Məhkəmə qərarları › İş №2(103)-1434/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1434/2021

12.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1434/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3241/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qeyrilərinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3241/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddia tələbinin rədd edilməsi qət edilmişdir. Daha sonra, İddiaçı əlavə qətnamə çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı bütün tələblərinin təmin edilməsi, Dadaşova.D.T layiqsiz vərəsə hesab edilməsi, bütün cavabdehlərin mənəvi və maddi ziyanı ödəməsi, saxtalaşdırmaya əsasən verilmiş bütün qanunsuz qərarlar və Daşınmaz Əmlakın Reyestr Xidməti tərəfindən verilmiş mülkiyyət hüququ üçün bütün qanunsuz sənədlərin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3241/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməyərək, əlavə qətnamənin çıxarılmasından imtina edilməsi qərara alınmışdır (sədrlik edən: Əminə Abbasova). İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3241/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi işin hallarını şikayətin dəlilləri ilə birgə araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 229.1-ci maddəsinə əsasən, iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə çıxara bilər: - 229.1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa; - 229.1.2-ci maddəsinə əsasən hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; - 229.1.3-cü maddəsinə əsasən məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. - 229.2-ci maddəsinə əsasən, əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, əlavə qətnamənin çıxarılması üçün Mülki Prosessual Məcəlləsinin 229.1-ci maddəsində göstərilən əsaslardan hər hansı biri mövcud olmadığı üçün hazırki ərizə təmin edilməməlidir. Əvvəla, əlavə qətnamə çıxarılması barədə ərizədə və şikayətdə göstərilən dəlillər əlavə qətnamə çıxarılması üçün əsas ola biləcək hallara aid deyildir. İkincisi, şikayətdə göstərilən dəlillər daha çox qətnamədən verilən apellyasiya şikayəti verilərsə, apellyasiya şikayəti üzrə həll edilməli məsələlərə aid olduğundan bunlara həmin şikayət üzrə qətnamənin qanuniliyi və əsaslılığı yoxlanılarkən hüquqi qiymət verilə bilər. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3241/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3241/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar