Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-1185/2025 23.09.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, "Azəriqaz" İB tərəfindən əsassız yazılmış 1458 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda yerləşən, atası- Xıdır Orucova məxsus, qeyri-yaşayış sahəsində, yəni kafe-çayxanada, onunla cavabdeh arasında xx.xx.2022-ci tarixdə bağlanmış AMX-2846\22 saylı müqavilə əsasında mavi qazdan istifadə edirlər və sərf olunan qazın sərfiyyat xərcini qaz xəttinə quraşdırılmış, onun adına olan sayğacın aldığı qeyd əsasında ödəmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin kafe çayxanada sərf etdiyi mavi qaza görə əsassız olaraq hesablanmış borc nəticəsində qaz xətti cavabdehin əməkdaşları tərəfindən bağlanmışdır. Həmçinin qeyd edir ki, cavabdehin əməkdaşları həmin kafe çayxanada bir neçə ədəd qazdan istifadə avadanlıqlarının qoşulmasını bilsələr də həmin qeyri-yaşayış sahəsinə ELSTER tipli, G-41 markalı, ******* №-li sayğac quraşdırmışlar. xx.xx.2024-cü il tarixdə cavabdehin əməkdaşları kafeyə xx.xx.2022-ci tarixdə bağlanmış AMX-2846\22 saylı müqavilə əsasında quraşdırdıqları ELSTER tipli, G-41 markalı, ******* sayğacı sökmüşlər ki, həmin sayğacın istifadə müddəti başa çatmışdır. Yerinə isə Honeywel tipli, G-41 markalı, 13802453 №-li sayğac quraşdırdılar. xx.xx.2025-ci il tarixdə isə cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş "Təbii X3 pozulması haqqında” ******* №-li aktda qeyd edilmişdir ki, “X3 3.41-ci yarımbəndinin və istehlakçı ilə qaz paylayıcı arasında bağlanmış qazın alqısatqı müqaviləsinin 2.3.5-ci yarımbəndinin pozulması nəticəsində itirilmiş qaz sərfi hesablansın, ödənişi təmin edilsin. Cavabdehin əməkdaşları ilə aralarında xx.xx.2022-ci tarixdə bağlanmış AMX-2846\22 saylı müqavilə əsasında ELSTER tipli, G-41 markalı, ******* №li sayğac qeyd olunan kafe-çayxanaya quraşqdırılarkən həmin sayğacın qeydə alma qabiliyyəti cavabdehin əməkdaşları tərəfindən nəzərə alınmışdır. Belə olduğu halda istifadə müddətini başa vurması bəhanəsi ilə həmin sayğacın dəyişdirilməsindən sonra cavabdehin əməkdaşları tərəfindən barəsində xx.xx.2025-ci il tarixli “Təbii X3 pozulması haqqında” ******* № li akt əsassız olaraq tərtib edilməklə 1458 (bir min dörd yüz əlli səkkiz) manat məbləğində borclu olmağına dair “Abonentin saldosu” cədvəlində qeyd edilmişdir. Həmin saldodadan məlum olur ki, istifadə etdiyi mavi qaz, quraşdırılmış sayğacın qeydə aldığı məbləğlər müntəzəm olaraq tərəfindən cavabdehin bank hesabına ödənilmişdir. Yəni, cavabdehin əməkdaşlarının təqsirindən quraşdırılmış sayğac üzrə az qeydə alınmış qaz sərfiyyatına görə guya yaranmış borca görə o, təqsirli hesab edilməməlidir. Şəmkir Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli 2(076)-1651/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmuna uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, qarşı tərəfdən yoxlama gələndə o da, oğlu da orada olmamışlar. Onlar tərəfdən heç kim iştirak etməmişdir. Odur ki, tələb edilən borc məbləği əsassızdır və silinməlidir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və cavabdeh tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: qazın alqı-satqısı müqaviləsi, təbii X3 pozulması haqqında akt, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt, abonent saldosu, qaz sayğaclarının yoxlanılması protokolu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 20 avqust 2025-ci il tarixli, AMX-2846\22 saylı tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə olunmuş 07 yanvar 2025-ci il tarixli aktdan görünür ki, “X3 3.41 yarımbəndinin və istehlakçı ilə qaz paylayıcı arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 2.3.5 yarımbəndinin pozulması nəticəsində itirilmiş qaz sərfi 1458 manat olaraq aktlar bölməsindən abonet hesabına işlənmişdir. İş materiallarına əlavə olunmuş ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, Elster markalı sayğac Honeywell markalı sayğacla əvəz olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 2.11-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır, bir şərtlə ki, yoxlamaların vahid məlumat reyestrində qeydə alınsın, əks təqdirdə həmin yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu müddəa dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan Cavabdeh də fəaliyyətinə şamil edilir və bu qaydanı pozmaqla aparılmış yoxlamanın hüquqi nəticəsi yoxdur. İşin faktiki hallarından görünür ki, iddiaçıya məxsus sahibkarlıq obyektində təbii qazdan istifadə qaydalarına riayət olunmasının vəziyyəti yoxlanılmış, lakin həmin yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış, habelə yoxlamanın aparılması ilə bağlı qərar qəbul edilməmişdir. Qanunvericiliyin tələbinə əsasən vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlama aparıldığından cavabdeh tərəfindən aparılmış yoxlama qanunsuzdur və qanunsuz yoxlamanın nəticəsində yazılmış akt əsasında hesablanmış borc da abonentin hesabından silinməlidir. Cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə baxış keçirilməsi sahikarlıq sahəsində aparılan yoxlamalara aid olduğundan cavabdeh tərəfindən “X3” və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin müddəalarına riayət edilməli və yoxlama müvafiq reyestrdə qeydiyyata alınmalı idi. Məhkəmə hesab edir ki, Cavabdeh əməkdaşları tərəfindən görülmüş tədbir qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmədiyindən, keçirilmiş yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 3.2-ci maddəsinin tələbi baxımından hüquqi nəticə yarada bilməz. Qeyd olunanlara əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsində cavabdehin əməkdaşları tərəfindən aparılmış yoxlama və yoxlama nəticəsində hesablanmış borc müvafiq sahəni tənzimləyən mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı (abonent kodu: **********00019) 07 yanvar 2025-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1458 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent kodu: **********00019) 07 yanvar 2025-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1458 manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №2-2(115)-1185/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-1185/2025
23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver