Məhkəmə qərarları › İş №2-1(102)-1049/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1049/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1049/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Vəkillər kollegiyasının üzvlüyündən xaric edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı “cavabdehin kollegiyanın üzvlüyündən xaric edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-33/2023 nömrəli, 11 yanvar 2023-cü il tarixli qərarından ca vabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq zamanı onun müdafiəçisi olmuş Şəki Regional Vəkil Bürosunun vəkili, hazırda Şəki şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh təqsirləndirilən şəxsin müdafiəsi ilə bağlı nöqsan və qanun pozuntularına yol verməsi səbəbindən onun barəsində Şəki rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli, 1(075)-49/2021 nömrəli xüsusi qərardad çıxarılmış və müvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilmişdir.

2. Azərbaycan Respublikası Vəkillər X3 13 yanvar 2022-ci il tarixli qərarı i lə həmin xüsusi qərar əsasında vəkil Cavabdeh barəsində intizam icraatı başlanılmış və araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir.

3. Azərbaycan Respublikası Vəkillər X3 3 mart 2022-ci il tarixli, 04 saylı iclas protokolundan çıxarışa əsasən, Şəki şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh barəsində Vəkillərin İntizam Komissiyasının rəyi nəzərə alınaraq, peşə fəaliyyətini həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinin İİ və İİİ hissəsinin, 3-cü maddəsinin, 5-ci maddəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin 1.2, 1.3, 1.5, 2.3, 2.5 və 3.4-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini po zduğuna görə cavabdehin Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət olunması və iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkillik fəaliyyətinin dayandırılması qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia aşağıdakı qaydada əsaslandırılmışdır: “Vəkillərin İntizam Komissiyası intizam icraatı üzrə aparılmış araşdırma zamanı toplanmış materialları məcmu halda qiymətləndirərək, həmin materiallara əsasən müəyyən edilmiş hallardan belə nəticəyə gəl mişdir ki, X4 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işinin Şəki şəhər X6 Bölməsində aparılan ibtidai istintaqı zamanı onun hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi qismində təyin edilmiş, Şəki şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh müdafiəçisi olduğu təqsirləndirilən şəxs Şahmar Kərimovun hüquqlarının müdafiəsi üçün bütün zəruri imkanlardan istifadə etməli olduğu halda, onunla xx.xx.2021-ci il tarixdə aparılan istintaq və prosessual hərəkətlərdə (təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi, ittihamın mahiyyəti, habelə Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah olunmaqla qərarın surətinin, hüquq və vəzifələrinin izahına dair yazılı bildirişin verilməsi, təqsirlənd irilən şəxsin dindirilməsi, təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ibtidai istintaqın qurtarması haqqında məlumat verilməsi, cinayət işinin materialları, maddi sübutlar, istintaq hərəkətinə dair protokollarla tanış olmaq hüquqlarının izah edilməsi) iştirak etməməklə, bu hərəkətlərin nəticəsinə dair tərtib edilmiş qərar və protokolları sonradan imzalayaraq, guya ki, həmin hərəkətlərdə iştirakını təsdiq etməklə, vəkil kimi vəzifə öhdəliklərini icra etməməsi təqsirləndirilən şəxsin qanunla müəyyən edilmiş müdafiə hüquqlarının pozulmasına səbəb olmaqla, vəkil andına və vəkil etikasına riayət etməmiş, bununla da Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.9.3, 92.10.3, 92.11.1, 92.11.2-ci maddələrinin, "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanun unun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 3-cü maddəsinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin 1.2, 1.3, 1.5, 2.2, 2.3, 3.4-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin İ abzasının tələblərini pozmuşdur.”

6. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, “... birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs X4 müdafiə hüquqlarının pozulmasını 09 aprel 2021-ci il tarixli ibtidai istintaq hərəkətlərində guya cavabdehin iştirakı olmadan həyata keçirilməsi və həmin sənədlərə daha sonradan cavabdeh tərəfindən imza edilməsi ilə əsaslandırmışdır. 09 aprel 2021-ci il tarixdə cavabdehin ibtidai i stintaq hərəkətlərində iştirak etməməsini isə cavabdehə məxsus 055890-70-39 mobil nömrəsinin anten dairələrinin 09 aprel 2021-ci il tarixdə Şəki ərazisində göstərməməsi ilə əsaslandırmışdır. Lakin göründüyü kimi, birinci instansiya məhkəməsi işə qərəzli yanaşaraq, təqsirləndirilən şəxsə bəraət vermək üçün müdafiəçinin guya ibtidai istintaq hərəkətlərində iştirak etməməsinə belə yolla don geyindirmişdir. Belə ki, 055-89070-39 mobil nömrə cavabdehə məxsus olsa da, həmin mobil nömrə cavabdehə məxsus mobil nömrələrdən sadəcə biridir. Əldə etdiyi məlumatlara görə, işə baxan birinci instansiya məhkəməsi məhkəmə iclasında elektron məhkəmə portalı vasitəsi ilə cavabdehə məxsus digər nömrələri də əldə etsə də, sadəcə olaraq ***-***-**-** mobil nömrəsinin anten dairələrinin Şəki şəhərində olmamasını bəhanə gətirərək digər nömrələrin anten dairələrinin Şəki şəhərində olub-olmamasını araşdırmamışdır. Belə ki, cavabdehə məxsus dörd mobil nömrə, yəni ***-***-**-**, ***-*****-**, 055 ***-**-** və ***-***-**-** nömrələri mövcuddur. Lakin nədənsə işə baxan birinci instansiya məhkəməsi cavabdehin digər nömrələrinin də anten dairələrinin Şəki şəhərində olub-olmamasını nəzərə almamışdır. Ümumiyyətlə, hesab edir ki, mobil telefon nömrəsinin anten dairəsi ilə mobil nömrə sahibinin yerinin müəyyən edilməsi də məntiqi təfəkkürə ziddir. Belə ki, cavabdehə məxsus mobil nömrənin anten dairəsinin Şəki şəhərində deyil, digər rayonda olması onun yox, mobil nömrənin həmin ərazidə olmasına dəlalət edir. Belə ki, cavabdeh ona məxsus mobil nömrəni daimi və ya müvəqqəti istifadə və digər məqsədlər üçün digər şəxsə və ya şəxslərə də verə bilər. Mobil nömrə insan orqanizminin bir üzvü deyil ki, mobil nömrə olan ərazidə mobil nömrə sahibinin də olmasına dəlalət etsin. Qanunvericilik mobil nömrənin digər şəxslərə verilməsini qadağan etməyib və mobil nömrə sahibinin üzərinə ona məxsus mobil nömrəni daima öz üzərində daşıması kimi vəzifə qoymayıb. Bundan əlavə, qərarda qeyd edilmişdir ki, təqsirləndirilən şəxs X5 məhkəmə istintaqında verdiyi ifadəsində müdafiəçisi Cavabdeh 09 aprel 2021-ci il tarixdə müstəntiq Araz Vəlizadə tərəfindən onunla bağlı apardığı istintaq hərəkətlərində iştirak etmədiyini göstərmişdir. Lakin həmin sənədlərdən görünür ki, sənədlərə təqsirləndirilən şəxsin özü də imza etmiş, həmçinin ibtidai istintaqın qurtarması haqqında məlumat verilməsi barədə protokolda təqsirləndirilən şəxs öz xətti ilə qeyd etmişdir ki, "mənə müdafiəçim Cavabdeh iştirakı ilə ibtidai istintaqın qurtarması elan edildi”. Bütün bu qeyd edilənlər nəzərə alınaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsdən soruşulmamışdır ki, əgər müdafiəçinin iştirakı olmadan ibtidai istintaq hərəkəti aparılırdısa, nəyə görə həmin sənədlərə təqsirləndirilən şəxs tərəfindən imza edilirdi, nəyə görə öz xətti ilə qeyd edirdi ki, "müdafiəçim Cavabdeh iştirakı ilə mənə elan edildi”. Cavabdeh həmçinin qeyd edir ki, qeyd edilən cinayət işi üzrə qəbul edilmiş 16 dekabr 2021-ci il tarixli hökmdən də görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən həmin cinayət işinin ibtidai istintaqını aparmış müstəntiq Araz Vəlizadə ifadə vermiş və ifadəsində bildirmişdir ki, "təqsirləndirilən şəx s X5 ilə bağlı olan bütün istintaq hərəkətləri, o cümlədən 09 aprel 2021-ci il tarixdə istintaq hərəkətləri X4 vəkilinin iştirakı ilə aparılmışdır”. Göründüyü kimi, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şəki ŞRPŞ İB-nin müstəntiqi X7 da cavabdehin bütün istintaq hərəkətlərində iştirak etməsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs əgər onun müdafiə hüquqlarının pozulması əsası ilə müdafiəçinin iştirak etməməsini birinci instansiya məhkəməsində qabardaraq məhkəmənin nəzərinə çatdırırsa, deməli, təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan ibtidai istintaq hərəkətinin aparılmasının onun müdafiə hüquqlarını pozduğunu bilirdi. Əgər bunu bilirdisə və müdafiəçi ibtidai istintaq hərəkətlərində iştirak etmirdisə, nəyə görə həmin vaxt müstəntiqdən müdafiəçinin iştirakın ı tələb etmirdi. Təqsirləndirilən şəxs tərəfindən həmin sənədlərin imzalanması özü-özlüyündə müdafiəçinin həmin istintaq hərəkətlərində iştirakının olmasının ən mötəbər sübutudur. Əgər təqsirləndirilən şəxs tərəfindən məhkəmə zamanı bu xüsusatlar qeyd edilirsə, deməli, onun bəraət ala bilməsi üçün kimsə və ya kimlərsə tərəfindən belə məzmunda çıxış edilməsi istənmişdir. Cavabdeh qeyd edir ki, əldə etdiyi məlumatlara görə təqsirləndirilən şəxs X5 ilk öncə məhkəmə iclasında belə bir fikir səsləndirmişdir ki, guya cavabdeh 09 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər X1 inzibati binasında olmuşdur. Buna görə də işə baxan hakim tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasına sorğu verilərək cavabdehin 09 aprel 2021-ci il tarixə Azərbaycan Respublikası Vəkillər X1 inzi bati binasında olubolmaması barədə məlumat istənmiş, lakin Azərbaycan Respublikası Vəkillər Kollegiyasından məhkəməyə məlumat verilmişdir ki, vəkil Cavabdeh 09 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər X3 inzibati binasında olması barədə məlumat mövcud deyil. Buradan da açıq aydın görünür ki, təqsirləndirilən şəxs X5 bəraət almaq üçün müdafiə hüququnun pozulmasını qabardır. Lakin təqsirləndirilən şəxsin bu dəlili fiasko olduğu üçün işə baxan hakim tərəfindən cavabdehin telefon nömrəsinin anten dairələrinə dair mobil operatora sorğu verilmişdir. Halbuki, barəsində heç bir cinayət təqibi getmədiyi halda cavabdehin şəxsi həyatına aid məlumatların əldə edilməsi ən azından onun şəxsi həyatının toxunulmazlığını pozmuşdur.”

7. Şəki İnzibati Məhkəməsinin (hakim F.İsmayılzadə) 2-1(1 16)-1827/2022 nömrəli, 4 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Şəki şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, vəkil Cavabdeh müdafiəçisi olduğu təqsirləndirilən şəxs X5 barəsində 09 aprel 2021-ci il tarixdə aparılan istintaq hərəkətlərində iştirak etməli olduğu halda bunu etməmişdir.

9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər:R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) 2-1(107)-33/2023 nömrəli, 11 yanvar 2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayəti işin hallarına və iddiaya qarşı etiraza uyğun tərtib edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsin in qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 15. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu - 1-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır; - 1-ci maddəsinin 2-ci hissəsinə əsasən vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir; - 1-ci maddəsinin 3-cü hissəsinə əsasən vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi, vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi, vəkillərin hüquqlarının bərabərliyi, özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi. - 3-cü maddəsinə əsasən vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. - 3-cü maddəsinə əsasən, vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. - 5-ci maddəsinə əsasən vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir. - 14-cü maddəsinə əsasən Vəkillər Kollegiyasına üzv qəbul olunmuş şəxs X2 iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir: "Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrimi müstəqil olaraq şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa təntənəli surətdə and içirəm". - 16-cı maddəsinin 1-ci hissəsinə görə peşə fəaliyyətini həyata keçirərkən vəkil: qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir, vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir, yalnız qanunun tələblərini rəhbər tutmalıdır, hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq, zərərçəkmişlə barışığını elan və ona qarşı qaldırılmış mülki iddianı qəbul etməməli, müdafiəsinə yönəlmiş şikayəti geri götürməməlidir, mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə məlum olan faktları və sənədləri, eləcə də mənəviyyata, demokratik cəmiyyətdə ictimai qaydaya və ya dövlət təhlükəsizliyinə ziyan vura bilən, həmçinin yetkinlik yaşına çatmamışların mənafeləri və ya tərəflərin şəxsi və ailə həyatının müdafiəsi tələb edərsə, belə məlumatları yaymamalıdır, vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməlidir, vəkil onun tərəfindən qəbul edilən müdafiə öhdəçiliyindən imtina etməməlidir, «Сinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terro rçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn tələblərə əməl etməlidir; - 16-cı maddəsinin 3-cü hissəsinə görə vəkilin mülki və ya cinayət işləri üzrə müvafiq olaraq nümayəndə və müdafiəçi qismində iştirakını istisna edən hallar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi və AR Mülki Prosessual Məcəlləsi ilə, inzibati xətalar haqqında işlər üzrə icraatda müdafiəçi və ya nümayəndə qismində iştirakını istisna edən hallar isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilir. - 18-ci maddəsinə əsasən vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməm əli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. - 19-cu maddəsinə əsasən vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin qonorarının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və qonorarın məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir. Vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin ra zılığı ilə tənzimlənir. Vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hüquqi yardımın göstərilməsinə görə vəkilə dövlət hesabına ödənilən hüquqi yardım haqqının məbləği və ödənilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. - 22-ci maddəsinə əsasən vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir. İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən və kilə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: irad tutma, töhmət, üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. - 23-cü maddəsinin 1-ci hissəsinə görə vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər: - öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə; barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda; - fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə; - vəfat etdikdə; məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə; - Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə; - bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə; - üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə. - 23-cü maddəsinin 2-ci hissəsinə görə vəkillərin fəaliyyətinə Vəkillər X1 qərarı ilə xitam verilir. Bu maddənin İ hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər. 16. “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə - 1.2-ci ma ddəsinə əsasən, hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur. - 1.3-cü maddəsində göstərilmişdir ki, hər bir vəkil, vəkil andına sadiq qalmalı, peşə fəaliyyətində və peşə fəaliyyətindən kənar davranışında bu Əsasnamənin müddəalarını rəhbər tutmalıdır. Vəkilin peşə fəaliyyətindən kənar fəaliyyəti vəkilliyin nüfuzuna xələl gətirməməlidir. - 1.5.ci maddəsində göstərilmişdir ki, vəkillərin davranışı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu, vəkilin fəaliyyətini tənzimləyən digər normativ-hüquqi aktlar, Vəkillər Kollegiyasının Nizamnaməsi və bu Əsasnamə ilə tənzimlənir. - 2.2-ci bənd inə görə vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Vəkil peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vəkil hər hansı şəxsə hüquq pozuntusunun törədilməsi istiqamətində yazılı və ya şifahi məsləhətlər verməməli və onu digər qanunsuz hərəkətlərə sövq etməməlidir. Peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunvericiliyə və bu Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə ed ə bilməz. - 2.3-cü bəndinə görə vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır. - 2.5-ci bəndinə görə Vəkillik peşəsinin nüfuzunu artırmağa və möhkəmləndirməyə borcludur. Vəkil davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, о cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Vəkil çıxışlarında və yazışmalarında obyektivliyi qorumalıdır. - 2.8-ci bəndinə görə vəkil peşə fəaliyyətini həyata keçirərkən və peşə fəaliyyətindən kənar bütün şəxslərlə münasibətdə mədəni, nəzakətli, diqqətli və səbirli olmalıdır. - 3.4-cü bə ndinə görə vəkil hüquqi yardım göstərdiyi şəxsi vicdanla və əzmlə təmsil etməli və məsləhətlər verməlidir. Vəkil ona etibar olunmuş işin gedişatı və icrası ilə bağlı hüquqi yardım göstərdiyi şəxsi mütəmadi olaraq məlumatlandırmalıdır. - 3.5-ci bəndinə görə vəkilin hüquqi yardım göstərdiyi şəxslərlə qarşılıqlı münasibətləri vəkilin dürüst və ədalətli olmasına dəlalət edən etimad üzərində qurulmalıdır. 6.4-cü maddəyə əsasən ki, bu Əsasnamədə qeyd olunan davranış qaydalarının pozulması vəkilin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

17. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsi - 5.13-cü bəndinə əsasən Vəkillər Kollegiyasının üzvləri vəkillik fəaliyyətini tənzimləyən qanunların və bu Nizamnamənin tələblərinə əməl etməli, Ümumi yığıncağın (Konfransın) qərarlarını ye rinə yetirməlidirlər. - 8.2-ci bəndinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyətinə vəkillik fəaliyyəti üzrə bir sıra idarəetmə səlahiyyətləri ilə yanaşı Kollegiyanın üzvlüyünə qəbul və ondan xaric olunma, vəkilliklə məşğul olmanın müvəqqəti dayandırılması kimi səlahiyyəti vardır.

18. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar t ələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

74. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2. Apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

19. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkə mə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxl anılacaqdır. KASASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq, məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin mahiyyətcə iddia tələbinə qarşı etirazın və apelyasiya şikayətinin məzmununa əsaslanan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq həmin qərarın təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından cavabdehin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımı qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

24. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəmə sinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

26. Mübahisəyə dair işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından və Şəki rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(075)-49/2021 nömrəli xüsusi qərardadından görünür ki, X4 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxılaraq, Şəki rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(075)-49/2021 nömrəli hökmü ilə Şahmar Kərimova təqsirliliyinin sübuta yetirilməməsi səbəbindən bəraət verilmişdir.Təqsirləndirilən şəxs X5 həmin iş üzrə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 09 aprel 202 1-ci il tarixdə istintaq orqanı tərəfindən ona münasibətdə aparılmış istintaq hərəkətlərində müdafiəçisi Cavabdeh iştirak etmədiyini göstərmişdir.

27. Cinayət işi üzrə icraat zamanı məhkəmə sorğusuna əsasən Bakcell MMC tərəfindən təqdim edilmiş müştəri zənglərinin detallaşması ilə bağlı çıxarışdan müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X4 ibtidai istintaq dövründəki müdafiəçisi Cavabdeh istifadəsində olan aktual ***-***-**-** mobil nömrəsi 09 aprel 2021-ci il tarixdə səhər saat 06:03:06-da Şəki şəhəri, Muxtar Hacıyev küçəsində anten dairəsində, bundan sonrakı dövrdə isə Yevlax, Ağdaş, Kürdəmir, Hacıqabul ərazilərinin anten dairələrində, həmin gün saat 11:43:44-dən saat 17:55:27-dək Bakı şəhər ərazisinin müxtəlif anten dairələrində, bundan sonrakı saatlarda isə Xırdalan şəhəri, Abşero n rayonu, Şamaxı, Qobustan, İsmayıllı, Qəbələ, Oğuz rayonlarının anten dairələrində, sonuncu dəfə isə həmin gün saat 23:36:33-də Şəki rayonunun Orta Zəyzid kəndinə aid anten dairəsində olmuşdur.

28. Vəkil Cavabdeh müdafiəçisi olduğu X5 ilə 09 aprel 2021-ci il tarixdə aparılan istintaq hərəkətlərində iştirak etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərində onun müdafiəçisi qismində iştirakını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə, təqsirləndirilən şəxs X5 istintaq hərəkətlərində vəkili Cavabdeh iştirak etmədiyini, buna baxmayaraq istintaq hərəkətləri ilə bağlı müvafiq prosessual sənədlərə imza atdığını bildirmişdir.

29. Beləliklə, təqsirləndirilən şəxs X4 müdafiəsi ilə bağlı cav abdeh tərəfindən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİİ hissəsinin, 16-cı maddəsinin İ və İİİ hissələrinin, 18-ci və 19-cu maddələrinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 2.3, 2.5 və 2.8-ci bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərinin pozulduğu mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunur.

30. Bununla bağlı nəzərə almaq lazımdır ki, şəxsin müdafiə hüququ konstitutiv xarakter daşıyır və konstitusiyanın qoruma sferasına aiddir. Həmin hüququn pozulması, xüsusən də qeyd olunan şəkildə pozulması vəkil tərəfindən peşə fəaliyyətinin çox ciddi pozuntusu kimi qiymətləndirilməlidir. Belə ki, həmin pozuntu şəxsin müdafiə hüququnun mahiyyətinə birbaşa təsir edir və onun mahiyyətini heçə endirir. Odur ki, bu hal şəxsin hüquqi müdafiəsiz buraxılması anlamında qəbul edilməlidir.

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2023-cü il tarixli, 21 (107)-33/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar