Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1063/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş maddi və mənəvi zərərin tutulması) 21.06.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu, X4 ibarət tərkibdə, İddiaçı (xx.xx.1949-cu il təvəllüdlü; FİN: 39WF9TO ) cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “vurulmuş maddi və mənəvi zərərin tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2-1(103)55/2021 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılı qda verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 644 saylı 26 dekabr 2006-cı il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 25, mənzil 38-də yaşayan vətəndaş X1 məxsus Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən mövcud köşkün rekonstruksiya edib ticarət obyekti kimi istifadə olunmasına icazə verilmişdir.
2. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 645 saylı 26 dekabr 2006-cı il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ə.Bayramov küçəsi, ev 41 yaşayan vətəndaş X3 məxsus Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən mövcud köşkün rekonstruksiya edib ticarət obyekti kimi istif adə olunmasına icazə verilmişdir. 3. 02 oktyabr 2007-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 644 saylı 26 dekabr 2006-cı il tarixli sərəncamı ilə X1 və Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 645 saylı 26 dekabr 2006-cı il tarixli sərəncamı ilə X3 məxsus Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən mövcud köşk 42000 ABŞ dolları müqabilində İddiaçı satılmışdır.
4. Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi tərəfindən Əzizbəyov rayon İcra Hakimiyyətinə ünvanlanmış 115 saylı 17 iyun 2006-cı il tarixli məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin müvafiq rəyi əsasında vətəndaş İddiaçı Buzovna qəsəbəsində A.Mirzəyev küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğu l olmaq məqsədi ilə 400 kv.m. torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsində vətəndaş İddiaçı tərəfindən tikinti işlərinin aparılmasına icazə verilməsi xahiş edilmişdir.
5. Dövlət Torpaq kadastrı kitabında 23 oktyabr 2008-ci il tarixdə 10852 nömrə ilə uçota alınmış A seriyalı 098762 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, İddiaçı Əzizbəyov rayonu Buzovna bələdiyyəsinin 545 saylı 16 oktyabr 2007-ci il tarixli qərarı ilə Buzovna qəsəbəsində sahibkarlıq fəaliyyət ilə məşğul olmaq üçün 400 kv.m. torpaq sahəsi ayrılmışdır.
6. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı 02044691 saylı xx.xx.2009-cu il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Buzovna qəsəbəsində yerləşən təyinatı (kateqoriyası) “digər təyinatlı torpaqlar” olan 0,0398 ha ölçüdə torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-486/2014 saylı 8 may 2014cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı qanunsuz söküntü ilə əlaqədar dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2756/2018 saylı iş üzrə 13 aprel 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8 may 2014-cü il tarixli qətnaməsi apellyasiya qaydasında yoxlanılan hissədə ləğv edilmiş, həmin hissədə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ söküntü nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
9. Bundan sonra iddiaçı ona kompensasiyanın ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış Z-12149 saylı 17 may 2018-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Buzovna qəsəbəsi, Aruz Mirzəyev küçəsində yerləşən mülkiyyətdə olan iaşə obyektinin sökülməsi, büdcədən ayrılan və ödənilməsi nəzərdə tutulmuş vəsaitlər, kompensasiya ödənilməsi barədə Xəzər RİH-ə daxil olmuş ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair” 27 fevral 2006-cı il tarixli 1338 nömrəl i sərəncamının icrasını təmin etmək məqsədilə Bakı şəhərinin rayonlarında olduğu kimi, Xəzər rayonunda, o cümlədən Buzovna qəsəbəsində də quruculuq, abadlıq, yaşıllıq və s. işlər həyata keçirilmişdir. Həmçinin, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008 – 2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2930 nömrəli 8 iyul 2008-ci il tarixli Sərəncamına əsasən X5 Hava Limanı – X6 – Bilgəh qəsəbəsi istiqamətində magistral yolun yenidən qurulması işləri aparılmışdır. Göstərilənlərlə əlaqədar olaraq yeni salınmış yolun kənarında, həmçinin Buzovna qəsəbəsinin ərazisində abadlaşdırma və yenidənqurma işləri ilə bağlı primitiv şəkildə olan tikililər sökülmüş, yaşayış evləri, qeyri-yaşayış obyektləri yenidən rekonstr uksiya olunaraq milli memarlıq üslübunda inşa edilərək sakinlərin istifadəsinə verilmişdir. Ərizədə qeyd edilən məsələyə dair məhkəmə orqanları tərəfindən araşdırma aparılmış və bu məsələyə hüquqi qiymət verilmişdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 8.1.3-cü bəndinə əsasən müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda müraciət baxılmamış saxlanılır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində birinci icraat
10. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh tərəfindən əmlakının sökülməsi və ekspropsiyası nəticəsində ona vurulmuş 1.000.000 manat məbləğində maddi və 500.000 manat məbləğində mənəvi zərərin cavabde hdən tutulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. İddiаçı tələbini belə əsаslаndırmışdır ki, Bakı şəhəri, Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 644 və 645 saylı 26 dekabr 2006-cı il tarixli sərəncamları ilə Lətifə Zeynalovaya və Fərhad Zeynalova məxsus Bakı şəhəri, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən köşklərin rekonstruksiya edib ticarət obyekti kimi istifadə olunmasına icazə verilmişdir. Lətifə Zeynalova və Fərhad Zeynalov köşkləri yerində rekonstruksiya edərək tikdikləri 20 kv.m. və 120 kv.m. qeyri-yaşayış sahələrini 02 oktyabr 2007-ci il tarixdə 42.000 ABŞ dollarına ona satmışlar. Əzizbəyov rayon Buzovna Bələdiyyəsinin 545 saylı 16 oktyabr 2007-ci il tarixli Qərarı ilə onun aldığı qeyri-yaşayış sahələrinin yerləşdiyi ərazidə (həmin sahələrin ərazisi də d axil olmaqla) ona 400 kv.m. torpaq sahəsi ayrılmışdır. 27 yanvar 2009-cu il tarixdə onun adına həmin torpaq sahəsi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonra o, həmin ərazidə 340 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsi inşa etdirmiş və həmin obyekt “Rəvan” kafesi olaraq fəaliyyət göstərirdi. Bundan əlavə tikililərdən birində təndirxana, digərində stolüstü oyunlar zalı fəaliyyət göstərirdi. Tikilidən azad həyətyanı sahə hasara alınmaqla həyətə giriş 2 ədəd dekorotiv darvazadan ibarət idi. Həyətdə 30 ədəd ağac, o cümlədən 6 evkalip, bir şam və qalanları meyvə ağacları əkilmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2006-cı il tarixli 1338 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin qəsəbələrinin 2006 – 2007-ci illər üzrə sosial-iqtisadi i nkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”na əsasən Pirallahı, Binə, Buzovna, Şağan, Qala, Çilov, Zirə, Girgan, Mərdəkan, Neft Daşları, Türkan və Şüvəlan qəsəbələrarası və qəsəbədaxili asfalt yollarının bərpası nəzərdə tutulmuş və bu işlərin görülməsi Bakı Şəhər İcra Hakimiyyətinə və Xəzər RİH-ə həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli 2930 saylı Sərəncamı ilə “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008 - 2013-cü illər üçün əlavə Tədbirlər Planı” təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli 1490 saylı Sərəncamı ilə təsdiq edilmiş “2011– 2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na və həmin Proqram çərçivəsində həyata ke çiriləcək Tədbirlər Planına əsasən Buzovna qəsəbəsində 26 saylı orta məktəbin əsaslı təmiri və 40 əlavə sinif tikintisi nəzərdə tutulmuş və bu işlərin görülməsi Təhsil Nazirliyinə və Xəzər RİH-ə həvalə edilmişdir. Xəzər RİH-in sifarişi ilə bu işlərin görülməsi "xxxx" MMC-yə həvalə edilmişdir. 15 iyun 2011-ci il tarixdə "xxxx" MMC 26 saylı orta məktəbin qonşuluğunda olan ona məxsus 400 kv.m. qeyriyaşayış sahəsinin ərazisi ona məlumat vermədən, əmlakı ondan almadan tam şəkildə sökmüşdür. Ərazinin əksər hissəsi 26 saylı orta məktəbə qatılmiş, qalan hissəsi Aruz Mirzəyev küçəsinə daxil edilmişdir. O, əmlakının zəbt edilməsi və sökülməsi ilə ona vurulmuş zərərin ödənilməsi üçün hazırkı cavabdeh Xəzər RİH-ə müraciət etsə də, cavabdeh heç bir cavab verməmişdir. Göstərilənlərə əsaslanaraq, cavabde h Xəzər RİH tərəfindən onun əmlakının sökülməsi və ekspropirasiyası nəticəsində vurulmuş 1.000.000 manat maddi zərərin və 500.000 manat mənəvi zərərin cavabdehdən tutulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. 12. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2018-ci il tarixli, 2-1(82)2470/2018 nömrəli qərardadı ilə (hakim: R.L.Kərimli) iddia mümkün sayılmamışdır.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ona məxsus əmlakların məhz cavabdeh inzibati orqan Xəzər RİH tərəfindən sökülməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən cavabdeh inzibati orqan Xəzər RİH tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi məhkəmə icraatında öz təsdiqini tapmır.
14. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 noyabr 2018ci il tarixli, 2-1(103)-2584/2018 nömrəli qərardadı ilə ( A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və C.A.Yusifov ) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2470/2018 saylı, 25 iyul 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2584/2018 saylı 14 noyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsini və iddianın mümkün s ayılması barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsində birinci icraat
18. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 21(102)-784/2019 nömrəli qərardadı ilə ( K.N.Bədəlov, hakimlər: İ.A.Dadaşov və S.Ə.Hüseynova ) kassasiya şikayəti təmin olunmuş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2584/2018 saylı iş üzrə 14 noyabr 2018-ci il tarixli qərardadı ləğv edilmiş və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
19. Məhkəmə qeyd etmişdir ki, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə ilə yerli icra hakmiyyəti orqanının üzərinə qoyulmuş vəzifələrə görə həmin orqan belə işlər barədə məlumatlı olmağa, o cümlədən belə işlərin kim tərəf indən edildiyini bilməyə borcludur. Cavabdeh iddiaçıya məxsus tikililərin başqa şəxs tərəfindən sökülməsi barədə məlumat vermir. Bundan əlavə, iddiaçı bildirmişdir ki, tərəflər arasında sözügedən tikililərin sökülməsi ilə bağlı mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən, tikililərin məhz Cavabdeh tərəfindən sökülməsi müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının bu dəlili ilə bağlı heç bir araşdırma aparmamışdır. Halbuki, həmin mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar hazırkı iş üzrə predyusial əhəmiyyət kəsb edə bilər. ç. Birinci instansiya məhkəməsində ikinci icraat 20. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 5 noyabr 2019-cu il tarixli 2-1(82)3080/2019 nömrəli qərarına əsasən (hakim R.L.Kərimli) iddia qismən t əmin edilmiş, iddiaçının əmlakının sökülməsi nəticəsində vurulmuş 321.800 manat məbləğində maddi ziyan cavabdehdən onun xeyrinə tutulması qərara alınmışdır.
21. Məhkəmə qeyd etmişdir ki, hazırda müvafiq tikililər mövcud olmasa da, onun əlamətləri, təsviri nəzərə alınmaqla bir neçə il əvvəl aiddiyəti mülki işin icraatında keçirilmiş ekspertizanın nəticələri üzrə əldə olunmuş 20 oktyabr 2014-cü il tarixli rəy mövcuddur. İşdə olan digər, yəni 2019-cu ildə həmin əmlakların dəyərinin müəyyən edilməsinə dair rəyə gəldikdə isə, söküntü hazırkı dövrdə deyil, əvvəllər aparıldığından, eləcə də 20 oktyabr 2014-cü il tarixində alınmış rəydə tikililər daha yuxarı məbləğdə qiymətləndirildiyindən və iddiaçıya o vaxtdan heç bir ödəniş edilmədiyindən 20 oktyabr 2014-cü il tarixli rəy nəzərə alınmalıdır. İd dia tələbinin “mənəvi zərərin ödənilməsi” hissəsi ilə bağlı isə iddiaçı heç bir sübut təqdim etmədiyindən həmin hissədə iddia tələbi təmin oluna bilməz.
22. Üçüncü şəxs Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın iddianın təmin edilmədiyi hissədə ləğv edilməsini, iddia təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. d. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2-1(103)-5 5/2021 nömrəli qərarı ilə ( X.A.Cəmilova, hakimlər: M.N.Tağızadə və C.A.Yusifov ) 3-cü şəxs Azərbaycan Republikası Maliyyə Nazirliyi, cavabdeh Bakı şəhəri Cavabdeh və İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətiləri qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3080/2019 saylı 05 noyabr 2019-cu il tarixli qərarı qismən, “torpağa görə maddi ziyanın və ümumilikdə vurulmuş mənəvi ziyana görə mənəvi zərərin tutulması barədə iddianın rədd edildiyi” hissədə ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, cavabdeh Bakı şəhəri Cavabdehndən İddiaçı xeyrinə torpaq sahəsi ilə bağlı vurulmuş maddi ziyana görə 200.000 manat pul vəsaiti, ümumilikdə vurulmuş mənəvi ziyana görə isə 5000 manat pul tutulmuş, Qərar iddiaçının daşınmaz əmlakının sökülməsi nəticəsində ona vurulmuş maddi ziyanla bağlı hissədə dəyişdirilərək, cavabdeh Bakı şəhəri Cavabdehndən İddiaçı xeyrinə 44000 manat pul tutulmuş, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
26. Məhkəmə qeyd etmişdir ki, 26 saylı orta məktəbin qonşuluğunda olan iddiaçıya məxsus 400 kv.m. qeyri-yaşayış sahəsinin ərazisi ona məlumat vermədən, əmlakı ondan almadan tam şəkildə sökülmüşdür. Ərazinin əksər hissəsi 26 saylı orta məktəbə qatılmiş, qalan hissəsi Aruz Mirzəyev küçəsinə daxil edilmişdir. Göründüyü kimi, iddiaçı ona məxsus 400 kv.m. torpaq sahəsi üzərində hüquqlarını həyata keçirməkdən bu və ya digər səbəblərə görə məhrum olmuşdur. Bundan başqa məhkəmə kollegiyası işin sadalanan hallarını, o cümlədən iddiaçının 2011-ci ildə sökülmüş daşınmaz əmlakı və mülkiyyətində olan torp aq sahəsi ilə bağlı qanunla qorunan hüquqlarını həyata keçirə bilmədiyini və buna görə uzun zaman gedən məhkəmə mübahisələri ilə bağlı onun mənəvi iztirab və sarsıntı keçirdiyinin istisna olunmadığını, həmin mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlılığını nəzərə alaraq mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 5000 manat pulun tutulmasını ağlabatan və ədalətli hesab edir.
27. İddiaçı və cavabdeh hər biri ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, qərarın ləğv edilməsini, iddiaçıya nisbətdə iddia tələbinin təmin edilməsi cavabdeh və üçüncü şəxsə nisbətdə isə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə 20 sentyabr 202 1-ci il tarixli 02-56/21 saylı ekspert rəyinə istinad edərək hesab edib ki, iddiaçıya məxsus 340 kv.m.lik tikililərin qanunsuz sökülməsinə görə ona 44.000 manat maddi zərər dəymişdir. Məhkəmə bu rəyə istinad etməsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli qitymətləndirmənin nəticəsi hazırki iş üzrə bundan öncə apellyasiya baxışı zamanı verilmiş mütəxəssis rəylərinə uyğun olduğu üçün sonuncu rəy (20 sentyabr 2021-ci il tarixli) mötəbər sübut kimi qəbul edilməlidir. Qeyd edək ki, bu iş üzrə 20 sentyabr 2021-ci il tarixli ekspert rəyindən başqa daha 3 dəfə qiymətləndirmə keçirilmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixli rəydə, 340kv.m.lik tikililərə 44.000 manat qiymət qoyulsa da, əvvəlki 20 oktyabr 2014-cüil tarixli ekspert rəyində 321.800 manat, 30 oktyabr 2019-cu il tari xli ekspert rəyində 289.000 manat 19 may 2021-ci il tarixli ekspert rəyindən isə 163200 manat qiymət qoyulmuşdur. Beləliklə 20 sentyabr 2021-ci il tarixli ekspert rəyi əvvəlki rəylərə nəinki, uyğun sayıla bilər, həmin rəylərdən ciddi şəkildə fərqlənən rəydir. Bundan başqa xx.xx.2021-ci il tarixli ekspert rəyinə gəldikdə isə hesab edirik ki, rəyin əsaslandıncı hissəsində 340 kv.m. lik tikililərin qiymətinin 44.000 manat təşkil etməsi ümumiyyətlə əsaslandırılmayıb. Rəyin əsaslandıncı hissəsində iddiaçının əmlakı ilə eyni qəsəbədə (Buzovnada) qeyri yaşayış sahəsi olan daşınmaz əmlakların qiymətləri ilə göstəlsə də, həmin əmlakla iddiaçının əmlakının müqayisəvi təhlili aparılmamışdır. Müqayisə üçün baxm 20 oktyabr 2014-cü il tarixli və 30 oktyabr 2019-cu il tarixli ekspert rəylərindəki əsaslan dırmalara baxmaq olar. Bu iki rəydə də eyni ərazidə satılan daşınmaz əmlaklar nümunə kimi götürülsə də, həmin rəylərdə mübahisə predmeti olan daşınmaz əmlakın dəyəri həmin nümunə obyektlərin dəyərlərinin müqayisəvi təhlili aparılaraq çıxarılıb. Məhkəmənin istinad etdiyi xx.xx.2021 -ci il tarixli ekspert rəyində isə bəlli olmurki, ekspert tikintinin qiymətinin 44.000 manat təşkil etməsini hardan götürüb. Belə olan halda xx.xx.2021-ci il tarixli ekspert rəyinin məhkəmə tərəfindən mötəbər hesab edilməsi prosessual pozuntudur.
29. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi qanunsuz və əsassız olaraq İddiaçı mülkiyyətində olan torpaq sahəsinin alınması ilə bağlı Xəzər RİH-dən pul tutur. Nəzərə alınmalıdır ki, iddiaçının torpaq sahəsi Xəzər RİH tərəfindən alınmay ıb, onun torpaq sahəsinin bir hissəsində məktəb üçün sinif otaqları inşa olunub, bir hissəsi isə qəsəbə daxili yol sahəsinə düşüb. Həmin sinif otaqları və yol Xəzər RİH- balansına daxil olmayıb. Torpaq sahəsi ilə bağlı zərər məbləğinin İH-dən tulması başa düşülən deyil. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, həmin 400 kv.m torpaq sahəsi bu gün də İddiaçı mülkiyyətindədir, onun mülkiyyət hüququ ləğv edilməyib, məhkəmə İddiaçı torpaq sahəsindən istifadəsi ilə bağlı məhdudiyyətin yaranmasına görə İH-dən pul tutulması qənaətinə gəlir, ancaq, bu mövqeyini heç bir hüquq norması ilə əsaslandırmır.Torpaq sahəsi İddiaçı mülkiyyətində aldığı, lakin, torpaqdan istifadə ilə bağlı məhdudiyyət yarandığından İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255-262ci maddələrinə əsasən mülkiyyət inin servitut kimi qeydiyyata alınmasını tələb etmək, cavabdeh təşkilatlara iddia verib servitut üçün haqq almaq hüququ var.İddiaçı Xəzər RİHdən torpağa görə vurulmuş zərər tələb etməkdə, məhkəmə isə həmin tələbi təmin etməkdə haqlı olmamışdır. Torpaqla bağlı servitutla bağlı hüquq normaları tətbiq edilməlidir.
30. Mənəvi ziyanla bağlı məsələyə gəldikdə isə İddiaçı Xəzər RİH tərəfindən mənəvi zərər vurulmayıb, qanunvericiliyə, məhkəmə təcrübəsinə əsasən mənəvi zərər keçirilmiş sarsıntıda, iztirabda ifadə edilməlidir.“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008~ci il tarixli, 7 nömrəli qərarında izah olunur ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya” nın, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.Əgər, İddiaçı Xəzər RİH-nin hərəkətlərinin ona mənəvi zərər yetirməsi ilə bağlı hər hansı bir sarsıntı, iztirab keçirmiş olsa idi elə ilk əvvəldən Xəzər RİH-nə qarşı iddia vermiş olardı. O, əmlakının sökülməsi, torpağının alınması ilə bağlı Xəzər RİH-ni ona zərər vuran təşkilat kimi görməyib, ona görə də Xəzər RİH-nə qarşı daha öncədən iddia verməyib, yalnız, mülki mühakimə icraatı qaydasında məhkəməni uduzduqdan sonra Xəzər RİH-nə qarşı iddia vermişdir.Bakı Apellyas iya Məhkəməsi mənəvi zərərin təmin edilməsi ilə bağlı da hüquqi mövqedən çıxış etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
32. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə. Bənd
3. Yerli icra hakimiyyəti başçıları yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıqların mühafizəsini təşkil edir. Bənd
4. Tikinti işləri başa çatmış ərazilərin həmin işləri aparmış şəxslər tərəfindən abadlaşdırılmasına və yaşıllaşdırılmasına nəzarəti həyata keçirmək yerli icra hakimiyyəti başçısının səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarı. “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.” 34. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbayca n Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şə xsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”
35. Mülki Məcəllə. Maddə 152.1 Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.9 Dövlət ehdiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Maddə
158. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1 Girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar. 158.2 Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 203.3 Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi, qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi, sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması, rekvizisiya, müsadirə. Maddə 1096. Mülki hü quq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
36. İnzibati Prosessual Məcəllə. Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifay ətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-) Maddə 29-1. Məhkəmə ekspertizası İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Maddə
58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyy əti üzrə qərar qəbul etmədikdə. (-) 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
37. Mülki Prosessual Məcəllə Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. M addə
102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. (-) Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
38. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, iddiaçı və cavabdehin şikayətləri üzrə kassasiya mümkün hesab edilmişdir.
39. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli araşdırmamış, prosessual normaların tələblərini pozmuşdur.
41. İşin mübahisəsiz hallarından məlumdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçıya məxsus tikilinin məhz cavabdeh inzibati orqan tərəfindən sökülməsi faktı təsdiq olunur. Hazırda mübahisələndirilən hal isə həmin söküntüyə görə iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği ilə bağlıdır.
42. Kompensasiya məbləğini müəyyən etmək üçün həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza təyin edilmişdir. İş materiallarına bir neçə ekspert rəyi əlavə edilsə də, həmin ekspert rəylərində kompensasiya kimi müəyyən edilmiş məbləğlər müxtəlif olmuşdur.
43. Belə ki, "xxxx" MMC-nin MB 07/1453 saylı 20 oktyabr 2014-cü il tarixli ekspert rəyi ilə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” (seriya MH № 0204691, 176 saylı reyestr kitabının 16388 nömrəli vərəqi, reyestr № **********86, qeydiyyat № **********, 27 yanvar 2009-cu il tarixli) əsasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən sahəsi 400 kv.m. olan torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş (hazırda sökülmüş) sahəsi 340 kv.m. olan qeyri- yaşayış sahəsinin 20 oktyabr 2014-cü il tarixinə hesablanmış bazar dəyərinin 481.500 manat, o cümlədən torpaq sahəsinin 159.700 manat, bina, tikili və qurğuların 321.800 manat təşkil etdiyi müəyyən edilmişdir.
44. İşdə olan "xxxx" MMC-nin MB 12/899 saylı 30 oktyabr 2019-cu il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Ç ıxarış” əsasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən sahəsi 400 kv.m. olan torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş (hazırda sökülmüş) sahəsi 340 kv.m. olan qeyriyaşayış sahəsinin 30 oktyabr 2019-cu il tarixinə hesablanmış bazar dəyərinin 469.000 manat, o cümlədən torpaq sahəsi 180.700 manat, bina, tikili və qurğuların 289.000 manat təşkil etməsi müəyyən edilmişdir.
45. İşə apellyasiya qaydasında baxılarkən iddiaçıya məxsus əmlakın sökülməsi ilə bağlı dəymiş ziyanın miqdarını müəyyən etmək üçün alınmış rəylərlə bağlı tərəflər arasında mübahisə olmaqla yanaşı, Maliyyə Nazirliyi həm də belə rəylər alınarkən həmin idarənin mütəxəssisinin də iştirakının təmin olunmasının vacib olduğunu bildirmişdir. Bununla bağlı apellyasiya instansiyası mə hkəməsi tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyindən və Bakı şəhəri Cavabdehndən mütəxəssis cəlb edilməklə iş üzrə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş, 8 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətindən məhkəməyə daxil olmuş daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi ilə Bakı şəhər Cavabdeh tərəfindən qəsəbələrarası və qəsəbədaxili asfalt yollarının bərpası və Buzovna qəsəbəsində 26 saylı orta məktəbin əsaslı təmir aparılması nəticəsində, vətəndaş İddiaçı məxsus qeyri-yaşayış sahəsinin sökülməsini, qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyətdə olmasını, aparılan abadlaşdırma və yenidənqurma işlərinin tikinti sahəsinə düşməsini təsdiq edən sənəd, müvafiq baxış aktı, cizgilər, fotoşəkillər, sökün tünün həyata keçirilməsi ilə bağlı maliyyə mənbəyi barədə məlumat və digər qanunvericiliklə tələb olunan sənədlər təqdim edilmədiyi üçün rəyin bildirilməsi mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2008-2013-cü illər ərzində “X5 Hava LimanıBilgər qəsəbəsi avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən maneələrə dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq torpaqların və qeyri-yaşayış sahələrinin alınması zamanı, Azərbaycan Respublikası Prezidentinin 689 saylı 26 dekabr 2007-ci il tarixli Fərmanına əsasən 20% əlavə edilməklə qeyd olunan əraziyə yaxın yerlərdə satın alınan torpaq sahələrinin 1.0 sotunun bazar qiymə tinin bütün əlavələr nəzərə alınmaqla 7200.00 manat, yaşayış və qeyri-yaşayış sahəsinin 1 kv.m-nin qiymətinin isə 400 manat olduğu müəyyən edilmişdir.
46. Əmlak Ekspertizası Mərkəzinin 19 may 2021-ci il tarixli ƏEM/A 136-457/21 saylı ekspert rəyindən isə görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən sahəsi 400 kv.m. olan torpaq sahəsinin, həmin torpaq sahəsində inşa edilmiş (hazırda sökülmüş) sahəsi 340 kv.m. olan qeyri-yaşayış sahəsinin söküldüyü dövrdə, yəni 2011-ci il tarixə bazar dəyəri tikililər üzrə (inşa edilmiş sahə və bazar dəyəri nəzərə alınmaqla) 163200 manat, xüsusi mülkiyyətdə olan torpaq sahəsi (ümumi sahə) 28000 manat olmaqla, 191200 manat, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən sahəsi 400 kv.m. olan torpaq sahə sinin və həmin torpaq sahəsində inşa edilmiş (hazırda sökülmüş) sahəsi 340 kv.m. olan qeyri-yaşayış sahəsinin hazırki bazar dəyərinin tikililər üzrə (inşa edilmiş sahə və bazar dəyəri nəzərə alınmaqla) 170000 manat, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin (ümumi sahə) dəyərinin 32000 manat olmaqla, 202000 manat təşkil etməsi müəyyən edilmişdir.
47. Göründüyü kimi, apellyasiya baxışı zamanı qiymətləndirmə ilə bağlı alınmış rəylərlə birinci instansiya məhkəməsində alınmış rəylər arasında kəskin fərq olmuş, apellyasiya instansiyası məhkəməsi tərəfindən 27 may 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən və Bakı şəhəri Cavabdehndən mütəxəssis cəlb edilməklə iş üzrə təkrar məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş və ekspert qarşısında Bakı şəhəri, Xəz ər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən sahəsi 400 kv.m. olan torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş (hazırda sökülmüş) sahəsi 340 kv.m. olan qeyri-yaşayış sahəsinin həm söküldüyü dövrə, həm də hazırki dövrdə bazar qiymətinin müəyyən edilməsi ilə bağlı sual qoyulmuşdur.
48. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətindən 23 iyul 2021-ci il tarixdə məhkəməyə daxil olmuş daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, Bakı şəhər Cavabdeh tərəfindən qəsəbələrarası və qəsəbədaxili asfalt yollarının bərpası və Buzovna qəsəbəsində 26 saylı orta məktəbin əsaslı təmir aparılması nəticəsində, vətəndaş İddiaçı məxsus qeyri-yaşayış sahəsinin sökülməsini, qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyətdə olmasını, aparılan abadlaşdırma və yenidənqurma işləriin tikinti sahəsinə düşməsini təsdiq edən sənəd, müvafiq baxış aktı, cizgilər, fotoşəkillər, söküntünün həyata keçirilməsi ilə bağlı maliyyə mənbəyi barədə məlumat və digər qanunvericiliklə tələb olunan sənədlər təqdim edilmədiyi üçün rəyin bildirilməsinin mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2008- 2013-cü illər ərzində “X5 Hava LimanıBilgər qəsəbəsi avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən maneələrə dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq torpaqların və qeyri-yaşayış sahələrinin alınması zamanı, Azərbaycan Respublikası Prezidentinin 689 saylı xx.xx.2 007-ci il tarixli Fərmanına əsasən 20% əlavə edilməklə qeyd olunan əraziyə yaxın yerlərdə satın alınan torpaq sahələrinin 1.0 sotunun bazar qiyməti bütün əlavələr nəzərə alınmaqla 7200.00 manat, yaşayış və qeyri-yaşayış sahəsinin 1 kv.m-nin qiymətinin 400.0 manat olduğu müəyyən edilmişdir.
49. Həmçinin, 23 sentyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş "xxxx" MMCnin 20 sentyabr 2021-ci il tarixli 02-56/21 saylı ekspert rəyindən isə görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən sahəsi 400 kv.m. olan torpaq sahəsinin, həmin torpaq sahəsində inşa edilmiş (hazırda sökülmüş) sahəsi 340 kv.m. olan qeyri-yaşayış sahəsinin söküldüyü dövrdə, yəni 2011-ci il tarixə bazar qiyməti tikililər qiyməti (torpaq sahəsi üzrə (müqayisəli yanaşma) 170000 manat və tikililər üzrə a mortizasiya olunmuş əvəzetmə dəyəri 40000 manat) 210000 manat, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən sahəsi 400 kv.m. olan torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş (hazırda sökülmüş) sahəsi 340 kv.m. olan qeyri-yaşayış sahəsinin xx.xx.2021-ci il tarixinə bazar qiymətinin (torpaq sahəsi üzrə (müqayisəli yanaşma) 200000 manat və tikililər üzrə amortizasiya olunmuş əvəzetmə dəyəri 44000 manat) 244000 manat təşkil etdiyi göstərilmişdir.
50. Apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC-nin 20 sentyabr 2021-ci il tarixli 02-56/21 saylı ekspert rəyinə istinad edərək iddiaçının ona məxsus 400 kv.m. torpaq sahəsindən faktiki olaraq istifadə edə bilməməsi və onun üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilməməsinə görə həmin torpağın dəyəri q ismində 200000 manat pul vəsaiti maddi ziyan olaraq cavabdeh inzibati orqandan iddiaçının xeyrinə tutulması barədə qərar qəbul etmişdir.
51. Halbuki, hazırkı qərarın 36-37-ci bəndlərində göstərilən normaların məzmunundan aydın olur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspertin rəyi ilə razılaşmadıqda öz mövqeyini qərarda əsaslandırılmalıdır.
52. Apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC-nin 20 sentyabr 2021-ci il tarixli 02-56/21 saylı ekspert rəyini mötəbər hesab etmiş, həmin rəyə istinad etməklə kompensasiya məbləğini müəyyən etmişdir. Yuxarıda qeyd olunanlardan isə görünür ki, iş materia llarında həmin rəylə ziddiyyət təşkil edən digər ekspert rəyləri də var. Məhkəmə digər ekspert rəyləri ilə razılaşmasa da, bununla bağlı mövqeyini əsaslandıra bilməmiş, həmin rəylərin mötəbərliyini şübhə altına alacaq hər hansı hala istinad etməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi ekspert rəyləri ilə razılaşmadıqda bu barədə öz mövqeyini qərarında göstərməli idi.
53. Bundan başqa, işə baxan apellyasiya instansiyası məhkəməsi ekspert rəyləri ilə razılaşmadığı halda, iddiaçıya məxsus olan və cavabdeh tərəfindən sökülmüş evin yerləşdiyi ərazidə olan digər evlərin notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrini əldə edərək, həmin qiymətlər əsasında mübahisəli evin bazar qiymətini müəyyən edə bilərdi. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçıya məxsus ev bir neçə il əvvəl söküldüyündən ona dəymiş ziyanın məbləği də evin söküldüyü vaxt mövcud olan bazar qiymətləri əsasında müəyyən edilməlidir.
54. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarını tam, hərtərəfli araşdırmadan kompensasiya məbləği müəyyən etmiş, bununla da hazırkı qərarın 31-32-ci bəndlərində göstərilən prosessual normaların tələblərini pozmuşdur. Odur ki, kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2-1(103)-55/2021 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan məhkəmə Ali Məhkəmənin hazırkı qərarın 51-53-cü bəndlərində göstərilən hüquqi mövqeyinə uyğun araşdırma aparmalı, nəticədən asılı olaraq ədalətli qərar qəbul etməlidir.
55. Şərh olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı və cavabdehin kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 21(103)-55/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. İddiaçı və cavabdehin kassasiya şikayətləri qalan hissədə təmin edilməsin.