmək, müqavilə vaxtı bitənədək xidmətlərin göstərilməsinə davam etmək, müqavilənin vaxtı bitən tarixdə alınmış transfer məbləğinin 200%-ni, yəni 40.000 manat məbləği transfer edənin xeyrinə qazandırmış olmaq transfer olunanın vəzifələrinə aid edilmişdir. - 5.2. Bu müqavilədə nəzərdə tutulan xidmətlər 3 il müddətində salonun fəaliyyətdə olduğu müddətdə həyata keçirilməlidir. - 5.4. Müqavilənin vaxtı bitən tarixdə alınmış transfer məbləğinin 200%-i, yəni 40.000 manat məbləği transfer edənin xeyrinə qazandırmadığı halda müqavilənin vaxtı transfer edənin müəyyən etdiyi vaxta qədər uzadıla bilər. - 6.3. Transfer edilən tərəf müqavilənin müddəti bitmədən xidmətlərin göstərilməsindən imtina edərsə və ya müqaviləni dayandırmaq istərsə, ödənilmiş məbləği 100% nisbətində geri ödəmə etməlidir. (İ cild, i/v 8)

46. Iş materiallarında olan ödənişin qəbulu aktından (müqaviləyə əlavə) görünür ki, 2023-cü il ## ######## tarixdə İddiaçı MMC tərəfindən Cavabdeh 20.000 manat ödənilmişdir. ( İ cild, i/v 11)

47. Iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 198 kvm olan qeyri yaşayış sahəsi nümayəndə3 adına xüsusi mülkiyyət növü kimi qeydiyyata alınmışdır. (İ cild, i/v 156)

48. Iş materiallarında olan iddiaçı xxxx MMC ilə cavabdeh arasında ## ###### 2024cü il tarixli Whatsapp yazışmalarından görünür ki, cavabdeh həmin yazışmalarda iddiaçının reklamlar etmədiyini, buna görə müştəriləri cəlb etməyin mümkün olmadığını qeyd etmiş, qarşı tərəf isə “ Bizimki bura qədər, ödənişi geri qaytarın, işiniz avand olsun” məzmununda cavab vermişdir.

49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

50. Işin halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında 2023-cü il ## ######## tarixli **/**-** nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 20.000 manat məbləğində transfer haqqı ödəmiş, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş müddət ərzində gözəllik salonunda fəaliyyət göstərməyi öz öhdəsinə götürmüşdür.

51. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilkin olaraq iddia tələbinin birinci hissəsinə, yəni ##.##.2023-cü il tarixli, **/**-** saylı müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, iş materiallarından və tərəflərin izahatından müəyyənləşdirmək mümkündür ki, cavabdeh tərəf gözəllik salonunda müəyyən müddət işlədikdən sonra tərəflər arasında müəyyən anlaşılmazlıqlar olmuş, cavabdeh salonda müəyyən müddət işlədikdən sonra tərəflər arasında yaranmış narazılıqlara əsasən işləməmiş, eyni zamanda cavabdeh tərəf son iş gününün ## #### 2024-cü il tarixi, iddiaçı isə ## #### 2024-cü il tarixi olduğunu iddia etmişdir. Iddiaçı tərəf müqavilənin ləğv edilməsinə əsas olaraq, cavabdehin öhdəliklərini lazımi qaydada yerinə yetirməməsini göstərmiş, cavabdeh tərəf isə müqavilənin ləğv edilməsi ilə bağlı tələbin əsassız olduğunu, iddiaçının müqavilənin 3.1-ci bəndində qeyd olunan şəraiti yaratmamaqla yanaşı, cavabdehin fəaliyyətini həyata keçirməsinə çətinlik törədəcək hərəkətlər etdiyini qeyd etmişdir. Məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş iddiaçı tərəflə olan ## ###### 2024-cü il tarixli whatsapp yazışmalarından göründüyü kimi (şəxsi yazışmalar tərəflərin və nümayəndələrin razılığı ilə məhkəmə iclasında dinlənilmiş və yazılar oxunmuş) müştərinin az olması, iş saatları və bu səbəbdən aralarındakı razılaşmanın sonlandırılması ilə bağlı tərəflər arasında mübahisə olmuş, bundan sonra 07 mart və ##.##.2024-cü il tarixli whatsapp yazışmalarından göründüyü kimi həmin müddətə kimi tərəflər arasında müvafiq münasibətlər davam etdirilmiş, bundan başqa cavabdeh tərəfindən təqdim edilmiş ## #### 2024-cü il və ## #### 2024-cü il tarixli whatsapp yazışmalarının məzmunundan göründüyü kimi iyul ayı ilə əlaqəli yazışmalar iddiaçı tərəflə deyil, başqa şəxslə olan yazışmalardır. Məhkəməyə təqdim edilmiş iş materiallarından göründüyü kimi tərəflər arasında münasibətlər hər iki tərəfin anlaşmazlığı səbəbindən pozulmuş və cavabdeh tərəfindən ## #### 2024-cü il tarixinin son iş günü olduğu iddia edilsə də, bu təqdim edilən sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, tərəflər arasında olan whatsapp yazışmaları ilə ən son ##.##.2024-cü il tarixdə onlar arasında münasibətin mövcudluğu öz təsdiqini tapır, iddiaçı tərəf isə cavabdehin son iş gününün ##.##.2024-cü il tarixi olduğunu qəbul edir. Məhkəmə yekun olaraq hər iki tərəf arasında müqavilənin yerinə yetirilməsi ilə əlaqəli mübahisə olduğundan ##.##.2024-cü il tarixində cavabdehin son iş günü olduğunu nəzərə alaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış ## ######## 2023-cü il tarixli **/**-** nömrəli müqavilə ##.##.2024-cü il tarixindən ləğv edilmiş hesab olunmalıdır.

52. Bundan başqa iddia tələbinin ikinci hissəsinə, yəni cavabdehdən 20 000 manat pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsinə münasibətdə o qənaətə gəlmişdir ki, iddiaçı bu hissədə qismən haqlıdır. Belə ki, iddiaçı tərəf bu hissəyə münasibətdə bildirmişdir ki, cavabdeh çoxlu müştəriləri olduğunu, işləyəcəyi təqdirdə çoxlu gəlir əldə edəcəyini və iddiaçıya xeyir verəcəyini bildirərək iddiaçını inandırmış, 20 000 manat pul alaraq öz şəxsi ehtiyaclarına xərcləmiş, daha sonra iddiaçı artıq cavabdehin dediyi kimi müştəri bazasının olmadığını görmüş, cavabdehi bu barədə xəbərdar etmiş, cavabdeh də artıq münasibətlərin pisləşdiyini görmüş və beləcə hər iki tərəf də müqavilə münasibətlərinin artıq davam etdirə bilməyəcəklərini anlamışlar.

53. Məhkəmə bu hala münasibətdə bildirmişdir ki, müqavilənin şərtlərindən göründüyü kimi cavabdehə verilmiş 20 000 manatın gözəllik salonunun fəaliyyətinin yaxşılaşdırılması məqsədilə verilməsi halı öz təsdiqini tapmamış, müqavilənin 1.2-ci bəndində 20 000 manatın transfer olaraq xidmətlərin göstərilməsi müqabilində razılaşdırılmış məbləğ olduğu qeyd edilmişdir ki, burdan həmin məbləğin cavabdehə 3 il ərzində göstəriləcək xidmətə görə verildiyini nəticəsinə gəlinir. Bundan başqa müqavilənin 6.3-cü bəndinin tələbindən görünür ki, cavabdeh (transfer edilən) tərəfin müqavilənin müddəti bitmədən xidmətlərin göstərilməsindən imtina etməsi və ya müqaviləni dayandırmaq istəməsi halında ödənilmiş məbləğin tam şəkildə qaytarılması barədə tərəflər razılaşmışlar, lakin hazırkı vəziyyətdə müqavilənin ləğv edilməsinin səbəbi birbaşa cavabdeh tərəfindən deyil, hər iki tərəfin anlaşmazlığı səbəbindən olduğundan qeyd edilən halda ödənilmiş məbləğin cavabdeh tərəfindən tam şəkildə qaytarılmasının tələb edilməsi əsaslı deyil.

54. Məhkəmə belə qənaətə gəlmişdir ki, 3 il ərzində göstəriləcək xidmət üçün cavabdehə ödənilmiş 20 000 manat pul cavabdehin gözəllik salonunda fəaliyyət göstərdiyi müddətə (9 ay 9 gün) mütənasib hesablanaraq, tərəflər arasında bölünməlidir. Belə ki, məhkəmə nəticədə hesab etmişdir ki, cavabdeh Cavabdeh 14833,3 manat məbləğində pul vəsaiti (20 000 manat / 36 ay (3 il) = 555.6 manat – 1 ay; 555.6 manat / 30 gün = 18.52 manat- 1 gün; 555.6x9 ay=5000, 18.52x9 gün =166.7; 20 000 manat - 5166.7 manat = 14833.3 manat) tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə yekun olaraq məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış ## ######## 2023-cü il tarixli **/**-** nömrəli Gözəllik salonunda xidmətlərin göstərilməsi haqqında müqavilə ## #### 2024-cü il tarixdən ləğv olunmuş hesab edilməli, cavabdehdən 14833,3 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarlarında ifadə olunmuş hüquqi mövqe ondan ibarətdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli Qərarı).

56. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilənin 6.3-cü bəndində razılaşdırılmışdır ki, transfer edilən tərəf müqavilənin müddəti bitmədən xidmətlərin göstərilməsindən imtina etdikdə və ya müqaviləni dayandırmaq istədikdə ona ödənilmiş məbləği tam həcmdə geri qaytarmalıdır.

57. Müqavilənin 6.3-cü bəndindən göründüyü kimi 20.000 manat məbləğin geri qaytarılması transfer edilən tərəfin müqavilə münasibətlərinə vaxtından əvvəl xitam verməsi və ya xidmətlərin göstərilməsindən imtina etməsi halı ilə şərtləndirilmişdir. Qeyd edilən halı nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, müqavilə münasibətlərinə hansı tərəfin təşəbbüsü ilə və hansı səbəbdən xitam verilməsinin araşdırılması zəruridir.

58. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı vəziyyətdə müqavilənin ləğv edilməsinin səbəbi birbaşa cavabdeh tərəfindən deyil, hər iki tərəfin anlaşmazlığı səbəbindən olmuşdur. Bununla belə müqavilə münasibətlərinin tərəflər arasında yaranmış qarşılıqlı narazılıq səbəbindən dayandığını göstərsə də, digər tərəfdən cavabdehdən 20000 manatın bir hissəsinin tutulması barədə nəticəyə gəlmişdir. Halbuki məhkəmə həmin nəticəyə gəlməzdən əvvəl müqavilə münasibətlərinə faktiki olaraq kimin təşəbbüsü ilə xitam verilməsi, cavabdehin müqavilə üzrə xidmət göstərməkdən imtina edib-etməməsi, yaxud əksinə, iddiaçının davranışları nəticəsində müqavilənin icrasının mümkünsüz hala gəlib-gəlməməsi məsələlərinə hüquqi qiymət verməmişdir.

59. Hazırki qətnamənin 54-cü bəndində sadalanmış birinci instansiya məhkəməsinin mövqeyindən görünür ki, 3 il ərzində göstəriləcək xidmət üçün cavabdehə ödənilmiş 20 000 manat pulun cavabdehin gözəllik salonunda fəaliyyət göstərdiyi müddətə (9 ay 9 gün) mütənasib hesablanaraq, tərəflər arasında bölünməli olması qənaətinə gəlinmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilədə belə hesablamanın aparılmasını nəzərdə tutan hər hansı müddəa mövcud deyildir. Müqavilə şərtlərindən görünür ki, tərəflər transfer haqqının qaytarılmasını yalnız müqavilənin 6.3-cü bəndində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər.

60. Məhkəmə kollegiyası hazırki qətnamənin 59-cu bəndində qeyd edilənlərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd edilmiş maddənin tələbindən görünür ki, müqavilə azadlığı prinsipi tərəflərin hüquq və vəzifələrinin ilk növbədə onların iradə ifadəsi əsasında müəyyən edilməsini tələb edir. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, cavabdehdən 14.833,3 manat məbləğin tutulmasına dair nəticə müqavilənin şərtlərindən və ya qanunun tələblərindən deyil, məhkəmənin öz mülahizəsinə əsaslanan hesablamadan irəli gəlmişdir.

61. Məhkəmə kollegiyasının ## ###### 2026-cı il tarixdə keçirilmiş iclasında cavabdeh Cavabdeh nümayəndəsi və vəkili nümayəndə1 izahatında bildirmişdir ki, müqavilənin müvafiq bəndindən görünür ki, ödənilmiş pulun geri qaytarılması yalnız Cavabdeh müqavilə üzrə öhdəliklərini pozduğu və ya həmin öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyi halda tələb oluna bilər. İddiaçı MMC ## ######## 2023-cü il tarixində Cavabdeh ilə müqavilə bağlamışdır. Müqavilənin müddəti 2026-cı ilin sentyabr ayına qədər nəzərdə tutulmuşdur. Lakin 2024-cü ilin fevral ayında şirkət tərəfindən Sehrin xanıma onun fəaliyyətinə artıq ehtiyac olmadığı və işdən azad edildiyi bildirilmişdir. Sehrin xanım isə bildirmişdir ki, onun müqaviləsi 2026-cı ilin sentyabr ayına qədər qüvvədədir və müqavilə müddəti başa çatmamış onun işdən azad edilməsi müqavilənin şərtlərinə ziddir. Həmçinin həmin dövrdə digər işçilərin də işdən çıxarıldığı, lakin Sehrin xanımın öz işini davam etdirdiyi qeyd olunur. Daha sonra şirkət tərəfindən polis əməkdaşları əraziyə dəvət edilmiş və Sehrin xanıma bildirilib ki, həmin obyekt artıq başqa şəxsə icarəyə verilib və o, ərazini tərk etməlidir. Müqavilənin şərtlərini birtərəfli qaydada özləri pozmuşlar.

62. Məhkəmə kollegiyasının ## ######## 2026-cı il tarixdə keçirilmiş iclasında iştirak edən cavabdeh Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçı tərəf müqavilənin müddətinə 2 il 3 ay qalmış salonu bağlamışlar, onu işdən özləri çıxarmışlar. Onlar günü bu gün o salonu açsalar və ona 2 il 3 ay müddəti versələr, o, orda gedib işləyəcək. Onlar onu işdən qovublar. Onlar onu işlədiyi salondan 3 illik müqavilə ilə transfer aparmışlar. O, iş yerini Qarayev şəhərdən bir az kənar idi deyə onlar Çapayevdə-şəhərin mərkəzində olduqlarından düşünmüşdür ki, müştəriləri üçün şəhərin mərkəzi daha əlverişli olar. Hər bir şəraiti yaratdılar, otaqla təmin etdilər, reklam sözü verdilər, dedilər müştəri bazası səndən də gəlsin bizdən də. Salon açılandan 3 ay sonra söhbətlər getməyə başladı ki, onlar salonu bağlamaq istəyirlər, hamı pulları qaytarsın getsin. O, həm öz müalicəsilə bağlı, həm də anasının xəstəliyi ilə bağlı o pulu xərcləmişdi, artıq o puldan heç nə qalmamışdı. Öz müştəriləri ilə işləyirdi, salonu heç bir reklam eləmirdilər. 3 ay-5 ay sonra müştəriləri tamam çıxartdılar. Mayın 19-da orda ondan başqa işçi qalmamışdı. Xadiməni, kassiri-hamsını çıxartmışdılar, bir o qalmışdı. O, həm şəhərin mərkəzi idi deyə, həm də hər bir şəraiti var idi deyə ordan çıxmaq istəmirdi. Leyla xanımla Orxan müəllim dedi ki, pulunu qaytar çıx, elə şərait yarat çıx ki guya sən qaçıb çıxmısan. O, dedi ki, “mən çıxsam gərək sizə pul qaytarım, mən çıxmaq istəmirəm, öz müştərilərimlə işləyirəm.” Orxan müəllim Leyla xanıma dedi ki, salonun açarlarını ondan al, onu qov. Salonun açarlarını verib, veşlərini də götürüb çıxmışdır. Onlar onun veşlərini götürməyə qoymurdular, kosmetik, saça aid məhsullar ona aid idi. Onları da güc-bəla ilə götürmüşdür ki, başqa yerdə işləsə, işləyə bilsin. Çıx get, bizim pulumuzu qaytar, sənin başına oyun açasıyıq, bizim pulumuz bu vaxta qədər heç kimdə qalmayıb deyərək, beləliklə bacı-qardaş onu salondan qovmuşdurlar. Məcburi şəkildə çıxarılmışdır. Digər məhkəmələrdə də bildirmişdir ki haçan salonu açsalar, müqavilə ilə qalan müddət ərzində o, orda işləyəcəkdir. Onlar iddia edirlər ki guya ordan o, özü çıxmışdır, lakin o özü çıxmamışdır, günü bu günü orda işləməyə razıdır. Onlar oranı bağlayıblar, salonu arendaya veriblər, satışa qoyublar. Deyiblər ki guya onlar ordan çıxmışlar, lakin onlar çıxmamışlar, iddiaçı tərəf onları ordan çıxarıblar.

63. Iddiaçı İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclaslarında iştirak etmədiyindən, iddiaçı tərəfin apellyasiya şikayətinin dəlillərinə və Ali Məhkəmənin yuxarıdakı qərarında olan göstərişlərinə münasibəti öyrənilə bilməmişdir. Həmçinin iddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etirazlar, vəsatətlər də daxil olmamışdır.

64. Məhkəmə kollegiyası işdə olan sənədlər, proses iştirakçılarının verdiyi izahatlar ilə müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə münasibətlərinə iddiaçı İddiaçı təşəbbüsü ilə xitam verilmiş, cavabdeh Cavabdeh müqavilə üzrə xidmət göstərmək istədiyini dəfələrlə vurğulamışdır. Tərəflər arasında bağlanmış müqavilənin 6.3-cü bəndinin tələblərindən də göründüyü kimi cavabdeh müqavilənin müddəti bitmədən xidmətlərin göstərilməsindən imtina etmədiyindən və müqaviləni transfer edilən tərəf, yəni cavabdeh dayandırmaq istəmədiyindən transfer edilmiş 20000 manat pulun cavabdehdən tutulması ilə bağlı iddia tələbi təmin edilə bilməz.

65. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı 1091.1 və 1091.2-ci maddələrinə istinad etmiş və qeyd etmişdir ki, cavabdehin ilkin olaraq 20 000 manat məbləği əldə etməsinin müqavilə əsası olmuş, belə ki, iddiaçının cavabdehə razılaşdırılmış transfer haqqını (20 000 manat) ödəməsi, bundan sonra cavabdehin gözəllik salonunda 3 il müddətinə xidmət göstərməsi, 3 ilin sonunda (müqavilənin vaxtı transfer edənin müəyyən etdiyi vaxta qədər uzadıla bilər) iddiaçının xeyrinə 40 000 manat qazandırması barədə razılaşmışlar. Lakin bundan sonra tərəflər arasında olan narazılıq səbəbindən müqavilə münasibətləri davam etməmiş, buna baxmayaraq iş materialları və tərəflərin izahatları qarşılıqlı təhlil edildikdə aydın olur ki, cavabdeh tərəf ##.##.2023-cü il tarixindən ##.##.2024-cü il tarixinədək, yəni 9 ay 9 gün müddətində müqavilə əsasında gözəllik salonunda fəaliyyət göstərmişdir. Eyni zamanda cavabdehin bu müddət ərzində tam olaraq nə qədər qazanc əldə etdiyini hər iki tərəf sübut edə bilməsə də, onların izahatından müəyyən olunduğu kimi cavabdeh həmin dövr ərzində müəyyən məbləğ qazanc əldə etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, transfer haqqı olan 20 000 manat pul 3 illik xidmət üçün nəzərdə tutulduğu halda, cavabdeh tərəf 9 ay 9 gün müddətində işləmiş, razılaşdırılmış şərt tamamlanmamışdır, bu səbəbdən həmin məbləğin tam şəkildə cavabdehdə qalması onun əsassız varlanmasına səbəb olur.

66. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddənin məzmunundan göründüyü kimi, əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran əsas qanunda və ya müqavilədə nəzərdə tutulmamış olsun. Qanunda nəzərdə tutulmamış əsaslarla varlanmış şəxsin qanundan əmələ gələn öhdəlikləri, müqavilə əsası olmadan varlanmış şəxsin isə müqavilə üzrə öhdəlikləri yaranır. Işin hallarından görünür ki, hazırki iş üzrə əsassız varlanma institunun tətbiqi üçün zəruri əsaslar mövcud deyildir.

67. Məhkəmə kollegiyası yekun olaraq bu nəticəyə gəlir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.

68. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilmiş maddənin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar