Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1087/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hesabatların qəbul edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx " Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) qarşı “hesabatların qəbul edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2023-cü il tarixli, 2-1(106)6/2023 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan Res publikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatına alınmış, ona müvafiq şəhadətnamə və xx.xx.2016-cı il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Müəssisənin hüquqi ünvanı Lənkəran rayonu, Bakı-Astara magistralı, qanuni təmsilçisi X2r.
2. Sığortaedənin məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatları haqqında ilkin hesabat sənədlərinə əsasən iddiaçı tərəfindən 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün təqdim olunmuş ilkin hesabatlar əsasında sığortaedənə xx.xx.2018-ci il tarixinə 239727,69 manat borc məbləği hesablanmışdır.
3. İddiaçının Dövlət Sosial X5 Sığortaedənlərlə İş İdarəsinə ünvanladığı 9 avqust 2018-ci il tarixli, 054 nömrəli məktubunda qeyd olunmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə bir neçə hesabatda texniki səhvlərə yol verilmiş, bunun nəticəsində sosial sığorta haqqının düzgün hesablanmamışdır. Qeyd edilənləri nəzərə alaraq müvafiq dövrlər üçün düzəliş edilmiş hesabatların qəbul edilməsi və iddiaçıya hesablanmış sosial sığorta haqqının məbləğinə hesabatlara əsasən azalma verilməsi xahiş olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
4. İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdeh Dövlət Sosial X5 Sığortaedənlərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübünə dair "xxxx" MMC tərəfind ən təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi tərəfindən qəbul edilməsi və "xxxx" MMC-nin 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının həmin dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. Daha sonra iddiaçı tərəf ərizə ilə məhkəməyə müraciət edərək, DSMF-nin Lənkəran şəhər şöbəsində qeydiyyatda olduqlarını bildirmiş, bununla əlaqədar cavabdehin əsl cavabdeh DSMF Lənkəran şəhər şöbəsi ilə əvəz olunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi əsl cavabdeh DSMF-nin Lənkəran şəhər şöbəsi ilə əvəz edilmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Sosial X5 Sığortaedənlərlə İş İdarəsi tərəfindən iddiaçıya məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2018-ci il tarixinə 239727,69 manat borc məbləği hesablanmışdır. Həmin borc məbləği ilə razı deyillər. Belə ki, 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün iddiaçı tərəfindən əvvəlcə ilkin hesabatlar təqdim edilmişdir. Lakin həmin hesabatlarda yanlışlığa yol verildiyindən xx.xx.2018-ci il tarixdə həmin dövrlər üçün dəqiqləşmiş hesabatları təqdim etmişlər. Buna baxmayaraq həmin hesabatlar təqdim edilməmiş və ilkin hesabat əsasında yuxarıda qeyd edilən borc hesablanmışdır. İlkin hesabatlarda təqdim edilmiş hesablamalarda səhvə yol verildiyindən həqiqəti əks etdirmir və buna görə də iddiaçıya məcburi dövl ət sosial sığorta haqları həmin rəqəmlər əsasında deyil, dəqiqləşmiş hesabatlar əsasında hesablanmalıdır.
7. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2-1(086)2546/2018 nömrəli qərarı (hakim M.Nuriyev) ilə iddia təmin edilmiş, iddiaçı tərəfindən 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübünə dair təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsi tərəfindən qəbul edilməsi və iddiaçının 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının həmin dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.
8. Həmin qərardan cavabdeh D SMF-nin Lənkəran şəhər şöbəsi apellyasiya şikayəti verərək qərarın ləğv, iddia tələbinin isə rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Apellyasiya baxışı mərhələsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamenti tərəfindən məhkəməyə vəsatət verilmiş və qanunvericilikdə baş vermiş dəyişikliklə əlaqədar olaraq sosial sığorta haqlarının toplanması, sosial sığorta iştirakçılarının uçotu, sığorta edənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatların qəbulu və s. bu kimi halların vergi orqanlarına həvalə edildiyini bildirilərək iş üzrə cavabdeh DSMF-nin Lənkəran şəhər şöbəsinin əsl cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamenti ilə əvəz edilməsi xahiş edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə iş üzrə cavabdeh əsl cavabdehlə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamenti ilə əvəz edilmişdir.
10. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2019cu il tarixli, 2-1(106)-210/2019 nömrəli qərarı (hakimlər: İ.Q.Əsədov /sədrlik edən və məruzəçi/, Z.A.Zeynalov və M.K.Həsənov) ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2-1(086)-2546/2018 nömrəli qərarı dəyişdirilmiş, "xxxx" MMC tərəfindən 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018ci ilin 1-ci rübünə dair təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi və "xxxx" MMC-nin 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamentinin üzərinə qoyulması qərara alınmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 6 noyabr 2019-cu il tarixli, 2-1(102)-2606/2019 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2019-cu il tarixli, 2-1(106)-210/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar b axılması üçün həmin məhkəməyə göndərilmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
13. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 yanvar 2020ci il tarixli, 2-1(106)-100/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 21(086)-2546/2018 nömrəli qərarı ləğv edilmiş, inzibati iş qərarın əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə alınmaqla iddianın mümkünlük şərtinin ödənilib-ödənilməməsinin yoxlanılması istiqamətində məhkəmə araşdırması aparılması, nəticəsindən asılı olaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməs inə göndərilmişdir. d) birinci instansiya məhkəməsində ikinci icraat
14. Şirvan İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2-1(120)-8/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı inzibati iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
15. Şirvan İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(120)-8/2021 nömrəli qərardadı (hakim S.Həsənov) ilə iddia mümkün sayılmamışdır.
16. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın mümkün sayılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. e) apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
17. Şirvan Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 3 avqust 2021-ci il tarixli, 2-1(106)-401/2021 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(120)-8/2021 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş mahiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. ə) birinci instansiya məhkəməsində üçüncü icraat
18. Üçüncü şəxsin iddia tələbinə dair yazılı münasibətində göstərilmişdir ki, 2016-cı ilin 1-ci rübündən 2018-ci ilin 1-ci rübü daxil olmaqla “X1 Sistemi”nin “Sığorta" (Hesabat) altsistemində yer alan və iddia olunan dəqiqləşdirilmiş rüblük hesabatlardakı hesablanmış əməkhaqqı və işçi sayı barədə məlumatlar aşağıdakı cədvəldə qeyd edilmişdir: Dövrlər DSMF-yə təqdim edilmiş hesabatlara əsasən İddia olunan dəqiqləşdirilmiş hesabata əsasən Hesablanmış əmək haqqı İşçi sayı Hesablanmış əmək haqqı İşçi sayı 2016-cı ilin İ rübü 258457,83 318 Təqdim edilməyib Təqdim edilməyib 2016-cı ilin İİ rübü 267488,50 322 8001,43 12 2016-cı ilin İİİ rübü 255863,33 289 7668,92 9 2016-cı ilin İV rübü 169519,30 191 5089,52 6 2017-ci ilin İ rübü 156941,08 175 4703,32 7 2017-ci ilin İİ rübü 144237,82 150 4327,13 5 2017-ci ilin İİİ rübü 129283,06 144 3895,33 4 2017-ci ilin İV rübü 118616,32 135 3558,49 4 2018-cı ilin İ rübü 98837,31 116 3333,93 4 Göründüyü kimi, Cəmiyyət tərəfindən təqdim edilmiş hesabatlar və hal-hazırda iddia etdiyi dəqiqləşdirilmiş hesabatlar arasında həm hesablanmış əmək haqqı, həm də işçi sayı baxımından böyük fərqlər mövcuddur. Eyni zamanda i ddia olunan dəqiqləşdirilmiş hesabatlar düzgün formada təqdim edilməmişdir, belə ki, sığortaedən tərəfindən iddia olunan dəqiqləşdirilmiş hesabatlar 2017 və 2018-ci illər həmin dövr üçün qüvvədən düşmüş blanklarda tərtib edilmişdir. Digər tərəfdən, iddia olunan dəqiqləşdirilmiş hesabatlarda (9 rüb üçün) yalnız Forma B1 təqdim edilmiş, paralel olaraq Forma B3 əlavə edilməmişdir. Hesabatlar arasındakı məbləğ fərqi bilavasitə işçi sayının azalması səbəbindən yarandığına görə həmin dövrlər üçün dəqiqləşdirilmiş hesabat verilərsə, Forma B3 hesabatı, yəni həmin dövrlərdə Cəmiyyətdə çalışan sığortaolunanlar barədə məlumatlar mütləq olaraq təqdim olunmalıdır. Cəmiyyət tərəfindən təqdim edilmiş hesabatlardan sonra həmin dövrdə Cəmiyyətdə çalışmış işçilərin bir qisminin məcburi dövlət sosial sığor ta haqları hesabına verilən müavinətlər alması üçün sığortaedən tərəfindən həmin müavinətlərlə bağlı sənədlər “X1 Sistemi”nin “Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərin emalı” alt sisteminə daxil edilmişdir. DSMF tərəfindən həmin müavinət sənədləri qanunvericiliyə uyğun olaraq emal edilərək təsdiq edilmiş və ödənişə göndərilmişdir. Əlavə olaraq, qəbul edilmiş ilkin hesabatlarda göstərilən sığortaolunanlar arasında pensiyaya çıxmış şəxslərin mövcud olması ehtimalını da nəzərə almaq lazımdır ki, bu halda həmin şəxslərə əsassız olaraq yüksək məbləğdə pensiya təyin edilməsi, yəni DSMF büdcəsindən əsassız məbləğlərin çıxması nəticəsinə gətirib çıxarır. Qeyd olunan məsələlərin ciddi araşdırılmasını və bu məqsədlə məhkəmədən hesabatlarda göstərilən sığortaolunanların həmin dövr lərdə həqiqətən Cəmiyyətdə çalışmasının dəqiqləşdirilməsi, əmək müqavilələrinin qüvvədə olub-olmamasının öyrənilməsi üçün X3, 2016-cı ildən bəri həmin müəssisənin işçiləri sırasından pensiyaya çıxan və digər sosial müavinətlər alan əməkdaşlar barədə isə DSMF-yə sorğu verilməsini zəruri hesab edirlər. Məhkəmə tərəfindən iddianın təmin ediləcəyi halda isə mövcud qanunvericiliyə uyğun olaraq artıq ödənilmiş müavinətlər Filiala, artıq hesablanaraq ödənilmiş pensiya məbləğlərinin və digər sosial müavinətlərin isə DSMF-yə geri qaytarılmalıdır.
19. Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(120)-319/2022 nömrəli qərarı (hakim F.N.Abbasov) ilə iddia təmin edilmiş, iddiaçı tərəfindən 2016-cı ilin 4 (dörd) rübü, 2017-ci ilin 4 (dörd) rübü və 2018-ci ilin 1-ci rübünə dair təqdim olu nmuş dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi və iddiaçının 2016-cı ilin 4 (dörd) rübü, 2017ci ilin 4 (dörd) rübü və 2018-ci ilin 1-ci rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün dəqiqləşdirilmiş hesabatlar DSMFnin Lənkəran şəhər şöbəsinə göndərilmiş, lakin dəqiqləşdirilmiş hesabatlar üzrə DSMF orqanı tərəfindən heç bir tədbir görülməmişdir. Məhkəmə cavabdehin cəmiyyət tərəfindən təqdim edilmiş hesabatlar və hal-hazırda iddia etdiyi dəqiqləşmiş hesabatlar arasında işçi sayı baxımından böyük fərqlərin mövcudluğu barədə dəlilinə münasibət də qeyd etmişdir ki, iş həcminin azalması ilə əlaqədar xx.xx.2016-cı il tarixdən etibarən iddiaçıda müvafiq qaydada ştat ixtisarı həyata keçirilmiş, həmçinin 2016-cı ilin 1-ci rübündən sonra müəssisənin fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq işçi sayı 320 nəfərdən 10 nəfərə düşmüşdür.
21. Cavabdeh və üçüncü şəxs həmin qərardan ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər. f) apellyasiya instansiyası məhkəməsində dördüncü icraat
22. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh inzibati orqanının 13 oktyabr 2022-ci il tarixli **********290100 nömrəli məktubunda qeyd edilmişdir ki, vergi ödəyicisi "xxxx" MMC tərəfindən 2016-ci ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün məcburi dövlət sosial sığorta haq ları üzrə dəqiqləşdirilmiş hesabatlar 6 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim edilmədiyindən “Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydaların” 8.20-ci bəndində nəzərdə tutulmuş qaydada hər hansı bir araşdırmalar, o cümlədən inzibati icraat aparılmamışdır.
23. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2023-cü il tarixli, 2-1(106)-6/2023 nömrəli qərarı (hakimlər: O.N.İsmayılov /sədrlik edən və məruzəçi/, P.T.Əhmədov və C.F.İmanov) ilə cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(120)-319/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan qanunverici liyin tələb etdiyi qaydada zəruri inzibati icraat aparmamış, bununla da “İnzibati icraat haqqında” Qanunun, həm də “Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”ın tələblərini ciddi surətdə pozmuşdur. Bu baxımdan cavabdehin dəqiqləşdirilmiş hesabatların qəbul etməməsi və məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanmasında imtina etməsinə dair faktiki xarakterli hərəkətləri formal-hüquqi baxımdan qanunsuzdur.
25. Cavabdeh və üçüncü şəxs həmin qərardan ayrı-ayrılıqda kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) cavabdehin kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh qeyd edir ki, müəssisə tərəfindən mübahisələndirilən dövrlər üzrə təqdim edilmiş dəqiqləşdirilmiş hesabatlardakı məbləğlər 2016-cı, 2017-ci və 2018-ci ilin müvafiq və qalan dövrləri ilə müqayisədə kəskin fərqlənir. Belə ki, təqdim edilmiş hesabatlarda işçi sayı 2016-cı ildə orta hesabla 422 nəfərə qarşı 86 nəfər, 2017-ci ildə 152 nəfərə qarşı 5 nəfər, o cümlədən 2017-ci ilin 4-cü rübünə münasibətdə 137 nəfərə qarşı 4 nəfər, 2018-ci ilin 1-rübündə 114 nəfər qarşı 4 nəfər göstərilmişdir. Bundan əlavə müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi hesabatlarındakı məbləğlər məcburi dövlət sosial sığorta haqları üzrə təqdim edilmiş ilkin hesabat sənədlərindəki məlumatlarla demək olar ki eynilik təşkil etmişdir. Göründüyü kimi, müəssisə tərəfindən i lkin hesabatlarla bağlı yanlışlığa yol verildiyi iddia edilsə də, həmin hesabatlarla bağlı təsdiqedici sənədlər müvafiq orqana təqdim edilməmiş və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi ilə əlaqədar, həm də məcburi dövlət sosial sığorta haqları üzrə təqdim edilən hesabatlarda dəqiqləşdirmələrlə bağlı cavabdeh 6 saylı Ərazi Vergilər Baş idarəsinə müraciət edilməmişdir. Digər tərəfdən də, dəqiqləşdirilmiş hesabatlar təqdim edilmədiyi təqdirdə və buna dair hər hansı bir mötəbər sübut olmadığı təqdirdə bu hesabatlar təqdim edilmiş hesab edilə bilməsi və vergi orqanının üzərinə müvafiq öhdəliyin qoyulması ümumiyyətlə anlaşılan deyildir. Sonradan təqdim edilmiş iddia olunan dəqiqləşdirilmiş hesabatlar düzgün formada təqdim edilməmişdir. Belə ki, sığortaedən tərəfindən iddia olunan d əqiqləşdirilmiş hesabatlar 2017 və 2018-ci illər dövrü üçün qüvvədən düşmüş blanklarda tərtib edilmişdir. Digər tərəfdən iddia olunan dəqiqləşdirilmiş hesabatlardan yalnız Forma B1 təqdim edilmiş, paralel olaraq Forma B3 əlavə edilməmişdir. Hesabatlar arasındakı məbləğ fərqi bilavasitə işçi sayının azalması səbəbindən yarandığına görə həmin dövrlər üçün dəqiqləşdirilmiş hesabat verilərsə, Forma B3 hesabatı, yəni həmin dövrlərdə Cəmiyyətdə çalışan sığortaolunanlar barədə məlumatlar mütləq olaraq təqdim olunmalıdır.
27. Müəssisənin DSMF-yə və ya vergi orqanına təqdim etdiyi hesabatlar, o cümlədən hesablanmış və ödənilmiş əmək haqqı məbləğləri, işçi sayı, hesablanmış məcburi dövlət sosial sığorta haqqı və onların hesablanmasına əsas olan ilkin uçot sənədləri, sığorta haqlarının işçilər arasın da bölüşdürülməsinə dair cədvəllər və s. müəyyən edilməmiş, iddia tələbi üzrə mücərrəd bir qərar qəbul edilmişdir.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə istinad edən cavabdeh qeyd edir ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin ilkin hesabatlarla dəqiqləşdirilmiş hesabatlar arasında olan kəskin fərqlərə dair dəlilinə, müəssisə tərəfindən ilkin hesabatlarla bağlı yanlışlığa yol verildiyi iddia edilsə də, həmin hesabatlarla bağlı təsdiqedici sənədlərin müvafiq orqana təqdim edilməməsinə dair dəlilinə, müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi hesabatlarındakı məbləğlərin məcburi dövlət sosial sığorta haqları üzrə təqdim edilmiş ilkin hesabat sənədlərindəki məlumatlarla demək olar ki e ynilik təşkil etməsinə dair dəlilinə ümumiyyətlə qiymət verməmişdir. b) üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri
29. Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri hazırkı qərarın 18-ci bəndində göstərilən iddia tələbinə dair yazılı münasibətin dəlilləri ilə eynilik təşkil edir. Üçüncü şəxs əlavə olaraq aşağıdakıları qeyd edir. İddiada mübahisələndirilən dövrlər üzrə məcburi dövlət sosial sığorta haqları hesabına yalnız ödənişə göndərilən müavinət sənədlərinə baxış zamanı müəyyən edilmişdir ki, müvafiq dövrlərdə müəssisədə iddiaçının iddia etdiyindən daha çox sığortaolunan çalışmışdır. Belə ki, müəssisənin işçilərə müavinət təyin edən komissiyasının protokollarında, həmçinin xəstəlik vərəqələrində adları çəkilən əməkdaşlara nəzər saldıqda: - 2016-cı ilin 2-ci rübündə 12 əməkdaş olmas ı iddia edilsə də, 13 əməkdaşın (M.Əbilov, G.Əliyeva, M.Piriyev, İ.Verdiyeva, P.Abaslı, A.Camalov, X.Sultanov, İ.Qurbanov, F.Talışxanov - komissiya üzvləri, A.Qafarov, E.Aslanov, Q.Hüseynov, V.Hüseynov müavinət alanlar olmaqla); - 2016-cı ilin 4-cü rübündə 6 əməkdaş olması iddia edilsə də, 12 əməkdaşın (E.İsmixanov - direktor, M.Əbilov, G.Əliyeva, S.Azməmmədova, A.Camalov, M.Cəfərov, Q.Hüseynov, 1.Qurbanov, F.Talışxanov - komissiya üzvləri, M.Süleymanov, Ş.Xəlilov, A.Şükürova - müavinət alanlar olmaqla); - 2017-ci ilin 4-cü rübündə 4 əməkdaş olması iddia edilsə də, 8 əməkdaşın (R.Cahangirov, A.Qasımov, G.Əliyeva - komissiya üzvləri, F.Rəhmanov, M.Eyvazov müavinət alanlar, 3 yaşınadək uşağa qulluğa görə müavinət alan A.Şükürova, rüblük hesabata məsul şəxs E.İsmixanov, baş mühasib L.Şiriyeva olmaqla); - 2018-ci ilin 1-ci rübündə 4 əməkdaş olması iddia edilsə də, 6 əməkdaşın (R.Cahangirov, A.Qasımov, G.Əliyeva - komissiya üzvləri, R.Babayev - müavinət alan, rüblük hesabata məsul şəxs E.İsmixanov, baş mühasib L.Şiriyeva oimaqla) adları müvafiq sənədlərdə öz əksini tapmışdır.
30. Təkcə bu faktlara və bununla bağlı təqdim olunan sübutedici sənədlərə nəzər saldıqda belə, təqdim edilən dəqiqləşdirilmiş hesabatların həqiqətə uyğun olmadığı aşkar görünür. Belə ki, müəssisədə işləməyən şəxslərin müəssisədə komissiya üzvü olması, hər hansı rəsmi sənədi imzalaması, müəssisə adından təqdim etməsi təbii ki, mümkün deyildir. Əlavə olaraq, 4-7 sığortaolunanın çalışdığı müəssisədə müavinət təyin edən komissiyanın 5 üzvünün olması faktı belə sual yaradır. Yuxarıda adları çəkilən sığortaolunan lar fəhlə, operator, operator köməkçisi, avtotəmir ustası, yük maşını sürücüsü, anbardar, laborant, İT mütəxəssisi, İR üzrə mütəxəssisi, ayrı-ayrılıqda baş mühasib və maliyyə departamentinin müdiri kimi vəzifələrdə çalışırlar. Bu cəhətdən də, faktiki istehsal qabiliyyəti olmayan bir müəssisədə bu vəzifələr üzrə işçilərin çalışması reallığa uyğun olmayan, diqqət yetirilməli bir digər məqamdır. Qeyd olunan məsələlərin ciddi araşdırılmasını, həmçinin bu məqsədlə məhkəmədən hesabatlarda göstərilən sığortaolunanların həmin dövrlərdə həqiqətən Cəmiyyətdə çalışmasının dəqiqləşdirilməsi, əmək müqavilələrinin qüvvədə olub-olmamasının öyrənilməsi üçün X3 sorğu verilməsini zəruri hesab edərək birinci instansiya məhkəməsinə müraciət edilsə də, bu vəsatət əsaslandırılmadan təmin edilməmişdir. Apellyasi ya instansiyası məhkəməsi də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1 və 58.7-ci maddələrinin tələblərinə zidd olaraq bu hala qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
31. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətlərinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
32. Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyasının xx.xx.2019-cu il tarixli, **********008600 qeydiyyat nömrəli qərarı ilə təsdiq edilmiş “Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”:
8. Vergi növləri və sığorta haqları üzrə AVİS-dən kənar kameral vergi yoxlamaları... 8.20. Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatlar və arayışlar 8.20.1. Hesabatlar “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə müvafiq olaraq sığortaedən tərəfindən təqdim edilir. 8.20.2. Hesabatlar hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilir. 8.20.3. Sığortaedən hesabat dövründə fəaliyyət göstərmədiyi halda vergi orqanına hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim edir. 80.20.4. Məcburi dövlət sosial sığorta haqqı ödənişləri muzdlu işdən əldə edilən gəlirlərdən və muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlirlərdən ibarət olmaqla 2 hissəyə ayrılır və həmin gəlirlər üzrə sığorta haqqı “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi ilə müəyyən edilmiş dərəcələrlə ödənilir. 8.20.5. Məcburi dövlət sosial sığorta haqqı üzrə rüblük hesabat 2 bölmədən ibarətdir: 8.20.5.1. “Sığortaedən haqqında məlumatlar” bölməsində sığortaedənin adı və VÖEN-i, DSMF-dəki sığortaedənin uçot nömrəsi (SUN), Sosial sığorta nömrəsi (SSN), məcburi dövlət sosial sığorta haqqı üçün fəaliyyət növünün kodu, hesabatın statusu, dövrü və digər məlumatlar əks olunur; 8.20.5.2. “Məcburi dövlət sosial sığortası üzrə məlumat” bölməsində hesabat dövrünün əvvəlinə borc, işçilərin sayı, əmək haqqı və gəlirlər, hesablanmış və ödənilmiş sığorta haqları, DSMF-dən alınmış məlumatlar, hesabat dövrü ndə qanunvericiliklə silinmiş borc, hesabat dövrünün sonuna borc, məcburi dövlət sosial sığorta haqqı üzrə bölüşdürüləcək borc, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslər və ya ailə kəndli təsərrüfatı haqqında məlumat və digər məlumatlar əks olunur. 8.20.6. İşsizlikdən sığorta haqqı üzrə rüblük hesabat 3 bölmədən ibarətdir: 8.20.6.1. “Sığortaedən haqqında məlumatlar” bölməsində sığortaedənin adı və VÖEN-i, DSMF-dəki uçot nömrəsi (SUN), hesabatın statusu, dövrü və digər məlumatlar əks olunur; 8.20.6.2. “İşsizlikdən sığorta üzrə məlumat” bölməsində işsizlikdən sığorta haqqında cəlb olunan əməyin ödənişi fondu, hesabat dövrünün əvvəlinə qalıq, hesablanmış, ödənilmiş, geri alınmış, silinmiş və dondurulmuş sığorta haqları və digər məlumatlar əks olunur; 8.20.6.3. “İşsiz likdən sığorta haqqı üzrə bölüşdürüləcək məbləğ və sığortaolunanlar barədə məlumat” bölməsində işsizlikdən sığortaya cəlb olunan gəlirlər, ödənilmiş işsizlikdən sığorta haqqı, işçilərin sayı və digər məlumatlar əks olunur. 8.20.7. Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqının düzgün hesablanmasına nəzarəti vergi orqanları həyata keçirirlər. Vergi orqanları bu nəzarəti sığortaedənlərin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla və Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. 8.20.8. Sığortaedənlər tərəfindən təqdim olunmuş hesabatlar AVİS tərəfindən elektron qaydada uyğunsuzluqdan keçirilir. 8.20.9. Məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən, lakin bunl arla məhdudlaşmayan aşağıdakı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral yoxlamalar aparılır: 8.20.9.1. Vergi ödəyicisi üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə əlavə hesablama aparıldıqda, yaxud işçi sayı, əmək haqqı məbləğləri ilə bağlı mənbəyi bəlli məlumatlar, eləcə də digər bəyannamələr ilə çarpaz təhlillər zamanı kənarlaşma aşkar edildikdə sığortaedənə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə də sığorta haqları hesablanması; 8.20.9.2. Vergi ödəyicilərinin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə güzəşt hüququnun əldə edib-etməməsinin araşdırılması məqsədilə onların Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara uyğun olaraq neft-qaz, dövlət və qeyri-dövlət sektorunda fəaliyyət göstərib-göst ərməməsinin araşdırılması; 8.20.9.3. Vergi ödəyicilərinin fəaliyyət xüsusiyyətinə müvafiq olaraq güzəşt hüququ əldə etmək hüququnun olmadığı müəyyən edildiyi təqdirdə vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə hesablamaların aparılması; 8.20.9.4. Dəqiqləşdirilmiş hesabatlar təqdim etməklə hesablanmış sığorta haqlarına azalmalar vermiş sığortaedənlər üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi; 8.20.9.5. Əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlar ilə yoxlanılan hesabatlar göstəricilərinin müqayisəli təhlili; 8.20.9.6. Dövriyyəsi olub işçi sayı və əmək haqqı məbləği göstərməyən sığortaedənlərin araşdırılması; 8.20.9.7. Hesabata əlavə olunmalı sənədlərin sığortaedən tərəfindən təqdim edilibedilməməsinin araşdırılması; 8.20.9.8. Sığor taedənin fəaliyyəti ilə əlaqədar vergi orqanında olan və hesabat dövrü üzrə sığorta haqlarına təsir edən aşağıdakı məlumatların araşdırılması: 8.20.9.8.1. Maliyyə orqanlarından dövlət əsaslı vəsait qoyuluşu üzrə daxil olan məlumatların təhlili; 8.20.9.8.2. Dövlət satınalma müqavilələri üzrə daxil olan məlumatların təhlili; 8.20.9.8.3. Əmək müqavilələri üzrə elektron məlumat bazasından alınan məlumatların təhlili; 8.20.9.8.4. Digər səlahiyyətli orqanlardan alınan məlumatların təhlili; 8.20.9.8.5. Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.
33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
87. Apellyasiya instansiyası məhkəməsində icraat... 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur.... b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidl iyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... Mad də 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesa b edilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hazırkı qərarın 33(a) bəndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
37. Hazırkı iş üzrə iddia tələbinin əsasında iddiaçı tərəfindən texniki səhvlərə yol verildiyi üçün məcburi dövlət sosial sığorta haqqının düzgün hesablanmaması dayanır. İddiaçı tələbini müəssisənin fəaliyyəti ilə əlaqədar işçi sayının texniki səhv nət icəsində daha çox göstərilməsi ilə əsaslandırır.
38. Məhkəmə kollegiyası qeyd edir ki, istər cavabdehin, istərsə də, üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri onlar tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin və üçüncü şəxsin kassasiya şikayətlərinə münasibət bildirməmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edərkən gəldiyi nəticəni əsaslandırmamışdır.
39. Belə ki, kassasiya şikayətlərinin əsasını təşkil edən dəlillərə əsasən: 1) iddia olunan dəqiqləşdirilmiş hesabatlardan yalnız Forma B1 təqdim edilmiş, paralel olaraq Cəmiyyətdə çalışan sığortaolunanlar barədə məlumatların əks olunduğu Forma B3 əlavə edilməmişdir; 2) müəssisə tərəfindən vergi orqa nına təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi hesabatlarındakı məbləğlərin məcburi dövlət sosial sığorta haqları üzrə təqdim edilmiş ilkin hesabat sənədlərindəki məlumatlarla demək olar ki, eynilik təşkil etməsi araşdırılmamışdır; 3) sığortaedən tərəfindən iddia olunan dəqiqləşdirilmiş hesabatlar 2017 və 2018-ci illər dövrü üçün qüvvədən düşmüş blanklarda tərtib edilmişdir; 4) cəmiyyət tərəfindən təqdim edilmiş hesabatlar və hal-hazırda iddia etdiyi dəqiqləşdirilmiş hesabatlar arasında həm hesablanmış əmək haqqı, həm də işçi sayı baxımından böyük fərqlər mövcuddur.
40. Kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12. 1 və 58.7-ci maddələrinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallarının tam və hərtərəfli araşdırılması təmin edilməmişdir.
41. Belə ki, işin müəyyən edilən hallarına əsasən hazırkı mübahisə iddiaçının işçi sayının hesabatlarda səhv göstərilməsi nəticəsində yaranmış, iddiaçı təqdim edilən ilkin hesabatlarda işçi sayının səhv göstərildiyini iddia edərək dəqiqləşdirilmiş hesabatlar vermişdir. İlkin və dəqiqləşdirilmiş hesabatların müqayisəli təhlilindən görünür ki, iddiaçı dəqiqləşdirilmiş hesabatlarda işçi sayını 2016-cı ilin İİ rübü üzrə 322-dən 12-yə, 2016-cı ilin İİİ rübü üzrə 289-dan 9-a, 2016-cı ilin İV rübü üzrə 191-dən 6-ya, 2017-ci ilin İ rübü üzrə 175-dən 7-yə, 2017-ci ilin İİ rübü üzrə 150-dən 5-ə, 2017-ci ilin İİİ rübü üzrə 14 4-dən 4-ə, 2017-ci ilin İV rübü üzrə 135-dən 4-ə, 2018-ci ilin İ rübü üzrə 116-dan 4-ə azaltmışdır.
42. Lakin iddiaçı tərəfindən işçi sayının azaldılması ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, birinci və apellyasiya instansiyası məhkəmələri də bununla bağlı tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır.
43. Nəzərə almaq lazımdır ki, işçi sayının azaldılması sadəcə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə təsir etmir, eyni zamanda ödəmə mənbəyindən tutulan vergilərə və işçilərə ödənilmiş əmək haqqının məbləğinə də təsir edir. Ona görə də, hazırkı iddia tələbinin mahiyyəti üzrə həllinə daha kompleks yanaşma tətbiq edilməlidir.
44. İddiaçının mübahisələndirdiyi dövr üzrə təqdim etdiyi dəqiqləşmiş hesabatlardakı işçi sayı ilə ilkin hesabatlardakı işçi sayının kəskin şəkildə fərqlənməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi bu halı tam və hərtərəfli araşdırmamış, işçi sayının azalması ilə bağlı mötəbər sübutların əldə edilməsi ilə bağlı müvafiq araşdırma aparmamışdır.
45. Kassasiya şikayətlərinin dəlillərində də qeyd olunduğu kimi iddiaçı dəqiqləşdirilmiş hesabatlarına Cəmiyyətdə çalışan sığortaolunanlar barədə məlumatların əks olunduğu Forma B3 əlavə etməmişdir.
46. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin əsaslarının müəyyən edilməsi ilə bağlı əvvəllər cəmiyyətdə çalışmış, mübahisələndirilən dövrdə isə işləmədiyi iddia olunan işçilərin əmək müqaviləsinin müddətinin bitməsi və ya əmək müqaviləsinə xitam verilməsi, yaxud da hər hansı digər səbəbdən işdən çıxması ilə bağlı mötəbər sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir.
47. İddiaçı tərəfindən təqdim edilən dəqiqləşdirilmiş hesabatlarda hər rüb üzrə ən azı 100-dən çox işçi sayının fərqləndirilməsinin sadəcə texniki səhv olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı hesab oluna bilməz. Belə ki, məhkəmə istinad etdiyi sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirməli, eləcə də, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə araşdırmağa borclu olduğu halda bunu etməmişdir.
48. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 82 və 87.8ci maddələrinin tələblərinə riayət olunmadan qərar qəbul edilmişdir.
49. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, işə t əkrar baxılan zaman yuxarıda qeyd edilən hallar – mübahisələndirilən dövrlər üzrə iddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş hesabatlarda işçi sayının ilkin hesabatlarla müqayisədə əhəmiyyətli dərəcə azalmasının səbəbləri tam, hərtərəfli və obyektiv şəkildə azaldılmalı, cəmiyyətdə çalışmış işçilərin mübahisələndirilən dövrlərdə işdən çıxmasına dair mötəbər sübutlar əldə edilməli, yalnız bundan sonra iddia tələbinə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməlidir.
50. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan hazırkı halda kassasiya şikayətləri iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bil məz.
51. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və üçüncü şəxsin kassasiya şikayətləri qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2023-cü il tarixli, 2-1(106)-6/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayətləri qalan hissədə təmin olunmasın. Qərar qətidir.