Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-194/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı Cavabdeh-yə qarşı iş üzrə QƏRAR (açar sözlər: ilkiniddiaçının Cavabdeh-dən 91.160,00 manat istismar haqqının tutularaq hesabına köçürülməsi) GİRİŞ HİSSƏ Hakimlər: Qəribov Bəhman Fərhad oğlu (sədrlik edən və məruzəçi hakim), Məmmədli Bəhram Məmməd oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndələri xxx oğlu, xxx oğlunun iştirakı, Nigar Nəcəfzadənin katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı Cavabdeh-ə qarşı “istismar haqqının ödənilməsi” tələbinə dair ilkin iddiası və Cavabdeh-in Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçınə qarşı “müqavilənin və hesabların etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-5/2020 saylı qətnaməsindən ilkin Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı (bundan sonra-İdarə) Cavabdeh-yə (bundan sonra-MMC) qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə (İ cildi.v 69) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx xxxxxxx 2010-cu və xx xxxx 201 5-ci il tarixlərində bağlanmış 38 saylı müqavilələr üzrə MMC-dən 91.160,00 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının tutularaq İdarənin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2010-cu və xx.xx.2015-ci il tarixlərdə 38 saylı müqavilələr imzalanmışdır. Həmin müqavilələr üzrə 2013, 2014 və 2015-ci illər üçün ödənilməli olan 91.160,00 (doxsan bir min yüz altmış manat) manat istismar haqqına dair xxx, xx1, xx15 və 5xxx5 saylı hesabların təqdim olunmasına baxmayaraq, cavabdeh həmin məbləği iddiaçının hesabına ödəməmiş, bununla da müqavilənin 3-cü bəndi ilə üzərinə düşən öhdəlikləri icra etməmiş, Tarif Şurasının təsdiq etdiyi tariflərə uyğun təqdim olunan hesabı 10 gün müddətin də ödənilməsi təmin edilməmişdir. İlkin iddia üzrə iddiaçı iddia tələbinin hüquqi əsası kimi qeyd olunan hallara və Azərbaycan Respublikasının Mülki Məcəllənin(bundan sonraMülki Məcəllə ) 425 və 427.3-cü maddələrinə istinad etmişdir. MMC həmçinin İdarəyə qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək qarşılıqlı iddia üzrə cavabdeh İdarə ilə MMC arasında bağlanılmış xx.xx.2010 və xx.xx.2015-ci il tarixli, 38 saylı müqavilələrin və 4xxx, 4xx4-1, 6xx, 5xxx5 saylı hesabların etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilələr bağlansa da 91.160 manat istismar haqqının ödənilməsinə dair həmin hesablar cəmiyyətə təqdim olunmamışdır. Həmin hesablarda həqiqətə uyğun olmayan tariflər və düzgün olmayan hesablama qaydası tətbiq edilmiş, idarə hüququndan sui-istifadə etmişdir. Sui-istifadənin də başlanğıcı kimi onun tərəfindən xx.xx.2010 və xx.xx.2015-ci il tarixli müqavilələrdə Tarif Şurası tərəfindən xx.xx.2004-cü ildə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantının konkret olaraq hansı bəndlərində nəzərdə tutulmuş tariflərin tətbiq olunacağının qəsdən göstərilməməsidir. Müqavilələr vacib əhəmiyyətli (müqavilələrin predmetinin əsas xüsusiyyətləri barədə) yanılmanın təsiri altında bağlanmışdır. Belə bir yanılma müqavilələrin predmetinin dəyərinin müəyyən edilməsinə birbaşa təsir etmişdir. Çünki adı gedən preyskurantda 90-a yaxın müxtəlif ta rifləri əks etdirən bəndlər vardır və qarşılıqlı iddia üzrə cavabdehin müqavilələrdə konkret olaraq 90 bənddən hansılarında əks olunmuş tariflərin tətbiq olunacağını qəsdən göstərməməsi açıq-aşkar görünür. Ona görə də həmin müqavilələr və hesablar etibarsız hesab edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin hüquqi əsası kimi qeyd olunan hallara və Azərbaycan Respublikası Konstitusiyanın 60-cı, Mülki Məcəllənin 337.1, 337.4, 420.2, 560.2, 560.3.1 və 560.3.5-ci maddələrinə istinad etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2-2(81)83/2017 saylı qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək, cavabdeh MMC-dən xx.xx.2010-cu və xx.xx.2015-ci il tarixlərində bağlanmış 38 saylı müqavilələr üzrə 13.120 manat və 10 manat ödənilmiş dövl ət rüsumunun əvəzi tutularaq, iddiaçı İdarənin hesabına köçürülməsi qət olunmuş, ilkin iddia tələbi qalan hissədə təmin edilməmiş, eyni zamanda, qarşılıqlı iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-2(103)-70/2018 saylı qətnaməsi ilə (sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev, A.Nuriyeva) ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İdarənin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2-2(81)-83/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2-2(102)-276/2018 saylı qərarı ilə iddiaçı İdarənin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-2(103)-70/2018 saylı qətnaməsi ləğv edilmiş və işə təkrar baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-5/2020 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı İdarə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)83/2017 saylı xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi qismən-ilkin iddianın təmin olunmaması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia qalan hissədə də təmin edilmiş, cavabdeh MMC-dən xx xxxxxxx 2010-cu və xx xxxx 2015ci il tarixlərində bağlanmış 38 saylı müqavilələr üzrə 78.040 man at pul məbləğinin, işə birinci instansiya qaydasında baxılması üçün ödənilmiş 30 manat, apellyasıya qaydasında baxılması üçün ödənilmiş 15 manat dövlət rüsumunun əvəzinin iddiaçı İdarənin xeyrinə tutulması, MMC-dən iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə görə (150 və 200 manat olmaqla iki dəfə ekspertiza üçün) cəmi 350 manat məbləğində xərc dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri MMC kassasiya şikayətini apellyasiya instansiyası məhkəməsinin həmin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması və ilkin iddia tələbinin 13120 manat hissəsinin təmin edilməklə yeni qərar qəbul edilməsini aşağıda göstərilənlərlə belə əsaslandırmışdır: -ekspertizanın mütəxəssis qismində MMC-in iştirakı ilə aparılmaması ilə bağlı qeyd olunur ki, ekspert tərəfindən Bakı Apellyasiya Məhkəməsinə «xxxx» MMC-nin ekspertizada iştirakı ilə bağlı vəsatət verilmiş, lakin həmin vəsatət məhkəmə tərəfindən təmin edilməmiş və nəticədə «xxxx» MMC ekspertizada iştirak etməmişdir. MMC-in avadanlıqlarının olduğu yerdə keçirilən ekspertizada yalnız ekspert, ilkin iddia üzrə iddiaçının və MMC-in nümayəndələri iştirak etmişdir. Ekspert rəyində də «xxxx» MMC-nin ekspertizada iştirakının təmin edilməsi ilə bağlı ekspert tərəfindən məhkəməyə vəsatətin verilməsinə baxmayaraq onun iştirakının təmin edilməməsi öz əksini tapmışdır. -Apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 832/33 saylı, xx xxxx 2017-ci il tarixli və xx xxxxxx 2019-cu il tarixli, 4898/99 saylı ekspert rə ylərinin məzmunca eyniyyət təşkil etməsi, MMC-yə məxsus baza stansiyalarının sayı, REV-lərin sayı, peyk stansiyalarının sayı barədə məlumatların əlavə edilməsinə baxmayaraq ekspertiza tədqiqatı zamanı yenə də onların nəzərə alınmaması və həmin məlumatlar üzrə xüsusatların araşdırılmaması ilə bağlı bildirilir ki, iş üzrə tərəf olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra –MPM) 99.1-ci maddəsinə əsasən ekspertizanın keçirilməsinin gedişi haqqında aldığımız məlumata görə xx xxxxxx 2019-cu il tarixli, 4898/99 saylı ekspert rəyi tərtib olunarkən əslində əvvəlki rəydə olduğu kimi ekspertə MMC-yə məxsus baza stansiyalarının sayı, REV-lərin sayı, peyk stansiyalarının sayı barədə məlumatlar məhkəmə tərəfindən təqdim edilməmiş və təkrar ekspert rəyi mövcud məlumatlar əsasında tərtib olunmuşdur. Hər iki ekspert rəyi mövcud məlumatlar əsasında əsaslı tərtib edilməsinə baxmayaraq qətnamə qəbul olunarkən onlara əsaslanmamış, mötəbər sübut kimi qiymətləndirilməyən mütəxəssis rəyinə üstünlük verərilərək ilkin iddianın qanunsuz olaraq ilkin iddianın təmin olunmaması hissəsini təmin etmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə mütəxəssis ekspert kimi xüsusi biliyə malik olan şəxs deyil, məhz zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxsdir və mütəxəssis rəy deyil, məhz sübutlar əldə edilərkən, o cümlədən ekspertiza təyin edilərkən məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün məhkəməyə cəlb edilə bilər. Digər tərəfdən MPM-in “Sübutlar” adlı 7-ci fəslində mütəxəssisin rəyi sübut növü kimi təsbit edilməməmişdir və hazırki işdə mütəxəs sisin rəyi ekspert rəyindən üstün tutularaq mötəbər sübut kimi istifadə oluna bilməzdi. Ekspert qarşısında qoyulmuş suallara cavab yalnız xüsusi biliyə malik şəxs olan ekspert tərəfindən verilə bilərdi. Bu baxımdan mütəxəssisin ekspert qarşısında qoyulmuş suallara birbaşa cavab vermək hüququ yoxdur və mütəxəssisin həmin sualları cavablandırdığı rəy əsassızdır, qanunsuzdur və sübut kimi istifadə edilə bilməz. Şikayətdə daha sonra MPM-in mütəxəssis və ekspertlə bağlı qaydaları tənzimləyən bir sıra normalarına (MPM-in 207.1, 207.2, 64.1,97.1, 63.1, və s.) maddələrinə istinad olunmaqla ekspert rəyinə istinad etmənin vacibliyi qeyd olunmuşdur. Şikayətdə o da qeyd olunur ki, “xxxx LTD” Şirkəti tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində də MMC-yə ayrılan tezliklərin desimetrik tezlik diapozonuna deyil, santimetrik tezlik diapozonuna aid olması qeyd olunmuş, lakin məhkəmə MMC tərəfindən istifadə olunan avadanlıqların santimetrik diapazonda (4 Ghz 4.2 Ghz) işləməsi ilə razılaşsa da, həm ekspert rəylərində, həm də mütəxəssis rəyində MMC tərəfindən istifadə olunan avadanlıqların santimetrik diapazonda (4 Ghz - 4.2 Ghz) işləməsi göstərilməsinə baxmayaraq Preyskurantın 75-ci bəndinin “Desimetrik diapazonunda televiziya vericilərində gücündən asılı olaraq bir televiziya kanalının (tezlik zolağının) istismarı üçün illik ödəniş” adlı tarif qrupu əsasında MMC-nin hər bir tele və radio yayım paylayıcı (efir-kabel) şəbəkəsinin istismar etdiyi hər bir tezlik kanalı üçün qeydiyyata alındığı tarixdən hesablanmaqla illik 180 manat məbləğlə hesablanması qənaətinə gəlmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndələri xxx oğlu və xxx oğlu məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatları dinlənilmədi. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərinməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıl malı, kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında xx.xx.2010-cü il və xx.xx.2015-ci il tarixllərdə (hər ikisi 38 saylı) iki müqavilə bağlanmışdır. Həmin müqavilələrin işə əlavə olunmuş surətlərindən görünür ki, hər iki müqavilənin predmetini “İcraçı” “Sifarişçi”nin rəsmi müraciətini nəzərə alaraq, efir-kabel televiziyası (MMDS və MVDS) üçün tezlikləri təyin edib radiorabitə avadanlıqlarının istismarı üçün icazə verilməsi təşkil edir. Həmin müqavilələrin 2.1-ci bəndinə əsasən Sifarişçi radiorabitə şəbəkəsinin yaradılması üçün tələb olunan sənədləri və istifadə olunan radiorabitə vas itələnin təsdiqlənmiş anketlərini təqdim edir; 2.11-ci bəndinə əsasən icraçı radiorabitə şəbəkəsi üçün tezlikləri təyin edir; 2.12-ci bəndinə əsasən ödənişlər aparıldıqdan sonra 1 il müddətinə radiorabitə avadanlıqlarının istismarı üçün icazə verir; 2.13-cü bəndinə əsasən ayrılmış tezliklərin və radiorabitə vasitələrinin qeydiyyatını aparır; 2.15-ci bəndinə əsasən radiotezliklərdən düzgün istifadə olunmasına nəzarət edir. Həmçinin tərəflər arasında bağlanmış birinci müqavilənin 2.5-ci bəndində nəzərədə tutulmuşdur ki, “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantına uyğun ödənişlərin vaxtında aparılmasını təmin edir; İkinci müqavilənin məzmunu bir qədər fərqli olan 2.5-ci bəndi ilə isə tərəflər razılığa gəlmişlər ki, Azərbayca n Respublikası Tarif (qiymət) Şurası tərəfindən xx.xx.2004-cü ildə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantına uyğun ödənişlərin vaxtında aparılmasını təmin edir. Hər iki müqavilənin 3-cü bəndində nəzərdə tutulmuşdur ki, “Sifarişçi” rabitə vasitələri üçün təqdim etdiyi anket materiallarına əsasən “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantına uyğun hesablarda göstərilən məbləğin ödənişini 10 gün müddətində təmin etməlidir. Radiorabitə vasitələri üçün təqdim olunan anketlər hər iki tərəf təsdiq etdikdən sonra müqaviləyə əlavə edilərək onun əsas hissəsi sayılır və ödənişlərin aparılması üçün əsas götürülür. Hesabların ödənilməsi növbəti ilə keç irildiyi halda “İcraçı” hər gecikdirilmiş aya görə 0,1 faiz penya ödənilməsini “Sifarişçi”dən tələb edir. İşin materiallarına əlavə edilmiş, tərəflərin müqavilə öhdəlikləri ilə bağlı İdarənin Baza Radiostansiyasının xx xxxxx 2015-ci il tarixli Anketi məlumatına əsasən xx xxxx 2014-cü il tarixdə MMC-də - MMDS, Televideo, MS4/1VN8 Multisegment markalı, 287 zavod nömrəli, 4 vatt çıxış gücü olan, Efir-kabel televiziya yayımı radiostansiyası quraşdırılmış, icazə verilən işçi tezlikləri (kanalları) 4000- 4200 Mhz, 8 Mhz-lik, 24 kanal; xx xxxxx 2015-ci il tarixli Anketi məlumatına əsasən xx.xx.2014-cü il tarixdə MMC-də - “Pokc” QAM 2W markalı, ******* zavod nömrəli, 2 vatt çıxış gücü olan, Efirkabel televiziya yayımı radiostansiyası quraşdırılmış, icazə verilən işçi tezlikləri (kanalları) 4000-42 00 Mhz, 8 Mhz-lik, 24 kanal; xx xxxxx 2015-ci il tarixli Anketi məlumatınə əsasən xx.xx.2014-cü il tarixdə Cavabdeh-də - “Pokc” QAM 2W markalı, ******* zavod nömrəli, 2 vatt çıxış gücü olan, Efirkabel televiziya yayımı radiostansiyası xx.xx.2014-cü il tarixdə Cavabdeh-də quraşdırılmış, icazə verilən işçi tezlikləri (kanalları) 4000-4200 Mhz, 8 Mhz-lik, 24 kanal; xx xxxxx 2015-ci il tarixli Anketi məlumatına əsasən xx.xx.2014-cü il tarixdə Cavabdeh-də MMDS, Televideo, MS4/2VN8 Multisegment markalı, 288 zavod nömrəli, 8 vatt çıxış gücü olan, Efir-kabel televiziya yayımı radiostansiyası quraşdırılmış, icazə verilən işçi tezlikləri (kanalları) 4000-4200 Mhz, 8 Mhz-lik, 24 kanal; xx xxxxx 2015-ci il tarixli Anketi məlumatına əsasən xx.xx.2014-cü il tarixdə Cavabdeh-də “Pokc” QAM 2W markalı, * ****** zavod nömrəli, 2 vatt çıxış gücü olan, Efirkabel televiziya yayımı radiostansiyası quraşdırılmış, icazə verilən işçi tezlikləri (kanalları) 4000-4200 Mhz, 8 Mhz-lik, 24 kanal; xx xxxxx 2015-ci il tarixli Anketi məlumatına əsasən xx.xx.2014-cü il tarixdə Cavabdeh-də- “Pokc” QAM 2W markalı, ******* zavod nömrəli, 2 vatt çıxış gücü olan, Efirkabel televiziya yayımı radiostansiyası quraşdırılmış, icazə verilən işçi tezlikləri (kanalları) 4000-4200 Mhz, 8 Mhz-lik, 24 kanal; xx xxxxx 2015-ci il tarixli Anketi məlumatına əsasən xx.xx.2014-cü il tarixdə Cavabdeh-də - “Pokc” QAM 2W markalı, ******* zavod nömrəli, 2 vatt çıxış gücü olan, Efirkabel televiziya yayımı radiostansiyası quraşdırılmış, radiostansiyanın icazə verilən işçi tezlikləri (kanalları) 4000-4200 Mhz, 8 Mhz-lik, 24 kanal; xx xxxxx 2015-ci il tarixli Anketi məlumatına əsasən xx.xx.2014-cü il tarixdə Cavabdeh-də -MMDS, Televideo, MS6/3VC12 Multisegment markalı, 289 zavod nömrəli, 4 vatt çıxış gücü olan, Efir-kabel televiziya yayımı radiostansiyası quraşdırılmış, icazə verilən işçi tezlikləri (kanalları) 4000-4200 Mhz, 8 Mhz-lik, 24 kanal; xx xxxxx 2015-ci il tarixli Anketi məlumatına əsasən xx.xx.2013-cü il tarixdə Cavabdeh-də MMDS, Televideo, MS24/6H050 Multisegment markalı, 284 zavod nömrəli, 50 vatt çıxış gücü olan, Efir-kabel televiziya yayımı radiostansiyası quraşdırılmış, icazə verilən işçi tezlikləri (kanalları) 4000-4200 Mhz, 8 Mhz-lik, 24 kanal; xx xxxxx 2015-ci il tarixli Anketi məlumatına əsasən xx.xx.2014-cü il tarixdə Cavabdeh-də MMDS, Televideo, MS4/1VN8 Multisegment markalı, 287 zavod nömrəli, 4 v att çıxış gücü olan, Efir-kabel televiziya yayımı radiostansiyası quraşdırılmış, icazə verilən işçi tezlikləri (kanalları) 4000-4200 Mhz, 8 Mhz-lik, 24 kanal olmuşlar. İşin materiallarından müəyyən olunur ki, İcraçı İdarə tərəfindən Sifarişçiyə MMC-yə tezlik və radioelektron vasitələrinin istismar haqqı ilə əlaqədar aşağıdakı məbləğlərdə ödənilməsi üçün hesablar verilmişdir: 49-M-14-1 saylı hesabla “Tele və radioyayım üçün paylayıcı şəbəkələr (efir-kabel), hər bir şəbəkə” üçün və “Tele və radioyayım paylayıcı şəbəkələr (efir-kabel), bir tezliyin (kanalın) istismarı üçün 4.752,00 manat; 49-M-14 saylı hesabla “Tele və radioyayım üçün paylayıcı şəbəkələr (efir-kabel), bir tezliyin (kanalın) istismarı üçün və “Kommersiya məqsədi ilə istifadə olunan və qəbul rejimində işləyən hər bir yerüstü pe yk stansiyası” üçün 4.752,00 manat; 63M-15 saylı hesabla “Tele və radioyayım üçün paylayıcı şəbəkələr (efir-kabel) hər bir şəbəkə üçün” üçün 3888,00 manat, “Kommersiya məqsədilə istifadə olunan və qəbul rejimində işləyən hər bir yerüstü peyk stansiyası üçün” 400,00 manat, “Kommersiya məqsədilə istifadə olunan və qəbul rejimində işləyən hər bir yerüstü peyk stansiyası üçün” 800,00 manat və istismar haqları isə 59760 manat, cəmi 64.848,00 manat; 58M-15 saylı hesabla “Tele və radioyayım üçün paylayıcı şəbəkələr (efir-kabel), bir tezliyin (kanalın) istismarı üçün” 8.640,00 manat (4.320+4.320) və “Kommersiya məqsədi ilə istifadə olunan və qəbul rejimində işləyən hər bir yerüstü peyk stansiyası üçün” 4.800,00 manat, cəmi- 13.440,00 manat. İdarə tərəfindən MMC-yə xx xxxxxx 2016-cı il tarixli pret enziya məktubu ünvanlanaraq göstərilmişdir ki, 2014-2015-ci illər üçün istismar haqqının ödənilməsinə dair xxx, xx1, xx15 və 5xxx5 saylı hesabların göndərilməsinə baxmayaraq, bu günə kimi Cavabdeh, Azərbaycan Respublikası Tarif Şurasının təsdiq etdiyi tariflərə uyğun təqdim olunan hesabları ödəməmiş, radioelektron vasitələrində radiotezliklərdən istifadəyə görə 91.160 manat məbləğin ödənilməsi xahiş edilmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tədbirlər görüləcəyi bildirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ilkin iddia qismən təmin olunmaqla MMCdən yuxarıda göstərilən müqavilələr üzrə 13120 manat və 10 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İdarənin hesabına köçürülməsini qət edilmiş, iddian qalan hissəsi təmin olunmamış, MMC –i n qarşılıqlı iddiası da təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin daha əvvəl qeyd olunan qətnaməsinin ləğv etməklə işi yenidən baxılması üçün göndəriməsini nəzərdə kassasiya instansiyası məhkəməsinin qərarındakı göstərişlərinə müvafiq olaraq işə yenidən baxılarkən təkrar kompleks kompyuter-texniki və mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi «xxxx LTD» Şirkətinin mütəxəssisinin iştirakı ilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, təkrar ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur; 1.Tərəflər arasında imzalanmış xx.xx.2010 və xx.xx.2015ci il tarixli müqavilələr üzrə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2004cü il tarixli iclasına əsasən 9 nömrəli protokolla təsdiq edilmiş “ Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri”nə uyğun olaraq hansı bəndlər tətbiq olunmalıdır?;
2. İddiaçı tərəfindən Cavabdeh-yə hesablanmış məbləğ tərəflər arasında imzalanmış xx.xx.2010 və xx.xx.2015-ci il tarixli müqavilələr üzrə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2004-cü il tarixli iclasına əsasən 9 nömrəli protokolla təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri”nə uyğun olaraq müvafiq tarif əsasında hesablanmışdırmı?;
3. Tərəflər arasında imzalanmış xx.xx.2010 və xx.xx.2015-ci il tarixli müqavilələr üzrə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2004-cü il tarixli iclasına əsasən 9 nömrəli protokolla təsdiq edilmiş “Radiotezliklərin qe ydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri”nə uyğun olaraq Cavabdeh-yə hesablanmalı məbləğ nə qədər təşkil etməlidir?;
4. Destimetrlik tezlik diapozonuna hansı tezliklər aiddir və Cavabdeh-yə ayrılan tezliklər destimetrlik tezlik diapozonuna aiddirmi? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmənin qərardadının icrası qaydasında verilmiş xx xxxxxx 2019-cu il tarixli, 4898/99 saylı ekspert rəyi ilə dördüncü sual üzrə göstərilmişdir ki, aparılmış tədqiqatlar, cihazlar üzərində keçirilmiş yerli baxışlar nəticəsində aparılmış ölçmələr və işin materiallarında aşkar olunmuş məlumatlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh-yə məxsus ötürücü avadanlıqları məlumatları santimetri «C» diapozonuna aid 4 Ghz-4,2 Ghz tezli kdə ötürür. Birinci-üçüncü suallar üzrə- Cavabdeh ilə DRİ arasında bağlanmış müqavilələrə əsasən müəssisənin fəaliyyəti üzrə hesablanmalı olan tarifin Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx xxxx 2004-cü il tarixli iclasına əsasən 9 nömrəli protokolla təsdiq edilmiş «Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri»-nin 2-ci bəndinə əsasən Radiorabitə şəbəkəsi üçün bir tezliyin ayrılması (CDMA, TDMA, MMDS və s. daxil olmaqla) tarifi 1.000,0 manat dərəcəsi (bir dəfəlik ödəniş) ilə hesablanmalı olduğu müəyyən edilmişdir. Ekspertiza tədqiqatı zamanı Cavabdeh-yə məxsus çevrici verici cihazın santimetrik «C» diapazonuna aid olması səbəbindən müəssisəyə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx xxxx 2004cü il tarixli iclasına ə sasən 9 nömrəli protokolla təsdiq edilmiş «Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri»-nin 75-ci bəndinə əsasən – Desimetrik diapazon üzrə hesablanmış 77.040 manat məbləğində istismar haqqının əsassız hesablandığı müəyyən edilmiş, rəydə həmçinin göstərilmişdir ki, işin materiallarında Cavabdeh-yə məxsus Baza stansiyalarının sayı, REV-lərin sayı, peyk stansiyalarının sayı barədə məlumat olmadığından qeyd olunan xüsusatlar üzrə tədqiqat aparılmadı. Məhkəmənin qərardadına əsasən ekspertizanın keçirilməsi «xxxx LTD» Şirkətinin mütəxəssisinin iştirakı ilə, Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilsə də, ekspertiza tədqiqatı həmin Şirkətin mütəxəssislərinin iştirakı olmadan aparılmış, bu səbəbdən məhkəmə araşdırılması zamanı «xxxx LTD» Şirkət inin mütəxəssislərinin iştirakı təmin edilmiş, sonuncu tərəfindən 1287 saylı, xx xxxxxx 2020-ci il tarixli müşayət məktubu ilə mütəxəssis rəyi təqdim edilmişdir. Həmin rəydə məhkəmənin ekspertiza qarşısında qoyduğu birinci sual üzrə göstərilmişdir ki, «Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri»-nin 26-cı və 35-ci bəndləri əsasında tətbiq edilən birdəfəlik ödənişlərin icra edildiyi nəzərə alınaraq MMC-yə müddətli tariflərin 26-cı və 35-ci bəndlərlə eyni məzmunlu 75-ci bəndi əsasında tətbiq edilməli, ikinci sual üzrə göstərilmişdir ki, Tarif (qiymət) Şurasının xx xxxx 2004-cü il tarixli iclasının qərarına əsasən təsdiq edilmiş «Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri»-nin 26-cı, 35 -ci və 75-ci bəndləri əsas götürülərək, aparılmışdırsa, müvafiq tarif əsasında hesablandığı qənaətindəyik, üçüncü sual üzrə göstərilmişdir ki, «Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri»-nin 26-cı və 35-ci bəndlərində nəzərdə tutulan birdəfəlik ödənişlərin MMC tərəfindən icra edildiyi nəzərə alınaraq, 35-ci bənd üzrə qeydiyyata alınmış hər bir tele və radio yayım paylayıcı (efir-kabel) şəbəkənin istismar etdiyi hər bir tezlik kanalı üçün qeydiyyata alındığı tarixdən hesablanmaqla, 75-ci bənd əsasında illik 180 manat məbləğ hesablanmalı, dördüncü sual üzrə isə rəydə göstərilmişdir ki, MMC-yə ayrılan tezliklər desimetrik diapozonuna deyil, santimetrik tezlik diapozonuna aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eksperti zası Mərkəzi tərəfindən verilmiş 832/33 saylı, xx xxxx 2017-ci il tarixli və işin hazırki mərhələsində eyni Mərkəz tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 4898/99 saylı ekspert rəylərinin müqayisəli təhlilinə əsasən qeyd edir ki, hər iki rəy məzmunca eyniyyət təşkil edir və kassasiya instansiyası məhkəməsinin iş üzrə qərarında qeyd etdiyi kimi, tərəflər arasında bağlanmış müqavilələrə əsasən MMC-nin fəaliyyəti üzrə hesablanmalı olan tarifin Tarif Şurasının yuxarıda göstərilən preyskurantının 2-ci bəndinə (Simsiz məlumatötürmə sistemləri (CDMA, TDMA, MMDS və s.), həmin preyskurantda 40-cı bənddə nəzərdə tutulur) əsasən 1.000 manat (bir dəfəlik ödəniş) ilə hesablanmalı olduğu» barədə rəy versələr də, illik istismar haqqının tətbiq olunub-olunmaması, tətbiq olunmalı idisə, hansı bən də əsasən hesablanmalı olması barədə rəy verməmişlər, həmçinin işin materiallarına MMC-yə məxsus Baza stansiyalarının sayı, REV-lərin sayı, peyk stansiyalarının sayı barədə məlumatların əlavə edilməsinə baxmayaraq, ekspertiza tədqiqatı zamanı yenə də nəzər alınmamış və həmin məlumatlar üzrə xüsusatlar araşdırılmamış, ekspertiza tədqiqatı mütəxəssisin («xxxx» MMC-nin) iştirakı ilə aparılmamışdır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq habelə “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 22 saylı qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları»nın,«Radiotezliklərin qeydiyyatı, Tarif Şurası tərəfindən xx.xx.2004-cü ildə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantının müddəalarına istinadən belə nəticəyə gəlmişdir ki, ilkiniddiaçının cavabdeh MMC-dən 91.160,00 manat istismar haqqının tutularaq hesabına köçürülməsi barədə tələbi əsaslıdır və cavadeh MMC-dən Birinci instansiya məhkəməsi ilkin iddianı qalan 78.040 manat hissəsində (91.16013.120=78.040) təmin etməməklə maddi hüquq normalarının tələblərini pozmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanunun 13.6-cı maddəsinə əsasən radiotezliklərdən istifadə təyinatı, radiotezliklərin sayı, zolağı və istismar ol unan radioelektron vasitələri nəzərə alınmaqla birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlər müəyyən olunur. Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən normativ hüquqi aktlar vasitəsilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 22 saylı qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları»nın 1.3-cü bəndinə əsasən radiotezlik zolaqları Radiotezliklər üzrə Dövlət Komissiyası (bundan sonra - Komissiya) tərəfindən sifarişçilərin müraciətləri əsasında ayrılır; 2.23-cü bəndinə əsasən Komissiya tərəfindən tezlik ayrılmasına qərar verilmiş hüquqi və fiziki şəxslər DRİ ilə tezlik nomi nalları üçün mövcud tariflərə uyğun ödəniş edilməsi, tezliklərdən qanunvericiliyə uyğun istifadə olunması və s. üçün müqavilə bağlayırlar; 3.1-ci bəndinə əsasən mülki məqsədlər üçün istifadə edilən radiotezliklərə onların istifadə təyinatı, sayı, zolağı və istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla, birdəfəlik və müddətli (aylıq və ya illik) tariflər müəyyən edilir. Belə ki, radiotezliklərdən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və illik) ödənişlər aparılmalıdır. Ona görə də, məhkəmə kollegiyası MMC tərəfindən radiotezliklərdən istifadəyə görə yalnız birdəfəlik ödənişlər aparılmalı olmasına dair cavabdehin dəlillərini razılaşmayaraq belə qənaətə gəlir ki, MMC –in istifadə etdiyi avadanlıqlar sabtimetrik diapazonda işləsə də ona xidmətlər göstərilmiş, o həmin xidmətl ərdən istifadə etmişdir. Buna görə də MMC tərəfindən «Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri»-nin 26-cı və 35-ci bəndlərində nəzərdə tutulan birdəfəlik ödənişlərin icra edildiyi nəzərə alınaraq, 35-ci bənd üzrə qeydiyyata alınmış hər bir tele və radio yayım paylayıcı (efir-kabel) şəbəkənin istismar etdiyi hər bir tezlik kanalı üçün onların qeydiyyata alındığı tarixdən hesablanmaqla, 75-ci bənd əsasında illik 180 manat məbləğ hesablanmışdır. Məhkəmə kollegiyası mütəxəssislə əlaqədar şikayətin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən, yalnız mütəxəssis rəyinə deyil, həmçinin ekspert rəylərinə də əsaslanmamışdır. MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəfl ərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmişdir. Bu baxımdan kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-5/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyas iya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-5/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.