Məhkəmə qərarları › İş №2-1(1-8)-771/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-771/2026

11.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan✱Respublikası✱adından Qərar Bakı✱şəhəri İş✱№✱2-1(1-8)-771/2026 11.06.2026 ALI✱MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: inzibati orqanın müqavilə müddəti bitdikdən sonra müqavilə münasibətlərini davam etdirməkdən imtinası, diskresion səlahiyyət. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və✱Vəliyev✱Sərvər✱Yaqub✱oğlundan✱ibarət✱tərkibdə, IŞIN HALLARI

1. Təsis sənədlərinə əsasən, ##.##.2009-cu il tarixdə qeydiyyata alınmış “X1” MMC (VÖEN: **********) ##.##.2025-ci il tarixdə İddiaçı MMC (VÖEN: **********) adı altında yenidən✱qeydiyyata✱alınmışdır. 2.

3. Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “X1” MMC-yə ünvanlanmış ##.##.2024-cü il tarixli, *-**/*-****/**** nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Rabitə və Informasiya Texnologiyaları Nazirliyi (hazırkı - Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi) ilə “X1” MMC arasında imzalanmış “Nömrə resurslarının ayrılması və istifadəsi barədə” 2011-ci il # ###### tarixli ** nömrəli müqavilə ilə “*” işarəsi ilə başlayan “xxxx” prefikslərin şəbəkədə tətbiqinin təşkili üçün Nazirlik tərəfindən “X1” MMC-yə “*0000-9999” nömrə resursları ayrılmışdır. Qeyd olunan müqavilənin 5.1-ci bəndinə əsasən, tərəflərdən hər hansı biri qarşı tərəfə ən azı bir ay qabaqcadan yazılı müraciət təqdim etməklə müqavilənin qüvvədə olma müddətini növbəti il üçün uzatmaya bilər. Qeyd olunanları nəzərə alaraq, müqavilə üzrə ayrılmış və istifadəyə verilmiş nömrə resurslarının daha səmərəli istifadəsini təmin etmək üçün Nazirliklə “X1” MMC arasında imzalanmış “Nömrə resurslarının ayrılması və istifadəsi barədə” 2011-ci il # ###### tarixli ** nömrəli müqavilənin qüvvədə olma müddətinin növbəti il üçün uzadılmasını məqsədəuyğun hesab etmirlər. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, telekommunikasiya fəaliyyəti, o cümlədən, nömrə resurslarının səmərəli istifadəsi prinsipi əsasında həyata keçirilir. Ölkənin nömrə resursları dövlətə məxsusdur və ölkə ərazisində nömrə resurslarının tənzimlənməsi dövlətin✱müstəsna✱hüququdur.

4. Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “X1” MMC-yə ünvanlanmış ##.##.2024-cü il tarixli, *-**/*-****/**** nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Rabitə və Informasiya Texnologiyaları Nazirliyi (indiki Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi) ilə “X1” MMC arasında “Nömrə resurslarının ayrılması və istifadəsi barədə” ##.##.2011-ci il tarixli ** nömrəli müqavilə bağlanmış və “*” işarəsi ilə başlayan “*0000-9999” nömrə resursları ayrılaraq ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən operatorların şəbəkələrində tanıtdırılmışdır. Qeyd olunan sənədin müvafiq şərtinə əsasən, müqavilənin qüvvədə olma müddətinin növbəti il üçün uzadılmasının məqsədəuyğun hesab edilməməsi barədə Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin ##.##.2024-cü il tarixli, *-**/*-****/**** nömrəli məktubu ilə “X1” MMC-yə xəbərdarlıq məktubu göndərilmişdir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, ölkə ərazisində nömrə resurslarının tənzimlənməsi dövlətin müstəsna hüququdur. Nömrə resurslarından və qısa kodlardan səmərəli istifadə edilməsi zərurəti və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinin, həmçinin “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları”nın 5.1.2-ci yarımbəndinin, eləcə də mövcud müqavilənin 5.1-ci yarımbəndinin tələbləri nəzərə alınaraq, Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi ilə “X1” MMC arasında bağlanmış “Nömrə resurslarının ayrılması və istifadəsi barədə” 2011-ci il ## ###### tarixli ** nömrəli müqavilə üzrə münasibətlər, onun qüvvədə olma müddətinin ##.##.2025-ci ildə başa çatması ilə bağlı dayandırılacaqdır. Mövcud müqavilə əsasında tərəfinizdən abunəçilərə ayrılmış nömrə resursları barədə məlumatların bu məktuba əlavə olunan cədvələ uyğun tərtib edilməklə mümkün qısa müddət ərzində Nazirliyə təqdim edilməsi✱xahiş✱olunur. 5. 6.

7. “X1” MMC tərəfindən Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Cavabdeh ilə “X1” MMC arasında “nömrə resurslarının ayrılması və istifadəsi barədə” ## ###### 2011-ci il tarixli ** nömrəli müqavilə bağlanmış, həmin müqavilə əsasında “*” işarəsi ilə başlayan, “xxxx” prefikslərin şəbəkədə tətbiqinin təşkili üçün Nazirlik tərəfindən direktoru olduğu “X1” MMC-yə “*0000- 9999” nömrə resursları ayrılmışdır. Müqavilənin qüvvədə olma müddətinin növbəti il üçün uzadılmaması barədə Nazirlik tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli bildirişə cavab olaraq, ## ####### 2024-cü il tarixdə tərəflərindən əməkdaşlığın davam etdirilməsi məqsədi ilə fikir mübadiləsi aparılması üçün görüş təşkil edilməsi xahiş edilsə də, xahişləri cavabsız qalmışdır. Əvəzində, ## ###### 2024-cü il tarixdə əlavə olaraq, nömrə resursları barədə məlumatların təqdim edilməsi də onlardan tələb edilmişdir. ## ###### 2024-cü il tarixli, *-**/*-****/**** nömrəli bildirişin əsassızlığına dair mövqelərini ifadə etməklə birlikdə hazırkı bildiriş vasitəsilə nömrə resurslarından növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququndan istifadə etdiklərini bəyan edərək, tərəflər arasında imzalanmış ## ###### 2011-ci il tarixli ** nömrəli müqavilə üzrə münasibətlərin davam etdirilməsi və Cavabdeh tərəfindən həmin müqavilə üzrə✱öhdəliklərin✱yerinə✱yetirilməsi✱xahiş✱olunmuşdur.

8. Cavabdeh tərəfindən “X1” MMC-yə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “X1” MMC ilə Azərbaycan Respublikasının Rabitə və Informasiya Texnologiyaları Nazirliyi (indiki Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi) ilə “X1” MMC (MMC) arasında bağlanmış "Nömrə resurslarının ayrılması və istifadəsi barədə" ##.##.2011-ci il tarixli ** nömrəli müqavilə üzrə münasibətlərin davam etdirilməsi barədə ##.##.2025-ci il tarixli məktuba Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyində (Nazirlik) baxılmışdır. Sözügedən müqavilə ilə MMC-yə “*” işarəsi ilə başlayan 10000 (on min) ədəd “*0000-9999” nömrə resursları ayrılmış və həmin resursların ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən operatorların şəbəkələrində tanıtdırılması təmin edilmişdir. 2024-cü ilin avqust ayından etibarən “*” işarəsi ilə başlayan müvafiq xidmətlərin təsisçisi və beynəlxalq patent sahibi olan “X1 Netherlands B.V.” şirkəti tərəfindən Nazirliyə bilavasitə, eləcə də diplomatik kanallar vasitəsilə bir-neçə dəfə müraciət edilərək, “*” işarəsi ilə başlayan xidmətlərin təchizatı üzrə verdiyi françayzinq hüququnun və müqavilə üzrə formalaşan qarşılıqlı biznes, vəzifə və öhdəliklərinin MMC tərəfindən qəsdən pozulduğu, bu neqativ hallarının aradan qaldırılması və ya onların həlli istiqamətində tədbirlər görülməsi barədə MMC-yə dəfələrlə xəbərdarlıq edildiyi, lakin qeyd olunan problemlər aradan qaldırılmadığına görə, MMC ilə olan françayzinq müqvaviləsi üzrə münasibətlərin dayandırılması və digər yerli şirkətlə françayzinq hüququ verən müqavilənin bağlanacağı və mövcud xidmətlərin göstərilməsinin yeni şirkətlə davam etdiriləcəyi bildirilmişdir. Sözügedən müraciətlərlə bağlı müvafiq araşdırma aparılmış və "*" işarəsi ilə başlayan "xxxx" qısa nömrə resurslarının şəbəkədə tətbiqinin təşkili üçün MMC ilə imzalanmış “Nömrə resurslarının ayrılması və istifadəsi barədə” müqavilənin müddətinin növbəti illər üçün uzadılmayacağı və 2025-ci il ## ###### tarixindən sözügedən müqavilə üzrə münasibətlərin dayandırılacağı barədə Nazirlik tərəfindən MMС-yə ##.##.2024-cü il tarixli *-**/*-****/**** nömrəli və ##.##.2024-cü il tarixli *-**/*-****/**** nömrəli rəsmi xəbərdarlıq məktubları göndərilmişdir. Icazələrin müddətlərinə dair qeydinizlə bağlı nəzərinizə çatdırılır ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə əsasən, həmin Qanunun 1.0.7-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktlarda müddət müəyyən edilməyibsə, icazələr müddətsiz verilir. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən, icazə şərtləri icazənin alınması üçün ərizəçinin və icazədə göstərilən hərəkəti həyata keçirərkən icazə sahibinin yerinə yetirməli olduğu, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə müəyyən edilən tələblərdir. Qeyd edilən Qanunun 26.1.2-ci maddəsinə əsasən, icazə müddəti bitdikdə ləğv edilir. Nömrə resurslarının ayrılması və onlardan istifadə ilə bağlı tələblər "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin 2012-ci il # ######## tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları” ilə müəyyənləşdirilmişdir. Adıçəkilən Qanunun 7.3-cü maddəsinə əsasən isə nömrə resursu Nazirlik ilə operator və ya provayder arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla müddətli və ya daimi istifadəyə verilir. “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən, nömrə resurslarından istifadə müddətləri ərizəçinin müraciətinə əsasən nömrə resurslarının ayrılması barədə Nazirlik ilə ərizəçi arasında bağlanan müqavilə ilə müəyyənləşdirilir. Telekommunikasiya sahəsində olan qanunvericilik nömrə resurlarının müddətli və ya daimi istifadəyə verilməsini bağlanan müqavilə şərtlərindən asılı edir və nömrə resurslarından istifadəyə dair münasibətlər müqavilə əsasında yaranır. Nömrə resurslarının istifadəsinin müddətli olması Nazirlik ilə MMC arasında bağlanan 2011-ci il # ###### tarixli ** nömrəli müqavilə ilə müəyyənləşdirilmişdir. Belə ki, qeyd edilən münasibət üzrə müqavilənin 1 (bir) il müddətinə bağlanılması konkret icazənin müddətli olmasına dəlalət edir. Bu hal özlüyündə Nazirlik tərəfindən müqavilənin ləğvi barədə bildirişi təqdim etməsinin həm qanunvericiliyə, həm də müqavilənin şərtlərinə tam uyğun olduğunu göstərir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının nə “Lisenziyalar və icazələr haqqında”, nə də “Telekommunikasiya haqqında” qanunlarında "icazə müddətinin müddətsiz hesab edilməsi" institutu müəyyən edilməmişdir. Həmçinin nömrə resurslarının ayrılmasında üstünlük hüququ “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həmin Qanun qüvvəyə minənədək (##.##.2005) operatora və ya provayderə verilmiş nömrə resursuna şamil edilir. Müqavilə müddətinin uzadılmamasına dair heç bir hüquqi əsasın olmamasına gəldikdə isə bildirilir ki, 2011-ci il # ###### tarixli ** nömrəli müqavilənin 5.1-ci bəndi və icazənin müddətli olması ilə bağlı adıçəkilən normativ hüquqi aktların tələbləri birbaşa bunun üçün hüquqi əsas qismində çıxış edir. Həmçinin müqavilənin ləğvi üçün tərəflərdən heç birindən hər hansı əsaslandırmanın verilməsini tələb etmir. Bununla belə sizə ünvanlanan məktublarda müqavilə müddətinin uzadılmaması barədə ətraflı məlumat verilmişdir. Qeyd olunanlar, eyni zamanda “*0000-9999” nömrə resurslarından istifadə etməklə xidmətlərin təchizatına dair “X1 Netherlands B.V.” şirkəti tərəfindən MMС-yə verilmiş eksklüziv françayzinq hüququnun ləğv edildiyi nəzərə alınaraq, MMC ilə Nazirlik arasında bağlanmış “Nömrə resurslarının ayrılması və istifadəsi barədə” ##.##.2011-ci il tarixli ** nömrəli müqavilə ##.##.2025-ci il tarixindən etibarən hüquqi qüvvədə hesab edilməyəcəkdir.

9. Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin ##.##.2025-ci il tarixli, *-**/*-***/**** nömrəli məktubunda göstərilmişdir ki, ümumistifadəli telekommunikasiya şəbəkəsində tətbiq edilməsi məqsədilə “✱0000-9999” nömrə resurslarının ayrılması ilə bağlı Azərbaycan Respublikasının Rabitə və Informasiya Texnologiyaları Nazirliyi (indiki Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi) ilə “X1” MMC arasında bağlanılmış müqavilə üzrə münasibətlər ##.##.2025-ci ildə başa çatması ilə bağlı dayandırılacaqdır. Sözügedən “✱0000-9999” nömrə resursları mövcud qanunvericiliyə uyğun olaraq, Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi ilə bağlanılmış müqavilə əsasında “xxxx” MMC-nin istifadəsi üçün ayrılmışdır. “✱xxxx” nömrə resursundan istifadə etməklə çağrı mərkəzlərinin, telefon məlumat xidmətlərinin, qaynar xətlərin, etimad xətlərinin və s. oxşar xidmətlərin təşkili ilə əlaqədar✱“xxxx”✱MMC✱ilə✱birgə✱tədbirlər✱görülməsi✱xahiş✱olunmuşdur.

10. Cavabdehin ##.##.2025-ci il tarixli, № *-27/3-6-1/2025 saylı qərarı ilə iddiaçıya “*0000 9999” nömrə resurslarının ayrılması və istifadəsi üçün verilmiş icazə (##.##.2011-ci il tarixli **✱nömrəli✱müqavilə)✱##.##.2025-ci✱il✱tarixindən✱ləğv✱edilmişdir.

11. Cavabdehlə “xxxx” MMC arasında ##.##.2025-ci il tarixindən etibarlı olan “Nömrə resurslarının ayrılması və istifadəsi barədə” ##.##.2025-ci il tarixli müqavilə imzalanmışdır.

12. Iddiaçı Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək – Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş ## ####### 2024-cü il tarixli, */**/*-****/**** nömrəli və ## ###### 2024-cü il tarixli, */**/*-****/**** nömrəli nömrəli, aparat rəhbəri Yaşar Hacıyev tərəfindən imzalanmış bildirişlərin etibarsız hesab edilməsi; “X1” MMC-nin Cavabdeh ilə bağladığı ## ###### 2011-ci il tarixli ** nömrəli müqavilə üzrə üstünlük hüququnun həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə ərizənin icraata qəbulundan imtina edilmiş✱və✱iddiaçıya✱inzibati✱məhkəməyə✱müraciət✱hüququ✱izah✱edilmişdir.✱

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

13. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, *-**/*-*-*/****✱nömrəli✱qərarın✱ləğv✱olunmasını✱xahiş✱etmişdir.

Iddiaçının əsaslandırması:

14. Azərbaycan Respublikasının Rabitə və Informasiya Texnologiyaları Nazirliyi (hazırkı Cavabdeh) ilə “X1” MMC arasında “nömrə resurslarının ayrılması və istifadəsi barədə” ## ###### 2011-ci il tarixli, ** nömrəli müqavilə bağlanmışdır. Müqavilə “*”-la başlayan “xxxx” prefikslərin şəbəkədə tətbiqinin təşkili üçün iddiaçıya cavabdeh tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq nömrə resursunun ayrılması məqsədini daşıyır və nömrə resursundan təyinatı üzrə istifadə şərtlərini, müddətini və tərəflərin öhdəliklərini müəyyənləşdirir. Müqaviləyə əsasən, mövcud resurslardan istifadə etməklə müxtəlif xidmətlər üzrə yığımların təşkili, müraciət və sorğuların cavablandırılması məqsədilə ümumi sayı 10001 ədəd olan “*0000-9999” nömrə resursu (qısa nömrələr) iddiaçı üçün ayrılmışdır. AR Tarif (Qiymət) Şurasının ## ##### 2006-cı il tarixli iclasının “Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması və istifadəsi üzrə tariflərin təsdiq edilməsi barədə” ** nömrəli qərarına uyğun olaraq iddiaçı birdəfəlik 28000 manat və illik 2000 manat olmaqla, 30000 manat ödəniş həyata keçirmişdir. Cavabdeh tərəfindən ## ###### 2011-ci il tarixli, ** nömrəli müqaviləyə əsasən nömrə resursları ayrıldıqdan sonra iddiaçı operatorlarla “qısa nömrələr üzrə distribyutorluq müqaviləsi” və sifarişçilərlə (abunəçilərlə) “qısa nömrələrin istifadə edilməsi ilə bağlı xidmət müqaviləsi” bağlayaraq, gəlir əldə etməklə sahibkarlıq fəaliyyətini həyata keçirir. Cavabdehlə müqavilə 1 il müddətinə bağlansa da, tərəflər uzadılmamasına dair yazılı müraciət etmədikləri üçün müqavilə müddəti avtomatik qaydada uzanmışdır. Ona görə də iddiaçı 2024-cü il də daxil olmaqla, həm Cavabdeh hesabına illik 2000 manat ödənişlər həyata keçirmiş, həm də bu müddət ərzində bir çox sifarişçiyə qısa nömrələrin istifadə edilməsi ilə bağlı xidmət göstərmişdir və hazırda da qısa nömrələrin istifadəsi ilə bağlı 400-dən artıq yerli və beynəlxalq şirkətlə əməkdaşlıq edir. Cavabdeh aparat rəhbəri Yaşar Hacıyev tərəfindən ## ####### 2024-cü il tarixdə imzalanaraq iddiaçıya göndərilmiş bildirişdə qeyd olunmuşdur ki, cavabdeh ## ###### 2011-ci il tarixli, ** nömrəli müqavilənin növbəti il, yəni 2025-ci il üçün uzadılmasını məqsədəuyğun hesab etmir. Iddiaçı ## ####### 2024-cü il tarixli bildirişə ## ####### 2024-cü il tarixli cavabında əməkdaşlığın davam etdirilməsi məqsədilə fikir mübadiləsinin aparılması üçün görüş təşkil edilməsini xahiş etsə də, onun xahişi cavabsız qalmışdır. Əvəzində Cavabdeh aparat rəhbəri Yaşar Hacıyev tərəfindən ## ###### 2024-cü il tarixdə imzalanaraq iddiaçıya göndərilmiş bildirişdə müqavilənin qüvvədə olma müddətinin ## ###### 2025-ci ildə dayandırılacağı qeyd edilərək, iddiaçı tərəfindən abunəçilərə (sifarişçilərə) ayrılmış nömrə resursları barədə məlumatların qısa müddət ərzində Nazirliyə təqdim olunması xahiş edilmişdir. Daha sonra iddiaçı tərəfindən ## ###### 2024-cü il tarixində cavabdehə bildiriş təqdim edilərək, nömrə resurslarından növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququndan istifadə edildiyi bəyan edilməklə tərəflər arasında imzalanmış ## ###### 2011-ci il tarixli, ** nömrəli müqavilə üzrə münasibətlərin davam etdirilməsi və Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən iddiaçının tələbinə heç bir cavab verilmədiyi üçün iddiaçı eyni tələblə ## ###### 2025-ci il tarixində də cavabdehə müraciət etmişdir. Yazılı müraciətlər göndərilən ərəfədə cavabdehin nümayəndəsi tərəfindən iddiaçının xidmət göstərdiyi abunəçilərin (sifarişçilərin) qısa nömrələrinə zənglər edilərək, bağlanmış müqavilənin qüvvədə olmayacağı, abunəçilərə müqavilə bağlamaları üçün Nazirlik tərəfindən yeni şirkət təqdim olunacağı bildirilmişdir. Nəzərə alınmalıdır ki, tərəflər arasındakı münasibət müqavilə əsasında qurulmuş olsa da, inzibati xarakter daşıyır və inzibati icraatın prinsipləri münasibətə tətbiq olunma üçün əlverişli, hətta məcburidir. Bununla yanaşı, iddiaçının ticari mövcudluğunun əsas elementi olan icazənin ondan geri alınması onun ləğvinə gətirib çıxaracağı üçün “mülkiyyət” hesab edilir. “Lisenziyalar və icazələr haqqında Qanun”un * nömrəli əlavəsinin 39-cu bəndinə əsasən, “nömrə resurslarının ayrılması və istifadəsi ilə bağlı müqavilə” sahibkarlıq fəaliyyətinə verilən icazədir. Ona görə də tərəflər arasında bağlanmış müqavilə mahiyyəti etibarilə tənzimlənməsi dövlətin müstəsna hüququ olan nömrə resursunu “X1” MMC-yə başqa şəxslərə istifadəyə verə bilməsi üçün icazə hesab olunur. Icazənin verilməsi “Lisenziyalar və icazələr haqqında Qanun”la yanaşı, Azərbaycan Respublikasının Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin ## ######## 2012-ci il tarixli “nömrə resurslarının ayrılması və istifadəsi qaydaları” ilə də tənzimlənir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən, Nömrə resursları tərəflər arasında bağlanılan müqaviləyə uyğun olaraq, ödənişli əsaslarla müddətli və ya daimi istifadəyə verilir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən, nömrə resurslarının ayrılması haqqında qəbul edilmiş qərara əsasən, tərəflər arasında müqavilə bağlanır və ərizəçi tərəfindən 10 (on) bank günü ərzində Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş tariflər tətbiq edilməklə birdəfəlik ödəniş aparılır. Həmin Qaydaların 2.11-ci bəndinə görə isə Nazirlik tərəfindən nömrə resursları ayrılmış iddiaçı abunəçilərə və telekommunikasiya istifadəçilərinə nömrələri müstəqil ayırır. Insan Haqları üzrə Avropa Məhkəməsinin müəyyən etdiyi təcrübəyə müvafiq olaraq, lisenziya əsasında fəaliyyətin dayandırılması “Insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsində, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində təsbitini tapmış mülkiyyət hüququna da müdaxiləni təşkil edə bilər. Bundan əlavə, ## ###### 2011-ci il tarixli, ** nömrəli müqavilənin həqiqi mahiyyətinə dair müqavilə müddətli bağlansa da, həmin müddətlilik qanunun nəzərdə tutmadığı formada razılaşdırılmışdır. Belə ki, müddət avtomatik qaydada uzadılma şərti ilə razılaşdırılmışdır. Hüquq nəzəriyyəsində bu cür müddətli müqavilələr “atipik müddətsiz” adlanır. Çünki tərəflər bu cür müqavilələrin əslində müddətsiz olmasına dair iradələrini ifadə edirlər, lakin onu nisbətən sərbəst şəkildə ləğv edə bilmək niyyətində olurlar. Ona görə də avtomatik uzadılma şərti müəyyən edilmiş müqavilənin müddətinin uzadılmaması barədə bildiriş əslində müddətsiz müqavilənin ləğvi barədə bildiriş kimi nəzərə alınmalıdır. Mülki Məcəllənin 324.5-ci və 404.1-ci maddələri də bunu təsdiq edir. Bundan əlavə, sözügedən müqavilə 2011-ci il tarixində bağlanmışdır və müqavilənin bağlanmasından 5 (beş) il sonra qəbul edilmiş “Lisenziyalar və icazələr haqqında Qanun”un 22.1-ci maddəsinin ikinci cümləsinə əsasən, “bu Qanunun 1.0.7-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktlarda müddət müəyyən edilməyibsə, icazələr müddətsiz verilir”. Eyni zamanda müqavilənin bağlanmasından etibarən, ## ####### 2024-cü ilədək müqavilənin uzadılmaması ilə bağlı tərəflərin heç bir təşəbbüsü olmamışdır. Bu isə onu deməyə əsas verir ki, həqiqətdə müddətsiz bağlanmış müqavilə ilə yanaşı, verilmiş icazə tərəflərin üstüörtülü iradə ifadəsi ilə daimi xarakter almışdır. Iddiaçının həmin nömrə resurslarından daimi istifadə etmək niyyəti✱isə✱işin✱hallarından✱bariz✱şəkildə✱aydındır.✱Nəticədə,✱ticari✱mövcudluğu✱həmin müqavilədən asılı olan kommersiya hüquqi şəxsi o müqaviləni müddətsiz şəkildə bağlamağı arzu edər. Normanın tələbindən də göründüyü kimi, nömrə resurslarının istifadəsinin müddətli və ya daimi olması iddiaçının müraciəti, yəni “X1” MMC-nin iradə ifadəsi ilə şərtləndirilmişdir. Lakin Cavabdeh iddiaçıya ## ####### 2024 tarixində bildiriş təqdim edərək, bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddətinin növbəti il üçün uzadılmasını məqsədəuyğun hesab etmədiyini bildirmişdir. Qeyd edilənlər iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu kimi, Nazirlik tərəfindən edilən zənglər onun sahibkarlıq fəaliyyətinə də ciddi əngəl törədir. Sözügedən müqavilənin qüvvədə olma müddətinin növbəti il üçün uzadılmaması barədə Nazirlik tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli bildiriş normativ aktlara və tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikaya uyğun olmamaqla yanaşı, operatorların, provayderlərin, istifadəçilərin hüquq bərabərliyi və qanuni mənafelərinin qorunması prinsipinin də (“Telekommunikasiya haqqında” qanunun 3.1.1-ci maddəsi) pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin ## ######## 2012-ci il tarixli “nömrə resurslarının ayrılması və istifadəsi qaydaları”nın 3.3-cü bəndinə əsasən, nömrə resursunun ilkin istifadə müddəti tamam olduqda, həmin nömrə resursunun istifadəçisi nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququna malikdir. “X1” MMC həmin inzibati praktikaya əsaslanan inamla fəaliyyətini qanuna uyğun təşkil etdiyi halda, cavabdehin əsaslarını bildirmədiyi mülahizəsi ilə növbəti müddətə icazə verməməsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə maneə yaradır və iddiaçı ilə inzibati orqan arasında mövcud olan qarşılıqlı etimad prinsipini kökündən sarsıtmış olur. Müqavilə müddətinin uzadılmaması ilə bağlı inzibati orqan tərəfindən ünvanlanmış yazılı müraciətlər mahiyyətcə inzibati orqanın diskresion səlahiyyəti olduğuna görə nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququnun tanınmamasına, icazənin daimi xarakterli olmamasına dair mülahizələr dəqiq və aydın şəkildə əsaslandırılmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, müqavilənin bağlandığı tarixdən indiyə qədər “X1” MMC öhdəliklərini layiqincə yerinə yetirmiş və Nazirlik tərəfindən sonuncuya hər hansı irad bildirilməmişdir. Eyni zamanda, ödənişlər Tarif (qiymət) Şurasının qərarı ilə tənzimləndiyi üçün qanunla və ya müqavilə ilə müəyyən edilmiş öhdəliklər pozulmadığı təqdirdə nömrə resursunun istənilən şəxsə ayrılması✱inzibati✱orqanın✱mənafeyinə✱hər✱hansı✱zərərlə✱müşayiət✱olunmur.

Cavabdehin etirazı:

15. Iddiaçı iddia ərizəsində müqavilə münasibətlərinin inzibati hüquq sahəsinə aid olduğunu qeyd etsə də, öz iddiasını əsaslandırmaq üçün əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə istinad etmişdir. Inzibati hüquq sahəsinə aid olan qanunvericiliyə istinadlarda hansı hüquqlarının pozulduğunu və istinad edilən hüquqi aktların bu pozuntu faktını hansı hissədə təsdiq etdiyini əsaslandıra bilməmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.45-ci yarımbəndinə və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının qarşılıqlı əlaqədə olan vahid telekommunikasiya şəbəkəsinin və beynəlxalq telekommunikasiya şəbəkəsinin Azərbaycan seqmentinin (ölkə kodu) nömrə resurslarının ayrılması və onlardan istifadə qaydalarını müəyyən etmək, bu qaydalara uyğun olaraq operatorlar arasında nömrə daşınmasının həyata keçirilməsinə nəzarət etmək Nazirliyin vəzifələri kimi müəyyən edilmişdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin ikinci və üçüncü cümlələrinə əsasən, həmin Qanunun 1.0.7-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktlarda müddət müəyyən edilməyibsə, icazələr müddətsiz verilir. Müddəti bitmiş icazə etibarsız hesab olunur. Adıçəkilən Qanunun 1.0.7-ci maddəsinə əsasən, icazə şərtləri icazənin alınması üçün ərizəçinin və icazədə göstərilən hərəkəti həyata keçirərkən icazə sahibinin yerinə yetirməli olduğu, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə müəyyən edilən tələblərdir. Qeyd edilən Qanunun 26.1.2-ci maddəsinə əsasən, icazə müddəti bitdikdə ləğv edilir. Nömrə resurslarının ayrılması və onlardan istifadə ilə bağlı tələblər “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin 2012-ci il # ######## tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları” ilə müəyyənləşdirilmişdir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən, istifadəçilərin telekommunikasiya xidmətlərinə olan tələbatını ödəmək üçün nömrə resursu qanunvericiliklə müəyyən olunmuş qaydalarda operatora və provayderə ayrılır. Adıçəkilən Qanunun 7.3-cü maddəsinə əsasən isə nömrə resursu Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi ilə operator və ya provayder arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla müddətli və ya daimi istifadəyə verilir. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçıya müqavilə əsasında verilən icazə müddətli xarakter daşıyır. Sözügedən icazənin müddətinin bitməsi artıq həmin icazənin etibarsız olmasına və onun əsasında müəyyən edilmiş sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi hüququnun olmamasına dəlalət edir. Başqa sözlə, iddiaçı nömrə resurslarının ayrılması və istifadəsi barədə müqavilənin (icazənin) müddəti bitdiyi üçün müvafiq sahibkarlıq fəaliyyətini həyata keçirə bilməz. Bu halda icazənin hər hansı formada iddiaçının mülkiyyətindən geri alınmasından bəhs olunmur. Başqa sözlə, müddət müvafiq icazənin qüvvədə olma etibarlılığını təsdiq edir. Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının nə “Lisenziyalar və icazələr haqqında”, nə də “Telekommunikasiya haqqında” qanunlarında “icazə müddətinin tərəflərin üstüörtülü iradə ifadəsi ilə daimi xarakter alması” institutu müəyyən edilməmişdir. Sözügedən qanunlara əsasən, icazə müddətinin bitməsi nəticəsində həmin icazənin ümumi əsaslarla yenidən alınması nəzərdə tutulur. Eləcə də müqavilənin ləğvinin iddiaçının ticari varlığına təsiri iddiasına münasibətdə qeyd olunmalıdır ki, müqavilənin müddəti əvvəlcədən bəlli olduğu halda, iddiaçı tərəfindən bu hal nəzərə alınmadan abunəçilərlə münasibətlər düzgün tənzimlənməmişdir. Eyni zamanda, müqavilənin 5.1-ci bəndindən də göründüyü kimi, nömrə resurslarının ayrılması və istifadəsi müddətli xarakter daşıyır. Həmin fakt iddiaçının imzası ilə də təsdiq edilir. Bundan başqa, nömrə resurslarından və qısa kodlardan səmərəli istifadə edilməsi “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun və “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları”nın tələblərindəndir. Belə ki, həmin Qanunun 3.1.7-ci maddəsinə əsasən, radiotezliklərin, nömrə resurslarının və qısa kodların səmərəli istifadəsi telekommunikasiya fəaliyyətinin əsas prinsiplərindən biridir. Iddiaçıya Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 10001 nömrə resursu ayrıldığı halda, həmin resurslardan səmərəli istifadə edilməmiş, yalnız təqribən 400-ə yaxın nömrə üzrə xidmət təşkil olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2018ci il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.95-ci yarımbəndinə əsasən, Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi bir sıra sahələrlə yanaşı, telekommunikasiya sahəsində təsərrüfat subyektlərinin inhisarçılıq fəaliyyətinin və haqsız rəqabətinin qarşısının alınması, sağlam rəqabət mühitinin formalaşdırılması və istehlakçıların hüquqlarının qorunması sahəsində aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər görmək vəzifəsi daşıyır. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-ci maddəsinə görə isə istehlakçıların hüquqlarını pozmamaq telekommunikasiya operatorunun vəzifəsidir. Nəzərə alınmalıdır ki, iddiaçının xidmət göstərdiyi şəxslərə Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi tərəfindən zəng edilməsi iddiası ilə bağlı qeyd edilməlidir ki, qanunvericiliyə əsasən, Nazirlik telekommunikasiya sahəsində istehlakçıların hüquqlarının qorunması vəzifəsini daşıyır. Müqavilənin ləğv edilməsi halında iddiaçının xidmət göstərdiyi şəxslərin hüquqlarının qorunması üçün Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müvafiq bildirişlər ən azı 4 (dörd) ay əvvəlcədən verilərək iddiaçıya öz öhdəliklərinin vaxtında icrasına və tənzimlənməsinə✱şərait✱yaradılmışdır.✱Eləcə✱də,✱iddiaçının✱xidmət✱göstərdiyi✱şəxslərin telekommunikasiya xidmətlərindən fasiləsiz istifadə edə bilməsinin təmini üçün müvafiq tədbirlər görülmüşdür. Sonuncu olaraq, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.11-ci maddəsinə görə isə həmin Qanun qüvvəyə minənədək operatora və ya provayderə verilmiş nömrə resursunun ilkin istifadə müddəti bitdikdə, həmin nömrə resursunun istifadəçisi müvafiq nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququna malikdir. Üstünlük hüququ “Telekommunikasiya haqqında” Qanun qüvvəyə minənədək (##.##.2005-ci✱il)✱operatora✱və✱ya✱provayderə✱verilmiş✱nömrə✱resursuna✱şamil✱edilir.

birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

16. Bakı Inzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) ## #### 2025-ci il tarixli, e-*- *(***)-****/****✱nömrəli✱qərarı✱ilə✱iddia✱tələbi✱təmin✱edilməmişdir.

17. Birinci instansiya məhkəməsinin əsaslandırması: 17.1. Cavabdeh dövlət orqanı tərəfindən müqavilənin müddətinin uzadılmaması, onun müəyyən olunmuş diskresion səlahiyyətləri çərçivəsində həyata keçirilmişdir. Mövcud halların hüquqi təhlili göstərir ki, cavabdeh tərəfindən müqavilənin müddətinin başa çatması faktı nəzərə alınmaqla, hüquqi münasibətlərin davam etdirilib-etdirilməməsi barədə qərar qəbul edilərkən qanunvericiliklə nəzərdə tutulmuş qaydada, o cümlədən tərəfin əvvəlcədən yazılı şəkildə xəbərdar edilməsinə riayət olunmuş, bu zaman iddiaçı tərəfindən nömrə resurslarından qeyri-səmərəli istifadə hallarının müəyyən edildiyinə istinad✱olunaraq,✱onunla✱müqavilə✱münasibətlərinin✱davam✱etdirilməsi✱dayandırılmışdır.✱ 17.2. Cavabdeh tərəfindən müqavilə münasibətlərinə xitam verilməsi zamanı iddiaçının nömrə resurslarından səmərəli istifadə etməməsi faktı da obyektiv şəkildə nəzərə alınmışdır. Müəyyən edildiyi kimi, iddiaçıya ümumilikdə 10001 ədəd nömrə ayrılmış olsa da, bu resursların yalnız az bir hissəsi üzrə faktiki istifadə həyata keçirilmişdir. Bu hal, cavabdehin qiymətləndirməsində haqlı əsas kimi çıxış etmişdir. Belə yanaşma cavabdehin diskresion səlahiyyəti çərçivəsində qəbul etdiyi qərarın məqsədəuyğunluğunu✱təsdiqləyir.✱ 17.3. Beləliklə, müqavilənin uzadılmaması və ayrılmış nömrə resurslarına dair icazənin ləğv edilməsi, cavabdeh orqanın diskresion səlahiyyətləri çərçivəsində qəbul etdiyi qərar olmaqla, bu prosesdə hər hansı hüquqi pozuntuya, səlahiyyət həddinin aşılmasına və ya qanunvericiliyin tələblərinin pozulmasına yol verildiyi müəyyən edilməmişdir.

18. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın✱təmin✱olunmasını✱xahiş✱etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, E.Ə.Əliyev və F.İ.Mədətli) ## ###### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## #### 2025-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdeh Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, *-**/*-*- */**** saylı qərarı qismən - 426 nömrə resurslarına münasibətdə ləğv edilmiş, iddia tələbi qalan✱hissədə✱təmin✱edilməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 20.1. Mübahisələndirilən qərar iddiaçıya münasibətdə əlverişsiz inzibati aktdır. Inzibati orqanla iddiaçı arasında bağlanmış müqavilə müvafiq sahibkarlıq sahəsində fəaliyyətə verilmiş icazə hesab edildiyindən və mübahisələndirilən inzibati aktla iddiaçının sahibkarlıq sahəsində fəaliyyəti üzrə icazə ləğv edildiyindən, bu hal iddiaçı üçün əlverişsiz vəziyyət yaratmışdır. Iddiaçı qaldırmış olduğu tələb üzrə onun üçün əlverişsiz inzibati aktın həmçinin qanunsuz olmasına istinad edərək, tamamilə ləğv olunmasını xahiş edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmayaraq diqqətə çatdırır ki, tərəflər arasında müddətli müqavilə münasibətləri üzrə hazırkı mübahisə, məhz publik hüquq münasibətlərindən doğan mübahisə olduğu üçün həmin konteksdə də qiymət verilməlidir. Iddiaçı inzibati orqanın icazənin ləğvi ilə bağlı inzibati aktını mübahisələndirməklə mövcud müqavilə münasibətlərinin davam etdirilməsini xahiş edir. Iddiaçının onun barəsində qəbul edilmiş inzibati aktın qanunsuz və əlverişsiz akt olması ilə bağlı gətirdiyi dəlillər ondan ibarətdir ki: - nömrə resurslarından istifadəyə əsas verən müqavilə müddətli bağlanmış olsa da, artıq 13 il müddətində avtomatik uzadılma olmuş və xarakterinə görə müddətsiz müqaviləyə çevrilmiş, həmçinin sadalanan qanunvericilik normalarına istinad edərək üstünlük hüququnun istifadəsini tələb etmiş, inzibati orqan üstünlük hüququna dair iddiaçının tələblərini cavabsız qoymuş, eyni zamanda, Qaydaların 5-ci bəndində qeyd edilən geri alınma şərtləri mövcud olmadığı halda inzibati orqan diskresion səlahiyyətlərini aşmışdır. Cavabdehin irəli sürdüyü arqumentlər ondan ibarət olmuşdur ki: - nömrə resurslarından istifadə dövlətin müstəsna səlahiyyətindədir, inzibati orqan ona verilmiş səlahiyyət əsasında iddiaçının müraciəti əsasında onunla 1 illik müqavilə bağlamışdır, müqavilənin 5.1-ci bəndinə istinad edilərək əvvəlcədən növbəti il üçün uzadılmama barədə bildirişlər göndərilmiş və növbəti il üçün müddət uzadılmamışdır. Müqavilənin müddətli və ya daimi olması qanunun tələbidir. Bununla bağlı inzibati orqanın diskresion səlahiyyəti mövcud deyildir. Iddiaçı ona ayrılmış 10001 ədəd nömrə resurslarını səmərəli istifadə etməmiş, həmçinin istinad olunan üstünlük hüququ “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, həmin Qanunun qüvvəyə minənədək (##.##.2005-ci il) operatora və ya✱provayderə✱verilmiş✱nömrə✱resursuna✱şamil✱edilir.✱ 20.2. Qeyd edilməlidir ki, “Telekommunikasiya haqqında” Qanunun 7-ci maddəsinə əsasən, nömrə resursları dövlət mülkiyyətindədir və onların ayrılması müvafiq icra hakimiyyəti orqanı (hazırkı cavabdeh) tərəfindən həyata keçirilir. Bu norma, nömrə resurslarının mülkiyyət hüququnun iddiaçıya keçmədiyini göstərir. Lakin bu, istifadə hüququnun müqavilə və inzibati aktla qorunmadığı anlamına gəlmir. Bununla belə məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə bir məqamda razılaşır ki, cavabdeh inzibati orqanın müvafiq sahədə diskresion səlahiyyətləri mövcuddur. Bilindiyi kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma, hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə✱qiymət✱verilməsini✱ehtiva✱edir. 20.3. Odur ki, aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, cavabdehin iddiaçıya nömrə resurslarının ayrılması məqsədilə verilmiş icazəni ləğv etməsi və bununla da, nömrə resurslarının geri alınması nəticəsinə gəlməsi və iddiaçının üstünlük hüququnun nəzərə alınmaması ilə bağlı diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və diskresion hüququnu həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdirmi? Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işin mübahisəsiz halıdır ki, tərəflər arasında bağlanmış müqavilə müddətli olmuşdur. Müqavilənin 5.1-ci bəndinə əsasən, 1 illik müddət 2011-ci ildən bəri növbəti il üçün uzadılmışdır. Məhkəmə kollegiyası həmçinin qəbul edir ki, sözügedən bəndə əsasən tərəflərdən biri ən azı 1 ay qabaqcadan müqavilənin qüvvədə olma müddətinin başa çatması barədə yazılı müraciət təqdim edərək müqaviləni ləğvinə nail ola bilər. Lakin inzibati orqan müqavilə bağlanan zaman istinad edilən “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları”nın 3-cü bəndində qeyd edilən üstünlük hüququnun tətbiqi ilə bağlı səhv mövqe əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin ## #### 2007-ci il tarixli ** nömrəli əmri ilə təsdiq edilmiş (##.##.2011-ci il tarixli əmrlə əlavələr edilmiş) “Nömrə resurslarının ayrılması və istifadəsi qaydaları”nın 3-cü bölməsinin 28, 29, 30-cu bəndləri Nömrə resursların istifadə müddəti ilə bağlıdır. Həmçinin, hazırda qüvvədə olan Azərbaycan Respublikası Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin # ######## 2012-ci il tarixli ** nömrəli əmri ilə təsdiq edilmiş “Nömrə resurslarının ayrılması və istifadəsi qaydaları”nın 3-cü bölməsinin 3.1, 3.2, 3.3-cü bəndləri Nömrə resursların istifadə müddəti ilə bağlıdır. Həm əvvəlki Qaydaların 30-cu bəndində, həm də hazırkı mübahisəli münasibətin yarandığı dövrdə qüvvədə olan Qaydaların 3.3cü bəndində aydın şəkildə göstərilibdir ki, nömrə resursunun ilkin istifadə müddəti tamam olduqda, həmin nömrə resursunun istifadəçisi nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququna malikdir. Sözügedən üstünlük hüququ məhz elə nömrə resurslarının ayrılması və istifadəsi ilə bağlı müqavilə tərəfinin malik olduğu hüquqdur. Göründüyü kimi, müvafiq Qaydalara istinad edilərək nömrə resurslarından istifadənin müddətli olması ilə bağlı tərəflər arasında müqavilə bağlanmış olsa da, məhz elə həmin Qaydalarda aydın şəkildə qeyd edilmişdir ki, müddət tamam olduqdan sonra əvvəlki istifadəçi nömrə resursundan növbəti müddətə istifadə✱edilməsinə✱dair✱müqavilənin✱bağlanmasında✱üstünlük✱hüququna✱malikdir. 20.4. Inzibati orqan 1 (bir) illik müqavilənin bağlandığı vaxtdan uzun müddət keçdikdən sonra müqavilənin ləğvinə əsas verən icazənin ləğvi nəticəsinə gəlməklə bağlı mövqeyini həm də onunla əsaslandırır ki, iddiaçı tərəfindən nömrə resurslarından səmərəli istifadə həyata keçirilməmişdir. Belə aydın olur ki, məhz bu səbəbdən üstünlük hüququndan yan keçərək inzibati orqan mübahisələndirilən qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası cavabdehin bu mövqeyi ilə qismən razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, üstünlük hüququ mütləq xarakter daşımır, dövlətin idarəetmə səlahiyyətini aradan qaldırmır və yalnız resursdan qanuni, vicdanlı və səmərəli istifadə edən subyekt tərəfindən həyata keçirilə bilər, bununla yanaşı əsaslandırılmış imtinanı tələb edir. Müddətin bitməsi, şərtlərin pozulması və ya resursun təyinatı üzrə istifadə edilməməsi hallarında üstünlük hüququna istinad hüquqi nəticə doğurmur. Yuxarıda sadalanan normanın məzmununda da qeyd edilir ki, “… müqavilənin bağlanmasında üstünlük hüququna malikdir.” Burada söhbət müqavilənin bağlanmasından gedir, avtomatik uzadılmadan yox. Üstünlük hüququ mülki hüquqda bu mənanı daşıyır - digər şəxslər qarşısında prioritetlik. Lakin müqavilə bağlamaq məcburiyyəti yaratmır, yalnız bərabər şərtlər daxilində tətbiq olunur. Işin hallarından aydın olur ki, cavabdeh tərəfindən müddətin başa çatması barədə bildirişlər ünvanlanan ərəfədə iddiaçı mövcud nömrə resurslarının 426-sına münasibətdə müxtəlif xidmət müqavilələri bağlamışdı və həmin nömrə resursları təyinatı üzrə istifadə olunurdu. Geri qalan 9575 ədəd nömrə resursuna münasibətdə isə real istifadə mövcud deyildi. Bu əsasla məhkəmə kollegiyası məhz 426 nömrə resursuna münasibətdə icazənin ləğvi zamanı iddiaçının üstünlük hüququnun pozulduğu qənaətindədir. Iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş “xxxx” MMC-yə nisbətdə araşdırma aparan məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, məhz istifadəyə verilmiş nömrə resurslarına münasibətdə üstünlük hüququna məhəl qoymadan sözügedən nömrələr üzrə də müqavilələrin “xxxx” MMC-yə ötürülməsi baş versə də, müəyyən olunmuş fakt ondan ibarətdir ki, sonuncu tərəfindən daha az, yalnız 405 nömrəyə münasibətdə xidməti müqavilələr bağlanmışdır. Həmçinin, məhkəmənin rəsmi sorğusuna cavab olaraq da inzibati orqan müraciət edən şirkət kimi yalnız “xxxx” MMCnin müraciətinin mövcud olduğunu və onun müvafiq sahədə təcrübəsi nəzərə alınaraq onunla✱müqavilə✱bağlandığını✱bildirmişdir. 20.5. Məhkəmə kollegiyası bir daha diqqətə çatdırır ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli məktubdan aydın görünür ki, iddiaçı cavabdeh tərəfindən ona bildirişlər göndərildikdən sonra Qaydaların 3.3-cü bəndinə istinad edərək, üstünlük hüququndan istifadə edərək, müqavilə münasibətlərinin davam etdirilməsi tələbi ilə inzibati orqana müraciətlər etmiş, lakin inzibati orqan iddiaçının müqaviləyə xitam verilənədək dəfələrlə etmiş olduğu müraciətlərə, məhz istismarda olan nömrələrə münasibətdə✱əsaslandırılmış✱cavab✱verə✱bilməmişdir.✱ 20.6. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları”nın 5-ci bəndi nömrə resurslarının geri alınması qaydasını tənzimləyir. Məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, tam geri alma artıq müdaxilə kimi qiymətləndirilməlidir. Dövlət resursunun səmərəli idarə olunması legitim məqsəddir. Lakin faktiki istifadə olunan 426 nömrənin də eyni qaydada geri alınması mütənasiblik✱prinsipinə✱uyğun✱qiymətləndirilməlidir. 20.7. Belə ki, burada artıq real iqtisadi fəaliyyət mövcud olmuş, 426 müxtəlif partnyorlarla abunə müqavilələri bağlanmış, biznes əlaqələri formalaşmış, qanuni gözlənti yaranmış və səmərəli, təyinatı üzrə istifadə həyata keçirilmişdır. Bununla belə məhkəmə kollegiyası iddianı tam əsaslı hesab etməyərək 9575 nömrə resursuna münasibətdə diqqətə çatdırır ki, həmin hissədə dövlət resursunun səmərəsiz istifadəsi, uzun müddət bloklanması, bazarda süni məhdudiyyət yaradılması ictimai maraqlara da ziddir. “Telekommunikasiya haqqında” Qanuna görə, nömrə fondu səmərəli idarə olunmalıdır. Bununla da kollegiya istifadə olunmayan 9575 nömrə üzrə isə Nazirliyin geri alma səlahiyyətinin, müqavilə münasibətlərinin davam etdirilməsində üstünlük hüququnun✱nəzərə✱alınmamasının✱əsaslı✱və✱qanuni✱olması✱qənaətindədir.✱

21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilməsini və iddianın həmin hissədə rədd edilməsini✱xahiş✱etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

22. Qanunvericilik aktları birmənalı olaraq nömrə resurslarının müddətli və ya daimi istifadəyə verilməsini bağlanan müqavilə şərtlərindən asılı edir və nömrə resurslarından istifadəyə dair icazənin müddəti müqavilə əsasında müəyyənləşdirilir. Konkret hal üzrə nömrə resurslarının istifadəsinin müddətli olması Nazirlik ilə iddiaçı arasında bağlanan müqavilə ilə müəyyənləşdirilmişdir. Belə ki, qeyd edilən münasibət üzrə müqavilənin 1 (bir) il müddətinə bağlanılması konkret icazənin müddətli olmasına dəlalət edir. Bu hal özlüyündə Nazirlik tərəfindən müqavilənin ləğvi barədə bildirişi təqdim etməsinin həm qanunvericiliyə, həm də müqavilənin şərtlərinə tam uyğun olduğunu göstərir. İddiaçı MMC ilə bağlanılan nömrə resurslarının ayrılması ilə bağlı müqavilə müddətli icazəyə əsaslandığından və həmin müddət ##.##.2025-ci il tarixində başa çatdığından, iddiaçının subyektiv hüquqları həmin tarixdən etibarən mövcud olmamışdır. Beləliklə, nömrə resurslarının✱geri✱alınması✱iddiaçının✱mülkiyyət✱hüququnun✱pozulması✱hesab✱edilmir.

23. Məhkəmə müqavilənin, başqa sözlə, icazənin müddətli olduğu faktını təsdiq etsə də, Nazirliyin qəbul etdiyi # ###### 2025-ci il tarixli, *-**/*-*-*/**** nömrəli qərarı qismən - 426 nömrə resurslarına münasibətdə ləğv etmişdir. Həmçinin məhkəmə bu ləğvetmənin Nazirlik tərəfindən hər hansı hüquq normasının pozulması ilə həyata keçirilməsini də əsaslandıra bilməmişdir. Bu baxımdan, məhkəmənin adıçəkilən qanunvericilik aktlarının müddəalarına əsasən müəyyənləşdirdiyi həmin haqlı mövqe ilə qəbul etdiyi qərar arasında uyğunsuzluq yaranmışdır. Başqa sözlə, müqavilənin (icazənin) müddətli olması barədə məhkəmə mövqeyinə əsasən, müddətin bitməsi ilə iddiaçının bütün nömrə resurslarına (o cümlədən, 426 nömrə resursuna) münasibətdə istifadə üzrə subyektiv hüquqlarının başa çatması ilə nəticələnməli olduğu halda, nədənsə sözügedən 426 nömrə resursuna münasibətdə icazənin müddətinin və subyektiv hüququn bitməsi halları qərarda nəzərə alınmamışdır. Digər nömrə resurslarına münasibətdə isə müqavilənin (icazənin) müddətli olması faktı nəzərə alınaraq iddia təmin edilməmişdir. Bununla da, məhkəmə qərarında məhkəmənin təsdiq etdiyi faktla gəldiyi nəticələr arasında uyğunsuzluqlar, habelə nömrə resurslarına münasibətdə ikili yanaşma nümayiş✱etdirilmişdir.

24. Həmçinin nəzərə alınmalıdır ki, yalnız “Telekommunikasiya haqqında” Qanunun 7.11-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək (##.##.2005-ci il) operatora, provayderə verilmiş nömrə resursunun ilkin istifadə müddəti bitdikdə, həmin nömrə resursunun istifadəçisi müvafiq nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair✱müqavilənin✱bağlanmasında✱üstünlük✱hüququna✱malikdir.✱

25. Iddiaçı tərəfindən müqavilə öhədliklərinin 2021-2022-ci və 2023-2024-cü illər ərzində davamlı olaraq yerinə yertirilmədiyi və illik ödənişlərin vaxtlı-vaxtında həyata keçirilmədiyi və bununla bağlı iddiaçıya ##.##.2021-ci il, ##.##.2022-ci il, ##.##.2024-cü il və ##.##.2025-ci il tarixli bildirişlərin (əlavə olunur) göndərilməsi faktına məhkəmə tərəfindən münasibət bildirilməmiş və iddiaçının öz öhdəliklərini layiqincə yerinə yetirdiyi qənaətinə✱gəlinmişdir.✱

26. Müqavilə üzrə hər bir nömrə üçün aylıq 350 manat, bəzi hallarda 390 manat məbləğində (ƏDV xaric) xidmət haqqı qeyd olunub. 426 nömrə resursuna görə illik hesablanmış məbləğin həcmi 2.231.899 manat (ƏDV daxil, birdəfəlik ödəniş istisna olmaqla) təşkil edir. Iddiaçı xidmətin təşkili üçün ümumistifadəli telekommunikasiya şəbəkəsinə heç investisiya qoymadan xidməti təşkil edib və illik olaraq yuxarıda qeyd olunan məbləği gəlir kimi əldə edib ki, həmin məbləğdən yalnız yönlənmə ilə bağlı operatorlara müəyyən vəsait ödəyib. Nəticə etibarilə, yuxarıda qeyd olunan vəsait Nazirliyin nömrə resurslarının istifadəsinə görə ödənilən və universal telekommunikasiya xidmətlərinin inkişafına yönəlmiş xərclərdən çoxdur. Iddiaçı 0XXX, 1XXX, 2XXX, 3XXX və s. bütün nömrə resursu blokundan seçilmiş cüt və ya güzgü effektli nömrələrdən istifadə etməklə bütün blokdan nömrə resurslarını yararsız vəziyyətə salmışdır ki, bu da gələcəkdə xidmətdən istifadə edəcək digər istifadəçilərə ciddi maneələr yaradacaq və bazar dəyəri aşağı olan nömrə resurslarının bölüşdürülməsində ciddi problem yaradacaqdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

27. Iddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən✱saxlanılmasını✱xahiş✱etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

28. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.14-ci maddəsinə əsasən nömrə resursu- rəqəmli, hərfi işarələmə və ya həmin işarələrin kombinasiyası, o cümlədən telekommunikasiya şəbəkəsinin və (və ya) onun qovşaq və ya son nöqtələrinin birmənalı şəkildə müəyyənləşdirilməsi üçün nəzərdə tutulan və telekommunikasiya şəbəkəsində istifadəsi mümkün olan kodların (nömrələnmə✱variantlarının)✱məcmusu✱və✱ya✱onların✱bir✱hissəsidir. 7.1-ci maddəsinə əsasən ölkənin nömrə resursu, ölkə kodu, həmçinin “az” ölkə kodlu yüksək səviyyəli domen dövlətə məxsusdur. Ölkə ərazisində nömrə resurslarının tənzimlənməsi✱dövlətin✱müstəsna✱hüququdur. ... 7.11-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək operatora, provayderə verilmiş nömrə resursunun ilkin istifadə müddəti bitdikdə, həmin nömrə resursunun istifadəçisi müvafiq nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin✱bağlanmasında✱üstünlük✱hüququna✱malikdir.

29. Azərbaycan Respublikasının Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin * nömrəli 2012-ci il # ######## tarixli Qərarı ilə təsdiq edilmiş “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları”: 3.1. Nömrə resursları ərizəçinin müraciəti nəzərə alınmaqla müddətli və ya daimi istifadəyə✱ayrılır. 3.2. Nömrə resurslarından istifadə müddətləri ərizəçinin müraciətinə əsasən nömrə resurslarının ayrılması barədə Nazirlik ilə ərizəçi arasında bağlanan müqavilə ilə müəyyənləşdirilir. 3.3. Nömrə resursunun ilkin istifadə müddəti tamam olduqda, həmin nömrə resursunun istifadəçisi nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin✱bağlanmasında✱üstünlük✱hüququna✱malikdir. 5.1. Nazirlik ərizəçiyə ayrılmış nömrə resurslarının geri alınması barədə aşağıdakı hallarda✱qərar✱qəbul✱edir:✱ 5.1.1.✱nömrə✱resursları✱ayrılmış✱ərizəçi✱tərəfindən✱müraciət✱edildikdə; 5.1.2. telekommunikasiya sahəsində xidmət göstərilməsi barədə ərizəçiyə verilmiş xüsusi razılığın (lisenziyanın) müddəti başa çatdıqda və mövcud qanunvericiliyə uyğun olaraq✱uzadılmadıqda;✱ 5.1.3. ərizəçiyə ayrılmış nömrə resurslarından nömrə resursları ayrıldığı vaxtdan etibarən✱1✱(bir)✱il✱ərzində✱istifadə✱edilmədikdə; 5.1.4.✱nömrə✱resurslarından✱təyinatı✱üzrə✱istifadə✱edilmədikdə; 5.1.5. ayrılmış nömrə resurslarına görə müqavilə üzrə müəyyən edilmiş müddətlərdə✱ödəniş✱aparılmadıqda.

30. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün✱tətbiq✱edilməsini✱yoxlayır. Maddə✱94.✱Kassasiya✱şikayətinin✱verilməsinə✱dair✱tələblər Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq✱apellyasiya✱instansiyası✱məhkəməsi✱vasitəsi✱ilə✱verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar✱göstərilməli✱və✱şikayət✱əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə✱96.✱Ali✱Məhkəmədə✱icraat Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə✱ilə✱bağlı✱işə✱dair✱özü✱qərar✱qəbul✱edir.... Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara✱qarşı✱verilmiş✱şikayətlə✱tələb✱edilən✱həddə✱(həcmdə)✱dəyişdirilə✱bilər. Maddə✱98.✱Ali✱Məhkəmənin✱inzibati✱mübahisələrə✱dair✱iş✱üzrə✱qərarı Maddə✱98.1.✱Ali✱Məhkəmənin✱inzibati✱mübahisələrə✱dair✱iş✱üzrə✱qərarı✱qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

31. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya✱mümkün✱hesab✱edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın qismən təmin edilməsi hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi✱və✱əsaslılığı✱da✱həmin✱hissədə✱yoxlanılacaqdır. KASSASIYA INSTANSIYA MƏHKƏMƏSININ MÖVQEYI

33. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən - iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilməli✱və✱iddia✱həmin✱hissədə✱rədd✱edilməlidir.✱Bu,✱aşağıdakı✱səbəblərdən✱irəli✱gəlir.

34. Işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, tərəflər arasında nömrə resurslarının ayrılması və istifadəsi ilə bağlı ## ###### 2011-ci il tarixli, ** nömrəli müqavilə bağlanarkən onun müddəti 1 il müəyyən edilsə də, tərəflərdən hər hansı birinin həmin müqavilənin ləğvi ilə bağlı müraciəti olmadığı✱üçün✱müqavilə✱münasibətləri✱2025-ci✱ilin✱fevral✱ayına✱kimi✱davam✱etmişdir.

35. Hazırkı iş üzrə iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktı mübahisələndirdiyindən, həmin inzibati aktın qanuniliyinin qiymətləndirilməsi məhkəmə icraatının predmetini təşkil edir. Iddiaçı mübahisələndirilən inzibati aktın qanuniliyini bir neçə əsasla şübhə altına alır: 1. nömrə resurslarından istifadəyə əsas verən müqavilənin xarakterinə görə müddətsiz müqaviləyə çevrilməsi; 2. inzibati orqanın üstünlük hüququna dair iddiaçının tələblərini nəzərə almaması; 3. qanunvericilikdə nəzərdə tutulan geri alınma şərtləri mövcud olmadığı halda, qəbul edilmiş qərarla cavabdehin diskresion səlahiyyətlərini✱aşması.

Müqavilənin müddətli, yaxud müddətsiz olması

36. Iddiaçının hazırkı iş üzrə əsas dəlillərindən biri ondan ibarətdir ki, nömrə resurslarından istifadəyə əsas verən müqavilə müddətli bağlanmış olsa da, artıq 14 il müddətində avtomatik uzadılma olduğundan, bu müqavilə xarakterinə görə müddətsiz müqaviləyə✱çevrilmişdir.✱

37. Məhkəmə✱kollegiyası✱bu✱dəlillə✱bağlı✱aşağıdakıları✱qeyd✱edir.

38. “Telekommunikasiya haqqında” Qanunun 7.3-cü maddəsinə əsasən, nömrə resursu müvafiq icra hakimiyyəti orqanı ilə operator, provayder arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla müddətli və ya daimi istifadəyə verilir. Göründüyü kimi, qanunvericilik nömrə resurslarından istifadənin hüquqi rejimini əvvəlcədən müəyyən etmiş, belə istifadənin ya müddətli, ya da daimi xarakter daşıya biləcəyini✱nəzərdə✱tutmuşdur.✱

39. Tərəflər arasında bağlanmış “Nömrə resurslarının ayrılması və istifadəsi haqqında” ** nömrəli ## ###### 2011-ci il tarixli müqaviləyə əsasən isə müqavilənin qüvvədə olma müddəti 1 (bir) ildir. Müqavilədə həm də qeyd edilmişdir ki, tərəflərdən heç biri qarşı tərəfə ən azı bir ay qabaqcadan müqavilənin qüvvədə olma müddətinin başa çatması barədə yazılı müraciət təqdim etməzsə, müqavilənin qüvvədə olma müddəti növbəti il üçün uzadılmış hesab olunur. Göründüyü kimi, müqavilədə tərəflərdən heç birinin müqavilənin başa çatmasına ən azı bir ay qalmış yazılı qaydada etiraz etmədiyi halda müqavilənin növbəti bir il müddətinə uzadılmış hesab olunacağı nəzərdə tutulmuşdur.

40. Müqavilənin bu şərti onun müddətsiz bağlanmasını deyil, hər dəfə müəyyən müddətə uzadılan müddətli müqavilə olduğunu göstərir. Belə ki, müqavilənin hər dəfə uzadılması əvvəlki müddətin qeyri-müəyyən vaxta çevrilməsi deyil, müqavilənin növbəti bir il üçün qüvvədə qalması nəticəsini doğurur. Başqa sözlə, tərəflər müqavilənin müddətsiz✱deyil,✱əksinə,✱onun✱hər✱il✱yenilənməsi✱mexanizmini✱razılaşdırmışlar.

41. Qeyd edilməlidir ki, müqavilənin uzun illər ərzində ardıcıl olaraq uzadılması birmənalı olaraq onun hüquqi təbiətini dəyişmir. Müqavilə münasibətlərinin 2011-ci ildən 2025-ci ilədək davam etməsi tərəflərin müqavilədə nəzərdə tutulmuş uzadılma mexanizmini tətbiq etmələrinin nəticəsidir və bu hal müqavilənin müddətsiz müqaviləyə çevrildiyi qənaətinə gəlmək üçün hüquqi əsas yaratmır .Əks yanaşma qəbul edilərsə, müddətli müqavilələrin avtomatik uzadılmasını nəzərdə tutan bütün müqavilələr müəyyən müddətdən sonra müddətsiz müqavilələr kimi qiymətləndirilməli olardı ki, bu da həm tərəflərin müqavilədə ifadə etdikləri iradəyə, həm də müqavilə azadlığı prinsipinə zidd olardı.✱

42. Nəzərə alınmalıdır ki, qanunvericilik müəyyən hallarda müddətli müqavilənin müddətsiz hesab olunmasını nəzərdə tuta bilər. Məsələn, əmək hüququnda belə xüsusi qaydalar mövcuddur. Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Lakin nə “Telekommunikasiya haqqında” Qanunda, nə də tərəflər arasında bağlanmış müqavilədə uzun müddət avtomatik uzadılan müqavilənin müəyyən vaxt keçdikdən sonra müddətsiz müqaviləyə çevriləcəyini nəzərdə tutan norma mövcud deyil. Bundan əlavə, təcrübədən bəllidir ki, tərəflər sonradan razılığa gələrək müqavilənin müddətə dair şərtini ləğv edə və ya onu qeyri-müəyyən müddətə bağlaya bilərlər. Belə iradə açıq şəkildə və ya müqavilənin təfsiri nəticəsində birmənalı müəyyən edilməlidir. Hazırkı iş üzrə isə tərəflərin müqavilənin müddətinə dair iradələrinin sonradan dəyişdiyini təsdiq edən hər hansı hal müəyyən edilmir. Əksinə, tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olma müddətinə dair razılaşma bütün münasibətlər dövründə dəyişməz qalmışdır. Tərəflər sonradan bu şərti dəyişdirən əlavə saziş bağlamamış, müqavilənin müddətinə dair müddəanı ləğv etməmiş və ya istifadənin qeyri-müəyyən müddətə həyata keçiriləcəyini ifadə edən hər hansı razılıq əldə etməmişlər. Həmçinin tərəflərin sonrakı davranışı da müqavilənin müddətə dair şərtindən imtina edilməsi kimi qiymətləndirilə bilməz. Çünki müqavilənin hər il davam etməsi onun müddət şərtinin aradan qalxması ilə deyil, məhz müqavilədə əvvəlcədən razılaşdırılmış avtomatik uzadılma✱mexanizminin✱tətbiqi✱ilə✱bağlı✱olmuşdur.

43. Hazırkı işdə müqavilənin məzmunu da onun müddətsiz hüquq münasibəti yaratdığı nəticəsinə gəlməyə əsas vermir. Əksinə, müqavilənin müddəaları tərəflərin münasibətləri müəyyən müddətlə məhdudlaşdırmaq niyyətini ifadə edir. Müqavilədə münasibətlərin qeyri-müəyyən müddət davam etdirilməsini ifadə edən, yaxud tərəflərin müqaviləni, yalnız xüsusi əsaslar olduqda dayandıra biləcəyini göstərən hər hansı müddəa mövcud deyil. Bu baxımdan, müqavilənin məzmunundan tərəflərin məqsədinin, müddət elementini aradan qaldırmaq və qeyri-müəyyən müddətli hüquq münasibəti yaratmaq olduğu nəticəsinə gəlmək mümkün deyil. Əksinə, müqavilənin sistemli təfsiri göstərir ki, tərəflər hüquq münasibətlərini davam etdirmək istəsələr də, bunu qeyrimüəyyən müddət üçün deyil, hər il yenilənən müddətli müqavilə modeli əsasında həyata keçirməyi✱razılaşdırmışlar.

44. Buna görə də iddiaçının müqavilənin uzun müddət icra olunması nəticəsində onun xarakter etibarilə müddətsiz müqaviləyə çevrildiyi barədə dəlili əsaslı hesab edilə bilməz və apellyasiya instansiyası məhkəməsinin müqavilənin müddətli olması ilə bağlı mövqeyi✱əsaslı✱olmuşdur.

Müqavilənin davam etməsində üstünlük hüququ

45. Iddiaçı həmçinin cavabdeh qurumun rəhbərinin əmri ilə təsdiq edilmiş “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları”nın 3.3-cü bəndinə istinad edərək, nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük✱hüququna✱malik✱olduğunu✱irəli✱sürür.✱

46. Işə baxan apellyasiya instansiyası məhkəməsi də iddiaçının bu dəlili ilə razılaşaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin ## #### 2007-ci il tarixli ** nömrəli əmri ilə təsdiq edilmiş “Nömrə resurslarının ayrılması və istifadəsi qaydaları”nın 30-cu bəndində və hazırda qüvvədə olan Azərbaycan Respublikası Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin # ######## 2012-ci il tarixli ** nömrəli əmri ilə təsdiq edilmiş “Nömrə resurslarının ayrılması və istifadəsi qaydaları”nın 3.3-cü bəndində aydın şəkildə göstərilibdir ki, nömrə resursunun ilkin istifadə müddəti tamam olduqda, həmin nömrə resursunun istifadəçisi nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququna malikdir. Sözügedən üstünlük hüququ məhz elə nömrə resurslarının ayrılması və istifadəsi ilə bağlı müqavilə tərəfinin malik olduğu hüquqdur. Göründüyü kimi, müvafiq Qaydalara istinad edilərək nömrə resurslarından istifadənin müddətli olması ilə bağlı tərəflər arasında müqavilə bağlanmış olsa da, məhz elə həmin Qaydalarda aydın şəkildə qeyd edilmişdir ki, müddət tamam olduqdan sonra əvvəlki istifadəçi nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququna malikdir. Nəticədə, məhkəmə istifadə olunan 426 nömrəyə münasibətdə iddiaçının üstünlük hüququnun olduğunu qeyd etmişdir.✱

47. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.11-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək operatora, provayderə verilmiş nömrə resursunun ilkin istifadə müddəti bitdikdə, həmin nömrə resursunun istifadəçisi müvafiq nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququna malikdir (bu Qanun ##.##.2005-ci il tarixində✱qüvvəyə✱minmişdir).

48. Göründüyü kimi, qanunverici üstünlük hüququnu bütün nömrə resurslarının istifadəçilərinə deyil, yalnız Qanun qüvvəyə minənədək verilmiş nömrə resurslarının istifadəçilərinə aid etmişdir. Başqa sözlə, həmin normanın tətbiq dairəsi qanunverici tərəfindən konkret zaman meyarı ilə məhdudlaşdırılmışdır ki, bu, qanunvericinin iradəsini ifadə✱edir.✱

49. “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları”nda isə (həm müqavilə bağlanan anda qüvvədə olan 2007-ci il tarixli Qaydaların 30-cu bəndi, həm də 2012-ci ildə qəbul edilmiş Qaydaların 3.3-cü bəndi) “qanun qüvvəyə minənədək verilmiş nömrə resursu” ifadəsi təkrarlanmamış, yalnız nömrə resursunun ilkin istifadə müddəti başa çatdıqda istifadəçinin növbəti müddətə müqavilə bağlanmasında üstünlük hüququna malik✱olduğu✱göstərilmişdir.✱

50. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən müddəalar müstəqil hüquqi tənzimləmə kimi deyil, qəbul edilməsinin hüquqi əsası olan “Telekommunikasiya haqqında” Qanunun məqsədi, məzmunu və tətbiq dairəsi nəzərə alınmaqla sistemli şəkildə✱təfsir✱edilməlidir.✱

51. Azərbaycan Respublikasının Konstitusiyasından və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunundan irəli gələn normativ hüquqi aktların iyerarxiyası prinsipinə görə, Nazirliyin Kollegiya Qərarı ilə təsdiq edilmiş Qaydalar hüquqi qüvvəsinə görə qanundan aşağı səviyyəli normativ hüquqi akt olduğundan, həmin Qaydalar qanunda nəzərdə tutulmuş hüquqi tənzimləmənin hüdudlarını dəyişdirə, onun tətbiq dairəsini genişləndirə və ya qanunvericinin müəyyən etdiyi✱subyektlər✱dairəsini✱fərqli✱qaydada✱müəyyən✱edə✱bilməz.

52. Bu baxımdan, Qaydalarda “Qanun qüvvəyə minənədək verilmiş nömrə resursu” ifadəsinin ayrıca göstərilməməsi “Telekommunikasiya haqqında” Qanunda nəzərdə tutulan həmin məhdudiyyətin aradan qaldırılması kimi başa düşülə bilməz. Əks təfsir qəbul edilərsə, Nazirliyin Kollegiya Qərarı ilə təsdiq edilmiş Qaydalarla qanunun tətbiq dairəsi genişləndirilmiş və qanunvericinin yalnız müəyyən kateqoriya istifadəçilər üçün nəzərdə tutduğu üstünlük hüququ bütün istifadəçilərə şamil edilmiş olardı ki, bu da normativ✱hüquqi✱aktların✱iyerarxiyası✱prinsipinə✱zidd✱nəticə✱doğurardı.

53. Həmçinin nəzərə alınmalıdır ki, Qaydalar, “Telekommunikasiya haqqında” Qanun qəbul edildikdən sonra həmin Qanunun tətbiqinin təmin edilməsi məqsədilə qəbul edilmişdir. Buna görə də Qaydaların müddəaları, Qanundan fərqli müstəqil hüquqi tənzimləmə kimi deyil, məhz Qanunun həyata keçirilməsini təmin edən normativ akt kimi təfsir edilməlidir. Qaydaların mətnində qanunda nəzərdə tutulmuş məhdudiyyətin təkrarlanmaması✱həmin✱məhdudiyyətin✱ləğv✱edilməsi✱kimi✱qiymətləndirilə✱bilməz.

54. Beləliklə, “Telekommunikasiya haqqında” Qanunun 7.11-ci maddəsinin məzmunundan görünür ki, qanunverici keçid xarakterli hüquq münasibətlərini nəzərə alaraq, Qanun qüvvəyə minənədək artıq nömrə resurslarından istifadə edən operator və provayderlərin hüquqi vəziyyətinin qorunmasını məqsədəuyğun hesab etmiş və məhz həmin subyektlər üçün növbəti müddətə müqavilə bağlanmasında üstünlük hüququ tanımışdır. Sonradan yaranmış hüquq münasibətlərinə münasibətdə isə qanunverici belə bir üstünlük hüququ nəzərdə tutmamışdır. Hazırkı işdə isə tərəflər arasında nömrə resurslarının ayrılması və istifadəsi haqqında müqavilə ## ###### 2011-ci il tarixdə bağlanmışdır. Deməli, iddiaçıya nömrə resursu “Telekommunikasiya haqqında” Qanun qüvvəyə mindikdən sonra ayrılmışdır. Bu səbəbdən, iddiaçı ilə hüquq münasibətləri Qanunun 7.11-ci maddəsində nəzərdə tutulan xüsusi hüquqi tənzimləmənin tətbiq dairəsinə daxil deyildir və onun həmin maddədə nəzərdə tutulmuş üstünlük hüququna istinad✱etməsi✱hüquqi✱əsasdan✱məhrumdur.

55. Bundan əlavə, həm Qanunun 7.11-ci maddəsində, həm də Qaydalarda “ilkin istifadə müddəti” anlayışından istifadə edilmişdir. Həmin anlayışın məzmunundan da görünür ki, qanunverici nömrə resursunun istifadəçiyə ilk dəfə ayrıldığı müqavilə ilə müəyyən edilmiş başlanğıc istifadə müddətini nəzərdə tutmuşdur. “Ilkin” anlayışı leksik baxımdan ilk, başlanğıc və sonrakı müddətlərdən fərqlənən dövrü ifadə edir. Buna görə də müqavilənin sonradan uzadılmış müddətləri artıq ilkin istifadə müddəti deyil, növbəti istifadə müddətləridir. Odur ki, Qanunun 7.11-ci maddəsində və Qaydaların 3.3-cü bəndində nəzərdə tutulmuş “ilkin istifadə müddəti” anlayışı, məzmununa və məqsədinə görə,✱artıq✱dəfələrlə✱uzadılmış✱müqavilə✱münasibətlərinə✱tətbiq✱edilə✱bilməz.

56. Hazırkı işdə tərəflər arasında bağlanmış müqavilənin ilkin istifadə müddəti bir il müəyyən edilmiş və həmin müddət başa çatdıqdan sonra müqavilə tərəflərin iradəsinə uyğun olaraq, dəfələrlə növbəti bir illik müddətə uzadılmışdır. Beləliklə, mübahisə yarandığı tarixdə tərəflər artıq ilkin istifadə müddəti çərçivəsində deyil, bir neçə dəfə uzadılmış müqavilə münasibətləri çərçivəsində fəaliyyət göstərmişlər. Odur ki, bu əsasla da✱istinad✱olunan✱normaların✱iddiaçıya✱münasibətdə✱tətbiqi✱mümkünsüzdür.✱

Müqavilənin davam etdirilməsi inzibati orqanın diskresion səlahiyyəti kimi

57. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin düzgün hüquqi qiymətləndirilməsi üçün ilk növbədə, müqavilənin qüvvədə olduğu müddətdə ona vaxtından əvvəl xitam verilməsi ilə müqavilənin müddətinin başa çatması səbəbindən hüquq münasibətlərinin davam etdirilməməsi institutları bir-birindən fərqləndirilməlidir. Bu institutlar hüquqi mahiyyətinə, tətbiq edilmə əsaslarına, sübutetmə predmetinə və inzibati orqanın qərarının məhkəmə nəzarəti qaydasında yoxlanılmasının hüdudlarına görə eyni hüquqi✱nəticələr✱doğurmur.✱

58. Müqavilənin vaxtından əvvəl ləğvi qüvvədə olan müqavilə münasibətlərinə müəyyən edilmiş müddət başa çatmadan xitam verilməsi deməkdir. Belə müdaxilə müqavilə münasibətlərinin təbii gedişini pozduğundan, onun qanunda və ya müqavilədə nəzərdə tutulmuş maddi-hüquqi əsaslara söykənməsi, həmin əsasların konkret halda mövcudluğunun müəyyən edilməsi və nəzərdə tutulmuş prosedur qaydalarına riayət olunması zəruridir. Bu halda inzibati orqanın istinad etdiyi faktiki halların, həqiqətən, mövcud olması, onların müqavilədə və ya qanunda nəzərdə tutulmuş xitam əsasına uyğunluğu, habelə qəbul edilmiş qərarın mütənasibliyi və əsaslandırılmış olması məhkəmə tərəfindən yoxlanılır. Başqa sözlə, müqavilənin vaxtından əvvəl ləğvi zamanı sübutetmə predmetini məhz müqavilə münasibətlərinə vaxtından əvvəl xitam verilməsini zəruri✱edən✱hallar✱təşkil✱edir.

59. Buna qarşılıq, müqavilənin müddətinin başa çatması ilə onun növbəti müddət üçün davam etdirilməməsi, hüquqi mahiyyət etibarilə, qüvvədə olan müqavilənin vaxtından əvvəl ləğv edilməsi deyil, müəyyən edilmiş müddətin başa çatmasından sonra yeni müqavilə münasibətinin yaranmaması ilə bağlı tərəflərin iradə ifadəsidir. Belə halda hüquq münasibətləri əvvəlcədən razılaşdırılmış müddətin tamam olması ilə sona çatır və inzibati orqan mövcud müqaviləni ləğv etmir. Bu səbəbdən, müqavilənin vaxtından əvvəl ləğvinə tətbiq olunan maddi-hüquqi əsasların və sübut standartlarının eyni həcmdə müqavilənin✱uzadılmamasına✱tətbiqi✱düzgün✱hesab✱edilə✱bilməz.

60. Hazırkı işdə də cavabdeh iddiaçı ilə bağlanmış müqaviləni onun qüvvədə olduğu müddətdə ləğv etməmişdir. Əksinə, müqavilə ## ###### 2025-ci il tarixədək qüvvədə qalmış, yalnız həmin tarixdən sonra hüquq münasibətlərinin davam etdirilməyəcəyi barədə qarşı tərəfi - iddiaçını əvvəlcədən xəbərdar etmişdir. Buna görə də mübahisənin predmeti müqavilənin vaxtından əvvəl ləğvinin qanuniliyi deyil, müddəti başa çatmış müqavilənin növbəti müddət üçün davam etdirilməməsi barədə qərarın hüquqi əsaslılığıdır.✱ Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin müddəti başa çatdıqdan sonra tərəflər arasında yeni müqavilə münasibətlərinin yaradılıbyaradılmaması,

61. qanunvericilikdə əksini tapan imperativ öhdəlik olmadığı hallarda, müvafiq inzibati orqanın diskresion səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlıdır. Diskresion səlahiyyət inzibati orqana qanunla müəyyən edilmiş məqsəd çərçivəsində bir neçə hüquqi cəhətdən mümkün qərardan birini seçmək, yəni mülahizə azadlığını həyata keçirmək imkanı verir. Bu halda inzibati orqan qanunvericilikdə müəyyən edilmiş meyarları nəzərə alaraq müqavilə münasibətlərinin davam etdirilməsinin məqsədəuyğun olub-olmamasını✱qiymətləndirmək✱səlahiyyətinə✱malikdir.

62. Məhkəmə kollegiyası həm də qeyd edir ki, hazırkı işdə müqavilə münasibətlərinin növbəti müddət üçün mütləq davam etdiriləcəyinə dair iddiaçının hüquqi cəhətdən✱qorunan✱etimad✱hüququnun✱mövcudluğuna✱istinad✱edilməsi✱mümkün✱deyildir.

63. Belə ki, etimadın hüquqi müdafiəsi yalnız şəxsin qüvvədə olan hüquqi vəziyyətinin davamlılığına əsaslı şəkildə arxalana bildiyi hallarda mümkündür. Hazırkı işdə isə iddiaçı bağlanmış müqavilənin müddətli xarakter daşıdığını, müqavilənin hər dəfə yalnız növbəti bir il müddətinə uzadıldığını və onun qeyri-müəyyən müddətə bağlanmadığını müqavilə bağlandığı andan bilirdi. Deməli, iddiaçı müqavilə münasibətlərinin əvvəlcədən müəyyən edilmiş müddətlə məhdudlaşdığını və həmin müddət başa çatdıqdan sonra hüquq münasibətlərinin yalnız yeni hüquqi əsas yarandığı təqdirdə✱davam✱etdirilə✱biləcəyini✱qabaqcadan✱dərk✱edə✱biləcək✱vəziyyətdə✱olmuşdur.

64. Müqavilənin əvvəlki illərdə ardıcıl olaraq uzadılması da iddiaçıda onun hər növbəti müddət üçün mütləq uzadılacağına dair hüquqi təminat yaratmır. Çünki belə uzadılmalar tərəflər arasında əvvəlcədən razılaşdırılmış avtomatik uzadılma mexanizminin tətbiqinin nəticəsi olmuş, gələcək dövrlər üçün isə cavabdehin müqaviləni istənilən✱halda✱davam✱etdirmək✱öhdəliyini✱formalaşdırmamışdır.✱

65. Odur ki, iddiaçının hüquqi baxımdan qorunan qanuni gözləntisi müqavilənin növbəti müddət üçün mütləq bağlanmasına deyil, müqavilənin qüvvədə olduğu müddət ərzində ondan maneəsiz istifadə edə bilməsinə, habelə müddət başa çatdıqdan sonra hüquq münasibətlərinin davam etdirilməməsi barədə qəbul edilən qərarın qanuna uyğun və✱şəffaf✱qaydada✱qəbul✱edilməsinə✱münasibətdə✱yarana✱bilər.

66. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçı ilə müqaviləni növbəti müddət üçün davam etdirilməsindən imtinası iddiaçının əldə edilmiş hüququnun geri alınması və ya əlverişli inzibati aktın ləğvi kimi deyil, inzibati orqanın qanunla ona verilmiş diskresion səlahiyyətləri və mülahizə azadlığı çərçivəsində qəbul etdiyi✱qərar✱kimi✱qiymətləndirilməlidir.✱

67. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, cavabdeh iddiaçıya nömrə resurslarının ayrılması məqsədilə verilmiş icazəni ləğv etməsi və bununla da, nömrə resurslarının geri alınması nəticəsinə gəlməsi və iddiaçının üstünlük hüququnun nəzərə alınmaması ilə bağlı diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və diskresion hüququnu həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdirmi?” Göründüyü kimi, apellyasiya instansiyası mübahisəni cavabdehin iddiaçıya verilmiş icazəni ləğv etməsi✱və✱bunun✱nəticəsində✱nömrə✱resurslarının✱geri✱alınması✱kimi✱xarakterizə✱etmişdir.

68. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən əsaslarla apellyasiya instansiyası məhkəməsinin✱mübahisənin✱predmetinə✱verdiyi✱hüquqi✱qiymətləndirmə✱ilə✱razılaşmır.

69. Lakin məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlər çərçivəsində hərəkət etməsi ilə bağlı mövqeyi ilə razılaşır və qeyd edir ki, məhkəmə haqlı olaraq qeyd etmişdir ki, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən, öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma, hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da, məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə✱hüquqi✱qiymət✱verilməsini✱ehtiva✱edir.✱

70. Hazırkı iş üzrə cavabdeh iddiaçı ilə olan müqavilə münasibətlərinin davam etdirməməsinin səbəbi kimi qeyd etmişdir ki, sonuncuya 10001 nömrə resursu ayrıldığı halda, həmin resurslardan səmərəli istifadə edilməmiş, cəmi 400-dən bir az artıq nömrə üzrə✱xidmət✱təşkil✱olunmuşdur.✱

71. Nəzərə alınmalıdır ki, “Telekommunikasiya haqqında” Qanunun 3.1.7-ci bəndinə əsasən, nömrə resurslarının səmərəli istifadəsi telekommunikasiya fəaliyyətinin həyata keçirilməsinin prinsiplərindədir. Bununla yanaşı, qanunvericilikdə “səmərəli istifadə” anlayışına kəmiyyət baxımından konkret meyar verilməmiş, hansı faiz və ya hansı həcmdə istifadənin səmərəli və ya qeyri-səmərəli hesab ediləcəyi müəyyən edilməmişdir. Bu baxımdan, “səmərəli istifadə” qeyri-müəyyən hüquqi anlayış olmaqla, onun konkret məzmunu hər bir iş üzrə faktiki halların qiymətləndirilməsi yolu ilə müəyyən edilir. Belə anlayışların tətbiqi zamanı inzibati orqan qanunun məqsədindən, tənzimlənən ictimai münasibətlərin xüsusiyyətlərindən, obyektiv meyarlardan və iş üzrə müəyyən edilmiş faktiki hallardan çıxış etməlidir. Məhkəmənin vəzifəsi isə həmin qiymətləndirməni öz mülahizəsi ilə əvəz etmək deyil, inzibati orqanın gəldiyi nəticənin obyektiv əsaslara söykənib-söykənmədiyini, qiymətləndirmə zamanı aidiyyəti olan bütün halların nəzərə alınıb-alınmadığını və qeyri-müəyyən hüquqi anlayışın qanunun məqsədinə uyğun tətbiq edilib-edilmədiyini✱yoxlamaqdan✱ibarətdir.

72. Hazırkı iş üzrə cavabdeh müəyyən etmişdir ki, iddiaçıya ayrılmış 10001 nömrə resursundan cəmi 426 nömrə üzrə xidmət təşkil edilmişdir. Başqa sözlə, təxminən on dörd il ərzində ayrılmış nömrə resursunun təqribən beş faizindən istifadə olunmuş, qalan hissəsi isə faktiki olaraq istifadəsiz qalmışdır. Nömrə resurslarının məhdud dövlət resursu olması və qanunvericiliyin həmin resurslardan səmərəli istifadənin təmin edilməsini telekommunikasiya fəaliyyətinin əsas prinsiplərindən biri kimi müəyyən etməsi nəzərə alındıqda, cavabdehin bu faktiki vəziyyəti səmərəlilik baxımından qiymətləndirməsi özlüyündə✱qanunun✱məqsədinə✱zidd✱hesab✱edilə✱bilməz.

73. Apellyasiya instansiyası məhkəməsi isə bu qiymətləndirməni, əsasən iş üzrə üçüncü şəxsin fəaliyyət göstəriciləri ilə müqayisə etməklə əsassız saymışdır. Lakin həmin müqayisə, müqayisə olunan subyektlərin hüquqi və faktiki vəziyyəti eyni olmadığından düzgün hesab edilə bilməz. Belə ki, üçüncü şəxs nömrə resurslarından istifadəyə yeni başlamış və fəaliyyət müddəti təxminən bir il olmuşdur. Iddiaçı isə eyni resurslardan təxminən on dörd il istifadə etmişdir. Odur ki, nömrələrdən istifadə müddəti, resursun mənimsənilməsi dinamikası və digər obyektiv göstəricilər nəzərə alınmadan, yalnız həmin subyektlər tərəfindən istifadə olunan nömrələrin sayı əsas götürülməklə aparılan müqayisə, obyektiv müqayisə hesab edilə bilməz və bu səbəbdən, bu qaydada aparılan müqayisə nömrə resurslarından səmərəli istifadənin müəyyən edilməsi meyarı kimi də əsas✱götürülə✱bilməz.✱

74. Başqa sözlə, səmərəliliyin qiymətləndirilməsi, yalnız müəyyən anda neçə nömrənin aktiv istifadədə olması ilə məhdudlaşa bilməz. Bu qiymətləndirmə, ayrılmış resursun ümumi həcmi, istifadə müddəti, resursun mənimsənilmə səviyyəsi, telekommunikasiya xidmətlərinin inkişaf dinamikası və nömrə resurslarının məhdud dövlət resursu kimi səmərəli idarə olunması məqsədi nəzərə alınmaqla kompleks şəkildə aparılmalıdır. Buna görə də cavabdehin “səmərəli istifadə” anlayışına verdiyi hüquqi qiymət, həmin qiymətləndirmənin obyektiv əsaslardan məhrum olduğu müəyyən edildiyi halda✱əsassız✱hesab✱edilə✱bilərdi✱ki,✱hazırkı✱iş✱üzrə✱bu✱müəyyən✱olunmur.

75. Bundan əlavə, cavabdeh iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd etmişdir ki, 2024-cü ilin avqust ayından etibarən “*” işarəsi ilə başlayan müvafiq xidmətlərin təsisçisi və beynəlxalq patent sahibi olan “X1 Netherlands B.V.” Şirkəti tərəfindən cavabdeh orqana bilavasitə, eləcə də diplomatik kanallar vasitəsi ilə bir neçə dəfə müraciət edilərək, “*” işarəsi ilə başlayan xidmətlərin təchizatı üzrə verdiyi françayzinq hüququnun və müqavilə üzrə formalaşan qarşılıqlı biznes, vəzifə və öhdəliklərin iddiaçı tərəfindən qəsdən pozulduğu, bu neqativ halların aradan qaldırılması və ya onların həlli istiqamətində tədbirlər görülməsi barədə iddiaçıya dəfələrlə xəbərdarlıq edildiyi, lakin qeyd olunan problemlər aradan qaldırılmadığına görə iddiaçı ilə olan françayzinq müqaviləsi üzrə münasibətlərin dayandırılması və digər yerli şirkətlərlə françayzinq hüququ verən müqavilə bağlanacağı bildirilmişdir. Qeyd edilməlidir ki,“X1 Netherlands✱B.V.”✱Şirkəti✱iş✱üzrə✱üçüncü✱şəxslə✱françayzinq✱müqaviləsi✱bağlamışdır.

76. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının françayzinq müqaviləsi üzrə öhdəlikləri pozub-pozmaması və həmin müqaviləyə xitam verilməsinin əsaslı olubolmaması hazırkı inzibati mübahisənin predmeti deyildir. Bununla belə, cavabdeh dövlətə məxsus məhdud nömrə resurslarının idarə olunması ilə bağlı qərar qəbul edərkən həmin resursların faktiki və perspektiv istifadəsinə təsir göstərə biləcək halları nəzərə almaqda sərbəstdir.

77. Bu baxımdan, cavabdehin qiymətləndirməsi yalnız iddiaçının həmin tarixədək ayrılmış nömrə resurslarından istifadəsinin həcminə deyil, həm də gələcəkdə həmin resurslardan istifadə imkanlarına təsir edən obyektiv məlumatlara əsaslanmışdır. Belə məlumatların mövcudluğu inzibati orqanın “nömrə resurslarından səmərəli istifadə” anlayışını✱qiymətləndirərkən✱nəzərə✱ala✱biləcəyi✱hallardan✱biri✱hesab✱oluna✱bilər. Buna görə də apellyasiya instansiyası məhkəməsi cavabdehin qərarını qiymətləndirərkən, yalnız müəyyən tarixdə neçə nömrənin istifadədə olmasına deyil, inzibati orqanın qərar qəbul etdiyi zaman onun sərəncamında olan bütün aidiyyəti məlumatları və faktiki halları birlikdə qiymətləndirməli idi. Diskresion səlahiyyətlərin həyata keçirilməsinin qanuniliyi, məhz həmin məlumatların bütövlükdə nəzərə alınıbalınmaması

78. baxımından yoxlanılmanı tələb edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və üçüncü şəxsin istifadə etdiyi nömrə resurslarının həcmi təxminən eyni olsa da, onların istifadə müddətləri arasında kəskin fərq olduğundan, cavabdehin iddiaçı tərəfindən nömrə resurslarından səmərəli istifadə edilməməsi barədə gəldiyi qənaət əsaslı✱olmuşdur.✱

79. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin hüquqi mahiyyətini düzgün müəyyən etməmişdir. Belə ki, həmin məhkəmə mübahisəyə iddiaçıya verilmiş icazənin ləğvi və nömrə resurslarının geri alınması kimi yanaşaraq, qüvvədə olan hüququn vaxtından əvvəl aradan qaldırılmasına tətbiq edilən hüquqi meyarlar əsasında qiymətləndirmə aparmışdır. Halbuki hazırkı işdə cavabdeh iddiaçıya verilmiş istifadə hüququna onun qüvvədə olduğu müddətdə xitam verməmiş, müqavilənin müəyyən edilmiş müddəti başa çatdıqdan sonra müqavilə müddətinin növbəti dəfəyə uzadılmasından (müqavilə münasibətlərinin davam etdirilməsindən) imtina etmişdir. Buna görə də mübahisə əlverişli inzibati aktın ləğvi və ya əldə edilmiş hüququn geri alınması ilə deyil, müddəti başa çatmış müqavilənin növbəti dövr✱üçün✱davam✱etdirilməməsi✱barədə✱qəbul✱edilmiş✱qərarın✱qanuniliyi✱ilə✱bağlıdır.

80. Iş materialları ilə müəyyən olunur ki, cavabdeh müqavilə münasibətlərini davam etdirməmək barədə qərar qəbul edərkən, bu qərarını yalnız müqavilənin müddətinin başa çatması ilə deyil, həm də nömrə resurslarından səmərəli istifadə olunmaması, ayrılmış resursun uzun müddət ərzində cüzi hissəsinin istifadədə olması və gələcək istifadəyə təsir göstərə biləcək digər obyektiv hallarla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi isə həmin əsasları diskresion səlahiyyətlərin həyata keçirilməsi baxımından kompleks şəkildə qiymətləndirmək əvəzinə, “səmərəli istifadə” anlayışını öz qiymətləndirməsi ilə əvəz etmiş, habelə müqayisə üçün hüquqi və faktiki vəziyyətləri fərqli olan✱subyektlərin✱fəaliyyət✱göstəricilərinə✱istinad✱etməklə✱yanlış✱nəticəyə✱gəlmişdir.

81. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin istinad etdiyi hallar onun diskresion səlahiyyətlərini həyata keçirərkən nəzərə ala biləcəyi obyektiv meyarlardır və həmin qiymətləndirmənin qanunun məqsədinə açıq şəkildə zidd, özbaşına və ya obyektiv əsaslardan məhrum olduğu iş materialları ilə təsdiqlənmir. Bu səbəbdən, cavabdehin müqavilə münasibətlərini növbəti müddət üçün davam etdirməmək barədə qərarının qanunsuz✱hesab✱edilməsi✱üçün✱kifayət✱qədər✱hüquqi✱əsas✱mövcud✱deyildir.

82. Göstərilənlər nəzərə alınmaqla, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının mübahisələndirdiyi inzibati qərarın ləğvi üçün qanunla nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı və qanuni hesab oluna bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən - iddianın təmin olunan hissəsində ləğv edilməli, iddia✱həmin✱hissədə✱rədd✱edilməlidir.

83. Yuxarıda✱göstərilənlərə✱əsasən,✱məhkəmə✱kollegiyası

QƏRARA ALDI:

Kassasiya✱şikayəti✱təmin✱edilsin.

Iddia✱həmin✱hissədə✱təmin✱edilməsin. Qərar✱qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar