Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6144/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: evdən çıxarılma ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-156/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, a şağıdakı qərarı qəbul etdi. İşin halları: İş üzrə cavabdeh X1 20 avqust 1996-cı il tarixdə X2 ilə rəsmi nikaha girərək sonuncunun valideynlərinin istifadəsində olan ünvan 1 ünvanında yerləşən evə köçmüş, birgə nikahdan üç uşaqları olmuşdur. 2002-ci ildə Zirə qəsəbəsində inşa edilmiş 252 saylı mübahisəli evə köçmüş və 2015-ci ilə kimi orada yaşamışdır. Həmin ev Cavabdeh3 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 may 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 cavabdehlər X2 və Cavabdeh3 Sərən qızına qarşı tələbi qismən təmin edilərək Cavabdeh1 üç uşağı ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 252 ünvanında yerləşən evə köçürülməsi qət edilmişdir. ünvan 3rkəzinin notariat kontorunda təsdiq olunmuş 15 dekabr 2018-ci il ta rixli bağışlama müqaviləsinə əsasən 252 saylı ev Z.Cavabdeh1 tərəfindən İddiaçı bağışlanmışdır. İddiaçı həmin evə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və onun adına 18 dekabr 2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin may ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və qeyrilərinin ona məxsus evdə yaşamalarının onun mülkiyyət hüququnu pozmasını, cavabdehlərin əvvəllər yaşadıqları Zirə qəsəbəsi, Sərdarov küçəsi, 41 ünvanında yaşamalarını əsas göstərməklə onların Zirə qəsəbəsi, Sərdarov küçəsi, 41 ünvanında yerləşən evə köçürülməklə mülkiyyət hüququ əsasında ona məxsus olan Zirə qəsəbəsindəki 252 saylı evdən çıxarılmalarına dair qətn amə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2117/2019 saylı, 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim: H.İ.Hüseynli) cavabdehlərin Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsindəki 252 saylı evdən çıxarılmaları qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə cavabdehlər apellyasiya şikayəti verərək Cavabdeh1 mübahisəli evə Cavabdeh3 mülkiyyət hüququ müəyyən olunana qədər köçməsini və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvü kimi həmin evdən istifadə hüququnu əldə etməsini, onların evdən çıxarılmasının Mülki Məcəllənin 158.3cü maddəsinə zidd olmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə lə ğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-156/2021 saylı, 16 iyun 2021ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 2(003)-2117/2019 saylı qətnaməsi ləğv edilmiş, iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında Cavabdeh1 və vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 158.3 Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsu n. Maddə 228.4 Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəm ə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, cavabdehlərin mübahisəli evə istifadə hüququ əldə etmələri qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. Bundan başqa, B akı Şəhəri Xəzər Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlərin evdən çıxarılmalarına dair evin mülkiyyətçisi Cavabdeh3 Sərən qızının iddiası rədd edilmişdir. Bundan sonra yaşayış sahəsinə mülkiyyət hüququ əldə edən İddiaçı eyni tələblə yenidən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüquq u olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. İşin yuxarıda göstərilən hallarına və qanunun tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi belə bir nəticəyə gəlmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi cavabdehlərin istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Apellyasiya instansiyası məhkəməsinə görə iddiaçı yaşayış sahəsini əldə edən zaman cavabdehlərin istifadə hüququndan imtina barədə notariat qaydasında təsdiqlənmiş öhdəlik götürmələrinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə və qanunun tələbləri nə uyğun əsaslandırılmaqla çıxarılmış, qətnamənin ləğvi üçün əsas verən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-156/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6144/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6144/2021
27.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver