Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-2646/2026 08.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ərazi aidiyyətinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aylıq müavinətin bərpa edilməsi” tələbinə dair inzibati işin ərazi aidiyyəti ilə bağlı işə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, övladları X2 və X3 məcburi köçkünlərə şamil edilən vahid aylıq müavinətin bərpa edilməsi vəzifəsinin cavabdeh Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir.
2. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-****/**** saylı qərardadı ilə Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı “övladları X2 və X3 məcburi köçkünlərə şamil edilən vahid aylıq müavinətin bərpa edilməsi vəzifəsinin cavabdeh Cavabdeh üzərinə qoyulması” tələbi barədə inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə Inzibati Məhkəməsinə göndərilmişdir (hakim - Aynur Axundova).
3. Bakı Inzibati Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı tələbi vahid aylıq müavinətin bərpa edilməsi ilə bağlıdır və iddianın növü öhdəliyin icrası haqqında iddiadır. Iddiaçının cavabdeh qismində qeyd etdiyi orqan Cavabdehdir. “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. Inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə Hüquq Şurası tərəfindən müəyyən olunur. Cavabdehin yerləşdiyi yer “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Gəncə Inzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olduğundan hazırkı mübahisəyə baxmağa Gəncə Inzibati Məhkəməsi səlahiyyətlidir. Ona görə də, iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə Gəncə Inzibati Məhkəməsidir və iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə Inzibati Məhkəməsinə göndərilməlidir.
4. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «aylıq müavinətin bərpa edilməsi» tələbinə dair inzibati iş məhkəmə aidiyyətinin müəyyən olunması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim - Fərid Əliyev).
5. Qərar onunla əsaslandırılmışdır ki, hazırkı durumda Gəncə Inzibati Məhkəməsi iddia tələbinə baxmaqda səlahiyyətli deyil. Çünki iddia tələbi öhdəliyin icrası növünə aiddir və cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etmədiyi üçün iddia tələbinə inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Cavabdeh inzibati orqanın yerləşdiyi ünvan ünvan 1 Bu halda işə Gəncə Inzibati Məhkəməsində baxılması aidiyyət qaydalarının pozulması ilə nəticələnə bilər. Cavabdehin yerləşdiyi Bakı şəhəri Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il ## ###### tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»na əsasən Bakı Inzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş materialları məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası IPM-nin 8.1.2-ci maddəsinə istinadən əsaslandırmışdır. Tətbiq edilən hüquq
6. Inzibati Prosessual Məcəlləsi Maddə 2. Inzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. Inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ... 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); ... Maddə 8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. Inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: ... 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; ... 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Maddə 9. Ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi 9.1. Aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir: ... 9.1.3. mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda. 9.2. Bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır.
7. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının ## ###### 2019-cu il tarixli, * nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
8. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən hesab edir ki, inzibati iş ərazi aidiyyəti üzrə Bakı Inzibati Məhkəməsinə göndərilməlidir.
9. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır.
10. Iş materiallarından görünür ki, cavabdeh inzibati orqanın yerləşdiyi hüquqi ünvan ünvan 1
11. Inzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
12. Verilmiş iddia tələbi öhdəliyin icrası növünə aiddir və cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etmədiyi üçün iddia tələbinə inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Cavabdehin hüquqi ünvanı da ünvan 1
13. Cavabdehin yerləşdiyi Bakı şəhəri Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurasının 2019-cu il ## ###### tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»na əsasən Bakı Inzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxildir.
14. IPM-in 8.1.2-ci maddəsinin aidiyyət tələbinə uyğun olaraq, həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən iddiaçının cavabdeh Cavabdeh qarşı “aylıq müavinətin bərpa edilməsi” tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı Inzibati Məhkəməsinə göndərilməlidir.
15. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aylıq müavinətin bərpa edilməsi” tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı Inzibati Məhkəməsinə göndərilsin.