Məhkəmə qərarları › İş №3(3-9)-534/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-534/2026

30.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-534/2026 30.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi hakim Xasməmmədov Elçin Isgəndər oğlunun sədrliyi Səmədov Alim Nadir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə MÜƏYYƏN ETDI: Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim K.Ş.Süleymanov) ##.##.1997-ci il tarixdə Lənkəran rayonu Viyən kəndində doğulmuş, həmin kənddə qeydiyyatda olan, orta təhsilli, işsiz, Lənkəran Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-in 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Işin halları Lənkəran rayon Icra və Probasiya Şöbəsi tərəfindən ## ###### 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXMin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta ittihamına görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinə və həmin qətnamənin alimentin miqdarı hissəsinə dəyişiklik edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli *(*-*)-**/**** nömrəli qətnaməsinə əsasən – ondan ##.##.2018-ci il təvəllüdlü X1 və ##.##.2020-ci il tarixdə X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 26.09.20215-ci il tarixdən başlayaraq hər ay, bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli, iki uşaq üçün ümumilikdə 0,75 misli həddində alimentin alınıb Zərərçəkmiş şəxs verilməsinə dair icra sənədinin icrası ilə əlaqədar Lənkəran rayon Icra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində inzibati cərimə edilməsinə baxmayaraq, həmin qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədini icra etməmiş və əməli təkrar törətmişdir. Işə baxan Lənkəran Rayon Məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası IXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətlərinin olmadığı qənaətinə gələrək iş üzrə icraata xitam vermişdir. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qərarından zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada həbs olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə artıq IXMin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərarın qəbul edildiyi vaxt borclunun tələbkara 1597 manat aliment borcu mövcud idi. Bu inzibati tənbehdən cəmi bir neçə ay keçməsinə və qərarın qanuni qüvvədə olmasına baxmayaraq, borclu öz hüquqazidd davranışından nəticə çıxarmamış, dövlət adından çıxarılan qətnamənin icrasını tam təmin etməmişdir. Icra məmurunun ##.##.2026-cı il tarixli protokoluna əsasən, borclunun aliment borcu azalmaq əvəzinə artaraq 1697 manat təşkil etmişdir. Qanunvericiliyin məntiqinə görə, IXM-in 528.1-1-ci maddəsi üzrə məsuliyyətin yaranması üçün şəxsin 1 il ərzində eyni icra sənədi üzrə öhdəliyi tam yerinə yetirməməsi və borcun qalması kifayətdir. Maddənin tərkibinin yaranması üçün borclunun heç bir ödəniş etməməsi şərti qoyulmayıb; burada əsas meyar icra sənədindəki tələbin tam şəkildə icra edilməməsinin təkrarən davam etdirilməsidir. Borclu aliment öhdəliyini tam qapatmadığı və əvvəlki cəzadan sonra da borcun artmasına yol verdiyi üçün maddənin tərkibi tam formalaşmışdır. Məhkəmənin "xəta tərkibi yoxdur" bəhanəsi ilə işə xitam verməsi hüquq normasının mahiyyətini kobud şəkildə təhrif etməkdir. Birinci instansiya məhkəməsi öz xitam qərarında borclunun son 4 ay ərzində etdiyi 1400 manatlıq ödənişi əsas tutaraq qeyd edir ki, bu məbləğ cari ayların aliment borcundan (1200 manat) 200 manat artıqdır və bu 200 manat əvvəlki ayların borcuna yönəldiyi üçün guya borc azalmışdır. Məhkəmə bu formal riyazi əməliyyatla borclunun əməlində "üzrsüz səbəb" olmadığını əsaslandırmağa çalışıb. Bu yanaşma tamamilə yanlışdır, çünki aliment öhdəliyi hissə-hissə yox, tam icra olunmalıdır: Aliment hər ay vaxtında və tam həcmdə ödənilməli olan xüsusi kateqoriyalı, təxirəsalınmaz bir öhdəlikdir. Yığılmış böyük borcların fonunda borclunun manipulyasiya xarakterli cüzi və ya qismən ödənişlər etməsi onu qanun qarşısındakı məsuliyyətdən azad etmir. Bundan əlavə, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs öz izahatında işsiz olduğunu, maddi imkanının olmadığını iddia edərək məhkəmənin şəfqətinə sığınmış, məhkəmə də heç bir obyektiv araşdırma aparmadan bu yalanı qəbul etmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq konvensiyalara əsasən, valideynin işsiz olması, rəsmi qeydiyyatda gəlirinin görünməməsi onu azyaşlı övladlarını saxlamaq və məhkəmənin müəyyən etdiyi sabit pul məbləğində alimenti ödəmək vəzifəsindən qətiyyən azad etmir. Işsizlik aliment öhdəliyinin icra edilməməsi üçün heç bir halda üzrlü səbəb hesab oluna bilməz. Borclunun maddi çətinlik çəkməsi barədə bəyanatları tamamilə spekulyasiyadır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs real həyatda yüksək və qeyri-rəsmi maddi gəlirlərə malikdir. O, mütəmadi olaraq fərqli markalı bahalı və kirayə avtomobillər idarə edir, paytaxt Bakı şəhərinin ən dəbdəbəli, bahalı və lüks istirahət mərkəzlərində dincəlir, şəxsi əyləncəsi və rahatlığı üçün külli miqdarda vəsait sərf edir. Lənkəran rayonunun kiçik coğrafi ərazi olduğunu nəzərə alsaq, onun bu dəbdəbəli həyat tərzi hamıya bəllidir. Öz şəxsi lüksünə, bahalı maşınlarına və istirahətinə böyük pullar tapan borclunun, iş öz azyaşlı övladlarının elementar tələbatlarına (qida, geyim, təhsil) gəldikdə "maddi imkanım vasitə vermir" deməsi açıq-aşkar qərəzlilik və alimentdən yayınmaq məqsədidir. Birinci instansiya məhkəməsi borclunun real gəlir mənbələrini, əmlak və bank hesablarını operativ surətdə araşdırmaq barədə icra şöbəsinə göstəriş vermək əvəzinə, işə səthi yanaşaraq zərərçəkmiş tərəfin arqumentlərini sübutsuzluq bəhanəsi ilə rədd etmişdir. Prosessual məsələlər Apellyasiya məhkəməsinin əvvəlki iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, şikayətin təmin olunmasını və Lənkəran Rayon Məhkəməsinin qərarının ləğv edilib Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 528.1- 1-ci maddəsi ilə təqsirli bilinməklə inzibati qaydada həbs olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmədi, 1697 manat aliment borcundan hal-hazırda 746 manat qaldığını, həmin məbləği də işləyərək ödəyəcəyini, birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəldiyin göstərib, şikayətin təmin olunmamasını, Lənkəran Rayon Məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini işin materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası IXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-in 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi, IXM-in 528.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati xəta tərkibini yaradır. Iş materiallarından görünür ki, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinə və həmin qətnamənin alimentin miqdarı hissəsinə dəyişiklik edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli *(*-*)-**/**** nömrəli qətnaməsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2018-ci il təvəllüdlü X1 və ##.##.2020-ci il tarixdə X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 26.09.20215-ci il tarixdən başlayaraq hər ay, bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli, iki uşaq üçün ümumilikdə 0,75 misli həddində aliment alınıb Zərərçəkmiş şəxs verilməlidir. Işdə olan Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ölkədən getmək hüququ hazırkı icra sənədi üzrə aliment borcu ödənilədək müvəqqəti məhdudlaşdırılmışdır. Işdə olan Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, hazırkı icra sənədinin icrası ilə əlaqədar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin tarixdə Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 500 manat miqdarında inzibati cərimə edilmişdir. Həmin qərar qəbul edilən vaxt borclunun tələbkara 1597 manat aliment borcu olmuşdur. Borclu tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, 2026-cı ilin aprel-iyun ayları (4 ay) ərzində müxtəlif vaxtlarda, yəni borclunun ##.##.2026-cı il tarixdə məhkəmə tərəfindən inzibati qaydada tənbeh edilməsindən sonra borclu tərəfindən tələbkarın hesabına cəmi 1400 manat vəsait ödəmişdir. Işdə olan inzibati xəta haqqında ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, protokol tərtib olunan zaman borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbkar Zərərçəkmiş şəxs olan aliment borcu 1697 manat təşkil etmişdir. Apellyasiya baxışı zamanı barəsində icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 1697 manat aliment borcundan hal-hazırda 746 manat qaldığını qeyd etmişdir. Bu faktı dəqiqləşdirmək məqsədilə Lənkəran rayon Icra və Probasiya Şöbəsinin icra məmuru Gündüz Mehdiyevlə telefon vasitəsilə əlaqə saxlanılmış və sonuncu həqiqətən də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aliment borcundan ödənişlər etdiyini və onun hazırda 746 manat aliment borcu qaldığını təqsdiqləmişdir. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yuxarıda qeyd olunan icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs ödəməli olduğu alimentin bir hissəsini ödəmişdir. Lakin borclu qalan aliment borcunu maddi imkanının olmaması və həmin miqdarda alimenti ödəmək üçün kifayət qədər vəsaitə malik olmaması səbəbindən ödəyə bilməmişdir. Apellyasiya məhkəməsi bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, borclunun alimenti ödəyə bilməməsi onun iradəsindən asılı olmadığına görə məhkəmə düzgün olaraq onun barəsində icraata xitam vermişdir. Azərbaycan Respublikası IXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Lakin apellyasiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində alimenti ödəməməkdən ibarət olan qəsd müəyyən etməmişdir. IXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. IXM-in 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası IXM-in 528.1-1ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətlərinin olmadığı müəyyən edildiyinə görə məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar