Məhkəmə qərarları › İş №2(3-6)-2366/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2366/2026

11.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2366/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. ## ###### 2025-ci il tarixli, BA ****** nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Mercedes Benz” markalı, 77- TT-099 dövlət qeydiyyat nişanlı, tünd göy metallik rəngli, W1N1673611A800977 ban nömrəli, 2022-ci il buraxılışlı, universal tipli nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir.

2. Cavabdeh Abşeron rayon Polis idarəsində ## #### 2025-ci il tarixdə verdiyi izahatdan görünür ki, o, ## #### 2025-ci il tarixdə, təxminən saat 21:30 radələrində etibarnamə ilə idarə etdiyi “Mercedes Benz” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Novxanı kəndi H.Əliyev küçəsində hərəkətdə olarkən idarə etməni itirərək, hərəkətdə olan “Mercedes Benz” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə, daha sonra isə “Toyota” markalı 10- TK- 633 dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır.

3. “xxxx” MMC tərəfindən verilmiş Z***/***** nömrəli təmir sifarişi aktından görünür ki, “Mercedes Benz” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci görülən işlər üçün 1124,26 manat, ehtiyat hissələri üçün 17184,82 manat olmaqla, cəmi 21604,71 manat müəyyən edilmişdir.

4. ## #### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh ## #### 2025-ci il tarixində, Novxanı kəndi H.Əliyev küçəsi ərazisində “Mercedes Benz E200 CDI minik” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, Azərbaycan Respublikası IXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir.

5. “xxxx” MMC tərəfindən təqdim edilmiş ## ###### 2026-cı il tarixli hesabatdan görünür ki, “Mercedes Benz” markalı, “GLE 53 AMG 4 Matic Coupe” model, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baş vermiş qəza nəticəsində dəymiş zərərin məbləği 20504,7 manat təşkil etmiş, 10% köhnəlmə əmsalı tətbiq edildikdən sonra avtomobilə dəymiş zərərin məbləği yuvarlaq olaraq 18500 manat kimi müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus 2022-ci il buraxılışlı, “Mercedes Benz” markalı, “GLE 53 AMG 4Matic Coupe” model, **-TT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin təmir-bərpası üçün 17448,71 manat məbləğində maddi zərərin, avtomobilə dəyən real ziyana görə isə 11000 manat, ümumilikdə 28448,71 manat məbləğində pul vəsaitinin, habelə məhkəməyə müraciət etmək üçün ödənilmiş 176 manat dövlət rüsumunun və hüquqların bərpa edilməsi üçün hüquqi yardıma görə ödənilmiş 400 manat pul məbləğinin cavabdeh Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Iddia işin yuxarıda qeyd olunan halları ilə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, hadisədən sonra avtomobilə dəymiş ziyanın ödəməsini inzibati xəta törədən şəxs Cavabdeh öhdəsinə götürsə də, sonradan ona dəymiş ziyanı ödəməkdən boyun qaçırmış və o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Avtomaşınının təmirə ehtiyacı olduğu üçün onun istifadəsinə məhdudiyyət yaranmışdır. Nəticədə mülkiyyətində olan avtomaşının istifadəsindən məhrum olmuşdur. Avtomobilinə dəymiş ziyanla bağlı Mercedes- Benz servizi ilə maraqlandıqda bildirdilər ki, avtomobilin təmir edilərək əvvəlki vəziyyətə gətirilməsi üçün 21604,71 manat məbləğində pul lazımdır. Bu məbləğin 4156 manat olan hissəsi sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Nəticədə cavabdeh Cavabdeh tərəfindən dəymiş maddi ziyanın qalan hissəsi olan 17448,71 manat məbləğində pul vəsaiti ödənilməmişdir. Zərərin öz təqsiri ilə vurduğu ziyana görə tam məsuliyyət daşıdığını nəzərə alaraq, iddiaçı həmin fərq məbləğinin ödənilməsini tələb edir. Belə ki, 2022-ci il buraxılışlı, “Mercedes Benz" markalı, "GLE 53 AMG 4Matic Coupe" model, **-TT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hazırki orta bazar qiymətindən nəqliyyat vasitəsinə dəymiş maddi ziyan çıxıldıqda (168000-157000= 11000) nəqliyyat vasitəsinə dəyən real ziyan 11000 manat təşkil edir. Yəni, nəqliyyat vasitəsi təmir olunduqdan sonra onun hazırkı orta bazar qiymətinə satılması real deyildir. Faktiki olaraq maddi ziyan vurulduğuna görə nəqliyyat vasitəsinin qiyməti düşmüşdür, belə olan halda iddiaçının həmin avtomobili eyni qiymətə sata bilməsi mümkünsüzdür və nəticə etibarilə iddiaçıya maddi ziyan dəymişdir. Qeyd edildiyi kimi 2022-ci il buraxılışlı, “Mercedes Benz” markalı, "GLE 53 AMG 4Matic Coupe ” model nəqliyyat vasitəsinin qəzadan əvvəlki orta bazar qiyməti bugün 168000 manat təşkil edir.

8. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, rəylə razı deyil, maşının bazar qiymətinin düşməsini qəbul etmir.

9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz” markalı, “GLE 53 AMG 4Matic Coupe” model, **-TT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin əvəzi kimi 16348,7 manat, hüquqların bərpa edilməsi üçün hüquqi yardıma görə ödənilmiş 300 manat və məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 139.95 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

10. Qətnamənin əsaslarına görə, İddiaçı məxsus “Mercedes Benz” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh idarə etdiyi “Mercedes Benz” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə yol-nəqliyyat hadisəsi baş vermiş və həmin hadisə nəticəsində “Mercedes Benz” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Həmçinin, hadisənin baş verməsində “Mercedes Benz” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Iddiaçı bildirmişdir ki, icbari sığortalar haqqında qanunvericilikdə nəzərdə tutulmuş 4156 manat sığorta ödənişini almışdır. Hazırda iddia tələbi avtomobilin təmir-bərpası üçün 17448,71 manat məbləğində maddi ziyanın, avtomobilə dəyən real ziyana görə isə 11000 manat, ümumilikdə 28448,71 manat məbləğində pul vəsaitinin, habelə məhkəməyə müraciət etmək üçün ödənilmiş 176 manat dövlət rüsumunun və hüquqların bərpa edilməsi üçün hüquqi yardıma görə ödənilmiş 400 manat pul məbləğinin cavabdehdən tutulmasından ibarətdir. Avtomobilin təmir-bərpası üçün maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmə tərəfindən müəyyən edilir ki, qəza Cavabdeh təqsirli hərəkəti nəticəsində baş vermişdir. Belə olan halda, yuxarıda sadalanmış mülki qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ona vurulmuş ziyanın əvəzini tələb etməkdə haqlı olmuşdur. Ziyanın məbləği ilə bağlı olaraq, məhkəmə qeyd edir ki, iddiaçı avtomobilə zərər dəyməsi nəticəsində avtomobilin təmiri ilə bağlı onun tərəfindən ödənilmiş “xxxx” MMC-nin təmir sifarişi aktına əsasən, avtomobilin bərpası üçün cəmi 21604,71 manat məbləğində xərcdən sığorta ödənişi çıxılmaqla qalıq 17448,71 manat xərcin cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə iclasında cavabdeh göstərilmiş ziyan məbləği ilə razı olmamış, onu mübahisələndirmişdir. Bu səbəbdən, avtomobilə dəymiş zərərin məbləğinin hesablanması üçün mülki iş məhkəmə tərəfindən xxxxna göndərilmiş və ekspert tərəfindən verilmiş rəydən görünür ki, “Mercedes Benz” markalı, “GLE 53 AMG 4 Matic Coupe” model, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baş vermiş qəza nəticəsində dəymiş zərərin məbləği 20504,7 manat təşkil etmiş, 10% köhnəlmə əmsalı tətbiq edildikdən sonra avtomobilə dəymiş zərərin məbləği yuvarlaq olaraq 18500 manat kimi müəyyən edilmişdir. Belə ki, məhkəmə hesab edir ki, ekspert rəyinə tənqidi ilə yanaşmaq əsas olmadıqdan, dəymiş zərərin məbləği rəydə göstərilnən həcmdə müəyyən edilməlidir. Lakin, eyni zamanda, 10% köhnəlmə əmsalı bu halda tətbiq etməyin əsası olmadığından, dəymiş zərərin məbləği 20504,7 kimi müəyyən edilir. Eyni zamanda, iddiaçı tərəfindən alınan sığorta ödənişini nəzərə alaraq, avtomobilə baş vermiş qəza nəticəsində dəymiş zərərin məbləğinin 20504,7 manat məbləğindən 4156 manat məbləğində sığorta ödənişi çıxmaq şərtilə, zərərin əvəzinin geri qalan hissəsinin, yəni (20504.7- 4156=) 16348.7 manatın cavabdehdən tutulması məqsədəmüvafiqdir. Tələbin digər hissəsi, avtomobilə dəyən real ziyana görə isə 11000 manat məbləğinin ödənilməsi ilə bağlı, məhkəmə vurğulayır, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllənin sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Belə ki, yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilmiş hüquqi mövqeyi nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı “real zərərini” təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, tələb həmin hissədə təmin edilməməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096, 1097, 1108-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri.

a) Apellyasiya şikayətinin dəlilləri

12. Həmin qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Şikayətin dəlillərinə görə, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilərək dəymiş zərərin əvəzi kimi 16348,7 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmalı olduğu qənaətinə gəlmək üçün yalnız xxxx tərəfindən təqdim edilmiş ## ###### 2026-cı il tarixli, MEB-***-**** nömrəli hesaba istinad etmiş, hətta həmin hesabatla tətbiq edilmiş 10 faizlik köhnəlmə əmsalını belə nəzərə almamışdır. Bundan başqa, xxxx tərəfindən araşdırma aparılarkən, artıq iddiaçıya məxsus avtomobildə heç bir xəsarət mövcud olmamışdır. Avtomobilə vizual olaraq baxmaqla isə, ona məhz cavabdeh tərəfindən şvurulmuş zərərin məbləğinin obyektiv olaraq müəyyənləşdirilməsi isə qeyri mümkün idi. Halbuki, iş materiallarında olan sənədlərdən və fotoşəkillərdən də aydın olur ki, iddiaçıya məxsus avtomobilə vurulmuş zərər kifayət qədər cüzi olmuş, sığorta şirkəti tərəfindən ödənilmiş sığorta ödənişi həmin zərərin aradan qaldırılması üçün kifayət etmişdir. Iddiaçı isə, hazırki iddia ilə məhkəməyə müraciət etməklə, əsassız varlanmaq niyyətində olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etirazın məzmunu iddianın əsaslandırılması ilə eyni məzmun təşkil edir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

16. Iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin olunmadan, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər. Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu: 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayəti ilə qətnamənin tam ləğv olunması xahiş edilsə də, iddia tələbi rədd edilən hissədə qətnamə cavabdeh tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia tələbinin rədd edilən hissəsində hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə belə nəticəyə gəlinir ki, birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamə dəyişdirilməlidir.

21. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçıya məxsus avtomobilə vurulmuş zərər kifayət qədər cüzi olmuş, sığorta şirkəti tərəfindən ödənilmiş sığorta ödənişi həmin zərərin aradan qaldırılması üçün kifayət etmişdir.

22. Lakin iş materiallarından görünür ki, hadisənin baş verməsindən 10 gün sonra “xxxx” MMC tərəfindən verilmiş təmir sifarişi aktında dəyişilməli olan ehtiyat hissələri “xxxx” MMC tərəfindən təqdim edilmiş ## ###### 2026-cı il tarixli hesabatda göstərilən ehtiyat hissələri ilə eyniyyət təşkil edir, qiymətlən arasında da kəskin fərq mövcud deyildir. Birinci instansiya məhkəməsi də qiymətin daha aşağı göstərildiyi rəyi əsas götürərək iddianın qismən təmin olunması qənaətinə gəlmişdir.

23. Bundan başqa işin hallarından görünür ki, cavabdehin idarə etdiyi avtomobil iddiaçının mülkiyyətində olan “Mercedes Benz” markalı, “GLE 53 AMG 4Matic Coupe” model, **-TT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa sol hissəsi ilə toqquşmuşdur və dəyişilməli olan hissələr də (arxa sol amartizator, arxa sol qanadaltı və s.) məhz avtomobilin arxa hissəsi ilə toqquşma nəticəsində sıradan çıxmış (zədələnmiş) ehtiyat hissələridir.

24. Həmçinin, cavabdeh tərəfindən məhkəməyə şikayətin dəlillərini təsdiq edən hər hansı bir sübut, məsələn, ehtiyat hissələrinin qiymətinin, zərərin məbləğinin daha aşağı olması ilə bağlı qiymətləndirmə, qüsur aktı təqdim olunmamışdır.

25. Lakin məhkəmə kollegiyası məhkəmənin hesabatla tətbiq edilmiş 10 faizlik köhnəlmə əmsalını nəzərə almamaması ilə bağlı apellyatorun dəlili ilə razılaşaraq qeyd edir ki, köhnəlmə əmsalı o vaxt tətbiq edilməyə bilərdi ki, iddiaçı tərəfindən məhkəməyə məhz yeni ehtiyat hissələrinin alınması ilə bağlı sübut təqdim olunsun. Lakin iddiaçı tərəfindən belə bir sübut təqdim olunmadığından birinci instansiya məhkəməsi tərəfindən zərərin məbləği müəyyənləşdirilərkən könəlmə əmsalı nəzərə alınaraq müəyyən olunmalı idi.

26. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, dəymiş zərər olaraq köhnəlmə əmsalı nəzərə alınmaqla 18500 manat məbləğindən 4156 manat məbləğində sığorta ödənişi çıxmaq şərtilə, zərərin əvəzinin geri qalan hissəsinin, yəni (18500-4156=) 14344 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması məqsədəmüvafiqdir.

27. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə tutulmalı olan pul məbləği hissəsində düzgün olmadığından, iddiaçının apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin dəyişdirilməsinə əsas verir. Buna görə də iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə müzakirə olunan qaydada dəyişdirilməlidir.

28. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi zərərin əvəzi qismində tutulmalı olan pul vəsaitinin məbləği hissəsində dəyişdirilsin. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus 2022-ci il buraxılışlı, “Mercedes Benz” markalı, “GLE 53 AMG 4Matic Coupe” model, **-TT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin əvəzi kimi 14344 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçı İddiaçı ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar