Məhkəmə qərarları › İş №2-1(1-8)-1887/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-1887/2026

23.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-1887/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçılar iddiaçı8 və qeyriləri cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis Idarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: şikayətin vəkil tərəfindən tərtib edilməməsi; kassasiyanın mümkünsüzlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçılar iddiaçı8, iddiaçı7, X1, iddiaçı5 Fəxərddin oğlu, iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 Telmar qızının cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis Idarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərardadından iddiaçı iddiaçı8 tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçılar iddiaçı8, iddiaçı7, X1, iddiaçı5 Fəxərddin oğlu, iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 Telmar qızı cavabdeh Sabunçu rayon Polis Idarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması, iddiaçı8, iddiaçı7, X1, iddiaçı5 Fəxərddin oğlunun, iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 Telmar qızının ünvan 1 ünvanında qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

2. Bakı Inzibati Məhkəməsinin (hakim: M.T.Hacıbəyova) ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

3. Iddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: C.B.Məmmədov/ sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və Ş.A.Məmmədova) ## ### 2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərardadı ilə iddiaçı iddiaçı8 və digərlərinin verdiyi apellyasiya şikayəti üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamış, apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmiş və şikayətin onu vermiş iddiaçıya qaytarılması qərara alınmışdır. 4.

5. Kassasiya şikayətinə birinci instansiya məhkəməsində (Bakı Inzibati Məhkəməsi) icraatda iştirak etmək üçün nəzərdə tutulmuş vəkil orderi əlavə edilmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. … Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər. … 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. …

7. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi ... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/46945" \o "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi"Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. ... Maddə 96. Ali Məhkəmədə icraat ... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. ...

8. Azərbaycan Respublikası Vəkillər X2 ##.##.2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və ondan istifadə haqqında” Əsasnamə: ... 1.5. Vəkil orderi (bundan sonra - order) – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir (* nömrəli Əlavə).

KASSASIYANIN MÜMKÜNLÜYÜ

9. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmadığından və şikayətə vəkilin orderi əlavə olunmadığından şikayət üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

10. Belə ki, Inzibati Prosessual Məcəllənin 90.3-cü və Mülki Prosessual Məcəllənin 67.1-ci, 407.3-cü və 407.4-cü maddələrinin tələblərinə görə, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli, vəkil tərəfindən imzalanmalı və şikayətə vəkilin orderi əlavə olunmalıdır. Kassasiya şikayəti yalnız həmin tələblərə riayət olunmaqla verildiyi hallarda icraata qəbul edilir.

11. Hazırkı mübahisə üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və vəkilin orderi kassasiya şikayətinə əlavə edilməmişdir. Odur ki, iddiaçının hazırkı şikayəti, kassasiya şikayətinə dair qanunvericilikdə nəzərdə tutulmuş formal tələblərə cavab vermədiyindən icraata qəbul edilə və onun əsasında kassasiya icraatı mümkün sayıla bilməz.

12. Vətəndaşlara göstərilən hüquqi yardımın daha da təkmilləşdirilməsi üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin ##.##.2018-ci il tarixli qərarı ilə “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamə təsdiq edilmişdir. Qeyd olunmalıdır ki, vəkil orderi vəkilə bir məhkəmə instansiyasında, bir dəfə, yəni həmin məhkəmə instansiyasında bir icraat başa çatanadək təmsilçilik və hüquqi yardımın göstərilməsi üçün verilir. Bu tələb, istinad edilən Əsasnamənin 1.5-ci maddəsinin mahiyyətindən irəli gəlir.

13. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddiaçı8 kassasiya şikayətinə əlavə etdiyi birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilən ##.##.2025-ci il tarixli vəkil orderi, məhz həmin icraat (birinci instansiya məhkəməsində icraat) başa çatanadək təmsilçilik və hüquqi yardımın göstərilməsi üçün verildiyindən, həmin order kassasiya instansiyasında icraatda iştirak etmək hüququ vermir. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı iddiaçı8 kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmamış və kassasiya şikayətinə vəkil orderi əlavə edilməmişdir.

14. Iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Inzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair Izah” tərəflərə rəsmi qaydada təqdim olunmuş və həmin izahda kassasiya şikayəti verilməsi qaydası tərəflərə ətraflı izah edilmiş, həmin tələblərə əməl olunmayacağı halda baş verə biləcək hüquqi nəticələr, o cümlədən şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

15. Qeyd edilməlidir ki, həmin Izah kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatın göndərilməsində kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri nəzərə alınsın, xüsusən də, kassasiya şikayətinə dair formal tələblərə əməl edilsin. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.

16. Beləliklə, iddiaçının kassasiya şikayəti qanunvericiliyin tələblərinə (kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli, vəkil tərəfindən imzalanmalı və vəkilin orderi kassasiya şikayətinə əlavə edilməlidir) uyğun tərtib edilməmişdir. Odur ki, hazırkı şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2026-cı il tarixli, *- *(*-*)-****/**** nömrəli qərardadından iddiaçı iddiaçı8 tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar