Məhkəmə qərarları › İş №e-2-2(119)-9/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-9/2021

21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-9/2021 21.04.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə və Cavabdeh iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti xx xxxxxx 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə təbii qazın istehlakı ilə əlaqədar qeyri-qanuni hesablanmış 215548,30 (iki yüz on beş min beş yüz qırx səkkiz manat 30 qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx xxxx 2020-ci ildə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (abonent kodu: **********00210) tərəfindən istifadə olunan təbii qaza görə xx xxxxxx 2020-ci il tarixinə yaranmış 116629,13 (yüz on altı min altı yüz iyirmi doqquz manat 13 qəpik) manat debitor borcu, itirilmiş təbii qazın bərpası üzrə hesablanmış 215548,30 (iki yüz on beş min beş yüz qırx səkkiz manat 30 qəpik) manat dəymiş ziyan və ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu və xidmət haqqı olmaqla, cəmi 332207,83 (üç yüz otuz iki min iki yüz yeddi manat 83 qəpik) manat pul vəsaitinin tutularaq Cavabdehnə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia və qarşılıqlı iddia ərizələrinə dair kommersiya işi üzrə xx xxxxx 2021-ci il tarixinə təyin edilmiş məhkəmə baxış iclasına iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi Nümayəndə2 gəlmişlər. Həmin məhkəmə baxış iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi “iddia ərizəsinin qaytarılması” barədə ərizə ilə və eyni zamanda, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi “qarşılıqlı iddia ərizəsinin qaytarılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən müvafiq olaraq iddia ərizəsinin və qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - iddia ərizəsi baxılmamış saxlanılır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “iddia ərizəsinin qaytarılması” barədə ərizəsi və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh “qarşılıqlı iddia ərizəsinin qaytarılması” barədə ərizəsi təmin edilərək, həmin ərizələr əsasında iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi və Cavabdeh iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbi barədə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Eləcə də, kommersiya işinin materialları ilə müəyyən edilir ki, məhkəmə araşdırması zamanı kommersiya işi üzrə kompleks məhkəmə texniki-mühasibatlıq ekspertizası keçirilmiş və ekspertiza tərəfindən xx xxxxxx 2021-ci il tarixli 10/2543 nömrəli və xx xxxx 2021-ci il tarixli 9/4789 nömrəli ekspert Rəyləri verilmişdir. Həmin xx xxxxxx 2021-ci il tarixli 10/2543 nömrəli və xx xxxx 2021-ci il tarixli 9/4789 nömrəli ekspert Rəylərinə əlavə edilmiş “Ekspertiza xərclərinə dair” Bildirişlərdə keçirilmiş ekspertiza tədqiqatlarının cəmi dəyəri 300 (üç yüz) manat məbləğində müəyyən edilmiş və həmin məbləğin müvafiq qaydada tutularaq aidiyyəti üzrə ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 260.3-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadında işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş kompleks məhkəmə texniki-mühasibatlıq ekspertizasının dəyəri olan cəmi 300 (üç yüz) manat məbləğində pul vəsaitinin 150 (yüz əlli) manatı iddiaçı "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən və 150 (yüz əlli) manatı Cavabdehndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “iddia ərizəsinin qaytarılması” barədə ərizəsi təmin edilsin və iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Cavabdeh “qarşılıqlı iddia ərizəsinin qaytarılması” barədə ərizəsi təmin edilsin və Cavabdeh tərəfindən iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbi barədə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 300 (üç yüz) manat məbləğində pul vəsaitinin 150 (yüz əlli) manatı iddiaçı "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən və 150 (yüz əlli) manatı Cavabdehndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar