Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-7383/2025 07.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Vəliyeva Elnarə Fəxrəddin qızı, İddiaçılar İddiaçı və X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi olmaqla cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələri İdarəsinə qarşı “xüsusi müsadirə edilmiş əmlakın geri qaytarılması və əmlakın əvvəlki hüquqi vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında məhkəmədən kənar prosessual hərəkət qaydasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı və X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi olmaqla avabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələri İdarəsinə qarşı “xüsusi müsadirə edilmiş əmlakın geri qaytarılması və əmlakın əvvəlki hüquqi vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-1408/2021 nömrəli hökmü ilə xüsusi müsadirəsi qərara alınmış İddiaçı mülkiyyətində olan və birgə nikah dövründə xx.xx.2007-ci il tarixində tam mülkiyyət hüququ ilə əldə edilən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.1 ha torpaq sahəsi (reyestr nömrəsi- **********36, qeydiyyat nömrəsi-160708821, çıxarış seriya MH-0013315) xüsusi müsadirə edilməli olan əmlaklar siyahısından çıxarılaraq iddiaçıların birgə mülkiyyətinə qaytarılması, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-1408/2021 nömrəli hökmü ilə xüsusi müsadirəsi qərara alınmış İddiaçı mülkiyyətində olan və birgə nikah dövründə xx.xx.2006-ci il tarixində tam mülkiyyət hüququ ilə əldə edilən Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsi (reyestr nömrəsi-**********52, qeydiyyat nömrəsi-290600328, çıxarış seriya MH-0000977) xüsusi müsadirə edilməli olan əmlaklar siyahısından çıxarılaraq iddiaçıların birgə mülkiyyətinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyatı qaydaları pozulmaqla verildiyindən iddia ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, ərizədə cavabdeh qismində Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələri İdarəsi qeyd olunmuş və ərizə Azərbaycan Respublikası Baş Prokurorluğunun hüquqi ünvanı üzrə deyil, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən aydın olmayan əsaslarla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilmişdir. Halbuki, “Elektron məhkəmə” informasiya sistemindən göründüyü kimi, Azərbaycan Respublikası Baş Prokurorluğunun (VÖEN: **********) hüquqi ünvanı ünvan 1in 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Mülki Məcəllənin 54-cü maddəsinə əsasən, hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Dövlət idarələrinin və digər idarələrin ayrı-ayrı növlərinin hüquqi vəziyyətinin xüsusiyyətləri qanunvericiliklə müəyyənləşdirilir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçıların hər ikisi İddiaçı barəaində ibtidai istintaq zamanı İddiaçı məxsus olan və xüsusi müsadirə edilmiş əmlakların kimə mənsub olmasını mübahisələndirir və bununla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələri İdarəsini iddiaya cavab verməli şəxs olaraq məhkəməyə müraciət etsə də, həmin idarə Baş Prokurorluğun törəmə müəssisəsi deyil, onun bir strukturudur və həmin İdarənin fəaliyyətindən əmələ gələn iddialara İdarənin olduğu yerin məhkəməsində baxılması qanunvericiliyin mənasına uyğun deyildir. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla da, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı və X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi olmaqla cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələri İdarəsinə qarşı “xüsusi müsadirə edilmiş əmlakın geri qaytarılması və əmlakın əvvəlki hüquqi vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 (yüz) manat dövlət rüsumu (Qəbz: **********) geri qaytarılsın. İddiaçılara izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №e-2(001)-7383/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-7383/2025
07.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver