Məhkəmə qərarları › İş №3(3-7)-548/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-548/2026

30.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-548/2026 30.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi (vəkil) X2 iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməsinə dair Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixində, saat 10:20 radələrində qonşusu Zərərçəkmiş şəxs üz nahiyəsindən 2 dəfə yumruq zərbəsi ilə vuraraq, onu döydüyü üçün barəsində IXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Səfərova Aynur) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. IŞIN HALLARI: ##.##.2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, ##.##.2026-cı il tarixdə Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-in 157-ci maddəsinə əsasən inzibati qaydada inzibati təsir tədbirləri görülməsi üçün qərarının surətinin RPŞ-nin ITByə göndərilməsi qərara alınmışdır. ##.##.2026-cı il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – boyun və sol körpücük nahiyələrinin qançıları – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinə olunanın dediyi tarixə, yəni ##.##.2026-cı il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Elektron Məhkəmə Informasiya Sistemindən sorğu əsasında əldə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qohumluq məlumatlarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində ##.##.2011-ci il təvəllüdlü Nübar, ##.##.2008-ci il təvəllüdlü Fərhad, ##.##.2013-cü il təvəllüdlü Murad adlı 3 yetkinlik yaşına çatmayan övladı vardır. Əlil və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə məlumatdan görünür ki, ##.##.2018-ci il tarixli qiymətləndirmə üzrə ##.##.2011-ci il təvəllüdlü X1 ümumi xəstəlik səbəbi ilə ##.##.2029-cu il tarixədək sağlamlıq imkanları məhdud uşaq (əlilliyi olan uşaq) kimi qiymətləndirilmişdir. Apellyasiya məhkəməsi iclası zamanı təqdim edilmiş ##.##.2021-ci il tarixli, ****** nömrəli vəsiqənin surətindən görünür ki, Şahid şəhid ailəsinin üzvüdür. Inzibati xəta haqqında materiala baxan Göygöl Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından zərərçəkmiş Zərərçəkmiş şəxs şikayət verərək Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-nin 157-ci maddəsi ilə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə şəhid anası olan bacısı Şahid məxsus olan torpaq mübahisəsi zəminində o, özbaşınalıq edərək fiziki zorakılığa əl atmışdır. Birinci instansiya məhkəməsi cavabdeh şəxsin formal "peşmançılıq" ifadəsini, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını, həmin uşaqlardan birinin əlil olmasını əsas gətirərək ona yalnız cərimə tətbiq etmişdir. Lakin tətbiq olunan 400 manat cərimə xəta törədən şəxsin islah olunması və gələcəkdə yeni hüquqazidd hərəkətlər (fiziki zorakılıq) törətməsinin qarşısının alınması üçün kifayət deyildir. Zərərin vurulduğu, barışığın əldə olunmadığı və zərərçəkmiş tərəfin barışmaz mövqeyi nəzərə alınmamış, yalnız yüngül cərimə cəzası təyin olunmaqla xəta törədən şəxsdə arxayınlıq və cəzasızlıq hissi yaradır. Odur ki, şikayətin təmin olunması xahiş olunur. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs Firdovsi Hünmətov şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etmiş və şikayətin təmin olunmasını xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, bacısı şəhid anasıdır və dövlət tərəfindən bacısına torpaq sahəsi verilmiş, bacısına məxsus torpaq sahəsinə qonşuluqda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən peyin tullantıları atılmışdır. Bu barədə onunla dəfələrlə söhbətlər etməsinə baxmayaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin söhbətlərdən heç bir nəticə çıxartmamış, qanunsuz hərəkətlərini şöəhid anasına qarşı davam etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bacısına qarşı olan qanunsuz hərəkətlərinin qarşısını almaq üçün polis şöbəsinə müraciət etmiş, polis əməkdaşları həmin torpaq sahəsinə baxış keçirtmək və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə profilaktik söhbətlər aparmaq məqsədilə həmin əraziyə gəlmişlər. Həmin vaxtı orada olan Vəli polis əməkdaşlarının və bacısının qarşısında əlində olan beşbarmaqla onun boğazının alt tərəfinə xəsarət yetirmiş, hadisədən sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ondan üzr istəməmiş, heç bu günə kimi üzr istəməyə cəhb də etməmişdir. Ona görə də o, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə barışmır, ondan şikayətçidir və onun həbs olunmasını xahiş edir. Apellyasiya məhkəməsinin iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi (vəkil) Elmira Həsənova şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və şikayətin təmin olunmamasını xahiş etdilər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əlavə olaraq izahatında göstərdi ki, övladı xəstə olduğuna və təsərrüfat işləri ilə məşğul olduğuna görə o, məhkəmənin qanuni çağırışlarına dəfələrlə gələ bilməmişdir. Eyni zamanda o, həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olduğunu zənn edərək ona məxsus peyin tullantılarının həmin torpaq sahəsinə tökdüyünü etiraf etmiş, səhvini başa düşür. Həmçinin, sonradan həmin torpaq sahəsinin şəhid anası olan zərərçəkmiş şəxsin bacısına məxsus olmasını bildiyi halda yenə də həmin ərazini tullantılarla və peyinlə zibilləmişdir. Verilmiş suala cavab olaraq o, göstərdi ki, hadisə baş verən günü zərərçəkmiş şəxs polis əməkdaşlarının və bacısının yanında ona qarşı nalayiq ifadələr işlətdiyinə görə o da əsəblərini cilovlaya bilməyib zərərçəkmiş şəxsi döymüşdür. Hadisədən sonra zərərçəkmiş şəxsdən üzr istəəməmiş, barışığa cəhd etməmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini və tərəflərin izahatlarını işin materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmalı, məhkəmənin qərarı dəyişdirilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi IXMnin 157-ci maddəsi ilə barəsində tətbiq olunmuş inzibati tənbeh tədbiri dəyişdirilərək inzibati həbs tənbeh tədbiri ilə əvəz olunmalıdır. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi zərərçəkmiş şəxs Firdovsi Hünmətov tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi əməlin tövsif məsələsi deyil, yalnız onun barəsində təyin edilmiş inzibati tənbeh tədbirinin yüngül olmasını məsələsini mübahisələndirərək barəsində daha ağır inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Belə ki, zərərçəkmiş şəxs Firdovsi Hünmətov tərəfindən verilmiş izahatdan göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun şəhid bacısına məxsus torpaq sahəsinə peyin tullantılarının tökməməsi istiqamətində onunla söhbətlər aparmış, lakin sonuncu həmin söhbətlərdən nəticə çıxarmamış və qanunsuz hərəkətlərini şəhid ailəsinə qarşı davam etdirmişdir. Eyni zamanda apellyasiya məhkəməsinin iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs da izahatında o, həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olduğunu əsas gətirərək ona məxsus peyin tullantılarının həmin torpaq sahəsinə tökdüyünü etiraf etmiş və səhvini başa düşmüş, həmçinin o, zərərçəkmiş şəxsin bacısının şəhid ailəsi olmasından məlumatının olduğunu qeyd etmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs eyni kənddə yaşadığı zərərçəkmiş şəxsin bacısının şəhid ailəsi olmasını və ona məxsus peyin tullantılarının həmin zərərçəkmiş şəxsin bacısına məxsus torpaq sahəsinə tökməsi faktını bildiyi halda onunla aparılmış söhbətlərdən heç bir nəticə çıxarmamış, əksinə polis əməkdaşlarının və zərərçəkmiş şəxsin bacısının yanında zərərçəkmiş şəxsə xəsarət yetirməkdən qanunsuz hərəhətlərini davam etdirmişdir. Bundan başqa, apellyasiya məhkəməsinin iclaslarının yeri və vaxtı barəsində dəfələrlə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, üzrlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, bugünki məhkəmə iclasında isə izahatında o, övladı xəstə olduğunu və təsərrüfat işləri ilə məşğul olmasını əsas gətirərək məhkəmənin qanuni çağırışlarına gələ bilmədiyini göstərməsi sonuncunun Azərbaycan Respublikasının qanunlarına etinasız yanaşmasını göstərir. Apellyasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi IXM-nin 157-ci maddəsi ilə barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi hazırki vəziyyətdə onun islah yoluna qədəm qoyması və iş materialında olan sənədlərdən, eyni zamanda onun hərəkətlərindən öz təsdiqini tapmır. Həmçinin, zərərçəkmiş şəxs Firdovsi Hünmətov hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətçi olduğunu, onunla barışmadığını və həbs olunmasını xahiş etmişdir. IXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. IXM-nin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Apellyasiya məhkəməsi qeyd edir ki, zərərçəkmiş şəxsin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsla hadisədən əvvəl onunla apardığı söhbətlərdən heç bir nəticə çıxarmayaraq polis əməkdaşlarının və zərərçəkmiş şəxsin bacısının qarşısında zərərçəkmiş şəxsə xəsarət yetirməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya məhkəməsinin çağırışlarından boyun qaçırması, zərərçəkmiş şəxsin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətçi olması, onunla barışmaması və həbs olunmasını xahiş etməsi, törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, nəzərə alıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi IXM-nin 157-ci maddəsi ilə 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilməli, həbsetmənin əvvəli ## ######## 2026-cı il tarixdən, saat 10:05-dən hesablanmalıdır. IXM-nin 135.1 və 135.1.5-ci maddələrinə görə tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi IXM-in 157-ci maddəsi ilə 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalında dərhal həbsə alınsın və həbs etmənin əvvəli ## ######## 2026-cı il tarixdən, saat 10:05-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis Idarəsinə və Protokolu tərtib edən orqan həvalə edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar