Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-88/2025 30.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi və s. tələbinə dair” iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Cavabdeh tərəfindən 30.000 manat avtomobilə dəyən zərərlə bağlı, 1626,50 manat evə dəyən zərərlə bağlı, 3000 manat taksi və digər nəqliyyat xərcləri ilə bağlı, 1500 manat məhkəməyədək işlərin görülməsi, danışıqların aparılması, mütəxəssis rəyinin alınması və digər sübutların toplanması ilə bağlı, 1900 manat məhkəmədə hüquqlarının müdafiəsinin həyata keçirilməsi ilə bağlı, 250 manat avtomobil üçün ehtiyat hissənin alınması ilə bağlı və 208,50 manat dövlət rüsumu ilə bağlı cəmi 38.485 manat məbləğində vurulmuş maddi zərərə görə pul vəsaitinin və mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində vəsaitin, ümumilikdə 43.485 (qırx üç min dörd yüz səksən beş) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, Saat 8 də iş bitib, 1 saat-saat yarım bir adamla görüşdüm gecə 1-ə 20 dəg işləmiş oldu hadisə. Ortada təxmini 4 saat məsafə olub. Maşındakı olan və dəyişilən hissələrin görünüşləri eynidir. Servisdə cavabdeh elektrikdir, oradad maşın üzərində çox adam işləyirdi. Konkret olaraq həmin releni dəyişən cavabdehdir.2 gün ərzində 10 saat iş gedib maşının üstündə. Sənan özü qoyub həmin hissəni. Cavabdeh özü alıb hissəni telefonla danışdı, gətirdi qoşdu. Başqaları da kömək edirdilər. Gətirib yoxlayırdılar çox şeyi, onu taxıb, bunu taxırdılar.indi maşının üstündəki olan dəyişən hissə normal vəziyyətdədır. Toxunmamışam ona heç. istintaq zamanı dayanan yerdə baxılmışdı maşına, yanan yerdə yəni. Qaldırıb baxmadı, lakin indiki iş üzrə ekspert istədi ki maşına altdan da baxılsın. Moduldan yox başqa şeydən də ola bilər. 10 saat ərzində maşında hər şeyi çıxardıb taxmışdılar. Mən həmişə maşını ora aparmışam. Maşın 2012-ci ilin maşınıdır. 2 dəfə motor yığıblar. Onda da həmin yer yığıb. 1 dəfə motor dəyişiblər. Ondan bir müddət sonra o motor yenidən təmir oldu. 6-7 min ona xərc çəkdim onda da düzdü e motoru başqa yerdən almışdım. Şəkilləri də var . servisdə 4-5 işçi görmüşəm. Yanında servislər var içəri girəndə cavabehin sektoru ayrıdı. Cavadehlər birlikdə 6 adam işləyib. Mən maşını ora aparanda həmişə cavabdehə vermişəm.cavabdeh olmayanda getməmişəm ora. Təxmini 50 dəfə olar. Akumlyatorda enerji azalması var idi. Mən zəng vurdum cavabehə o da mənə dedi ki get filan akumlyatordan al 400 m pul verdim. Dedilər ki daha ciddə fəsadlar ola bilər. Ondan 6 ay sonra yenə azaldı. Onu alanda belə məsləhətmişəm. Dedi get yoxlatdır. Yoxlatdıranda Dedilər ki, tam sazdı bu get ustaya. Cavabdehin yanına gəldim dedilər akumlyatorda yoxdu nəsə maşındadı problem. Maşının arxa tərəfindən 150-200 dənə bütün keçiriciləri çıxardıb yoxladılar. Hərəsinə 5 dəg getdi. Sonra oğlu gəldi yoxladl sonra başqası gəldi yoxladı. Sonra sabaha qaldı. Sabah da ya onlarda ya məndə alınmadı bir neçə gün elə qaldı. Yenə amma sürürdüm normal idi vəziyyət. Bununla belə enerji azalması olurdu. Sondə gəldim servisə yenə yoxladılar. Dedilər reledəndi. Tapdılar 2 gün sonra. Dedi təzəsi bahadı işlənmiş al. Özü aldı onu 280 manat pul verdim. Dedilər düzəldi. Yolda yadıma düşdü ki sıfırlamayıblar. Yolda 1 saat dayandım söhbət elədim. Gecə 12 də yanacaq doldurma məntəqəsində taxometri çəkmişəm telefonumda şəkil var. saat 8 də oradan çıxdım 12 də YDM-də idim. Ondan 15-20 dəgigə sonra da evə çatmışam. Düşəndə gördüm ki, işəqlarda gördüm fərglilik var maşının içində. Çıxdım maşında pultu basdım gördüm hamısı söndü normal idi vəziyyət 5-10 dəgigəlik girdim evə yemək yeyirdim gördüm qonşular qışqırdı çıxdım çölə ki, motorxana yanır. Söndürdük səhər tezdən də cavabdehə dedim. enerji itkisindən bəlkə də olar bilmirəm dəqiq. Bunu səhər durub görə bilərdim ki yenə azalıb enerji. mən maşından düçəndə bütün işıqlar söndü normal oldu vəziyyət. istintaq zamanı hadisə zamanı yatmışam deməyim səhvdir. mən indi verdiyim izahatı təstiq edirəm istintaqdakın yox. Orada səh vedə bilərəm. maşını söndürəndə işıqlar söndü deyə Sənana zəng eləmədim. cavabdehin ikinci gün gəlib maşının ekspertiza et deməyi yadıma gəlmir. cavabdeh həmin hissəni ölüxadan alınması, yəni işlənmiş olması ilə bağlı mənə məlumat verdi mən də razılaşdım. maşın ora gələn zaman Əhməd adlı qonşu idi. Ustada olan zaman isə cavabdeh tərəf bütün keçiriciləri çıxardıb yoxlayıb taxıblar. 1 keçirici səhv taxılsa yanğın ola bilər orada. Mən həmin zaman ustanın işinə qarışmadım, amma bilrdim ki həmin hissə ölüxanadan alınıb. yanğın zamanı siqnalizasiya qoşuldu, lakin evdə səs-küy olur deyə eşitmədim. Əhməd qonşu elektrik deyil, bu maşını yox, Nissanı aparmışam. hadisədən 1-2 ay əvvəl rənglənib maşın. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdaiə edərək izahatında bildirdi ki, istintaqda verilən rəy iş üçün kifayət idi. Həmin rəy verilən zaman mütəxəssis də var idi. İndi ki ekspert mütəxəssis istədi amma onunla işləmədi. Bu səbəbdən ekspert dindirilməlidir, rele düzgün işləməyəndə məhz yanğın yarana bilər. belə ki,əsas məqam odur ki, iddiaçıya maşınla bağlı nəsə olanda mütamədi olaraq məhz cavahdehin rəhbərlik etdiyi yerə müraciət edir. Bu hadisədən1 ay əvvəl də motorunda problem olmuşdur həmin maşının.cavabdeh bunu təmir edir. Sonra , elektrik itkisi olması müəyyən olunub maşında. Sonda o nəticəyə gəlinib ki, problem Rele-dədir . iddiaçı deyib dəyişməlidir o. Dəyişdirib onu vəsaiti də iddiaçı ödəyib. Sonra axşam saxlayıb həyətdə qonşuların səsinə çıxıb ki, maşçın yanır. Sonra FHN gəlir, araşdırma gedir, ekspertiza olur o da deyir ki dəyişən detələ görə olub yanğın. Səbəb birbaşa odur. Relenin məqsədi cərəyanın ötürülməsinə qoryucu rol oynayır. Onda problem varsa ayırma prosesin eləməlidir. O funksiyasını yerinə yetirməyib deyə naqillərdə qızma baş verib. Naqillər əriyib. Bu qızmadan da yanğın hadisəsi törəyib. Yəni o mənbədən başlayıb rele atmayıb deyə naqil qızıb və digər yağlara görə də qızışıb yanğın baş verib. Şahidlər də buna şahidlik edə bilər onların ifadəsi də iş üçün əhəmiyyət kəsb edir. Maşın tam sönüb evdə olanda sonradn bu hadisə baş verib.Dəyişilən hissə və köhnə hissə eynidir, sadvə Dəyişən Rele standarta uyğun deyil. Dəyişilən hissə hazırda da maşındadır. İcraçı kimi iddiaçı məhz cavabdehə müraciət edib. Cavabdeh olmalı olan şəxs Sənan bəydir. Yanğın zamanı təyin edilən Ekspertiza rəyi bizə əsas verir ki, deyək ki dəyişən hissənin funksiyalarını eləməsindən yaranıb yanğın hazırki ekspert də vəsatətində mütəxəssis istəmişdi, lakin baxış zamanı ona yaxın gəlməsinə icazə vermədi. əvvəlki ekspertiza da həmin şöbədə aparılıb. Şəxsən mən sual vermək istəyirdim ona dedi ki o mənə mənə təzyiq eləməyin. FHN rəy verəndə də mütəxəssis köməyindən istifadə etmişdi. Bu rəy zamanı da mütəxəssis istədi ekspert, lakin biz bunu təmin etsək də o bunu istəmədi. Kənar təsir olsa idi kənar yanğın ocağı olmalı idi, lakin elə bir ocaq da yox idi. Burada kənar təsir yoxdur. ədəbiyyatlarda da var ki, yanğın səbəblərindən biri naqillərin qızmasıdır. Naqilin üstündə çat olsa belə o dəyişməlidir. İstintaq zamanı müəyyən edilib həmin mənbə. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, ehtiyat hissəsi ilə bağlı deyə bilərəm ki, mən iddiaçının təqdim etdiyi hissəni mən ona vermişəm ki , bundan yana bilməz maşın. Bu hissə də bir-birinə bitişik olur, bunu açıb vermişəm ki baxıb. Zavoddan bitişik olaraq istehsal olunur ki ona müdaxilə edilməsin. Bunun apmer gücü yoxdur ki bundan yanğın olsun qısa qapanda olan kimi bu atır. Atmaya bilməz. Mən yanğın olandan sonra 2-ci gün ora getdim. Dedim ki maşının ekspertiza et. Ehtimal edirəm ki, avtomobili yandırıblar, hətta onun yeri də var kapotda. orada olanlar mənim işçilərimdir, maşın 1 amper yarım gün verirdi hissə o da yanma üçün əsas ola bilməz. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 da iddia tələbini qəbul etməyərək bildirdi ki, baxış zamanı ekspert müəyyən etdi ki yanğının səbəbi modulla bağlı deyil məhz bu səbəbdən mütəxəssisin köməyinə ehtiyac duymadı. İddiaçı deyir ki maşını başqa ustaya verməyib, hadisədən1 ay əvvəl isə başqa usta onu rəngləyibmiş. mən də ekspertə yaxınlaşanda sual vermək üçün mənə icazə vermədi. Cavabdeh istintaq zamanı verilən rəyə də etiraz və şikayət etmişdir. O zaman da demişdir ki onun fəaliyəti ilə bağlı deyil yanğın. Tərəf etiraf elədi ki, yanğın ondan olmaya bilərdi elektrik itkisindən də ola bilərdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən xx.xx.1981-ci il təvəllüdlü X2 bildirmişdir ki, qonşuyuq 30 mert aramız var. Axrıncı ev mənimdir 3 ev var arada. Saat gecə 12, 12ə qalmış gəlmişəm evə. Əvvəl icra hakimiyyətində işləmişəm. Maşında oturmuşdum 00:10-da bundan 10 dəg sonra Rəcəb gəldi. Saxladı Rəcəb düşdü getdi içəri siqnal verdim bildi ki maşındayam. Başqa heç kim yox idi məhlədə. Yay vaxtı idi, isti idi. Başqa maşınla gəlmişdim evə. Gördüm siqnalizasiya səsi gəlir elə bildim mənim maşınımdı. Gördüm o deyil 00:30olardı gördüm qaralanlıql orta hissəsi işıldayır, şam işıqı kimi, siqnalizasiya verir.. Mən də şortikdə idim. Girdim evə . Bütün bu proses 8-10 dəgigə çəkər. Rəcəb evə girdi 6-7 dəqiqə sonra mənim getdim ora. Mən ilk siqnalizasiyaya çıxdım gördüm mənim maşımın deyil. Sonra qonşularla söndürdük. Altından yana yana getdi.Ustanı da tanıyıram. Bu maşınlarda rele problem olur, mənbədi, göstəriş verir. Bu hadisədə isə bilmirəm, mən mütəxəssis nə də elektriki deyiləm, onlar bilər onun tam səbəbin. Beyindən gəlib yanma yeri. Beyin maşının sağ hissəsində olur, sürücü yox o biri tərəf, çöldə olur. Mən də 2000-ci ildən bu maşından sürürəm. Rele mənbədir. Mənbə olmasa bilmirəm yanğın ola bilər ya yox. Rele xarab olsa sığorta ata bilər. Dəyişmək lazımdır, bu xarab olsa yanğın ola bilər. 3 dəgigə çəkmədi girdim işəri təzədən çıxdım. Elə düşündüm mənim maşımın ola. İcra hakimiyyətinin maşını ilə gəlmişdim , işin maşını idi. Maşın qaldı qapıda. Çölə çıxanda kənar adam yox idi maşının yanında. Kənar müdaxilə izi görmədim, qapını və s. güclə açmışıq. Məhlədə belə hadisə olmayıb. Çıxdım evdən sağ tərəf baxdım maşını gördüm. Rəcəbin maşını üzü içədi dayanmışdı. Mən görmədim siqnalizasiya ilk oradadır. Darvazan içəri girəndə qapı ilə ev arası 4 mertə idi. Rəcəbdə darvaza və qapı arasında 2 metrə var. içəri girdim əlimi yumağa, səs eşitdim Şortikdə çıxdım çölə açarımı götürdüm çölə çıxdım tez. Araçı evdə asmışdım. Hamın qabağında