Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2945/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X9 cavabdeh Cavabdeh oğluna qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Iddiaçı X9 cavabdeh Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 15.418,44 manat məbləğində təmir xərci, 2.912 manat əldən çıxmış fayda, keçirilmiş ekspertizanın xərci olan 400 manat, vəkillə aralarında olan müqavilənin xərci 1.000 manat olmaqla, cəmi 19.730,44 manat maddi ziyan, 30.269,56 manat mənəvi ziyana görə, ümumilikdə 50.000 manat və ödənilmiş 250 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh 16.000 manat maddi ziyan, 1.000 manat vəkil xərci, ödənilmiş 250 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
3. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə mülki iş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ləğv olunmaqla apellyasiya baxışından çıxarılmış və həmin apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
4. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qərardadı ilə cavabdeh tərəfindən həmin qətnamədən verilən apellyasiya şikayətinin qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən geri qaytarılması qərara alınmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
5. Cavabdeh qərardaddan şikayət verərək onun ləğv edilməsini və apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə vəkil müraciətləri olsa da, işə əlavə olunmadığından aparılmış prossesual hərəkətlərdən məlumatsız olmuşdur. Şikayətin geri qaytarılması əsası olmadığından mübahisələndirilən qərardad ləğv olunmalıdır. Belə ki, ən azından verilmiş apellyasiya şikayətində nümayəndənin səlahiyyətlərinə dair məlumatlara diqqət yetirilsə görülərdi ki, ** saylı notariat ofisinin notariusu X3 tərəfindən təsdiq edilmiş 7E- 17570 nömrəsi ilə ##.##.2025-ci il tarixdə Cavabdeh tərəfindən Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Vəkil onu məhkəmədə təmsil etmək səlahiyyəti verilmişdir. Tərəfindən verilmiş apellyasiya şikayətinə həm order, həm də etibatrnamə əlavə olunmuşdur və halhazırda da elektron məhkəmə sisteminə baxdıqda bu fakt öz təsdiqini tapır. Lakin necə ola bilər ki, həm apellyasiya instansiya məhkəməsi, həm də Səbail rayon məhkəməsi bu fakta qiymət vermir və hesab edir ki, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd işdə yoxdur.
7. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. Işdən görünən odur ki, cavabdeh Cavabdeh Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə qeyri-mümkün hesab edilmiş və mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmiş, birinci instansiya məhkəməsi isə öz növbəsində həmin qərardada əsaslanaraq apellyasiya şikayətini özünün ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qərardadı ilə geri qaytarmışdır.
13. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən vəkil tərəfindən verilən apellyasiya şikayətinə vəkilin səlahiyyətini təsdiq edən etibarnamə və vəkilin orderi əlavə edilməlidir. “Elektron məhkəmə” informasiya sistemindən nümayəndəyə (vəkilə) verilmiş etibarnamənin apellyasiya şikayətinə əlavə edilməsi müəyyən edilmir.
14. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur.
15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: