Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6117/2022 21.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhər Binəqədi rayon İcra şöbəsi və Azərbaycan Respublikası Prokurorluğuna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın siyahıdan çıxarılması, həbsdən azad olunması və qanuni sahibinə qaytarılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehləri Bakı şəhər Binəqədi rayon İcra şöbəsi və Azərbaycan Respublikası Prokurorluğuna qarşı “əmlakın siyahıdan çıxarılması, həbsdən azad olunması və qanuni sahibinə qaytarılması” tələbinə dair iddia üzrə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 sentyabr 2022-ci il tarixli 2(103)-6149/2022 saylı qərardadından İddiaçı kassasiya şikayətinə 21 noyabr 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(101)-130/2020 saylı hökmü ilə mülki iddiaların təmin edilməsi üçün cinayət işi üzrə üzərinə həbs qoyulmuş İddiaçı adına olan; - Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, X3 küçəsi 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, - ünvan 2ında yerləşən qeyri-yaşayış sahəsi, - ünvan 3anov rayonu, Təbriz küçəsi ev 6, mənzil 7, - Bakı şəhəri Binəqədi rayonu, Ə. Naxçıvani küçəsi ev 13C, mənzil 108, - Bakı şəhər i Xəzər rayonu, Buzovna qəsəbəsi, B150 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi, - ünvan 4 ünvanında yerləşən 0,0365 ha həyətyanı torpaq sahəsi, - «Vaz-21093» minik markalı, «AZ**-BB-***» dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs saxlanılmış, həmin əmlaklara xüsusi müsadirə tədbiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdehlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən qeyriyaşayış sahəsinin, ünvan 6 7 saylı mənzilin, Bakı şəhəri Binəqədi rayonu, Ə. Naxçıvani küçəsi 13C saylı evin 108 saylı mənzilinin, ünvan 7 ünvanında y erləşən 0,0365 ha həyətyanı torpaq sahəsinin, “Vaz-21093” minik markalı, “AZ-**-BB-***” dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin hərraca çıxarılması və ya çıxarılacaq əmlakların siyahısından çıxarılması, onların həbsdən azad olunması və qanuni sahibi olan iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. 10.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi (bundan sonra birinci instansiya məhkəməsi) (hakim M. Ə. Rüstəmli) e-2(001)-4297/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə qarşı əmlakın siyahıdan çıxarılması, onun həbsdə n azad olunması və qanuni sahibinə qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir və İddiaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə qaytarılmışdır. 11.Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işdə olan məhkəmə aktlarından görünür ki, iddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(101)-130/2020 saylı hökmünün iddia ərizəsində göstərilən əmlakların müsadirə olunması hissəsini apellyasiya və kassasiya icraatı çərçivəsində mübahisələndirmiş və qanuni qüvvədə olan məhkəmə hökmü ilə həmin əmlakların müsadirəsinin qanunauyğun olması təsdiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2021-ci il tarixli, 1(103)-51 /2021 saylı qərarından görünür ki, maraqlarına toxunan şəxs İddiaçı apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(101)-130/2020 saylı hökmü ilə onun adına olan əmlakların üzərinə qoyulmuş həbsin götürülməsi və müsadirə olunan əmlaklar siyahısından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, onun apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 11 noyabr 2021ci il tarixli, 2(102)-1231/2021 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2021-ci il tarixli, 1(103)51/2021 nömrəli qərarından maraqlarına toxunan şəxs İddiaçı kasassiya şikayəti verərək onun adına olan əmlakların üzərinə qoyulmuş həbsin götürülməsi və müsadirə olunan əmlak ların siyahıdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, onun kassasiya şikayəti təmin edilməmişdir.
12. Göstərilənlərə əsasən məhkəmə belə hesab etmişdi ki, hazırki iş üzrə iddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(101)-130/2020 saylı hökmünü qanunvericiliklə ona verilmiş hüquqlarından istifadə edərək mübahisələndirdiyindən, əmlakların müsadirəsinin qanuniliyini mülki mühakimə icraatı qaydasında yenidən yaxlanıla bilməz.
13. Məhkəmə öz mövqeyini “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1 və 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrinə, 170.2, 170.3.,261.0 və 261.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin e-2(001)4297/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadını ləğv edilməsini və mülki işin sonrakı hərəkətlərinin aparılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər V. N.Sadıqov (sədrlik edən və məruzəçi), X. A. Mərdanova və E.M Həsənov,) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6149/ 2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddiaçının şikayəti təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli 2(001)4297/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mülki iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur və şikayətin dəlilləri əsassızdır. İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(101)-130/2020 saylı hökmünün iddia ərizəsində göstərilən əmlakların müsadirə olunması hissəsini apellyasiya və kassasiya icraatı çərçivəsində mübahisələndirmiş və qanuni qüvvədə olan məhkəmə hökmü ilə həmin əmlakların müsadirəsinin qanunauyğun olduğu təsbit edilmişdir.
20. Apellyasiya məhkəməsi onu da qe yd etmişdir ki, cinayət işi üzrə Ali Məhkəmənin Cinayət kollegiyasının 11 noyabr 2021-ci il tarixli, 2(102)-1231/2021 saylı qərarının 64-cü bəndində məhkəmə mübahisələndirilən əmlakların əldə edilməsi ilə bağlı aşağıdakı nəticəyə gəlmişdir: «Bu səbəblərdən məhkəmə kollegiyası maraqlarına toxunan şəxslər tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, üzərinə həbs qoyulmuş əmlaklar məhz təqsirləndiririlən şəxs X1 cinayəti törətməsindən sonra onun adına olmasa belə, cinayət nəticəsində əldə olunmuş vəsait hesabına yaxınlarının adına qeydə alındığından, verilmiş kassasiya şikayətləri bu hissədə təmin edilməməli, həmin əmlaklar üzərinə qoyulmuş həbs götürülməməlidir». Göründüyü kimi, E.Şirinovanın barəsində olan cinayət işi üzrə qanuni qüvvəsini almı ş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçının həbsdən azad edilməsini tələb etdiyi əmlaklar E.Şirinova tərəfindən törədilmiş cinayət əməlləri nəticəsində əldə olunmuş vəsait hesabına yaxınlarının adına alınmış əmlaklardır. Başqa sözlə, hökmlə mübahisələndirilən əmlakların E.Şirinova tərəfindən və cinayət yolu ilə əldə olunmuş vəsait hesabına əldə olunması müəyyən edilmişdir.
21. Məhkəmə öz mövqeyini “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarına, A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsini Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-6149/2022 saylı qərardadının ləğv edilməsini, işin sonrakı hərəkətlərinin aparılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Şikayət onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. T ələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Buradan belə çıxır ki, əmlak üzərinə səhv həbs qoyulmasından şikayətin işin hallarından asılı olmadan, təmin edilmədiyi bütün hallarda, qanun məhz mülki icraat qaydasında azad olunmanı müəyyən edir. İlk növbədə, qeyd olunmalıdır ki, hər iki normada iddia cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mahiyyəti ilə deyil, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması ilə bağlıdır. Subyektiv hədlərə daxil olan fiziki şəxslər prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər süb utetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar. Odur ki, qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığının həmin cinayət prosesində iştirak etməyən şəxslərə şamil edilməsi sonuncuları qanunvericilik ilə müəyyən edilən təminatlardan, o cümlədən məhkəmə icraatında müdafiə hüququndan (Konstitusiyanın 127-ci maddəsinin Vİİİ hissəsi) məhrum etməklə onların Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər. Məhkəmə MPM-nin 385.1.1 və 387-ci maddələrinə əsasən prosessual normaların tələbini pozmuş və 170.1-ci və 261.0.1-ci maddəni düz tətbiq etməmişdir ki, bu da düzgün olmayan qərardadın qəbul edilməsi üçün əsas olduğundan qərardad ləğv edilməlidir
24. İddiaçı şikayyətinin hüquqi əsası kimi CPM-in 253-cü maddəsinə, 24 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Konstitusiya Məhkəməsinin Plenumunun 2020-ci il 8 yanvar tarixli Qərarına, Konstitusiyanın 127-ci maddəsinin Vİİİ hissəsi, 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 82.4-сü maddəsinə, MPM-nin 385.1.1 və 387-ci maddələrivə 170.1-ci və 261.0.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 26. “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarında Plenum hesab etmişdir ki, cinayət prosesinin iştirakçısı olmasa da, cinayət prosesini həyata keçirən orqanın qərar və ya hərəkətləri ilə hüquq və mənafeləri pozulmuş şəxslər, o cümlədən əmlakı üzərinə həbs qoyulmuş mülkiyyətçilər də belə prosessual qərar və ya hərəkətlərdən məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər....Məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti vermək hüququnun təmin edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilməlidir....Bu şəxslər tərəfindən apellyasiya instansiyası məhkəməsinə şikayət verilməsi, şikayətin i craata qəbul edilməsi və ona baxılması, yaxud imtina edilməsi qaydalarının qanunverici tərəfindən müəyyən edilməsi onların Konstitusiyadan irəli gələn hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasının qarşısının alınmasına xidmət etmiş olar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 261.0.1 İş məhkəmədə və ya mülki məhkəmə icraat ı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
35. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normala rı düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. İddiaçının kassasiya şikayəində irəli sürülmüş dəlillər onun apellyasiya şikayətinin dəlilləri eyni məzmunlu olmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla hüquqi qiymət verilmişdir, kassasiya instansiyası məhkəməsi bu qiymətləndirmə ilə razılaşır, təkrar qiymətləndirməyə zərurət görmür.
38. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçıların kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansi yası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 sentyabr 2022-ci il tarixli 2(103)-6149/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.