Məhkəmə qərarları › İş №e-2-2(113)-1272/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1272/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1272/2023 04.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 25.000 manat mələğində pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2019-cu il tarixdə AP 125/1219 saylı podrat müqaviləsi bağlanmışdır. Həmin podrat müqaviləsinə əsasən bu müqaviləyə əsasən podratçı, sifarişçinin tələblərinə əsasən bu müqavilədə razılaşdırılmış qiymətlər üzrə, sifarişçinin təsdiq etdiyi və/və ya təqdim etdiyi layihəyə uyğun olaraq “Uğur-2” yaşayış kompleksində 5, 6, 7 ve 8 saylı binaların şüşələrinin yuyulması, sınıq şüşələrin yenisi ilə əvəz edilməsi, cəbhələrin bərpası və silikonlanması işlərini və digər işləri (bundan sonra “işlər” adlandırılacaq) yerinə yetirməyi, başa çatdırmağı va sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə podratçının gördüyü işin müqabilində bu müqavilədə razılaşdırılmış qiymətlər üzrə hesablanan haqqı ödəməyi öhdəsinə götürür. Podrat müqaviləsi üzrə öhdəlikləri tam yerinə yetirilmişdir. Cavabdehin 25.000 manat məbləğində müqavilə üzrə borcu yaranmışdır. xx.xx.2022-ci il tarixdə cavabdehə pretenziya qaydasında rəsmi müraciət etmişdir. Lakin aradan 2 ay keçməsinə baxmayaraq cavabdeh heç bir rəsmi məlumat verməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022 tarixli e-2-2(113)-6255/2022 nömrəli qətnaməsi ilə "xxxx" ASC-dən 25.000 (iyirmi beş min) manat İddiaçı xeyrinə tutulması qət edilmişdir. Daha sonra cavabdeh qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə ilə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023 tarixli e-2-2(113)-1272/2023 nömrəli qərardadı ilə qiyabi qətnamə ləğv edilmişdir. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Daha əvvəlki məhkəmə iclaslarında şahid qismində dindirlən X1 qeyd etmişdir ki, əvvəllər də İddiaçı ilə bir yerdə işləmişlər. Hazırki işə də İddiaçıı özü çağırmışdır. 2019-cu ilin yay aylarında şüşələrlə bağlı 8 binada işləmişlər. Özü 6 və 8-ci binada işləmişdir. İşlə bağlı ümumi 63.000 manat məbləğ hesablanmışdır. Lakin şüşələrdə ümumi məbləğ 50.000 olmaqla yarı-yarıya razılaşmışlar. 25.000 manat məbləği Turalla birgə işləyən Rayıl adlı şəxs götürmüşdür. Daha əvvəlki məhkəmə iclasında şahid qismində X3 qeyd etmişdir ki, Tural ilə tanışlığı işlədikləri yerdəndir. Özü usta kimi fəaliyyət göstərir. İddiaçıı şüşələri dəyişəndə, yuyan zaman görmüşdür. Kompleksin 4-5 binasında bütün şüşələrin təmiri, izolyasiyasını etmişdir. Daha əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X2 məhkəməyə izahatında qeyd etmişdir ki, İddiaçıı şüşələri silikonlayan və sınmış, zədələnmiş şüşələri yeni şüşələrlə bərpa edərkən görmüşdür. Məhkəmə işdə olan sənədləri tədqiq edib, izahatları dinləyib, toplanmış sübutların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: "xxxx" ASC “sifarişçi” “podratçı” İddiaçı olmaqla imzalanmış AP 125/1219 nömrəli xx.xx.2019 tarixli podrat müqaviləsinə əsasən podratçı, sifarişçinin tələblərinə əsasən bu müqavilədə razılaşdırılmış qiymətlər üzrə, sifarişçinin təsdiq etdiyi və/və ya təqdim etdiyi layihəyə uyğun olaraq “Uğur-2” yaşayış kompleksində 5, 6, 7 ve 8 saylı binaların şüşələrinin yuyulması, sınıq şüşələrin yenisi ilə əvəz edilməsi, cəbhələrin bərpası və silikonlanması işlərini və digər işləri (bundan sonra “işlər” adlandırılacaq) yerinə yetirməyi, başa çatdırmağı va sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə podratçının gördüyü işin müqabilinda bu müqavilədə razılaşdırılmış qiymətlər üzrə hesablanan haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1 bəndinə əsasən bu müqavilənin ümumi məbləği vergilər xaric olmaqla 25.000 manat təşkil edir. "xxxx" ASC-yə göndərilmiş xx.xx.2022 tarixli pretenziya məktubunda AP 125/1219 nömrəli xx.xx.2019 tarixli müqavilə əsasında 25.000 manat məbləğində borcun 10 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqavilədən və Mülki Məcəllənin normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya göstərilmiş xidmət üzrə borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin: 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məhkəmə qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 25.000 (iyirmi beş min) manat tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, daha əvvvəlki məhkəmə iclaslarında dindirilən şahid ifadələri eləcə də tərəflər arasında imzalanmış podrat müqaviləsi ilə iddia tələbinin əsaslı olması sübuta yetirilmişdir. Bundan əlavə cavabdeh qiyabi qətnamənin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, qiyabi qətnamə ləğv edilsə də cavabdeh yenidən məhkəmə iclaslarında iştirak etməmiş, məhkəməyə hər-hansı sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC-dən 25.000 (iyirmi beş min) manat İddiaçı xeyrinə tulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar