Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4653/2020 26.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdehlər: X2 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: XXXı və "XXX" Məhdud Məsuliyyətli Cəmiyyəti İddia tələbi: kredit və ipoteka müqavilələri üzrə öhdəliklərə xitam verilməsi, borcun olmaması barədə Mərkəzi Kredit Reyestrinə məlumatın verilməsi vəzifəsinin həvalə edilməsi və pulun tutulması Açar sözlər: əsl olmayan cavabdeh, ləğv prosesində olan bankın hüquq qabiliyyəti, ləğvediciyə qarşı tələblər, işdə iştirak edən şəxslərə hüquqlarının izah edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğ lu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili X6 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2981/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh X3 (bundan sonra - XXX) və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – ASC) iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, onunla QSC “XXX” KB arasında bağlanmış xx.xx.2008-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə kredit öhdəliklərinə, həmin mü qavilənin təminatı olaraq bağlanmış ipoteka müqaviləsi əsasında ona məxsus olan “xxxxxxxxxxxx” markalı, **-CJ-*** dövlət nömrə nişanlı avtomobil üzərində olan ipotekaya xitam verilməsi, kredit və ipoteka müqavilələri üzrə aktiv öhdəliklərinin olmasına dair XXXnun Mərkəzləşdirilmiş Kredit Reyestrində (bundan sonra – MKR) olan məlumatların reyestrdən çıxarılmasına dair təsdiqləyici hesabatın MKR-ə təqdim edilməsi vəzifəsinin XXXa həvalə edilməsi, 1099,05 manat kompensasiya məbləğinin Cavabdeh2-dən və XXXdan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli, 551 nömrəli fərmanına əsasən Cavabdeh2-yə xarici valyutada olan kredit borcu ilə əlaqədar ona 1099,05 manat kompensasiya məbləği hesablanmış, lakin bu məbləğ guya onun QSC "XXX” KB-yə olan vaxtı keçmiş 5883 manat əsas kredit borcunun ödənilməsinə yönəldilmişdir. Halbuki, QSC “XXX” KB-yə heç bir borcu mövcud deyildir, 2008-ci ildə həmin bankla formal müqavilə bağlamış olsa da, ötən müddət ərzində ona qarşı tələb irəli sürülmədiyindən borcun müddəti keçmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-842/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Mustafayeva) iddia təmin olunmamışdır. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin iddia müddəti ilə bağlı müddəalarına, həmçinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanına istinad etməklə iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflərin heç biri müqavilənin mətnini təqdim edə bilmədikləri üçün müqavilənin icrasının son müddətinin müəyyən edilməsi mümkün deyildir və buna görə də iddia müddətinin keçməsi ilə əlaqədar olaraq borc öhdəliyinə xitam verilə, habelə öhdəliklə bağlı nəticələr aradan qaldırıla bilməz. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-2981/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) iddiaçını n apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “xx.xx.2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə kredit öhdəliklərinə, həmin müqavilənin təminatı olaraq bağlanmış ipoteka müqaviləsi əsasında “xxxxxxxxxxxx” markalı, **-CJ-*** dövlət nömrə nişanlı avtomobil üzərində olan ipotekaya xitam verilməsi, kredit və ipoteka müqavilələri üzrə aktiv öhdəliklərinin olmasına dair XXXnun Mərkəzləşdirilmiş Kredit Reyestrində olan məlumatların reyestrdən çıxarılmasına dair təsdiqləyici hesabatın AKB MKR-yə təqdim edilməsi vəzifəsinin X1 həvalə edilməsi” tələblərinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunmuş, həmin iddia tələbləri təmin edilmiş, iddiaçı ilə QSC “XXX” KB arasında bağlanmış xx.xx.2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə kredit öhdəliklərinə, həmin müqavilənin təminatı olaraq bağlanmış ipoteka müqaviləsi əsasında iddiaçıya məxsus “xxxxxxxxxxxx” markalı, **-CJ-*** dövlət nömrə nişanlı avtomobil üzərində olan ipotekaya xitam verilməsi, kredit və ipoteka müqavilələri üzrə aktiv öhdəliklərinin olmasına dair MKR-də olan məlumatların reyestrdən çıxarılmasına dair təsdiqləyici hesabatın MKR-ə təqdim edilməsi vəzifəsinin XXXa həvalə olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının Cavabdeh2 qarşısında xarici valyutadakı əsas kredit borcu üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixl i 551 nömrəli Fərmanının icrası qaydasında 1099,05 manat kompensasiya hesablanmış, həmin məbləğ onun ləğv prosesindəki QSC “XXX” KB-yə olduğu irəli sürülən ödəniş müddəti keçmiş əsas kredit borclarına yönəldilmişdir. İddiaçının QSC "XXX” KB ilə bağlamış olduğu kredit və ipoteka müqavilələri iş materiallarına əlavə olunmamışdır; bununla belə həmin bankın ləğvedicisi olan X4 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan, həmçinin MKR-dən çıxarışdan aydın olur ki, iddiaçı ilə QSC “XXX” KB arasında xx.xx.2008-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən onun xx.xx.2019-cu il tarixinə banka 4783,95 manat əsas, 2610,62 manat faiz borcu olmaqla ümumilikdə 7394,57 manat borcu yaranmışdır. İş materiallarına və verilən izahatlara görə sözügedən kredit mü qaviləsindən irəli gələn öhdəliklərin təminatı qismində iddiaçıya məxsus “xxxxxxxxxxxx” markalı, **-CJ-*** dövlət nömrə nişanlı avtomobil QSC “XXX” KB qarşısında ipoteka ilə yüklü edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin "kredit və ipoteka müqavilələri üzrə öhdəliklərə xitam verilməsi, borcun olmaması barədə Mərkəzi Kredit Reyestrinə məlumatın verilməsi vəzifəsinin həvalə edilməsi” tələbləri üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, tətbiq edilməli olan normanı tətbiq etməmiş, işin müəyyən edilmiş faktiki halları üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçının kredit borcunun olduğunu sübut etmə vəzifəsi kreditorun, yəni QSC “XXX” KB-nin üzərinə düşür; lakin birinci instansiya məhkəm əsinin də qeyd etdiyi kimi o (bank), bunu təsdiq edəcək başlıca sübut kimi müvafiq müqaviləni təqdim edə bilməmişdir. Nəzərə alınmalıdır ki, kredit öhdəliyinin mövcudluğu ilə bağlı MKR-dən çıxarışda əks olunan məlumatlar məhz banklar tərəfindən ötürülən informasiya əsasında formalaşır və düzgünlüyü başqa sübutlarla təsdiq olunmadığı halda mötəbər sübut qismində çıxış edə bilməz. Bununla yanaşı Məhkəmə kollegiyası hesab etmişdir ki, MKR-dən çıxarışa əsasən iddiaçının QSC “XXX” KB ilə xx.xx.2008-ci il tarixdə kredit müqaviləsi bağladığı qəbul edilsə belə, bu halda həmin müqavilə üzrə öhdəliklərə icra müddətinin başa çatmasına görə xitam verilmiş olduğu nəticəsinə gəlinməlidir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 385, 527.1, 551.2.1 və 552.1-ci maddələrinə istinadla hesab etmişdir ki, iddiaç ının onunla QSC “XXX” KB arasında bağlanmış xx.xx.2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə kredit öhdəliklərinə, həmin müqavilənin təminatı olaraq bağlanmış ipoteka müqaviləsi əsasında ona məxsus olan “xxxxxxxxxxxx” markalı, **-CJ-*** dövlət nömrə nişanlı avtomobil üzərində olan ipotekaya xitam verilməsi, kredit və ipoteka müqavilələri üzrə aktiv öhdəliklərinin olmasına dair XXXnun Mərkəzləşdirilmiş Kredit Reyestrində olan məlumatların reyestrdən çıxarılmasına dair təsdiqləyici hesabatın MKR-ə təqdim edilməsi vəzifəsinin XXXa həvalə edilməsi tələbləri təmin olunmalıdır. Bununla belə, Məhkəmə kollegiyası, iddiaçının 1099,05 manat kompensasiya məbləğinin Cavabdeh2-dən və XXXdan onun xeyrinə tutulması tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışd ır. Belə ki, iddiaçının cavabdeh qismində göstərdiyi subyektlərin heç biri - nə X2, nə də Cavabdeh2 - müvafiq kompensasiya məbləğinin hesablanmasında (köçürülməsində) iştirak etmirlər və iddiaçının qarşısında məsuliyyət daşıya bilməzlər. İddiaçının Cavabdeh2 qarşısında xarici valyutadakı əsas kredit borcu üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının icrası qaydasında hesablanmış 1099,05 manat kompensasiya X1 deyil, ləğvetmə prosesində olan QSC “XXX” KB-yə ödənilmiş, lakin iddiaçı həmin banka qarşı tələb irəli sürməmişdir. Hər hansı iddia tələbi isə məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. Buna görə də məhkəmə iddiaçının bu tələbini əsassız saymış və izah etmişdir ki, o, həmin tələbi “Banklar haqqında” Qanunun 77-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada banka qarşı irəli sürə, bu tələbinin qeydə alınması və qəbul edilməsi ilə bağlı etirazlar olduqda isə iflas haqqında qərarı qəbul etmiş məhkəməyə müraciət edə bilər. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (vəkil X7) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddianın təmin edilməmiş hissəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, məhkəmə tələb edilən pulu törədilmiş deliktin nəticəsində dəymiş zərər kimi qiymətləndirmişdir. Halbuki, iddiaçı həmin pul tələbini əsassız varlanmaya əsaslanaraq cavabdehlərə qarşı irəli sürmüşdür. Belə ki, mübahisəli kompensasiya məbləği bankın ləğvedicisi olan XXXa köçürülmüş və beləliklə sonuncu əsassız varlanmışdır. Kassasiya şikayətində "Banklar haqqında" Qanunun 71.3, 72.1-ci maddələrinə istinadla qeyd edilmişdir ki, ləğv prosesində olan bankın yeganə qanuni nümayəndəsi banka təyin edilmiş ləğvedici olduğundan iddiaçı haqlı olaraq banka qarşı deyil, onun ləğvedicisinə qarşı hazırkı iddianı irəli sürmüşdür. Digər tərəfdən, məhkəmə sözügedən məbləğin bank müflis elan olunduqdan sonra köçürülməsinə də əhəmiyyət verməmi şdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə cavabdehlərin və üçüncü şəxslərin nümayəndələri hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hall arın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hall arını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən yalnız iddianın təmin edilməmiş hissəsində mübahisələndirildiyindən iddiaçının kassasiya şikayəti əsasında məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apelyasi ya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı nəzərə alınmalıdır ki, qanunvericiliyin tələblərinə görə, Azərbaycan Respublikasının ərazisində yalnız hüquqi şəxslər (və ya xarici hüquqi şəxsin filialları) bank fəaliyyəti ilə məşğul olmaq səlahiyyətinə malikdirlər. Mülki Məcəllənin 59.4-cü maddəsinə görə, hüquqi şəxsin ləğv edilməsi əsaslarından biri də onun müflis olmasıdır. Bu müd dəanın mənasından göründüyü kimi, hüquqi şəxsin müflis elan edilməsi hələ onun müflis olması və ya ləğv edilməsi demək deyil, hüquqi şəxs iflas prosedurunun başa çatması ilə müflis hesab edilir və bu cür prosedurun hüquqi nəticəsi olaraq bank ləğv edilir. Mülki Məcəllənin 60.2 və 61.7-ci maddələrinə uyğun olaraq, hüquqi şəxsin mövcudluğuna son qoyulma anına qədər hüquqi şəxs hüquq qabiliyyətini saxlayır, hüquqi şəxsin, konkret halda bankın müflis elan edilməsi bank fəaliyyəti ilə məşğul olan qurumun hüquq qabiliyyətini dayandırmır, yəni müflis elan olunmuş bank qurumu iflas proseduru çərçivəsində hüquqi şəxs kimi fəaliyyətini davam etdirir. “Banklar haqqında” Qanunun 62-ci maddəsinin tələblərinə əsasən, bank barəsində iflas proseduruna başlanılması üçün bu Qanunun 61-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olduqda nəzarət orqanı tərəfindən bankın lisenziyası ləğv edildikdən sonra bank barəsində iflas proseduruna başlanılmasına dair ərizə məhkəməyə təqdim edilir. “Banklar haqqında” Qanunun 71-ci maddəsində ləğvedicinin statusu, hüquq və vəzifələri, iflas prosedurunda ləğvedicinin fəaliyyətinin hüquqi əsasları müəyyənləşdirilmişdir. Qanunun yuxarıda sadalanan müddəalarında bankın iflas prosedurunda göstərilməli olan fəaliyyət, ləğvedicinin üzərinə düşən vəzifələr və malik olduğu hüquqlar, iflas prosedurunda (ləğv prosesində) məhkəmə nəzarətinin hədləri və prosessual əsasları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi xx xxxx 2017-ci il tarixli qərarında yuxarıda göstərilən hüquq normalarının mənası baxımından hesab etmişdir ki, bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır. Bu baxımdan bankın müflis elan olunmasına dair qərarın qəbul olunması banka qarşı mövcud iddialar üzrə icraatın MPM-in 254-cü maddəsinə müvafiq olaraq dayandırılmasını deyil, hüquqi şəxsi məhkəmədə təmsil etməli olan səlahiyyətli orqanın (şəxsin) məhkəmə icraatında iştirakını prosessual cəhətdən təmin etmək məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi MPM-in 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil. Göründüyü kimi mülki qanunvericiliyə əsasən ləğv prosesində olan banklar hüquq qabiliyyətinə malikdir və mülki işlər üzrə cavabdeh qismində çıxış edə bilərlər. Bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərini n hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi, yaxud banka qarşı bütün tələblərin ləğvediciyə qarşı qaldırılmalı olduğu anlamını ifadə etmir. Eyni zamanda Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnaməsində tərəflərə prosessual hüquqlarının izah edilməsi müvafiq məhkəmə aktı ilə müəyyən edilən faktlar hesab edilmədiyindən tövsiyə xarakterlidir və işdə iştirak edən şəxslər üçün başqa işlər üzrə hər hansı preyudisial əhəmiyyətə və ya məcburi qüvvəyə malik deyil. Son nəticədə müvafiq iddia ərizəsi ilə hansı orqana və (və ya) məhkəməyə müraciət etmək hüququ həmin şəxslərin özlərinə mənsubdur və onlar belə orqanları (məhkəməni) seçməkdə sərbəstdirlər. Hər bir halda bununla bağlı iddiaların mümkünlüyü barədə məsələ müvafiq inziba ti orqanlar və məhkəmələr tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun həll ediləcəkdir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2981/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4653/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4653/2020
26.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver