Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1081/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2416/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
1. İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xəstəliyi ilə bağlı dövlət hesabına tibbi ekspertiza təyin edilməsini xahiş etmişdir.
2. Sonradan iddiaçı xx.xx.2020-ci il tarixdə tələbin dəqiqləşdirilməsinə dair ərizə verərək əlilliyin təyin edilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1988-ci ildə ağır avtomobil qəzası keçirmişdir. Qəza nəticəsində sağ ayağı diz nahiyəsindən sınmış və uzun müddət xəstəxanada və 9 ay ev şəraitində müalicə olunmuşdur. 1989-cu ildən 1996-cı ilədək əmək fəaliyyəti ilə məşğul olsa da, daha sonra diz nahiyəsində problemlər və əmək fəaliyyətində qüsurlar yaranması səbəbi ilə işdən azad olunmuşdur. xx.xx.1997ci il tarixdə Suraxanı rayonu qaz istismarı idarəsində işə götürülsə də, elə həmin gün işdən azad edilmişdir. Səhhəti ilə bağlı 1997-ci ildən bu günə qədər heç bir yerdə işləməmiş və heç bir əmək fəaliyyəti olmamışdır. 2000-ci ildə ailə qurmuş, himayəsində 11 yaşında oğlu və ağır şəkər xəstəsi olan həyat yoldaşı vardır. Özü də uzun müddətdir ağır şəkər xəstəsidir. 2019-cu ilin noyabr ayından insulindən istifadə edir və heç bir yerdən gəliri yoxdur. Xəstəliyi ilə bağlı Suraxanı rayonu Hövsan qəsəbəsi 23 nömrəli şə hər poliklinikasının TSEK-ə əlilliyinin dərəcəsini müəyyən etmək məqsədilə müraciət etmiş, 4 dəfə ekspertizadan keçsə də, 4 dəfə də imtina sənədi almışdır. Bununla bağlı Səhiyyə Nazirliyinə müraciət etmiş və Nazirlik tibbi xidmətin göstərilməsi ilə bağlı X4 və Ortopediya İnstitutuna məktub göndərmişdir. xx.xx.2019-cu ildə həmin institutda müayinə olunmuş və xx.xx.2019-cu ildə ona bildirilmişdir ki, əməliyyat edilməsi üçün 1373-cü şəxs olaraq qeydiyyata alınmışdır. 1988-ci ildən 23 nömrəli şəhər poliklinikasında xəstəlik kitabçası olmuş, lakin müraciət etməsinə baxmayaraq ona məxsus kitabça tapılmamışdır. Həmin kitabçada onun dizində yaranmış xəstəlik və keçirdiyi müxtəlif xəstəliklərlə bağlı geniş məlumatlar əks olunmuşdur. Cavabdehin etirazları:
4. Cavabdeh iddia tələbinə qarşı yazılı eti raz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyəti ilk dəfə səhiyyə müəssisəsinin göndərişi əsasında xx.xx.2018-ci ildə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir. Göndərişin təhlili göstərmişdir ki, xəstəlik xx.xx.1988-ci ildə başlamış və əsas diaqnoz kimi “Digər posttravmatik qonartrozlar”, sağ diz oynağının deformasiyaedici artozo-artriti, hetero tipik ossifikasiyası” xəstəliyi, ağırlaşma kimi isə “Oynaqların kontrakturası, sağ diz oynağının qarışıq tipli kontrakturası, oynaqda ağrı, sağ diz oynağında daimi ağrı sindromu, yerişin pozulması ilə”, yanaşı xəstəlik kimi isə “Essentsial (birincili) hipertenziya, arterial hipertenziya İİ mərhələ. Dizin sınığı, sağ diz qapağının bitişmiş sınığı” xəstəlikləri qeyd edilmişdir. Qeyd ed ilmiş travma və onun ağırlaşmaları Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq əlilliyin təyininə əsas vermir. Buna görə də əlillik təyinatı aparmaq mümkün olmamış və ətraflı müayinələrin və dinamik müşahidələrin aparılması üçün əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişləri əsasında xx.xx.2019-cu, xx.xx.2020-ci, xx.xx.2020-ci il tarixlərdə qiymətləndirilmiş və hər bir halda göndərişdə qeyd edilən məlumatlar əsasında əlillik təyinatı aparmaq mümkün olmamışdır. Belə ki, hər üç göndərişdə qeyd olunan əsas diaqnoz və onun ağırlaşmaları, eləcə də yanaşı xəstəliklər əlilliyin təyininə əsas vermir, travmadan sonra ətrafın funksional vəziyyəti m üayinələrlə əsaslandırılmır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4900/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə xx.xx.1956-cı il təvəllüdlü İddiaçı İsgəndər oğlunu əyani tibbi-sosial ekspertiza müayinəsindən keçirərək, onda olan xəstəlik və qüsurların ona hər hansı qrup əlillik dərəcəsinə əsas verib-verilməməsi barədə rəy verilməsi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (Ali Nəzarət Komissiyası) həvalə edilmişdir.
6. Cavabdehin məhkəməyə xx.xx.2020-ci il tarixli, 2-1(112)-4900/2020 nömrəli qərardadın icrası ilə bağlı təqdim etdiyi məktubunda qeyd edilmişdir ki, məhkəmə qərarının icrası məqsədi ilə İddiaçı xx.xx.2021-ci il tarixli, **********6 nömrəli və xx.xx.2021-ci il tarixli ********** nömrəli məktubla in zibati icraatın yenidən tam və hərtərəfli həyata keçirilməsi məqsədi ilə əyani müayinəyə dəvət edilmişdir. Lakin iddiaçı bu günə qədər əyani müayinəyə gəlməmiş, həmçinin hər hansı aidiyyəti sənədləri də Agentliyə təqdim etməmişdir. Buna görə də, qərarın icrası məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi mümkün olmamışdır.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1069/2021 nömrəli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur. 1-ci sual: İddiaçının müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? 2-ci sual: bu xəstəlik və qüsurlar ona hər hansı qrup əlillik dərəcəsi ver ilməsinə əsasdırmı?
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB PHŞ-nın T 28/2022 nömrəli rəyinə əsasən iddiaçının adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir: 1-ci suala cavab: İddiaçının adına tərtib edilmiş 0050003AACY6 nömrəli göndərişə (Forma 88) əsasən “sağ diz oynağının açıcı-bükücü kontrakturası, açma – 170 dərəcə, bükmə - 90 dərəcə, oynaqda daimi ağrı sindromu, sağ diz oynağının osteofikatı, diz oynağının sinoviti, diz oynağının miniskiti, insulindən asılı olmayan şəkərli diabet, İİ tip, orta forma” diaqnozuna uyğun xəstəliklər aşkar olunur. 2-ci suala cavab: Bu diaqnoza uyğun xəstəlik və qüsurlar, xəstəliyinin əyani müayinəsinin nəticələrinə əsasən əlilliyə əsas verə n patofunksional dəyişikliklər aşkar olunmadığına görə əlillik təyini üçün əsas vermir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-262/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının cavabdehə qarşı iddiaçıya əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçının əlilliyinin müəyyən olunması haqqında qərar qəbul edilməsindən cavabdeh tərəfindən imtina edilmişdir, həmin imtinanın tamamilə əsaslı olması isə iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiqlənir. Belə ki, məhkəmə tibbi ekspertizasının rəyinə əsasən iddiaçının adına tərtib edilmiş göndərişdəki xəstəliklər (sağ diz oynağının açıcı-bükücü kontrakturası, açma - 170 dərəcə, bükmə - 90 dərə cə, oynaqda daimi ağrı sindromu, sağ diz oynağının osteofikatı, diz oynağının sinoviti, diz oynağının miniskiti, insulindən asılı olmayan şəkərli diabet, İİ tip, orta forma) əlillik təyini üçün əsas vermir. Belə olan hallarda iddiaçının əlilliyinin müəyyən edilməsindən imtina edilməsi ilə əlaqədar cavabdehin hərəkətlərində qanun pozuntusuna yol verilmədiyi üçün iddiaçının iddia tələbinin hüquqi əsası yoxdur.
11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və yeni qərar çıxarılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-2631/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-262/2022 saylı qərarı dəyişdiri lmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-671/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-2631/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ümumiyyətlə əlilliyin təyin edilməsi ilə bağlı olan inziba ti mübahisələr həll edildiyi zaman qanunun tələblərinin və obyektivliyin təmin edilməsi məqsədi ilə xüsusi bilik tələb olunan sualları izah etmək üçün ekspertiza təyin edilməlidir, belə ki, ekspertin rəyi məhkəmə üçün məcburi olmasa və MPM-nin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilsə də, (MPM-103.1-ci maddəsi), bu cür işlərdə ekspertiza rəyi iş üzrə qanuni və əsaslı məhkəmə qərarının qəbul edilməsində çox mühüm və hətta həlledici xarakter daşıyır.
17. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırkı iddiasının rədd edilməsi nəticəsinə gələrkən, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2, 2.1, 2.2, 2.3, 2.4, 2.5, 3.7-ci maddələrinə ist inad etməklə öz qərarında göstərmişdir ki, “qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, araşdırma zamanı şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaranırsa, TSERAS vasitəsilə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək, şəxsə bildirilərək TSERAS-a daxil edilir”.
18. Daha sonra apellyasiya instansiyası məhkəməsi qərarında yazmışdır ki, “İş materiallarından görünür ki, iddiaçıya əlillik dərəcəsinin təyin olunmasından imtinanın səbəbi kimi aşağıdakılar qeyd olunmuşdur: “Əlavə müalicəyə ehtiyacın olması. Xəstənin əlavə stasionar müayinəyə və müalicəyə ehtiya cı var. Son 1 il ərzində aparılmış stasionar müayinə və müalicələrin müddəti azdır”.
19. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB PHŞ-nın T 28/2022 nömrəli rəyinə əsasən iddiaçının adına tərtib edilmiş 0050003AACY6 nömrəli göndərişə (Forma 88) əsasən “sağ diz oynağının açıcı-bükücü kontrakturası, açma – 170 dərəcə, bükmə - 90 dərəcə, oynaqda daimi ağrı sindromu, sağ diz oynağının osteofikatı, diz oynağının sinoviti, diz oynağının miniskiti, insulindən asılı olmayan şəkərli diabet, İİ tip, orta forma” diaqnozuna uyğun xəstəliklər aşkar olunur. Bu diaqnoza uyğun xəstəlik və qüsurlar, xəstəliyinin əyani müayinəsinin nəticələrinə əsasən əlilliyə əsas verən patofunksional dəyişikliklər aşk ar olunmadığına görə əlillik təyini üçün əsas vermir”.
20. Buna görə də apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, “iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olan hal mövcud deyildir. Belə olan halda isə cavabdehin imtinası qanuni olmuşdur”.
21. Beləliklə, yuxarıda göstərilənlərdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin iddiaçının iddiasının rədd edilməsi üçün əsaslandığı həlledici və faktiki olaraq yeganə olan sübut – Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB PHŞ-nın T 28/2022 nömrəli ekspertiza rəyi olmuşdur.
22. Ekspert rəyindən də görünür ki, məhkəmə-tibb ekspertizasının aparılmasında cavabdeh Agentliyin tibbi sosial eksperti kimi əməkdaşı iştirak etmiş və o da ekspert rəyini imzalamışdır. 23. “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanunun müddəalarına görə məhkəmə eksperti işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxs ola bilər ekspertiza məhkəmə ekspertizası idarələrinin ekspertləri tərəfindən həyata keçirilir, məhkəmə ekspertizası ekspertlər tərəfindən aparıldıqda ekspertlərin müqaviləsi və əldə edilmiş nəticələrin yekunlaşdırılması mərhələsində proses iştirakçılarının iştirakına yol verilmir. Yalnız Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə belə hüquqları nəzərdə tutulmuş proses iştirakçıları məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin icazəsi ilə məhkəmə ekspertizasının aparılmasında iştirak edə bilərlər.
24. Cavabdeh Agentliyin əməkdaşı məhkəmə ekspertizası idarəsinin eksperti deyil, cavabdeh Agentliyin tibbi sosial eksperti vəzifəsin də işləməklə ekspertizanın nəticəsində maraqlı şəxs olduğundan, ekspertizanın təyin olunması haqqında qərardadda onun iştirakı nəzərdə tutulmadığından, məhkəmə ekspertizası idarəsinin rəhbəri cavabdehin nümayəndəsinin ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin etmiş məhkəmə qarşısında vəsatət qaldırmadığından cavabdehin əməkdaşının imzaladığı ekspert rəyi “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanunun bəhs edilən müddəalarının pozulması ilə tərtib edilmişdir. Bu səbəbdən iddianın rəddinin əsasını təşkil edən ekspert rəyi mötəbər sübut kimi qəbul edilmədiyindən apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.
25. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, həmin ekspertiza rəyini vermiş sözügedən təşkilat tərəfindən hazır kı iş üzrə məhkəmə tibbi ekspertlərin tərkibinə (onlar 3 nəfər olmuş qeyd Ali Məhkəmənindir) cavabdehin, yəni işin həll olunmasında maraqlı olan şəxsin bir nəfər eksperti dəvət olunaraq ekspertizanın keçirilməsində iştirak etmiş və ekspert rəyini imzalamışdır.
26. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, T 28/2022 saylı ekspert rəyində yazılmışdır ki, “xx.xx.2022-ci il tarixdə Cəfərov X3 təkrar ekspertiza şöbəsində TSEKin ekspertləri ilə birgə müayinədən keçirildi”.
27. Beləliklə, sözügedən ekspertizanın keçirilməsində birbaşa cavabdehin əməkdaşı, yəni işin həllində bilavasitə marağı olan şəxslər (ekspertlər) iştirak etmişdir. Buna görə də həmin sənədin qəbul edilməsi yolverilməzdir. d. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
28. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2416/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinə ekspertlərinə həvalə edilmiş və ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1-ci sual: İddiaçı canlı müayinə olmaqla iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün 0050003AACY6 nömrəli göndərişlə göndərilmiş № 88 saylı arayışında şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əs aslandırılmışdırmı? 2-ci sual: İddiaçı canlı müayinə olmaqla Forma № 88 saylı arayışda aparılan müayinənin nəticəsi diaqnozda öz əksini tapırmı? 3-cü sual: İddiaçı canlı müayinə olmaqla iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün göndərilmiş № 88 saylı arayışda qeyd olunan və iddiaçıda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməsində, həmçinin hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən xəstəliklərin əhatə dai rəsinə düşürmü? 4-cü sual: İddiaçı canlı müayinə olmaqla onda olan xəstəliklər hansı tarixdən yaranmışdır? Həmin xəstəliklərin müalicəsi mümkündürmü?
29. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X13nin T 492/2023 nömrəli rəyinə əsasən iddiaçının adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun olaraq komissiya aşağıdakı nəticələrə gəlmişdir: 1-ci və 2-ci suala cavab: İddiaçının iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib olunmuş 0050003AACY6 saylı Forma 088 göndərişdə qeyd edilmiş diaqnoz “Sağ diz oynağının deformasiyaedici artriti xəstənin anamnestik, kliniki, laborato r instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. TSEK-də əyani müayinələri zamanı əmək qabiliyyətinin itirilibitirilməməsi ilə əlaqədar tibbi-sosial ekspertlər tərəfindən hər-hansı bir qeydiyyat aparılmamışdır. Yuxarıda qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) ehtiyacı yoxdur. 3-cü suala cavab: Əlilliyin təyini ilə əlaqədar sualın həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun un 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. 4-cü suala cavab: İş materiallarına əsasən iddiaçıda olan xəstəliklər xx.xx.1988ci ildə aldığı travma və onun fəsadları ilə, yəni əsas xəstəlik, onun ağırlaşmaları ilə əlaqədardır. “Şəkərli diabet” isə onda yanaşı xəstəlikdir. Həmin xəstəliklər xroniki hala keçdiyindən müalicəsi yoxdur, lakin kəskinləşdiyi halda müalicəyə cəlb oluna bilər.
30. Bakı Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2416/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-262/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq aşağıdakıları qeyd etmişdir.
32. Apellyasiya icraatı zamanı T 492/2023 nömrəli rəyi ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X13nin eksperti məhkəmə iclasına dəvət olunaraq dindirilmiş, ekspert X2 izahatında bildirmişdir ki, iddiaçıda olan sağ diz oynağının deformasiyaedici artriti xəstəliyi 1988-ci ildə baş verən avtomobil qəzası nəticəsində yaranmışdır, hazırda həmin xəstəliyin əlavə müalicəyə ehtiyacı yoxdur, iddiaçıda olan digər şəkərli diabet xəstəliyi əlavə xəstəlik kimi qeyd edildiyindən əlillik təyinatı zamanı həmin xəstəlik nəzərə alınmır.
33. Həmçinin, cavabdehin mütəxəssisi X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, həm qüvvədən düşmüş Əlilliyin müəyyən edilməsi meyarlarına, həm də hazırda qüvvədə olan Əlilliyin müəyyən edilməsi meyarlarına diqqət edildikdə aydın görünür ki, Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri sırasında bir diz oynağına münasibətdə yalnız diz oynağının birtərəfli endoprotezləşməsi əlilliyin təyininə əsas verir. Hazırda isə iddiaçıda təsdiqini tapan diaqnoz yalnız bir diz oynağının deformasiyaedici artritidir ki, bu da əlilliyin təyininə əsas vermir. Sözügedən xəstəlik ya hər iki diz oynağında, ya da bud-ç anaq oynağında olduqda əlilliyin təyininə əsas verir. Bu səbəbdən iddiaçıya heç bir zaman əlillik təyin edilməmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıda olan əsas xəstəliyin diaqnozu sağ diz oynağının artriti, sinoviti, diz oynağının meniskiti xəstəlikləridir.
35. Məhkəmə kollegiyası həm tibbi göndərişin verilməsi zamanı qüvvədə olan əlilliyin təyini meyarlarına, həm də hazırda qüvvədə olan meyarlara diqqət yetirir.
36. Belə ki, qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədən aydın görünür ki, bir diz oynağının artriti əlilliyin təyininə əsas vermirdi.
37. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinet inin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13-cü bəndi əlilliyə əsas verən Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəliklərindən bəhs edir. Həmin bəndə diqqət edildikdən iddiaçıda olan xəstəliyin yalnız bir diz oynağına münasibətdə əlilliyə əsas verən xəstəliklər sırasında olmadığı aydın görünür.
38. Yuxarıda qeyd edilənlərə məcmu halda qiymət verən kimi, iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olan hal mövcud deyildir. Belə olan halda isə cavabdehin imtinası qanuni olmuşdur. Belə ki, iş üzrə əldə edilmiş rəylərə əsasən iddiaçının adına tərtib edilmiş göndərişdəki xəstəliklər (sağ diz oynağının açıcı-bükücü kontrakturası, açma – 170 dərəcə, bükmə - 90 dərəcə, oynaqda daimi ağrı sindromu, sağ diz oynağı nın osteofikatı, diz oynağının sinoviti, diz oynağının miniskiti, insulindən asılı olmayan şəkərli diabet, İİ tip, orta forma) əlillik təyini üçün əsas vermir.
39. İddiaçı qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
40. Məhkəmə baxılan işlə əlaqədar hər cür faktı deyil, yalnız prosesin nəticəsinə bu və ya digər dərəcədə təsir edə bilən halları araşdırmalı, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflərin çəkişmə prinsipinə əsasən təqdim etdikləri dəlilləri yoxlamalı, bu dəlillərin hər hansı mötəbər sübutla öz əksinin tapmasını müəyyən etməlidir.
41. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2416/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
42. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X13nin T 492/2023 nömrəli rəyinə əsasən iddiaçının adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun olaraq komissiya belə nəticəyə gəlmişdir ki, iddiaçının iş materiallarında olan əlillik vəziyyətinin TibbiSosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib olunmuş 0050003AACY6 saylı Forma 088 göndərişdə qeyd edilmiş diaqnoz “Sağ diz oynağının deformasiyaedici artriti xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri x əstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. TSEK-də Əyani müayinələri zamanı Əmək qabiliyyətinin itirilib-itirilməməsi ilə əlaqədar tibbi-sosial ekspertlər tərəfindən hər-hansı bir qeydiyyat aparılmamışdır. Yuxarıda qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) ehtiyacı yoxdur.
43. Halbuki, məhkəmə-tibbi ekspertizanın gəldiyi nəticə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib olunmuş 0050003AACY6 saylı Forma 088 göndərişində qeyd olunanlara əsaslanmışdır. Göndərişdə qeyd edilən müayinələr 2019-cu il tarixdə keçirildiyindən, burada xəstəliyin daha da kəskinləşməsi nəzərə alınmamış və təkrarən müayinə zamanı daha müasir üsulla rdan və avadanlıqlardan, yəni sümük və oynaqların normal və patoloji vəziyyətinin öyrənilməsində MRT-dən (X8) istifadə edilməmişdir. MRT müayinəsi zamanı nəinki sümük toxumasının strukturu, və eyni zamanda oynağı təşkil edən yumşaq toxumalar, qığırdaq, bağlar və oynaq boşluğu aydın göründüyündən iddiaçının həmin müayinədən keçirilməli idi ki, onun xəstəliyinin (diz oynağının) dəqiq diaqnozu qoyulsun.
44. Bundan əlavə, iddiaçı şəkər xəstəliyinin kəskinləşməsi səbəbindən 2019-cu ilin noyabr ayından insulin (iynə) qəbul etməyə başlamış və bu barədə məlumat 23 saylı Şəhər Poliklinikasında adına olan Ambulator kitabçasında (xəstəlik kartında) qeyd olunmasına baxmayaraq ekspert rəyində öz əksini tapmamışdır.
45. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji An atomiya Birliyi X13nin T 492/2023 nömrəli rəyində (canlı şəxsin ekspertizası) göstərilən məhkəmə-tibbi ekspertləri, X2 və X7 iddiaçının nə qəbul etmişlər nədəki canlı olaraq 1(bir) dəfə də belə olsun görmüşlər. Bu barədə məhkəmə iclasında X1 iddiaçının tanıması barədə sual verildikdə, o, suala cavab verməkdə çətinlik çəkmişdir. Burdan da aydın olur ki, məhkəmə-tibb ekspertləri tərəfindən canlı şəxsin ekspertizası formal keçirilməklə iddiaçının hüquqlarını pozmuşdur.
46. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X13 tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası formal xarakter daşıdığından Təkrar Ekspertiza keçirilməklə işə yenidən baxılmalıdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
47. Cavabdeh kassasiya şikayətinə qarşı yazı lı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
48. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməl i və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
49. Kassasiya şikayəti vaxtı nda verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
50. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də a pellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
53. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə üçün apellyasiya məhkəməsi iddiaçıya əlilliyin təyin edilməsinin əsaslarının mövcud olub-olmaması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
54. Apellyasiya instansiya məhkəməsi, həmçinin kassasiya instansiya məhkəməsinin qərarında ifadə edilmiş h üquqi mövqeyə uyğun olaraq iş üzrə məhkəmə tibbi ekspertizası təyin etmiş, işin hallarını tam və hərtərəfli araşdırmışdır.
55. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
56. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
57. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2416/2023 nömrəli qərarı dəyişdirilm