Məhkəmə qərarları › İş №3(3-6)-3248/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3248/2026

30.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3248/2026 30.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rəcəbov Tapdıq Tahir oğlunun iştirakı ilə, Rəcəbov Tapdıq Tahir oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Rəcəbov Tapdıq Tahir oğlu ##.##.2026-cı il tarixdə, 23:50 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində ictimai qaydanı pozmuş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu barədə Səbail RPİ-nin 9-cu polis şöbəsinin sahə inspektoru X1 tərəfindən ##.##.2026cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Səbail Rayon Məhkəməsinə təqdim olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı ilə Rəcəbov Tapdıq Tahir oğlu Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs tətbiq edilmiş, əməlində Azərbaycan Respublikası İXM-nin 510.1-ci maddəsi üzrə xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilmiş, inzibati həbs haqqında qərar dərhal icra edilmiş, inzibati həbsdə saxlama müddətinin əvvəli ## ######## 2026-cı il tarixdən saat 14:35-dən hesablanmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)- ****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarın dəyişdirilməsi və Rəcəbov Tapdıq Tahir oğlunun barəsində AR İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Rəcəbov Tapdıq Tahir oğlu verilmiş şikayəti müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və barəsində 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilməməlidir. Belə ki, iş materiallarında olan iş materiallarında olan ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Rəcəbov Tapdıq Tahir oğlu ##.##.2026-cı il tarixdə, 23:50 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində ictimai qaydanı pozmuş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və nəticədə Rəcəbov Tapdıq Tahir oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Rəcəbov Tapdıq Tahir oğlu barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materialları inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün araşdırmış və əsaslı olaraq onun İXM-in 535.1-ci maddəsi ilə təqsirli olması və İXM-nin 510.1-ci maddəsi üzrə xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Rəcəbov Tapdıq Tahir oğlu barəsində inzibati tənbeh tədbiri seçərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6, 9, 32, 33 və 34.2-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələbinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki halda Rəcəbov Tapdıq Tahir oğlu barəsində birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh İXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Şikayət təmin edilməsin. Rəcəbov Tapdıq Tahir oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar