Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2(3-1)-173/2026 21.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbi (Açar sözlər: Apellyasiya şikayəti, prosessual müddət, rəsmi qaydada vermə, elektron kabinet, müddətin ötürülməsi, məhkəmə müdafiəsi hüququ, hüquqi müəyyənlik prinsipi) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (məruzəçi hakim), Allahverdiyev Mehman Dünyamalı oğlu və X3 ibarət tərkibdə, İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.
1. İddiaçı "01" oktyabr 2025-ci ildə iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh Cavabdeh arasında ## #### 2021-ci il tarixdə "Mercedes-Benz 22303" markalı, 2014-cü il buraxılışlı, ban nömrəsi XDN9098431B09362 olan, **-BB-*** dövlət qeydiyyat nişanlı və "Mercedes-Benz 2232" markalı, 2014-cü il buraxılışlı, ban nömrəsi XDN9098431B109417 olan, **-BB-*** dövlət qeydiyyat nişanlı olan avtomobillərə dair bağlanmış alqı-satqı müqavilələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 01-02).
2. Mülki iş üzrə ## ##### 2026-cı il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 57-ci maddəsinə əsasən, məhkəmənin təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi qərara (yerində müşavirə edilməklə) alınmışdı (mülki iş İ cild, iş vərəqə 112-114).
b) Tələb üzrə qəbul edilmiş məhkəmə aktı.
3. Şərur Rayon Məhkəməsinin (sədrlik edən hakim Ilkin Zeynalov) ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı X1 ilə cavabdeh Cavabdeh arasında ## #### 2021-ci il tarixdə “Mercedes Benz 22303" markalı, 2014-cü il buraxılışlı, ban nömrəsi XDN9098431B09362 olan, **-BB-*** dövlət nömrə nişanlı və "Mercedes Benz 2232" markalı 2014-cü il buraxılışlı, ban nömrəsi XDN9098431B109417 olan, **-BB-*** dövlət nömrəsi nişanlı avtomobillərin alqı-satqısı barədə bağlanmış müqavilənin ləğv edilməsi qət edilmişdir (mülki iş İ cild, iş vərəqə 133-142).
4. Daha sonra Məhkəmənin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə mülki iş üzrə çıxarılmış yekun məhkəmə aktında olan yanlışlıqların aradan qaldırılması, qətnamədə “X1” hissəsinin, “İddiaçı” hissəsi ilə əvəz edilməsi qərara alınmışdır (mülki iş İ cild, iş vərəqə 189-190).
II. Məhkəmə aktlarından verilmiş şikayət. a) Buraxılmış prosessual müddətin bərpasına dair müraciət və ona baxılması ilə bağlı çıxarılmış məhkəmə aktı.
5. Cavabdeh Cavabdeh ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti, həmçinin buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək, ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddətin onun tərəfindən buraxılmasının səbəbinin üzrlü hesab edilərək, həmçinin işin əhəmiyyətliliyi və tələbin sui-istifadə halını nəzərə almaqla, buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdi (mülki iş İ cild, iş vərəqə 155-159).
6. Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi qərara alınmışdır (mülki iş İ cild, iş vərəqə 216-221).
b) Ərizənin təmin edilməməsinə dair məhkəmənin hüquqi mövqeyi.
7. Işə baxan birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpasına dair ərizəni təmin etməməsinə dair mövqeyini onunla əsaslandırmışdı ki, təqdim olunan sənədlər (o cümlədən "ASAN" imza abonent müqaviləsi, sertifikatın aktivləşdirilməsi barədə bildiriş, ayaq nahiyəsində yaranmış yaraların fotoşəkilləri, müalicə reseptləri və məhkəməyə göndərilmiş teleqramın surəti) ərizəçinin apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş bütün müddət ərzində obyektiv olaraq məhkəməyə müraciət etmək və ya apellyasiya şikayətini qanunla nəzərdə tutulmuş qaydada təqdim etmək imkanından məhrum olduğunu təsdiq etmir. Şərur Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi cavabdeh Cavabdeh elektron kabinetinə ## ### 2026-cı il tarixdə saat 19:10-da göndərilmişdir. Prosesin gedişində mobil telefon nömrələrinə "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə bildirişlər göndərilmiş, mütəmadi telefon zəngləri edilərək məlumat verilmişdir. Qanunvericiliyin tələbinə əsasən mülki işlər üzrə məhkəmə sənədlərinin proses iştirakçısına çatdırılması elektron kabinet vasitəsilə həyata keçirilir və bunun digər qaydada verilməsi tələb oluna bilməz.
c) Qərardaddan verilmiş şikayət.
8. Cavabdeh Cavabdeh ## ###### 2026-cı il tarixdə şikayətlə Şərur Rayon Məhkəməsinə müraciət edərək, Məhkəminin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadının ləğv edilərək buraxılmış prosessual müddətin bərpa edilməsi və mülki işin mahiyyəti üzrə yenidən baxılmasının təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdi (mülki iş İ cild, iş vərəqə 229-232).
ç) Şikayətin əsaslandırılması.
9. Cavabdeh tərəf şikayətini onunla əsaslandırmışdır ki, faktiki olaraq Bakı şəhərində yaşasa da, iddiaçı tərəf qərəzli olaraq məhkəməyə onunla birgə qeydiyyatda olduğu ünvanı (və ya cavabdehin Bakı şəhərində əvvəllər kirayədə yaşadığı ünvanı) təqdim etmişdir. Buna görə də məhkəmə qətnaməsinin məhz cavabdeh tərəfindən rəsmi olaraq qəbul edilməsi şübhə doğurur. Əks təqdirdə, cavabdeh barəsində olan məhkəmə icraatından xəbərdar olar və qəbul edilmiş qətnamədən qanunla müəyyən edilmiş müddətdə şikayət verərdi.
10. Özü uzun müddətdir ki, sağlamlığı ilə əlaqədar ciddi əziyyət çəkir, canı ilə əlləşir. Barəsində olan məhkəmə icraatı ilə yetərli qədər məlumatlanmamış, elektron məhkəmə sistemindən lazımi formada istifadə edə bilməmiş və məhkəmə iclaslarının vaxtı ilə yeri barədə bildirişlər ona vaxtında çatdırılmamışdır.
11. Beş il bundan əvvəl bağlanmış alqı-satqı müqaviləsinin əsassız olaraq ləğv ediləcəyi düşünülmədiyindən və məhkəmənin ədalətinə güvənildiyindən, cavabdehin "ASAN" imzası yalnız 2026-cı ilin iyun ayında aktivləşdirilmişdir. Məhkəmə icraatının nəticəsi barədə məlumat da məhz həmin tarixdə əldə edilmişdir. Bu dövrə qədər cavabdehin "ASAN" imzası və "Elektron məhkəmə" informasiya sistemində elektron kabinetinin mövcudluğundan məlumatı olmamışdır. Məhkəmə bildirişlərinin məhz ona çatması və onun tərəfindən qəbul edilməsi heç bir sübutla öz təsdiqini tapmır.
12. Məhkəmə icraatı zamanı ona yalnız bir dəfə zəng edilmişdir ki, bu zəng də işdə maraqlı olan üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən ona qarşı qaldırılmış icraat zamanı baş vermişdir. Məhkəmə bu xüsusatları lazımi şəkildə araşdırmamış və ədalətli araşdırma prinsipini pozmuşdur.
13. Iddiaçı beş il sonra tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğvi barədə iddia qaldırmış, məhkəmə isə heç bir əsas olmadan müqaviləni ləğv etsə də, onun iddiaçıya ödədiyi pulu geri qaytarmamışdır. Cavabdeh məhkəmənin ədalətinə güvənərək qanunsuz, təmənnasız bir qərarın qəbul edilməyəcəyinə inanmışdır. Lakin məhkəmə cavabdehin məhkəmə iclaslarından məlumatı olmadığını nəzərə almadan qanunsuz qətnamə qəbul etmiş, buraxılmış prosessual müddətin bərpasından imtina etməklə onun apellyasiya şikayəti vermək hüququnu kobud surətdə pozmuşdur.
14. Cavabdeh tərəf birinci instansiya məhkəməsinin maddi hüquq normasını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il tarixli qərarına, prosessual hüquq normasını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 128.1, 130.1, 133, 267, 268.1 və 269.2-ci maddələrinə istinad etmişdir.
d) Şikayətə baxılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə.
15. Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə ## ###### 2026-cı il tarixli qərardaddan cavabdeh tərəfindən verilmiş şikayət əsaslı sayılmamış və onun işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (mülki iş İ cild, iş vərəqə 234-237).
III. Apellyasiya instansiyası məhkəməsində icraat. a) Şikayətin icraata qəbulu.
16. Şikayət mülki işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “08” sentyabr 2026-cı ildə daxil olmuş və kollegiyanın “09” sentyabr 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi.
b) Şikayətə qarşı etirazın dəlilləri.
17. Şikayətə qarşı etiraz daxil olmamışdı.
IV. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.
18. Verilmiş şikayətin hüquqi həllinə keçməzdən öncə məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, şikayətə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdı.
19. Həmin prosessual normada qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Yazılı icraat dedikdə isə həmin Məcəllənin 10.8-1-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür.
20. Həmçinin şikayəti iş materialları ilə birlikdə və qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Kollegiya qeyd edir ki, cavabdeh tərəfin şikayəti birinci instansiya məhkəməsinin qərardadının tamamilə ləğv edilməsinə yönəldiyindən, mübahisələndirilən məhkəmə aktının qanuniliyi və əsaslılığı tam həcmdə yoxlanılmalıdır.
V. Tətbiq edilən hüquqi aktlar.
a) Azərbaycan Respublikası Konstitusiyasının:
22. - 60-cı maddəsinin 1-ci bəndinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. b) Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:
23. - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;
24. - 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar;
25. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
26. - 88-ci maddəsindən aydın olur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;
27. -129.1-129.4-cü maddələrinin tələbinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır;
28. - 134.1-ci və 134.1.5-ci maddələrindən müəyyən edilir ki, məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə sənədlərini rəsmi qaydada verməlidir;
29. -135-ci maddəsinin mahiyyətinə görə Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir;
30. - 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir.
VI. Apellyasiya instansiyası məhkəməsinin şikayəti qiymətləndirməsi və onun həllinə dair mövqeyi.
31. Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə verdiyi şikayəti və ona baxılması ilə bağlı araşdırılmış sübutları nəzərdən keçirən kollegiya şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə bağlı qeyd edir ki, hər bir şəxs məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və özünün qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, həmçinin mülki məhkəmə icraatı üzrə Mülki-Prosessual Məcəllənin 4-cü maddəsindən irəli gəlir.
32. Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi təminatı ilə bağlı rəhbər müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini ehtiva edir. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapır. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İ və II hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2003-cü il ## ###### və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## ### tarixli qərarları).
33. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin "X2rşı" iş üzrə 1975-ci il ## ###### tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (§36).
34. Həmçinin həmin Məhkəmənin "X6rşı" iş üzrə 1985-ci il ## ### tarixli qərarında göstərilir ki, məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər (§57).
35. Konstitusiya Məhkəməsinin Plenumunun “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” ## ####### 2023-cü il tarixli qərarında qeyd edilmişdi ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır.
36. Yuxarıda qeyd edilən normalardan çıxış edərək kollegiya bildirir ki, məhkəməyə müraciət etmək hüququ bütün instansiya məhkəmələrini əhatə edir və bu hüquq məhdudiyyətə məruz qala bilən hüquqdur. Məhkəmə aktının apellyasiya qaydasında mübahisələndirilməsi üçün bir neçə məhdudiyyət var ki, bunlardan biri onun qanunla müəyyən edilmiş müddətə əməl edilməklə verilməsidir.
37. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin Ispaniyaya qarşı” iş üzrə ## ####### 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ).
38. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 134.1, 134.1.5 və 360-cı maddələrinin mahiyyətindən aydın olur ki, məhkəmə tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməli olan sənədlərdən biri birinci instansiya məhkəməsinin aktlarıdır. Bu məhkəmə aktları sırasına daxil olan qətnamədən isə apellyasiya şikayəti onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
39. Mülki prosessual sənədlərin rəsmi qaydada verilməsi isə həmin Məcəllənin 135-ci maddəsi ilə tənzimlənir. Sözügedən prosessual normanın yuxarıda şərh edilən tələblərinə əsasən, məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi həm poçt rabitəsi, həm şəxsən imza etdirmə, həm də elektron sistem vasitəsilə həyata keçirilə bilər. Bu qaydaların müəyyən edilməsi tərəflərin məhkəmə aktlarından vaxtında xəbərdar olmasını təmin etməklə yanaşı, həm də prosessual müddətlərin axımının başlanğıc nöqtəsini dəqiqləşdirir.
40. Mülki iş materialları və yuxarıda qeyd edilən prosessual normaların qarşılıqlı əlaqədə təhlili əsasında kollegiya müəyyən edir ki, tərəflər arasında olan mübahisə üzrə yekun məhkəmə aktı, yəni Şərur Rayon Məhkəməsinin qətnaməsi ## ##### 2026-cı il tarixdə çıxarılmışdır.
41. Iş üzrə "Elektron məhkəmə" informasiya sistemində olan elektron məlumatların tədqiqindən aydın olur ki, sözügedən qətnamənin tam mətni həmin informasiya sisteminə (cavabdehin elektron kabinetinə) ## ### 2026-cı il tarixdə, saat 19:10-da yerləşdirilmişdir (mülki iş İ cild, iş vərəqə 143).
42. Həmçinin, "Elektron məhkəmə" informasiya sistemində proses iştirakçılarına dair məlumatlardan müəyyən edilir ki, cavabdeh Cavabdeh ## ######## 2024-cü il tarixdən, onun nümayəndəsi Nümayəndə isə ## ###### 2026-cı il tarixdən etibarən aktiv elektron kabinetləri mövcuddur.
43. Işin faktiki hallarının və cavabdehin məhkəmə icraatından xəbərdar olması vəziyyətinin qiymətləndirilməsi üçün aşağıdakı sübutların məcmu halında tədqiqi həlledici əhəmiyyət daşıyır:
44. - Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin icraatında olan *(***)- ****/**** nömrəli mülki iş üzrə ## ###### 2025-ci il tarixli SMS xəbərdarlıq bildirişinə əsasən, cavabdeh Cavabdeh məxsus ********* nömrəli telefona ## ###### 2026-cı il tarixdə, saat 15:30-da keçiriləcək məhkəmə iclasına dəvət barədə SMS ## ###### 2025-ci il tarixdə saat 13:33-də göndərilmişdir (mülki iş İ cild, iş vərəqə 72);
45. - Şərur Rayon Məhkəməsinin məhkəmə iclas katibi Əli Tağıyev tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli, saat 10:37 radələrindəki */* nömrəli telefonoqram sübut edir ki, cavabdeh Cavabdehla birbaşa əlaqə saxlanılmışdır. O, mülki iş barədə məlumatlı olduğunu, Bakı şəhərində yaşadığını, Naxçıvana gəlməyə səhhətinin imkan vermədiyini, iddianı qəbul etmədiyini və avtomaşınların oğurlanması barədə polisə məlumat verdiyini, həmçinin növbəti iclaslarda iştirak edəcəyini şəxsən bəyan etmişdir (mülki iş İ cild, iş vərəqə 88);
46. - məhkəmə iclas katibi tərəfindən ## ###### 2026-cı il tarixdə, saat 16:12 radələrində tərtib edilmiş */* nömrəli telefonoqram vasitəsilə cavabdeh yenidən məlumatlandırılmış, o isə öz növbəsində iddianı tanımadığını və Şərur Rayon Məhkəməsinə elektron poçt vasitəsilə etiraz ərizəsi ünvanladığını təsdiq etmişdir (mülki iş İ cild, iş vərəqə 89);
47. - ## ###### 2026-cı il tarixli SMS xəbərdarlıq bildirişinə əsasən, cavabdehin eyni nömrəli telefonuna ## ###### 2026-cı il tarixdə saat 15:30-da keçiriləcək iclasla bağlı məlumat ## ###### 2026-cı il tarixdə saat 16:55-də çatdırılmışdır (mülki iş İ cild, iş vərəqə 86);
48. - ## ###### 2026-cı il tarixli SMS xəbərdarlıq bildirişi ilə cavabdeh ## #### 2026-cı il tarixdə saat 15:30-da keçiriləcək iclasa dəvət edilmiş və bu SMS ## ###### 2026-cı il tarixdə saat 19:07-də göndərilmişdi (mülki iş İ cild, iş vərəqə 97);
49. - cavabdeh Cavabdeh tərəfindən Şərur Rayon Məhkəməsinə ## ###### 2026-cı il tarixdə saat 15:53-də elektron poçtla göndərilmiş və məhkəməyə ## ###### 2026-cı il tarixdə 11-207-3/26 nömrəsi ilə daxil olmuş rəsmi etiraz ərizəsindən aydın olur ki, o, işin mahiyyətindən tam xəbərdardır. Cavabdeh iddia ərizəsini qanunsuz hesab etdiyini, maşınların qeyri-qanuni saxlanıldığını, səhhəti ilə əlaqədar məhkəməyə gələ bilmədiyini irəli sürərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 99);
50. - 11 aprel və ## ##### 2026-cı il tarixli "Elektron məhkəmə" informasiya sistemindən çıxarışları təsdiq edir ki, ## ##### 2026-cı il tarixdə saat 16:45-də keçiriləcək yekun məhkəmə iclası barədə cavabdehə SMS xəbərdarlıqları göndərilmiş və həmin bildirişlər "Çatdırıldı" statusu almışdır (mülki iş İ cild, iş vərəqə 108 və 117);
51. - cavabdehin Sumqayıt şəhərindən ## #### 2026-cı il tarixdə (saat 16:35-də) göndərdiyi ********** nömrəli teleqramdan məlum olur ki, o, artıq barəsində qərar çıxarıldığını bilmiş, lakin qərarın elektron kabinetinə gəlmədiyini iddia edərək kağız daşıyıcıda surətinin göndərilməsini istəmişdir (mülki iş İ cild, iş vərəqə 147);
52. - Şərur Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli cavab məktubu ilə cavabdehə qətnamənin onun elektron kabinetinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə yerləşdirildiyi rəsmən izah edilmişdir (mülki iş İ cild, iş vərəqə 148-150).
53. Yuxarıda sadalanan maddi sübutların hüquqi təhlili kollegiyaya birmənalı olaraq o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh iş üzrə icraatın başlanmasından yekunlaşmasına qədər bütün mərhələlərdən, iclasların vaxtı və yerindən tam məlumatlı olmuşdur. Onun yazılı etiraz təqdim etməsi, məhkəmə ilə telefon əlaqəsində olması və sonradan teleqram göndərməsi işdə bilavasitə maraq göstərdiyini və gedişatı izləmək imkanında olduğunu təsdiqləyir.
54. Mülki-Prosessual Məcəllənin 10-1.3 və 135-ci maddələrinin imperativ tələblərinə görə, elektron kabineti olan şəxslərə məhkəmə sənədlərinin çatdırılması məhz "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə həyata keçirilir və bu qaydada verilmiş sənədin rəsmi qaydada çatdırıldığı hesab olunur. ## ##### 2026-cı il tarixli qətnamə ## ### 2026-cı il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirildiyindən, Mülki-Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən 1 aylıq şikayət vermə müddəti həmin tarixdən hesablanmalıdır. Cavabdeh isə apellyasiya şikayətini yalnız ## #### 2026-cı il tarixdə məhkəməyə təqdim etmiş və bununla da qanunla müəyyən edilmiş prosessual müddəti kobud şəkildə ötürmüşdür.
55. Kollegiya Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ponomaryov Ukraynaya qarşı” (Ponomaryov v. Ukraine) işi üzrə # ##### 2008-ci il tarixli qərarının 41-ci bəndindəki hüquqi mövqeyə müraciət etməyi zəruri hesab edir. Həmin presedentə əsasən, məhkəmələrin prosessual müddəti bərpa etmək səlahiyyəti qeyri-məhdud deyildir, tərəflər xəbərdar olduqları məhkəmə proseslərinin vəziyyətini öyrənmək üçün ağlabatan fasilələrlə müvafiq addımlar atmalıdırlar.
56. Hazırkı işdə cavabdeh öz barəsindəki məhkəmə icraatından vaxtında və davamlı olaraq xəbərdar olmasına baxmayaraq, işin nəticəsini öyrənmək və elektron kabinetini yoxlamaq istiqamətində ağlabatan diqqət və qayğıkeşlik nümayiş etdirməmiş, səhlənkarlığa yol vermişdir.
57. Cavabdehin buraxılmış müddətin bərpası üçün əsas kimi istinad etdiyi səhhətindəki problemlər, ayaq nahiyəsində yaranmış yaraların fotoşəkilləri və müalicə reseptləri isə obyektiv qiymətləndirildikdə, onun bütöv bir ay ərzində apellyasiya şikayəti vermək hüququndan istifadə etməsinə, o cümlədən elektron qaydada şikayət göndərməsinə və ya nümayəndə cəlb edərək bu hüququ realizə etməsinə mütləq şəkildə, qarşısıalınmaz maneə yaratdığını sübut etmir. Xəstəliyin mövcudluğu avtomatik olaraq müddətin bərpasına əsas vermir. Şəxs iradəsindən kənar obyektiv maneəni sübuta yetirməlidir ki, bu da hazırkı halda müəyyən edilməmişdir.
58. Cavabdehin "ASAN" imza yalnız 2026-cı ilin iyun ayında əldə etməsi və elektron kabinetinin mövcudluğundan xəbərsiz olması barədə şikayət dəlili də kollegiya tərəfindən əsassız hesab edilir. Belə ki, "Elektron məhkəmə" informasiya sistemindən əldə edilmiş məlumatlarla cavabdehin elektron kabinetinin hələ ## ######## 2024-cü il tarixdən mövcud və aktiv olması birmənalı şəkildə təsdiq edilmişdir. Tərəfin öz elektron kabinetini yoxlamaması, yaxud elektron imza sertifikatının yenilənməsini və ya aktivləşdirilməsini gecikdirməsi onun öz səhlənkarlığıdır və prosessual müddətin ötürülməsi üçün üzrlü səbəb kimi qəbul edilə bilməz.
59. Şikayətdə birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsinin mahiyyəti üzrə irəli sürülən dəlillərə, yəni alqı-satqı müqaviləsinin ləğv edilməsinə baxmayaraq pulun geri qaytarılmamasına və qərarın ədalətsizliyinə gəldikdə isə, məhkəmə kollegiyası bildirir ki, hazırkı apellyasiya icraatının predmeti yalnız buraxılmış prosessual müddətin bərpasına dair ## ###### 2026-cı il tarixli qərardadın qanuniliyi və əsaslılığının yoxlanılmasıdır. Prosessual müddətin bərpa edilməsindən qanuni əsaslarla imtina olunduğundan, məhkəmə aktının maddi hüquq normaları baxımından, yəni işin mahiyyəti üzrə nə dərəcədə əsaslı olub-olmaması məsələsinə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilməsi prosessual baxımdan istisnadır.
60. Göstərilənlərə, xüsusilə də məhkəmə qərarlarının sabitliyini qoruyan hüquqi müəyyənlik (res judikata) prinsipinə əsaslanaraq, apellyasiya instansiyası məhkəməsi belə hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qanunla müəyyən edilmiş müddətin buraxılması səbəblərini üzrsüz hesab etməsi və bərpadan imtina barədə ## ###### 2026-cı il tarixli qərardadı tam qanuni və əsaslıdır. Odur ki, cavabdeh tərəfin şikayəti təmin edilməməli və mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır.
61. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək səlahiyyətləri vardır.
62. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:
63. - Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət rədd edilməli;
64. - Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
65. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.
66. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
67. Kollegiya bildirir ki, qeyd edilən prosessual normaların tələbinə görə hazırkı məhkəmə aktı kassasiya şikayəti verilə bilən qərardadlar siyahısına aid edilmir.
VII. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə gəldiyi nəticə. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət rədd edilsin. Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir.
Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Səxavət Bəylərli.