idim səsi eşidəndə. Səsi çox idi siqnalizasiyanın deyə çıxdım. Çıxanda gördüm işıq gəlir, qaçdımn evə şalvar geyindim, çıxdım. Rəcəbin siqnalizasın eşitdim, lakin əyildim baxdım ki sam işığına oxşar işıq var. qabağı yanırdı eyə siqnalizasiya yanırdı. Maşının qəza işıqları yanırdı. Qaranlığa baxanda gördüm. Pultu vurdum gördüm mənim maşımın deyil. Ondan sonra gördüm onun maşınıdır. əyildim gördüm maşın yanır. Maşının yanında makyada çıxmışam. Artıq bəzi hissələni alışıb yanırdı. İlk dəfə maşına çatan başqa qonşu oldu. Qapıdan baxdım gördüm yanır. 30 saniyə sonra evdən çıxdım maşına çatanda qonşunun yoldaşın gördüm , bilmirəm kimdi. 2019-da köçmüşəm deyə bilmirəm kimdi. Həmin rayonun icra hakimiyyətində işləmişəm, Çatanda gördüm hami işləyir qadınlar , 6-7 adam olardı. Onlar üzbəüz yerlərdəm gəlmişdi. Aramızda olan qonşu var idi orada, qadınlardı deyə tanımıram. Hamı qışqırırdı, qapını qırırdı Rəcəbi çağırmaq üçün, çimirdi evdə Rəcəb suyun işində idi, paltarı yox idi əynində. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən xx.xx.1984-cü il təvəllüdlü X1 bildirmişdir ki, iddiaçını tanıyıram, qonşumdur. Üzbəüzün yanındakı qonşuyuq. Pəncərəmiz ilə onun məsafəsi 10 metrdir. Digər qonşu mən ətərəfdən soldakı qonşudurş məndi digər qonşu arasında 1 hasardır, bitişikdir evimiz. Aramızda ev yoxdur. Evdə idim. Uşaq gəldi mənə ded ki çöldə nəsə yanır. Çıxım gördüm qonşunun evidir. Digər qonşular da bizim qapını döyürdü. Siqnalizasiyanı eşitmədim. Çıxan kimi Əhmədi gördüm. Arxa tərəfdə qadınlar idi. Mən çıxanda alovlanmışdı. Bizim həyətdən şlanqı çıxartdım. Yoldaşıb çəkib videoda da var məndən əvvəl də su vuran var idi. Başqa qonşu da çıxatmışdı şlanq. Hadisə gecə 1ə işləmiş olardı təxmini. 1ə 7 dəqiqə qalmış maşın təmiz yanırdı. Mən çıxandan sonra çəkilib videolar. Yanma səbəbi kimi iddiaçı mənə dedi ustaya aparmışdım ondan olub. Axşam orada başqa maşın görmmişəm. Digər qonşunun maşınını olmasına fikir veməməmişəm. ustadı Əhməd. Özü idarə etdiyi maşını gətirib məhləyə Əhməd ola bilsin müştərilərin maşınıdır. çıxan kimi qabaq hissənin yanmasın gördüm, başqa alov mərkəzi görmədim. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən xx.xx.2003-cü il təvəllüdlü X4 bildirmişdir ki, iddiaçını tanıyıram, qonşumdur. Təxminən gecə saat birin yarısı olardı, mağazadan qayıdanda gördüm ki, maşın yanır, qonşular yığışıb, o da getdi ki, söndürməyə kömək etsin, maşın qabaq hissəsi yanırdı, ətrafda nəsə şübhəli bir şey görmədim. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən xx.xx.1984-cü il təvəllüdlü Ramil Əhmədov bildirmişdir ki, iddiaçını tanıyıram, qonşumdur. Arada bir ev var, gecə saat bir radələrində öz həyətində olan obyeklərə baxmaq və siqaret çəkmək üçün çıxmışdım, gördüm ki, Rəcəbgil tərəfdən səs gəlir, qonşuların səsi idi, mən də getdim, Rəcəbə xəbər verilmişdi, o da çıxdı evdən, maşın qabaq tərəfdən yanırdı, buferi çıxardıq ki, bəlkə, rahat söndürə bildik, lakin sönmədi, həmin ərazidə maşın görüb-görmədiyi dəqiq yadında deyil, nəsə şübhəli bir şeyin şahidi olmayıb. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, Cavabdeh əməlində Azərbaycan Respublikası CM-in 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi olmadığı üçün barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 9/2263 nömrəli Rəyindən görünür ki, Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərdən, yerli internet saytlarında və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, 2012-ci il buraxılışlı, "BMW 5281" minik markalı, WBAXG5C50CDY29255 Ban nömrəli, ** VN *** dövlət nömrə nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 30000,00 manat müəyyən olunur. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adları və dəyəri müəyyən edildikdən sonra həmin avtomobilin qalıq dəyəri müəyyən edilə bilər. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 10/4131 nömrəli Rəyindən görünür ki, Qərarın birinci və ikinci sualları üzrə. "BMW" markalı **-VN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində yanğın izlərinin nisbi analizinə və inkişaf dinamikasına görə müəyyən edilmişdir ki, yanğının mənbəyi, avtomobilin mühərrik bölməsində, avtomobillə üzbəüz dayandıqda sol tərəfdə salona yaxın sahədə yaranmışdır.Avtomobildə hadisədən əvvəl elektrik enerjisi itkisi kimi nasazlığın olduğunu, hadisədən bir neçə saat əvvəl usta tərəfindən həmin nasazlığın müəyyən edilərək, yəni qidalandırıcı modulun dəyişdirildiyini, dəyişdirildikdən sonra avtomobil hərəkətdə olarkən, onun cihazlar panelində nasazlığın olması barədə müəyyən məlumatverici siqnalların işə düşməsi kimi halların baş verməsini və həmin modulun baxış zamanı mütəxəssis tərəfindən müəyyən edildiyi kimi avtomobilin mühərrik bölməsində (elektron pompanı, valvetronik sistemi və digər elektrik vericilərini) elektrik enerjisi ilə qidalandırdığını, həmçinin istintaq tərəfindən müəyyən edildiyi kimi qeyd olunan dəyişdirilmiş qidalandırıcı modulun əvvəllər işlənmiş olduğunu nəzərə aldıqda, yanğın həmin qidalandırıcı modulda yaranmış hansısa elektrik qəza halının yaranmasından baş verməsi üçün xarakterikdir. İİ. Qərarın üçüncü sualı üzrə. Belə olan halda, baş vermiş hadisə ilə əlaqədar, "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları"nın (YTQ № 01-2001) 6.5 bəndinin göstərilən tələbləri pozulmuşdur."BMW" markalı **-VN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində yaranmış nasazlığın aradan qaldırılması üçün yanğına səbəb ola bilən nasazlığı olan elektrik qurğusundan (qidalandırıcı moduldan) istifadə etdiyinə görə, "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları"nın (YTQ № 01-2001) 6.5 bəndinin tələbləri avtomobilə həmin modul qidalandırıcısını quraşdırmış şəxs (usta) tərəfindən pozulmuşdur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 10/7282 nömrəli Rəyindən görünür ki, iş materiallarında olan məlumatlara və baxışla müəyyən edilmiş faktiki hallara əsaslanaraq, hadisənin baş vermə vaxtını və şəraitini, avtomobilin mühərrikinin söndürülmüş vəziyyətdə olduğunu, avtomobilin saxlanıldığı yerdə hər hansı istilik mənbəyinin olmadığını, yanğın izlərinin avtomobilin qabaq və arxa tərəfdən alt hissədə daha dərin olduğunu, elektrik qurğuları üzərində elektrik təbiətli qəza halı üçün xarakterik izlər aşkar edilmədiyini, dəyişdirilmiş qidalandırıcı modulun yerləşdiyi hissədə yanğının inkişaf etmədiyini, yanğının inkişaf dinamikasını və intensiv xarakterini nəzərə almaqla belə nəticəyə gəlmək olar ki, BMW F10 528 i markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermiş yanğın, kənar alışdırıcı mənbənin təsirindən yaranması üçün xarakterikdir. BMW F10 528 i markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermiş yanğın, kənar alışdırıcı mənbənin təsirindən yaranması üçün xarakterik olduğuna görə baş vermiş hadisə ilə əlaqədar yanğın təhlükəsizliyinə dair hansı qaydaların tələblərinin pozulmasına dair sual üzrə tədqiqat aparılmadı. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri ümumi 100 manat təşkil edir. İş materiallarında olan “Buta” Qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş 260 nömrəli Mütəxəssis rəyindən görünür ki, 1.BMVV 528 i markalı avtomobillərdə paylayıcı modul plastmas konstruksiyadan ibarət olub, kapotun altında, maşınla üzbəüz dayandıqda sol tərəfdə, qabaq şüşənin altında yerləşir, kondinsionerin hava borusunun üstünə bərkidilir. Onun funksiyası mühərriyin beynini elektrik cərəyanı ilə rele vasitəsi ilə qidalandırmaqdır. Moduldan elektrik cərəyanının çıxışını mühərriyin beyni idarə edir. Mühərriyin üzərindəki elektriklə işləyən cihazlar həmin modul vasitəsi ilə qidalanırlar. 2. BMVV 528 i markalı avtomobillərdə paylayıcı modulun hər çıxışına qoruyucu (predoxranitel) qoyulub. Belə ki, mühərriyin üzərində araşdırılmış hər bir elektriklə qidalanan cihazda qısa qapanma baş verərsə . godulda olan qoruyucu atır və elektrik cərəyanı dərhal kəsilir. 3. BMVV 528ii markalı avtomobillərdə olan paylayıcı modul heç bir halda yanğına səbəb ola bilməz. Belə ki, modulun içindəki qoruyucular yalnız MV/ şırkəti tərəfindən quraşdırılır və stamp vasitəsi ilə plastmas korpuss ğılır. Qeyd edirəm ki, bütün detallar ampera)a uyğun olaraq moduldan çıxan, mühərrik üzərində quraşdırılmış hər bir elektriklə qidalanan cihaza çərəyan ötürülməsini təmin etməsi məqsədi ilə BMVV şırkəti tərəfindən dəyişdirilməsi mümkün olmayacaq şəkildə quraşdırılıb. Yəni həmin modulun içində hər hanı bir dəyişiklik aparmaq, hansısa bir şəkildə detala müdaxilə etmək mümkün deyil. İşlək vəziyyətdə olmayan avtomobildəsə avtomobilin beyni işləməməsi səbəbindən modula hər-hansı bir komanda verilməyəcək. Eyni zamanda maşın söndürüldükdən bir neçə dəqiqə sonra qoruyucu modul bütün çıxışlarını söndürür. Modulun yanma məsələsinə gəldikdə isə bir daha qeyd edirəm ki, həmin modulun özünün qısa qapanma verməsi mümkün deyil və yaxın ətrafında yanğın baş verərsə, konsruksiyası plastmasdan olduğuna modul da yanmalıdır. Həmçinin bildirirəm ki, ətraf detallarla qısa qapanma olarsa modula aidiyyatı olan xətlərdə dərhal qoruyucular atır. Eyni zamanda bildirirəm ki, qısa qapanmanın 2 ucu olur və birinci qısa qapanma harada baş verirsə naqillər həmin yerdən yanaraq digər uca, yəni qidalandığı mənbəyə doğru yanaraq gedir. 4. BMVV 528 i markalı avtomobilə nasaz paylayıcı modul quraşdırılarsa, ilk növbədə mühərrik işə düşməyəcək. Belə ki, modulda baş verən nasazlıq zamanı quruyuculardan hansısa xarab olduqda modul bütövlükdə finksiysını dayandıracaq və bunun müqabilində maşının beyni mühərrikin işə düşmə komandasını ləğv edəcək. Digər tərəfdən belə bir hal baş verərsə avtomobilin su sistemində qaynama baş verməlidir. Belə ki, su sisteminin pompası da bu modul vasitəsi ilə qidalanır. 5.BMVV 528 i markalı, 2012-ci il buraxılışlı, tünd boz metalik, damı qara rəngdə olan, qəzadan sonra təmir edilərək istifadəyə yararlı vəziyyətə gətirilmiş minik avtomobilinin xx.xx.2023-cü il tarixə real bazar dəyəri 19.000 (on doqquz min manat) manat müəyyən edilmişdir. Məhkəmə, tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, "BMW" markalı, **- VN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının mülkiyyətində olmuşdur, həmin avtomobildə yaranmış nasazlıq (elektrik itkisinin olması) ilə bağlı iddiaçı onu xx.xx.2023-cü il tarixdə cavabdehə məxsus olan avtomobil təmiri müəssisəsinə gətirmiş, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində - iki gün ərzində avtomobilin elektrik naqillərinin yoxlaması həyata keçirilmiş, cavabdeh tərəfindən avtomobilin üzərində olan “qidalandırıcı modul” iddiaçının razlığı ilə qismən istifadə edilmiş markalı “qidalandırıcı modul”la əvəz edilmiş, onun üzərindən çıxarılmış həmin ehtiyat hissəsi isə iddiaçının özünə verilmişdir, bundan sonra xx.xx.2023-cü il tarixdə təxminən saat 00:10 radələrində avtomobildə yanğın baş vermiş, yanğın hadisəsi bilavasitə dəyişdirilmiş ehtiyat hissəsinin özündə baş verməmiş, iddiaçı nəqliyyat vasitəsinin yanmasına cavabdehin dəyişdirdiyi ehtiyat hissəsinin səbəb olduğunu, cavabdehin onu dəyişərkən texniki normativlərə əməl etmədiyini bildirir və öz tələbini təsdiq edəcək sübutlar kimi istintaqdakı ekspert rəyini və şahid ifadələrini irəli sürür, cavabdeh isə iddia tələbini qəbul etmir, onun tərəfindən gördüyü işin keyfiyyətli olduğunu bildirir, baş vermiş hadisəni kənar müdaxilə ilə əlaqələndirir. Bununla belə, nəqliyyat vasitəsinin təmirində cavabdehin hər hansı nöqsana yol verməsi, təmirin texniki təhlükəsizlik qaydalarına uyğun olmaması, cavabdeh tərəfindən iddiaçıya zərər vurulması halları, cavabdehlərin apardığı təmir ilə yanğın arasında səbəbli əlaqənin olması halları məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, hazırkı mübahisə mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklərlə bağlıdır, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün törədilmiş əməlin hüquqa zidd olması; əməlin təqsirli olaraq törədilməsi; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması və zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması tələb olunur və qanunla başqa hal nəzərdə tutulmayıbsa, mülki hüquq pozuntusunun olduğunu sübutetmə yükü bu pozuntunun olduğunu iddia edən tərəfin üzərinə düşür. Baxılan iş üzrə isə iddiaçı, cavabdehin nəqliyyat vasitəsini təmir edərkən təqsirli surətdə texniki təhlükəsizlik qaydalarının tələblərini pozduğu və təmiri qüsurlu apardığı, nəqliyyat vasitəsində baş vermiş yanğının məhz cavabdehin dəyişdirdiyi ehtiyat hissəsindən və ya onda baş vemiş nasazlıqdan qaynaqlanması hallarına dair sübutetmə vəzifəsi daşıyır, lakin o, bu hallara dair mötəbər, əsaslı şübhədən kənar hər hansı sübutu məhkəməyə təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Əksinə, işin müəyyən olunmuş hallarından da görünür ki, cavabdeh tərəfindən elektrik itkisinin aradan qaldırılması məqsədilə avtomobildə elektrik naqillərinin keçiriciliyinin yoxlanılması və qidalandırıcı modulun dəyişdirilməsi işi həyata keçirilmiş, həmin dövrdə cavabdeh tərəfindən digər təmir işləri görülməmiş, dəyişdirilmiş qidalandırıcı modulun istifadə edilmiş digər qidalandırıcı modulla əvəzləşdirilməsi iddiaçının öz razılığı ilə həyata keçirilmiş, yanğın hadisəsi əvəzləşdirilmiş modulun olduğu hissədən başlamamış və hadisə nəticəsində sözügedən modul zədələnməmiş, təmirdən hadisəyə qədər xeyli vaxt keçmiş, avtomobil dayandıqdan sonra onun elektrik sistemi tam sönmüş və hadisə bundan bir müddət sonra baş vermiş, bundan başqa avtomobilin hadisəyə qədər hər hansı başqa yerdə təmir edilməsi də istisna deyildir ki, bütün bunlar da baş vermiş hadisə ilə cavabdehin əməli arasında səbəbli əlaqənin olmasını şübhə altına alır. Məhkəmə, həmçinin qeyd edir ki, mübahisələndirilən qidalandırıcı modul iddiaçının ixtiyarında olduğundan və baş vermiş hadisə həmin hissəyə hər hansı bir təsir göstərmədiyindən iddiaçıda ona dair rəylərin müstəqil əldə edilməsi imkanı olduğu halda bu imkandan istifadə edilmədiyi bir vəziyyətdə, “ehtiyat hissənin yararsz olması və bununla da hadisənin bilavasitə ondan qaynaqlanması, xüsusilə də bunda cavabdehin təqsirli olması” barədə dəlillər, iddia tələbinin təmin olunması üçün yetərli hesab edilə bilməz. Məhkəmə, ekspertiza rəyləri ilə bağlı qeyd edir ki, həmin Rəylər sübut kimi qəbul edilməli və digər sübutlarla birlikdə qiymətləndilməlidir. xx.xx.2023-cü il tarixli 10/4131 nömrəli ekspert Rəyində yanğının baş verməsi “qidalandırıcı modul”la əlaqələndirlsə də, həmin modulun qüsurluluğuna (nasazlıq) dair əlamətlərinin göstərilməməsi, onun nəticələrini şübhə altına alır. Məhkəmə, xx.xx.2024-cü il tarixli 10/7282 nömrəli Rəyə münasibətdə də eyni nəticəyə gəlir. Belə ki, həmin rəydə hadisənin baş verməsi səbəbi kimi kənar təsir göstərilsə də, bu təsirin avtomobilə münasibətdə hansı tərəfdən və ya haradan baş verməsi göstərilməmişdir. Bununla belə, məhkəmə ekspert rəyləri üzrə bir sıra faktiki halları nəzəzə alır (yanğının əhatə dairəsi; quraşdırılmış ehtiyat hissəsinin hazırkı vəziyyəti və s.) Məhkəmə, iş üzrə şahid ifadələrinə münasibətdə qeyd edir ki, əvvəla, həmin ifadələr nəqliyyat vasitəsinin yanması anına dair halları əks etdirməklə yanğının baş vermə faktını təsdiq etsə də, həmin yanğının məhz qidalandırıcı moduldan və ya onda olan hər hansı nöqsandan yaranmasını, nəqliyyat vasitəsinin ancaq cavabdehə məxus servisdə təmir olunmasını, cavabdehin təqsirli davranışa yol verməsinə dair halları təsdiq etmir, ikincisi, hadisənin təxminən iki il əvvəl baş verməsi nəzərə alındıqda şahid ifadələrinin hadisənin bütün təfərrüatlarını əks etdirməsi ehtimalı real deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları dedikdə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulur. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” işi üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçı https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2647983X5 cavabdehlər "X3-Bakı" Qapalı Səhmdar Cəmiyyəti, https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2647983X9 və https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2647983X6 qarşı “dəymiş 17696 manat maddi zərərin, 20000 manat məbləğində mənəvi zərərin ümumilikdə 37696 manat məbləğində vəsaitin və 204 manat məbləğində ödənilmiş dövlət rüsumunun “X3-Bakı” QSC-dən (“X16”) tutulub X7 ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu aid edilməli, işə baxılması ilə əlaqədar keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “Cavabdeh tərəfindən 30.000 manat avtomobilə dəyən zərərlə bağlı, 1626,50 manat evə dəyən zərərlə bağlı, 3000 manat taksi və digər nəqliyyat xərcləri ilə bağlı, 1500 manat məhkəməyədək işlərin görülməsi, danışıqların aparılması, müttəxəssis rəyinin alınması və digər sübutların toplanması ilə bağlı, 1900 manat məhkəmədə hüquqlarımın müdafiəsinin həyata keçirilməsi ilə bağlı, 250 manat avtomobil üçün ehtiyat hissənin alınması ilə bağlı və 208,50 manat dövlət rüsumu ilə bağlı cəmi 38.485 manat məbləğində vurulmuş maddi zərərə görə pul vəsaitinin və mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində vəsaitin, ümumilikdə 43.485 (qırx üç min dörd yüz səksən beş) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat İddiaçı tutularaq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-88/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-88/2025
30.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver