Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-585/2020 26.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı «müqavilənin ləğvi, borcun və cərimənin tutulması, lizinq obyektinin qaytarılması tələbinə dair» Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-51/2020 saylı, xx.xx.2020-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m üə y y ə n e t d i: İddiaçı ASC (əvvəlki adı “X3” QSC) Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 4xx/xx/2010 saylı xx.xx.2010-cu il tarixli daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, lizinq ödənişləri üzrə 5461.02 manat əsas, 4197.40 manat faiz, 4875.78 manat dəbbə pulu, cəmi 14.534.20 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddiaçıya məxsus olan 1 ədəd “FOTON FL958G” markalı yükləyicinin cavabdehdən geri alınaraq iddiaçıya verilməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddianın əsaslarına görə iddiaçının hüquq sələfi "X3' QSC ilə cavabdeh arasında bağlanmış 4xx/xx/2010 saylı xx.xx.2010-cu il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən, 1 ədəd "FOTON FL958G” markalı yükləyici iddiaçıya lizinqə təhvil verilmiş və cavabdeh lizinqi müqaviləsi üzrə lizinq borcunun ödənilməsini öz öhdəsinə götürmüşdür. Lakin 2 ildən çoxdur lizinq ödənişlərini həyata keçirmir və hazırda onun əsas lizinq haqqı borcu 5461,02 manat, faiz borcu 4197,40 manat, dəbbə pulu 4875,78 manat, cəmi borc 14.534,20 manat təşkil edir. Müqavilənin 34-cü maddəsinə əsasən lizinq alan lizinq müddəti ərzində ödəmə cədvəlinə uyğun olaraq iki dəfə lizinq haqqını ödəməzsə, lizinq verən müqaviləni birtərəfli qaydada xitam edə bilər. Lizinq müqaviləsinin ləğv edilməsi, pul məbləğlərinin və lizınq obyektinin geri qaytarılması barədə cavabdehə xx.xx.2018-ci il tarixdə müvafiq pretenziya göndərilmişdir. Lakin cavabdeh pretenziyaya heç bir cavab verməmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-51/2020 saylı, xx.xx.2020-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, lzinq ödənişləri üzrə 3107 manat, 100 manat dəbbə pulu, cəmi 3207 manat məbləğində borc Cavabdeh MMC-dən tutularaq, İddiaçı QSC-yə ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 6,6 manat məbləği Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməsi, qalan 23,4 manat məbləğin isə İddiaçı QSC-yə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnaməni qismən, iddia ərizəsinin təmin edilməməsi, məhkəmə xərcləri hissələrində ləğv edilməsi, İddiaçı QSC-nin iddia ərizəsinin tam təmin edilməsi, məhkəmə xərclərinin cavabdehdən tutulması hissələrində ləğv edərək həmin hissələrdə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qismən qanunsuz və əsassızdır. Belə ki, məhkəmənin əsaslandığı Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 1055 saylı ekspertiza rəyi üzrə tədiqat düzgün aparılmamış və natamam olmuşdur. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadında ekspert qarşısında aşağıdakı suallar üzrə ekspertiza keçirərkən hansı hesablama metodlarından istifadə etdiyini qeyd etməmiş, hər bir ödənişdən sonra qalıq əsas, faiz borcunu əks etdirən cədvəli də rəyə əlavə etməmişdir. Nəticədə, düzgün olmayan ekspert rəyinə əsasən, cavabdehin borcu əsassız olaraq azaldılmışdır. Bundan başqa, qətnamə ilə iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 400 (dörd yüz) manat məbləğində ekspertiza xərclərinin 88 (səksən səkkiz) manat məbləği Cavabdeh MMC-dən, qalan, 312 (üç yüz on iki) manat məbləği isə İddiaçı QSC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Halbuki, məhkəmə-mühasibatlıq ekspertizası iddiaçının təşəbbüsü ilə deyil, cavabdehin və məhkəmənin təşəbbüsü ilə keçirilmişdir. Həm də, məhkəmə qətnamə ilə bankın tələbini əsaslı hesab etmiş, sadəcə borc məbləğini az məbləğdə təmin etmişdir. Həmçinin, iş üzrə məhkəmənin təşəbbüsü ilə 2 ekspertiza keçirilmiş və qətnamə ilə Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 16959 saylı rəyində göstərilən rəqəmlər həmin Mərkəzin xx xxxxxx 2020-ci il tarixli 1055 saylı rəyi ilə və iş materialları ilə ziddiyyət təşkil etdiyi müəyyən edilmişdir. Buna görə də 1-ci ekspert rəyi - Mərkəzin xx xxxxxx 2019-cu il tarixli 16959 saylı rəyi faktiki olaraq mötəbər sübut hesab edilməmişdir. Mülki Prosessual Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, məhkəmə dəbbə pulunu tənasübsüz şəkildə azaldaraq, cəmi 100 manat məbləğində təmin etmişdir. Bu zaman məhkəmə tərəflərin hansı əmlak maraqlarından çıxış edərə belə nəticəyə gəldiyini əsaslandırmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi İ.İsmayılov apellyasiya şikayətini dəlilərinə uyğun müdafiə edərək təmin olunmasını, cavabdehin nümayəndəsi (vəkili) Vəkil isə onunla razılaşmamış, iddiaçı tərəfindən borcun doxsan faizinin ödənildiyini, restruktrizasiya olunuqdan sonra isə onun 9009 manat borcu qaldığını, ekspert tərəfindən də cavabdehin ödənişləri nəzərə alınmaqla, iddiaçıya 3207 manat məbləğində borcu olduğunun müəyyən edildiyini bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanılmasını məhəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından (lizinq müqviləsi, ödəniş cədvəli və s) görünür ki, xx.xx.2010-cu il tarixdə tərəflər arasında bağlanmış daxili maliyyə lizinqi müqavilsinə əsasən cavabdehə 36 ay müddtinə 22 faiz dərəcisi ilə lizinq haqqı ödnilməsi şərti ilə 75.000 manat dəyərində 1 ədəd Foton FL958G markalı yükləyici ttxniki lizinqə verilmiş, həmin dəyərin15.000 manat məbləğində hissəsi avans olaraq cavabdeh tərəfindən ödənilmiş, 60.000,00 manatı isə 23.109,00 manat məbləğində lizinq haqqı da müəyyənləşdirilməklə, hisssə hissə ödənilməsi üçün üç il müddətinə bölünmüşdür. Mülki Məcəllənin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. İddiaçının apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalaraq birinci növbədə məhkəmənin istinad etdiyi ekspert rəyinə etirazını bildirərək mübahisələndirir ki, rəydə ekspert tərəfindən hansı metoddan istfadə olunduğu göstərilməmiş, qalıq əsas, faiz borcunu əks etdirən cədvəl rəyə əlavə edilməmişdir. İş materiallarından görünür ki, birinci instansiaya məhkəməsi tərəfindən xx.xx.2019cu il tarixli qərardadı əvvəlcə ilkin ekspertiza təyin olunmuş və Məhkəmə ekspertizası Mərkəzinin həmin qərardadın icrası olaraq verdiyi 16969 saylı xx.xx.2019-cu il tarixli ekspert rəyində cavabdehin borcunun olmadığı, əksinə 5.627,00 manat artıq ödənişi müəyyən edilmişdir. Lakin sonradan əlavə sübutların təqdim edilməsi ilə əlaqədar məhkəmə tərəfindən xx.xx.2019-cu il tarixli qərardadla əlavə məhkəmə-mühasibətlıq ekspertizası təyin edilmiş və bununla bağlı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1055 saylı ekspert rəyində cavabdehin iddiaçıya ümumilikdə 3107 manat məbləğində borcu olduğu müəyyənləşdirilmişdir. Həmin rəydən görünür ki, ekspert bu nəticəyə gələrkən «Mühasibat uçotu qeydlərinin, təsərrüfai subyektlərinin maliyyə vəziyyətinin və maliyyə-iqtisad göstəricilərinin tədqiqat metodu”ndan istifadə etmiş və iş materialları üzrə 4xx/xx/2010 saylı xx.xx.2010cu il tarixli daxili maliyyə lizinqi müqaviləsinin şərtləri, ödəniş cədvəlləri (Əlavə1), maliyyə arayışı üzrə məlumatlar və iddiaçı lizinq təşkilatı tərəfindən xx.xx.2014-cü il tarixli həyata keçirilən ödəniş cədvəlinin restruktrizası (Əlavə 2) tədqiq olunmaqla və cavabdehin xx.xx.2015-ci il tarixinədək həyata keçirdiyi cəmi, 5902 manat məbləğində ödənişləri nəzərə alınmaqla, tədqiqat aparılmış və yekunda lizinq verən iddiaçının qeyd olunan restruktrizasiya cədvəli üzrə müəyyən edilən 8.458,00 manat məbəlğində əsas+551 manat məbləğində faiz borcundan ibarət olan cəmi 9009,00 manat məbləğində borcundan qeyd olunan 5902 manat ödəniş məbəlği çıxılaraq onun iddiaçıya olan qalıq borcunun ümumilikdə 3107 manat təşkil etdiyi müəyyənləşdirilmişdir. Qeyd olunan halda ekspert tərəfindən cavabdehin 5902 manat məbləğində ödənişinin hansı hissəsi faiz borcuna, hansı hissəsi əsas borca aid edildiyi görünməsə də, hər bir halda, həmin məbləğ borcun ümumi məbləğini əhatə edərək, cavabdehin həmin hissədə borcunun silinməsini zəruri edir. Əslində, adi riyazi üsulla, Mülki Məcəllənin 432.4-cü maddəsinin tələbi qaydasında, müqavilə şərtlərinə və ödəniş cədvəllərinə (Əlavə 1 və Əlavə 2) uyğun hesablama aparıldıqda, cavabdehin həmin 5902,00 manat məbləğində ödənişinin, restruktrizasiya cədvəlində ödənilməsi nəzərdə tutulan 551 manat faiz borcuna, yerdə qalan 5351 manatının isə onun 8458 manat əsas borcuna aid etsək, onun qalıq faiz borcu “0” manat, ödənilməli olan əsas qalıq borcu isə 3107 (8458-5351) manat təşkil etmiş olur. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin ekspert tərəfindən hansı metoddan istifadə olunduğunun göstərilmədiyini və əsas və faiz borcunu əks etdirən cədvəlin göstərilmədiyini mübahisələndirilən dəlillərini formal xarakterli dəlillər kimi qiymətləndirir və MPM-in 385.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, onun həmin dəlilləri qətnamənin ləğv üçün əsas ola bilməz. Eyni zamanda iddiaçının məhkəmə tərəfindən ekspert rəyləri arasında ziddiyytin nəzərə alınmadığını mübahisələndirən dəlilləri ilə də razılaşmaq mümkün deyil. Çünki, birinci instansiya məhkəməs əlavə məhkəmə ekspertizası üzrə ekspertin gəldiyi nəticəni əsas götürməklə məhkəmə düzgün seçim etmişdir. Çünki, ilkin ekspertiza zamanı işdə olan bütün sənədələr nəzərə alınmaqla, o cümlədən, ilkin rəy məhkəməyə daxil olduqdan sonra, məhkəməyə əlavə sənədlər təqdim edilməsi ilə əlaqədar işin yekun nəticəsinə təsir edə bilən yeni halların ortaya çıxması, bütün bunlar son nəticədə əlavə məhkəməmühasibatıq ekspertizasının keçirilməsini zəruri etmiş və həmin ekspekrtiza üzrə alınmış rəyin nəticələri də, məhz, əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən mötəbər sübutedici məlumatlar kimi qəbul edilmişdir. Bundan əlavə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmənin dəbbə pulunu tənasübsüz şəkildə azaldaraq, cəmi 100 manat məbləğində təmin etməsini mübahisələndirən dəlilləri ilə də razılaşmayraq, cavabdeh tərəfindən borcunun, təxminən, 95 faizinin ödənildiyi, cəmi onun qalıq borcunun 3207 manat təşkil etdiyi, habelə, ölkə üzrə məlum pandemiya şəraiti baxımından, birinci insğtansiya məhkəməsi tərəfindən dəbbə pulunun 100 manat həddində müəyyənləşdirilməsini tərəflərin qarşılıqlı əmlak mənafeyinə uyğun olan məbləğ kimi qiymətləndirir. Məhkəmə kollegiyası, həmçinin, iddiçının apellyasiya şikayətinin məhkəmə xərclərinin, o cümlədən, dövlət rüsumunun, habelə, cavabdehin və məhkəmənin öz təşəbbüsü ilə ekspertizanın keçirildinə istinadən, ekspertiza xərcinin çox hissəsinin onun payına aid edildiyini mübahisələndirən dəlilləri ilə də razılaşmır. Belə ki, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsindən isə görünür ki. ekspertə çəkilən xərglər də məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsi isə nəzərədə tutur kim, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan birinci instansiya məhkəməsi də, məhz, məhkəmə xərclərini qeyd olunan normanın tələblərinə uyğun bölüşdürmüş və iddianın təmin edilmiş hissəsinin (3207 manat) iddia tələbinin həcminin (14534.20 manat) cəmi 22 faizini təşkil etdiyini nəzərə alaraq, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 6,6 manat hissəsini cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 23,4 manatının isə sonucuya aid edilməsi, iki ekspertiza tədqiqatı üzrə isə cəmi 400 (200+200) manat məbləğində ekspertiza xərcindən 88 manat məbləğinin cavabdehdən, qalan 312 manat məbləğinin isə iddiaçıdan ekspertiza təşkilatının xeyrinə tutulması barədə düzgün olan nəticəyə gəlmişdir. Beləliklə də göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, faktlar-nöqteyi nəzərindən birinci instansiya məhkəməsi iddianı təmin etməklə, mahiyyəti üzrə düzgün nəticəyə gəlmiş və MPM-in 385.2-ci maddəsinin tələbi baxımından, qətnamə ləğv edilməsi üçün əsas yoxdur. Bu mənada, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-51/2020 saylı, xx.xx.2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-51/2020 saylı, xx.xx.2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-2(103)-585/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-585/2020
26.11.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver