Məhkəmə qərarları › İş №e-2-2(115)-11/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-11/2020

17.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-11/2020 17.03.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «artıq hesablanmış qaz pulunun silinməsi» tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Gəncə X2rşı «artıq hesablanmış qaz pulunun silinməsi və qaz tənzimləyicisinin qaz sayğacından əvvələ qoyulmasının cavabdehin üzərinə vəzifə qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 İdarəsinin nöqsanı nəticəsində artıq hesablanmış qaz pulunun silinməsi və qaz tənzimləyicisinin qaz sayğacından əvvələ quraşdırılması ilə bağlı cavabdehin üzərinə vəzifə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı həmçinin ərizə verərək, iddianı təmini tədbiri olaraq məhkəmədə mahiyyəti üzrə işə baxılanadək istifadəsində olan Samux rayonu Alabaşlı qəsəbəsində yerləşən istixanaya verilən təbii qazın kəsilməsinin Gəncə X1 olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilərək, işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilənədək İddiaçı istifadəsində olan Samux rayonu Alabaşlı qəsəbəsində yerləşən istixanaya verilən təbii qazın kəsilməsinin Gəncə X1 edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Samux rayonu Alabaşlı qəsəbəsində ona məxsus istilikxana vardır. O, həmin istilikxanada müxtəlif növ tərəvəz məhsullarının yetişdirilməsi ilə bağlı qanuni fəaliyyət göstərir. VÖEN-ni vardır. Həmin istilikxanada mövsümü olaraq tərəvəz məhsullarının yetişdirilməsi üçün təbii qazdan istifadə edir. 2017-ci ildə həmin istilikxananın 7-1672/11(D2) saylı layihə smeta sənədləri əsasında qaz sayğacı dəyişdirilərək iri tutumlu (1000-lik) sayğacla əvəz olunmuşdur. Həmin layihədə göstərilmişdir ki, sayğacdan öncə qaz tənzimləyicisi quraşdırılmalıdır. Lakin, sonradan Cavabdeh İB-nin nümayəndələri tərəfindən qeyri-qanuni olaraq qaz tənzimləyicisi sayğacdan sonraya keçirilmişdir. Bu da, qaz sayğacında yüklənmə yaradır, nəticədə isə sayğac qaz sərfiyyatını artıq hesablayır. Hesab edir ki, əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə qaz sərfiyyatı artıq hesablanaraq 4 ay ərzində 290815 manat müəyyən olunmuşdur. Ona görə də, Gəncə X12 İdarəsinin nöqsanı nəticəsində artıq hesablanmış qaz pulunun silinməsi və qaz tənzimləyicisinin qaz sayğacından əvvələ quraşdırılması ilə bağlı cavabdehin üzərinə vəzifə qoyulması haqqında qərar çıxarılmasını zəruri hesab edir. Daha sonra iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr verərək, cavabdeh Gəncə X12 İdarəsinin əsl Cavabdehilə əvəz edilməsini, həmçinin 290815 manat iddia tələbinin 230000 manat məbləği ilə əvəz edilməsini və 230000 manat məbləğin silinməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, 2018-ci ilin sentyabr ayında istifadə etdikləri G-1000 markalı sayğacı onlara məlum olmayan səbəbdən Samux rayon qaz idarəsinin işçiləri qeyri-qanuni olaraq tənzimləyicidən qabağa keçirmişlər. Buna etiraz etdikdə qaz idarəsinin işçiləri tənzimləyicinin yerinin dəyişdirilməsinin məcburi olduğunu, əks təqdirdə qaz təchizatının dayandırılacağını bildirmişlər. Tənzimləyici qanunsuz olaraq sayğacdan sonraya keçirildikdən sonra qaz sərfiyyatı süni olaraq dəfələrlə artmağa başlamış və nəticədə sayğac sıradan çıxmışdır. Bu barədə aidiyyəti qaz idarəsinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, yalnız dekabr ayında sayğac çıxarılaraq yoxlamaya göndərilmiş və qaz təchizatı dəmir ötürücü vasitəsilə bərpa edilmişdir. Bundan sonra Gəncə RQİİ-nin işçiləri birtərəfli qaydada razılaşma protokolu tərtib edərək gündəlik qaz sərfiyyatının 1700 manatdan hesablanacağını bildirmişlər. Lakin, istilikxanada gündəlik 1700 manat məbləğində qaz sərf edilmədiyindən buna etiraz edərək, tərtib edilmiş razılaşma protokolunu imzalamamışlar. Nəticədə qaz idarəsinin işçiləri 2019-ci ilin yanvar ayına əsassız olaraq 290815 manat qaz pulu hesablamışlar. Uzun şikayətlərdən sonra, yalnız bu ilin yanvar ayında qaz sayğacının yeri dəyişdirilərək, layihədə nəzərdə tutulmuş yerdə quraşdırılmışdır. 2018-ci ilin oktyabr, noyabr, dekabr və 2019-cu ilin yanvar ayları üzrə qaz sərfiyyatı ən çoxu ayda 15000 manat ola bilər. Ona görə də, 290815 manat məbləğində qaz pulunun 230000 manat məbləğində hissəsi əsassız hesablandığından silinməlidir. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Samux rayonu Alabaşlı kəndində yerləşən İddiaçı məxsus istilikxana Gəncə X12 İdarəsində müvafiq hesab kodu ilə qeydiyyata alınmış və həmin istilikxanada G-1000 markalı qaz sayğacı quraşdırılmışdır. Qeyda olunan istilikxanada istifadə olunmuş qazın hesabatı həmin sayğacın elektron göstəricisinə uyğun hesablanmışdır. Qaz sayğacı üzrə 2018-ci ilin oktyabr ayının 15 günlük sərfiyyatı 173043 m3 (34608,60 manat) və noyabr ayı üzrə isə699438 m3 (139887,60 manat) olmuşdur. Sayğac üzrə həmin dövrlərin göstərici kofisenti isə 3,43 olmuşdur. Abonent tərəfindən sayğacın növbədən kənar dövlət yoxlamasına göndərilməsi tələbi üzrə sayğac xx.xx.2018-ci il tarixdə sökülərək dövlət yoxlamasına göndərilən zaman müəssisənin qaz təminatı akt əsasında sayğacsız dəmir ötürücü vasitəsilə təmin olunmuş və aktda qeyd olunmuşdur. Sayğacın dövlət yoxlama rəyi üzrə minimal sərfiyyatda qaz sərfinin az qeyd olunması ilə eyni məna kəsb edir. Qaz sayğacının olmadığı dövr üzrə abonentə qaz təminatının dəmir ötürücü ilə bərpa olunması səbəbindən normativ əsasında müəssisədə olan qaz avadanlıqlarının saatlıq sərfiyyatına uyğun borc hesablanmış və bu barədə razılaşma protokolu tərtib edilmişdir. Lakin, abonent həmin razılaşma protokoluna imza etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Prezidentinin sahibkarlıq subyektləri üzrə göstəriş və qərarlarını nəzərə alaraq, həmin istilikxanada yetişməkdə olan məhsulun olması səbəbindən qaz təminatının dayandırılması mümkün olmamışdır. Hazırda abonentin 335046,40 manat borcu mövcuddur və bu borc abonent tərəfindən ödənilməlidir. Ona görə də, iddiaçının iddiası əsassızdır, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısaqısı barədə xx xxxxxx 2017-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq Səfra Albullayevaya məxsus Samux rayonu Alabaşlı kəndində yerləşən istilikxananı keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 4.2-ci bəndinə görə, qaz qurğuları layihə və digər texniki sənədlər əsasında quraşdırılmalı və istismar edilməlidir. Samux rayonu Alabaşlı kəndində yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin (istilikxananın) qazlaşdırılması işçi layihəsinin qaz təchizatı adlanan 4-cü bəndindən görünür ki, layihədə qaz mənbəyi Alabaşlı QPS-in çıxışındakı diametri 530 mm-lik orta təzyiqli yerüstü kollektoru qəbul olunur. Birləşmədən sonra layihələndirilən orta təzyiqli qaz kəmərinin üzərində ölçü qovşağı quraşdırılır. Ölçü qovşağında qazın təzyiqini sabit saxlamaq üçün (ortadan-ortaya) RDUK2-150 tipli qaz tənzimləyici və qaz cihazlarının qaz sərfiyyatının ölçülməsi üçün G-1000 tipli qaz sayğacının quraşdırılması nəzərdə tutulur. Sözügedən işçi layihəsinin qaz təchizatı, qaz kəmərlərinin planı cizgidən görünür ki, G-1000 markalı qaz sayğacının orta təzyiqli sənaye kollektoruna (qazın verilmə mənbəyinə) RDUK2-150 markalı qaz tənzimləyicisindən sonra (yəni kollektora daha yaxın qaz tənzimləyicisinin və ondan sonra qaz sayğacının) quraşdırılması nəzərdə tutulmuşdur. Samux rayonu Alabaşlı qəsəbə bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli 36 saylı arayışından görünür ki, Samux rayonu Alabaşlı bələdiyyəsində mövcud olan istixanaların istifadəsinin təcrübəsinə görə qış mövsümü noyabr ayının 22-dən martın 22-nə qədər nəzərdə tutulur. Həmin qış mövsümü zamanı istixanalarda tərəvəz məhsullarının yetişdirilməsi üçün temperaturun 13-14C dərəcədə saxlanılmasının nəzərdə tutulduğundan, qış mövsümü zamanı qazanların (avtomatik olaraq qazla işləyən qazanların) gündə işləmə saatları 4-5 saat təşkil edir. Yəni istixanada 13-14 C dərəcədə istilik saxlamaq şərti ilə qazanlar tam gücü ilə gündə cəmi 4-5 saat işlək vəziyyətdə olurlar. İddiaçı abonent saldosundan görünür ki, 2018-ci ilin oktyabr ayı üçün qaz sərfinin məbləğinin 34608,6 manat, həmin ilin noyabr ayı üçün sərfin məbləğinin 139887,6 manat, dekabr ayı üçün isə sərfin məbləğinin 38564,8 manat, nəticə etibarilə 2019-cu ilin yanvar ayının sonuna borcun 290815 manat olduğu göstərilmişdir. Hesabdan çıxarışdan göründüyü kimi, İddiaçı tərəfindən istifadə olunan təbii qaza görə ödənişlər mütəmadi olaraq həyata keçirilmişdir. Məhkəmə mühəndis-texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 27378 saylı rəyinə əsasən İddiaçı məxsus istixanaya çəkilmiş qaz xəttinin girişində, ümumi kollektordan (qaz mənbəyindən) birinci G-1000 markalı qaz sayğacının, ondan sonra isə qaz tənzimləyicisinin quraşdırılması, həmin istixana üçün tərtib edilmiş “Samux rayonu Alabaşlı kəndində yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin (istixananın) qazlaşdırılması” işçi layihəsinə ziddir. Qaz sayğacının tənzimləyicisindən əvvəl quraşdırılması, onun texniki göstəricilərində (parametrlərində) nəzərdə tutulmayan təzyiqli qazın axıdılmasına və bunun nəticəsində sayğacın qaz sərfiyyatının hesablanmasında təhriflərin (həmçinin artıq hesablanmasının) yaranmasına gətirə bilər. Samux rayonu Alabaşlı kəndinin ərazisindəki istixanalarda qış mövsümündə təbii qaz məsrəfinin orta hesabla gündə 4,5 saat (4 saat 30 dəqiqə) istifadə olmasını və İddiaçı məxsus istixananın qazanxanalarında quraşdırılmış işlək vəziyyətdə olan iki ədəd qazanın maksimal saatlıq qaz sərfiyyatını (bir qazanın maksimal qaz sərfiyyatı 250 kub.m/saat olduğunu) nəzərə almaqla, bir ay (30 gün) üçün hər iki qazanda qaz sərfiyyatı 67500 kub.m, qaz sərfinin məbləği isə 13500 manat təşkil edir. Ekspertizaya iş materialları ilə təqdim edilmiş **********00030 fiziki şəxs İddiaçı abonent saldosunda göstərilmiş 2018-ci ilin oktyabr, noyabr və dekabr ayları üçün qaz sərfinin məbləğləri, abonentin qaz işlədicilərinin işləmə saatlarına görə aparılmış hesablamalarla müəyyən edilmiş qaz sərfinin məbləğindən artıqdır. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil etmişdir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Buqaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları» nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları» nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Məhkəmə qeyd edilən sənədlərdə iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. İşin faktiki hallarından görünür ki, cavabdeh tərəfindən işçi layihəyə zidd olaraq iddiaçıya məxsus istixanaya çəkilmiş qaz xəttində qaz sayğacının tənzimləyicidən əvvələ quraşdırılması nəticəsində sayğac qaz sərfiyyatını artıq hesablamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçıya artıq hesablanmış 230000 manat məbləğində sərfiyyat haqqı cavabdeh tərəfindən silinməlidir. Artıq hesablanmış məbləğin 230000 manatdan az olmasını təsdiq edəcək mötəbər sübutlar isə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı (abonent kodu: **********00030) hesablamış 230000 manat məbləğində sərfiyyat haqqı (cərimə) Cavabdeh tərəfindən silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdehndən 150 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı (abonent kodu: **********00030) hesablamış 230000 manat məbləğində sərfiyyat haqqı (cərimə) Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 150 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar