Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-290/2023 21.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: xidmət və satınalma müqaviləsi üzrə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “xidmət və satınalma müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 fevral tarixli, 2-2(104)-41/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasınd a baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC (bundan sonra – “MMC”) ilə Cavabdeh (bundan sonra – “Cavabdeh”) arasında 2018-ci il 20 noyabr tarixli “X1 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”-nə əsasən Cavabdeh 15 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 525 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür.
2. Həmin müqaviləsinin 2.1-ci bəndinə əsasən istehsalçı/əkinçi öz qanuni istifadəsində olan torpaq sahəsində MMC-nin aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamsını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür.
3. Müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə əsasən hər bir çuğundurun çəkisi 250 qramdan az olmamalıdır.
4. Müqavilənin 3.1-ci maddəsinə əsasən MMC-nin nümayəndəsi “İstehsalçı/Əkinçi”nin torpaq sahəsinə baxış keçirərək şəkər çuğundurunun səmərəli əkini üçün yararlığı, suvarma suyu ilə tam təmin olunması və s. məsələləri əsas götürərək uyğunluq barədə öz rəyini bildirir.
5. MMC tərəfindən 2022-ci il 23 may tarixdə Cavabdeh pretenziya göndərilərək 16.391 manat borcun 10 gün ərzində ödənilməsinin təmin olunmasını xahiş etmiş, əks halda bununla bağlı məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq olunmuşdur. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı MMC (bun dan sonra – “iddiaçı”) Cavabdeh qarşı (bundan sonra – “cavabdeh”) 2022-ci il 6 iyun tarixdə iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 16.391 manat borc və 200 manat mediasiya rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanmış 2018-ci il 20 noyabr tarixli “X1 istehsalının stimullaşdırılması üzrə Xidmət və Satınalma müqaviləsi”nə əsasən cavabdeh 15 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 525 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 11.178,50 manat dəyərində mal və xidmət satılmaqla, habelə 5.212,50 manat avans olar aq kart hesabına köçürülməklə, ümumilikdə 16391 manat dəyərində xərc çəkilmişdir. Cavabdeh tərəfindən isə iddiaçıya həmin məbləğin qarşılığında şəkər çuğunduru təhvil verilməmiş və ya həmin məbləğ geri ödənilməmişdir. Nəticədə cavabdehin cəmiyyətə 16.391 manat borcu yaranmışdır.
8. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385, 442, 425.1-ci maddələrinə istinad olunmuşdur.
9. Cavabdeh 2022-ci il 11 avqust tarixdə iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıdan dəymiş zərərin əvəzi olaraq 15.000 manat məbləğində pulun və 135 manat dövlət rüsumunun tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 15 avqust tarixli, e-2-2(1 15)1240/2022 saylı qərardadı ilə qarşılıqlı iddia qanunla nəzərdə tutulmuş müddətin keçməsindən sonra verildiyindən cavabdehin iddiaçıya qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmışıdır.
11. Cavabdeh 2022-ci il 3 oktyabr tarixdə məhkəməyə iddia ərizəsinə qarşı etiraz və iddia müddətinin tətbiqi mahiyyətini daşıyan ərizə ilə müraciət edərək iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Ərizədə göstərilmişdir ki, iddiaçının verdiyi toxum keyfiyyətsiz olmuş, aqronom tərəfindən sahəyə qulluq edilməsinə nəzarət edilməmişdir. Dəfələrlə iddiaçıya müraciət edilməsinə baxmayaraq məhsul torpaqdan vaxtında çıxarılmamış, iddiaçı tərəfindən gübrə və dərman vasitələri verilməmiş və müqavilə üzrə digər xidmətlər göstərilməmişdir. Həmçinin, tər əflər arasında bağlanmış müqavilə xaraktercə podrat müqaviləsi olmuşdur. İddiaçının tələbi qanuni olsaydı bir il müddətində iddia qaldırardı. Lakin, iddia bu müddət keçdikdən sonra qaldırılmışdır. Belə ki, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
13. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 4 oktyabr tarixli, e-2-2(115)-1240/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir(hakim – K.Vəliyev).
14. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflərin qarşılıqlı şəkildə üzərinə götürdüyü öhdəliklərin məqsədi müəyyən edilmiş normadan az olmayan keyfiyyətli məhsulun əldə edilməsinə yönəlmişdir. Yəni müqavilənin məqsədinə bütünlüklə nail olmaq o halda mümkün ola bilərdi ki, hər bir tərəf öz üzər inə düşən öhdəliyi tam icra etmiş olsun. İddiaçı isə müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini tam şəkildə yerinə yetirməmiş, məhsulun torpaqdan çıxarılmasını təmin etməmişdir. Əgər əkilən sahədə məhsul bütünlüklə yetişməmişdirsə və buna görə də həmin əraziyə texnikanın göndərilməsinə lüzum qalmamışdırsa, bu məsələ yerində müvafiq qaydada istehsalçının iştirakı ilə sənədləşdirilməli idi. Lakin, bu barədə hər hansı sənəd tərtib edilməmişdir. Bundan əlavə müqavilənin şərtlərinə görə iddiaçı əlavə 2-də göstərilən aqrotexniki tədbirlərə aid hər bir borclanmanı müvafiq sənəddə göstərməli və tərəfin imzasına təqdim etməlidir. Bu öhdəliyin icrası müqavilədə nəzərdə tutulmuşdursa, qarşı tərəfin sahibkar statusunun olubolmamasından asılı olmayaraq yerinə yetirilməli idi. Lakin, belə bir yazı lı sənəd də mövcud deyildir. İddiaçı müqavilə üzrə öz öhdəliklərini tam icra etməmiş, bununla da müqavilənin məqsədinə çatmamağa şərait yaratmışdır. Tərəflər arasında bağlanmış “X1 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma” müqaviləsi əvəzli müqavilədir. Müqavilənin müddəaları hüquqi mahiyyətinə görə və məzmun baxımından podrat müqaviləsinə uyğundur. Podrat müqaviləsinə görə öhdəlik borclunun kreditor qarşısında iş görməsindən və görülmüş işin nəticəsinin təhvil verilməsindən irəli gəlir. Müqavilənin alqı-satqı müqaviləsindən fərqi ondan ibarətdir ki, alqı-satqı zamanı müqavilənin predmeti bir qayda olaraq müqavilə bağlanan anda mövcud olur və həmin predmeti satıcı tərəf yaratmaya da bilər. Hazır şəkildə əldə etdiyi məhsulu istənilən şəxsə sata bilər. Bundan fərqli olaraq po drat müqaviləsində müqavilənin predmeti müqavilə bağlanan anda mövcud olmur. Onu podratçı öz əməyi və fəaliyyəti ilə sonrakı mərhələdə yaradır. Podratçı sifarişçinin tapşırığı ilə müəyyən olunmuş müddət ərzində işlər görür və görülmüş işlərin maddi vəziyyətə gətirilmiş nəticəsini başqa şəxsə deyil, yalnız sifarişçiyə təhvil verir. Podrat müqaviləsindən irəli gələn öhdəlik həm əmlak mübadiləsini, həm də əmlakın yaradılması üçün podratçının iş fəaliyyətini ehtiva etmişdir. Müqavilə şərtlərinə görə hazırkı iş üzrə istehsalçı-əkinçi iddiaçı tərəfindən ona verilmiş olan pulun və göstərmiş maddi texniki xidmətlərin müqabilində müqavilədə nəzərdə tutulmuş miqdarda və ölçülərdə şəkər çuğunduru istehsal edib iddiaçıya təhvil verməli idi. Əgər, podratçı öz üzərinə düşən öhdəliyi istər keyfiyyət, ist ərsə də kəmiyyət baxımından lazımi qaydada icra etməmişdirsə, bu hal, qüsurlu icra sayılır. Bununla bağlı tələb isə bir il ərzində irəli sürülə bilər. “X1 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma” müqaviləsi 2018-ci il 20 noyabr tarixdə bağlanmış və müqavilədə öhdəliyin icrası müddəti 1 il müəyyən edilmişdir. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən, müqavilə imzalandığı andan qüvvəyə minir və 12 ay müddətinə qüvvədədir. Müqavilənin müddətinin bitməsi tərəfləri öz öhdəliklərini yerinə yetirməkdən azad etmir. Şəkər çuğunduru müqavilə müddəti ərzində yalnız bir dəfə istehsal oluna bilərdi və qeyd edilən 1 illik müddət 2019-cu il 20 noyabr tarixdə bitmişdir. İddiaçı isə ilkin olaraq 2021-ci il 19 noyabr tarixdə məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə 2022-ci il 4 aprel tar ixli, e-2-2(115)-1113/2022 nömrəli iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilmiş, hazırkı tələb üzrə yenidən 2022-ci 6 iyun tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hər iki halda qanunla müəyyən edilmiş bir illik iddia müddəti ötürülmüşdür.
15. Məhkəmə gəldiyi nəticəni MM-in 372.1, 373.4, 375.2, 385.1, 386.1, 425.1, 442, 752.1, 776.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 fevral tarix li, 2-2(104)-41/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq yeni qətnamə ilə iddia tələbi təmin edilmişdir (sədrlik edən – Ə.Abdullayev, hakimlər – Ş.Rzaquliyev və A.Bayramov).
18. Məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçı 15 hektar sahədə şəkər çuğunduru əkmək və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 525 ton məhsulu istehsal edib ona satması üçün cavabdehə 11.178,50 manat dəyərində mal və xidmət satılmaqla, habelə 5.212,50 manat avans olaraq kart hesabına köçürülməklə, ümumilikdə 16.391 manat dəyərində ödəniş etmişdir. Belə ki, apellyasiya instansiyasında icraat zamanı məhkəmə kollegiyasına təqdim edilmiş 2020-ci il 15 dekabr tarixdə cavabdeh tərəfindən yazılmış ərizədən görünür ki, sonun cu 2018-ci il 20 noyabr tarixli, 029 nömrəli müqavilə üzrə iddiaçıya 16.391 manat borcu olmasını qəbul etmişdir.
19. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilənin istehlakçı/əkinçi-nin hüquq və öhdəliklərini tənzimləyən 4.4-cü bəndindən görünür ki, istehsalçı/əkinçi öhdəsinə götürür ki, əkinin xəstəliyi və ya hər hansı bir riski ilə əlaqədar zamanında müdaxilə etməli və iddiaçının məsləhət köməkliyi tələb etməlidir. Müqavilənin 9.4-cü bəndinə görə isə, tərəflər bir-birinə olan bildirişləri, xəbərdarlıqları və.s sənədləri tərəfin hüquqi ünvanına xəbərnaməli məktub və ya teleqramla göndərməlidir. Göründüyü kimi, tərəflər müqavilə üzrə öz hüquq və öhdəliklərini, habelə həmin hüquq və öhdəliklərin həyata keçirilmə qaydalarını müəyyən etmişlər. Cavabdeh iddiaçının öz üzərinə götürdüyü ö hdəliyə uyğun olaraq məhsulun torpaqdan çıxarılmasını təmin etməməsini, gübrə və dərmanın verilməməsini qeyd etsə də, lakin həqiqətən iddiaçıya bu barədə bildiriş, xəbərdarlıq, habelə müvafiq məlumat verməsi barədə məhkəməyə sübut təqdim etməmişdir.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia müddətinin ötürülməsi ilə bağlı gəldiyi nəticə ilə də razılaşmamışdır. Belə ki, tərəflər arasında bağlanmış 2018-ci il 20 noyabr tarixli “X1 İstehsalının Stimullaşdırılması üzrə Xidmət və Satınalma Müqaviləsi”nin məzmunundan da göründüyü kimi həmin müqavilə qarışıq müqavilə olmaqla özündə podrat, xidmət və alqı-satqı müqavilələrinin əlamətlərini ehtiva edir.
21. Həmin müqavilə podrat müqaviləsinə oxşar şərtləri, yəni həmin müqavilədə podrat müqaviləsinin ünsürləri olmuş olsa da, həmi n müqavilə podrat müqaviləsi kimi qiymətləndirilə bilməz. Çünki, podrat müqaviləsinə görə podratçı sifarişçinin verdiyi muzd müqabilində ya sifarişçinin verdiyi, ya da özünün əldə etdiyi materiallar əsasında məhsulu hazırlayır. Məhsulu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məhsula mülkiyyəti sifarişçiyə verir. Hazırkı halda isə istehsalçı iddiaçının təqdim etdiyi xidmət, toxum, gübrə, pestisidlər və texnika ilə, həmçinin avans olaraq köçürülmüş pul vəsaiti ilə mülkiyyətində olan və ya icarəyə götürdüyü torpaq sahəsinə şəkər çuğunduru əkib, yetişdirir və həmin məhsulu çıxararaq iddiaçıya təhvil verir, həm də yetişdirdiyi məhsuldan özü üçün qazanc əldə edir. Bu müqavilə bağlanarkən iddiaçının marağı çəkdiyi xərc dəyərində məhsulu istehsalçıdan (cavabdehdən) qəbul etmək, istehsalçının (cavabdehin) marağı isə daha keyfiyyətli məhsul yetişdirməklə qazanc əldə etməkdir.
22. Hazırkı halda iddiaçının iddia ilə məhkəməyə müraciət etməsinin səbəbi cavabdehin təhvil verdiyi məhsulun qüsurlu olması ilə yox, cavabdehin müqavilə şərtlərini lazımi qaydada icra etməməsi, yəni müqavilə ilə şərtləşdirilmiş qaydada şəkər çuğunduru əkilmiş torpaq sahəsinin hər hektarından 35 ton şəkər çuğunduru yığıb təhvil verməməsi olmuşdur. Göründüyü kimi iddiaçının hazırkı iddia ilə müraciət etməsinin səbəbi cavabdeh tərəfindən yetişdirilərək təhvil verilmiş X1nun qüsurlu olması ilə yox, cavabdeh tərəfindən müqavilə şərtlərinin qüsurlu icrası ilə, yəni müqavilə ilə şərtləşdirilmiş məbləğdə məhsulun təhvil verilməməsi ilə bağlıdır. İcranın qüsuru dedikdə isə podratçı tərəfindən hazır lanmış məmulatın (məhsulun) şərtləşdirilmiş keyfiyyətdə olmaması anlaşılır.
23. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi MM-in 776.1ci maddəsinə istinad edib iddianı təmin etməməkdə haqlı olmamışdır. MM-in 373.2-ci maddəsinə əsasən isə müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir və iddiaçı da məhkəməyə hazırkı iddia ilə üç illik iddia müddəti daxilində müraciət etmişdir. Belə ki, müqavilə 12 ay müddətinə bağlanmış və müqavilənin icra müddəti 20 noyabr 2019-cu il tarixdə bitmişdir. İddiaçı isə hazırkı iddia ilə məhkəməyə 2022-ci il 10 iyun tarixdə müraciət etmiş, beləliklə də 3 illik iddia müddətini ötürməmişdir.
24. İddiaçı müqavilə üzrə öhdəliklərii icra etsə də, cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə kollegiyasının iclasında iddi açı tərəfindən təqdim edilmiş cavabdehin iddiaçıya ünvanladığı ərizəsindən görünür ki, həmin ərizəsində o, 16.391 manat məbləğində borcunun yarandığını etiraf edərək həmin borcu 2021-2022-ci ildə əkəcəyi məhsulun hesabına ödəyəcəyini bildirmişdir. Qeyd edilən ərizədə göstərilənlər də cavabdehin iddiaçı ilə bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliklərini icra etmədiyini təsdiq edir.
25. Məhkəmə kollegiyası mediasiya xərcinin də cavabdehdən iddiaçının xeyrinə tutulmalı olması qənaətinə gəlmişdir.
26. Gəldiyi nəticəni apellyasiya məhkəməsi MM-in 14.2.6, 375.1, 375.2, 377.1, 385.1, 386.1, 390.4, 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 752.1, 752.2, 753.1, 768.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
27. Qətnamə 2023-cü il 6 fevral tarixdə proses iştirakçılarına göndərilmiş, qət naməni 2023-cü il 22 fevral tarixdə rəsmi qaydada əldə etmiş cavabdeh ondan 2023-cü il 31 mart tarixdə kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. III. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Cavabdehin kassasiya şikayətinin dəlilləri
28. MM-in 385.1, 425.1, 425.2, 442-ci maddələri üzrə. İddiaçı müqaviləyə əlavə 2-də göstərilən aqrotexniki tədbirlərə aid hər bir borclanmanı müvafiq sənəddə göstərməli və cavabdehin imzasına təqdim etməli idi. Lakin, belə bir yazılı sənəd mövcud olmamışdır. Tərəflərin qarşılıqlı şəkildə üzərinə götürdüyü öhdəliklərin məqsədi müəyyən edilmiş normadan az olmayan keyfiyyətli məhsulun əldə edilməsinə yönəlmişdir. Yəni, müqavilənin məqsədinə bütünlüklə yalnız hər iki tərəf üzərinə düşən öhdəlikləri tam icra etdikdə nail olmaq olardı. İddiaçı isə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, cavabdehə verməli olduğu gübrəni verməmiş, bitkinin mühafizəsini və digər maddi texniki vasitələri təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə işin faktiki hallarına uyğun tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməmiş, hüquq pozuntusuna yol vermişdir.
29. MM-in 372.1, 375.2, 776.1-ci maddələri üzrə. Tərəflər arasında müqavilə üzrə öhdəliyin icrası müddəti 1 il müəyyən olunmuş, həmin müddət 2019-cu il 20 noyabr tarixdə bitmişdir. İddiaçı isə 2022-ci il 6 iyun tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüş, apellyasiya məhkəməsi isə iddia müddəti ilə bağlı ərizəni nəzərə almamışdır.
30. MPM-in 78.1, 81, 88, 97.1, 36 1.4-cü maddələri üzrə. Cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin onun borcunun etirafı kimi istinad olunmuş bir ərizə imzalanmamış və iddiaçıya təqdim edilməmişdir. Məhkəmə cavabdehin ərizənin onun tərəfindən imzalanmadığını bildirməsinə baxmayaraq, imzanın kimə məxsus olmasının müəyyənləşdirilməsi istiqamətində tədbir görməmişdir. Həmçinin, iddiaçı həmin 2020-ci il 15 dekabr tarixli ərizəni birinci instansiya məhkəməsinə deyil, apellyasiya məhkəməsinə təqdim etmiş, məhkəmə isə ərizəni mötəbər sübut kimi qəbul etməklə prosessual hüquq normasının tələbini pozmuşdur. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv və qərəzsiz baxmaqla qanunvericilik normalarına uyğun qiymət verməli olduğu halda, yalnız özünün düzgün olmayan, subyektiv mülahizəsinə əsasən qiymət vermiş, nəti cədə maddi hüquq normalarından əlavə həm də prosessual hüquq normalarının pozuntusuna yol verməklə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. IV. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından yoxlanılacaqdır.
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işi n faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ
35. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:... 14.2.6. Başqa şəxsə zərər vurulması....” “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir....” “Maddə
373. İddia müddətləri... 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər....” “Maddə
375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə
377. İddia müddə tinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.... “Mad də
390. Müqavilə azadlığı... 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələbl ərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçü n kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir....” “Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödəni ldikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....” Maddə
768. Podratçının sifarişçini vaxtında xəbərdar etmək vəzifəsi 768.1. Podratçı aşağıdakı hallarda sifarişçini vaxtında xəbərdar etməyə borcludur: 768.1.1. sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda;...” “Maddə
776. Podrat müqaviləsi üzrə iddia müddəti 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər....”
36. Azərbaycan Respublikasının Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” VI. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
37. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istin ad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 fevral tarixli, 2-2(104)-41/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
40. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında 2018-ci il 20 noyabr tarixli “X1 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”-nə əsasən Cavabdeh 15 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 525 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür.
41. Kassasiya şikayətinin (§ 28) dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 15 hektar sahədə şəkər çuğunduru əkmək və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 525 ton məhsulu istehsal edib ona satması üçün cavabdehə 11.178,50 manat dəyərində mal və xidmət satılmaqla, habelə 5.212,50 manat avans olaraq kart hesabına köçürülməklə, ümumilikdə 16.391 manat dəyərində ödəniş etmişdir. Həmçinin apellyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin istehlakçı/əkinçi-nin hüquq və öhdəliklərini tənzimləyən 4.4-cü bəndind ən görünür ki, istehsalçı/əkinçi öhdəsinə götürür ki, əkinin xəstəliyi və ya hər hansı bir riski ilə əlaqədar zamanında müdaxilə etməli və iddiaçıdan məsləhət köməkliyini tələb etməlidir.
42. Bu müqavilənin 9.4-cü bəndinə görə isə, tərəflər bir-birinə olan bildirişləri, xəbərdarlıqları və.s sənədləri tərəfin hüquqi ünvanına xəbərnaməli məktub və ya teleqramla göndərməlidir. Göründüyü kimi, tərəflər müqavilə üzrə öz hüquq və öhdəliklərini, habelə həmin hüquq və öhdəliklərin həyata keçirilmə qaydalarını müəyyən etmişlər. Cavabdeh iddiaçının öz üzərinə götürdüyü öhdəliyə uyğun olaraq məhsulun torpaqdan çıxarılmasını təmin etməməsini, gübrə və dərmanın verilməməsini qeyd etsə də, lakin həqiqətən iddiaçıya bu barədə bildiriş, xəbərdarlıq, habelə müvafiq məlumat verməsi barədə məhkəməyə sübut tə qdim etməmişdir. Belə olduğu təqdirdə cavabdehin bu dəlili əsassızdır.
43. Kassasiya şikyətinin digər dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir və hazırkı işlə bağlı apellyasiya instansiyası məhkəməsinin doğru olaraq yuxarıda göstərilən müqavilənin sırf podrat deyil, qarışıq müqavilə olması qənaətinə gəlməsi baxımından iddiaçı üç illik müddəti ötürməmişdir. Belə ki, tərəflər arasında müqavilə 12 ay müddətinə bağlanmış və müqavilənin icra müddəti 2019-cu il 20 noyabr tarixdə bitmişdir. İddiaçı isə hazırkı iddia ilə məhkəməyə 2022-ci il 10 iyun tarixdə müraciət etmişdir. Belə olduğu halda isə cavabdehin iddiaçının iddia müddətinin ötürməsi ilə bağlı əsassızdır.
44. MM-in 377.1-ci maddəsi nə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
45. Məhkəmə kollegiyası kassasiya şikayətinin §30-da göstərilən dəlili ilə bağlı qeyd edir ki, apellyasiya məhkəməsinin iclasında iddia tərəfindən təqdim olunmuş cavabdehin doğruluğunu öz imzası ilə təsdiq etdiyi və iddiaçıya ünvanlandığı 15. 02.2020-ci il tarixli ərizəsindən görünür ki, cavabdeh 2018-ci il 20 noyabr tarixli müqaviləyə əsasən 16.391 manat məbləğində borcunun yarandığını etiraf etmiş, həmin borcu 2021-2022-ci ildə əkəcəyi məhsulun hesabına ödəyəcəyini bildirmişdir. Belə halda isə tərəflər arasında bağlanmış müqavilədə göstərilən öhdəliklərin məhz cavabdeh tərəfindən icra edilməməsi öz təsdiqini tapır. Kassas iya şikayətinin §30-da göstərilən dəlilinə gəldikdə isə məhkəmə kollegiyası vurğulayır ki, cavabdeh tərəfindən həmin ərizənin imzalanmaması və iddiaçıya təqdim edilməməsinə dair hər hansı sübut iş materiallarında mövcud deyil.
46. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
47. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri p ozmaqla icra edilməsi) başa düşülür.
48. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88, 217-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında, habelə tərəflər arasında mövcud münasibətləri tənzimləyən maddi hüquqi normalar baxımından hüquqi qiymətləndirməni düzgün aparmış, cavabdeh isə istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
50. Beləliklə apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlindiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Gənc ə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 fevral tarixli, 2-2(104)-41/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.