Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-163/2024 27.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X4 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinin 1 saylı X3 Mərkəzinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair mülki iş üzrə qəbul olunmuş Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2364/2024 saylı, 26 iyul 2024-cü il tarixli qərardadından (hakim Elşən Abdullayev) iddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, kollegiya MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinin 1 saylı X3 Mərkəzi Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2364/2024 saylı, 26 iyul 2024-cü il tarixli qərardadı (hakim Elşən Abdullayev) ilə iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinin 1 saylı X3 Mərkəzinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair iddia ərizəsinin iddiaçıya qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinin 1 saylı X3 Mərkəzi şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, kommersiya işi Şirvan Kommersiya Məhkəməsinə göndərildiyi üçün MPM-nin 150.1.4-cü maddəsinə əsasən bu Məcəlləinin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 1998-ci il tarixli, 214 nömrəli Qərarı ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası”na əsasən Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə 10 nömrəli və xx.xx.2020-ci il tarixdə 08 nömrəli icarə müqavilələri bağlamışdır. Cavabdeh ilə bağlanılan müqavilələrdə və eyni qanunvericilikdə mübahisənin məhkəməyə qədər və pretenziya qaydasında nizama salınmasına riayət edilməsi nəzərdə tutulmamışdır. Odur ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-2364/2024 saylı qərardadını əsasız hesab edirlər. Mülki Prosessual Məcəllənin 267.1-267.3-cü maddələrinə əsasən, işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. MPM-in 268.1-ci maddəsinə görə şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Məhkəmənin xx.xx.2024-cü il tarixli e-2-2(121)-2364/2024 saylı qərardadı 1 saylı RMTM-ə xx.xx.2024-cü il tarixdə elektron məhkəmə portalı vasitəsi daxil olmuşdur. Şikayətə baxılmış, Şirvan Kommersiya Məhkəməsinin 06 avqust 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə Kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarından müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinin 1 saylı X3 Mərkəzi Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-1930/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinin 1 saylı X3 Mərkəzinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Məhkəmə qeyd edir ki, iş materiallarından iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin, həmçinin mübahisənin pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin elektron qaydada vergi ödəyicisi olan Cavabdeh (VÖEN: **********) göndərildiyi və onun tərəfindən alındığı müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.4-cü və 152.1.6-cı maddələrinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut və müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. Hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən doğru qənaətə gəlmişdir. Qeyd edilənlərə əsasən də, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidmətinin 1 saylı X3 Mərkəzi tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2364/2024 saylı, 26 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-163/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-163/2024
27.08.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver