Məhkəmə qərarları › İş №2-1(102)-1057/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1057/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1057/2023 02.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "X29 Şirkəti” MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi məsuliyyətinə cəlb etmə barədə qərarın mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı "X29 Şirkəti” MMC-nin (VÖEN: **********) cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X20 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyas iya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2408/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 19 noyabr 2020-ci il tarixli, **********505600 nömrəli qərarı ilə vergi ödəyicisi hüquqi şəxs "X29 Şirkəti” MMC-yə muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə 2471.45 manat borc hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş 19 noyabr 2020-ci il tarixli, **********505600 nömrəli qərarın ləğv edilməsini və 19 noyabr 2020-ci il tarixli, **********505600 nömrəli qərar əsasında hesablanan muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə əsassız hesablanan 2471.45 (iki min dörd yüz yetmiş bir manat, 45 qəpik) manat borcun şəxsi hesabdan silinməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, 2015-ci il tarixdə hüquqi qeydiyyata alınan "X29 Şirkəti” MMC dövlət reyestrindən çıxarışla təmin olunmuşdur. "Ümid TRYŞ” MMC-nin əsas fəaliyyəti internet üzərindən yayımlanan veb səhifələr və “Ümid Tv” Azərbaycan kanalı olaraq internet televiziyasıdır. Bundan başqa, fəaliyyətlərini tənzimləyən hər-hansı bir fəaliyyət növü yoxdur. Fəaliyyət dövrlərindən bu günə qədər nə veb səhifələrində, nə də internet kanallarında hər-hansı bir reklam və sponsor sifarişləri olmamışdır. 2020-ci ilin 3-cü rübü pandemiya dövrünə təsadüf etdiyindən, həmin ərəfədə internet problemi yaşanırdı. 3-cü rübün hesabat dövrü iyulun 1-dən 20-dək dövrü əhatə edirdi. X7 İdarəsinin elektron kabineti vasitəsi ilə elektron qaydada göndərirlər. Məhz 3-cü rübün hesabat dövrü ərzində Vahid elektron bəyannaməni tərtib edərək, sistemə daxil etmişlər. Sistemdə qeydiyyata alındı butonu görünmüşdür. 3-cü rüb ərzində cavabdeh tərəfindən yalnız 2-ci rübün hesabatı ilə bağlı elektron məktublar gəlmiş və həmin məktubları cavablandırmışlar. Sərt karantin dövrü olduğundan uçot kodunda uyğunsuzluq müəyyən edildiyind ən icazə-egov saytından qeydiyyatdan keçə bilməmişlər. Bununla bağlı, müraciətlərindən sonra məsələ həll olunmuş və kompüterdə elektron portala baxış keçirən zaman 1 -ci rüb üzrə hesabata dair DSMF borcu hesablandığını görüb, elektron şikayət göndərmişlər. 2020-ci ilin 4-cü rüb dövrünə qədər yazışmaları davam edib. xx.xx.2020-ci il tarixli məktubla hesab vərəqəsində 1 -ci rüb üzrə müvafiq düzəlişlərin edildiyi bildirilmişdir. Yalnız xx.xx.2020-ci il tarixli bildirişlə 3-cü rüb hesabatında kənarlaşmanın yaranması barədə bildiriş göndərilmişdir. Həmin ərəfədə tərəflərindən zəruri olan bütün sənədlər elektron qaydada izahatla birlikdə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə təqdim olunan sənədlərlə bağlı məlumatların araşdırılacağı və məlumat veriləcəyi bildirilmişdir. Buna qədər isə davamlı olaraq elektron məktublar gəlməkdə davam etdiyindən xx.xx.2020-ci il tarixdə müraciət edərək, vergi idarəsinə dəvət edilmələri xahiş edilmişdir. xx.xx.2020-ci il tarixdə də iki dəfə məktub göndərərək, onları qəbul etmələrini xahiş etmişlər. Lakin, 19 noyabr 2020-ci il tarixdə 3-cü rüb üzrə DSMF borcu hesablanmış və qərar qəbul edilmişdir, eyni zamanda 2049.99 manat məbləğində borcun 5 gün ərzində ödənilməsi tələb olunmuşdur. Dərhal etiraz olaraq elektron müraciət hazırlayaraq əsaslandırılmış izahat əlavə olunmaqla elektron qaydada göndərmişlər. Eyni zamanda, zəruri bütün sənədlər əlavə olunmaqla rəsmi poçt vasitəsi ilə Dövlət Vergi Xidmətinə həmin qərardan şikayət göndərilib. Cavabdeh təşkilatdan elektron qaydada məktub göndərilməklə 23 noyabr 2020-ci il tarixli şikayətinə baxılması və nəticəsi barədə əlavə məlumat veriləcəyi bildirilmişdir. Həmin məktubdan sonra bu günə qədər əsassız hesablanmış DSMF borcunun silinməsi barədə qərardan verdiyi şikayətin nəticəsi məlum deyil. Bununla bağlı, dəfələrlə rəsmi müraciət göndərməklə həmin şikayətin nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir. Hər dəfə eyni məzmunlu cavab məktubları göndərilmişdir. Daha sonra əmlakın siyahıya alınması barədə məlumat bildirişi göndərilmiş, lakin qərar göndərilməmişdir. Dərhal elektron ərizə göndərməklə qərarın onlara təqdim olunması xahiş edilmişdir. Lakin, 10 gün müddətində qərar göndərilmədiyinə görə, məhz müəyyən olunmuş 10-cu gün formaları dolduraraq məktubla elektron qaydada təqdim etmişlər və təkrarən qərarın göndərilməsini xahiş etmişlər. Lakin, 17 may 2021 -ci il tarixdə guya aktiv lər barədə 10 gün müddətində məlumat təqdim etmədiyinə görə 100 manat maliyyə sanksiyası barədə qərar qəbul edilmişdir. Həmin qərarın ləğv olunması barədə elektron şikayət göndərmişdir. Bundan başqa qeyd edir ki, rəsmi poçtla göndərdiyi şikayətə əlavə etdiyi sənədlərdən başqa, təkrarən bütün sənədlər əlavə olunmaqla izahat və elektron şikayəti elektron qaydada göndərmişdir. Bundan sonra da, mütəmadi şikayətin nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir. Lakin, 18 may 2021-ci il tarixdə yenidən əsassız hesablanmış DSMF borcuna faizlər hesablanmaqla 2471.45 manat borcun ödənilməsi barədə bildiriş göndərilmişdir. Etiraz olaraq yenidən elektron məktub hazırlayaraq onlara şikayətin nəticəsi ilə bağlı qərarın göndərilmədiyi və baxılıbsa qərarın onlara təqdim olunmasını xahiş etmişdir. Lak in, yenə eyni qaydada eyni məzmunlu cavab məktubları göndərilmişdir. Hesab edir ki, cavabdehin hərəkətsizliyi və əsassız borcun hesablanması onların hüquqlarının pozulması ilə nəticələnmişdir. 19 noyabr 2020-ci il tarixli qərardan verdikləri şikayətin təmin olunub-olunmamasına dair müvafiq qərarın onlara təqdim edilməməsinə dair cavabdehin hərəkətsizliyinin qanunsuz olmasını, 2020-ci il 3-cü rüb hesabat dövrü ilə bağlı məlumatların əsaslı olmasını aşağıdakı arqumentlərlə məhkəmənin diqqətinə çatdırmaq istəyirlər. Belə ki, 2020-ci il 3-cü rüb üzrə fəaliyyət dövrü aşağıdakı qaydada olmuşdur. 2020-ci il 3-cü rüb üzrə işçi sayları işəmuzd qaydada 11 nəfər təşkil etmişdir: X1 - qüvvədə olan əmək müqaviləsində əlavə iş yeri üzrə işəmuzd qaydada əmək haqqı fondu 300.30 manat təşkil etmişdir. 2020 - ci il 3-cü rüb üzrə Cəmiyyətin kassa hesabına vəsait daxil olmadığından əmək haqqı ödənişləri həyata keçirilməmişdir. 2020-ci il 3-cü rüb üzrə Cəmiyyətin kassa hesabına vəsait daxil olmadığından əmək haqqı ödənişləri həyata keçirilməmişdir. X2 - qüvvədə olan Əmək müqaviləsində əlavə iş yeri üzrə işəmuzd qaydada əmək haqqı fondu 280.00 manat təşkil etmişdir. 2020-ci il 3-cü rüb üzrə Cəmiyyətin kassa hesabına vəsait daxil olmadığından əmək haqqı ödənişləri həyata keçirilməmişdir. X5 - qüvvədə olan Əmək müqaviləsində əsas iş yeri üzrə işəmuzd qaydada əmək haqqı fondu 180.00 manat təşkil etmişdir. 2020-ci il 3-cü rüb üzrə Cəmiyyətin kassa hesabına vəsait daxil olmadığından əmək haqqı ödənişləri həyata keçirilməmişdir. xx.xx.2020-ci il tarixdə Əmək müqaviləsində dəyişiklik edilmiş, işçiyə əla və iş yeri üzrə 250 manat əmək haqqı müəyyən edilmişdir. X8 - qüvvədə olan Əmək müqaviləsində əlavə iş yeri üzrə işəmuzd qaydada əmək haqqı fondu 250.00 manat təşkil etmişdir. 2020-ci il 3-cü rüb üzrə Cəmiyyətin kassa hesabına vəsait daxil olmadığından əmək haqqı ödənişləri həyata keçirilməmişdir. X23 - xx.xx.2020-ci il tarixdə xitam verilmiş xx.xx.2020-ci il tarixli Əmək müqaviləsində əsas iş yeri üzrə işəmuzd qaydada əmək haqqı fondu 250.00 manat təşkil etmişdir. 2020-ci il 3-cü rüb üzrə Cəmiyyətin kassa hesabına vəsait daxil olmadığından əmək haqqı ödənişləri həyata keçirilməmişdir. X24-xx.xx.2020-ci il tarixdə xitam verilmiş xx.xx.2020-ci il tarixli Əmək müqaviləsində əsas iş yeri üzrə işəmuzd qaydada əmək haqqı fondu 250.00 manat təşkil etmişdir. 2020-ci il 3-cü rüb üzrə Cəmiyyətin kassa hesabına vəsait daxil olmadığından əmək haqqı ödənişləri həyata keçirilməmişdir. X9 - xx.xx.2020-ci il tarixdə xitam verilmiş xx.xx.2020-ci il tarixli Əmək müqaviləsində əsas iş yeri üzrə işəmuzd qaydada əmək haqqı fondu 250.00 manat təşkil etmişdir. 2020-ci il 3-cü rüb üzrə Cəmiyyətin kassa hesabına vəsait daxil olmadığından əmək haqqı ödənişləri həyata keçirilməmişdir. X12 - xx.xx.2020-ci il tarixdə xitam verilmiş xx.xx.2020-ci il tarixli Əmək müqaviləsində əsas iş yeri üzrə işəmuzd qaydada əmək haqqı fondu 250.00 manat təşkil etmişdir. 2020-ci il 3-cü rüb üzrə Cəmiyyətin kassa hesabına vəsait daxil olmadığından əmək haqqı ödənişləri həyata keçirilməmişdir. X3 - xx.xx.2020-ci il tarixdə xitam verilmiş xx.xx.2020-ci il tarixli Əmək müqaviləsində əsas iş yeri üzrə işəmuzd qaydada əmə k haqqı fondu 250.00 manat təşkil etmişdir. 2020-ci il 3-cü rüb üzrə Cəmiyyətin kassa hesabına vəsait daxil olmadığından əmək haqqı ödənişləri həyata keçirilməmişdir. X4 - xx.xx.2020-ci il tarixdə xitam verilmiş xx.xx.2020-ci il tarixli Əmək müqaviləsində əsas iş yeri üzrə işəmuzd qaydada əmək haqqı fondu 250.00 manat təşkil etmişdir. 2020-ci il 3-cü rüb üzrə Cəmiyyətin kassa hesabına vəsait daxil olmadığından əmək haqqı ödənişləri həyata keçirilməmişdir. X13 - xx.xx.2020-ci il tarixdə xitam verilmiş xx.xx.2020-ci il tarixli Əmək müqaviləsində əlavə iş yeri üzrə işəmuzd qaydada əmək haqqı fondu 250.00 manat təşkil etmişdir. 2020-ci il 3-cü rüb üzrə Cəmiyyətin kassa hesabına vəsait daxil olmadığından əmək haqqı ödənişləri həyata keçirilməmişdir. İşçilərin hər biri könüllük prinsipi əsasında Ümid TRYŞ-nin nəzdində yaradılmış internet kanalı olan ÜmidTv Azərbaycan kanalında işəmuzd qaydada faktiki sərbəst iş rejimində fəaliyyət göstəriblər. Əmək haqqı ödənişi ilə bağlı qarşılıqlı razılaşmaları olmuşdur ki, şirkətin maliyyə dövriyyəsi olduğu halda əmək haqqı ödənişi dövriyyəyə uğun olaraq həyata keçiriləcək. Lakin, maliyyə dövriyyələri olmadığından işçilərlə aralarında əmək haqqı öhdəliyi yaranmamışdır. Vergi, DSMF və işsizlikdə sığorta ödənişlərinin ödənilməməsinə görə borcun hesablanmasının silinməsinə dair rəsmi şikayətlərində göstərdikləri kimi, onların fəaliyyətlərini təsdiq edən sosial şəbəkə hesablarının linkini və fotoşəkillərini, veb saytlarının link və fotolarını, işçilərə dair zəruri sənədləri təkrar olaraq izahatla birlikdə elektron qaydada da Vergi orqanına göndərm işlər. Hesab edirlər ki, fəaliyyətləri dövründə heç bir maliyyə vəsaiti daxil olmadığı halda, işçilərin könüllülük əsasında işəmuzd qaydada müqavilə bağlanmasına, elektron kabinetdən daxil olan kameral yoxlanmalara dair bildirişlərə cavab olaraq elektron izahatların göndərilməsinə baxmayaraq, borcun hesablanması barədə qərardan verdikləri şikayətə baxılaraq nəticəsinə dair qərar qəbul edib, onlara təqdim edilməməsi, həmin qərarın bu qaydada qüvvədə qalması yolverilməzdir. İşin hallarından aydın olur ki, cavabdehin bu müddət ərzində şikayəti ilə bağlı hərəkətsizliyi tam qanunsuz olmuş və hərəkətsizlik nümayiş etdirməsinə baxmayaraq, mütəmadi müraciətlərini nəzərə almadan yenidən faizlər hesablamaqla, maliyyə sanksiyası tətbiq etməklə 2471.45 manat məbləğində əsassız hesablanmış borc bildiri şi göndərməklə 5 gün müddətində borcun ödənilməsinin tələb edilməsinə dair hərəkətləri də, qanunsuz olmuşdur. Digər tərəfdən 10 gün müddət tamam olmamış aktivlər barədə formalar doldurularaq elektron qaydada göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən 17 may 2021-ci il tarixli 100 manat maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərarın qəbul edilməsi də, qanunsuz və əsassız olmuşdur. Hesab edirlər ki, yuxarıda şərh olunan işin həqiqi faktiki halları və Qanunvericiliyin normaları nəzərə alınaraq, cavabdehin hərəkətsizliyi qanunsuz sayılmalı, 17 may tarixli maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərar ləğv edilməli, 19 noyabr 2020-ci il tarixli qərar əsasında hesablanan muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər məcburi dövlət sosial sığorta haqqı üzrə və işsizlikdən sığor ta haqqı üzrə əsassız hesablanan 2471.45 manat borcun şəxsi hesabdan silinməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmalıdır. Cavabdehin etirazları:

4. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişləri” bazasının məlumatlarına əsasən hüquqi şəxs "X29 Şirkəti” MMC-nin 2020-ci ilin yanvar-mart ayları ərzində muzdlu işçilərinin sayının 3 nəfər və ümumi əmək haqqı fondunun 2430,9 manat məbləğində, iyul-sentyabr aylarında isə muzdlu işçilərinin sayının 11 nəfər və ümumi əmək haqqı fondunun 7680,9 manat məbləğində qeyd edildiyi müəyyən edilmişdir. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisi tərəfindən 2020-ci ilin 1-ci və 3-cü rübləri üzrə təqdi m edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrində (hesabatlarında) yanvar-mart, iyul-sentyabr aylarında işçi sayının və əmək haqqı fondunun göstərilməməsi kənarlaşmaların yaranmasına səbəb olmuşdur. Yuxarıda qeyd edilmiş kənarlaşmalar barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********913700 nömrəli, xx.xx.2020-ci il tarixli **********484000 nömrəli bildirişlər göndərilərək müvafiq təsdiqedici sənədlərini, ətraflı izahat məktubunu və dəqiqləşdirilmiş bəyannamələrini vergi orqanına təqdim etməklə kənarlaşmaların aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşmalar aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə vergi ödəyicisinə 2020-ci ilin 1 -ci və 3-cü rübləri ü zrə ümumilikdə 2629,47 manat ((7680,9 + 2430,9) x 26%) əlavə sosial sığorta haqqı məbləği hesablanmışdır. Aparılmış hesablamalarla bağlı vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********997800 nömrəli və xx.xx.2020-ci il tarixli **********505600 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. İddiaçı iddia ərizəsində əsassız olaraq qeyd etmişdir ki, işçilərin hər biri könüllülük prinsipi əsasında internet kanalı olan "Ümid TV” Azərbaycan kanalında işəmuzd qaydada faktiki sərbəst iş rejimində fəaliyyət göstəriblər. Əmək haqqı ödənişi ilə bağlı razılaşmaları olmuşdur ki, şirkətin maliyyə dövriyyəsi olduğu halda əmək haqqı ödənişi ona uyğun olaraq həyata keçiriləcək. Lakin, maliyyə dövriyyəsi olmadığından işçilərlə araları nda əmək haqqı öhdəliyi yaranmamışdır. İddiaçının bu əsassız qeydinin əksinə bildirirlər ki, Əmək Məcəlləsinin 154- cü maddəsinə (Əmək haqqı) əsasən, Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Maddənin məzmunundan göründüyü kimi əmək haqqı işçinin g ördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən ödənilir. İddiaçının qeyd etdiyinin əksinə qanunvericilik əmək haqqının ödənilməsini maliyyə dövriyyəsinin olub-olmamağından asılı etmir. İddiaçının iddia ərizəsində qeyd etdiyi digər bir əsassız arqument ondan ibarətdir ki, "19 noyabr 2020-ci il tarixdə 3-cü rüb üzrə DSMF borcu hesablanmış və qərar qəbul edilmişdir. Tərəflərindən zəruri sənədlər əlavə olunmaqla poçt vasitəsilə 23 noyabr tarixli şikayət verilmişdir. Şikayətinə baxılaraq məlumat veriləcəyi bildirilsə də, şikayətin nəticəsi bəlli deyil və ona hər dəfə eyni məzmunlu cavab məktubları göndərilmişdir. İddiaçının qeyd etdiyinin əksinə bildirirlər ki, iddiaçının **********579000 saylı, xx.xx.2020-ci il tarixli "Kameral yoxlama ilə hesablanmış sosial sığorta haqqı məbləğ inin azaldılması” barədə şikayətinə Bakı şəhəri X20 üzrə Baş İdarəsində baxılmışdır. Eyni məzmunlu xx.xx.2020-ci il tarixli, **********485600 nömrəli müraciəti xx.xx.2020-ci il tarixli, **********060600 nömrəli məktubla cavablandırılmış və iddiaçıya bildirilmişdir ki, "Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmi ş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımı izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişləri” bazasının məlumatlarına əsasən 2020-ci ilin 3-cü rübü ərzində işə götürülən şəxslərlə bağlanılmış aktiv əmək müqavilələrinin olduğu müəyyən edilmişdir. Qeyd edilənlərlə əlaqədar müvafiq dövr üzrə qü vvədə olan (həmçinin dəyişdirilmiş və ya xitam verilən) əmək müqavilələri, vergi orqanına təqdim edilən bəyannamələrdəki işçi sayı və əmək haqları barədə məlumatların dəqiqləşdirilməsi və araşdırma üçün zəruri hesab etdikləri digər sənədlərin 5 (beş) gün müddətində vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsində bildirmişdir ki, sonuncuya əmlakın siyahıya alınması barədə məlumat bildirişi göndərilmiş, lakin qərar göndərilməmişdir. Elektron ərizə göndərməklə qərarın ona göndərilməsini xahiş etsə də, qərar ona göndərilməmişdir. Qeyd edilənin əksinə bildirirlər ki, vergi ödəyicisinin borcun ödənilməsi üçün qanunvericiliyə uyğun olaraq vergi ödəyicisinin əmlakının siyahıya alınması nəzərdə tutulmuşdur. Bu məqsədlə "Vergilər, işsizlikdən sığorta, icbari ti bbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair Qaydalar”ın 5.1-ci bəndinə əsasən, Vergi Məcəlləsinin 89.3-cü maddəsinə uyğun olaraq borclar Vergi Məcəlləsinin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə, vergi orqanı aktivlər barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisinə xx.xx.2021ci il tarixli, **********907500 nömrəli "Vergi ödəyicilərini aktivləri barədə məlumatı” təqdim etmək üçün məktub göndərilmişdir. Bildirirlər ki, xx.xx.2021-ci il tarixə vergi ödəyicisi "X29 şirkəti” MMC-nin "Əmlakın siyahıya alınması” barədə hər- hansı inzibati akt qəbul edilməmişdir. İddiaçı eyni zamanda iddia ərizəsində bildirmişdir ki, "17 may 2021-ci il tarixdə aktivləri barədə məlumatı təqdim etmədiyinə görə 100 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçının qeyd edilən əsası ilə əlaqədar bildirirlər ki, Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********392900 nömrəli Qərar ləğv edilərək, iddiaçının şəxsi hesab vərəqəsində müvafiq düzəliş edilmişdir. Bu haqda iddiaçıya **********207100 saylı, xx.xx.2021-ci il tarixli məlumat məktubu göndərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4- cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin dig ər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.6-cı maddəsinə əsasən vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Bu Məcəllənin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyanna mələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq vergi orqanının hüquqlarına aid edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1082/2022 nömrəli, 9 mart 2022-ci il tarixli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı hazırda cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 19 noyabr 2020-ci il tarixli, **********505600 nömrəli qərarı ilə 2020-ci ilin 3-cü rübü üzrə hesablanm ış vergi borcu məbləğini mübahisələndirir.

7. Məhkəmə tərəfindən sözügedən qərarın qanuniliyinin araşdırılması zamanı məhkəməyə təqdim edilmiş iş materiallarına əlavə edilmiş sənədlərlə həqiqətən 2020-ci ilin 3-cü rübü (iyul, avqust, sentyabr ayları) ərzində “X29 Şirkəti” MMC tərəfindən işə götürülən şəxslərlə bağlanılmış 11 ədəd aktiv əmək müqavilələrinin (X1, X2, X5, X8, X10, X14, X12, X23, X6, X3 və X15 dair) hüquqi qüvvədə olması müəyyən edilmişdir.

8. İddiaçı iddia ərizəsində iddiasının əsası kimi işçilərin hər birinin könüllülük prinsipi əsasında internet kanalı olan “Ümid TV” Azərbaycan kanalında işəmuzd qaydada faktiki sərbəst iş rejimində fəaliyyət göstərdiklərinə, əmək haqqı ödənişi ilə bağlı razılaşmalarının olmasına, şirkətin maliyyə dövriyyəsi olduğu halda əmək haqqı ödənişini n ona uyğun olaraq həyata keçiriləcəyinə, lakin, maliyyə dövriyyəsi olmadığından işçilərlə aralarında əmək haqqı öhdəliyinin yaranmadığına istinad etsə də, əmək haqqı işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən ödənilir. İddiaçının qeyd etdiyinin əksinə qanunvericilik əmək haqqının ödənilməsini maliyyə dövriyyəsinin olub-olmamasından asılı etməmişdir.

9. Qanunvericilik işçinin heç bir ayrı-seçkilik qoymadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququnu müəyyən etmişdir. Minimum əmək haqqı heç bir şərtdən asılı edilmədən işçiyə ödənilməlidir. İddiaçının qeyd etdiyi “dövriyyədən asılı olaraq əmək haqqının ödənilməsi” isə yalnız işçinin həvəsləndirilməsi zamanı əmək haqqına əlavə formasında verilə bilər.

10. B eləliklə, vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən işin faktiki və hüquqi hallarında düzgün qiymət verilmişdir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2408/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1082/2022 nömrəli, 9 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi hüquqi mövqeyi ilə razılaşmışd ır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2408/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər 1.4. Bu Məcəllənin vergitutmanın üm umi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə

16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:... 16.1.6. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şə xslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək.

17. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə

149. Əməyin işəmuzd ödənilməsi qiymətlərinin müəyyən edilməsi

1. Əməyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları) əsas götürməklə müəyyən edilir.

2. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gün dəlik tarif maaşın (və ya saatlıq tarif maaşının) gündəlik (və ya saatlıq) hasilat normasına bölünməsi yolu ilə müəyyən edilir. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşının (və ya saatlıq tarif maaşının) günlə (və ya saatla) müəyyən edilmiş vaxt normasına vurulması yolu ilə də müəyyən edilə bilər.

3. Gündəlik tarif (vəzifə) maaşları, (saatlıq tarif maaşları) əməyin ödənilmə dərəcəsinə uyğun olan aylıq tarif (vəzifə) maaşının aylıq iş günü (aylıq iş saatı) normasına bölünməsi yolu ilə tapılır. Maddə

154. Əmək haqqı

1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məblə ğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Maddə

155. Əmək haqqının minimum məbləği

1. İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

2. Minimum əmək haqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.

3. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yeti rmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz.

4. Kollektiv müqavilələrdə, sazişlərdə qanunvericiliklə müəyyən olunmuş minimum əmək haqqından daha yüksək məbləğ nəzərdə tutula bilər.

5. Əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir.

6. Minimum əmək haqqının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə

156. Əməyinin ödənilməsi və onun dərəcələrinin müəyyən edilməsi

1. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilə n məbləğdən az olmayaraq ödənilir.

2. Yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarifixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir.

3. Əmək normalarını daha yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirən işçilərin ixtisas dərəcəsi birinci növbədə və ya işəgötürənin mülahizəsi ilə növbədənkənar artırılır.

4. Azı 3 ay daha yüksək dərəcə üzrə işləmiş və ya ixtisas imtahanlarını vermiş işçinin ona yüksək ixtisas dərəcəsi verilməsini işəgötürəndən tələb etmək hüququ vardır. İşçilərin bu tələbi işəgötürən tərəfindən təmin olunmalıdır.

5. İstehsal, texnologiya intizamının pozulmasına və məhsulun keyfiyyətinin pisləşməsinə səbəb olan ciddi pozuntulara yol ver ən işçinin ixtisası bir dərəcə aşağı salına bilər. İşçinin aşağı salınan dərəcəsi ümumi qaydada, lakin aşağı salındıqdan ən azı 3 ay sonra artırıla bilər.

6. Əməyinin ödənilmə dərəcəsi aşağı salınmış işçinin əvvəlki dərəcəsi ən azı 3 aydan sonra müsbət nəticələr əldə edildiyi halda bərpa edilə bilər.

7. İşəgötürən həmkarlar ittifaqları təşkilatının iştirakı ilə işçilərin müəyyən olunmuş qaydada attestasiyasını keçirməklə attestasiyanın nəticələrinə əsasən işçilərin əməyinin ödənilmə dərəcələrini müəyyən edilmiş hüdudlarda artırmaq və ya aşağı salmaq hüququna malikdir. Maddə

157. Əməyin ödənilməsi sistemi və növləri

1. İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər.

2. Əmək m üqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.

3. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

4. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.

5. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.

6. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması mə qsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

18. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilə n məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əs aslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmə lərinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətr aflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

26. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarından müəyyən olunmuşdur ki, 2020-ci ilin 3-cü rübü (iyul, avqust, sentyabr ayları) ərzində "X29 Şirkəti” MMC tərəfindən işə götürülən şəxslərlə bağlanılmış 11 ədəd aktiv əmək müqavilələrinin (X1, X2, X5, X8, X11, X14, X12, X23, X6, X3 və X15 dair) hüquqi qüvvədə olması müəyyən edilmişdir.

27. İddiaçı iddia ərizəsində iddiasının əsası kimi işçilərin hər birinin könüllülük prinsipi əsasında internet kanalı olan “Ümid TV” Azərbaycan kanalında işəmuzd qaydada faktiki sərbəst iş rejimində fəaliyyət göstərdiklərini, əmək haqqı ödənişi ilə bağlı razılaşmalarının olmasını, şirkətin maliyyə dövriyyəsi olduğu halda əmək haqqı ödənişinin ona uyğun olaraq həyata keçiriləcəyini, lakin, maliyyə dövriyyəsi olmadığından işçilərlə aralarında əmək haqqı öhdəliyinin yaranmadığını bildirmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, əmək haqqının anlayışı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154-cü maddəsində öz əksini tapmışdır. Həmin normaya əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

29. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qanunvericilik işçinin heç bir ayrı-seçk ilik qoymadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququnu müəyyən etmişdir. Minimum əmək haqqı heç bir şərtdən asılı edilmədən işçiyə ödənilməlidir. İddiaçının qeyd etdiyi "dövriyyədən asılı olaraq əmək haqqının ödənilməsi” isə yalnız işçinin həvəsləndirilməsi zamanı əmək haqqına əlavə formasında verilə bilər.

30. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı barəsində qəbul etdiyi 19 noyabr 2020-ci il tarixli, **********505600 nömrəli qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bildiyindən, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının iddia tələbinin təmin edilməməsi olması qənaətinə gəlmişdir.

31. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş fa ktiki hallarına hüquq normaları düzgün tətbiq edilmişdir.

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul edildiyindən, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2408/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar