Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-615/2026 01.10.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mәn, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Ağayev Rәşadәt Əhmәd oğlu, Hüseynzadә Elsevәr Ismayıl oğlunun katibliyi, inzibati xәta haqqında protokol tәrtib etmiş Zәngilan RPŞ-nin sahә rәisi, R X1, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakları ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının IXM-nin 388-1.1.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Abşeron Rayon Mәhkәmәsinin ## ######## 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio vә video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Abşeron Rayon Mәhkәmәsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә (hakim V.İ.Hәsәnov) Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 388-1.1.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinib, ona 500 (beş yüz) manat inzibati cәrimә növündә inzibati tәnbeh tәdbiri tәtbiq edilmәsi qәrara alınmışdır. IŞIN HALLARI : Inzibati materialdan müәyyәn olunur ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası IXM-nin 388-1.1.1-ci maddәsi ilә inzibati xәta törәtmәsi haqqında Zәngilan RPŞ-nin sahә rәisi, R X1 tәrәfindәn tәrtib edilmiş protokol mәhkәmәyә göndәrilmiş vә protokola baxan birinci instansiya mәhkәmәsinin hakimi yuxarıda qeyd olunan nәticәyә gәlmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Qәrardan narazı qalan barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәti verәrәk birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsi vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Apellyasiya instansiyası mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtini müdafiә edib, әlavә olaraq qeyd etdi ki, Facebook sosial şәbәkәsindә mövcud olan “Hüquqşünaslar” adlı sәhifәdә tanımadığı bir şәxs tәrәfindәn Abşeron Rayon Polis Idarәsinin әmәkdaşlarından şikayәt xarakterli paylaşım edilmişdir. Hәmin paylaşımda polis әmәkdaşlarının hәmin şәxsi qanunsuz saxlamaları vә ona qarşı qanunsuz davranmaları barәdә mәlumatlar qeyd edilmişdir. O, Azәrbaycan Respublikasının vәtәndaşı vә kütlәvi informasiya vasitәsinin nümayәndәsi kimi Azәrbaycan Respublikası Konstitusiyasının 47-ci maddәsindә nәzәrdә tutulmuş fikir vә söz azadlığı hüququndan istifadә edәrәk hәmin paylaşımın altında öz fikrini ifadә etmişdir. Onun yazdığı şәrh “Il olub 2026-cı il vә polisin bu formada әmәli hәlә dә davam edir. Bu cür addımlar polis adına lәkә gәtirir” mәzmununda olmuşdur. Hәmin şәrhi yazmaqla polis әmәkdaşlarını tәhqir etmәk, onların şәrәf vә lәyaqәtini alçaltmaq, yaxud polis orqanlarının nüfuzuna xәlәl gәtirmәk niyyәti olmamışdır. Əksinә, ikinci cümlә ilә polis orqanlarının nüfuzunun qorunmasının vacibliyini ifadә etmәk, ayrı-ayrı әmәkdaşların qanunsuz hesab etdiyi hәrәkәtlәrinin bütövlükdә polis orqanlarının adına xәlәl gәtirmәmәli olduğunu bildirmәk istәmişdir. O, hüquq-mühafizә orqanlarının fәaliyyәtinә daim hörmәtlә yanaşdığını, onların ictimai tәhlükәsizliyin tәmin olunmasındakı rolunu yüksәk qiymәtlәndirdiyini qeyd edir. Hәmin şәrhlә әlaqәdar Zәngilan Rayon Polis Şöbәsindәn ona zәng edilmiş, bundan sonra o, heç bir etiraz etmәdәn şәrhini silmişdir. Polis şöbәsinә yalnız izahat vermәk mәqsәdi ilә dәvәt olunduğunu düşündüyünü, lakin şöbәdә bir neçә saat saxlanıldıqdan sonra barәsindә inzibati xәta haqqında protokol tәrtib edilәrәk Abşeron Rayon Mәhkәmәsinә aparılmışdır. Onun yazdığı şәrh Inzibati Xәtalar Mәcәllәsinin 388-1.1.1-ci maddәsinin tәsiri altına düşmür. Yazdığı şәrhdә yayılması qadağan edilmiş informasiya, tәhqir, böhtan, dövlәt atributlarına qarşı hörmәtsizlik vә ya hәr hansı qanunsuz çağırış olmamış, yalnız vәtәndaş mövqeyi ifadә edilmişdir. Apellyasiya instansiyası mәhkәmәsinin iclasında iştirak edәn inzibati xәta haqqında protokol tәrtib etmiş Zәngilan RPŞ-nin sahә rәisi, R X1 apellyasiya şikayәtinin dәlillәrinә etiraz edәrәk şikayәtin tәmin edilmәmәsini vә birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etmәklә әlavә olaraq qeyd etdi ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Facebook sosial şәbәkәsindә yazdığı şәrhlә bağlı daxil olmuş mәlumat әsasında araşdırma aparılmışdır. Araşdırma zamanı Zәngilan Rayon Polis Şöbәsinin Cinayәt Axtarış Qrupunun baş әmәliyyat müvәkkili, R Bәxtiyar Cәfәrovun raportu әsasında Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs izahat alınmış vә barәsindә Inzibati Xәtalar Mәcәllәsinin 388-1.1.1-ci maddәsi ilә protokol tәrtib edilәrәk material Abşeron Rayon Mәhkәmәsinә göndәrilmişdir. Birinci instansiya mәhkәmәsinin qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs 500 manat mәblәğindә inzibati cәrimә tәtbiq edilmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs araşdırma zamanı da hәmin şәrhi yazmaqda mәqsәdinin müәyyәn polis әmәkdaşlarının hәrәkәtlәrinin Daxili Işlәr Nazirliyinin nüfuzuna xәlәl gәtirdiyini ifadә etmәk olduğunu göstәrmişdir. Sosial şәbәkәdә polis әmәkdaşları haqqında mәnfi mәzmunlu paylaşımın altında bu cür şәrhin yazılması digәr istifadәçilәrin dә polis orqanları vә әmәkdaşları haqqında neqativ şәrhlәr yazmasına sәbәb ola vә hәmin paylaşımın tәsirini artıra bilәr. HÜQUQI MƏSƏLƏLƏR : Azәrbaycan Respublikası Konstitusiyasının 70-ci maddәsinin İ hissәsinә görә Konstitusiyada tәsbit edilmiş insan vә vәtәndaş hüquqlarını vә azadlıqlarını gözlәmәk vә qorumaq qanunvericilik, icra vә mәhkәmә hakimiyyәti orqanlarının borcudur. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. IXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Inzibati xәta üzrә işin materiallarını nәzәrdәn keçirib, apellyasiya şikayәtinin dәlillәrini iş materialları ilә birgә tәdqiq edәrәk hesab edirәm ki, aşağıda göstәrilәnlәrә әsasәn birinci instansiya mәhkәmәsinin qәrarı vә işin icraata qәbul edilmәsi barәdә qәrardad lәğv edilmәli, inzibati xәta haqqında material aidiyyәti üzrә baxılması üçün göndәrilmәlidir. Belә ki, Azәrbaycan Respublikası Konstitusiyasının 62-ci maddәsinә әsasәn hәr kәsin onun işinә qanunla müәyyәn edilmiş mәhkәmәdә baxılması hüququ vardır. Şәxsin razılığı olmadan onun işinә başqa mәhkәmәdә baxılmasına yol verilmir. Bu tәminat işin yalnız müvafiq kateqoriyalı işlәrә baxmaq sәlahiyyәti olan mәhkәmәdә deyil, hәm dә qanunla müәyyәn edilmiş әrazi aidiyyәti qaydalarına riayәt olunmaqla araşdırılmasını tәlәb edir. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun “Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 110.1 vә 485.2-ci maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair” ## #### 2025-ci il tarixli qәrardadında da göstәrilmişdir ki, “qanunla müәyyәn edilmiş mәhkәmә” müddәası işlәrin aidiyyәt qaydalarını, o cümlәdәn әrazi üzrә aidiyyәt mәsәlәlәrini vә qanuni mәhkәmә tәrkibinin mövcudluğunu ehtiva edir. Demәli, әrazi aidiyyәtinin düzgün müәyyәnlәşdirilmәsi şәxsin mәhkәmә müdafiәsi hüququnun tәmin edilmәsinin zәruri şәrtidir. IXM-in 106.0.1-ci maddәsi işә baxılmağa hazırlıq zamanı işin baxılmasının müvafiq hakimin sәlahiyyәtinә aid olub-olmadığının yoxlanılmasını tәlәb edir. Mәcәllәnin 109.1.7-ci maddәsi isә işә baxılması hakimin sәlahiyyәtinә aid olmadıqda materialın aidiyyәti üzrә göndәrilmәsini nәzәrdә tutur. IXM-in 110.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında işә onun törәdildiyi yerdә baxılır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin vәsatәtinә әsasәn işә onun yaşadığı yer üzrә dә baxıla bilәr. Iş materiallarından görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs istinad edilәn әmәl Facebook sosial şәbәkәsindә “Hüquqşünaslar” adlı sәhifәdә yerlәşdirilmiş paylaşımın altında şәrh yazılması ilә bağlıdır. Zәngilan Rayon Polis Şöbәsinin materialın mәhkәmәyә göndәrilmәsi barәdә müşayiәt mәktubunda, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әrizә vә izahatında onun ünvan 2 ünvanında yaşadığı göstәrilmişdir. Hәmin yaşayış ünvanı birinci instansiya mәhkәmәsinin qәrarında da qeyd olunmuşdur. Bununla belә, birinci instansiya mәhkәmәsi işin әrazi aidiyyәtini müәyyәn edәrkәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs istinad edilәn hәrәkәtin hansı әrazidә hәyata keçirildiyini araşdırmamış, işә Abşeron Rayon Mәhkәmәsindә baxılmasını şәrtlәndirәn konkret faktiki vә hüquqi әsasları göstәrmәmişdir. Işin icraata qәbul edilmәsi haqqında ## ######## 2026-cı il tarixli qәrardadda yalnız inzibati işin hәmin mәhkәmәyә aid olması barәdә ümumi nәticә göstәrilmәsi aidiyyәt mәsәlәsinin әsaslandırılmış şәkildә hәll edilmәsi kimi qәbul oluna bilmәz. Protokolu tәrtib etmiş polis orqanının Abşeron rayonu әrazisindә yerlәşmәsi vә materialın hәmin orqan tәrәfindәn Abşeron Rayon Mәhkәmәsinә göndәrilmәsi özlüyündә işin hәmin mәhkәmәyә әrazi aidiyyәtini müәyyәn etmir. Protokolun tәrtib edildiyi yer ilә şәxsә istinad edilәn әmәlin törәdildiyi yer fәrqlәndirilmәli, aidiyyәt qanunda nәzәrdә tutulmuş meyarlar әsasında müәyyәn edilmәlidir. Apellyasiya baxışı zamanı Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mübahisәlәndirilәn şәrhi, ünvan 1 ünvanında yerlәşdirdiyi müәyyәn edilmişdir. IXM-in 110.1ci maddәsinә müvafiq olaraq hazırkı inzibati xәta haqqında işә inzibati xәtanın törәdildiyi yer üzrә Bakı şәhәri Nizami Rayon Mәhkәmәsindә baxılmalı olduğundan iş materialı baxılması üçün Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinә göndәrilmәlidir. IXM-in 135.1.5-2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrarın buna sәlahiyyәti çatmayan hakim tәrәfindәn qәbul edilmәsi qәrarın lәğvi üçün әsasdır. Hәmin Mәcәllәnin 134.1.5-ci maddәsi belә hal müәyyәn edildikdә qәrarın lәğv olunmasını vә işin aidiyyәti üzrә baxılması üçün göndәrilmәsini nәzәrdә tutur. Belәliklә, işin әrazi aidiyyәti qaydalarına riayәt edilmәdәn icraata qәbul olunması vә mahiyyәti üzrә hәll edilmәsi birinci instansiya mәhkәmәsinin qәbul etdiyi aktların qüvvәdә saxlanılmasını istisna edir. Bu sәbәbdәn Abşeron Rayon Mәhkәmәsinin hәm inzibati tәnbeh tәtbiq edilmәsi barәdә qәrarı, hәm dә hәmin qәrarın qәbuluna әsas olmuş işin icraata götürülmәsi barәdә qәrardadı lәğv edilmәlidir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası IXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDIM : Abşeron Rayon Mәhkәmәsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı vә ## ######## 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrardadı lәğv edilsin. Hazırkı iş üzrә inzibati xәtaya dair material baxılması üçün Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinә göndәrilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-615/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-615/2026
01.10.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver