Məhkəmə qərarları › İş №2-1(1-8)-200/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-200/2026

14.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-200/2026 14.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: fiziki şəxslər tərəfindən bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş ƏDV-nin qaytarılmasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs “xxxx” Mənzil Tikinti Kooperativi) qarşı “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı ilə “xxxx” Mənzil Tikinti Kooperativi (“xxxx” Mənzil Tikinti Kooperativi) arasında ## ###### 2021-ci il tarixli, ** nömrəli “Mənzilin alqı-satqısı” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, “xxxx” Mənzil Tikinti Kooperativi Bakı şəhəri, Nəsimi rayonu, 756-cı məhəllə C.Hacıbəyli, N.Şahbazov (keçmiş Dağıstan küçəsi), Kaveroçkin və M.Qaşqay küçələrinin kəsişməsindəki tikilən çoxmənzilli yeni yaşayış binasının, *B saylı binanın 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 140 kv.metr olan *** saylı və *B saylı binanın 11-ci mərtəbəsində 1 otaqdan ibarət, ümumi sahəsi 72 kv.metr olan *** saylı mənzili İddiaçı satmağı, İddiaçı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini “xxxx” MTK-ya ödəməyi öhdəsinə götürür. Müqavilədə mənzillərin ümumi qiyməti 365000 (ƏDV daxil) manat qeyd edilmişdir. Müqaviləyə əsasən alıcı mənzilin dəyərini müqavilə imzaladığı andan 110000 (bir yüz on min) manat avans ödəməklə, qalıq 255 000 (iki yüz əlli beş min) manatı ##.##.2022-ci il tarixdən etibarən 24 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür.

2. İddiaçının təqdim etdiyi ödəniş tapşırıqlarının surətlərindən görünür ki, iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin bank hesabına ##.##.2021-ci il tarixində 110 000 ilkin ödənişin etmiş və qalan məbləğin isə ##.##.2023-cü il tarixə kimi hissə-hissə ödəmişdir.

3. İddiaçı ##.##.2024-cü il tarixində ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət edərək nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasını xahiş etmişdir.

4. Cavabdeh ##.##.2024-cü il tarixli, **************** saylı “Yaşayış və qeyriyaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında“ Qərar qəbul etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini Qayda qüvvəyə mindiyi tarixədək nağdsız qaydada satıcının bank hesabına ödənildiyini (ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) Qayda qüvvəyə mindiyi tarixdən sonra isə 5.1.2-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədləri uçotda olduğu vergi orqanına təqdim etməlidir. Lakin alıcı X1 tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-li) ödəniş tapşırığı ilə banka ödənildiyi müəyyən edilmişdir.

5. Üçüncü şəxs Mənzil-Tikinti Kooperativi tərəfindən iddiaçıya ünvanlanan ##.##.2024-cü il tarixli **/** nömrəli məktubda qeyd olunmuşdur ki, Üçüncü şəxs MTK (əvvəlki adı “xxxx” MTK) arasında bağlanmış ## ###### 2021-ci il tarixli № ** saylı alqısatqı müqaviləsinə əsasən Nəsimi rayonu M.Qaşqay, N.Şahbazov, C.Hacıbəyli və Kaveroçkin küçələrinin kəsişməsindəki 756-cı məhəllədə (Yeni ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Natiq Şahbazov küçəsi, ”43”, ”45”, ”47”, ”49” ”39”) inşa edilmiş 7 В saylı binanın 11-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət, ümumi sahəsi 139,9 kv.m olan *** saylı mənzilə görə Üçüncü şəxs MTK-nın hesabına ödənilmiş 240900 (iki yüz qırx min doqquz yüz) manatdan əsas məbləğ 204152.54 + 36747.46 manatı ƏDV olaraq X2 (Kod: 210027) ödənilmişdir.

6. Üçüncü şəxs Mənzil-Tikinti Kooperativi tərəfindən iddiaçıya ünvanlanan ##.##.2024-cü il tarixli **/** nömrəli məktubda qeyd olunmuşdur ki, Üçüncü şəxs MTK (əvvəlki adı “xxxx” MTK) arasında bağlanmış ## ###### 2021-ci il tarixli ** saylı alqısatqı müqaviləsinə əsasən Nəsimi rayonu M.Qaşqay, N.Şahbazov, C.Hacıbəyli və Kaveroçkin küçələrinin kəsişməsindəki 756-cı məhəllədə (Yeni ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Natiq Şahbazov küçəsi. ”43”, ”45”, ”47”, ”49” ”39”) inşa edilmiş 7 В saylı binanın 11-ci mərtəbəsində yerləşən 1 otaqdan ibarət, ümumi sahəsi 72.2 kv.m olan *** saylı mənzilə görə Üçüncü şəxs MTK-nın hesabına ödənilmiş 124100 (yüz iyirmi dörd min yüz) manatdan əsas məbləğ 105169.50 + 18930.50 manatı ƏDV olaraq X2 (Kod: 210027) ödənilmişdir. İddiaçı subordinasiya baxımından yuxarı inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati şikayət vermiş, lakin sonuncunun “İnzibati şikayətin təmin edilməməsi haqqında” ##.##.2024cü il tarixli,

7. **************** saylı Qərarına əsasən vətəndaş İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması barədə Dövlət Vergi Xidmətinə verdiyi ##.##.2024-cü il tarixli inzibati şikayətləri təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli Qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. Qərara onunla əsaslandırılmışdır ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən Qayda qüvvəyə mindiyi tarixdən sonra yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədləri uçotda olduğu vergi orqanına təqdim etməlidir. Lakin alıcı X1 tərəfindən yaşayış sahəsinin tam dəyəri (ƏDV daxil) satıcının bank hesabına ödənilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia tələbi “Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **************** nömrəli ## ###### 2024-cü il tarixli qərarının, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **************** nömrəli, ## ###### 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçı İddiaçı tərəfindən “xxxx” MTK-dan (hazırkı adı: Üçüncü şəxs MTK) nağdsız qaydada alınmış yaşayış sahələrinə (mənzillərə) görə ödənilmiş əlavə dəyər vergisinin iddiaçıya qaytarılmalı olan hissəsinin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi” kimi dəqiqləşdirilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “xxxx” Mənzil-Tikinti Kooperativi (hazırkı adı: Üçüncü şəxs MTK) arasında bağlanmış ** nömrəli, ## ###### 2021-ci il tarixli “Mənzilin alqı-satqı müqaviləsi”nə görə, Kooperativ Bakı şəhəri, Nəsimi rayonu, 756-cı məhəllə, C.Hacıbəyli, N.Şahbazov (keçmiş Dağıstan küçəsi), Kaveroçkin və M.Qaşqay küçələrinin kəsişməsində tikilən çoxmənzilli yeni yaşayış binasının, 7 В saylı binanın 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 140 kv.m. təşkil edən *** saylı mənzili və *B saylı binanın 11-ci mərtəbəsində 1 otaqdan ibarət, ümumi sahəsi 72 kv.m. təşkil edən *** saylı mənzili mənə verməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə hər iki mənzillərin dəyəri kimi müəyyən olunan 365.000 (üç yüz altmış beş min) manat məbləğində pulu hissə-hissə olmaqla və nağdsız qaydada tam şəkildə Kooperativə ödəmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın (bundan sonra “Qayda”) verdiyi hüquqdan istifadə edərək, əlavə dəyər vergisinin qaytarılması məqsədilə, 90 (doxsan) gündən gec olmayaraq portalda qeydiyyatdan keçmiş və müvafiq sənədləri skan edərək portala göndərmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **************** nömrəli, ## ###### 2024-cü il tarixli qərarı ilə iddiaçının müraciəti təmin edilməmişdir. İddiaçı həmin qərardan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə şikayət verərək, qərarın ləğv edilməsini və müraciətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **************** nömrəli, ## ###### 2024cü il tarixli qərarı ilə şikayəti təmin edilməmiş və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **************** nömrəli, ## ###### 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Vergi orqanı tərəfindən iddiaçının şikayətinin təmin olunmaması barədə qərar qəbul olunarkən Qaydanın 5.1.2-ci bəndinə istinad edilmiş və qeyd olunmuşdur ki, iddiaçı yaşayış sahəsinin dəyərini satıcının/Kooperativin hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli idi. İddiaçı hesab edir ki, vergi orqanının qərarları qanunsuz və əsassız olduğuna görə, məhkəmə tərəfindən ləğv olunmalıdır.

10. Cavabdeh iddia ərizəsinə qarşı etirazını onunla əsaslandırmışdır ki, vətəndaş İddiaçı ##.##.2024-cü il tarixli **************** nömrəli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı” elektron ərizə ilə müraciət etmiş və həmin ərizəyə ##.##.2021-ci il tarixli ** nömrəli müqavilə və ödəniş sənədlərini əlavə etmişdir. Vergi orqanı tərəfindən elektron müraciətə əlavə edilmiş sənədlər yoxlanılarkən, Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini Qayda qüvvəyə mindiyi tarixədək nağdsız qaydada satıcının bank hesabına ödənildiyini (ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq), Qayda qüvvəyə mindiyi tarixdən sonra isə 5.1.2-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədləri satıcının uçotda olduğu vergi orqanına təqdim etməli olduğu halda, alıcı İddiaçı Aftandil oğlu tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmiş və “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli qərar qəbul edilmişdir. Bundan əlavə olaraq, **************** nömrəli, ##.##.2024-cü il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərar ilə vətəndaş İddiaçı Aftandil oğlu tərəfindən verilmiş inzibati şikayət barəsində Qərar qəbul edilmişdir. İnzibati şikayətdə qeyd olunanların araşdırılması ilə bağlı vətəndaşa ##.##.2024cü il tarixli **************** nömrəli “Araşdırmada iştirak etmək haqqında” məktub göndərilərək, ##.##.2024-cü il tarixdə saat 11:00-da Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət olunmuşdur. İddiaçı araşdırmaya təqdim etdiyi ##.##.2024-cü il tarixli izahatında müraciətində qeyd etdiyi kimi Qaydaların 6.1-ci bəndinə əsasən təqdim edilmiş sənədlər əsasında ödənişi yerinə yetirdiyini, MTK ilə müqavilə bağladığı ##.##.2021-ci ildən ##.##.2023-cü il tarixədək ödəniş etdiyini, 90 gün bitməmiş elektron formada müraciət etdiyini, Qərarda göstərilən Qaydanın 6-cı bəndinin heç bir halda 5.1.2ci bəndə istinad etmədiyini və eyni qaydada 5.1.2-ci bəndin 6-cı bəndin tələblərinə istinad etmədiyini, bəndin tələblərini təkzib etmədiyini bildirmişdir. H.Məmmədov izahatında eyni zamanda araşdırma zamanı ona izah olunduğu kimi əldə etdiyi yaşayış sahələri üzrə ödənilmiş vəsaitdən MTK tərəfindən ƏDV-nin ƏDV sub-hesaba ayrıca ödənilməsinə dair müvafiq sənədləri əldə edib təkrar müraciət edəcəyini qeyd etmişdir. İnzibati şikayət üzrə işin faktiki halları və toplanmış materialların öyrənilməsi nəticəsində belə nəticəyə gəlinmişdir ki, vətəndaşın şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il ######ın #-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. Göründüyü kimi Qaydanın 6.1-ci bəndində əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildiyi halda qaytarılması nəzərdə tutulmuş, Qayda qüvvəyə mindiyi tarixdən sonra isə 5.1.2-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədləri satıcının uçotda olduğu vergi orqanına təqdim etməlidir. Lakin alıcı İddiaçı tərəfindən yaşayış sahəsinin tam dəyəri (ƏDV daxil) satıcının bank hesabına ödənilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə “xxxx” Mənzil-Tikinti Kooperativi işə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

12. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq, üçüncü şəxs Üçüncü şəxs Mənzil-Tikinti Kooperativi tərəfindən ## ######## 2024-cü il tarixli, **/** nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli Sərəncama əsasən MTK-lara nağdsız ödənişlər zamanı elektron qaimələr təqdim edilməyə başlanıb. İddiaçı İddiaçılə bağlanmış müqavilə, bundan əvvəlki tarixdə olduğundan, sonuncuya elektron qaimə təqdim edilməyib.

13. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) 2025-ci il ## ##### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçının iddiası təmin edilmişdir.

14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Qaydanın 6-cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəalarına görə, Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il ######ın #-dən Fərmanla təsdiq edilmiş Qaydanın qüvvəyə mindiyi 2022-ci il ###ın ##-dək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin Qaydanın qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq qaytarılması qaydası müəyyən edilmişdir. Beləliklə, bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən aydınlaşdırılmalı olan əsas məqamlardan biri mübahisənin keçid müddəalarının təsiri altına düşüb-düşmədiyi ilə bağlı məsələdir. Məhkəmə nəzərə alır ki, müvafiq Qaydanın 6.1-ci bəndinə əsasən mübahisənin keçid normalarının təsiri altına düşə bilməsi üçün ilkin şərt yaşayış və qeyri-yaşayış sahəsinin ##.##.2020-ci il tarixdən (Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi tarixdən) ##.##.2022-ci il tarixədək (“Qayda”nın qüvvəyə mindiyi tarixədək) əldə edilmiş olmasıdır. Hazırkı işdə, iddiaçı İddiaçı “xxxx” Mənzil Tikinti Kooperativi ilə yaşayış sahələrinə dair Alqı-Satqı Müqaviləsini ##.##.2021-ci il tarixdə bağlamışdır. Odur ki, yaşayış sahələri iddiaçı tərəfindən ##.##.2022-ci il tarixədək müqavilə bağlanaraq əldə edildiyi üçün hazırkı iş üzrə mübahisə keçid müddəalarına görə həll olunmalı, Qaydanın 6.1-ci maddəsi tətbiq olunmalıdır. Vergi məqsədləri baxımından qaydalar qüvvəyə mindiyi tarixə artıq mənzil (mal) təqdim edilmiş hesab edildiyindən ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsi nəzərə alınmamalıdır.

15. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b. apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 09 dekabr tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər F.İ.Mədətli /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və E.Ə.Əliyev) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## ##### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş və iddia tələbi rədd edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Qaydanın 6.1-ci maddəsindən göründüyü kimi keçid müddəalarının tətbiq edildiyi iki kateqoriyadan olan alıcılar nəzərdə tutulmuşdur: - Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş şəxslər; - Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılar. Keçid müddəaları 1-ci kateqoriyadan olan şəxslərə bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq, bu Qayda qüvvəyə mindiyi tarixdən sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdiyi halda ƏDV-nin 30 faizinin qaytarılmasını müəyyən edir. 2-ci kateqoriyadan olan şəxslərin də bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq ƏDV-nin 30 faizini almaq hüququ təsbit edilib. Lakin 2-ci kateqoriyadan olan alıcıların (yəni, Qayda qüvvəyə mindiyi tarixədək əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcıların) bu Qayda qüvvəyə mindiyi tarixdən sonra ƏDV-ni depozit hesabına ödəməkdən azad edən norma yoxdur. Alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı ##.##.2022-ci il tarixdən yaranmışdır. İş materiallarında olan ödəniş tapşırıqlarından da görünür ki, iddiaçı ##.##.2021-ci il tarixdən - ##.##.2023-cü il tarixədək sözügedən mənzillərin dəyərini “xxxx” Mənzil Tikinti Kooperativininin bank hesabına ödəmişdir. Yəni, ##.##.2022-ci il tarixdən sonra da ##.##.2023-cü il tarixədək ƏDV depozit hesabına deyil, “xxxx” Mənzil Tikinti Kooperativinin bank hesabına ödəmişdir. Başqa sözlə, ##.##.2022-ci il tarixdən texniki imkanın mövcud olmasına baxmayaraq, ödəniş iddiaçı tərəfindən Qaydanın 5.1.2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun həyata keçirilməmişdir.

18. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmışdır və hazırkı işdə sözügedən Qaydanın keçid müddəası olan 6.1-ci bəndin tətbiq olunmalı olduğunu bildirmişdir.

b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 153.1. Əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddə 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDVnin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kv.metr və qeyri-yaşayış sahəsinin 500 kv.metrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.

22. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”: 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaimə faktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyriyaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: ödənişi aparan alıcının soyadı, adı və atasının adı; ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; ödənişin təyinatı. 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:

1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;

2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;

3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş).

6. Keçid müddəası 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il ######ın #-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədlər Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Hazırkı işdə iddiaçının hüquqi marağı bina tikintisi fəaliyyəti ilə məşğul olan Üçüncü şəxs Mənzil-Tikinti Kooperativindən (nağdsız qaydada) aldığı yaşayış sahələrinə görə ödədiyi əlavə dəyər vergisinin 30 faizinin qaytarılmasına nail olmaqdır.

28. İşin halları ilə müəyyən edilir ki, ## ###### 2021-ci il tarixli, ** nömrəli Mənzilin Alqı-Satqı Müqaviləsinə əsasən iddiaçı İddiaçı “xxxx” Mənzil Tikinti Kooperativindən Bakı şəhəri, Nəsimi rayonu, 756-cı məhəllə, C.Hacıbəyli, N.Şahbazov (keçmiş Dağıstan küçəsi), Kaveroçkin və M.Qaşqay küçələrinin kəsişməsindəki tikilən çoxmənzilli yeni yaşayış binasının, *B saylı binanın 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 140 kv.metr olan *** saylı və *B saylı binanın 11-ci mərtəbəsində 1 otaqdan ibarət, ümumi sahəsi 72 kv.metr olan *** saylı mənzili almışdır. İddiaçı ##.##.2021-ci il tarixdən - ##.##.2023-cü il tarixədək sözügedən mənzillərin dəyərini “xxxx” Mənzil Tikinti Kooperativinin bank hesabına ödəmişdir.

29. Məhkəmə kollegiyası apellyasiya instansiyasının mövqeyi ilə razılaşır ki, hazırkı iddia tələbinə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” tətbiq edilməlidir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən Qaydaya əsasən ƏDV-nin geri qaytarılması üçün alıcı mənzilin ƏDV-siz dəyərini satıcının bank hesabına, ƏDV məbləğini isə mütləq satıcının ayrıca ƏDV depozit hesabına ödəməlidir (5.1.2-ci bənd). Hazırkı işdə iddiaçı mənzillərin dəyərinin bir hissəsinin Qaydanın qüvvəyə mindiyi tarixdən sonra ödədiyindən bu zaman o, iddia tələbinin təmin edilə bilməsi üçün Qaydanın keçid müddəasının tələblərinə əsasən Qayda qüvvəyə mindiyi tarixdən sonra ƏDV-ni depozit hesabına ödəmək öhdəliyi daşımışdır. İddiaçının təqdim etdiyi ödəniş tapşırıqlarından isə görünür ki, o, Qaydanın qüvvəyə mindiyi tarixdən sonra da ##.##.2023-cü il tarixədək sözügedən mənzillərin qalmış tam dəyərini (ƏDV daxil) satıcının bank hesabına ödəmişdir.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar