Məhkəmə qərarları › İş №2-1(102)-1057/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1057/2019

24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1057/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARDAD (iş № 2-1(102)-1057/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə, vəkili Vəkil2 iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplomunun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsi nin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2605/2018 saylı qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)-376/2018 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplomunun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə iddia tələbi təmin edilmişdir (hakim – X.X.İmanov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2605/2018 saylı qərarı ilə (sədrlik edən C.A.Yusifov, hakimlər V.M.Ağayev və A.B.Nuriyeva) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmiş, iddia tələbi qismən təmin edilərək, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, Rusiya Federasiyasının Sankt-Peterburq Dövlət Mülki Avisiya Universiteti tərəfindən İddiaçı adına verilmiş, xxxx 2015-ci il tarixli ********** №-li mütəxəssis diplomu üzrə onun ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsi barədə müraciətinə Beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasi ya) Qaydaları»na müvafiq qaydada yenidən baxılması vəzifəsi cavabdehə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2605/2018 saylı qərarından İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişlər. İddiaçı xxxx 2019-cu il tarixli ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin ona məxsus Rusiya Federasiyasının Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetinin ******* nömrəli, xxxx 2015-ci il tarixli diplomunu ratifikasiya etdiyini qeyd etməklə, diplomunun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi tələbinə dair inzibati iş üzrə tərəfindən verilmiş kassasiya şikayətindən imtina etdiyini, kassasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətindən imtina edilməsi barədə iddiaçının ərizəsinə etiraz etmədiklərini bildirmişlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. İddiaçı kassasiya şikayətindən imtina edilməsi barədə ərizəsini nəzərdən keçirərək hesab edirəm ki,kassasiya şikayətindən imtina qəbul edilməli, kassasiya şikayəti üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 97-ci maddəsinə əsasən kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qəra rı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. Şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Məhkəmə hesab edir ki, İddiaçı kassasiya şikayətindən imtinası qanuna zidd deyildir və işdə iştirak edən digər şəxslərin hüquq və mənafelərinə toxunmur, buna görə də qəbul edilməli, kassasiya şikayəti üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 97.1 və 97.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayətindən imtinası qəbul edilsin. Kassasiya şikayəti üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar