Məhkəmə qərarları › İş №3(3-8)-603/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-603/2026

01.10.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-603/2026 01.10.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgərova Ruhiyyə Orucəli qızının sədrliyi, Şükürov Cahangir Fəxrəddin oğunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Quba Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əlişanova (Qədməliyeva) Nuranə Səmir qızı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Quba Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarı (hakim V.Seyidov) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsində təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə edilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əlişanova (Qədməliyeva) Nuranə Səmir qızı qərardan apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Quba Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əlişanova (Qədməliyeva) Nuranə Səmir qızı tərəfindən verilmiş apellyasiya şikayəti hərəkətsiz saxlanılmış, Quba Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əlişanova (Qədməliyeva) Nuranə Səmir qızı tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 386.1-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün 10 (on) gün müddət təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əlişanova (Qədməliyeva) Nuranə Səmir qızına göndərilmiş, lakin prosessual müddətin bərpasına dair vəsatət ilə müraciət edilməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə müddəti müəyyən edilmiş, habelə buraxılmış müddətin bərpa olunmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Lakin İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə müddətinin buraxıldığı hallarda həmin qərardan verilən şikayətin (protestin) mümkünlüyünün yoxlanılmasına dair prosessual qaydaları təfsilatı ilə müəyyən etməmişdir.Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının müəyyən edilməsi, habelə şikayət və ya protestin mümkünlüyü ilə əlaqədar digər prosessual məsələlər (şikayətin səlahiyyəti olan şəxs tərəfindən verilib-verilməməsi, imzalanıb-imzalanmaması və s.) kifayət qədər tənzimlənməmişdir. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarından, həmçinin özünün əvvəlki hüquqi mövqeyindən çıxış edərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə məhkəmə qərarından verilmiş şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının yoxlanılması ilə əlaqədar prosessual məsələlərin tənzimlənməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müvafiq normaları qanunun analogiyası üzrə tətbiq edilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 391.4-cü maddəsinə əsasən bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Belə olan halda apellyasiya instansiya məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əlişanova (Qədməliyeva) Nuranə Səmir qızı tərəfindən verilmiş apellyasiya şikayəti verilməmiş hesab edilməli və baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 386 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Quba Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əlişanova (Qədməliyeva) Nuranə Səmir qızı tərəfindən verilmiş apellyasiya şikayəti verilməmiş hesab edilsin və baxılmamış saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar