Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-2(1-8)-684/2026 18.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və Inzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin Iddiaçı X Xidmətinin ** saylı X1 Mərkəzinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, Inzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq tərkibdə, Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi və borcun tutulması” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. Iş üzrə məhkəmə icraatı a) Gəncə Şəhər Məhkəməsindəki icraat
1. Iddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2017-ci il ## ###### tarixli * nömrəli torpaq sahəsinin icarə müqaviləsinin ləğv edilməsi, Hacıkənd meşəbəyliyinin 3-cü kvartalında yerləşən ümumilikdə 0,70 ha meşə fondu torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi və torpaq vergisi üzrə yaranmış 2.520 manat məbləğində borcun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Gəncə Şəhər Məhkəməsinin e-*(*-***)-****/**** nömrəli 2026-cı il ## #### tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – Maya Məmmədova).
3. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında 2017-ci il ## ###### tarixli ** nömrəli torpaq sahəsinin icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Hacıkənd meşəbəyliyinin 3-cü kvartalında yerləşən ümumilikdə 0,70 ha meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaq sahəsi meşəbərpa tədbirlərinin aparılması məqsədilə 10 il müddətinə cavabdehin istifadəsinə verilmişdir. Iddiaçı iddia ərizəsində cavabdehin müqavilənin şərtlərini kobud şəkildə pozduğunu, uzun müddət icarə haqqını ödəmədiyini, bu səbəbdən 2.520 manat məbləğində borc yarandığını, edilmiş xəbərdarlıqlara baxmayaraq öhdəliklərini yerinə yetirmədiyini göstərərək icarə müqaviləsinin ləğv edilməsini, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi və yaranmış borcun cavabdehdən tutulmasını xahiş etmişdir.
4. Məhkəmə qeyd etmişdir ki, tərəflər sahibkarlıq fəaliyyətinin subyektləri olmuş və aralarındakı münasibətlər sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış, iddia tələbini təşkil edən mübahisə isə həmin münasibətlərdən yaranan mübahisə olmuşdur. Belə olan halda, mövcud mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yarandığına görə kommersiya mübahisəsi hesab olunur. Buna görə də hazırkı işə məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 26.1-ci maddələrinə, “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il ## ######## tarixli, ** saylı Qərarının 14cü bəndinə istinadla əsaslandırmışdır.
b) Gəncə Kommersiya Məhkəməsindəki icraat
6. Gəncə Kommersiya Məhkəməsinin 2026-cı il # ######## tarixli e-*-*(*-**)-****/**** nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim– Xədicə Səfərli).
7. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən verilmiş 2026-cı il ## #### tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktuba əsasən vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən sorğuda adı qeyd olunan cavabdehin vergi orqanında vergi ödəyicisi kim vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat sorğulama nəticəsində cavabdehə məxsus VÖEN-in (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) mövcud olmaması müəyyən edilmişdir. Həmçinin, cavabdeh məhkəmə iclasında verdiyi izahatında da vergi ödəyicisi olmadığını bildirmişdir.
8. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
9. Beləliklə, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün müəyyən edilmiş meyarlardan biri olan hüquq münasibətlərinin xarakterinə dair şərtlər olmadığından hazırkı mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır.
10. Məhkəmə gəldiyi nəticəni MPM-in 3.1, 24.1, 24.2, 25.1, 26.1, 31.1, 31.2, 32.3, 32.7, 35.1-ci, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2, 13.2.37-ci maddələrinə və “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il ## ######## tarixli, ** saylı Qərarına istinadla əsaslandırmışdır.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.”
“Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.”
“Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.”
“Maddə 31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.”
“Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; 403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər. Ali Məhkəmənin mövqeyi
12. Qarışıq məhkəmə tərkibi hesab edir ki, hazırkı iş məhkəmə aidiyyatı üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir.
13. Belə ki, MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. MPM-in 25 və 26-cı maddələri isə uyğun olaraq mübahisələrin ümumi və ya kommersiya məhkəmələrinə aidliyini ayırd edir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il ## ######## tarixli Plenum Qərarının 11-ci bəndində müəyyən edilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.
15. Hazırkı işin hallarına görə, iddiaçı dövlət orqanıdır, cavabdeh isə hər hansı vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malik deyil, yəni hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində vergi uçotuna alınmamışdır.
16. Qeyd olunan Plenum Qərarının 26-cı bəndinə əsasən, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar.
17. Hazırkı mübahisə isə bu hallara uyğun gəlmir. Göründüyü kimi hazırkı mübahisə subyekt tərkibinə görə kommersiya mübahisəsi hesab edilə bilməz. Belə olan halda isə məhkəmə aidiyyatının müəyyən edilməsi üçün zəruri olan digər meyarların yoxlanılmasına zərurət qalmır.
18. Qeyd olunanlar nəzərə alınmaqla, hazırkı işə məhkəmə aidiyyatına görə ümumi məhkəmədə baxılmalıdır.
19. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.9.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI:
Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi və borcun tutulması” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.