Məhkəmə qərarları › İş №e-2-2(115)-12/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-12/2020

19.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-12/2020 19.10.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçı Azərbaycan Avtomobil yolları dövlət agentliyi “X1 xidməti” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Avtomobil yolları dövlət agentliyi “X1 xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı Y-51-06 indeksli yerli əhəmiyyətli R-50 (5km)-stansiya Alabaşlı avtomobil yolunun 2 km-də yolun sol tərəfində hərəkət hissəsinin mərkəzdən 4,5 metr məsafədə yerləşən Cavabdeh QSC tərəfindən qeyri-qanuni olaraq avtomobil yolunun mühafizə zolağında uzunluğu 500 metr olan metal konstruksiyalı hasar ilə hasarlanmış, ümumilikdə 4 000 kv.metr zəbt edilmiş ərazini cavabdehin vəsaiti hesabına sökülməsi və avtomobil yolunun mühafizə zolağının ilkin vəziyyətə gətirilməsi tələbinə dair işəməhkəməninbinasındaaçıqməhkəməiclasında baxaraq müəyyənetdi: İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “X1 Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Y-51-06 indeksli yerli əhəmiyyətli R-50 (5km)-stansiya Alabaşlı avtomobil yolunun 2 km-də yolun sol tərəfində hərəkət hissəsinin mərkəzindən 4,5 metr məsafədə yerləşən Cavabdeh QSC tərəfindən qeyri-qanuni olaraq avtomobil yolunun mühafizə zolağında uzunluğu 500 metr olan metal konstruksiyalı hasar ilə hasarlanmış, ümumilikdə 4,000 kv.metr zəbt edilmiş ərazini cavabdehin vəsaiti hesabına sökülməsi və avtomobil yolunun mühafizə zolağının ilkin vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək təminedilməsinixahişemişdir. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərətəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, Y-51-06 indeksli yerli əhəmiyyətli R-50 (5km)-stansiya Alabaşlı avtomobil yolunun 2 km-də yolun sol tərəfində Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən metal konstruksiyadan çəkilmiş hasar Y-51-06 indeksli yerli əhəmiyyətli R-50 (5km) stansiya Alabaşlı avtomobil yolunun orta oxundan təqribən 8 metr məsafədə yerləşdiyi nəzərə alaraq həmin hasar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 298 nömrəli, xx xxxxxxxx 2015-ci il tarixli qərarı ilə təsdiq olunmuş, “Azərbaycan ərazisində avtomobil yollarından və yol qurğularından istifadə olunması, onların qorunması qaydaları”nın 7-ci bəndinə əsasən avtomobil yolun mühafizə zolağına düşür. Məhkəmə ekspert rəyinə münasibət olaraq qeyd edir ki, ekspert rəyində çəkilmiş hasarın yerləşdiyi yer müəyyən olunmuşdur. Lakin, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə aid torpaq sahələri ilə, avtomobil yolunun mühafizə sahəsinə aid torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi halı yoxlamamışdır. Məhkəmə ilk öncə onu qeyd edir ki, iddia tələbi qeyri-müəyyən şəkildə təqdim edilimişdir. Xüsusən, iddia tələbində göstərilən “4.000 kv.metr zəbt edilmiş ərazini cavabdehin vəsaiti hesabına sökülməsi” ifadəsinin özündə ehtiva etdiyi mənaya görə avtomobil yolunun mühafizə zolağında olan hər hansı tikili və ya konstruksiyanın deyil, ərazinin sökülməsi qeyd edilmişdir. “Ərazi” anlayışı daha geniş anlayış olub, öz-özlüyündə yerin səthi, torpaq sahəsi və təbii relyef elemetlərini birləşdirir. Bu cür təqdimetmə tələbin mövcudluğunu istisna edir. Məlumdur ki, qanunvericiliyə görə torpaq sahəsi üzərində yerləşən özbaşına tikinti məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan başqa, iddia tələbi bu əsasla irəli sürülmüşdür ki, metal hasar avtomobil yolunun hərəkət hissəsinin mərkəzindən 4,5 metr məsafədə yerləşir. İş üzrə sənədlərdən görünür ki, iddiaçı tərəf bu halı mütəxəssislərinin apardığı ölçmə işləri ilə müəyyən etmişdir. Lakin, ekspert rəyi ilə müəyyən olunur ki, hasar yolun mərkəzindən 8 metr məsafədə yerləşir. Göründüyü kimi ekspert rəyi əsasında yeni hal ortaya çıxmıdır. Yəni, yolun mərkəzindən 4.5 metr məsadə hasar mövcud deyildir. Hərçənd ki, hər iki halda hasar yolun mühafizə zonasında yerləşir. Hər bir halda hasarın sökülməsi tələbdə göstərilməmişdir. İş üzrə keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.4-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfə mübahisənin mümkün hüquqi həlli ilə bağlı məlumat verilməklə, sökülməsi tələb olunan predmetlə bağlı iddia tələbinə bir daha diqqət yetirmək, eyni zamanda ekspert rəyi əsasında ortaya çıxmış yeni halı da nəzərə almaq, həmin məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbində dəyişiklik etmək hüuqundan istifadə etmək onun diqqətinə çatdırılmışdır. İddiaçının nümayəndəsi tələbdə hər hansı dəyişikliyə zərurət olmadığını bildirmişdir. Məhkəmə iddia tələbində olan natamamlıqlara söz və ya ifadənin hərfi mənası kimi yanaşmayaraq hesab edir ki, tələbin bu cür qoyuluşu hüquqi dəyərləndirməni çətinləşdirir, tələbin mövcudluğunu istisna edir, onun təmininin mümkünsüzlüyünə gətirib çıxarır. Qanunvericiliyin tələbinə görə iddia tələbinin həcmini iddiaçı müəyyən etməli və iddia ərizəsində onu dəqiq, aydın göstərməlidir. Həmçinin qətnamə çıxarılana qədər onun tələbdə dəyişiklik etmək hüququ vardır. İddiaçının təqdim etdiyi hallarin tam olmaması, iddia tələbi bu səbəbdən təmin edilməməsi üçün əsasdır. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə məhkəmə yalnız irəli sürülən tələb üzrə qətnamə çıxarır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı idddia tələbinin qanuni əsasnı təşkil edən bir çox halları da məhkəməyə təqdim etməmişdir. Belə ki, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində göstərilir ki, avtomobil yolları, bir qayda, olaraq əhəmiyyətinə, yol şəbəkəsində tutduğu yerə, funksional təyinatına, istifadə imkanlarına, istifadəçilərinə və mülkiyyətçilərinə görə təsnif edilir.İstifadəçilərinə görə avtomobil yolları ümumi istifadədə olan və xüsusi istifadədə olan yollara bölünür.Mülkiyyətçilərinə görə avtomobil yolları dövlət, bələdiyyə və özəl yollar kimi təsnif edilir. Əhəmiyyətinə və yol şəbəkəsində tutduğu yerə görə avtomobil yolları respublika, yerli, şəhər və sahə yollarına bölünür.Bunlarla yanaşı, avtomobil yollarının həndəsi parametrlərini, istehlak və texniki-konstruktiv xüsusiyyətlərini əks etdirən texniki təsnifatı tərtib edilir. Bu təsnifatlarda funksional təyinatlarına və istifadə imkanlarına görə yolun hərəkət şiddətinə uyğun olaraq beş dərəcəyə bölünməsi, onların əsas, köməkçi, müvəqqəti, ikinci dərəcəli, yanaşma, bir və iki tərəfli, bir, iki və çox zolaqlı, eyni və müxtəlif səviyyəli, habelə tənzimlənən və tənzimlənməyən olması da nəzərə alınır.Avtomobil yollarının təsnifatlaşdırılması müəyyən olunmuş qaydada işlənib hazırlanan və təsdiq edilən standartların və digər normativ hüquqi aktların tələbləri əsasında həyata keçirilir.Avtomobil yollarından istifadə qaydaları onların mülkiyyətçiləri tərəfindən müvafiq qanunvericilik aktları çərçivəsində müəyyənləşdirilir. Həmin Qanunun 15-1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Qorunma (mühafizə) zolaqlarının hüdudları avtomobil yollarının sahibləri tərəfindən işarələnməlidir. Həmin Qanunun 25-ci maddəsində göstərilir ki, avtomobil yollarının vahid dövlət reyestri (bundan sonra – reyestr) mülkiyyət növündən və əhəmiyyətindən asılı olmayaraq, avtomobil yolları haqqında məlumatları əks etdirən dövlət informasiya ehtiyatıdır.Reyestr avtomobil yollarının qeydiyyatı və uçotu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır və aparılır.Reyestrə hər bir avtomobil yolu haqqında aşağıdakı məlumatlar daxil edilir: - avtomobil yolunun mülkiyyətçisi və sahibi; avtomobil yolunun adı, indeksi, ünvan reyestri məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nömrə və uzunluğu; avtomobil yolunun xəritəsi; avtomobil yolunun və onun sahələrinin avtomobil yolları təsnifatına uyğunluğu; avtomobil yolunun faktiki vəziyyəti barədə məlumatlar;avtomobil yolunun tutduğu torpaq sahəsi, yol örtüyünün növü və vəziyyəti; yol nişanlarının dislokasiyası. Yuxarıda qeyd olunan normaların tələbindən göründüyü kimi yaşayış məntəqələrinin hüdudlarında yerləşən X1 zolağı müəyyən edilmir. Mübahisə predmetinə aid ərazinin yaşayış məntəqələrinin hüdudlarından kənarda olması barədə sübut təqdim edilməmişdir. Bundan başqa avtomobil yolunun təsnifatı və onun statusu barədə rəsmi reyestrdən əks olunan və mübahisənin həlli üçün əhəmiyyətli sayılan məlumatlar da da məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin180-4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır (Avropa Məhkəməsinin Kuşoğlu Bolqarıstana qarşı iş üzrə xx xxx 2007-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən tutulduğundan məhkəmə belə hesab edir ki, həmin məbləğ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “X1 Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulub dövlət nəfinə keçirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrinin rəhbər tutub qət etdi: İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “X1 Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı Y-51-06 indeksli yerli əhəmiyyətli R-50 (5km)-stansiya Alabaşlı avtomobil yolunun 2 km-də yolun sol tərəfində hərəkət hissəsinin mərkəzdən 4,5 metr məsafədə yerləşən Cavabdeh QSC tərəfindən qeyri-qanuni olaraq avtomobil yolunun mühafizə zolağında uzunluğu 500 metr olan metal konstruksiyalı hasar ilə hasarlanmış, ümumilikdə 4 000 kv.metr zəbt edilmiş ərazinin cavabdehin vəsaiti hesabına sökülməsi və avtomobil yolunun mühafizə zolağının ilkin vəziyyətə gətirilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “X1 Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qətnamədən onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar