Məhkəmə qərarları › İş №2-1(102)-108/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-108/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-108/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: yeni açılmış halla bağlı ərizə giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) q arşı “əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)108/2021 saylı, 10 fevral 2021-ci il tarixli qərarından cavabdehin verdiyi yeni açılmış halla bağlı ərizəsinə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə:

1. İddiaçı 18.07.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1nə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 25.08.1988-ci il tarixdən 05.07.1993-cü il tarixə kimi olan dövr üzrə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı 5 il müddətin 2 il 6 ay və Lənkəran Yol Təmir Tikinti Sahəs ində hüquqşünas vəzifəsində işlədiyi 1 il 5 ay 11 gün hesablayıb nəzərə alınmaqla, xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 26 il 4 ay 7 gün iş stajına malik olması, müvafiq staj illəri üzrə 01.01.2017-ci ilə kimi yaşa görə pensiyaya çıxmaq hüququnun yaranması və ona xüsusi rütbəli şəxs kimi əmək pensiyasının təyin olunması və hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-2060/2019 saylı, 11.09.2019cu il tarixli qərardadı ilə iddiaçının Cavabdeh1nə qarşı iddia tələbi üzrə iddiaçının olduğu kimi saxlanılması, Cavabdeh1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır.

3. Şirvan İnzibat i-İqtisadi Məhkəməsinin 2-1(086)-2060/2019 saylı, 11.09.2019cu il tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı sosial sığorta stajının nəzərə alınmaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

4. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək onun 25.08.1988-ci il tarixdən 05.07.1993-cü il tarixə kimi olan dövr üzrə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı müddətin qanunvericiliyə əsasən bir ili 6 ay sayılmaqla, ZE seriyalı, ******* nömrəli hərbi biletdə qeyd edilən dövrün və xüsusi rütbəli şəxs kimi Ədliyyə orqanlarında qulluq etdiyi xidmət illərinin onun sığorta stajına daxil edilərək, 25 ildən çox qulluq stajının tamamlandığı nəzərə alınaraq ona xüsusi rütbəli şəxs kimi pensiya hüququnun yarandığı tarixdən (01.07.2017-ci ilədək) güzəştli əsaslarla əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının 25.08.1988-ci il tarixdən 05.07.1993-cü il tarixə kimi olan dövr üzrə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı müddətin qanunvericiliyə əsasən bir ili 6 ay sayılmaqla, ZE seriyalı, ******* nömrəli hərbi biletdə qeyd edilən dövrün və xüsusi rütbəli şəxs kimi Ədliyyə orqanlarında qulluq etdiyi x idmət illərinin onun sığorta stajına daxil edilərək, 25 ildən çox qulluq stajının tamamladığı nəzərə alınaraq ona xüsusi rütbəli şəxs kimi pensiya hüququnun yarandığı tarixdən (01.07.2017-ci il tarixədək) güzəştli əsaslarla əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

6. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 19 avqust 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati koll egiyasının 2-1(102)108/2021 saylı, 10 fevral 2021-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-923/2020 saylı 19 avqust 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, İddiaçı 25 avqust 1988-ci il tarixdən 5 iyul 1993-cü il tarixə qədər olan ali təhsil dövrü və hərbi biletdə qeyd edilən dövr xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında qulluq etdiyi xidmət illəri onun sığorta stajına daxil edilərək 1 iyul 2017-ci ildən güzəştli şərtlə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş, kasasiya şikayəti qalan hissədə təmin olunmamışdır.

9. Cavabdeh 24 may 2021-ci il tarixdə yeni açılmış halla bağlı icraatın təzələnməsi haqqında ərizə ilə kasasiya məhkəməsinə müraciət edərək bildirmişdir ki, kasasiya məhkəməsinin hesablamasına görə iddiaçının ədliyyə orqanlarında qulluq stajı 1 iyul 2017-ci il tarixə 25 il 3 gün təşkil edir, lakin 1 iyul 2017-ci il tarixə iddiaçının qulluq stajı 24 il 11 ay 27 gün təşkil edir, odur ki, məhkəmə hesablama zamanı səhvə yol verdiyindən kasasiya məhkəməsinin 10 fevral 2021-ci il tarixli qərarı ləğv edilməli, iddiaçının kasasiya şikayəti təmin edilməməlidir. Tətbiq edilən hüquq

10. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə

101. Məhkəmə aidiyyəti Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Maddə

104. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin məzmunu (-). Maddə 104.2. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Maddə

106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü Maddə 106.1. Məhkəmə icraatın tə zələnməsi üçün ərizədə göstərilmiş hallarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Kasasiya məhkəməsinin mövqeyi:

11. Cavabdeh yeni açılmış halla bağlı icraatın təzələnməsi haqqında ərizəsində kasasiya məhkəməsində işə baxılarkən iddiaçının ədliyyə orqanlarında qulluq stajının 1 iyul 2017-ci il tarixə qədər olan dövrünün düzgün hesablan madığını bildirmişdir.

12. Məhkəmə kollegiyası ərizədə göstərilən faktın əsaslılığına münasibət bildirmədən aşağıdakıları qeyd edir.

13. İPM-in 100-cü maddəsinin tələbinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.

14. Cavabdehin ərizəsində göstərdiyi 1 iyul 2017-ci il tarixə qədər iddiaçının ədliyyə orqanlarında qulluq keçmə stajı barədə məlumatlar əvvəllər iş materiallarında mövcud olmuş və işdə olan sənədlər əsasında kasasiya məhkəməsi tərəfindən iddiaçının qulluq s tajı müəyyən edilmişdir.

15. Cavabdeh yeni açılmış halla bağlı ərizəsində qeyd etdiyi məlumatın sonradan aşkar olunması və həmin məlumatın ondan asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması ilə bağlı hər hansı əsaslandırma verməmişdir.

16. Cavabdehin ərizəsində istinad etdiyi hallar əvvəllər də işə baxan kasasiya məhkəməsinə məlum olmuş və məhkəmə qərarında həmin dəlillərlə bağlı hüquqi qiymətləndirmə əksini tapmışdır.

17. İPM-in 106.3-cü maddəsinə əsasən, icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.

18. Cavabdeh mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş hər h ansı sübut təqdim etməmişdir. Cavabdeh icraatın təzələnməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcudluğunu sübut edə bilmədiyindən ərizə təmin edilə bilməz.

19. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından ərizə rədd edilməlidir.

20. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 98.1 və 106.3-cü maddələrini rəhbər tutaraq Qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsi təmin edilməsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar