Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-167/2026 21.07.2026 ALI MƏHKƏMƏ üçüncü şəxs1an Respublikası adından üçüncü şəxs1an Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh üçüncü şəxs1an Respublikası Iqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Bakı Ərazi Idarəsinə (hazırda cavabdeh1) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ (torpaq) sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatının əsasları; işin hallarının tam araşdırılmaması) üçüncü şəxs1an Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi Idarəsinə (üçüncü şəxslər üçüncü şəxs1an Respublikası Dövlət Neft Şirkəti, SOCAR-ın “Azneft” Istehsalat Birliyi) qarşı “bağ sahəsinə dair hüquqların qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. H.Z.Tağıyev adına NQÇI-nin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin ## ##### 1995-ci il tarixli ** nömrəli protokolundan çıxarışa əsasən “Bahar” bağçılıq təsərrüfatının üzvü X1 ərizə ilə müraciət edərək ona məxsus olan 1/202 bağ sahəsində imkansızlıq üzündən heç bir abadlıq işləri görə bilmədiyi üçün onun adından çıxarılmasını xahiş etmişdir. Digər tərəfdən H.Z.Tağıyev adına NQÇI-nin işçisi İddiaçı müraciət edərək ona da həmin sahədən bağ sahəsinin ayrılmasını xahiş etmişdir (təklif: */*** saylı bağ sahəsi İddiaçı adına sənədləşdirilməsi). 16.09.88-ci il tarixli * saylı protokolla İ.M.Həsənova verilmiş */*** saylı bağ sahəsi ərizəsinə əsasən onun adından çıxarılmış, adına yazılmış üzvlük kitabçası hüquqi qüvvəsini itirmiş hesab edilmişdir. */*** saylı bağ sahəsi İddiaçı adına sənədləşdirilmiş və onun adına üzvlük kitabçası açılmışdır.
2. H.Z.Tağıyev adına NQÇI bağçılıq birliyinin *** nömrəli üzvlük biletinin surətindən görünür ki, İddiaçı H.Z.Tağıyev adına NQÇI bağçılıq birliyinin üzvüdür. İddiaçı */*** saylı, sahəsi 600 kv.m olan bağ sahəsi ayrılmışdır.
3. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2022-ci il tarixli müayinə (baxış) aktında qeyd olunmuşdur ki, bağ sahəsinin sərhədləri hər tərəfdən mişar daşı ilə hasarlanmışdır və hasarla 2 hissəyə ayrılmışdır. Bağ sahəsində 1 mərtəbəli və 1 mərtəbəli y/evləri, s/qovşağı köməkçi tikilisi var. Torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi və faktiki sahəsi 600 kv.m təşkil edir.
4. Iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən */*** saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir.
5. Cavabdehin ##.##.2023-cü il tarixli, ************ nömrəli imtina məktubunda qeyd edilmişdir ki, idarənin arxivində mövcud olan “Bahar“ bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının və protokoldan çıxarışda adı qeyd edilən X1 adı aşkar olunmamışdır. Bundan başqa, elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi “Bahar“ bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda üçüncü şəxs1an Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, H.Z.Tağıyev adına NQÇI-nin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin ## ##### 1995-ci il tarixli ** saylı protokoldan çıxarışa əsasən istifadəsinə verilmiş Bakı şəhəri, Buzovna qəsəbəsi, */*** saylı bağ sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin cavabdeh1 * saylı Bakı Ərazi Idarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, H.Z.Tağıyev adına NQÇI-nin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin ## ##### 1995-ci il tarixli ** saylı protokoldan çıxarışa əsasən ##.##.1988-ci il tarixli * saylı protokolla X1 verilmiş */*** saylı bağ sahəsi ərizəsinə əsasən onun adından çıxarılması, onun adına verilmiş üzvlük kitabçasının hüquqi qüvvəsini itirmiş hesab edilməsi, */*** saylı bağ sahəsinin İddiaçı adına sənədləşdirilməsi və onun adına üzvlük kitabçası açılması qərara alınmışdır. Həmin protokol əsasında iddiaçıya H.Z.Tağıyev adına NQÇI-nin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının ##.##.1998-ci il tarixli üzvlük bileti verilmiş və 1998-ci ildən bugünkü günədək həmin bağ sahəsi iddiaçının istifadəsindədir. H.Z.Tağıyev adına NQÇInin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin ## ##### 1995-ci il tarixli ** saylı protokoldan çıxarışa əsasən iddiaçının istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən */*** saylı bağ sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı üçüncü şəxs1an Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Ərazi Idarəsinə müraciət etmişdir. üçüncü şəxs1an Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli ************ saylı məktubu ilə bildirilmişdir ki, idarənin arxivində saxlanılan “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının və protokoldan çıxarışda adı qeyd edilən X1 adı aşkar olunmamışdır. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi “Bahar” bağçılıq yoldaşlığın ayrıc aktından kənarda üçüncü şəxs1an Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Lakin iddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, H.Z.Tağıyev adına NQÇI-nin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin ## ##### 1995-ci il tarixli ** saylı protokoldan çıxarışa əsasən istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən */*** saylı bağ sahəsində fərdi yaşayış evi inşa etdirərək 1998-ci ildən hal-hazırkı vaxtadək həmin evdə yaşayır. Həmin ərazidə iddiaçı ilə yanaşı digər fərdi yaşayış evləri də inşa edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmişdir. Hal-hazırkı vaxtadək üçüncü şəxs1an Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaq sahəsi olması ilə bağlı hər hansı şəxs tərəfindən məlumat verilməmişdir. Cavabdeh imtinanın əsasını formal olaraq guya qeyd olunan torpaq sahəsinin üçüncü şəxs1an Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaq sahəsi olmasını qeyd etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab etdiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Cavabdeh iddia tələbinə etirazında imtina məktubundakı dəlillərə istinad edərək qeyd etmişdir ki, idarənin arxivində mövcud olan “Bahar“ bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının və protokoldan çıxarışda adı qeyd edilən X1 adı aşkar olunmamışdır. Bundan başqa, elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi “Bahar“ bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda üçüncü şəxs1an Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya ************ saylı, ##.##.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır.
9. Bakı Inzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmiş, Bakı şəhəri, Buzovna qəsəbəsində H.Z.Tağıyev adına NQÇI-nin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin ## ##### 1995-ci il tarixli ** saylı protokoldan çıxarışa əsasən istifadəsinə ümumi sahəsi 600 kv.m olan */*** saylı bağ sahəsinin iddiaçı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin cavabdeh1 * saylı Bakı Ərazi Idarəsinə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, H.Z.Tağıyev adına NQÇI-nin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının üzvü olmuşdur (üzvlük kitabçasının surəti iş materiallarında mövcuddur) və üzvlərin iclasından protokoldan çıxarış (H.Z.Tağıyev adına NQÇI-nin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin ## ##### 1995-ci il tarixli ** nömrəli protokolundan çıxarış) mövcuddur. Bakı şəhəri, Xəzər rayonu, Binəqədi qəsəbəsində yerləşən */*** saylı bağ sahəsi hazırda iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Torpaqla bağlı hər hansı mübahisə yoxdur. Iddiaçı məxsus olan H.Z.Tağıyev adına NQÇI bağçılıq birliyinin *** nömrəli üzvlük biletinin surətindən görünür ki, iddiaçı İddiaçı ayrılan */*** saylı bağ sahəsinin ölçüsü 600 kv.m müəyyən olunmuşdur. Iddiaçıya məxsus olmuş bağ sahəsi İ.M.Həsənova məxsus olmuşdur. Cavabdeh bildirir ki, həmin şəxsin adı “Bahar” bağçılıq-yoldaşlığının üzvlərinin siyahısında yoxdur. Məhkəmə tərəfindən bağçılığın qovluğu tələb olunmuş, üzvlərin siyahısı bir çox səhifələrdə oxunaqlı deyil. Belə olan təqdirdə, iddiaçı tərəfindən iddiasını əsaslandıran zəruri faktiki şərtlər təqdim edildiyi halda (protokoldan çıxarış və torpaq sahəsinə faktiki sahiblik) məhkəmə qeyd edilən vəziyyətin iddiaçının əleyhinə qiymətləndirilməsi üçün əsas görmür. “Bahar” bağçılıq-yoldaşlığın sərhədlərini və iddiaçıya ayrılmış torpaq sahəsinin vəziyyətini əks etdirən ortofoto çıxarışından görünür ki, həmin bağ sahəsi ilə ayrıc aktının arasında cəmi iki sırada ev mövcuddur və həmin sıradakı evlər arasında “Bahar” bağçılıq yoldaşlığı tərəfindən verilmiş protokoldan çıxarış əsasında hüquqların qeydiyyatı aparılmışdır. Odur ki, qeyd edilən texniki uyğunsuzluq səbəbindən torpaq sahəsinin bağçılıq yoldaşlığının ayrıc aktından kənarda yaxın məsafədə yerləşməsi mümkündür və inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla iddiaçının həmin bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir. Belə ki, iş materiallarında mövcud olan iddia tələbinin predmeti olan bağ sahəsi ilə eyni ərazidə (qonşuluğunda) yerləşən bağ sahələrinə aid plan-ölçü sənədlərindən və çıxarışlardan aydın olur ki, digər “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin adına (X6, X2) həmin ərazidə yerləşən digər bağ sahələrinə (1/166; 1-163-1/164) dair hüquqların qeydiyyatı (məhkəmədənkənar qaydada inzibati orqanın özü tərəfindən) aparılmışdır. Həmin şəxslərin üzvlüyünü təsdiq edən onlara məxsus bağçılıq üzvlük bileti, müvafiq protokollardan çıxarışlar da məhkəməyə təqdim edilmiş və əraziyə dair ortofo çıxarışından görünür ki, həmin ərazidə çoxsaylı fərdi yaşayış evləri mövcuddur. Təqdim edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarda da torpaq sahələri yaşayış məntəqələri torpaqlarına aid edilmişdir. Odur ki, ərazidəki torpaq sahəsinin sənaye təyinatlı olmasına dair cavabdehin dəlili də təqdim edilən sənədlərlə təkzib edilir. Belə olan təqdirdə iddiaçının hüquqlarının qeydiyyatından imtina bərabərlik hüququnun pozulmasıdır.
11. Cavabdeh və üçüncü şəxs üçüncü şəxs1an Respublikası Dövlət Neft Şirkəti həmin qərardan ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.
b) apellyasiya instansiya məhkəməsində icraat
12. Apellyasiya məhkəməsində icraat zamanı məhkəmə qərardadı əsasında əldə edilmiş üçüncü şəxs1an Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin **/**** nömrəli, ## ###### 2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə və faktiki olaraq hasardaxili 0.06 ha təşkil edir (sahə iki hissəyə ayrılıb). Bağ sahəsində iki ədəd 1 mərtəbəli yaşayış evi və köməkçi tikililər mövcuddur. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem mütəxəssis rəyinə əlavə edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazi üçüncü şəxs1an Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşməklə (H.Z.Tağıyev adına NQÇI) “Bahar” bağçılıq-yoldaşlığın ayrıc aktından kənara düşür. Torpaq sahəsinin yaxınlığında (ən yaxını 36.0 metrlikdə olmaqla) işlək və ləğv olunmuş quyu məlumatları var. Sahədəki tikililərin qeydiyyatı barədə bazada məlumat yoxdur. Bundan əlavə idarənin arxivində saxlanılan “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə (hakimlər A.Oruczadə – məruzəçi, E.Əliyev və F.Mədətli) cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya baxışında araşdırma zamanı arxiv qovluğunda mövcud olan siyahılara baxış keçirilmiş və həqiqətən də nə iddiaçının adının, nə də ki, H.Z.Tağıyev adına NQÇI-nin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin ## ##### 1995-ci il tarixli ** saylı protokolundan çıxarışda qeyd edilən X1 adının siyahıda göstərilmədiyi müəyyən edilmişdir. Deməli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinin şərti ödənilmir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş mübahisəli ərazinin ortofoto görüntüsündən və iş üzrə alınmış ekspert rəyindən müəyyən edilir ki, iddia olunan sahənin “Bahar” bağçılıq-yoldaşlığının ərazisinə aidiyyəti yoxdur. Ayrıc aktından kənarda yerləşir, sözügedən ərazi bağ sahələri üçün ayrılmış ərazilərə aid deyil. Iş üzrə keçirilmiş ekspert rəyi əsasında iddia olunan torpaq sahəsinin üçüncü şəxs1an Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşməsi və torpaq sahəsinin yaxınlığında (ən yaxını 36.0 metrlikdə olmaqla) işlək və ləğv olunmuş quyu məlumatları olması müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı araşdırmaların nəticəsində müəyyən edilmişdir ki, iddiaçının hüquqmüəyyənedici sənəd qismində istinad etdiyi üzvlük bileti üzvlərin iclasının protokolundan çıxarış üzvlər siyahısına müvafiq qaydada verilməmiş, bundan əlavə iddia olunan torpaq sahəsi “Bahar” bağçılıq-yoldaşlığının ayrıc aktından kənarda və üçüncü şəxs1an Respublikası Dövlət Neft Şirkətinin ərazi hüdudlarında yerləşir, işlək və ləğv olunmuş neft quyularının mühafizə zonasında yerləşir. Belə olan halda apellyasiya şikayətlərinin dəlilləri əsaslı hesab edilir.
15. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin apellyasiya instansiyasına yeni baxışa göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri və birinci instansiya məhkəməsinin qərarının əsaslandırması ilə eynilik təşkil edir. Iddiaçı əlavə olaraq qeyd edir ki, onun mülkiyyət hüquqlarının qeydiyyatından imtina bərabərlik hüququnun pozulmasıdır. Qeyd edilənlərə məcmu halda birinci instansiya məhkəməsi qiymət verərək hesab etmişdir ki, cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Cavabdehin və üçüncü şəxsin bu mövqeyi və hərəkətləri qanunsuzluqdur, özbaşınalıqdır və iddiaçının mülkiyyətini, yəni evini və onun torpağını zorakılıqla əlindən almağa yönəlmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” üçüncü şəxs1an Respublikasının Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. ...
19. üçüncü şəxs1an Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
20. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, IPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.
23. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının və protokoldan çıxarışda adı qeyd edilən X1 adının aşkar olunmadığına, ərazinin ayrıc aktından kənarda, üçüncü şəxs1an Respublikası Dövlət Neft Şirkətinə ayrılmış ərazidə yerləşməsinə, eləcə də, torpaq sahəsinin işlək və ləğv olunmuş neft quyularının mühafizə zonasına düşdüyünə istinad etmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, iddia tələbinin mahiyyəti üzrə həlli ilə bağlı zəruri olan halları müəyyən etmədən yekun qərar qəbul etməkdə haqlı olmamışdır.
25. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
26. Işin hallarından görünür ki, iddiaçı bağ (torpaq) sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasının əsası kimi H.Z.Tağıyev adına NQÇI-nin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin ## ##### 1995-ci il tarixli ** nömrəli protokolundan çıxarışa istinad edir.
27. Həmin çıxarışa əsasən ##.##.1988-ci il tarixli * saylı protokolla X1 verilmiş */*** saylı bağ sahəsi ərizəsinə əsasən onun adından çıxarılmış, adına yazılmış üzvlük kitabçası hüquqi qüvvəsini itirmiş hesab edilmiş, */*** saylı bağ sahəsi iddiaçının adına sənədləşdirilmiş və onun adına üzvlük kitabçası açılmışdır.
28. Hazırkı işdə apellyasiya məhkəməsi adı çəkilən və iddiaçıda olan üzvlərin iclasının protokolundan çıxarış sənədinin qanunda daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilən sənədlər sırasında ayrıca olaraq göstərildiyini nəzərə almamışdır. Iddianı rədd edən apellyasiya instansiyası məhkəməsi nə iddiaçının, nə də bağ sahəsinin əvvəl ayrıldığı X1 adının üzvlük siyahısında olmamasına istinad etmişdir.
29. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından cavabdeh tərəfindən H.Z.Tağıyev adına NQÇI-nin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinə aid bir neçə siyahının təqdim edildiyi müəyyən olunur. Həmin siyahıların hansı sənəd əsasında və hansı tarixdə tərtib olunması məlum deyil.
30. H.Z.Tağıyev adına NQÇI-nin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinə ayrılmış bağ sahələri üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı əvvəllər məhkəmələrdə baxılmış işlərdən də məlum olduğu kimi, “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin dürüstləşdirilmiş siyahısı mövcud deyil, bu siyahıya müxtəlif vaxtlarda əlavə və dəyişikliklər edilmişdir. Ona görə də, dürüstləşdirilmiş siyahının olmadığı halda iddiaçının və ya X1 adının təqdim edilmiş (hansı sənəd əsasında və hansı tarixdə tərtib edildiyi bilinməyən) siyahıda olmaması faktı birmənalı olaraq iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsi bu halı iş üzrə əldə edilmiş digər sübutlarla məcmu halında tam, hərtərəfli və obyektiv araşdırmaqla yekun nəticəyə gəlməli idi.
31. Iş materiallarına əlavə edilmiş H.Z.Tağıyev adına NQÇI-nin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin ## ##### 1995-ci il tarixli ** nömrəli protokolundan çıxarışa əsasən ##.##.1988-ci il tarixli * saylı protokolla X7 verilmiş */***-*/*** saylı bağ sahələri ərizəsinə əsasən onun adından çıxarılmış, adına yazılmış üzvlük kitabçası hüquqi qüvvəsini itirmiş hesab edilmiş, həmin bağ sahələri X4 adına sənədləşdirilmiş və onun adına üzvlük kitabçası açılmışdır.
32. Eləcə də, iş materiallarına əlavə edilmiş Əzizbəyov adına NQÇI-nin rəhbərliyinin və HIK-nin ## ###### 1989-cu il tarixli yığıncağının ** nömrəli protokolundan çıxarışa əsasən 16.09.88-ci il tarixli * saylı protokolla X5 verilmiş */*** saylı bağ sahəsi ərizəsinə əsasən onun adından çıxarılmış, adına yazılmış üzvlük kitabçası hüquqi qüvvəsini itirmiş hesab edilmiş, həmin bağ sahəsi X6 adına sənədləşdirilmiş və onun adına üzvlük kitabçası açılmışdır.
33. Hazırkı iş üzrə mübahisələndirilən bağ sahəsinin qonşuluğunda yerləşən */***- */*** saylı və */*** saylı bağ sahələri üzərində mülkiyyət hüququnun qeydiyyatı məhkəmədənkənar, yəni inzibati orqanın özü tərəfindən inzibati icraat qaydasında aparılmışdır.
34. Qeyd edilən bağ sahələri ilə hazırkı iş üzrə mübahisələndirilən bağ sahəsinin digər bir ortaq tərəfi isə 16.09.88-ci il tarixli * saylı protokolla digər şəxslərə (X7, X5 və X1) ayrılmış bağ sahəsinin sonradan başqa şəxslərin (X4, X6 və iddiaçı) adına keçirilməsi ilə bağlıdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, X7, X5 və X1 ilkin olaraq eyni – 16.09.88-ci il tarixli * saylı protokolla bağ sahələri ayrılmışdır. X3 adı başqa siyahıda (II cild, i.v.73), X5 adı digər bir siyahıda (II cild, i.v. 56) qeyd edilmiş, X1 adı isə siyahıda aşkar olunmamışdır. Eyni protokol əsasında ayrılan bağ sahələrinə dair üzvlərin adının müxtəlif siyahılarda qeyd edilməsi “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının dürüstləşdirilmiş siyahısının olmaması faktını bir daha təsdiq edir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, H.Z.Tağıyev adına NQÇInin “Bahar”
36. bağçılıq yoldaşlıq təsərrüfatının üzvünə ayrılmış bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı digər məhkəmə işində (*-*(***)-****/**** nömrəli inzibati iş) cavabdeh apellyasiya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq bildirmişdir ki, “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının Idarənin arxivində mövcud olan qovluğunda 1985-ci il tarixli siyahısından başqa siyahı aşkar edilməmişdir.
37. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi isə işin qeyd edilən hallarına, o cümlədən hüquqmüəyyənedici sənəd qismində çıxış edən və iddiaçıda mövcud olan protokoldan çıxarışa qiymət vermədən, “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin dürüstləşdirilmiş siyahısı ilə bağlı tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, sadəcə olaraq iddiaçının və X1 adının siyahıda olmamasını göstərməklə yekun qərar qəbul etməkdə haqlı olmamışdır.
38. Apellyasiya instansiyası məhkəməsinin iddianın rədd edilməsi barədə qərar qəbul etməsinin əsasında dayanan digər xüsusat cavabdehin mübahisələndirilən bağ sahəsinin ayrıc aktından kənarda yerləşməsi ilə bağlı dəlilidir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.1988-ci il tarixli */*** nömrəli ayrıc aktına (İ cild, i.v. 67, II cild, i.v. 100-101) əsasən 16,88 ha torpaq sahəsi, ##.##.1989-cu il tarixli */*** nömrəli ayrıc aktına (İ cild, i.v. 69, II cild, i.v. 98-99) əsasən 20,02 ha torpaq sahəsi ayrılmışdır. Ayrıc aktlarının sxemlərindən vizual olaraq açıq-aydın görünür ki, hər iki aktla ayrılan torpaq sahələrinin konfiqurasiyaları tamamilə fərqlidir.
39. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən torpaq sahəsinin ayrıc aktından kənarda yerləşməsinə istinad edərkən İ cild, i.v. 70-də olan ortofotoya istinad etsə də, həmin ortofotonun yuxarıda qeyd edilən hansı ayrıc aktına əsasən verildiyi iş materialları ilə müəyyən olunmur.
40. H.Z.Tağıyev adına NQÇI-nin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinə ayrılmış bağ sahələri üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı əvvəllər məhkəmədə baxılmış işlərdən də məlum olduğu kimi, “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinə bağ sahələrinin verilməsi ilə bağlı sonradan da torpaq sahələri ayrılmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən ayrıc aktlarına istinadən qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi nəinki həmin bağçılıq təsərrüfatına sonradan torpaq ayrılıb-ayrılmamasını yoxlamamış, hətta iş materiallarına əlavə edilən iki müxtəlif ayrıc aktı əsasında da müqayisəli təhlil aparmamışdır.
41. Torpaq sahəsinin üçüncü şəxs1an Respublikası Dövlət Neft Şirkətinə ayrılmış ərazidə yerləşməsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, H.Z.Tağıyev adına Neft və Qazçıxarma Idarəsi (NQÇI) üçüncü şəxs1an Respublikası Dövlət Neft Şirkətinin “Azneft” Istehsalat Birliyinə daxil olan qurumlardandır və Abşeron yarımadasındakı müxtəlif neft-qaz sahələrinin (məsələn, Buzovna-Maştağa və Şağan) işlənilməsi, neftin çıxarılması və nəqli əməliyyatlarını həyata keçirir. “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatı isə H.Z.Tağıyev adına NQÇI-nin işçilərinə bağ sahələrinin ayrılması ilə bağlı yaradılmış bağ təsərrüfat idarəsi olmuşdur. Ona görə də, apellyasiya instansiyası məhkəməsi sadəcə olaraq torpaq sahəsinin üçüncü şəxs1an Respublikası Dövlət Neft Şirkətinə ayrılmış ərazidə yerləşməsinə istinad edərək yekun qərar qəbul etməkdə haqlı olmamışdır.
42. Belə ki, “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatına ayrılan torpaq sahələri üçüncü şəxs1an Respublikası Dövlət Neft Şirkətinə ayrılmış ərazidə yerləşdiyindən növbəti apellyasiya baxışı zamanı cavabdehin və üçüncü şəxsin dəlilləri həm də bu aspektdən araşdırılmalıdır.
43. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi öz qərarında cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyinə və həmin rəy əsasında tərtib edilmiş ekspert rəyinə istinad edərək göstərmişdir ki, torpaq sahəsinin yaxınlığında (ən yaxını 36.0 metrlikdə olmaqla) işlək və ləğv olunmuş quyu məlumatları vardır. Nəticə etibarı ilə cavabdehin dəlilləri əsasında istinad olunan bu xüsusat hazırkı halda mötəbər sübut hesab edilə bilməz.
44. Belə ki, iş materiallarında olan cizgiyə (II cild, i.v. 108) əsasən Əzizbəyov adına NQÇI-nə (indiki H.Z.Tağıyev adına NQÇI-nə) ayrılan ərazilərdə çox sayda ləğv edilmiş neft quyularının olması görünür. Bundan başqa, istər mütəxəssis, istərsə də, ekspert rəylərində mübahisələndirilən torpaq sahəsinin yaxınlığında yerləşən konkret neft quyuları (ləğv olunmuş və ya işlək olması göstərilməklə) göstərilməmiş, rəyə əlavə edilən sxemdə neft quyuları ilə bağlı qeyd aparılmamış, mücərrəd mənada yaxınlıqda neft quyularının olması deyilməklə kifayətlənilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilən natamam və qeyri-müəyyən istinadlara əsaslanan ekspert rəyini mötəbər sübut kimi qəbul edərək sonda məhkəmə qərarını buna uyğun vermişdir.
45. Iş materiallarına əlavə edilmiş ortofotodan açıq-aşkar görünür ki, mübahisələndirilən torpaq sahəsi çox saylı yaşayış evləri ilə əhatə olunmuş ərazidə yerləşir. Torpaq sahəsinin qonşuluğunda yerləşən digər sahələr üzərində mülkiyyət hüququnun qeydə alındığı görünür. Lakin işlək və ləğv olunmuş quyu məlumatlarının həm hazırkı iddia tələbi üzrə mübahisələndirilən torpaq sahəsinə, həm də qonşuluqda olan yaşayış evlərinə və torpaq sahələrinə münasibətdə dəqiq harada yerləşməsi iş materialları ilə müəyyən edilmir.
46. Bundan başqa, məhkəmə kollegiyası neft quyularının mühafizə zonası ilə bağlı qeyd edir ki, üçüncü şəxs1an Respublikası Nazirlər Kabinetinin 2017-ci il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndinə əsasən ləğv olunmuş quyuların mühafizə zonası müəyyən edilərkən əsas meyar kimi torpaq sahəsi deyil, məhz tikililər (yaşayış binaları, fərdi yaşayış evləri, yataqxanalar, inzibati binalar, ictimai binalar və s.) nəzərdə tutulmuşdur. Hazırkı mübahisənin əsas predmeti isə fərdi yaşayış evi deyil, məhz torpaq sahəsidir. Nazirlər Kabinetinin 2017-ci il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nda isə torpaq sahəsi ilə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Ona görə də, işin növbəti apellyasiya baxışı zamanı mübahisələndirilən torpaq sahəsinin neft quyularının mühafizə zonasında yerləşib-yerləşməməsi müəyyən edilərkən mühafizə zonasının rejimi ilə bağlı maddi hüquq normalarının tələbləri də nəzərə alınmalıdır.
47. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, növbəti apellyasiya baxışı zamanı iddiaçının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən iddiaçının istinad etdiyi H.Z.Tağıyev adına NQÇI-nin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin ## ##### 1995ci il tarixli ** nömrəli protokolundan çıxarışa qeyd edilən normanın tələbləri baxımından qiymət verilməli, H.Z.Tağıyev adına NQÇI-nin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatına müxtəlif vaxtlarda torpaq sahələrinin ayrılması halı araşdırılmalı, iş üzrə olan müxtəlif ayrıc aktlarının müqayisəli tədqiqi aparılmalı, iş materiallarında olmasa da, bağçılıq təsərrüfatına başqa torpaq sahələrinin ayrılıb-ayrılmaması müəyyən edilməli, habelə, eyni bağçılıq təsərrüfatı ilə bağlı müxtəlif siyahıların olmasını nəzərə alaraq üzvlərinin dürüstləşdirilmiş siyahılarının olub-olmaması, üzvlük siyahılarına dəyişiklik edilməsinin mümkünlüyü və digər əlaqəli məsələlər yoxlanılmalı, torpaq sahəsinin üçüncü şəxs1an Respublikasının Dövlət Neft Şirkətinə ayrılmış ərazidə yerləşməsi və neft quyularının olub-olmaması ilə bağlı xüsusata qiymət verilməlidir. Yalnız bu halların və bu hallardan irəli gələn digər xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması nəticəsində iş üzrə yekun nəticəyə gəlmək mümkündür.
48. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.