Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1576/2023 01.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, Bakı Kommersiya Məhkəməsindən ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə baxılması üçün göndərilmiş iddiaçı "Login İnternational” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair e-2- 2(113)-3651/2023 nömrəli kommersiya işinin materiallarına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "Login İnternational” Məhdud Məsuliyyətli Cəmiyyəti 19 iyun 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia əraziəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli MF2710/22 nömrəli podrat xidmətləri haqqında müqavilə üzrə ödənilməmiş 16150 (on altı min yüz əlli) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 16350 (on altı min üç yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sifarişçi qismində Cavabdeh direktoru X1 ilə podratçı qismində "Login İnternational” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli MF2710/22 nömrəli podrat xidmətləri haqqında müqaviləyə əsasən podratçı yüklərin daşınması, yükvurma-yükboşaltma işlərini və nəqliyyat-ekspedisiya xidmətləri ilə bağlı tərəflər arasında razılaşdırılmış digər əməliyyatların aparılmasını təşkil etməyi, sifarişçi isə podratçının xidmətlərini ödəməyi öhdəsinə götürür. Müqavilə üzrə xx.xx.2022-ci il tarixli, Lİ121/22 nömrəli, xx.xx.2022-ci il tarixli, Lİ100/22 nömrəli aktlar tərtib olunmuşdur. Həmin aktlara müvafiq olaraq 9520 (doqquz min beş yüz iyirmi) və 6630 (altımin altı yüz otuz) manat pul vəsaiti məbləğinin hesablandığı qaimələr tərtib olunmuşdur. İddiaçı müqavilə üzrə ödənilməmiş 16150 (on altı min yüz əlli) manat məbləğində pul vəsaitinin ödənilməsini pretenziya qaydasında cavabdehdən tələb etsə də, cavabdeh öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Belə ki, kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatlarda cavabdehin hüquqi ünvanı ünvan 1 ünvan olaraq Bakı şəhəri, Alı Musafayev 31A qeyd edilmişdir. Eyni zamanda müqaviləyə bir nömrəli əlavədə xidmətin adı “Qus-Xrustal, Rusiya - Bakı, Azərbaycan” qeyd edildiyinə görə müqavilənin icra yerinin Bakı şəhəri olması müəyyən edilir. Bu səbəbdən iddiaçı tərəfindən iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilir. Bakı Kommersiya Məhkəməsinin 22 iyun 2023-cü il tarixli e-2-2(113)-3651/2023 nömrəli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab olunmuş və məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Hazırlıq iclası xx.xx.2023cü, xx.xx.2023-cü, xx.xx.2023-cü il tarixlərə təxirə salınmış və xx.xx.2023-cü il tarixli e-2- 2(113)-3651/2023 nömrəli qərardadla məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə baxış iclasında tərəflər iştirak etməsə də, xx.xx.2023-cü il tarixdə iddiaçı "Login İnternational” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə verərək cavabdeh tərəfin barışıq niyyəti ilə iddiaçıya müraciət etdiyini, mübahisənin məhkəmədən kənar etmək istədiklərini bildirmiş, bununla bağlı məhkəmə iclasını bir neçə gün sonraya təxirə salınmasını xahiş etmişdir. Lakin həmin baxış iclasında qəbul edilmiş 19 oktyabr 2023-cü il tarixli e-2-2(113)- 3651/2023 nömrəli qərardadla kommersiya işinin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış və qərar cavabdehin hüquqi ünvanının ünvan 4amanda qərardadda göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəməyə baxılmağa verir. İş materiallarında olan MF2710/22 nömrəli podrat xidmətləri haqqında müqavilənin 1.1-ci bəndinə əsasən podratçı "Login İnternational” Məhdud Məsuliyyətli Cəmiyyəti yüklərin daşınması, yükvurma-yükboşaltma işlərini və nəqliyyat-ekspedisiya xidmətləri ilə bağlı tərəflər arasında razılaşdırılmış digər əməliyyatların aparılmasını təşkil etməyi, sifarişçi Cavabdeh isə podratçının xidmətlərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən xidmətlərin şərtləri və dəyəri hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşma protokolları və ya aktlarda öz əksini tapacaqdır. Həmin müqaviləyə 1 nömrəli Əlavəyə (qiymətlərin razılaşma protokoluna) əsasən müqavilə üzrə göstəriləcək xidmətin adı “Qus-Xrustal, Rusiya - Bakı, Azərbaycan” beynəlxalq daşıması qeyd edilmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli MF2710/22 nömrəli podrat xidmətləri haqqında müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə (qiymətlərin razılaşma protokolunda) müqavilə üzrə yüklərin Rusiya Federasiyasının Qus-Xrustal şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə daşınması nəzərdə tutulmuşdur. Qeyd olunur ki, hüquqi şəxsə qarşı iddia ərizəsi ərazi aidiyyəti üzrə Mülki-Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən cavabdehin ünvanının olduğu yerə görə verilir və ya həmin Məcəllənin 36.11-ci maddəsinə əsasən iddiaçının seçimi ilə müqavilənin icra yerinə görə də verilə bilər. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində müqavilənin icra yerinin Bakı şəhəri olmasını qeyd etmiş, bu əsasla seçim edərək hazırkı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun həmin məhkəmədə icraata qəbul edilmiş və sonradan iddiaçı ərazi aidiyyətinin dəyişdirilməsi ilə bağlı hər hansı iradə ifadəsi bildirməmişdir. Buna görə Bakı Kommersiya Məhkəməsinin 22 iyun 2023-cü il tarixli e-2-2(113)-3651/2023 nömrəli qərardadı ilə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun öz icraatına götürmüş olduğu hazırkı kommersiya işi üzrə mübahisəyə Bakı Kommersiya Məhkəməsində deyil, Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəlidir. Çünki, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar üzrə iddaçı müqavilənin icra yerinə məhkəməyə müraciət edə bilər və bu iddiaçının seçim hüququdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən: 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı olduqda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verildiyinə görə, yuxarıda qeyd olunan hallara əsasən hazırkı kommersiya işi üzrə ərazi aidiyyəti Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45-ci maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: Bakı Kommersiya Məhkəməsindən Sumqayıt Kommersiya Məhkəməsinə baxılması üçün göndərilmiş iddiaçı "Login İnternational” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair e-2-2(113)-3651/2023 nömrəli kommersiya işi ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1576/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1576/2023
01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver