Məhkəmə qərarları › İş №2-1(1-8)-185/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-185/2026

25.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-185/2026 25.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: X1; əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Işin halları

1. “X1nin həyata keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli *************** nömrəli qərara əsasən İddiaçı (VÖEN **********) məxsus olan obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək (##.##.2024-cü il tarixi daxil olmaqla) X1 həyata keçirilməsi qərara alınmışdır.

2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən ##.##.2024-cü il tarixli, KY********* nömrəli çıxarışa əsasən İddiaçı məxsus AZ1001, ünvan 2 ünvanında yerləşən təsərrüfat obyektində ##.##.2024-##.##.2024-cü il tarixlərində plandankənar (növbədənkənar) X1 həyata keçirilməsi qərara alınmışdır.

3. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” ##.##.2024-cü il tarixli, DVX 042798 seriya nömrəli akta əsasən ##.##.2024-cü il tarixindən saat 16:39-da keçirilən X1 zamanı müştəri tərəfindən daşınma xidmətinə görə (1 bağlama üçün) nağd qaydada 14,30 AZN ödənilmiş, ödəniş müqabilində müştəriyə mədaxil qəbzi təqdim olunmamışdır. Aparılan araşdırma zamanı müştərinin nağd qaydada ödənişinin ciddi hesabat blankı olan mədaxil qəbzinə mədaxil olunmadığı (qəbzin yazılmadığı) aşkar olunmuşdur. Yayındırılmış məbləğ ##.##.2024-cü il tarixində ****** nömrəli mədaxil qəbzi ilə bərpa olunmuşdur. Bərpa qəbzi akta əlavə olunmuşdur.

4. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, ************** nömrəli qərarına əsasən İddiaçı Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir, ##.##.2024cü il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.

5. Dövlət Vergi Xidmətinin “Inzibati şikayətin təmin edilməməsi haqqında” ##.##.2025-ci il tarixli *************** nömrəli qərarına əsasən İddiaçı X1nin nəticəsində Dövlət Vergi Xidmətinə verdiyi ##.##.2024-cü il tarixli şikayəti təmin edilməmişdir. ##.##.2024-cü il tarixli DVX seriyalı ****** nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli 24039002363678 qərar dəyişdirilmədən saxlanılmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli 24039002363678 qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı beynəlxalq yük daşıma fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Şirkət əsas fəaliyyətini “xxxx.com” onlayn platforması üzərindən həyata keçirir. Istifadəçilər platformadan qeydiyyatdan keçib, istifadəçi razılaşmasını qəbul edərək xidmətdən istifadə etməyə başlayırlar. Platforma istifadəçiyə müxtəlif xarici ölkələrdə bağlamalarını qəbul etmələri üçün ünvan təmin edir. Həmin ünvana göndərilən bağlamalar platformaya daxil edilir və Azərbaycana göndərilir. Azərbaycana göndərilən istifadəçilərə aid bağlamalara görə isə platformada göstərilən tariflərə uyğun (bağlamaların çəkisinə və ya ölçüsünə) olaraq ödəniş olunur. Istifadəçi daşınmaya uyğun olaraq hesablanmış borcunu onlayn şəkildə və ya post terminal vasitəsi ilə şirkətə ödəyir. Şirkətin gəlirini daşınma haqlarından yığılan ödənişlər təşkil edir. Şirkət də xaricdə anbar xidməti göstərən partnyorları və daşınma şirkətləri ilə buna müvafiq olaraq hesablaşır. Belə ki, Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş Idarəsinin əməkdaşı tərəfindən kameralı və səs qeydiyyatı ilə keçirilən operativ vergi yoxlanışı zamanı ##.##.2024 tarixli, ****** nömrəli akt tərtib edilmiş, həmin aktın tərtib olunma əsası kimi keçirilmiş X1 tədbiri zamanı müştəri tərəfindən daşıma xidmətinə görə 14,30 manat nağd şəkildə ödənildiyi, ödəniş müqabilində müştəriyə mədaxil qəbzi təqdim olunmadığı, həmin məbləğin ****** nömrəli mədaxil qəbzi ilə bərpa olunduğu qeyd olunmuşdur. Daha sonra həmin akta əsasən ##.##.2024-cü il tarixli, ************** saylı qərarla Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş, ##.##.2022-ci il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilmənin təmin edilməsi qərara alınmışdır. Sözügedən əsassız qərardan inzibati orqana şikayət ünvanlanmağına baxmayaraq, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **************** saylı, ## ###### 2025-ci tarixli qərarı ilə şikayət təmin edilməmiş, ##.##.2024-cü il tarixli DVX seriyalı ****** nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli 24039002363678 qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, uçot-baza məlumatlarına əsasən Cəmiyyətin ##.##.2024-cü il tarixdə əsas fəaliyyət növü “Özəl firmalar tərəfindən poçtun və banderolların götürülməsi, daşınması və çatdırılması” olmaqla dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı Cavabdeh “X1nin keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli ************** nömrəli qərarı əsasında ##.##.2024-cü il tarixdə saat 16:39-da Cəmiyyətin ünvan 1 ünvanda yerləşən obyektində keçirilmiş X1 tədbiri zamanı müştəri tərəfindən daşıma xidmətinə görə (1 bağlama üçün) 14,30 manat ödənildiyi, ödəniş müqabilində müştəriyə mədaxil qəbzi təqdim olunmadığı, həmin məbləğin ****** nömrəli mədaxil qəbzi ilə bərpa olunduğu, nəzarət tədbirinin nəticəsinin ##.##.2024-cü il tarixli DVX seriyalı ****** nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirildiyi müəyyən edilmişdir. Cəmiyyətin rəhbəri aktı imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etmiş, bu barədə aktda müvafiq qeyd aparılmış, akt ##.##.2024-cü il tarixli *-**-*-*/*-*****/**** nömrəli məktubla vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına və elektron qutusuna göndərilmiş, ##.##.2024-cü il tarixdə elektron qutuda oxunmuşdur. Bundan başqa Cəmiyyətə ##.##.2024-cü il tarixli *-**-*-*/*-*****/**** nömrəli bildiriş göndərilərək, rəhbəri və ya səlahiyyətli nümayəndəsi Vergi Məcəlləsinin 49-cü maddəsinə əsasən barəsində qəbul ediləcək qərar üzrə materiallara baxılmada iştirak etmək məqsədilə ##.##.2024-cü il tarixdə saat 10:00-da vergi orqanına dəvət edilmiş, bildiriş ##.##.2024-cü il tarixdə vergi ödəyicisi tərəfindən elektron qutuda oxunmuşdur. Tərtib edilmiş akt əsasında Baş Idarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli ************** nömrəli qərar qəbul olunaraq Cəmiyyətə 1000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə Baş Idarənin ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına və elektron qutusuna göndərilmiş, ##.##.2024-cü il tarixdə elektron qutuda oxunmuşdur. Iddiaçı tərəfindən qərardan ##.##.2024-cü il tarixdə inzibati qaydada şikayət verilmiş və vergi orqanının ## ###### 2025-ci il tarixli **************** nömrəli qərarı ilə iddiaçının inzibati şikayəti təmin edilməmişdir. Bundan əlavə, Cəmiyyətin rəhbəri tərəfindən araşdırmaya ##.##.2024-cü il tarixdə Whatsapp vasitəsi ilə təqdim edilmiş 26 saniyədən ibarət olan, səs yazısı qeydə alınmamış videogörüntüyə baxış keçirilərkən vergi orqanı əməkdaşlarının qanunsuz və ya etik qaydalardan kənar hərəkətlərə yol vermələrinin müşahidə edilmədiyi, video çəkilişin ##.##.2024-cü il tarixdə saat 16:49 dəqiqədə həyata keçirildiyi müəyyən edilmişdir. Bundan əlavə ##.##.2024-cü il tarixdə həyata keçirilmiş X1 tədbirini tam müşahidə etmək məqsədi ilə həmin gün üçün saat 16:00-dan 17:30-dək olan dövr üzrə müşahidə kameralarının yaddaş məlumatlarını araşdırmaya təqdim edilməsi xahiş edilməsinə baxmayaraq həmin görüntülər araşdırmaya təqdim edilməmişdir. Bundan əlavə, X1 tədbiri saat 16:39-da həyata keçirilməklə 14,3 manat yayındırılmış məbləğ həmin gün saat 17:00-da bərpa edildiyi halda, şikayətə əlavə edilmiş Terminal ID: R1061297, TRAN NO: ************ nömrəli qəbz üzrə 14,26 manat məbləğ ##.##.2024-cü il tarixdə saat 17:24 dəqiqədə X1 tədbrindən sonra pos-terminala mədaxil edilmişdir. Göründüyü kimi araşdırmaya təqdim edilmiş izahatlar, tərtib edilmiş ##.##.2024-cü il tarixli DVX seriyalı ****** nömrəli aktın göstəriciləri və video görüntündəki zaman ölçüləri vergi orqanı əməkdaşları tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyətinin müəyyən edilməsi məqsədi ilə həyata keçirilmiş hüquqi hərəkətlərin tarixi, Cəmiyyətin vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətindən yayınmaq məqsədi ##.##.2024-cü il saat 16:39-da aşkar edilmiş vergi hüquq pozuntusunun guya ki, ##.##.2024-cü il tarixdə saat 17:24 dəqiqədə həyata keçirildiyi görüntüsünü yaratmağa çalışılmışdır. Göründüyü kimi vergi orqanı tərəfindən X1 tədbiri tamamilə qanunvericiliyə uyğun olaraq həyata keçirilmiş və vergi ödəyicisi sadəcə ümumi ifadələrdən istifadə etməklə iddiasını əsaslandırmağa çalışmışdır.

9. Bakı Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakim G.Sevdimalıyeva) ilə iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “Nəzarətkassa aparatlarının istismarı Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2019-cu il tarixli *** nömrəli Qərarına əsasən pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsi olaraq müəyyən olunmuşdur. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan (Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş Idarəsi) həmin qərarın (Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ##.##.2024-cü il tarixli, ************** nömrəli qərarın) qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Belə ki, qeyd edilən əsaslar məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla – bərpa mədaxil qəbzi, müştəri barədə məlumat, yerində alınmış izahat, yoxlayıcıların məhkəmə iclasında izahatları ilə təsdiqini tapmışdır.

11. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakimlər C.Məmmədov – məruzəçi, Ş.Məmmədova və H.Ağalarov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.

16. Kassator əlavə olaraq qeyd edir ki, iddia tələbinə etirazlarda video-foto çəkilişlərin həyata keçirilməməsi ilə məhkəmə araşdırılması zamanı verilmiş izahatlarda videoçəkilişin aparıldığı, lakin texniki nasazlığın olması faktları ziddiyyətlidir. Buna baxmayaraq işə baxan nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi mövcud olan ziddiyyətli yanaşmalara hüquqi qiymət verməmiş, bununla da iddiaçının ədalətli məhkəmə araşdırmasını tələb etmək hüququnu məhdudlaşdırmışdır.

17. X1nin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur.

18. Operativ vergi yoxlamasının keçirilmə əsası kimi cavabdeh orqan Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdiklərini bildirsələr də, bu barədə məlumatları hansı mənbədən əldə etdiklərini, hansı şəkildə araşdırılma aparıldıqdan sonra yoxlama keçirilməsi barədə qənaətə gəldiklərini əsaslandıra bilməmişdir. Belə olan halda operativ vergi yoxlamasının həyata keçirilməsinə əsasların olmasını sübut etmə vəzifəsi mübahisələndirilən inzibati aktı qəbul edən inzibati orqanın üzərinə düşür. Lakin işə baxan məhkəmələr bu xüsusata diqqət etməmiş və bununla da inzibati məhkəmə icraatının təməl prinsiplərindən biri olan “sübut etmə vəzifəsi” prinsipini pozmuşdurlar.

19. Kassasiya şikayətində Vergi Məcəlləsinin 41, 50.2 və 53.3-cü maddələrinə, Inzibati Prosessual Məcəllənin 12.1 və 14.1-ci maddələrinə istinad edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: ... 16.1.9. lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, ödəniş xidməti təchizatçılarının çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, ödəniş xidməti təchizatçılarının çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək; ... Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X1ni keçirmək; ... Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; ... Maddə 50. X1 50.1. X1 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; ... 50.6. X1nin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. X1 tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-49-cu maddələrinin müddəaları tətbiq edilir. 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarətkassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. ... Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları ... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır.[406] Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. ... Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları ... 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; ...

22. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

23. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından X1 nəticəsində qəbul edilən qərarın əsaslı olması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pulhesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

31. Cavabdehin tərtib etdiyi “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” ##.##.2024-cü il tarixli, DVX 042798 seriya nömrəli aktda qeyd edilmişdir ki, ##.##.2024-cü il tarixindən saat 16:39-da keçirilən X1 zamanı müştəri tərəfindən daşınma xidmətinə görə (1 bağlama üçün) nağd qaydada 14,30 manat ödənilmiş, ödəniş müqabilində müştəriyə mədaxil qəbzi təqdim olunmamışdır. Aparılan araşdırma zamanı müştərinin nağd qaydada ödənişinin ciddi hesabat blankı olan mədaxil qəbzinə mədaxil olunmadığı (qəbzin yazılmadığı) aşkar olunmuşdur. Yayındırılmış məbləğ ##.##.2024-cü il tarixində ****** nömrəli mədaxil qəbzi ilə bərpa olunmuşdur. Bərpa qəbzi akta əlavə olunmuşdur.

32. Iddiaçının dəlillərində X1 zamanı saat 16:39-da 14,3 manat məbləğində heç bir əməliyyat olmadığını, həmin zaman həyata keçirilmiş əməliyyatın 14,26 manat olduğunu, posterminal qəbzinin vergi orqanı əməkdaşlarına təqdim edildiyi bildirilir. Halbuki iş materiallarına əlavə edilmiş posterminal qəbzinə əsasən 14,26 manat məbləğində əməliyyat saat 17:24-də aparılmışdır. Lakin iddiaçının barəsində maliyyət sanksiyasının tətbiq edilməsinə səbəb olan əməliyyat isə həmin gün saat 16:39-da keçirilmiş, buna baxmayaraq ödəniş müqabilində müştəriyə mədaxil qəbzi təqdim olunmamışdır.

33. Göstərilənlərə və Vergi Məcəlləsinin yuxarıda bəhs olunan normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar