Məhkəmə qərarları › İş №2(3-6)-3633/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-3633/2026

02.09.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3633/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: müqavilənin ləğv edilməsi) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Işin halları

1. Azərbaycan Respublikası Bakı şəhəri Icra Hakimiyyəti Texniki Inventarlaşdırma Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş MH seriyalı 077785 qeydiyyat vəsiqəsinin surəti ilə müəyyən olunur ki, Bakı şəhəri Yeni Yasamal 1-də yerləşən ** saylı evin ** saylı mənzili Abbasov Mirzəxan Həsənxan oğlunun adına ##.##.1997-ci il tarixdə qeydə alınmışdır.

2. ## ##### 2002-ci il tarixli ****** saylı müqavilənin surətindən görünür ki, Abbasov Mirzəxan Həsənxan oğlu ilə Cavabdeh arasında Bakı şəhəri Yeni Yasamal 1- də yerləşən ** saylı evin ** saylı mənzilinə dair alqı-satqı müqaviləsi bağlanmış və Mirzəxan Abbasovun əvəzindən müqaviləni X2 imza etmişdir.

3. ## ##### 2002-ci il tarixli etibarnamənin surətindən görünür ki, X6 Hüseynova bütün əmlakını idarə etmək, onun üzərində sərəncam verməklə yanaşı pulun alınmasını da etibar etməsi etibarnamədə göstərilmişdir.

4. Yasamal Rayon Məhkəməsinin ## ###### 2002-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə «xxxx» Kommersiya Bankının İddiaçı qarşı mənzildən çıxarılma, tələbin girov predmetinə yönəldilməsi və girov mənzilin satılmasına dair iddiasının təmin edilməsi, İddiaçı verilmiş 10400 ABŞ dolları məbləğindəki kredit üzrə yaranmış 9870 ABŞ dolları borca görə kreditorun tələbinin İddiaçı adına hüquqi qeydiyyatdan keçmiş Bakı şəhəri, Yeni Yasamal-1, ** saylı evdəki ümumi sahəsi 71,4 kv.m olan ** saylı «xxxx» KBуə girov qoyulmuş mənzilə yönəldilməsi, göstərilən mənzildən İddiaçı, X3, X4, X7 pasport qeydiyyatdan çıxarılmaları, İddiaçı, X3, X4, X7 və X11 göstərilən mənzildən çıxarılmaları, həmin mənzilin açıq hərracda məhkəmə icraçıları tərəfindən satılmasının tərəflərin iştirakı ilə təmin edilməsi, əldə edilən vəsaitdən İddiaçı «xxxx» KB-yə olan cəmi 10110 ABŞ dolları məbləğində borcunun manatla tutulması, yerdə qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir.

5. Sabunçu rayon Məhkəməsinin *(***)-****/** saylı ## ### 2010-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Abbasov Mirzəxan Həsənxan oğlunun cavabdeh X2 qarşı pul tələbinə dair iddiası rədd edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin MK-nın ## ####### 2010-cu il tarixli qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin ## ### 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-*** saylı ## #### 2011-ci il tarixli qərarı ilə müəyyən olunur ki, iddiaçı Abbasov Mirzəxan Həsənxan oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103) **** saylı ## ####### 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ## ###### 2012-ci il tarixli 2(004)- 5700/2012 tarixli qətnaməsinin surəti ilə müəyyən olunur ki, birgə iddiaçılar X11, X7 və X3 cavabdehlər İddiaçı, X2 və X1 qarşı cavabdeh İddiaçı tərəfindən cavabdeh X2 verilmiş ##.##.2002-ci il tarixli etibarnamənin verildiyi andan etibarsız hesab edilməsinə dair iddia tələbi rədd edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin ## ### 2013-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ## ###### 2012-ci il tarixli 2(004)-5700/2012 tarixli qətnaməsindən iddiaçılar X11, X7 və X3 birgə verdikləri apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

10. İddiaçı tərəfindən Cavabdeh göndərilmiş müqavilənin ləğv edilməsinə dair təkliflə müəyyən olunur ki, sonuncuya mənzilin alqısatqısına dair müqavilənin 5 gün müddətində ləğv edilməsi təklif edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

11. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ilə arasında bağlanan ****** nömrəli ## ##### 2002-ci il tarixli müqavilənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ## ##### 2002-ci il tarixdə iddiaçı İddiaçı və cavabdeh Cavabdeh arasında ****** nömrəli müqavilə bağlamışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən Bakı şəhəri Icra Hakimiyyəti Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş ##.##.1994-cü il tarixli, ******* nömrəli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan Bakı şəhəri, Yasamal-1, ev 10, mənzil 69, 71.10 kv.m. yaşayış sahəsi olan 5 otaqdan ibarət yaşayış evini Cavabdeh satmışdır. Qeyd olunan müaviləni onun əvəzinə etibarnamə əsasında X2 imzalamışdır. Həmin müqavilənin 2- ci bəndində qeyd olunur ki, satıcı İddiaçı alıcı Cavabdeh 70 000 000 (yetmiş milyon) manat almışdır. Bununla bağlı qeyd etmək istəyir ki, satdığı mənzilə görə alıcı pul vermədiyindən hüquq mühafizə orqanlara müraciət etmişdir. Müqaviləni yerinə imzalayan X2 da etiraf edir ki, satdığı mənzilə görə pul almamışdır. Belə ki, Bakı şəhər prokurorluğunun Istintaq Idarəsinin mühüm işlər üzrə müstəntiqi Ş.İ.Ismayılovun ##.##.2003-cü il tarixli qərarından görünür ki, Cavabdeh istintaqa verdiyi ifadəsində təsdiq etmişdir ki, Bakı şəhəri, Yasamal-İ, ev 10, ** nömrəli mənzilin alqı-satqı müqaviləsi aparılan zaman mənzilin dəyəri onun tərəfindən ödənilməmişdir. Həmçinin X2 Bakı şəhəri Yasamal rayon prokurorluğuna verdiyi notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh adına alqısatqı edilməsi barədə müqaviləni imzalamış, həmin mənzilin alqı-satqı ilə əlaqədar mənzilin dəyərinə müvafiq ödənilməli olan məbləğ ona verilməmişdir.

13. Cavabdehin nümayəndəsi və vəkili ##.##.2025-ci il tarixdə elektron qaydada iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iş üzrə iddiaçı bundan əvvəl də ayrı-ayrı vaxtlarda, bir neçə dəfə, müxtəlif iddialarla, müxtəlif cavabdehlərə qarşı məhkəmələrə müraciət etmişdir. Azərbaycan Respulikası Ali Məhkəməsinin ## #### 2011-ci il tarixli *(***)-*** saylı qərarında qeyd edilmişdir: Yasamal rayon Məhkəməsinin ##.##.2008-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən görünür ki, Abbasov Mirzəxan Həsənxan oğlu və onun ailə üzvləri, Cavabdeh, DƏDRX-nin Bakı Şəhəri Ərazi Idarəsinə və başqalarına qarşı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, nina 10-da yerləşən ** nömrəli mənzilin alqı-satqısına dair X2 ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 3- cü Dövlət Notariat Kontorunda təsdiq edilərək *Ə-**-*** nömrəli reyestrdə qeydə alınmış ##.##.2002-ci il tarixli ****** nömrəli, Cavabdeh ilə X9 arasında bağlanmış, 6-cı DNK-da təsdiq edilərək *Ə-*** nömrəli reyestrlə qeydə alınmış ##.##.2002-ci il tarixli alqısatqı müqavilələrin, Mehman Atakişiyevin adına DƏDRX-nin Bakı ŞƏI tərəfindən verilmiş ##.##.2002-ci il tarixli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, göstərilən mənzildə yaşayan şəxslərin müəyyən edilərək ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılmaları, iddiaçıların isə mənzilə köçürülmələri barədə qətnamə çıxarılması barədə iddiası təmin edilməmişdir. Apellyasiya Kollegiyası həmin qətnamə ilə müəyyən etmişdir ki, M.Abbasov mübahisəli mənzilin onun Ə.Hüseynova verdiyi etibarnamə əsasında ##.##.2002-ci il tarixdə Cavabdeh satmasını bilmiş, müqavilə ilə razılaşaraq müqavilənin şərtlərini bəyənmiş bununla da həmin əqdi və əqdin şərtlərini mübahisələndirmək hüququnu itirmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apellyasiya Kollegiyası hesab etmişdir ki, Yasamal rayon Məhkəməsinin ##.##.2008-ci il tarixli *(***)-***/** saylı qətnaməsi ilə müəyyən edilmiş hal bir daha sübut olunmamalıdır. Bunun ardından iş üzrə iddiaçı iddianın müxtəlif formalarından istifadə etmişdir. 2010-cu il tarixində Sabunçu rayon Məhkəməsində etibarnamə verdiyi şəxsə qarşı pul tələbi irəli sürmüş, iddiası rədd edilmişdir. Həmin iş Ali Məhkəməyə qədər davam etmiş və iddiaçının şikayətləri təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanmışdır. Ardından 2012-ci il tarixində iddiaçının ailə üzvləri onun özünə, Cavabdeh və Hüseynov Əhmədə qarşı verilmiş etibarnamənin etibarsız hesab edilməsi iddası qaldırmış, iddia tələbləri rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi qətnamədən verilən şikayəti təmin etmədən, qətnaməni dəyişdirmədən saxlamışdır. Məhkəmə elektron kabinetə əlavə etdiyi qətnamələr və Ali məhkəmənin qərarından da görünür ki, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal- 1 küçəsi, nina 10-da yerləşən ** nömrəli mənzilin alqı-satqısına dair X2 ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 3-cü Dövlət Notariat Kontorunda təsdiq edilərək *Ə-**-*** nömrəli reyestrdə qeydə alınmış ##.##.2002-ci il tarixli ****** nömrəli alqı-satqı müqaviləsini mübahisələndirmək hüququnu itirmişdir.

14. Həmçinin cavabdehin nümayəndəsi və vəkili ##.##.2025-ci il tarixdə elektron qaydada ərizə təqdim edərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsasız olması və məhkəmələr tərəfindən baxılaraq yekun qərar verilməsindən başqa, həm də qanunla müəyyən edilmiş iddia müddəti və kəsici müddət ötürülməklə verilmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026cı il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddianın təmin edilməməsi, dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.1, 6.1, 6.2, 389.1, 390.1, 421.1, 421.2, 422.1, 423.2, 442-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119, 124.2, 218.3, 216-220, 227, 358-360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən müqavilə şərtlərinin pozulması hallarına dair mötəbər sübutlar məhkəməyə təqdim edilməməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə bağlı razılaşmayaraq qeyd edir ki, ## ##### 2002-ci il tarixdə o və cavabdeh Cavabdeh arasında ****** nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1ci bəndinə əsasən Bakı şəhəri Icra Hakimiyyəti Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş ##.##.1994-cü il tarixli,******* nömrəli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan Bakı şəhəri, Yasamal-İ, ev 10, mənzil 69, 71.10 kv.m. yaşayış sahəsi olan 5 otaqdan ibarət yaşayış evini Cavabdeh satmışdır. Qeyd olunan müqaviləni onun əvəzinə etibarnamə əsasında X2 imzalamışdır. Həmin müqavilənin 2-ci bəndində qeyd olunur ki, satıcı İddiaçı alıcı Cavabdeh 70 000 000(yetmiş milyon) manat almışdır. Satdığı mənzilə görə alıcı pul vermədiyindən hüquq mühafizə orqanlara və məhkəmələrə müraciət etmişdir. Müqaviləni onun yerinə imzalayan X2 da etiraf edir ki, satdığı mənzilə görə pul almamışdır. Belə ki, Bakı şəhər prokurorluğunun Istintaq Idarəsinin mühüm işlər üzrə müstəntiqi Ş.İ.Ismayılovun ##.##.2003-cü il tarixli qərarından görünür ki, Cavabdeh istintaqa verdiyi ifadəsində təsdiq etmişdir ki, Bakı şəhəri, Yasamal- İ, ev 10, ** nömrəli mənzilin alqı-satqı müqaviləsi aparılan zaman mənzilin dəyəri onun tərəfindən ödənilməmişdir. Həmçinin X2 Bakı şəhəri Yasamal rayon prokurorluğuna verdiyi notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh adına alqı-satqı edilməsi barədə müqaviləni imzalamış, həmin mənzilin alqı-satqı ilə əlaqədar mənzilin dəyərinə müvafiq ödənilməli olan məbləğ ona verilməmişdir. Beləliklə, qeyd olunanlardan göründüyü kimi, alqı-satqı müqavilənin tərəfləri – satan, onun yerinə imza edən X2 bildirir ki, satdığı mənzilə görə pul almamış, alıcı qismində çıxış edən iş üzrə cavabdeh Cavabdeh da istintaqa verdiyi ifadəsində təsdiq etmişdir ki, Bakı şəhəri, Yasamal-İ, ev 10, ** nömrəli mənzilin alqı-satqı müqaviləsi aparılan zaman mənzilin dəyəri onun tərəfindən ödənilməmişdir. Qeyd olunan səbədən hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi tam ləğv edilməli və iddia tələbi təmin edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

20.

21. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

22. 2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır;

23. 6.1-ci maddəsinə əsasən, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı prinsipləri mülki qanunvericiliyin prinsipləri kimi göstərilmişdir.

24. 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər;

25. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

26. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.

27. 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

28. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

29. 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

30. 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

31. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

39. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası izahatları, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

42. Işin hallarından görünür ki, Bakı şəhəri Yeni Yasamal 1-də yerləşən ** saylı ev 69 ünvanında yerləşən mənzil əvvəlcə iddiaçının xüsusi mülkiyyətində olmuş və bu hüquq ##.##.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Daha sonra, ## ##### 2002-ci il tarixli notarial qaydada təsdiqlənmiş etibarnamə ilə iddiaçı, X2 bütün əmlakını idarə etmək, onun üzərində sərəncam vermək, alqı-satqı və s. müqavilələr imzalamaq, pul almaq səlahiyyətlərini etibar etmişdir. Etibarnamə qüvvədə olduğu müddətdə X2 göstərilən səlahiyyətlərdən istifadə edərək ## ##### 2002-ci il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən mənzili hazırki iş üzrə cavabdehə satmışdır. Hazırda iddiaçı qeyd olunan ## ##### 2002-ci il tarixdə notarial qaydada bağlanmış müqavilənin ləğv edilməsini tələb etmişdir.

43. Qeyd edilməlidir ki, etibarnamə iddiaçı tərəfindən könüllü şəkildə verilmiş, qanuni qaydada tərtib olunmuş və onun ləğv edilməsi barədə notariat orqanlarına müraciət edilmədiyindən, o, qüvvədə olduğu müddət ərzində - alqı-satqı müqaviləsi bağlanarkən hüquqi qüvvəyə malik olmuşdur.

44. Həmçinin iş materialları ilə müəyyən edilir ki, birgə iddiaçılar X11, X7 və X3 cavabdehlər İddiaçı, X2 və X1 qarşı cavabdeh İddiaçı tərəfindən cavabdeh X2 verilmiş ##.##.2002-ci il tarixli etibarnamənin verildiyi andan etibarsız hesab edilməsinə dair iddia tələbi irəli sürmüşlər, lakin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ## ###### 2012-ci il tarixli 2(004)-5700/2012 tarixli qətnaməsi ilə tələb təmin edilməmişdir. Qeyd olunan qətnamə Bakı Apellyasiya Məhkəməsinin ## ### 2013- cü il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsi ilə müqavilənin ləğv edilməsi üçün əsaslar göstərilmişdir. Ilkin olaraq müqavilənin ləğv edilməsi əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (421.1). Bu maddə müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsinin digər əsası isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində göstərilmişdir. Həmin maddəyə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, bu pozuntu digər tərəfə müqavilənin məqsədinə nail olunmasına imkan vermir. Mühüm pozuntunun vurduğu zərər (ziyan) özündə həm çəkilən əlavə xərcləri, həm də nəzərdə tutulan mümkün gəlirlərin əldə edilməməsini, habelə müvafiq tərəfin mənafeyinə mühüm dərəcədə toxunan digər nəticələri birləşdirir.

46. Birinci instansiya məhkəməsi sadalanan normaların tələblərinə əsasən müəyyən etmişdir ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğvinə dair tərəflər arasında razılaşma olmamış, eyni zamanda müqavilədə onun ləğv edilməsi və ya müqavilənin icrasından birtərəfli qaydada imtina edilməsi halları tərəflər arasında razılaşdırılmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin xüsusiyyətləri, forması və məzmunu nəzərə alınmaqla, hazırkı mülki mübahisədə müqavilənin ləğvi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinin (tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər), eləcə də həmin məcəllənin 422.1-ci maddəsinin (tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir) dispozisiya şərtləri mövcud deyil və hazırkı mübahisəyə tətbiqi imkanları istisna edilir.

47. Kollegiya apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, alqı-satqı müqaviləsi qarşılıqlı xarakterli əqddir. Hər iki tərəfdə qarşılıqlı subyektiv hüquq və vəzifələrin olması bu müqavilənin zəruri şərtlərindən biridir. Iddiaçı alqı-satqı müqaviləsinin bağlanmasından 23 il keçdikdən sonra müqavilə üzrə mənzilin alqı-satqısına görə müəyyən edilmiş məbləğin ona verilməməsi əsası ilə ## ##### 2002-ci il tarixli müqavilənin ləğvini xahiş edir. Müqavilənin ləğvi üçün qanunvericilikdə nəzərdə tutulmuş halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Bununla belə, iddiaçı tərəfindən müqavilə şərtlərinin pozulması hallarına dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Müqavilə üzrə səlahiyyətli tərəflərin hər biri sözügedən müqavilənin şərtləri ilə razılaşaraq, onu könüllü və iradə ifadələrinə uyğun bağlamışdırlar. Müqavilənin ləğv edilməsi üçün əsaslar – müqavilə bağlandıqdan sonra onun şərtlərinin cavabdeh tərəfindən pozulması, bununla da iddiaçıya əhəmiyyətli zərər vurulması və iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması halları müəyyən edilməmişdir. Belə olan halda tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur.

48. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

49. Kollegiya qeyd edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi, sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. Işin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

50. Kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. Işin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz.

51. Həmçinin birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin məcəllənin 373.2-cü maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. Iddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı aradan qalxır. Hər bir halda, iddia tələbinin özünün əsassız olması, yəni heç bir qanuni və ya hüquqi əsasa söykənməməsi, müvafiq iddia tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsinə əsas vermir. Hazırkı iddia tələbinin təmin olunmaması hər hansı müddətin keçib-keçməməsindən asılı olmamaqla, özü özlüyündə iddia tələbini əsassız olmasının nəticəsidir. Hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə təmin edilmədiyindən iddia (kəsici) müddətinin tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır.

52. Kollegiya iddia müddətinin tətbiqi məsələsinə dair birinci instansiya məhkəməsinin yanaşmasını qanuni və əsaslı hesab edir.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

55. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

56. Kollegiya hesab edir ki, hazırki halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar