Məhkəmə qərarları › İş №2-1(1-8)-1031/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-1031/2026

06.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-1031/2026 06.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma; qanunun dərc edilməsi və qüvvəyə minməsi; maddi və prosessual hüquq normaları; qanunların zamana görə tətbiqi və kolliziyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ““Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraatda baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsi rəisinin ## #### 2013-cü il tarixli, ** nömrəli Əmrindən çıxarışdan görünür ki, 2013/2014-cü tədris ili üçün Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsinin 5-ci kurs kursantı İddiaçı ##.##.2013-cü il tarixdən bütün növ təminatlara qoyularaq, ilkin təlim-toplanışa cəlb edilmişdir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirinin ## #### 2015-ci il tarixli, **** nömrəli əmrindən çıxarışdan görünür ki, 2015-ci ilin iyun ayında Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bitirmiş kursant İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 30, 36.1.4-cü maddələrinə və Hərbi xidmətkeçmə haqqında“ Əsasnamənin 58-ci maddəsinin “a” bəndinə və 72-ci maddəsinin “v” bəndinə müvafiq olaraq, ilkin “R” hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilərək, X4 X3 Komandanının Sərəncamına keçirilmişdir.

3. ##.##.2015-ci il tarixli, AT №****** (Qeydiyyat №****) nömrəli diplomun surətindən görünür ki, İddiaçı Azərbaycan Tibb Universiteti Dövlət Attestasiya Komissiyasının ## ### 2015-ci il tarixli qərarı ilə “Hərbi həkim işi” ixtisası üzrə “X1-İxtisas” dərəcəsi verilmişdir.

4. N nömrəli hərbi hissə komandirinin ## ######## 2017-ci il tarixli,*** nömrəli nizami hissə üzrə əmrindən görünür ki, R İddiaçı qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi Müdafiə nazirinin ## ######## 2017-ci il tarixli **** nömrəli əmri ilə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi rəisinin sərəncamına təyin olunduğuna görə işlərini və vəzifəsini təhvil vermiş xidmətini davam etmək üçün Bakı şəhəri, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi rəisinin sərəncamına göndərilmiş hesab edilmiş, ## ######## 2017-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır.

5. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin rəisinin ## ####### 2017-ci il tarixli *** nömrəli əmrindən çıxarışda qeyd olunur ki, 2017-ci və 2018-ci tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya qəbul olunmuş və qeydiyyatdan keçmiş Azərbaycan Respublikası Müdafiə nazirinin ## ######## 2017-ci il tarixli **** nömrəli əmri ilə Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsinin rezidenturasının İ kurs rezidentləri siyahısına daxil edilmiş aşağıda adları çəkilən zabitlər gəlmiş hesab edilərək, ## ####### 2017-ci il tarixdən fakültənin rezidentləri siyahısına, bütün növ təminatlara daxil edilmişlər: “Ümumi cərrahiyyə” ixtisası üzrə, R İddiaçı - N nömrəli hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, Ordubad rayonu.

6. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi rəisinin ## #### 2018-ci il tarixli, *** nömrəli əmrindən çıxarışında qeyd olunur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ## #### 2018-ci il tarixli ***r nömrəli əmrinə əsasən aşağıda adları çəkilən zabitlərə növbəti hərbi rütbələr verilmişdir: "R" - 14.R İddiaçı, Hərbi Tibb Fakültəsinin rezidenti.

7. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi rəisinin 09 oktyabr 2020-ci il tarixli, *** nömrəli əmrindən çıxarışda qeyd edilir ki, Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin ##.##.2020-ci il tarixli **/**** nömrəli telefonoqrammasına əsasən aşağıda adları qeyd edilən hərbi qulluqçular N nömrəli hərbi hissəyə (Füzuli rayonu) ##.##.2020-ci il tarixdən 2 (iki) ay müddətinə döyüş tapşırığını yerinə yetirmək məqsədilə ezamiyyətə getmiş hesab edilsinlər. 3.R İddiaçı, Hərbi Tibb Fakültəsinin III kurs rezidenti. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi rəisinin ## ####### 2020-

8. *** nömrəli əmrindən çıxarışda qeyd edilir ki, Azərbaycan Respublikası Müdafiə ci il tarixli, nazirinin ## ####### 2020-ci il tarixli **** nömrəli əmrinə əsasən döyüş əməliyyatları ilə əlaqədar aşağıda adları çəkilən zabitlər döyüş əməliyyatları başa çatdıqdan sonra öz vəzifələrinə qaytarılmaqla və vəzifə maaşı saxlanılmaqla müvafiq hərbi hissə komandirlərinin sərəncamına göndərilsinlər. N nömrəli hərbi hissə komandirinin sərəncamına: 7. R İddiaçı, Hərbi Tibb Fakültəsinin III kurs rezidenti;.

9. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi rəisinin ## ###### 2021-ci il tarixli, ** nömrəli əmrindən çıxarışda qeyd edilir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin ## ####### 2020-ci il tarixli **** nömrəli şəxsi heyət üzrə əmrinə əsasən, döyüş əməliyyatları ilə əlaqədar (döyüş əməliyyatları başa çatdıqdan sonra öz vəzifələrinə qaytarılmaqla və vəzifə maaşı saxlanılmaqla) müvafiq hərbi hissənin komandirinin sərəncamına göndərilmiş Hərbi Tibb Fakültəsinin aşağıda adları qeyd edilən rezidentləri Azərbaycan Respublikası Müdafiə nazirinin ## ###### 2021-ci il tarixli *** nömrəli əmrinə uyğun olaraq əvvəlki vəzifələrinə qaytarılsınlar və ## ###### 2021-ci il tarixdən vəzifələrinin icrasına başlasınlar. N nömrəli hərbi hissədən: R İddiaçı;

10. AR № ****** nömrəli, ##.##.2024-cü il tarixli diplomdan görünür ki, İddiaçı 2017-ci ildən 2022-ci ilədək Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində “Ümumi cərrahiyyə” ixtisası üzrə rezidenturada təhsil almış, Yekun Attestasiya Komissiyasının ##.##.2022-ci il tarixli, ** nömrəli qərarı ilə ona “Ümumi cərrahiyyə” ixtisası üzrə həkim-mütəxəssis ali peşə ixtisas dərəcəsi verilmişdir.

11. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi rəisinin ## ###### 2023cü il tarixli, * nömrəli əmrindən çıxarışında qeyd edilir ki, R İddiaçı, Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsinin rezidenti Azərbaycan Respublikası Müdafiə nazirinin ## ###### 2022-ci il tarixli *** nömrəli əmri ilə N nömrəli hərbi hissənin Poliklinika-Qəbul bölməsinin cərrahiyyə kabinetinin rəisi-cərrah vəzifəsinə təyin edilmiş, işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, ## ###### 2023-cü il tarixdən fakültənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılıb, xidmətini davam etdirmək üçün Naxçıvan şəhəri, N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilsin.

12. Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin ***** nömrəli, ## #### 2024-cü il tarixli əmri ilə R İddiaçı “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə təltif edilmişdir.

13. N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış ## ##### 2025-ci il tarixli raportun surətindən məlum olur ki, təcili yardım bölməsinin rəisi R İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

14. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ##.##.2025ci il tarixli raportuna əsasən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdeh Cavabdeh həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2009-cu ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə daxil olmuşdur. Təhsil müddətinin (6 ilin) 4 ilini mülki tələbə kimi oxumuşdur. 2013-cü il tarixindən təhsilini Hərbi tibb fakültəsində kursant kimi davam etdirmişdir. ##.##.2015-ci ildən R rütbəsini alıb, zabit kimi Silahlı Qüvvələrdə xidmət etmişdir. ## #### 2025-ci il tarixdə onun zabit kimi xidmətinin 10 ili başa çatır. Bununla bağlı 2 ay qabaqcadan qanunvericiliyə əsasən raportla yuxarı komandanlığa müraciət etsə də, raportunun verilməsinə və üzərindən 35 gün keçməsinə baxmayaraq onun ehtiyata buraxılması ilə əlaqədar heç bir iş (tədbir) aparılmamışdır. O, hazırda Naxçıvan şəhərində N nömrəli hərbi hissədə (Mərkəzi Hospital), təcili yardım bölməsinin rəisi vəzifəsində xidmət edir. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağının gecikdirilməsini qanunsuz və əsassız hesab edir.

16. Cavabdehin iddiaya dair etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı # #### 2013-cü il tarixdən təhsilini Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsində kursant kimi davam etdirmiş, ## #### 2015-ci il tarixdən *** nömrəli Xüsusi Təyinatlı Əlahiddə taborun tibb məntəqə rəisi vəzifəsində R hərbi rütbəsində xidmətə başlamış və rezidentura təhsilinə qədər ordu sıralarında zabit kimi xidmətdə olmuşdur. Bundan sonra iddiaçı ## ######## 2017-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş, ## ####### 2020-ci il tarixdə "Vətən müharibəsi" zamanı təhsilini yarımçıq saxlayaraq xidmətə başlamış, ## ###### 2021-ci il tarixdə yenidən rezidentura təhsilinə davam etmiş və ## ###### 2022-ci il tarixdə bitirərək müvafiq əmrə əsasən N nömrəli hərbi hissənin təcili yardım bölməsinin rəisi vəzifəsinə təyin edilmiş və hal hazırkı tarixədək xidmətini orada davam etdirir. İddiaçı iddia ərizəsində 2015-ci il tarixdən R hərbi rütbəsində Azərbaycan Ordusunda xidmətə başladığını və 2025-ci il tarixdə onun 10 il zabit kimi xidməti olduğunu göstərərək ## ##### 2025-ci il tarixdə ehtiyata buraxılması üçün komandanlığa müraciət etməsini qeyd etmiş, lakin sonradan müraciətindən xeyli müddət keçməsinə baxmayaraq heç bir tədbir görülmədiyindən məhkəməyə müraciət etməsini göstərmişdir. Bildirilir ki, "Hərbi qulluqçuların statusu haqqında", “Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında ## ###### 2023-cü il tarixdə dəyişiklik edilmiş və ## ###### 2024-cü il tarixdə qüvvəyə minmiş, belə ki, həmin Qanununun 2.4.2-ci yarımbəndinə "Qeyd" hissəsi əlavə edilmiş və orada "Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin "j" bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir." göstərilmişdir. Yəni, iddiaçı İddiaçı 5 il 1 ay müddətində rezidentura təhsildə olduğundan onun 10 il zabit kimi Azərbaycan Ordusunda xidməti olmamışdır. Belə ki, onun hal-hazırda Azərbaycan Ordusunda zabit kimi xidməti 5 il təşkil edir. Ona görə də, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılmaq hüququ əldə etməmişdir.

17. Cavabdeh N nömrəli hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş ## #### 2025-ci il tarixli, **/**** nömrəli məktubdan məlum olur ki, R İddiaçı hərbi xidmət üzrə ümumi stajı ##.##.2025-ci il tarixədək 11 il 11 ay 26 gündür. (zabit kimi 10 il 29 gün təşkil edir). Qeyd: Ümumi hərbi xidmət stajının 5 il 2 ay 10 gününü rezidentura təhsili təşkil edir (##.##.2017-ci il tarixdən-##.##.2022-ci il tarixədək).

18. Cavabdeh Azərbaycan Tibbi Universitetinin Hərbi Tibb Fakültəsi tərəfindən göndərilmiş ## ####### 2025-ci il tarixli, *-**-***/*-***/**** nömrəli məktubdan məlum olur ki, iddiaçı İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.2015-ci il tarixli, müvafiq nömrəli əmri ilə R hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilmiş və X3 Komandanının sərəncamına keçirilmişdir. Bundan sonra iddiaçı ##.##.2017-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş və ##.##.2022-ci il tarixdə təhsilini bitirərək müvafiq əmrə əsasən N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Onun halhazırda Azərbaycan Ordusunda zabit kimi xidməti 5 (beş) il 1 (bir) ay təşkil edir.

19. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim E.H.Hüseynov) ## ###### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

20. Birinci instansiya məhkəməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “Qeyd” hissəsinə istinad edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının Azərbaycan Ordusu sıralarında zabit kimi xidmətə qəbul edildiyi tarixdən qeyd edilən qanunun qüvvəyə mindiyi ##.##.2024-cü il tarixinədək Azərbaycan Ordusu sıralarında zabit kimi ümumilikdə (rezidentura təhsil müddəti daxil edilməklə) 8 il 6 ay 17 gün xidməti stajı mövcud olmuşdur. Rezidentura təhsili aldığı müddət hesablanmadan iddiaçının zabit kimi xidməti stajı məhkəmə qərarının qəbul edildiyi tarixə təxminən 10 il 5 aydır, rezidentura təhsili aldığı müddət çıxıldıqda isə 5 il 5 ay təşkil edir. Göründüyü kimi, konkret halda iddiaçının öz arzusu ilə Azərbaycan Ordusu sıralarından ehtiyata buraxılmasını zəruri edən faktiki şərtlər hazırkı iş üzrə mövcud deyil. Belə olan halda da, iddiaçının zabit olaraq öz arzusu ilə ehtiyata buraxılması barədə müraciətinə cavabdeh orqan tərəfindən imtina edilməsi və ya hərəkətsizlik göstərilməsi qanuna zidd davranış kimi qiymətləndirilə bilməz.

21. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

22. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər S.H.Novruzov /sədrlik edən və məruzəçi/, Y.S.Qurbanov və M.K.Həsənov) ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi “Rezidentura təhsilinin başlanma və bitmə müddətlərinin əvvəlki normativ-hüquqi aktların qüvvədə olduğu dövrə aid olması, mübahisələndirilən hüquqi vəziyyətin mahiyyətinin 2024-cü il dəyişiklikləri ilə deyil, hadisələrin baş verdiyi dövrdə qüvvədə olmuş normativ bazanın müddəaları ilə qiymətləndirilməli olması” dəlillərini əsassız hesab edərək qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən öz arzusu ilə ehtiyata buraxılma barədə müraciət ## ##### 2025-ci il tarixdə edilmiş və onun təqvim hesabı ilə zabit kimi xidmətinin 10 ili ## #### 2025-ci ildə tamam olmuşdur. Həmin tarixdə artıq Qanuna ## ###### 2023-cü il tarixdə edilmiş dəyişiklik ## ###### 2024-cü il tarixdən qüvvədə olmuşdur. İddiaçının rezidenturada təhsilini bitirməsi yuxarıda istinad olunan Qanuna edilmiş dəyişiklikdən əvvəl olsa da, həmin vaxt zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabit kimi qanunvericilikdə nəzərdə tutulmuş xidmət müddəti tamam olmadığından onun 10 il xidmət etmiş zabit kimi öz arzusu ilə ehtiyata buraxılma hüququ olmamışdır,10 il zabit kimi xidmət müddəti tamam olduqda isə yeni tənzimlənmə qüvvədə olmuşdur. Ona görə də, kollegiya hesab edir ki, iddiaçıya münasibətdə öz arzusu ilə ehtiyata buraxılması ilə bağlı hüquq münasibətinə onun zabit kimi 10 illik xidmət müddətinin tamam olduğu vaxt qüvvədə olan hüquq normaları tətbiq edilməlidir. ## ###### 2024-cü il tarixdən qüvvədə olan hüquq normalarına əsasən iddiaçıya münasibətdə onun rezidenturada əyani təhsil aldığı müddət zabit heyəti vəzifələrində tələb olunan 10 illik xidmət müddətinə daxil edilmir. Belə olan halda iddiaçının müraciət etdiyi vaxt onun rezidenturada təhsil aldığı müddət çıxıldıqda zabit heyəti vəzifələrində xidmət müddəti təqvim hesabı ilə 10 il olmadığından “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində nəzərdə tutulmuş dispozisiya şərtlərinə uyğun olaraq onun tələbinin təmin edilməsi mümkün deyil. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

24. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd edir ki, apellyasiya şikayətində göstərilən “2024-ci ildən əvvəlki dövrdə qüvvədə olmuş “Hərbi qulluqçuların xidmət keçməsi haqqında” Əsasnamənin 15-ci maddəsinə əsasən 5 il xidməti ilə əlaqədar onun ehtiyata buraxılmaq hüququnun 2020-ci il tarixdə yaranması” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının ## ###### 2023-cü il tarixli “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qeyd olunan Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında “5” rəqəmi “10” rəqəmləri ilə əvəz edilmiş və həmin abzasa “etmiş” sözündən sonra “kadr” sözü əlavə edilmişdir. İddiaçı həmin dəyişiklik qüvvəyə mindikdən sonra ##.##.2025-ci il tarixdə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) uyğun olaraq ehtiyata buraxılması barədə müraciət etmişdir. Mübahisəli hüquq münasibəti də məhz həmin müraciət əsasında yaranmışdır. Belə olan halda həmin dəlil kollegiya tərəfindən müzakirə edilərək əsassız hesab edilir.

25. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a) kassasiya şikayətinin dəlilləri

26. İddiaçı kassasiya şikayətini iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun əsaslandırmışdır. İddiaçı bildirir ki, təhsil dövründə (2017-2022) rezidentura müddətinin hərbi xidmət müddətinə daxil edilməməsi barədə norma mövcud olmamışdır. Bu baxımdan, mübahisələndirilən hüquqi vəziyyətin qiymətləndirilməsi zamanı xidmət və təhsil dövründə qüvvədə olmuş normativ-hüquqi aktların müddəaları əsas götürülməli, sonradan edilmiş dəyişikliklər isə onun hüquqi vəziyyətini ağırlaşdıran formada tətbiq edilməməli idi. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2019-cu il tarixli, 2- 1(102)-1871/2019 Qərarındakı hüquqi mövqeyə əsasən şəxsin pensiya təyin edilməsi zamanı (hazırkı tələbdə tərxis olunma zamanı) nəzərə alınmalı olan sosial sığorta stajı (hazırkı mübahisədə xidmət illəri) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına (hazırkı mübahisədə xidmət illərinə) hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İddiaçı həmçinin qeyd edir ki, təhsil dövründə xidmət vəzifələrinin icrasını davam etdirib. O, hərbi qulluqçu statusunu daşımış, rütbəsi artırılmış, növbətçiliklərə cəlb olunmuş, Vətən Müharibəsində ön cəbhədə xidmət etmiş və 10 illik xidmətə görə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə təltif edilmişdir. Bu faktlar “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən, həmin dövrün faktiki hərbi xidmət sayılmasını təsdiq edir. İddiaçı vurğulayır ki, Müdafiə Nazirliyi qanunvericilikdəki dəyişikliyə qədər ona xidməti dövründə rütbə veribsə, xidmət vəzifələrinin icrası olaraq növbəyə çıxarıbsa, onu qüsursuz 10 xidmət ili münasibəti ilə medalla təltif edibsə (“Qüsursuz xidmətə görə” 3-cü dərəcə medal yalnız 10 il xidmətə görə verilir) deməli, həmin dövrü xidmət stajı kimi qəbul edib. Əks təqdirdə sonradan həmin dövrü xidmət saymamaqla hüquqi müəyyənlik prinsipinə zidd olaraq, legitim gözləntiləri pozmuş, dövlət qurumu kimi ziddiyyətli davranış nümayiş etdirmişdir. Müdafiə Nazirliyi eyni faktı bir halda xidmət sayıb mükafat verir, başqa halda xidmət saymır (hüquqi ziddiyyət). İddiaçı onu da qeyd edir ki, apellyasiya məhkəməsi qərarında istinad etdiyi normativ müddəalar sırasında istinad edilən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 15-ci maddəsini qeyd etmişdir. Lakin məhkəmə həmin maddənin 2024-cü ildən əvvəl qüvvədə olmuş redaksiyasını qərarda açıqlamamışdır. Belə ki, Əsasnamənin əvvəlki redaksiyasına əsasən, hərbi zabit 5 il xidmət müddətini başa vurduqdan sonra ehtiyata buraxıla bilərdi. Sonradan edilmiş dəyişikliklə bu müddət 10 il olaraq müəyyən edilmişdir. İddiaçının digər dəlili də odur ki, cavabdeh qurum eyni hüquqi və faktiki vəziyyətdə olan bəzi hərbi həkimləri 2024-cü ildən sonra ehtiyata buraxdığı halda, iddiaçıya münasibətdə fərqli və ayrı-seçkilik yaradan mövqe tutmuşdur. Bu hal "İnzibati icraat haqqında" Qanunun 12-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipinin kobud şəkildə pozulmasıdır. İnzibati orqan öz inzibati praktikasına zidd qərarlar verə bilməz. Bundan əlavə, iddiaçı iradəsi əleyhinə yeni qanunun qanunsuz (retroaktiv) tətbiqi ilə xidmətdə saxlanılmasının Konstitusiyanın 35-ci maddəsinə (heç kəs zorla işlədilə bilməz), Əmək və Cinayət məcəllələrinə zidd olduğunu bildirir. İddiaçı son olaraq beynəlxalq hüquq normalarının pozulduğunu bildirərək beynəlxalq hüquq normaları çərçivəsində Avropa İnsan Hüquqları Konvensiyasının məcburi əməyi qadağan edən 4-cü, ədalətli məhkəmə araşdırmasını təmin edən 6-cı, səmərəli hüquqi müdafiə vasitəsi tələb edən 13-cü və ayrı-seçkiliyi qadağan edən 14-cü maddələri, Konvensiyanın * saylı Protokolunun mülkiyyət hüququnu qoruyan 1-ci maddəsi, eləcə də BMT-nin İnsan Hüquqları Ümumi Bəyannaməsinin 4-cü maddəsi (köləlik) və X6 məcburi əməyin ləğvi ilə bağlı 1930-cu il tarixli ** saylı və 1957-ci il tarixli *** saylı Konvensiyalarına istinad etmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 98. Azərbaycan Respublikası Milli Məclisinin aktlarının qüvvəyə minməsi Qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir. Maddə 149. Normativ hüquqi aktlar İ. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. II. Referendumla qəbul olunmuş aktlar yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. III. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. IV. Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. VII. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. VIII. Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir.

29. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: Maddə 85. Normativ hüquqi aktların qüvvəyə minməsi 85.1. Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. 85.2. X5 85.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda X2 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

30. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 18. Həqiqi hərbi qulluqçuların hərbi xidmətdən buraxılmaq hüququ Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində on illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər.

31. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 27. Hərbi xidmət vəzifələrinin icrası 27.1. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar: 27.1.1. döyüş əməliyyatlarında iştirak edərkən; 27.1.2. hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən; 27.1.3. döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən; 27.1.4. təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən; 27.1.5. vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən; 27.1.6. günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən; 27.1.7. ezamiyyətdə olarkən; 27.1.8. müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən; 27.1.9. toplanışlar keçərkən; 27.1.10. hərbi xidmət yerinə gedib-gələrkən; 27.1.11. əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa); 27.1.12. xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə – şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək; 27.1.13. vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən; 27.1.14. insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən; Maddə 37. Həqiqi hərbi xidmətin başlanğıcı və sonu 37.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.3. kursantlar üçün – hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunduqları gün; 37.1.4. müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün. Maddə 40. Həqiqi hərbi xidmətdən buraxılma 40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. 40.2. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanunun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar. 40.3. Zabitlər, Rlər və Rlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (-) 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Qanunun 41.0.9-cu maddəsində nəzərdə tutulmuş müddətə daxil edilmir.

32. Azərbaycan Respublikasının 1997-ci il # ####### tarixli, ***-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:

15. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına aşağıdakı hallarda yol verilir: (-) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər;

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər. Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il ## ###### tarixli *** nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili” Qaydaları: 1.3. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir: 1.3.1. rezidentura - tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkimmütəxəssis hazırlığının forması; 3.2. Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədər olmaqla müvafiq təhsil proqramları ilə müəyyən edilir. 4.1. Rezidenturada təhsil əyani formada həyata keçirilir. "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"na Əlavə Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsilin müddəti: 060902-Ümumi cərrahiyyə 5 ildir.

34. “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” ## ###### 2023-cü il, 1074 VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı (Dərc olunma tarixi: ##.##.2024), Azərbaycan Qəzeti (Dərc olunma tarixi: ##.##.2024, Nəşr nömrəsi: 35), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: ##.##.2024, Nəşr nömrəsi: 2, Maddə nömrəsi: 137): Maddə 1. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin: 1.2. 18-ci maddənin 1-ci hissəsinin ikinci abzasında “beş” sözü “on” sözü ilə əvəz edilsin. Maddə 2. Azərbaycan Respublikasının 1997-ci il # ####### tarixli ***-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin: 2.2. 15-ci maddənin birinci hissəsinin səkkizinci abzasında “5” rəqəmi “10” rəqəmləri ilə əvəz edilsin və həmin abzasa “etmiş” sözündən sonra “kadr” sözü əlavə edilsin; 2.4. 156-cı maddə üzrə: 2.4.1. birinci hissənin “j” bəndinə “etmiş” sözündən sonra “kadr” sözü əlavə edilsin; 2.4.2. aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin: “Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir.” Maddə 4. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin: 4.1. 39.1.2-ci maddədə “45” rəqəmləri “48” rəqəmləri ilə əvəz edilsin; 4.2. 41-ci maddəyə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin: “Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Qanunun 41.0.9-cu maddəsində nəzərdə tutulmuş müddətə daxil edilmir.”; Maddə 6. Bu Qanun 2024-cü il ######ın #-dən qüvvəyə minir.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

37. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

38. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Məhkəmə kollegiyası prinsipcə apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və həm həmin hüquqi mövqe ilə, həm də kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır.

41. İşdə olan materiallardan görünür ki, iddiaçı İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin ## #### 2015-ci il tarixli, *** nömrəli əmrinə əsasən ilkin “R” hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş, ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixədək Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində “Ümumi cərrahiyyə” ixtisası üzrə rezidenturada əyani təhsil almış və Yekun Attestasiya Komissiyasının ##.##.2022-ci il tarixli, ** nömrəli qərarı ilə ona “Ümumi cərrahiyyə” ixtisası üzrə həkim-mütəxəssis ali peşə ixtisas dərəcəsi verilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin ## ###### 2022-ci il tarixli, **** nömrəli əmri ilə N nömrəli hərbi hissənin Poliklinika-Qəbul bölməsinin cərrahiyyə kabinetinin rəisi-cərrah vəzifəsinə təyin edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ## #### 2018-ci il tarixli ***r nömrəli əmrinə əsasən "R" hərbi rütbəsi verilmiş və Azərbaycan Respublikası Müdafiə Nazirinin ***** nömrəli, ## #### 2024-cü il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə təltif edilmişdir. ## ##### 2025-ci il tarixdə raportla komandanlığa müraciət edərək "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını xahiş etmişdir. Qanunvericilikdəki dəyişikliklərin məzmunu və qüvvəyə minmə tarixi

42. Məhkəmə kollegiyası qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” ## ###### 2023-cü il, 1074 VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (bundan sonra - Dəyişikliklər haqqında Qanun) qanunvericilikdə bir sıra yeni tənzimləmələr həyata keçirilmiş, o cümlədən təsbit edilmişdir ki, zabitlərin həqiqi hərbi xidmət dövründə rezidentura səviyyəsi üzrə əyani təhsilalma müddəti kadr zabitinin vaxtından əvvəl öz arzusu ilə ehtiyata buraxılması üçün təqvim hesabı ilə 10 il müddətinə daxil edilmir (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 41.0.9-cu maddəsi və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzası və 156-cı maddəsinin “j” bəndinə edilmiş dəyişikliklər).

43. Məhkəmə kollegiyası nəzərə alır ki, qanunverici dövlətin kadr zabitlərinin hazırlanması üçün çəkdiyi xərcləri və hərbi həkimlərə olan ehtiyacı nəzərə alaraq, kadrların təhsilini bitirdikdən sonra qısa müddətdə xidməti tərk etməsinin qarşısını almaq məqsədilə bu imtiyaz üçün xüsusi hesablanma qaydası müəyyən etmişdir. Bununla bağlı edilmiş dəyişikliklər ordunun komplektləşdirilməsinin proqnozlaşdırılması, kadr potensialından səmərəli istifadə olunması və s. kimi legitim məqsədlərə xidmət edir.

44. Lakin, məhkəmə kollegiyası vurğulayır ki, hüquqi müəyyənlik prinsipi vətəndaşın öz qərarlarını və davranışlarını (o cümlədən, hərbi xidmətdən tərxis olunma anını) qüvvədə olan qanunvericiliyə uyğunlaşdırmaq və proqnozlaşdırmaq hüququnu təmin edir. Dəyişikliklər haqqında Qanun həkim-kadr zabitinin vaxtından əvvəl öz arzusu ilə ehtiyata buraxılması üçün əvvəlki tənzimləmələrlə müqayisədə ağırlaşdırıcı şərtlər müəyyən etmişdir.

45. Buna görə də, məhkəmə kollegiyası Dəyişikliklər haqqında Qanunun qüvvəyə minmə tarixini Qanun özündə göstərildiyi # ###### 2024-cü il tarixdə, yoxsa Qanunun dərc edildiyi ## ###### 2024-cü il tarixində qüvvəyə minməsi və tətbiq olunması məsələsini qiymətləndirməlidir. Bu məsələyə hüquqi qiymət verərkən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII və VIII hissələrinin tələblərini və Ali Məhkəmənin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeni rəhbər tutaraq hesab edir ki, Konstitusiyanın 149-cu maddəsinin VIII hissəsinə əsasən iddiaçı onun hüquqi vəziyyətini ağırlaşdıran şərtlər müəyyən edən hələ dərc edilməmiş bir qanunun tələblərinə cavab verməyə məcbur edilə bilməz. "# ###### 2024-cü il" qüvvəyə minmə tarixi Qanunun mətnində yer alsa belə, Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə əsasən ağırlaşdıran şərtlər müəyyən edən qanunun geriyə şamil olunmaması qadağası hər cür adi qanundan ali hüquqi qüvvəyə malikdir. Şəxsin hüquqi vəziyyətini ağırlaşdıran hər hansı normativ akt, mətnində özündən əvvəlki bir tarixi ehtiva etsə belə, keçmişə şamil oluna bilməz. Buna görə də, ## ###### 2024-cü il tarixdə dərc olunan və vətəndaşın vəziyyətini ağırlaşdıran qanunun, yalnız mətnindəki # ###### 2024-cü il tarixinə istinad edilərək, (geriyə) tətbiq edilməsi Konstitusiyanın imperativ tələblərinə ziddir. Buna görə də, Dəyişikliklər haqqında Qanun kadr zabitinin vaxtından əvvəl öz arzusu ilə ehtiyata buraxılması üçün müəyyən etdiyi dəyişikliklər ## ###### 2024-cü il dərc olunduğu tarixdən qüvvəyə minir və həmin tarixdən tətbiq olunmalıdır.

Dəyişikliklər haqqında Qanunun iddiaçının hüquqi vəziyyətinə tətbiqi

46. Hazırkı işdə, iddiaçının əsas dəlili ondan ibarətdir ki, rezidenturada təhsil aldığı müddətin (##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixədək) öz arzusu ilə ehtiyata buraxılması üçün 10 il hərbi xidmət dövrünə daxil edilməməsi barədə norma təhsil alınarkən qanunvericilikdə mövcud olmamışdır və qanunvericilikdə edilmiş sonrakı dəyişikliklərin ona tətbiq edilməsi şəxsin hüquqi vəziyyətini ağırlaşdıran qanunun geriyə şamil edilməməsi qadağasını pozur.

47. Mövcud kolliziyanın həlli üçün məhkəmə kollegiyası müəyyən etməlidir ki, Dəyişikliklər haqqında Qanunda öz arzusu ilə ehtiyata buraxılmasını istəyən kadr zabitinin əyani təhsilalma müddətinin 10 il xidmət müddətinə daxil edilməməsi ilə bağlı qanunvericilikdə edilmiş dəyişikliklər maddi, yoxsa prosessual hüquq normasıdır. Buna uyğun olaraq, qanunların zamana görə tətbiqi və kolliziyası məsələsi həll edilməlidir.

48. Maddi hüquq normaları hüquq münasibətlərinin məzmununu müəyyən edən, şəxslərin hüquq və vəzifələrinin yaranması, dəyişməsi və ya xitam verilməsi əsaslarını təsbit edən normalardır. Bu normalar hüquq subyektlərinin konkret hüquq və vəzifələri ilə bağlı hüquqi vəziyyətinin mahiyyətini müəyyən edir. Hüquqi müəyyənlik prinsipinə əsasən, maddi hüquq normaları, bir qayda olaraq, onların qüvvəyə mindiyi tarixdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq olunur və geriyə şamil edilmir.

49. Prosessual hüquq normaları isə hüquqların həyata keçirilməsi və müdafiəsi qaydasını, eləcə də müvafiq məsələlərə baxılmasının prosedurunu müəyyən edən normalardır. Bu normalar hüquq və vəzifələrin məzmununu müəyyən etmir, əksinə həmin hüquqların tanınması qaydasını, səlahiyyətli orqanların fəaliyyət prosedurunu və qərar qəbul etmə mexanizmini tənzimləyir. Prosessual normalar, bir qayda olaraq, "dərhal tətbiqetmə" xüsusiyyətinə malikdir və icraatın aparıldığı zaman qüvvədə olan qanunvericilik əsas götürülür.

50. Göründüyü kimi, əyani təhsilalma müddətinin kadr zabitinin vaxtından əvvəl öz arzusu ilə ehtiyata buraxılması üçün təqvim hesabı ilə 10 il müddətinə daxil edilməməsi ilə bağlı dəyişiklik maddi xarakterli hüquq normalarına edilmiş dəyişiklik olmuşdur, ona görə bu dəyişiklik qüvvəyə mindiyi tarixdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq olunur və geriyə şamil edilmir. ## ###### 2024-cü il tarixinə qədər mövcud olmuş hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olan qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.

51. Bundan əlavə, məhkəmə kollegiyası qanunların zamana görə tətbiqi və kolliziyası ilə bağlı qeyd edir ki, belə kolliziyaların həlli üçün hüquqda iki əsas prinsip qəbul olunmuşdur. Birinci prinsip – yeni qanunun geriyə qüvvəsinin olmaması prinsipidir. Bu prinsipə görə, qanun yalnız gələcək üçün müəyyən edilir və onun heç bir geriyə qüvvəsi yoxdur. Bu o deməkdir ki, yeni qanun onun qüvvəyə minməsindən əvvəl baş vermiş və artıq başa çatmış hüquqi vəziyyətlərə tətbiq edilə bilməz və yalnız qüvvəyə mindikdən sonrakı hallara şamil olunur. Bununla belə, bu prinsipin müəyyən istisnaları mövcuddur. Belə ki, qanunverici açıq şəkildə qanunun geriyə qüvvəyə malik olduğunu müəyyən edə bilər (yəni, qanunverici xüsusi olaraq qeyd edir ki, bu qanun keçmiş tarixdən etibarən tətbiq ediləcək); şəxsin vəziyyətini yüngülləşdirən qanunlar geriyə tətbiq oluna bilər (əsasən cinayət qanunlarına aiddir); həmçinin şərhedici qanunlar əvvəlki qanunun məzmununu aydınlaşdırmaq məqsədilə qəbul olunduğundan, həmin qanunun qüvvəyə mindiyi tarixə qədər geriyə tətbiq olunurlar.

52. İkinci prinsip – yeni qanunun dərhal tətbiqi prinsipidir. Bu prinsipə əsasən, yeni qanun qüvvəyə mindiyi andan etibarən yeni yaranan vəziyyətlərə tətbiq edilir. Bəs keçmişdə yaranmış, amma hələ də davam edən vəziyyətlər necə tənzimlənir? Bu baxımdan, hüquqi vəziyyətlərin zaman daxilində strukturunun düzgün müəyyən edilməsi zəruridir. Hüquqi vəziyyətlər yalnız yaranma anı ilə məhdudlaşmır, əksinə, müəyyən müddət ərzində davam edərək müxtəlif hüquqi nəticələr doğura bilər. Bu səbəbdən, hüquqi vəziyyətin yaranması ilə onun gələcək təsirlərinin fərqləndirilməsi əsaslı hüquqi qiymətləndirmə üçün vacibdir. Keçmişdə yaranmış hüquqi vəziyyətlər iki əsas kateqoriyaya bölünür: qeyri-müqavilə xarakterli hüquqi vəziyyətlər və müqavilə vəziyyətləri.

53. Müqavilə xarakterli hüquqi vəziyyətlərdə yeni qanun qüvvəyə mindikdən sonra bağlanan müqavilələrə dərhal tətbiq olunsa da, əvvəlki qanunvericilik dövründə bağlanmış və hələ də qüvvədə olan müqavilələrin gələcək təsirləri köhnə qanunla tənzimlənməkdə davam edir. Bu yanaşma tərəflərin müqavilə bağlayarkən mövcud qanunvericiliyə əsaslanaraq formalaşdırdıqları iradənin və gözləntilərin qorunmasına yönəlmişdir. Beləliklə, müqavilə münasibətlərində hüquqi sabitlik prioritet təşkil edir. Yeni qanun bu müqaviləyə daxil olub onu dəyişə bilməz (ictimai maraqlar bunu tələb etmirsə).

54. Digər tərəfdən, qeyri-müqavilə xarakterli hüquqi vəziyyətlərdə fərqli hüquqi rejim tətbiq edilir. Yeni qanun bu vəziyyətlərin gələcək təsirlərinə dərhal tətbiq olunur. Əgər qanun dəyişməmişdən əvvəl bir hüquqi status yaranıbsa, keçmişdə baş vermiş təsirlər köhnə qanunla tənzimlənir (çünki geriyə qüvvə yoxdur), lakin yeni qanun çıxdıqdan sonra bu statusun yaradacağı yeni (gələcək) nəticələr mütləq şəkildə yeni qanuna tabe olur.

55. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən prinsiplərdən çıxış edərək belə nəticəyə gəlmək olar ki, keçmişdə yaranmış hüquqi vəziyyətlər və onların artıq baş vermiş təsirləri köhnə qanunvericiliklə tənzimlənir, lakin yeni qanun qüvvəyə mindikdən sonra yaranan yeni hüquqi vəziyyətlərə, eləcə də davam edən qeyri-müqavilə xarakterli vəziyyətlərin gələcək təsirlərinə yeni qanun tətbiq edilməlidir.

56. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin hallarına tətbiq etdikdə, yeni qanunun (maddi hüquq normalarına dəyişiklik etdiyi nəzərə alınaraq və yeni qanunun dərhal tətbiqi prinsipinə əsasən) zaman baxımından tətbiqi qaydası belə müəyyən edilməlidir: əgər şəxs yeni qanunun rəsmi dərc edildiyi ## ###### 2024-cü ilə qədər həmin tarixədək qüvvədə olan köhnə qanunun şərtlərini (10 illik hərbi xidmət müddətini) tam ödəyirsə, hüquqi statusunun yaratdığı nəticədən yararlana bilər. Əgər həmin tarixədək ödəmirsə (faktiki tərkib hələ tamamlanmayıbsa), statusunun gələcəkdə yaratdığı nəticələr (təsirlər) yeni qanunla tənzimlənir.

57. Bu meyarlara əsasən hazırkı işlə bağlı məhkəmə kollegiyası müəyyən edir ki, iddiaçı “R” hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə ## #### 2015-ci il tarixdə qəbul edilmişdir. Əgər qanunvericilik dəyişməsəydi belə, onun vaxtından əvvəl öz arzusu ilə ehtiyata buraxılması üçün tələb olunan 10 illik xidmət müddəti yalnız ## #### 2025-ci il tarixində tamamlanacaqdı. Yəni, iddiaçı ağırlaşdırıcı şərtlər müəyyən edən yeni qanunun (Dəyişikliklər haqqında Qanunun) qüvvəyə mindiyi ## ###### 2024-cü il tarixinə qədər qüvvədə olan əvvəlki qanunvericiliyin şərtlərini hələ tam ödəməmişdi, həmin vaxt onun xidmət müddəti 10 ildən az idi və müvafiq olaraq bu imtiyazdan istifadə etmək hüququ yaranmamışdır.

58. ## ###### 2024-cü il tarixdən sonra qüvvədə olan Dəyişikliklər haqqında Qanuna əsasən iddiaçıya münasibətdə onun rezidenturada əyani təhsil aldığı müddət zabit heyəti vəzifələrində tələb olunan 10 illik xidmət müddətinə daxil edilmir. Belə olan halda iddiaçının müraciət etdiyi vaxt onun rezidenturada təhsil aldığı müddət çıxıldıqda zabit heyəti vəzifələrində xidmət müddəti təqvim hesabı ilə 10 ildən azdır və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 41.0.9-cu maddəsi və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzası və 156-cı maddəsinin “j” bəndinin ## ###### 2024-cü ildən qüvvədə olan redaksiyasına uyğun olaraq iddiaçının tələbinin təmin edilməsi mümkün deyil.

Kassasiya şikayətinin digər dəlilləri ilə bağlı

59. İddiaçı kassasiya şikayətində qeyd edir ki əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz.

60. Məhkəmə kollegiyası nəzərə alır ki, qazanılmış hüquq prinsipinə görə, şəxsin qanunvericiliyə müvafiq qaydada əvvəllər əldə etdiyi hüquqlar sonradan əvəzsiz olaraq ləğv edilə bilməz. Lakin bu müdafiədən yararlanmaq üçün həmin hüquq müvafiq yurisdiksiya daxilində tam olaraq yaranmalı və qazanılmalıdır. İşin hallarına "qazanılmış hüquq" konsepsiyası baxımdan yanaşdıqda qeyd edilməlidir ki, ## ###### 2024-cü il tarixinədək iddiaçının "qazanılmış hüququ" formalaşmalaşmamışdır, yəni öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq üçün iddiaçının zabit kimi 10 illik hərbi xidmət müddəti tamamlanmamışdır. Onu da qeyd etmək lazımdır ki, yeni qanunun hələ tamamlanmamış və davam edən hüquq münasibətlərinə dərhal tətbiqi Konstitusiyanın 149cu maddəsinin VII hissəsinin pozuntusu deyil və bu halda qanunun əsassız olaraq geriyə şamil edilməsindən bəhs oluna bilməz.

61. İddiaçı kassasiya şikayətində həmçinin qeyd edir ki, əgər dövlət ona həmin təhsil dövründə hərbi rütbə, hərbi vəzifəsinə uyğun maaş veribsə və 10 illik hərbi xidmətinə görə "Qüsursuz xidmətə görə" medalı ilə təltif edibsə, eyni dövrü öz arzusu ilə tərxis olunma üçün hərbi xidmət dövrü kimi qəbul etməməsi ziddiyyətli yanaşmadır.

62. Məhkəmə kollegiyası bu mülahizəni də əsassız sayır. Belə ki, Dəyişikliklər haqqında Qanun ilə qanunvericilikdə edilmiş dəyişikliklər iddiaçının rezidentura təhsili müddətini onun ümumi həqiqi hərbi xidmət müddətindən silməmişdir. O, həmin dövrdə hərbi xidmətdə olmuş sayılır və məhz buna görə qanuni olaraq əməkhaqqı, rütbə artımı və ümumi xidmət illərinə görə medal almışdır (bu hüquqlar etibarlıdır və ləğv edilmir). Lakin yeni qanunla gətirilən məhdudiyyət fərqli bir məqsəd daşıyır və yalnız konkret bir imtiyaza aiddir: kadr zabitinin öz arzusu ilə ehtiyata buraxılması. Digər hallara, yəni rütbə artımı, 10 il qüsursuz xidmətə görə medal verilməsinə və s. aid edilməmişdir. Qanunverici kadr zabitlərinin hazırlanması üçün çəkdiyi xərcləri və hərbi həkimlərə olan ehtiyacı nəzərə alaraq, kadrların təhsili bitirən kimi qısa zamanda xidməti tərk etməsinin qarşısını almaq məqsədilə yalnız bu imtiyaz üçün xüsusi məhdudiyyət müəyyən etmişdir. Təhsil dövrünün medal verilməsi və digər hallar üçün hesablanıb, öz arzusu ilə ehtiyata buraxılmaq üçün hesablanmaması hüquqi ziddiyyət deyil, dövlətin hərbi kadr siyasətindən irəli gələn məqsədyönlü tənzimləməsidir.

63. İddiaçı kassasiya şikayətində onu da qeyd edir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 15-ci maddəsinin əvvəlki redaksiyasına əsasən, hərbi zabit 5 il xidmət müddətini başa vurduqdan sonra ehtiyata buraxıla bilərdi. Sonradan edilmiş dəyişikliklə bu müddət 10 il olaraq müəyyən edilmişdir.

64. Məhkəmə kollegiyası nəzərə alır ki, Dəyişikliklər haqqında Qanun ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 15-ci maddəsi birinci hissəsinin səkkizinci abzası, eləcə də, “Hərbi qulluqçuların statusu haqqında” 18-ci maddənin 1-ci hissəsinin ikinci abzasında 5 il 10 il xidmət müddəti ilə əvəz edilmişdir. Lakin məhkəmə kollegiyası vurğulayır ki, "Hərbi xidmətkeçmə haqqında" Qanunun 156-cı maddəsinin “j” bəndi, eləcə də, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 41.0.9cu maddəsində 10 il müddəti qanunun ilkin redaksiyasında mövcud olmuşdur və heç vaxt dəyişdirilməmişdir. İnzibati orqanın praktikasına əsasən də təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışlar və 5 il müddəti praktikada tətbiq olunmamışdır. Buna görə də, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 15-ci maddəsi birinci hissəsinin səkkizinci abzası, eləcə də, “Hərbi qulluqçuların statusu haqqında” 18-ci maddənin 1-ci hissəsinin ikinci abzasında 5 ilin 10 il xidmət müddəti ilə əvəz edilməsi qanunvericilikdə olan uyğunsuzluğun aradan qaldırılmasına xidmət etmişdir.

65. İddiaçının kassasiya şikayətinin digər dəlili də odur ki, cavabdeh inzibati orqan eyni hüquqi və faktiki vəziyyətdə olan bir neçə hərbi həkim-zabitləri 2024-cü ildən sonra ehtiyata buraxdığı halda, iddiaçıya münasibətdə fərqli və ayrı-seçkilik yaradan mövqe tutmuşdur. Bu hal "İnzibati icraat haqqında" Qanunun 12-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipinin kobud şəkildə pozulmasıdır. İnzibati orqan öz inzibati praktikasına zidd qərarlar verə bilməz.

66. Məhkəmə kollegiyası iddiaçının vəziyyətinə oxşar hallarla bağlı istinadlarına münasibətdə qeyd edir ki, bu cür təcrübə hazırkı mübahisənin iddiaçının xeyrinə həlli üçün hüquqi əsas yarada bilməz. Belə ki, məhkəmə kollegiyası ## ###### 2024-cü il tarixdən qüvvədə olan Dəyişikliklər haqqında Qanunun hansı qayda tətbiq edilməsini yuxarıda müəyyən etmişdir. Şəxs ## ###### 2024-cü ilə qədər həmin tarixdə qüvvədə olan qanunvericiliyin şərtlərini (10 illik hərbi xidmət müddətini) tam ödəyirsə, şəxsin öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmaq hüququ yaranmışdır. Əgər həmin tarixədək ödəmirsə (faktiki tərkib hələ tamamlanmayıbsa), statusunun yaratdığı nəticələr yeni qanunla tənzimlənir, buna görə də, əyani təhsil aldığı müddət zabit heyəti vəzifələrində tələb olunan 10 illik xidmət müddətinə daxil edilmir. İnzibati orqan hazırkı qərarda müəyyən edilmiş mövqeyi nəzərə almalıdır. Əgər oxşar hallarda inzibati orqanın praktikası hazırkı işdə müəyyən edilmiş mövqeyə uyğun olmamışsa və ya gələcəkdə nəzərə alınmazsa, bu hal qanunçuluq prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İnzibati orqanın qanuna zidd olaraq formalaşdırdığı təcrübə, digər şəxslər üçün etimad hüququnun qorunması və bərabərlik prinsipinə istinadla analoji qanunsuzluğun təkrarlanmasını tələb etmək hüququ vermir. Başqa sözlə, digər şəxslərin hallarına istinad dəlili hazırkı halda bərabərlik prinsipinə əsaslanmaqla iddiaçının xeyrinə qərar çıxarmaq üçün əsas vermir. Məsələ bu halda bərbərlik prinsipinin deyil, qanunçuluq prinsipinin təsiri altına düşür. Şəxs başqasına münasibətdə tətbiq edilmiş qanunsuzluğun bərabərlik prinsipinə istinadla ona münasibətdə də tətbiq edilməsini tələb etmək hüququna sahib deyildir.

67. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən iddiaçının yeni qanunun qanunsuz (retroaktiv) tətbiqi ilə xidmətdə saxlanılmasının onun iradəsi əleyhinə və məcburi əməyə cəlb olunması dəlilini və bununla bağlı onun Konstitusiya, Əmək məcəlləsi, Cinayət məcəlləsi, Avropa İnsan Hüquqları Konvensiyası və BMT-nin İnsan Hüquqları Ümumi Bəyannaməsində təsbit olunan məcburi əməyi qadağan edən müddəalarına, eləcə də X6 məcburi əməyin ləğvi ilə bağlı 1930-cu il tarixli ** saylı və 1957ci il tarixli *** saylı konvensiyalarına istinad etməsini əsassız sayır. Həmçinin, Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırmasını təmin edən 6-cı, səmərəli hüquqi müdafiə vasitəsi tələb edən 13-cü və ayrı-seçkiliyi qadağan edən 14-cü maddələri, Konvensiyanın * saylı Protokolunun mülkiyyət hüququnu qoruyan 1-ci maddəsinə istinad etməsini də əsassız sayır və hər hansı pozuntu müəyyən etmir.

68. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

69. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar