Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-507/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Sumqayıt Regional Mədəniyyət İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: enerji sərfiyyatına görə borcun tutulması; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədli və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Sumqayıt Regional Mədəniyyət İdarəsinin nümayəndəsi vəkili Vəkil cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Sumqayıt Regional İdarəsi tərəfin dən Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 7 iyun tarixli, 2-2(105)-84/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli, 932 nömrəli Sərəncamı ilə Sumqayıt şəhər, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayon mədəniyyət və turizm idarə və şöbələrinin bazasında Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi yaradılmışdır.
2. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2016-cı il 26 dekabr tarixli qərarı ilə təsdiq olunmuş Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən İdarə Sumqayıt şəhərində, Abşeron, Xızı, Zə ngilan, Qubadlı və Şuşa rayonlarında mədəniyyət, incəsənət və turizm sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Nazirliyin struktur qurumudur.
3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Strukturunda regional mədəniyyət idarələri nəzərdə tutulmuş və buna uyğun olaraq Mədəniyyət Nazirliyi Kollegiyasının 2018-ci il 3 oktyabr tarixli 5/1 nömrəli qərarı ilə Sumqayıt Regional Mədəniyyət İdarəsinin Əsasnaməsi təsdiq edilmişdir ki, həmin əsasnaməyə görə də İdarə Sumqayıt şəhəri, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayonlarında mədəniyyət, incəsənət sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Nazirliyin struktur qurumudur. Əsasnamənin 1.4-cü hi ssəsinə görə İdarə müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına və s. malikdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli Sərəncamının 4.4-cü hissəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin regional idarələrinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. 4. "xxxx" ASC (bundan sonra – iddiaçı) abonent Sumqayıt Regional Mədəniyyət İdarəsinin (bundan sonra – cavabdeh) tabeliyində olan Abşeron Rayon mədəniyyət və turizm şöbəsini elektrik enerjisi ilə təmin etmiş və bunun müqabilində cavabdehin iddiaçıya borcu yaranmışdır.
5. İddiaçının 2021-ci il 9 fevral tarixli 01-220/21 saylı maliyyə arayışın dan görünür ki, cavabdehin elektrik enerjisindən istifadəyə görə 19.212 (on doqquz min iki yüz on iki manat) manat məbləğində borcu mövcud olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı 2020-ci il 6 iyun tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin istifadə etdiyi elektrik enerjisinə görə yaranmış 20.478,92 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsi lə ölçülür və Tarif Şurasının qararı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş borc barədə arayışdan va abunə haqqında bildirişdən görünür ki, abonent kodu **********6 olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Sumqayıt Regional Mədəniyyət İdarəsinin elektrik enerjisindən istifadə etməsi ilə bağlı 20478,92 (iyirmi min dörd yüz yetmiş səkkiz manat doxsan iki qəpik) manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciat olunmuş, lakin cavabdeh yaranmış borcu ödəməmişdir. “Azərişıq" ASC-nin əməkdaşlarının hər ay Sumqayıt Regional Mədəniyyət İdarəsinin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələb etməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi cavabdehin öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. İddia ərizəsində daha sonra “Elektrik enerjisindən istifadə Qaydaları”nın və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə istinad edilməklə iddia tələbinin təmin edilməli olduğu göstərilir.
8. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək cavabdehdən elektrik enerjisindən istifadəyə görə yaranmış borc olaraq 19.212 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat vəsaitin tutularaq iddiaçının hesanına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (iş.v67). Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur.
9. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 9 fevral tarixli, e-2-2(11 9)38/2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Z.Məmmədov).
10. Həmin məhkəmə bildirmişdir ki, elektrik enerjisindən istifadə qaydalarının tələblərinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Hazırda iddiaçı tərəfindən tələb olunan borc məbləği isə məhz cavabdehə məxsus uçot cihazlarının göstəricilərinə əsasən yaranmışdır. Tərəflər arasında 2017-ci il 5 yanvar tarixdə bağlanmış “Elektrik enerjisinin alğı-satqısının birtipli müqaviləsi”ndə də əvvəllər mövcud olmuş və cavabdehə məxsus **********6 saylı abonent koduna istinad edilmişdir. Həmin sayğac üzrə hesablanmış borcun hər hansı hissəsinin isə Abşeron rayon Mədəniyyət və Turizm Şöbəsinə aid olması cavabdehi həmin borcu ödəmək öhdəliyindən a zad etmir. Belə ki, cavabdeh digər qurumlarla yanaşı o cümlədən Abşeron rayon mədəniyyət və turizm şöbəsinin bazasında yaradılmış, elektrik enerjisindən istifadə ilə əlaqədar yaranmış müvafiq borc məbləğinin mövcudluğu cavabdehə məlum olmuş, həmin borc mübahisələndirilməmiş, əksinə müəyyən ödənişlər həyata keçirilmişdir. Belə olan halda, cavabdehin təhvil-təslim zamanı borc məbləği ilə bağlı hər hansı öhdəlik götürmədiyi ilə bağlı dəlilləri əsaslı olmamışdır.
11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisindən istifadə Qaydaları”nın 4.1, 8.2, 8.13, 8.14, 9.10, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bu ndan sonra MPM) 14.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 iyun tarixli, 2-2(105)-84/2021 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən Z.Məmmədov, hakimlər F.Məmmədov və H.Babayeva).
14. Apellyasiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin istinad etdiyi əsasları təkrarlamış və onun gəldiyi nəticə ilə razılaşmışdır.
15. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazi rlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisindən istifadə Qaydaları”nın 4.1, 8.2, 8.13, 8.14, 9.10, Mülki Məcəllənin 385.1, 425.1, 427.3, 430.1, 442, 448.1, MPM-in 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Apellyasiya məhkəmənin qətnaməsi 2021-ci il 26 avqust tarixdə iddiaçının direktoruna və cavabdehin nümayəndəsinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.
17. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
18. Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli 1932 nöm rəli Sərəncamı ilə Sumqayıt şəhər, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayon mədəniyyət və turizm idarə və şöbələrinin bazasında Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi yaradılmışdır. İddiaçının iddia etdiyi borc tələbi Regional Mədəniyyət İdarəsinin yaradılmasına qədər ayrı-ayrı şəhər və rayon mədəniyyət və turizm idarə, şöbələrinin elektrik enerjisindən istifadəyə görə yaranmış qalıq borc məbləği olmuşdur. Həmin Sərəncama qədər mədəniyyət və turizm şöbələrinin maliyyələşmə məsələləri rayon (şəhər) icra hakimiyyətləri tərəfindən maliyyə idarələri vasitəsilə həmin rayon (şəhərin) yerli büdcəsi hesabına həyata keçirilmişdir. Adıçəkilən Sərəncamdan (29 mart 2016-cı il tarixli 1932 nömrəli) sonra Sumqayıt Regional Mədəniyyət və turizm İdarəsi tərəfindən həmin idarə və şöbələr ilə təhvil-təslim işləri apararkən müvafiq rayon (şəhər) icra hakimiyətlərinin maliyyə idarələri tərəfindən Sumqayıt Regional Mədəniyyət və turizm İdarəsinə borc barədə hər hansı sənəd təqdim edilməmiş və məlumat verilməmişdir. Belə bir borc məbləği qeyd olunsa idi təbiidir ki, təhvil-təslim baş tutmayacaqdır. Çünki Regional İdarəyə ayrılan büdcədə belə bir məbləğ göstərilməmişdir.
19. Həmçinin göstərilən Sərəncamla Mədəniyyət Nazirliyinə müvafiq səlahiyyətlər verilməsinə qədər həmin rayon (şəhər) mədəniyyət və turizm şöbələrinin (idarə) rəhbərlərini də yerli icra hakimiyyətləri başçısı təyin edirdi. Belə ki, "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 1.5-ci bəndinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları ikili tabelikdədir həm müvafiq mərkəzi icra hakimiyyəti orqanı na, həm də yerli icra hakimiyyətinin başçısına tabedirlər. "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 4.2.6-ci bəndinə əsasən rayon (şəhər) icra baçısı rayonun və şəhərin sosial-iqtisadi və mədəni inkişafını təmin etmək məqsədi ilə ayrılan büdcə və digər maliyyə vəsaitinin sərəncamçısı olmaqla, bank hesabları açmaq, büdcə vəsaitindən və digər vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarəti həyata keçirmək səlahiyyətlərinə malikdir. "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 4.2.6-ci bəndinə əsasən rayon (şəhər) icra baçısı rayonun və şəhərin sosial-iqtisadi və mədəni inkişafını təmin etmək məqsədi ilə ayrılan büdcə və digər maliyyə vəsaitinin sərəncamçısı olmaqla, bank hesabları açmaq, büdcə vəsaitindən və digər vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarəti həyata keçirmək səlahiyyətlərinə malikdir. Bu səbəbdən, cavabdeh hesab edir ki, iddia tələbi düzgün cavabdehə qarşı yönəldilməyib. Çünki tələb olunan borc cavabdehin yaranmasına qədərki mərhələdə mövcud olmuş və həmin vaxtadək bütün maliyyə məsələləri yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilmişdir.
20. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddənin göstərişindən fərqli olaraq tərəflər arasında 2016-cı il 29 mart tarixindən əvvəlki dövr üçün hər hansı müqavilə mövcud olmamışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikay ətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları
21. Məhkəmə kollegiyası iclasında cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək onun dəlillərini müdafiə etmiş, məhkəmə kollegiyasından apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
22. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasında nümayəndə və ya vəkilinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir.
23. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
24. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasının va xtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
25. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da ap ellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə on un pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisindən istifadə Qaydaları” 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyətilə əlaqədar enerjitəchizatı müəssisəsi istehlakçıya məhdudiyyət və ya birbaşa açılma qrafiklərini tətbiq etmək hüququna malikdir. Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyətilə əlaqədar məhdudiyyət və birbaşa açılma qrafiklərinin hazırlanması və tətbiqi müvafiq təlimata əsasən həyata keçİrilir. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.13. Elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Abonentin subabonenti olduğu hallarda, onun və subabonentlərin sərf etdiyi elektrik enerjisinə görə bir ödəniş sənədi yazılır. Subabonent bilavasitə enerjitəchi zatı müəssisəsi ilə elektrik enerjisinə görə hesablaşmalar apardıqda, onun elektrik enerjisi sərfi tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmaqla abonentin sərfindən çıxılmalıdır. 8.14. İstehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istin ad etdiyi halları sübut etməlidir. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
30. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
31. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilən hallarına əsasən iddiaçı enerjitəchizatı müəssisəsi cavabdeh abonent Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Abşeron Rayon mədəniyyət və turizm şöbəsi elektrik enerjisi ilə təmin etmiş və bunun müqabilində cavabdehin iddiaçıya borcu yaranmışdır. Cavabdehin elektrik enerjisindən istifadəyə görə 19.212 manat məbləğində borcunun mövcudluğu iş materiallarına əlavə edilmiş abunə haqqında məlumat və iddiaçının 2021-ci il 9 fevral tarixli 01-220/21 saylı maliyyə arayışı ilə öz təsdiqini tapır.
32. Kassasiya şikayətində göstərilmişdir ki, borc cavabdehin yaradılmasına qədər ayrı-ayrı şəhər və rayon mədəniyyət və turizm idarə, şöbələrinin elektrik enerjisindən istifadəyə görə yaranmış qalıq borcdur
33. Kassasiya şikayətinin bu dəlili ilə bağlı məhkəmə kollegiyası bildirir ki, apellyasiya məhkəməsinin qeyd etdiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisi ndən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır.
34. İş materiallarından görünür ki, hazırkı iddia tələbində göstərilən borc məbləği məhz cavabdehə məxsus uçot ciahzlarının göstəricilərinə əsasən yaranmışdır. İddiaçı ilə cavabdeh arasında 2017-ci il 5 yanvar tarixdə bağlanmış “Elektrik enerjisinin alqısatqısının birtipli müqaviləsi”ndə də əvvəllər mövcud olmuş və cavabdehə məxsus **********6 saylı abonent koduna istinad edilmişdir.
35. Həmçinin, 2020-ci il 9 iyul tarixli, SD-099 saylı borc barədə arayışa əsasən **********6 saylı abunə kodu ilə qeydiyyatda olan cavabdehin 2020-ci il 30 iyun tarixinə istehlak edilmiş enerjisinə görə 20.363 manat borcu vardır. Həmin sayğac üzrə hes ablanmış borcun hər-hansı məbləğinin əvvəlki Abşeron Rayon Mədəniyyət və Turizm şöbəsinə aid olması isə cavabdehi həmin borcu ödəmək öhdəliyindən azad etmir. Bununla yanaşı, hesab ödəniş vərəqlərindən görünür ki, cavabdeh tərəfindən **********6 saylı abunə kodu ilə müvafiq ödənişlər edilmiş və cavabdeh borc barədə məlumatlı olmuşdur. 36. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara elektrik enerjisinin verilməsi elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qeyd edilən qaydalara əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. İstehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir (Qaydaların 8.13 və 8.14-cü bəndləri).
37. Şikayətdə sərəncama qədər mədəniyyət və turizm şöbələrinin maliyyələşmə məsələləri rayon (şəhər) icra hakimiyyətləri tərəfindən maliyyə idarələri vasitəsilə həmin rayon (şəhərin) yerli büdcəsi hesabına həyata keçirilməsi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respub likası Prezidentinin 2016-cı il 29 mart tarixli, 932 nömrəli Sərəncamı ilə Sumqayıt şəhər, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayon mədəniyyət və turizm idarə və şöbələrinin bazasında Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi yaradılmışdır.İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2016-cı il 26 dekabr tarixli qərarı ilə təsdiq olunmuş Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən İdarə Sumqayıt şəhərində, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayonlarında mədəniyyət, incəsənət və turizm sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Nazirliyin struktur qurumudur. Sonradan Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbay can Respublikası Mədəniyyət Nazirliyinin Strukturunda regional mədəniyyət idarələri nəzərdə tutulmuş və buna uyğun olaraq Mədəniyyət Nazirliyi Kollegiyasının 2018-ci il 3 oktyabr tarixli 5/1 nömrəli qərarı ilə Sumqayıt Regional Mədəniyyət İdarəsinin Əsasnaməsi təsdiq edilmişdir ki, həmin əsasnaməyə görə də İdarə Sumqayıt şəhəri, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayonlarında mədəniyyət, incəsənət sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Nazirliyin struktur qurumudur. Əsasnamənin 1.4-cü hissəsinə görə İdarə müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına və s. malikdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli Sərəncamının 4.4-cü hissəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin regiona l idarələrinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir.
38. Göründüyü kimi, cavabdeh Abşeron rayon mədəniyyət və turizm şöbəsinin bazasında yaradılmış, elektrik enerjisindən istifadə ilə əlaqədar yaranmış müvafiq borc məbləğinin mövcudluğu cavabdehə məlum olmuş, lakin qeyd edilən borc məbləği ötən dövr ərzində mübahisələndirilməmiş, əksinə müəyyən ödənişlər həyata keçirilmişdir. Belə olan halda cavabdehin təhvil-təslim zamanı qeyd edilən borc məbləği ilə bağlı hər-hansı öhdəlik götürülməməsi ilə bağlı dəlilləri əsaslı hesab edilə bilməz.
39. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qanunvericiliyin müddəalarını işin halla rına münasibətdə düzgün tətbiq etmişdir.
40. Kassasiya şikayətində istinad olunan hallar eynilə apellyasiya instansiyası məhkəməsinə də bildirilmiş, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən lazımi qiymət verilmiş, cavabdeh tərəfindən kassasiya şikayətində hər hansı əlavə tutarlı dəlillər göstərilməmişdir.
41. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
42. MPM-in sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəm ə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
43. Məhkəmə kollegiyasının qənaətincə apellyasiya məhkəməsi mövcud mübahisə ilə bağlı olan sübutlara və işin hallarına lazımi hüquqi qiymət vermiş və düzgün nəticəyə gəlmişdir.
44. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 iyun tarixli, 2-2(105)-84/2021 saylı qətnaməsinin l əğv olunması üçün əsas ola bilməz.
45. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
46. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 iyun tarixli, 2-2(105)-84/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.