Məhkəmə qərarları › İş №2(3-7)-1443/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1443/2026

10.09.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1443/2026 10.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Iddiaçı X2 cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh1 və cavabdeh3 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: hakimə etiraz Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və X1 ibarət tərkibdə, M ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh1 və cavabdeh3 qarşı çıxarışın və müqavilənin ləğv edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmədə işə baxılarkən cavabdeh cavabdeh4 etiraz ərizəsi verərək, işə Gədəbəy Rayon Məhkəməsinin hakimi Zamiq Rəsulov tərəfindən baxılmasına etirazını bildirmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında eyni əmlak və hüquqi münasibətlərdən irəli gələn əvvəlki mübahisəyə hakim Zamiq Rəsulov baxmış və ##.##.2025-ci il tarixli qətnamə qəbul etmişdir. Hazırkı iş əvvəlki mübahisə ilə birbaşa bağlı olduğundan, eyni hakimin yenidən işə baxması onda obyektivliklə bağlı əsaslı şübhə yaratmışdır. Hazırkı məhkəmə araşdırmasında təqdim etdiyi bəzi sübut və dəlillərin tam və hərtərəfli araşdırılmadığı qənaətindədir. Iddiaçı və onun yaxın qohumlarının uzun müddət Gəncə-Gədəbəy regionunda vəzifəli şəxslər olması işin nəticəsinə kənar təsir ehtimalı ilə bağlı onda əsaslı narahatlıq yaratmışdır. Sübutların tam araşdırılması başa çatmadan məhkəmə tərəfindən işin ##.##.2026-cı il tarixində yekunlaşdırılacağının bildirilməsi onda işin əvvəlcədən müəyyən edilmiş nəticəyə doğru aparıldığı barədə ciddi şübhə yaratmışdır. Bu səbəbdən bütün məhkəmə tərkibinə etiraz etmiş, işin baxılması üçün digər rayon (şəhər) məhkəməsinin icraatına verilməsini məhkəmədən xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı (hakim Zamiq Rəsulov) ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh1 və cavabdeh3 qarşı çıxarışın və müqavilənin ləğv edilməsi tələbinə dair mülki işə dair cavabdeh cavabdeh4 tərəfindən işə baxan məhkəmə sədrinə verilmiş etirazın baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası etirazı iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, etiraz təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 19-cu maddəsində hakimə etirazın əsasları, 21-ci maddəsində isə hakimin özü-özünə etiraz etmək vəzifəsi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının MPM-in 19.1-ci maddəsinə görə, hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: 19.1.1. O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; 19.1.2. O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; 19.1.3. O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə; 19.1.4. o, əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; 19.1.5. o, məhkəmədə baxılan mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə; 19.1.6. o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa; 19.1.7. onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa Həmçinin, bir-biri ilə qohum olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir (MPM-nin 19.3-cü maddəsi). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilir ki, ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. MPM-də hakimə etirazla bağlı yuxarıda müəyyən olunmuş şərtlər, hüquq və azadlıqların məhkəmədə müdafiəsi hüququnun təminatı prinsipinə xidmət edir. Hakimə etiraz etmək üçün yuxarıda göstərilən əsaslardan hər hansı biri müəyyən olunarsa, tərəfin hakimə etiraz etmək hüququ var. Eyni zamanda həmin əsaslardan biri mövcud olarsa, özüözünə etiraz etmək hakimin vəzifə borcudur. Baxılan iş üzrə yuxarıda sadalanan etirazın əsasları müəyyən olunmur. Çünki, məhkəmənin hakimlərinin mülki prosessual məcəlləyə müvafiq olaraq prosessual addımlar atması hakimə etiraz etməyə əsas verən xüsusat deyildir. Bu prosessual addımlar heç bir halda hakimin obyektivliyinə təsir etmir və edə də bilməz. Məhkəmə kollegiyası məsələyə bir qədər geniş, yəni «Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının tələbləri baxımından da yanaşaraq qeyd edir ki, həmin Konvensiyanın 6-cı maddəsinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konvensiyanın 6-cı maddəsində «qərəzsiz» məhkəmə baxışının keçirilməsi ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi, təməl prinsipi kimi nəzərdə tutulur. Konvensiyanın bu prinsipinin təcrübədə tətbiqi ilə bağlı Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, 6-cı maddənin 1-ci bəndinin məqsədləri üçün qərəzsizliyin mövcudluğu subyektiv test əsasında, yəni konkret hakimin konkret iş üzrə şəxsi mövqeyi əsasında, habelə obyektiv test əsasında, yəni hakimin təqdim etdiyi təminatların onun qərəzsizliyi ilə bağlı hər hansı haqlı şübhələri istisna edib-etmədiyini müəyyənləşdirmək əsasında müəyyən edilməlidir (bax: Fay Avstriyaya qarşı, ## ###### 1993-cü il, 28-ci bənd.) Subyektiv testə əsasən, bunun əksi sübut olunmayınca ehtimal edilməlidir ki, hakimin şəxsi qərəzliliyi yoxdur (bax: Hauşildt Danimarkaya qarşı, ## ### 1999-cu il, 47-ci bənd). Baxılan iş üzrə aparılan subyektiv testə əsasən, birinci instansiya məhkəməsi hakimlərinin şəxsi qərəzlilik nümayiş etdirdiyinə dair işdə sübut yoxdur. Qərəzliyin müəyyən olunması üçün ikinci yoxlama isə obyektiv testdir. Bu testə əsasən, hakimin şəxsi davranışından savayı, onun qərəzsizliyinə qarşı şübhələr yarada bilən inandırıcı faktların olub-olmadığı müəyyən edilməlidir. Bu baxımdan hətta zahiri əlamətlər də müəyyən əhəmiyyət kəsb edə bilər. Burada söhbət demokratik cəmiyyətdə məhkəmələrin ictimaiyyətdə və ilk növbədə təqsirləndirilən şəxsdə doğurduğu inamdan gedir. Bu o deməkdir ki, konkret halda konkret hakimin qərəzsiz olmadığından ehtiyatlanmaq üçün haqlı səbəbin mövcud olub-olmadığı barədə qərar çıxararkən təqsirləndirilən şəxsin mövqeyi önəmlidir, amma həlledici deyil. Həlledici olan məsələ bu ehtiyatlanmanın obyektiv əsasa söykənib-söykənmədiyinin müəyyən edilməsidir (bax: Fay Avstriyaya qarşı, ## ###### 1993-cü il, 30-cu bənd). Qeyd olunmalıdır ki, etiraz institutu MPM-də nəzərdə tutulmuş konkret əsasları da aşaraq hakimin və ya məhkəmənin qərəzsizliyi ilə bağlı bütün əsaslı şübhələri aradan qaldırmağa, həqiqi qərəzliliyin olmamasını təmin etməkdən əlavə, qərəzliliyin hər hansı təzahürlərinin aradan qaldırılmasına və bununla da cəmiyyətdə məhkəmələrin ictimaiyyətdə doğurduğu inamın artırılmasına xidmət edir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının MPM-in 2.2-ci maddəsində mülki məhkəmə icraatının qanunçuluğun və ictimai qaydanın bərqarar edilməsinə və vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verməsi kimi vəzifəsi əksini tapmışdır. Bu baxımdan məhkəmənin qərəzli olub-olmadığını və konkret olaraq ərizəçinin qərəzliliklə bağlı qorxularının obyektiv əsasının olub-olmadığını qiymətləndirərkən, işin konkret xüsusiyyətləri də nəzərə alınmalıdır. Bir çox hallarda hakimin subyektiv qərəzsizliyi prezumpsiyasını təkzib etmək üçün sübut əldə etmək çətin olsa da, yadda saxlamaq lazımdır ki, obyektiv qərəzsizlik tələbi daha bir mühüm təminat təşkil edir. Ona görə də məhkəmə kollegiyası verilmiş etirazı eyni zamanda obyektiv test adlanan meyarlar üzrə yoxlamış və hakimə etiraz edilməsi üçün əsas müəyyən etməmişdir. Ona görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, hazırkı iş üzrə etiraz təmin edilməməli, mülki iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 22.5-ci maddəsində göstərilmişdir ki, əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikasının MPM-in 22.6-cı maddəsində göstərilmişdir ki, etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 19, 22, 263 və 264-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d i: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh1 və cavabdeh3 qarşı çıxarışın və müqavilənin ləğv edilməsi tələbinə dair mülki iş üzrə cavabdeh cavabdeh4 Gədəbəy Rayon Məhkəməsinin hakimi Zamiq Rəsulova vermiş olduğu etiraz təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar