Məhkəmə qərarları › İş №2(3-6)-4104/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-4104/2026

07.09.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-4104/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil-Tikinti kooperativinə qarşı 10.000.000 manat “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadına əsasən iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil-Tikinti kooperativinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddia ərizəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı kimi o, cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı mülki hüquq pozuntusu (delikt) əsası ilə şəxsiyyət hüquqlarının və istehlakçı hüquqlarının pozulması ilə əlaqədar istehlakçı - alıcı (“payçı” - Cavabdeh Mənzil Tikinti Kooperativinin üzvü) kimi ona vurulmuş mənəvi zərərin əvəzi kimi (mənəvi zərərin pul kompensasiyası kimi) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2020-ci il tarixli Qərarında və "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** nömrəli ## ###### 2025-ci il tarixli Qərarında göstərildiyi kimi pozuntunun adekvat (uyğun) və effektiv (səmərəli) şəkildə aradan qaldırılması prinsipinə uyğun olaraq həll edilməsi məqsədilə cavabdeh - satıcı Cavabdeh Mənzil-Tikinti Kooperativindən iddiaçı - istehlakçı (alıcı) kimi (“payçı”- Cavabdeh Mənzil-Tikinti Kooperativinin üzvü kimi) onun xeyrinə 10.000.000 (on milyon) manat pul məbləğinin (mənəvi təzminatın) tutulması; “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci, 26-cı, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci, 9.4-cü və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddələrinə əsasən, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 109.3-cü maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında formalaşdırılmış məcburi hüquqi mövqelərinə əsasən, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin *-**/*-D-**-**/**** nömrəli ## ### 2026-cı il tarixli və *-**/*-D-**/*-**/**** nömrəli ## #### 2026-cı il tarixli məktublarında, Azərbaycan Respublikasının Ali Məhkəməsinin *-*-**-*/*- D-****/*-**-****/**** nömrəli ## ##### 2026-cı il tarixli məktubunda və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin *-**-*/*-******/**** nömrəli ## #### 2026-cı il tarixli məktubunda göstərildiyi kimi iddiaçı-istehlakçı (alıcı - Cavabdeh Mənzil-Tikinti Koopertivinin üzvü) kimi onun dövlət rüsumunu ödəməkdən azad olunmağı ilə əlaqədar, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.4-cü maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdeh-satıcı Cavabdeh Mənzil-Tikinti Kooperativindən tutularaq dövlət gəlirlərinə alınmasının (dövlət büdcəsinə köçürülməsinin) təmin edilməsi barədə ## #### 2026- cı il tarixli iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(5- 104) ****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı (hakim Aydan Oruclu) ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(5-104)-3 ***/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 150.1.2- ci, 151.1-ci və 152.1.5-ci maddələrinə istinad edilməklə belə əsaslandırılmışdır: İş materiallarına əsasən müəyyən olunur ki, iddia ərizəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır”. Hesab edir ki, hazırki iddia ərizəsi üzrə iddiaçı kimi onun dövlət rüsumunu ödəməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə tam qanunsuz və əsassızdır və hazırki iddia ərizəsinin geri qaytarılması barədə qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardadda birinci instansiya məhkəməsi tam qanunsuz və əsassız olaraq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 150.1.2-ci və 152.1.5-ci maddələrini tətbiq etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(5-104)-3 ***/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadının qanunsuz və əsassız olması onunla əlaqədardır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 109.3cü maddəsinə əsasən mənzil-tikinti kooperativləri istehlak kooperativləridir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1-ci maddəsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.1 və 110.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında göstərilmişdir: “Mülki Məcəllənin 109.1-ci maddəsinə əsasən, kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Bu anlayışda kooperativin mahiyyətini xarakterizə edən, onu təşkilati-hüquqi forma olaraq digər hüquqi şəxslərdən fərqləndirən cəhətlər öz əksini tapmışdır. Qanunverici kooperativi hər hansı gəlir əldə etmək niyyəti olmadan, fiziki və ya hüquqi şəxslərin əsasən eyni (oxşar) olan şəxsi tələbat və maraqlarını təmin etmək məqsədi ilə könüllü şəkildə öz imkan və vəsaitlərini birləşdirməklə yaratdıqları xüsusi növ hüquqi şəxs kimi müəyyən etmişdir. Kooperativlərin ən geniş yayılmış növü olan mənzil-tikinti kooperativlərinin anlayışı Mənzil Məcəlləsinin 109.1-ci maddəsində müəyyən edilmişdir. Həmin maddəyə görə, yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. Məhz üzvlərin konkret ehtiyacının (yaşayış sahəsinə olan tələbatın) təmin edilməsi məqsədilə yaradıldığı üçün mənzil-tikinti kooperativləri istehlak xarakterli olmaqla müəyyən müddətə təşkil edilir, nəzərdə tutulmuş məqsədə nail olunduğu halda kooperativin fəaliyyətinə son qoyulur”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Qeyd edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 109.3-cü maddəsində mənzil-tikinti kooperativlərinin hüquqi statusuna görə istehlak kooperativləri olması imperativ olaraq və birmənalı şəkildə göstərilmişdir. Digər tərəfdən yuxarıda qeyd etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında məhz üzvlərin konkret ehtiyacının (yaşayış sahəsinə olan tələbatın) təmin edilməsi məqsədilə yaradıldığı üçün mənzil-tikinti kooperativlərinin istehlak xarakterli olmaqla müəyyən müddətə təşkil edilməsi barədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müvafiq maddələrinin məcburi şərhi verilmişdir. Beləliklə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 109.3-cü maddəsinin imperativ (məcburi) tələbləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında formalaşdırılmış məcburi hüquqi mövqeləri baxımından (mülki və mənzil qanunvericiliyində müəyyənləşdirilmiş imperativ müddəalar baxımından) mənzil-tikinti kooperativlərinin üzvləri həmin mənzil-tikinti kooperativlərinə münasibətdə yaranmış istənilən məsələlər üzrə (hər hansı bir münasibətlər və ya mübahisələr üzrə) istehlakçı kimi (istehlakçı qismində) çıxış edirlər və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları mənziltikinti kooperativlərinə münasibətdə yaranmış istənilən məsələlər üzrə (hər hansı bir münasibətlər və ya mübahisələr üzrə) istehlakçı kimi (istehlakçı qismində) çıxış edən həmin mənzil-tikinti kooperativlərinin üzvlərinə də şamil olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə (hüquq və azadlıqların məhkəmə təminatı) əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 26cı maddəsinə (istehlakçıların hüquqlarının məhkəmə müdafiəsi) əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə (əsas anlayışlar) əsasən bu Qanunda istifadə edilən anlayışlar: istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir, icraçı - iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkardır, satıcı - alqı-satqı əməliyyatı aparan, mal satan müəssisə, idarə, təşkilat və ya sahibkardır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə (istehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi) əsasən istehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan və bu Qanuna müvafiq qəbul edilmiş digər normativ-hüquqi aktlardan ibarətdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsində (mənəvi ziyanın ödənilməsi) göstərilmişdir: “İstehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir”. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bu baxımdan alıcı - “payçı” (Cavabdeh Mənzil- Tikinti Kooperativinin üzvü) kimi onunla satıcı Cavabdeh Mənzil-Tikinti Kooperativi arasında bağlanmış cavabdeh - satıcı Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilmiş Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi ** saylı binada yerləşən ümumi sahəsi 196.4 kv.metr olan 4 (dörd) otaqlı ** saylı mənzilinin ## ###### 2007-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn istehlak münasibətlərində alıcı - istehlakçı kimi onun şəxsiyyət hüquqlarının və istehlakçı hüquqlarının cavabdeh - satıcı Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən mülki hüquq pozuntusu (delikt) əsası ilə pozulması nəticəsində alıcı - istehlakçı kimi ona mənəvi zərərin vurulması ilə əlaqədar olaraq iddiaçı kimi onun cavabdeh Cavabdeh Mənzil- Tikinti Kooperativinə qarşı irəli sürdüyü mülki hüquq pozuntusu (delikt) əsası ilə şəxsiyyət hüquqlarının və istehlakçı hüquqlarının pozulması ilə əlaqədar istehlakçı - alıcı (“payçı” - Cavabdeh Mənzil-Tikinti Kooperativinin üzvü) kimi ona vurulmuş mənəvi zərərin əvəzi kimi (mənəvi zərərin pul kompensasiyası kimi) cavabdeh - satıcı Cavabdeh Mənzil Tikinti Kooperativindən iddiaçı - istehlakçı (alıcı) kimi (“payçı”- Cavabdeh Mənzil-Tikinti Kooperativinin üzvü kimi) onun xeyrinə 10.000.000 (on milyon) manat pul məbləğinin (mənəvi təzminatın) tutulması barədə hazırki iddia tələbi ilə əlaqədar (iddia ərizəsi üzrə) iddiaçı - istehlakçı (alıcı - Cavabdeh Mənzil-Tikinti Koopertivinin üzvü) kimi o “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci və 26-cı maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 109.3-cü maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2021 -ci il tarixli Qərarında formalaşdırılmış məcburi hüquqi mövqelərinə əsasən dövlət rüsumunu ödəməkdən azad olunmağı ilə əlaqədar, dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.4-cü maddəsinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən hazırki mülki işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdeh - satıcı Cavabdeh Mənzil-Tikinti Kooperativindən tutularaq dövlət gəlirlərinə alınmalıdır (dövlət büdcəsinə köçürülməlidir). Lakin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadında Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 109.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativlərinin hüquqi statusuna görə istehlak kooperativləri olması və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən işə baxan məhkəmələr üçün məcburi şərh olan '‘Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1 ci maddəsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.1 və 110.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında formalaşdırılmış məcburi hüquqi mövqeyində göstərildiyi kimi mənzil-tikinti kooperativlərinin istehlak xarakterli olması, bu baxımdan mülki və mənzil qanunvericiliyində müəyyənləşdirilmiş imperativ müddəalar baxımından mənzil-tikinti kooperativlərinin üzvlərinin həmin mənzil-tikinti kooperativlərinə münasibətdə yaranmış istənilən məsələlər üzrə (hər hansı bir münasibətlər və ya mübahisələr üzrə) istehlakçı kimi (istehlakçı qismində) çıxış etməsi və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarının mənzil-tikinti kooperativlərinə münasibətdə yaranmış istənilən məsələlər üzrə (hər hansı bir münasibətlər və ya mübahisələr üzrə) istehlakçı kimi (istehlakçı qismində) çıxış edən həmin mənzil-tikinti kooperativlərinin üzvlərinə də şamil olunması, bununla da hazirki iddia tələbi üzrə iddiaçı - istehlakçı (alıcı - Cavabdeh Mənzil-Tikinti Koopertivinin üzvü) kimi onun “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12- ci və 26-cı maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 109.3-cü maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında formalaşdırılmış məcburi hüquqi mövqelərinə əsasən dövlət rüsumunu ödəməkdən azad olunması qanunsuz və əsassız olaraq nəzərə alınmamışdır və həmin normalar qanunsuz və əsassız olaraq tətbiq edilməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, iddiaçı İddiaçı tərəfindən məhkəməyə ərizələr daxil olmuşdur. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. - 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi Mülki Prosessual Məcəllənin tələblərinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Bu tələbə əməl edilməməsi iddia ərizəsinin geri qaytarılması üçün qanuni əsas təşkil edir. İddiaçı şikayətində birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsassız olduğunu göstərsə də, dövlət rüsumunun ödənilməməsi ilə bağlı məhkəmənin müəyyən etdiyi halı təkzib edən və ya həmin rüsumdan azadolma, möhlət verilməsi və ya hissə-hissə ödənilməsi üçün qanuni əsasların mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçı şikayətində “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci, 26-cı, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci, 9.4-cü maddələrinə istinad edərək istehlakçı kimi iddia qaldırmasını bildirsə də, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğunluğunu düzgün qiymətləndirmiş, həmin iddia üzrə dövlət rüsumunun ödənilməli olduğunu, lakin bu rüsumun ödənilməsini təsdiq edən sənədin təqdim edilməməsini nəzərə alaraq iddia ərizəsini geri qaytarmaqla prosessual qanunvericiliyin tələblərinə uyğun və əsaslandırılmış nəticəyə gəlmişdir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar