Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-8369/2023 04.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə edilməsinə maneələrin aradan qaldırılması, mənzildən istifadə və sahiblik hüquqlarının bərpa edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən iddiaçının qanuni sahibliyimdə və istifadəmdə olan Bakı şəhər, Suraxanı rayon, Yeni Günəşlı “A-B” yaşayış massivində inşa edilmiş yeni yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 63.5 kv.metr ümumi sahəsi olan bir otaqlı mənzilə edilmiş müdaxiləyə və giriş-çıxışına yaradılmış maneələrin aradan qaldırılması, sökülüb çıxardılmış giriş qapısının cavabdehin hesabına yerinə qaytarılıb quraşdırılması və iddiaçının həmin mənzilə olan istifadə və sahiblik hüququmun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, hazırkı iddia daşınmaz əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, daşınmaz əmlaka dair sahibin hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlıdır. Bu növ iddialar isə daşınmaz əşyanın olduğu yerə görə verilir. İddia ərizəsi və əlavə edilmiş sənədlərdən görünür ki, mübahisə predmeti olan daşınmaz əmlak Bakı şəhərinin Suraxanı rayonundan yerləşir. Odur ki, hazırkı iddiaya Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı olmadığına görə, iddia ərazi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-c maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi üzrə mülki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı olmadığından mövcud iddia ərizəsinin və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən iddiaçının qanuni sahibliyimdə və istifadəmdə olan Bakı şəhər, Suraxanı rayon, Yeni Günəşlı “A-B” yaşayış massivində inşa edilmiş yeni yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 63.5 kv.metr ümumi sahəsi olan bir otaqlı mənzilə edilmiş müdaxiləyə və giriş-çıxışına yaradılmış maneələrin aradan qaldırılması, sökülüb çıxardılmış giriş qapısının cavabdehin hesabına yerinə qaytarılıb quraşdırılması və iddiaçının həmin mənzilə olan istifadə və sahiblik hüququmun bərpa edilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-8369/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-8369/2023
04.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver